Məhkəmə qərarları › İş №1(011)-517/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-517/2022

09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-517/2022 09.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1999-cu ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun 3 (üç) ay 15 (on beş) gün həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə, 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılmış, hazırda məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq, əldə etdiyi saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, bir ədəd 1962-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 5,6 mm kalibrli, “TOZ-17” modelli, 27432 nömrəli tüfəng, bir ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonu yandan alışan, 5,6 mm kalibrli olmaqla, həmin kalibrə malik “TOZ- 8”, “TOZ-11”, “TOZ-16”, “TOZ-21-1”, “TOZ-18”, “TOZ-29”, “TOZ-17” və s. modelli idman-ov tüfəngi və karabinlərində, “TOZ-35”, “İS-1” markalı idman tapançalarında, “Smirin” markalı revolverlərdə, “Amerikan-180” markalı avtomatlarda, habelə digər bir sıra yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patron, bir ədəd sandıqça “TOZ-17” modelli idman-ov tüfənglərinin funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, beş ədəd 5,6 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqça, döyüş sursatı hesab olunan, istifadəyə yararlı ştat patronlar əldə edib, özündə saxlamaqla, daşıyaraq gəzdirmiş, odlu silahların qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında, keçirilən əməliyyat tədbirləri nəticəsində, 17 avqust 2022-ci il tarixdə, saat 16:45-də ünvan 2 ünvanının qarşısında saxlanılıb, ünvan 3əşən Xətai RPİ-nin 36-cı Polis Bölməsinin inzibati binasına gətirilərək, orada videoçəkilişdən istifadə edilməklə, üzərində aparılan şəxsi axtarış və götürmə zamanı, həmin silah və dörd ədəd güllələr aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, küçələrdən metal toplayaraq, məntəqələrə satmaqla, özünü dolandırırmış. 2022-ci ilin avqust ayının əvvəllərində Xətai rayonunun ərazisində, 249 nömrəli məktəbin qarajının yanında olan zibillik ərazidə metal toplayan zaman, onun diqqətini parçaya bükülmüş uzun əşya çəkmiş və açıb baxdıqda, tüfəng olduğunu görmüşdür. Tüfəngin üzərində darağı, yanında isə bir qutu var idi. Qutunun içərisinə baxdıqda, dörd ədəd güllə aşkar etmişdir. O, tüfəngi, darağı və güllələri həmin ərazidə yerin altında basdıraraq gizlətmişdir. 17 avqust 2022-ci il tarixdə, günorta saatlarında silahı və güllələri gizlətdiyi yerə gedərək, onları yerdən çıxardıb, başqa yerdə gizlətmək məqsədi ilə, özü ilə götürmüşdür. Həmin vaxt mülki geyimli şəxslər ona yaxınlaşaraq, özlərini polis əməkdaşları kimi təqdim etmiş və onu Xətai RPİ-nin 36-cı Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində ona döyüş sursatı əldə edib, saxlamağı ilə bağlı şübhəli olduğu üçün şəxsi axtarışa məruz qalacağı izah edilmişdir. Bundan sonra, dəvət edilmiş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş və ilk əvvəl polis əməkdaşlarına təqdim etdiyi tüfəngi, darağı və güllələri masanın üzərinə qoymuşlar. Daha sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş digər əşya aşkar edilməmişdir. Polis əməkdaşları onlara təqdim etdiyi əşyalara baxış keçirdikdən sonra, həmin əşyalar qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş və doğruluğunu təsdiq etmək üçün o, özü və digər iştirakçılar tərəfindən protokola imza edilmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq döyüş sursatı əldə etməsi, daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin məlumatın yoxlanması üçün, əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra həmin gün, saat 16 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Xətai rayonu, “Həzi Aslanov” metrostansiyasının yaxınlığına getmişlər. Bir neçə vaxt ərzində müşahidə apardıqdan sonra, xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar şəxsin həmin ünvana gəlməsini müşahidə etmişlər. Həmin şəxsi kənardan nəzarətə götürüb, hərəkətlərini izlədiklərində, onun həmin ərazidəki torpaq sahəsini qazaraq, torpaqdan əşyalar götürdüyünü müşahidə etmişlər. Onlar dərhal həmin şəxsə yaxınlaşıb, onu saxlamış, xidməti vəsiqələrini təqdim etməklə, Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdə, ona qanunsuz olaraq döyüş sursatı əldə etməsi, daşıması və saxlaması barədə məlumatın daxil olduğunu izah etmiş, daha sonra ondan üzərində qanunsuz əşyanın olubolmamasını soruşduqda, Təqsirləndirilən şəxs özündə olan silahı onlara təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Xətai RPİ-nin 36-cı Polis Bölməsinə dəvət edilmiş və bölmədə dəvət olunmuş müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə, şəxsi axtarış aparılacağı izah edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirilmiş və şəxsi axtarış aparılan zaman, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd silah, bir ədəd daraq və dörd ədəd patronlar təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş digər əşya olmadığını bildirmiş və şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Götürülmüş əşyalar qablaşdırılmış, möhürlənmiş, daha sonra bu barədə protokol tərtib olunmuş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 17 avqust 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 10 gün əvvəl “Həzi Aslanov” metrostansiyasının yaxınlığında, 249 nömrəli məktəbin yanındakı qarajların ətrafında, zibillik ərazidə metal toplayarkən, orada parçaya bükülmüş tüfəng və onun yanında qırmızı qutuda dörd ədəd güllə tapıb götürmüş və həmin ərazidə yerdə basdıraraq gizlətmişdir. Daha sonra, həmin gün, yəni 17 avqust 2022-ci il tarixdə silahı götürüb, başqa bir yerə aparmaq istəyən zaman, onu polis əməkdaşları saxlamış və o, həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd silah, bir ədəd daraq və dörd ədəd patronlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 18 avqust 2022-ci il tarixli, 22/543 R nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 27432 nömrəli silah, keçmiş SSRİ dövlətində 1962-ci ildə Tula silah zavodunda istehsal olunmuş 5,6 mm kalibrli, TOZ-17 modelli sürgülü beş atılan ov karabinidir, odlu yivli silahdır. Həmin silah quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş bir ədəd daraq zavod üsulu ilə istehsal olunmuş beş ədəd 5,6 mm kiçik kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli TOZ-17 modelli karabinlərin komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş dörd ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 5,6 mm kiçik kalibrli ştat patronlarıdır, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 5,6 mm kalibrli, 27432 nömrəli, TOZ-17 modelli ov karabinindən eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİNnin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edildi və müqayisəli tədqiqat zamanı, eynilik aşkar edilməmişdir. Eyni zamanda, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2022-ci il tarixli, 3/1173 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd silah - 1962-ci ildə, Tula silah zavodunda istehsal edilmiş, 5,6 kalibrli, TOZ-17 modelli, 27432 nömrəli tüfəngdir – yivli odlu idman silahıdır, odlu silah hesab edilir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş bir ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonu yandan alışan, 5,6 mm kalibrli olmaqla, həmin kalibrə malik TOZ-8 (TOZ-8M), TOZ-11, TOZ-16, TOZ-21-1, TOZ-18, TOZ-29, TOZ-17 və s. modelli idman-ov tüfəng və karabinlərində, TOZ-35, “İS-1” markalı idman tapançalarında, “Smirin” markalı revolverlərdə, “Amerikan- 180” markalı avtomatlarda, habelə digər bir sıra yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş bir ədəd sandıqça TOZ-17 modelli idman-ov tüfənglərinin funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, beş ədəd 5,6 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır (daraqdır), istifadəyə yararlıdır. İş materiallarından görünür ki, 1962-ci ildə, Tula silah zavodunda istehsal edilmiş, 5,6 kalibrli, TOZ-17 modelli, 27432 nömrəli sürgülü beş atılan ov karabini, 5,6 mm kiçik kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş bir ədəd sandıqça və dörd ədəd 5,6 mm kalibrli patron cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 avqust 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 10 sentyabr 2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun 3 (üç) ay 15 (on beş) gün həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə, 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılmışdır. Hazırda həmin məhkumluq ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən iki il keçmədən, hazırki cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlini səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 17 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan, istifadəyə yararlı, 1962-ci ildə, Tula silah zavodunda istehsal edilmiş, 5,6 kalibrli, TOZ-17 modelli, 27432 nömrəli sürgülü beş atılan ov karabini, 5,6 mm kiçik kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş bir ədəd sandıqça və dörd ədəd 5,6 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə olunmalı və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat saxlancına təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 17 avqust 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan, istifadəyə yararlı, 1962-ci ildə, Tula silah zavodunda istehsal edilmiş, 5,6 kalibrli, TOZ-17 modelli, 27432 nömrəli sürgülü beş atılan ov karabini, 5,6 mm kiçik kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş bir ədəd sandıqça və dörd ədəd 5,6 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə olunmalı və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat saxlancına təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar