Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-516/2023 25.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X17, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Naxçıvan MR, Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, texniki cəhətdən saz vəziyyətdə olan X7 məxsus “Honda İnsight minik” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında “AC 349584” nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə 31 may 2023-cü il tarixdə saat 06:05-də 50 km/saat sürətlə idarə edərkən ünvan 3 ünvanın yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyərək avtomobilin ön sağ hissəsi ilə yolun sağ hissəsindən sola doğru keçən piyada X5 vurub ona ehtiyatsızlıqdan qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, başın sol alın və sol alın-təpə nahiyələrində əzilmiş yaraları, sağ təpə nahiyəsində qançır və sol qaşaltı nahiyədə əzilmiş səthi dəri yarası, döş qəfəsinin sağ və sol yarısında qabırğaların çoxsaylı qapalı sınıqları və sınıqlar ətrafı yumşaq toxumalarda qansızmalar, qaraciyərin böyük payında əzilmiş-cırılmış yara, sağ baldır nahiyəsinin orta 1/3-nin ön səthində sağ baldır sümüklərinin açıq sınıqları və qansızmalarla müşayiət olunan əzilmiş-cırılmış yara, sağ aşıq-baldır oynağı sümüklərinin qapalı sınığı və sınıqətrafı yumşaq toxumalarda qansızmalar, sol baldır nahiyəsində qançır, sifət, sol çiyin üstü, qarın, hər iki diz oynaqları, sol dirsək oynağı, sol sağrı, sol baldır, sol ayaq pəncəsi və sağ ayağın baş barmağı nahiyələrində nəm sıyrıqlar, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaqla xx.xx.2023-cü il tarixdə saat 09:45-də X20 ölməsinə səbəb olan çox saylı ağır küt travma fonunda artan hemoragik və travmatik şokdan ibarət olmaqla yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, “HONDA İNSİGHT” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdən etibarnamə ilə idarə etmişdir. Həmin avtomobil ona Şahid tərəfindən etibarnamə əsasında verilmiş və avtomobil ilə mobil telefon tətbiqinə qoşulmaqla taksi fəalliyyəti ilə məşğul olaraq gündəlik ödənişləri Şahid kart hesabına ödəmişdir. xx.xx.2023-cü il tarixdə, 06:05-də idarə etdiyi “HONDA İNSİGHT” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda 50 km sürətlə Xətai rayonu, Ə.Şıxlinski küçəsi ilə N.Tusi küçəsi istiqamətindən Zığ yolu istiqamətinə hərəkət edib, Ə.Şıxlinski küçəsi 47 saylı ünvanın qarşısına çatanda avtomobil yolunun əks tərəfinə keçən, X1 avtomobil yolunun təxminən orta hissəsində olduğunu görmüş və həmin anda da idarə etdiyi avtomobilin sağ tərəf fara hissəsi ilə Təhmiraz Şirinovu vurmuşdur. X16 idarə etdiyi avtomobilin ön kapotunun üzərinə düşmüş, çiyin və baş nahiyəsi isə avtomobilin ön alın şüşəsinə dəymişdir. Dərhal avtomobildən düşüb Təhmiraz Şirinova yaxınlaşmışdır. Həmin anda ondan arxada hərəkətdə olan avtomobilin sürücüsü dayanaraq onlara yaxınlaşmışdır. Həmin sürücünün köməkliyi ilə Təhmiraz Şirinovu idarə etdiyi avtomobilin arxa oturacağında əyləşdirib əvvəlcə "xxxx" ASC-nin xəstəxanasına aparmış, lakin həmin xəstəxana işləmədiyinə görə oradan X26 aparmışdır. X20 həkimlər Təhmiraz Şirinovun bədənini müayinə edib müalicə olunması üçün xəstəxanaya yerləşdirmişlər. Bundan sonra Təhmiraz Şirinovun mobil telefonundan oğlu X8 zəng etmiş, özünü ona təqdim edib Təhmiraz Şirinovu vurduğunu və onu X26 gətirdiyini hazırda da xəstəxanada olduğunu bildirmişdir. Daha sonra avtomobili idarə etmək üçün ona verən Şahid zəng edib idarə etdiyi avtomobil ilə piyada vurması barədə məlumat vermişdir. Orxanda ona demişdir ki, avtomobili icbari sığorta etdirdiyi şirkətə zəng edib hadisə barədə məlumat verəcək. Daha sonra xəstəxananın həyətində dayanıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngün cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanında həyat yoldaşı X9, oğlu X13 və X18 və mərhum atası X10 ilə birlikdə yaşamışdır. 31 may 2023-cü il tarixdə saat 05:30-da atası həmişəki kimi işə getmişdir. Həmin günü saat 06:15 radələrində atası ona zəng edib minik avtomobili ilə vurulması nəticəsində bədən xəsarəti aldığını və həmin avtomobilin sürücüsünün onu xəstəxanaya apardığını bildirmişdir. Həmin vaxt o X26 getmişdir. X20 sürücü Təqsirləndirilən şəxs atasının yanında olmuşdur. Saat 10:30-da isə həkimlər atasının vəfat etdiyini bildirmişlər. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şаhid qismində dindirilmiş Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “HONDA İNSİGHT" minik markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Təqsirləndirilən şəxs avtomobili müvəqqəti olaraq istifadə etmək üçün ondan icarəyə götürmüşdür. 31 may 2023-cü il tarixdə saat 09:30 radələrində Təqsirləndirilən şəxs ona zəng edib idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsində hərəkətdə olarkən piyada kişini vurduğunu və piyadanı idarə etdiyi avtomobil ilə X26 apardığını bildirmişdir. O da avtomobili icbari sığorta etdirdiyi "xxxx" ASC-yə zəng edib hadisə barədə məlumat vermişdir. Təxminən saat 11:20 radələrində Təqsirləndirilən şəxs ona zəng edib piyadanın vəfat etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 31 may 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və iş icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 31 may 2023-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi ünvan 3 ünvana baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 4-11); nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 31 may 2023-cü il tarixli protokoldan görünür ki, “Honda İnsight minik” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin ön buferinin orta hissəsinin, ön kapotun orta hissəsinun əzilməsi, alın şüşəsinin sınması müəyyən edilmiş və nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 12-17); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/16973 nömrəli xx.xx.2023-cü il tarixli tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 18); narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli 2283 saylı aktından görünür ki, müayinə nəticəsində Təqsirləndirilən şəxs hər hansı bir narkotik vasitədən və ya psixotrop maddədən istifadə etməsi müəyyən edilməmişdir (i.v. 19); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ QİŞ 2 saylı Asan xidmət tərəfindən xx.xx.2017-ci il tarixdə 10 il müddətinə «B» kateqoriyalı AC 349584 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 23); zərərçəkmiş şəxsin hüquqi varisinin təyin edilməsi haqqında 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istntaq olunan ********* saylı cinayət işi üzrə X12 ölmüş atası X2 hüquqi varisi qismində tanınmışdır (i.v. 40); 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 362162 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə travmatik ikincili və ya residivləşən qanaxma nəticəsində vəfat etmişdir (i.v. 48); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 16 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v. 49); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X14” X28 31 may 2023-cü il tarixli, 51 saylı rəyindən görünür ki, 1. X1 meyitinin üzərində aşkar edilmiş xəsarətlər: qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, başın sol alın və sol alın-təpə nahiyələrində əzilmiş yaralar, sağ təpə nahiyəsində qançır və sol qaşaltı nahiyədə əzilmiş səthi dəri yarası, döş qəfəsinin sağ və sol yarısında qabırğaların çoxsaylı qapalı sınıqları və sınıqlar ətrafı yumşaq toxumalarda qansızmalar, qaraciyərin böyük payında əzilmiş-cırılmış yara, sağ baldır nahiyəsinin orta 1/3-nin ön səthində sağ baldır sümüklərinin açıq sınıqları və qansızmalarla müşayiət olunan əzilmiş-cırılmış yara, sağ aşıq-baldır oynağı sümüklərinin qapalı sınığı və sınıqətrafı yumşaq toxumalarda qansızmalar, sol baldır nahiyəsində qançır, sifət, sol çiyin üstü, qarın, hər iki diz oynaqları, sol dirsək oynağı, sol sağrı, sol baldır, sol ayaq pəncəsi və sağ ayağın baş barmağı nahiyələrində nəm sıyrıqlar, çox saylı travma fonunda artan hemoragik və travmatik şok həyati olub, bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişdir, törənrnə müddəti X15 Tibb Mərkəzinə daxil olmasından bir qədər əvvəl olmaqla qərarın təsvir hissəsində göstərilən və xəstəlik tarixində qeyd olununan xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər və ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malik olub, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. 2. X3 ölümünə səbəb almış olduğu çoxsayılı ağır küt travma fonunda artan hemoragik və travmatik şok olmuşdur. Mərhumun ölümü xx.xx.2023-cü il tarixdə, saat 09:45-də X20 baş vermişdir ki, bu da meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq olunur. 3. X3 adına təqdim olunmuş xəstəlik tarixində X26 daxil olarkən xəstədən kəskin alkahol iyi gəlməsi qeyd edilmişdir, lakin Təhmiras Şirinovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər, həmçinin tiryək qrupu, fenotiozin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir, bu T.S.Şirinovun xəstəxanada müalicə alarkən ona venadaxili dərman məhlullarının köçürülməsi ilə izah oluna bilər (i.v. 57-63); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 11 avqust 2023-cü il tarixli, 8/2338 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Honda İnsight” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 64-67); diskə baxış keçirilməsi haqqında 21 avqust 2023-cü il tarixli protokoldan görünür ki, TŞ-5-119 nömrəli Təhlükəsiz Şəhər görüntü kameraları vasitəsi ilə qeydə alınan video görüntülərə baxış keçirilmiş, baxış zamanı birinci videofaylda aşkar olmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 05:59:03-dən başlayaraq 06:09:02-dək olan müddət ərzində ünvan 5 ünvanda iki istiqamətli yolun ümumi görüntüsü vardır. Görüntüyə baxan zaman yolun hər iki istiqamətində müxtəlif avtomobillərin hərəkətdə olması görünür. Video faylın 06:05 anında artıq Təqsirləndirilən şəxs idarə etdiyi “Honda İnsight” markalı **-FG- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə mərhum X6 ehtiyatsızlıqdan vuraraq yol-nəqliyyat hadisəsini törətdikdən sonra avtomobildən düşərək ətrafdakı şəxslərin köməyi ilə idarə etdiyi avtomobilə mindirərək köməklik məqsədilə mərhum Təhmuraz Şirinovu hadisə yerindən aparması müşahidə olunmuşdur. Baxış zamanı ikinci videofaylda aşkar olmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 05:57:17-dən başlayaraq 06:09:02-dək olan müddət ərzində ünvan 5 ünvanda iki istiqamətli yolun ümumi görüntüsü vardır. Görüntüyə baxan zaman yolun hər iki istiqamətində müxtəlif avtomobillərin hərəkətdə olması görünür. Video faylda Təqsirləndirilən şəxs idarə itdiyi “Honda İnsight” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə mərhum X6 vurduğu yerin əks istiqaməti görsənir. Ona görə də hadisə anı görsənmir. Baxış zamanı üçüncü videofaylda aşkar olmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 06:00:03-dən başlayaraq 06:09:58-dək olan müddət ərzində ünvan 5 ünvanda iki istiqamətli yolun ümumi görüntüsü vardır. Görüntüyə baxan zaman yolun hər iki istiqamətində müxtəlif avtomobillərin hərəkətdə olması görünür. Video faylın 06:05 anında Təqsirləndirilən şəxs idarə etdiyi “Honda İnsight” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə mərhum X6 ehtiyatsızlıqdan vuraraq yol-nəqliyyat hadisəsini törətdikdən sonra avtomobildən düşdüyü müşahidə olunur, 06:06:53-də ətrafdakı şəxslərin köməyi ilə mərhum T.Şirinovu idarə etdiyi avtomobilə mindirərək köməklik məqsədilə hadisə yerindən getməsi müşahidə olunmuşdur (i.v. 45-46); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 79- 80); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 21 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 94-95); sübutların qiymətləndirilməsi haqqında 21 avqust 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadələri, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 51 saylı və məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/2338 saylı rəyləri sübut növü kimi qiymətləndirilmiş, “Honda İnsight” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanımış və saxlanlması üçün sahibinə verilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd “DVD” diskin maddi sübut kimi cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (i.v. 100-106); elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü övladı X29 və xx.xx.2013-cü il təvəllüdlü övladı X30 vardır. zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur və olmayacaqdır. Məhkəmə iclasında 01 ədəd “DVD-R” diskə baxış keçirilərkən içərisində 03 ədəd videofaylın olması aşkar edilmişdir. Baxış zamanı birinci videofaylda aşkar olmuşdur ki, xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanda Təqsirləndirilən şəxs idarə etdiyi “Honda İnsight” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə mərhum X6 ehtiyatsızlıqdan vuraraq yol-nəqliyyat hadisəsini törətdikdən sonra avtomobildən düşərək ətrafdakı şəxslərin köməyi ilə idarə etdiyi avtomobilə mindirərək köməklik məqsədilə mərhum Təhmuraz Şirinovu hadisə yerindən aparması müşahidə olunur. Baxış zamanı ikinci videofaylda aşkar olmuşdur ki, xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanda iki istiqamətli yolun ümumi görüntüsü vardır. Görüntüyə baxan zaman yolun hər iki istiqamətində müxtəlif avtomobillərin hərəkətdə olması görünür. Video faylda Təqsirləndirilən şəxs idarə itdiyi “Honda İnsight” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə mərhum X6 vurduğu yerin əks istiqaməti görsənir. Ona görə də hadisə anı görsənmir. Baxış zamanı üçüncü videofaylda aşkar olmuşdur ki, xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanda Təqsirləndirilən şəxs idarə etdiyi “Honda İnsight” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə mərhum X2 ehtiyatsızlıqdan vuraraq yol-nəqliyyat hadisəsini törətdikdən sonra avtomobildən düşdüyü müşahidə olunur, daha sonra isə ətrafdakı şəxslərin köməyi ilə mərhum T.Şirinovu idarə etdiyi avtomobilə mindirərək köməklik məqsədilə hadisə yerindən getməsi müşahidə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində 2 (iki) azyaşlı övladının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), CM-nin 60-cı maddəsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “Honda İnsight” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılmalı və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə saxlanılması üçün verilməsi nəzərə alınmalı (CPM-132), iş üzrə 85 (səksən beş) manat məbləğində məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Honda İnsight” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılsın və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə saxlanılması üçün verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-516/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-516/2023
25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver