Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-518/2021 28.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs «Azəriqaz» İB-nin nümayəndəsi X7 və Bakı şəhər 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, “Azəriqaz” İstehsalat Birliyinin Bakı X15 Departamentinin rəisi X2, Satış və İstismar Xidmətinin rəisi Ruslan Əliyev və İstismar Xidmətinin rəhbəri Cavid Hüseynovun cinayət məsuliyyətinə cəlb edilməsi və əmək müqavilələrinə xitam verilməsi barədə X5 xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyinin Bakı X15 Departamentinin rəisi X2, Satış və İstismar Xidmətinin rəisi Ruslan Əliyevin və İstismar Xidmətinin rəhbəri Cavid Hüseynovun cinayət məsuliyyətinə cəlb edilməsi və əmək müqavilələrinə xitam verilməsini xahiş etmişdir. X9 xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, 27.04.1990-cı il təəllüdlü 1994-cü ildən 2007-ci ilə qədər Bakı şəhər Xətai rayon 3-saylı Uşaq Evinin məzunu Ulu öndər X14 X4 Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaq evində böyüyüb təhsil almışam. Hörmətli Mehriban xanım Əliyeva onlara həyatda düzgün və doğru olmağı öyrədib, buna görə də o, qanunazidd hərəkət etməmişdir, etməz də, çünki ona verilən tərbiyə məhz Hörmətli Mehriban xanım Əliyeva tərəfindən olub. Hörmətli Mehriban xanım Əliyevanın nüfuzuna söz sahibliyinə xələl gətirəcəyi zərrə qədər hərəkət belə etməmiş və etməz də. Bildirmişdir ki, 10.11.2021-ci il tarixdə X3 Bakı X15 və Bakı Regional Qaz İstimar Xidmətinin rəhbəri cənab Ruslan Əliyevə ərizə yazıb bildirmişdir ki, X3 Satış Departamentinin rəhbəri X1 rayonunda Bu zaman Azəriqaz İB-nin Bakı X15 Departamentinin rəhbəri X6 hadisə yerinə dəvət edilmişdir. Ata Abdullayev Z.Mehrəliyevi video lentə alan zaman BRQSD-nin rəhbəri Zamin Mehrəliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Maddə 284.1 bəndini kobud pozaraq özünə bəraət qazandırmaq üçün Ata Abdullayev və Əməkdaşları tərəfindən çəkilən video reportajda Z.Mehrəliyev Azərbaycan Respublikasının CM-nin Maddə 284.1 bəndini kobud pozub öz üzərində olan məhsuliyyəti G-4 tipli qaz sayğacının hardan açılıb-açılmağı barədə mətbuata bildirmişdir, qaz sayğacının haradan açılıb açılmamağı barədə mətbuatda ictimaiətə bildirməklə Z.Mehrəliyev məhsuliyyəti öz üzərindən atıb bildirmişdir ki, Smart tipli G-4 tipli qaz sayğaclarının haradan açılıb-açılmamağı barədə açıq-aşkar özü ifadə edib Ata Abdullayevə videonu izləyən milyonlarla videoya baxanlara bildirmişdir. Ata Abdullayev tərəfindən çəkilən video reportaja diqqətlə baxsaz Zamin Mehrəliyev möhürlü (plomblu) Qaz Sayğacının haradan açılıb-açılmamağı barədə Ata Abdullayevə bildirib, beləliklə də Azəriqaz İB-nin rəisi Zamin Mehrəliyev sayğaca diqqətlə baxsaz sayğac buradan açda bilinir deməklə, ona məlum olan dövlət sirrini təşkil edən məlumatları yaymışdır. Beləliklə, o, şəxsən Azəriqaz İB-nin BRQSD-nin rəisi Zamin Mehrəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddə 284.1 kobud pozduğuna görə, bu barədə Azəriqaz İB-nin BRQSD və BRQİD-nin rəhbəri cənab Ruslan Əliyevə şəxsən ərizə ilə 10.11.2021-ci il tarixdə müraciət etmişdir. Bildirmişdir ki, 10.11.2021-ci il tarixli müraciəti Azəriqaz İB-nə daxil olmuşdur. Müraciətlə bağlı M-01261 daxil olma nömrəsi ilə qeydiyyata alınmışdır. 17.11.2021-ci il tarixdə Azəriqaz İB-nin BRQSD və BRQİD-nin rəhbəri cənab Ruslan Əliyevə təkrar müraciət edib 1 ədəd diskdə Zamin Mehrəliyev və Ata Abdullayevlə birgə müsahibədə Z.Mehrəliyevin CM-nin 284.1 maddəsini pozduğuna görə video lenti ərizəyə əlavə edib, Azəriqaz İB-nin rəisi Ruslan Əliyevə ərizə ilə təqdim etmişdir. Lakin Azəriqaz İB-nin İstismar xidmətinin rəhbəri cənab Cahid Hüseynov 02.12.2021-ci il tarixdə Azəriqaz İB-nin BRQSD-nin rəhbəri cənab Zamin Mehrəliyevin cinayət əməlini ört-basdır etməklə, 02.12.2021-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin maddə 294.3 bəndini pozub sübutları saxtalaşdırmaqla həmin məcəllənin Maddə 307.1 kobud pozaraq Azəriqaz İB-nin BRQSD-nin rəhbəri X2 cinayət əməlini ört-basdır edib cavabda bildirmişdir ki, səlahiyyəti daxilində aparılmış araşdırma zamanı Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyev tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi halı öz təsdiqini tapmamışdır deməklə Cahid Hüseynov açıq-aşkar Zamin Mehrəliyevin cinayət əməlini ört basdır etmişdir. 02.12.2021ci il tarixli SOCAR:**********3056004X07020 saylı məktubunu ləğv edib, X3 Bakı X15 Departamentinin rəisi X6 şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması milyonlarla insanın gözü qarşısında Azərbaycan Respublikasının qanunlarını saymayan və qanunvericiliyə riayət etmədikləri üçün bir qrup şəxs qabaqcadan əlbir olub mütəşəkkil dəstə Azəriqaz İB-nin Satış və İstismar Xidmətinin rəisi Ruslan Əliyev, Azəriqaz İB-nin İstismar xidmətinin rəhbəri Cahid Hüseynov birləşib, Azəriqaz İB-nin BRQSD-nin rəhbəri Zamin Mehrəliyevin cinayət əməlini ört-basdır etdiklərinə görə, yuxarıda qeyd etdiyi 3 nəfər şəxsin əməllərində cinayət tərkibinin olub-olmadığı araşdırılması, həmin şəxsləri cinayət məhsuliyyətinə cəlb etmək və əmək müqavilələrinə xitam etmək barədə qərar qəbul etməyi xahiş etmişdir. Hazırlıq iclasında məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması üçün ilkin dinləmələr keçirilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X9 ərizədə göstərilənləri müdafiə edərək, “Azəriqaz” İstehsalat Birliyinin Bakı X15 Departamentinin rəisi X2, Satış və İstismar Xidmətinin rəisi Ruslan Əliyev və İstismar Xidmətinin rəhbəri Cavid Hüseynovun cinayət məsuliyyətinə cəlb edilməsi və əmək müqavilələrinə xitam verilməsi barədə xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs «Azəriqaz» İB-nin nümayəndəsi X10 və Bakı şəhər 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi şikayətin əsassız olduğu üçün icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş X9 şikayətində barəsində şikayət verdiyi şəxsləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 284.1-ci, 294.3-cü və 307.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirir. İş materiallarından ,həmçinin şikayət ərizəsinin mətnindən məlum olur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrinin əlamətləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyinin Bakı X15 Departamentinin rəisi X2, Satış və İstismar Xidmətinin rəisi Ruslan Əliyev və İstismar Xidmətinin rəhbəri Cavid Hüseynovun cinayət məsuliyyətinə cəlb edilməsi və əmək müqavilələrinə xitam verilməsi barədə X5 xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: “Azəriqaz” İstehsalat Birliyinin Bakı X15 Departamentinin rəisi X2, Satış və İstismar Xidmətinin rəisi Ruslan Əliyevin və İstismar Xidmətinin rəhbəri Cavid Hüseynovun cinayət məsuliyyətinə cəlb edilməsi və əmək müqavilələrinə xitam verilməsi barədə X5 xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-518/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-518/2021
28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver