Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-518/2022 21.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Dövlət ittihamçısı- Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi –Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 11 avqust 1993-cü il tarixdə Salyan rayonunun Seyidsadıqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Salyan rayonu, Marışlı Ərazi Dairəsi, Seyidsadıqlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə və xx xxxx 1995-ci il tarixdə Salyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Salyan rayonu, Marışlı Ərazi Dairəsi, Seyidsadıqlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını talama məqsədi ilə qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 29 avqust 2022-ci il tarixdə saat 23:50-də ünvan 1 ünvanında yerləşən “Park Azure” B1 blokun qarşısında Zərərçəkmiş şəxs tərəfindən saxlanılmış sonuncuya məxsus 1750 manat dəyərində 01 ədəd 2020-ci il istehsalı “Tufan M50” markalı, mühərrik həcmi 49 sm3 olan mopedə yaxınlaşıb cinayətkar niyyətin həyata keçirilməsi üçün əvvəlcədən rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus “Tufan M50” markalı mopedi kəndir vasitəsi ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Tufan M50” markalı mopedin arxasına bağlayıb sonuncunun öz mopedini hərəkətə gətirməsindən sonra Təqsirləndirilən şəxs1 da taladığı mopedi hərəkətə gətirərək oradan uzaqlaşaraq mopedi gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 1750 (bir min yeddi yüz əli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını talama məqsədi ilə qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 29 avqust 2022-ci il tarixdə saat 23:50-də ünvan 1 ünvanında yerləşən “Park Azure” B1 blokun qarşısında Zərərçəkmiş şəxs tərəfindən saxlanılmış sonuncuya məxsus 1750 manat dəyərində 01 ədəd 2020-ci il istehsalı “Tufan M50” markalı, mühərrik həcmi 49 sm3 olan mopedə yaxınlaşıb cinayətkar niyyətin həyata keçirilməsi üçün əvvəlcədən rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus “Tufan M50” markalı mopedi kəndir vasitəsi ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Tufan M50” markalı mopedin arxasına bağlayıb sonuncunun öz mopedini hərəkətə gətirməsindən sonra Təqsirləndirilən şəxs1 da taladığı mopedi hərəkətə gətirərək oradan uzaqlaşaraq mopedi gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 1750 (bir min yeddi yüz əli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Salyan rayonu, Seyidsadıqlı kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır və himayəsində iki azyaşlı övladı vardır. Oğlu vərəm xəstəsi olduğu üçün müalicəyə ehtiyacı vardır. Maddi imkanı olmadığı üçün oğlunu müalicə etdirə bilməmişdir. Özünə iş axtarmaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə yaşadığı Salyan rayonundan çıxaraq Bakı şəhərinə gəlmişdir. Təqsirləndirilən şəxs2 onun bibisi oğludur. 29 avqust 2022-ci il tarixdə saat 22 radələrində iş axtarmaq məqsədi ilə “Dəniz Mall”-da olan zaman təsadüfən bibisi oğlu Şahmarla qarşılaşmışdır. Görüş zamanı Şahmar ona kuryer kimi sifariş götürdüyünü və sifarişi çatdırmaq lazım olduğunu demişdir. O Şahmara onunla bir yerdə sifarişi çatdırmaq istədiyini bildirmişdir. Şahmar etiraz etməmişdir. Onlar Şahmarın idarə etdiyi mopedlə sifarişi aparıb təhvil vermişlər. Şahmardan onu mopedlə şəhərdə bir az gəzdirməsini xahiş etmişdir. Həmin gün saat 23:50 radələrində Xətai rayonunda yerləşən “Park Azure” binasının qarşısından keçən zaman, binanın qarşısında “Tufan M50” markalı moped olduğunu görmüşdür. Həmin vaxt o, Şahmara mopedi oğurlamağı təklif etmişdir. Uşağının xəstəliyi ilə bağlı ona pul lazım olduğunu, mopedi oğurlayıb sataraq puluna uşağını müalicə etdirmək istədiyini bildirib mopedi aparmaqda ona köməklik etməsini xahiş etmişdir. Şahmar onun uşağının xəstə olduğunu bildiyindən mopedi oğurlamaqda ona kömək edəcəyini bildirmişdir. Bundan sonra ətrafda heç kimin olmadığına və görmədiyinə əmin olduqdan sonra o, mopedə yaxınlaşıb onu oğurlamışdır. Şahmar özünə məxsus, o isə oğurladıqları “Tufan M50” markalı mopedi idarə edərək Bayıl qəsəbəsinə getmişlər. Orada o, oğurladığı “Tufan M50” markalı mopedi yaşadığı Salyan rayonuna aparacağını bildirmişdir. Daha sonra Şahmarla sağollaşıb Salyan rayonu, Seyidsadıqlı kəndində olan evinə getmişdir. 07 sentyabr 2022-ci il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları gələrək oğurluqda şübhəli olduğunu bildirmişlər. O da əməlini etiraf edərək Şahmarla birlikdə oğurladığı mopedi polis əməkdaşlarına təhvil vermişdir. Bundan sonra onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Beləliklə o, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını və bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Salyan rayonu, Seyidsadıqlı kəndində qeydiyyatda olmaqla yaşayır. Təxminən üç il olmuşdur ki, rəsmi olaraq “Dənizkənarı Bulvarda” fəhlə kimi işləmişdir. Onun özünə məxsus "Tufan M50" markalı mopedi vardır. Ona görə fəhləlik işindən əlavə həmçinin kuryer kimi işləmişdir. Təqsirləndirilən şəxs1 onun dayısı oğludur. 29 avqust 2022-ci il tarixdə “Dəniz Mall”-da təsadüfən Vüsalla qarşılaşmışdır. O, Vüsala kuryer kimi sifariş götürdüyünü və sifarişi çatdırmaq lazım olduğunu demişdir. Vüsal da onunla getmək istədiyini bildirdiyi üçün birlikdə sifarişi təhvil vermişlər. Sonra Vüsal onu idarə etdiyi mopedlə şəhərdə bir az gəzdirməyini xahiş etmişdir. Buna görə də onlar birlikdə idarə etdiyi "Tufan M50" markalı mopedlə şəhərdə gəzməyə başlamışlar. saat 23:50 radələrində Xətai rayonunda yerləşən “Park Azure” binasının qarşısından keçən zaman orada "Tufan M50" markalı moped olduğunu görmüşlər. Həmin vaxt Vüsal ona mopedi oğurlamağı təklif etmişdir. Vüsal ona uşağının xəstə olduğunu və uşağını müalicə etdirmək üçün pula ehtiyyacı olduğunu bildirmişdir. Vüsalın uşağının xəstə olduğunu bildiyindən mopedi oğurlamaqda ona kömək edəcəyini bildirmişdir. Bundan sonra onlar bir qədər irəli gedib dayanmış və ətrafda heç kimin onları görmədiyinə əmin olduqdan sonra Vüsal mopedə yaxınlaşıb onu oğurlamışdır. Bundan sonra o, özünə məxsus, Vüsal isə oğurladığı “Tufan M50” markalı mopedi idarə edərək Bayıl qəsəbəsinə getmişlər. Orada Vüsal oğurladıqları "Tufan M50" markalı mopedi yaşadıqları Salyan rayonuna aparacağını bildirdiyi üçün Vüsaldan ayrılıb evinə getmişdir. Vüsal isə oğurladıqları mopedi ilə Salyan rayonuna getmişdir. 07 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Orada törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Onların məqsədi mopedi oğurlayıb sataraq pul əldə etmək və əldə ediləcək pula Vüsalın övladını müalicə etdirmək olmuşdur. Beləliklə o, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını və bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, “Wolt" çatdırılma şirkətində kuryer kimi işləyir. Bu işlə məşğul olduğu üçün özünə xx.xx.2022-ci il tarixdə “Tufan M50” markalı mopedi alaraq idarə etmişdir. O, həmin mopedlə hər gün səhərdən gecə saat 24 radələrinə qədər işləmişdir. 24 avqust 2022-ci il tarixdə saat 23:30 radələrində "Wolt Market"dən verilmiş sifarişi qəbul etmiş və həmin sifarişdə çatdırılma ünvanı kimi Xətai rayonu, "Park Azure” B1 bloku qeyd edilmişdir. Buna görə də o, sifarişi qəbul etmiş və idarə etdiyi "Tufan M50" markalı mopedlə qeyd olunan ünvana getmişdir. Həmin vaxt o, sifarişi vermək üçün “Tufan M50” markalı mopedi “Park Azure”-un qarşısında saxlayıb binaya daxil olmuşdur. Təxminən 7-8 dəqiqə ərzində sifarişi təhvil vermiş və mopedi saxladığı yerə qayıdan zaman mopedin yerində olmadığını aşkar etmişdir. O, bir qədər ətrafa baxsa da, mopedi tapa bilməmişdir. Artıq ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər o, sifarişi təhvil verən zaman mopedi oğurlamışlar. Buna görə də DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bir qədər sonra Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları hadisə yerinə gələrək baxış keçirtmişlər. Beləliklə o, ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, tərəflərindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və onların barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 07 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 30 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən “Park Azure” binasının qarşısına baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 10-12); maddi sübutun götürülməsi barədə 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tutulan zaman oğurladığı və həmin ünvanda saxladığı bir ədəd qara rəngli, “Tufan M50” markalı moped götürülmüşdür (i.v. 18); mopedə baxış keçirilməsi haqqında 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, “Tufan M50” markalı mopedə baxış keçirilmiş və mopedin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 19-21); "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli 10122403 nömrəli nisyə satış müqaviləsindən görünür ki, qara rəngli, “Tufan” markalı, “M- 50” modelli, 2020-ci il istehsalı, 49 sm3 həcmli moped 2080 manat müqabilində Zərərçəkmiş şəxs satılmışdır (i.v. 28-30); zərərçəkmiş şəxs qismində tanınma haqqında 07 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 32); şübhəli olan şəxsin tutulması haqqında 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 50-51); şübhəli olan şəxsin tutulması haqqında 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 71-72); ifadənin yerində yoxlanılması haqqında 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 hadisənin təfərruatlarını yerində göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 83-87); ifadənin yerində yoxlanılması haqqında 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisənin təfərruatlarını yerində göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 88-91); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 92-93); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 107-108); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 09 sentyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun dərhal Xətai RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 126-127); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 09 sentyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun dərhal Xətai RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 129-130); qətimkan tədbirinin seçilməsi haqqında 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 132-133); qətimkan tədbirinin seçilməsi haqqında 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 136-138); əşyanın tanınmaya təqim edilməsi haqqında 13 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 04 ədəd “Tufan M50” markalı moped tanınmaya təqdim edilmiş və Zərərçəkmiş şəxs özünə məxsus mopedi rəngindən, markasından və işlənmə dərəcəsindən tanımışdır (i.v. 145-146); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 152); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 154); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2022-ci il tarixli, 9/6617 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd 2020-ci il istehsalı “Tufan M50” markalı, mühərrik həcmi 49 sm3 olan mopedin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1750 manat müəyyən edilir (i.v. 157-159); sübutların qiymətləndirilməsi haqqında 04 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/6617 nömrəli ekspert rəyi sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 177.2.3 və 180.2.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd 2020-ci il istehsalı “Tufan M50” markalı, mühərrik həcmi 49 sm3 olan moped maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılmışdır (i.v. 160-167); təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona yenidən ittiham edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (i.v. 171-172); təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona yenidən ittiham edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (i.v. 187-188); Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 18448895 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Fatimə Əzizova xx.xx.2018-ci il tarixdə Salyan şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs1, anası Dilarə Əzizova (i.v. 203); Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 12926697 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əlibala Əzizov xx.xx.2014-cü il tarixdə Salyan şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs1, anası Dilarə Əzizova (i.v. 203); Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, tərəflərindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və onların barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların qismən etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq əməli CM-nin 177.2.1-ci maddəsi tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı övladının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.13), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməldən səmimi peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM- 59.1.13), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməldən səmimi peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmamaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların (olmaması), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, Təqsirləndirilən şəxs1 07 sentyabr 2022-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Salyan rayonu, Marışlı Ərazi Dairəsi, Seyidsadıqlı kəndində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (olması) və ağırlaşdıran halların (olmaması), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, Təqsirləndirilən şəxs2 07 sentyabr 2022-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Salyan rayonu, Marışlı Ərazi Dairəsi, Seyidsadıqlı kəndində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut - 01 ədəd 2020-ci il istehsalı “Tufan M50” markalı, mühərrik həcmi 49 sm3 olan mopedin sahibinə qaytarılması nəzərə alınmalı (CPM-132), məhkəməəmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs1, 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 07 sentyabr 2022-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Salyan rayonu, Marışlı Ərazi Dairəsi, Seyidsadıqlı kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 07 sentyabr 2022-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Salyan rayonu, Marışlı Ərazi Dairəsi, Seyidsadıqlı kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – 01 ədəd 2020-ci il istehsalı “Tufan M50” markalı, mühərrik həcmi 49 sm3 olan mopedin sahibinə geri qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs1, 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-518/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-518/2022
21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver