Məhkəmə qərarları › İş №1(011)-515/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-515/2023

19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-515/2023 19.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 127, inzibati binada qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 100, mənzil 30-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmək və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Şahid4 xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-dən müqavilə əsasında icarəyə götürdüyü X1 mülkiyyətində olan “Hyundai” markalı, “Elantra” modelli, 2014-cü il istehsalı, KMHDH4AE5EU186111 ban nömrəli, **-TS-*** dövlət qeydiyyat nişanlı, boz rəngli, avtomobili bir günlük öz şəxsi işlərinin həlli bəhanəsi ilə Şahid4 şifahi razılaşma ilə alıb xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Əhmədli” avtoservisində olarkən, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs yalan olduğunu bilə-bilə həmin avtomobilin ona məxsus olduğunu deyərək 13.800 manata satmaq istədiyini bildirməklə alqı-satqının ertəsi günə keçirilməsi ilə bağlı razılaşıb xx.xx.2023-cü il tarixdə saat 12:47-də Zərərçəkmiş şəxsla həmin ünvanda “Əhmədli” avtoservisin qarşısında görüşüb qeyd edilən məbləğdən 3.800 manat pulu sənədləşmədən sonra götürəcəyini bildirərək sonuncudan 10.000 manat nağd pul vəsatini alıb alqı-satqının həyata keçiriləcəyini yalandan vəd edib, “Hyundai” markalı, “Elantra” modelli **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerindən qaçıb gizlənməklə Zərərçəkmiş şəxs 10.000 manat (on min) xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə əvəllər onunla bir məhəllədə yaşamış adını “Məşədi” kimi bildiyi tanışı ilə əlaqə saxlayıb yaşadığı yerin yaxınlığında günorta saatlarında görüşüb təxminən bir saat çay içib söhbətləşmişdir. Söhbət zamanı “Məşədi” ona demişdir ki, kirayə avtomobil götürüb ailəsi ilə birlikdə rayona toya gedib gələcəkdir. O demişdir ki, şəhərdə bir neçə işləri vardır və buna görə də toya gedib gəldikdən sonra maşını bir günlük ona versin. “Məşədi” onunla razılaşıb avtomobili verəcəyini bildirmişdir. xx.xx.2023cü il tarixdə saat 23 radələrində yenidən yaşadığı evin yaxınlığında görüşüb “Hyundai Elantra” markalı, boz rəngli, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. Növbəti gün xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Xətai rayonu, ərazisində yerləşən Əhmədli avtoservisə tanışı Nahid adlı ustanın yanına getmişdir. Orada olan zaman servisə maşın düzəltdirməyə gələn sonradan adının Bəxtiyar olduğunu bildiyi şəxslə tanış olmuşdur. Bəxtiyar həmin vaxt özünə məxsus “Range Rover” markalı avtomobilini təmir etdirirdi. Söhbət əsnasında o, bir günlük götürdüyü “Hyundai Elantra” markalı avtomobili göstərib özünə məxsus olmasını satmaq istədiyini demişdir. Həmin vaxt Bəxtiyarın yanında Elşad adında şəxs də olmuşdur. Onlar avtomobilin banına, salonuna nəzər salıb maşını almaq istədiklərini qiymətin nə olacağını ondan soruşmuşlar. O bildirmişdir ki, 14.000 manata razılaşmaq olar. Bəxtiyar qiymətin münasib olduğunu demiş və onlar razılaşmışlar. Növbəti gün, xx.xx.2023-cü il tarixdə Bəxtiyar zəng edib avtoservisdə olduqlarını, onu gözlədiklərini demişdir. O, həmin gün saat 12:47 radələrində Əhmədli avtoservisə getmişdir. Bəxtiyar maşında 10.000 manat sayaraq ona təqdim etmişdir. O, pulu qəbul etdikdən sonra Bəxtiyara demişdir ki, sənədləşməni həll edib sabah maşını təhvil verəcək.Daha sonra telefonu söndürmüşdür. Həmin gün maşını Məşədiyə qaytarmışdır. Daha sonra əməlindən peşman olduğunu, 02 azyaşlı uşağının olmasını,borclarını ödəmək üçün belə addım atdığını\. ilk dəfə belə bir əməl tutduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmişlə barışdığını, ziyanı qismən ödədiyini, qalan 5800 manatı 3 aya ödəyəcəyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayının 12-də özünə məxsus avtomobilinin mühərrik bölməsində problem olduğundan səhər saat 09 radələrində yaşadığı evə yaxın yerləşən “Əhmədli” avtoservisə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində servisə gedib maşın hazır olubsa götürmək istəmişdir. Servisdə olan zaman bir nəfər tanımadığı şəxs boz rəngli “Hyundai Elantra” markalı avtomobili oraya gətirmiş və bir nəfər tanımadığı şəxs də həmin maşına baxmışdır. O məsələnin mahiyyətindən başa düşmüşdür ki, maşını satmaq istəyirlər. Bir neçə dəqiqə sonra avtomobili sahibi kimi bildiyi şəxs narazı halda onun yanına gəlib demişdir ki, “bunlar da məni bezdirdilər”. Daha sonra həmin şəxslə söhbətləşməyə başlamış və adının Anar olmasını bilmişdir. Anar ona demişdir ki “maşını satıram”. Bundan sonra qardaşı Elşadın da öz avtomobilini oraya gətirməsini görmüşdür. Elşad demişdir ki, xalaoğlusu Firudinə maşın lazımdır, buna görə də həmin Elantraya baxıb əgər razılaşarlarsa alsınlar. O, Elşadın bu fikri ilə razılaşmışdır. Anara demişdir ki, “bizim maşından çox da anlayışımız yoxdur, buna görə də növbəti gün görüşək qohumum Şahid2 gəlib maşına baxsın və biz razılaşarıqsa, maşını alarıq”. Anar demişdir ki, “əgər razılaşarıqsa, 14000 manata sataram. xx.xx.2023-cü il tarixdə yenidən Əhmədli avtoservisin qarşısında Anarla görüşmüşlər. Qohumları Murad və qardaşı Elşadla birlikdə orada avtomobilə baxmağa başlamışlar. Anar 10.000 manat ilkin olaraq verməli olduğunu, qalan 4000 manatı isə növbəti gün maşının sənədləşmə işlərindən sonra verəcəyini demişdir.Bu səbəbdən Anara 10.000 manat pul vermişlər və 3.800 manat pulu isə sənədləşmədən sonra veriləcəyinə razılaşmışlar. xx.xx.2023-cü il tarixdən etibarən Anar telefonu söndürdüyü üçün o da polis bölməsinə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona 10.000 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyanın qismən ödənildiyini, qalan 5800 manatı 3 aya ödəyəcəyini, təqsirləndirilən şəxslə barışdığını qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə öz avtomobilini təmir etdirmək üçün Xətai rayonunda yerləşən “Əhmədli” avtoservisə getdmişdir. Orada bir nəfər tanımadığı şəxsin “Hyundai Elantra” markalı avtomobili satmaq istəməsini müşahidə etmişdir. Həmin vaxt avtomobilin sahibi kimi tanıdığı Anar ona demişdir ki, “maşını münasib qiymətə satmaq istəyir”. Bəxtiyar təxminən 15 dəqiqə sonra servisə gəlmiş və maşına baxıb Anarla söhbət etmişdir. Bundan sonra maşını razılaşıb tam şəkildə alqı-satqısını həyata keçirmək üçün növbəti gün görüşüb danışacaqlarını Anara bildirib oradan getmişlər. Növbəti gün o, qardaşı Bəxtiyar və Anar Əhmədli avtoservisdə görüşmüş və bir neçə dəqiqə sonra Murad da maşına baxıb fikrini bildirməsi üçün araya gəlmişdir. Maşını 13800 manata razılaşdıqdan Bəxtiyar Muradın gətirdiyi puldan 10000 manatını Anara vermiş və rəsmiləşdirdikdən sonra qalan 3800 manatın veriləcəyini bildirmişdir. Lakin sonradan Anar mobil telefonunu söndürmüşdür. Aldandıqlarını başa düşdükdən sonra Bəxtiyar polisə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Şahid2, Şahid3 və Şahid5 təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinə oxşar ifadə vermişlər. Məhkəmə Şahid4 iştirakı olmadan onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edərək tədqiq edilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı ifadə verən Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 5-6 ildir ki, tanıyır. xx.xx.2023-cü il tarixdə əvvəllər də icarəyə götürdüyü "xxxx" MMC-dən “Hyundai” markalı Elantra modelli **-TS-*** qeydiyyat nişanlı avtomobili müqavilə əsasında icarəyə götürmüşdür. Həmin gün rayona toy məclisinə gedib saat 23 radələrində Bakı şəhərinə qayıtmışdır. O yolda olan zaman Anar onunla əlaqə saxlayıb demişdir ki “Anam xəstə olduğu üçün onu həkimə aparmaq üçün maşın lazımdır. Sən maşını gəlirsənsə mənə ver”. O, Anarla razılaşmışdır. Çünki anasını tanıyır və səhhətinin yaxşı olmadığını da bilir. Saat 24 radələrində Nizami rayonu Neftçilərdə yerləşən parkın yanında Anarla görüşmüş və avtomobili vermişdir. Anar, ona sabah, yəni xx.xx.2023-cü il tarixdə saat 15 radələrində kimi avtomobili qaytaracağını və avtomobilin icarə puluna da köməklik edəcəyini bildirmişdir. xx.xx.2023-cü səhər saat 11 radələrində Anar onunla əlaqə saxlamış və demişdir ki, “mənim təcili işim çıxdı, səni gözləyə bilməyəcəm, avtomobili yaşadığım evə yaxın restoranın yaxınlığında küçədə saxlayıb açarını içərisində qoyacağam gəlib götürərsən”. O, saat 13 radələrində Anarın telefonda ona dediyi ünvana gəlmiş və Anarın avtomobili küçənin kənarında qapıları açqı vəziyyətdə atıb getdiyini görmüşdür. Anar maşının açarını içərisində qoyub saxlanc ycrir.ə də maşının bir günlük icarəsi üçün lazım olan 70 manat pul qoymuşdur. O maşını götürüb saat 16 radələrində kirayə götürdüyü MMC-yə qaytarmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür kı, xx.xx.2023-cü il tarixdə saat 12:47 radələrində yol kənarında arxa hissəsində bir ədəd ağ rəngli avtomobil dayanmış “Hyundai” markalı boz rəngli avtomobilin olması, həmin avtomoibilin sağ kənarında 4 nəfər şəxsin olması, həmin şəxslərdən üçünün avtomobilin qapılarını açaraq içərisinə nəzər salması, bir nəfər üzərində ağ rəngli uzunqol köynək və tünd rəngli şalvar olan şəxsin isə avtomobildən bir qədər kənarda dayanıb əllərini şalvarının cibinə salmaqla gəzişərək digər üç nəfər şəxsin avtomobilə baxıb qurtarmasını gözləməsi görünür. Həmin üç nəfər şəxs isə avtomobilin yük yerinə, salonuna, eyni zamanda mühərrik bölməsinə baxış keçirirlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntüdə əks olunan avtomobilin dələduzluq niyyəti ilə Zərərçəkmiş şəxs özünə məxsus olmasını bildirib satmaq istədiyi ifadəsində qeyd etdiyi **-TS-*** dövlət qeydiyyat nişanlı boz rəngli Hyundai Elantra markalı avtomobil, avtomobilə baxış keçirən şəxslər Bəxtiyar, onun qardaşı Elşad, qohumları Murad adlı şəxs, bir qədər kənarda əlləri cibində gəzişən, üzərində ağ rəngli uzunqol köynək və tünd rəngli şalvar olan şəxs isə özüdür. xx.xx.2023-cü il tarixdə maşını satmaq adı ilə Bəxtiyara təqdim edir. Bundan sonra onların 10.000 manat pulunu ələ keçirir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakcell MMC-dən cinayət işi üzrə üzrə Təqsirləndirilən şəxs istifadə etdiyi aktiv ***-***-**-** saylı mobil nömrəyə 15 may 2023-cü il tarixdən 17 may 2023-cü il tarixədək olan müddətdə daxil olan və çıxan zənglər, smslər götürülmüş, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs mobil nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə və Zərərçəkmiş şəxs adına qeydiyyatda olub qardaşı Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr ilə danışıqlara dair iş üçün əhəmiyyət kəsb edən zənglər qeydə alınmışdır. İş materiallarında olan 20 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, 2 ədəd disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan AD 864438 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai” markalı, “Elantra” modelli, 2014-cü il istehsalı, KMHDH4AE5EU186111 ban nömrəli, **-TS-*** dövlət qeydiyyat nişanlı, boz rəngli, avtomobil X1 mülkiyyətindədir. İş materiallarında olan ƏN-1 N-863973 reyestr nömrəli etibarnamədən görünür ki, “Hyundai” markalı, “Elantra” modelli, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə idarə edilməsi üçün həvalə edilmişdir. İş materiallarında olan 2403 nömrəli yol vərəqəsindən görünür ki, “Hyundai” markalı, “Elantra” modelli, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müqavilə əsasında "xxxx" MMC-dən Şahid4 idarə etmək üçün verilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyanın qismən ödənildiyini, qalan 5800 manatı 3 aya ödəyəcəyini, təqsirləndirilən şəxslə barışdığını qeyd edərək nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü Kamil Şəfiyev və xx.xx.2013-cü il təvəllüdlü Rəhim Şəfiyev adlı iki azyaşlı uşağı var. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, diskə baxış keçirilməsi haqqında protokollar və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən vurulmuş ziyanın qismən ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, ilk dəfə cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yüngülləşdirici halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir, Təqsirləndirilən şəxs həbsdə saxlandığı cəmi 04 (dörd) ay 09 (doqquz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş 2 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 04 (dörd) ay 09 (doqquz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 08 (səkkiz) ay 18 (on səkkiz) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxsnın üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxsnın üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş 2 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar