Məhkəmə qərarları › İş №1(011)-518/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-518/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-518/2023 05.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1, müdafiəçilər Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 Məhəmmədli oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 iştirakları ilə, xx xxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4cü bəndinə əsasən çəkilməmiş cəzası 06 ay azaldılmış, məhkumluğu ödənilməyən, Bakı şəhəri, Xətai rayonu, C.Həsənov küçəsi 52-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, xx xxxxxxx 1999-cu ildə Belarus Respublikasının Minsk şəhərində doğulmuş, azərbaycanlı, Gürcüstan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməyən, Bakı şəhəri, Xətai rayonu, C.Həsənov küçəsi ev 52-də qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri və xx xxxx 1998-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 170.1, 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzasına məhkum edilmiş, işləməyən, İsmayıllı rayonu, Nizami ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə 05 yanvar 2023-cü il tarixdə saat 14 radələrində X1 yaşadığı ünvan 5 ünvanın həyətinə hasardan aşmaqla evin pəncərəsinin dəmir barmaqlığını qıraraq qanunsuz olaraq evə daxil olub oradan Vüsalə Məmmədzadəyə məxsus 2000 manat dəyərində 20 qramlıq gül formalı qızıl dəsti, 500 manat dəyərində 5 qramlıq 1 ədəd qızıl nişan üzüyünü, 300 manat dəyərində 3 qramlıq 1 ədəd sadə formalı qızıl üzüyü, 200 manat dəyərində 2 qramlıq 1 ədəd sadə formalı qızıl üzüyü, 600 manat dəyərində 6 qramlıq 1 ədəd qızıldan tros formalı boyunbağını, 400 manat dəyərində 4 qramlıq 1 ədəd tros formalı qızıldan boyunbağını, hər birinin qiyməti 50 manat cəmi dəyəri 200 manat olan 5 kiloqramlıq ağ rəngli sadə formalı qazanı və 100 manat dəyərində 1 ədəd çörək qızdıranı gizli olaraq talayıb zərərçəkmiş şəxs X2 ümumilikdə 4.300 (dörd min üç yüz) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair əldə edilmiş razılıq əsasında 09 aprel 2023-cü il tarixində saat 03 radələrində ünvan 6 ünvanın qarşısında saxlanılan Zərərçəkmiş şəxs2 Ələdinovnaya məxsus “Kia Picanto” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qapısının şüşəsini özündə olan avtomobil şamı ilə sındırmış, Təqsirləndirilən şəxs1 isə ön sağ oturacağın üzərində olan Zərərçəkmiş şəxs2 məxsus 03 manat dəyərində üzərində “Radiou” yazısı olan əl çantasını 193 manat nağd pul vəsaiti ilə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 Ələdinovnaya cəmi 196 (yüz doxsan altı) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsəsi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair əldə edilmiş razılıq əsasında 09 aprel 2023-cü il tarixdə saat 03 radələrində ünvan 7 ünvanının qarşısında saxlanılan Zərərçəkmiş şəxs3 məxsus “Toyota Camry” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qapısının şüşəsini özündə olan avtomobil şamı ilə sındırmış, Təqsirləndirilən şəxs1 isə salondan Zərərçəkmiş şəxs3 məxsus 250 manat dəyərində “Samsung Galaxy A 32” markalı nömrəsiz mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 250 (iki yüz əlli) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 06 may 2023-cü il tarixdə saat 02:30-da ünvan 8 ünvanının yaxınlığında yerləşən avtomobil dayanacağında saxlanılmış Zərərçəkmiş şəxs6 məxsus 2022-ci il istehsallı, 49 kub.sm. həcmli, ban nömrəsi 55PCBL83NHL64489, mühərrik nömrəsi 1P39FMB MHL64489 olan, iki təkərli, qara rəngli, 1.300 manat dəyərində, “Tufan CUB50S” markalı mopedin sükanının kilidini sındıraraq naqilləri birbaşa birləşdirmə yolu mühərriki işə salıb sürərək hadisə yerindən sürüb aparmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 1300 (bir min üç yüz) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olub bir qrup şəxs halında aralarında olan razılığa əsasən 15 may 2023-cü il tarixdə saat 04 radələrində ünvan 9 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 icarə əsasında işlətdiyi köşkün dəmir qapısının kilidini sındırmaq yolu ilə köşkə qanunsuz daxil olub oradan hər birinin dəyəri 1 manat olan cəmi 30 manat dəyərində 30 ədəd “Dirol” saqqızlarını, hər birinin dəyəri 01 manat olan cəmi 150 manat dəyərində 150 ədəd alışqanı, hər birinin dəyəri 02 manat 30 qəpik olan cəmi 23 manat dəyərində 10 qutu “Aqro” markalı siqaretləri, hər birinin dəyəri 04 manat olan cəmi 40 manat dəyərində 10 qutu “Kent 1” markalı, hər birinin dəyəri 02 manat 30 qəpik olan cəmi 23 manat dəyərində 10 qutu “Viceroy” markalı, hər birinin dəyəri 02 manat 80 qəpik olan cəmi 28 manat dəyərində 10 qutu “Vinchester” markalı nazik boz, hər birinin dəyəri 02 manat 80 qəpik olan cəmil 28 manat dəyərində 10 qutu “Vinchester” markalı kompakt blue, hər birinin dəyəri 02 manat 80 qəpikn olan cəmi 28 manat dəyərində 10 qutu “Vinchester” markalı kompakt silver, hər birinin dəyəri 04 manat olan cəmi 40 manat dəyərində 10 qutu “Kent 4” markalı, hər birinin dəyəri 03 manat 20 qəpik olan cəmil 32 manat dəyərində 10 qutu “Davidoff” markalı, hər birinin dəyəri 04 manat olan cəmi 40 manat dəyərində 10 qutu “Kent 8” markalı, hər birinin dəyəri 02 manat 50 qəpik olan cəmi 25 manat dəyərində 10 qutu “Klassik” markalı, hər birinin dəyəri 03 manat 20 qəpik olan cəmi 32 manat dəyərində 10 qutu “LD” ekstra markalı, hər birinin dəyəri 03 manat 40 qəpik olan cəmi 34 manat dəyərində 10 qutu “LD” slim boz markalı, hər birinin dəyəri 02 manat 30 qəpik olan cəmi 23 manat dəyərində 10 qutu “Maqna” markalı nazik ağ, hər birinin dəyəri 02 manat 30 qəpik olan cəmi 23 manat dəyərində 10 qutu “Maqna” markalı nazik boz, hər birinin dəyəri 02 manat 90 qəpik olan cəmi 29 manat dəyərində 10 qutu “PalMall” markalı nazik boz, hər birinin dəyəri 02 manat 90 qəpik olan cəmi 29 manat dəyərində 10 qutu “PallMall” markalı nazik mentol, hər birinin dəyəri 02 manat 90 qəpik olan cəmi 29 manat dəyərində 10 qutu “Rothmans” markalı kompakt blue, hər birinin dəyəri 02 manat 90 qəpik olan cəmi 29 manat dəyərində 10 qutu “Rothmans” markalı kompakt mentol, hər birinin dəyəri 02 manat 90 qəpik olan cəmi 29 manat dəyərində 10 qutu “Rothmans” markalı kompakt silver, hər birinin dəyəri 04 manat 30 qəpik olan cəmi 43 manat dəyərində 10 qutu “Sobranie” markalı kompakt ballı, hər birinin dəyəri 04 manat 30 qəpik olan cəmi 43 manat dəyərində 10 qutu “Sobranie” markalı nazik göy, hər birinin dəyəri 03 manat 90 qəpik olan cəmi 39 manat dəyərində 10 qutu “Whinston” markalı ağ və hər birinin dəyəri 03 manat 90 qəpik olan cəmi 39 manat dəyərində 10 qutu “Whinston” markalı kompakt ballı siqaretlərini ümumilikdə 908 manat dəyərində əmlakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 908 (doqquz yüz səkkiz) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə xx.xx.2023-cü il tarixdə saat 05 radələrində ünvan 10 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi “Ülvi” marketə, aralarında rolların bölüşdürülməsi barədə razılığa əsasən Təqsirləndirilən şəxs3 marketin qarşısında dayanıb ətrafı gözləmiş, o isə özü ilə gətirdiyi dəmir alətlə marketin qapısı üzərində olan kilidi sındırıb qanunsuz marketə daxil olub oradan hər birinin dəyəri 04 manat 50 qəpik olan cəmi 810 manat dəyərində 200 ədəd (20 blok) “Sobranie” kompakt markalı, 03 manat 75 qəpik olan cəmi 525 manat dəyərində 140 ədəd (14 blok) “Kent 4” nazik markalı, hər birinin dəyəri 03 manat 58 qəpik olan cəmi 608 manat 06 qəpik dəyərində 170 ədəd (17 blok) “Whinston” kompakt markalı, hər birinin dəyəri 02 manat 75 qəpik olan cəmi 165 manat dəyərində 60 ədəd (6 blok) “Vinchester” markalı, hər birinin dəyəri 02 manat 28 qəpik olan cəmi 45 manat 60 qəpik dəyərində 20 ədəd (2 blok) “Maqna” markalı, hər birinin dəyəri 02 manat 28 qəpik olan cəmi 22 manat 80 qəpik dəyərində 10 ədəd (1 blok) “Viceroy” markalı, hər birinin dəyəri 02 manat 75 qəpik olan cəmi 192 manat 50 qəpik dəyərində 70 ədəd (7 blok) “Palmall” markalı nazik, hər birinin dəyəri 02 manat 55 qəpik olan cəmi 55 manat dəyərində 20 ədəd (2 blok) ədəd “Rotmans” markalı, hər birinin dəyəri 03 manat 20 qəpik olan cəmi 128 manat dəyərində 40 ədəd (04 blok) “LD” markalı nazik, hər birinin dəyəri 03 manat 05 qəpik olan cəmi 122 manat dəyərində 40 ədəd (04 blok) “LD” markalı kompakt, hər birinin dəyəri 02 manat 55 qəpik olan cəmi 25.50 manat dəyərində 10 ədəd (01 blok) “West” markalı qalın siqaretlərini və 800 manat nağd pul vəsaitini saxlanc yeri olan camadandan gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 3500 (üç min beş yüz) manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını talama məqsədi ilə 06 noyabr 2022-ci il tarixdə saat 00:30-da Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 16 saylı yaşayış binasının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs5 məxsus 2000 manat dəyərində bir ədəd “Moon” markalı mopedi işlək vəziyyətə gətirmədən sükanından tutaraq daşımaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 2000 (iki min) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında aralarında olan razılığa əsasən 15 may 2023-cü il tarixdə saat 04 radələrində ünvan 9 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 icarə əsasında işlətdiyi köşkün dəmir qapısının kilidini sındırmaq yolu ilə köşkə qanunsuz daxil olub oradan hər birinin dəyəri 1 manat olan cəmi 30 manat dəyərində 30 ədəd “Dirol” saqqızlarını, hər birinin dəyəri 01 manat olan cəmi 150 manat dəyərində 150 ədəd alışqanı, hər birinin dəyəri 02 manat 30 qəpik olan cəmi 23 manat dəyərində 10 qutu “Aqro” markalı siqaretləri, hər birinin dəyəri 04 manat olan cəmi 40 manat dəyərində 10 qutu “Kent 1” markalı, hər birinin dəyəri 02 manat 30 qəpik olan cəmi 23 manat dəyərində 10 qutu “Viceroy” markalı, hər birinin dəyəri 02 manat 80 qəpik olan cəmi 28 manat dəyərində 10 qutu “Vinchester” markalı nazik boz, hər birinin dəyəri 02 manat 80 qəpik olan cəmil 28 manat dəyərində 10 qutu “Vinchester” markalı kompakt blue, hər birinin dəyəri 02 manat 80 qəpikn olan cəmi 28 manat dəyərində 10 qutu “Vinchester” markalı kompakt silver, hər birinin dəyəri 04 manat olan cəmi 40 manat dəyərində 10 qutu “Kent 4” markalı, hər birinin dəyəri 03 manat 20 qəpik olan cəmil 32 manat dəyərində 10 qutu “Davidoff” markalı, hər birinin dəyəri 04 manat olan cəmi 40 manat dəyərində 10 qutu “Kent 8” markalı, hər birinin dəyəri 02 manat 50 qəpik olan cəmi 25 manat dəyərində 10 qutu “Klassik” markalı, hər birinin dəyəri 03 manat 20 qəpik olan cəmi 32 manat dəyərində 10 qutu “LD” ekstra markalı, hər birinin dəyəri 03 manat 40 qəpik olan cəmi 34 manat dəyərində 10 qutu “LD” slim boz markalı, hər birinin dəyəri 02 manat 30 qəpik olan cəmi 23 manat dəyərində 10 qutu “Maqna” markalı nazik ağ, hər birinin dəyəri 02 manat 30 qəpik olan cəmi 23 manat dəyərində 10 qutu “Maqna” markalı nazik boz, hər birinin dəyəri 02 manat 90 qəpik olan cəmi 29 manat dəyərində 10 qutu “PalMall” markalı nazik boz, hər birinin dəyəri 02 manat 90 qəpik olan cəmi 29 manat dəyərində 10 qutu “PallMall” markalı nazik mentol, hər birinin dəyəri 02 manat 90 qəpik olan cəmi 29 manat dəyərində 10 qutu “Rothmans” markalı kompakt blue, hər birinin dəyəri 02 manat 90 qəpik olan cəmi 29 manat dəyərində 10 qutu “Rothmans” markalı kompakt mentol, hər birinin dəyəri 02 manat 90 qəpik olan cəmi 29 manat dəyərində 10 qutu “Rothmans” markalı kompakt silver, hər birinin dəyəri 04 manat 30 qəpik olan cəmi 43 manat dəyərində 10 qutu “Sobranie” markalı kompakt ballı, hər birinin dəyəri 04 manat 30 qəpik olan cəmi 43 manat dəyərində 10 qutu “Sobranie” markalı nazik göy, hər birinin dəyəri 03 manat 90 qəpik olan cəmi 39 manat dəyərində 10 qutu “Whinston” markalı ağ və hər birinin dəyəri 03 manat 90 qəpik olan cəmi 39 manat dəyərində 10 qutu “Whinston” markalı kompakt ballı siqaretlərini ümumilikdə 908 manat dəyərində əmlakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 908 (doqquz yüz səkkiz) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə xx.xx.2023-cü il tarixdə saat 05 radələrində ünvan 10 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi “Ülvi” marketə, aralarında rolların bölüşdürülməsi barədə razılığa əsasən o, marketin qarşısında dayanıb ətrafı gözləmiş, Təqsirləndirilən şəxs2 isə özü ilə gətirdiyi dəmir alətlə marketin qapısı üzərində olan kilidi sındırıb qanunsuz içəri daxil olub oradan hər birinin dəyəri 04 manat 50 qəpik olan cəmi 810 manat dəyərində 200 ədəd (20 blok) “Sobranie” kompakt markalı, 03 manat 75 qəpik olan cəmi 525 manat dəyərində 140 ədəd (14 blok) “Kent 4” nazik markalı, hər birinin dəyəri 03 manat 58 qəpik olan cəmi 608 manat 06 qəpik dəyərində 170 ədəd (17 blok) “Whinston” kompakt markalı, hər birinin dəyəri 02 manat 75 qəpik olan cəmi 165 manat dəyərində 60 ədəd (6 blok) “Vinchester” markalı, hər birinin dəyəri 02 manat 28 qəpik olan cəmi 45 manat 60 qəpik dəyərində 20 ədəd (2 blok) “Maqna” markalı, hər birinin dəyəri 02 manat 28 qəpik olan cəmi 22 manat 80 qəpik dəyərində 10 ədəd (1 blok) “Viceroy” markalı, hər birinin dəyəri 02 manat 75 qəpik olan cəmi 192 manat 50 qəpik dəyərində 70 ədəd (7 blok) “Palmall” markalı nazik, hər birinin dəyəri 02 manat 55 qəpik olan cəmi 55 manat dəyərində 20 ədəd (2 blok) ədəd “Rotmans” markalı, hər birinin dəyəri 03 manat 20 qəpik olan cəmi 128 manat dəyərində 40 ədəd (04 blok) “LD” markalı nazik, hər birinin dəyəri 03 manat 05 qəpik olan cəmi 122 manat dəyərində 40 ədəd (04 blok) “LD” markalı kompakt, hər birinin dəyəri 02 manat 55 qəpik olan cəmi 25.50 manat dəyərində 10 ədəd (01 blok) “West” markalı qalın siqaretlərini və 800 manat nağd pul vəsaitini saxlanc yeri olan camadandan gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 3500 (üç min beş yüz) manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair əldə edilmiş razılıq əsasında 09 aprel 2023-cü il tarixində saat 03 radələrində ünvan 6 ünvanın qarşısında saxlanılan Zərərçəkmiş şəxs2 məxsus “Kia Piconto” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qapısının şüşəsini Təqsirləndirilən şəxs2 özündə olan avtomobil şamı ilə sındırmış, o, isə avtomobilin ön sağ oturacağın üzərindən 3 manat dəyərində “Radiou” yazısı olan əl çantasını, 193 manat nağd pul vəsaiti ilə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 cəmi 196 (yüz doxsan altı) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsəsi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair əldə edilmiş razılıq əsasında 09 aprel 2023-cü il tarixdə saat 03 radələrində ünvan 7 ünvanın qarşısında saxlanılan Zərərçəkmiş şəxs3 məxsus “Toyota Camry” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qapısının şüşəsini Təqsirləndirilən şəxs2 özündə olan avtomobil şamı ilə sındırmış o isə avtomobilinin salonundan 250 manat dəyərində “Samsung Galaxy A 32” markalı nömrəsiz mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 250 (iki yüz əlli) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ittiham olunduğu hər 6 cinayət əməlini törətdiyini bildirmişdir. Əvvəllər də oğurluq etdiyinə görə məhkum edilmişdir, 2022-ci ilin dekabr ayının 7-də azadlığa buraxılmışdır. Heç bir yerdə işləmədiyi və maddi vəziyyəti pis olduğu üçün oğurluq etmişdir. Əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 ilə barışmasını, ona dəymiş ziyanı ödədiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 bildirmişdir ki, Gürcüstan Respublikası vətəndaşı olsa da, uşaqlıqdan Azərbaycanda böyümüşdür. Azərbaycanlıdır və Azəraycan dilində sərbəst danışıb başa düşə bilir. Gürcü dilini isə yaxşı bilmir, tərcüməçiyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ittiham olunduğu hər 3 cinayət əməlini törətdiyini bildirmişdir. Əvvəllər də məhkum edilmişdir, 2022-ci ildə azadlığa buraxılmışdır. Heç bir yerdə işləmədiyi və maddi vəziyyəti pis olduğu üçün oğurluq etmişdir. Əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs1 ilə barışmasını, ona dəymiş ziyanı ödədiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ittiham olunduğu hər 2 cinayət əməlini törətdiyini etiraf etmişdir. bildirmişdir. Əvvəllər məhkum olunduğunu, maddi durumu yaxşı olmadığı üçün oğurluq etdiyini, əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs3 ilə barışmasını, ona dəymiş ziyanı ödədiyini, bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayından ünvan 11 ünvanda yerləşən “Ülvi” marketi icarəyə götürərək fəaliyyət göstərmişdir. xx.xx.2023-cü il tarixdə saat 24 radələrində marketi bağlayarkən alış veriş etdiyi 800 manat nəğd pulları çamadana qoyaraq mağazanın dəmirdən olan giriş qapısının üzərində ki, kilidi bağlayıb evinə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində marketə gələrkən giriş qapısının üzərində olan kilidin naməlum şəxs tərəfindən sındırılaraq qanunsuz olaraq marketə daxil olub qeyd etdiyi çamadanan ona məxsus 800 manat nağd pulu və ümumi qiyməti 2700 manat olan müxtəlif növ (Kent, vinston, sabrina, vinçestr, rotmons və s) siqaret bloklarının oğurlandığını aşkar etmişdir. Bu barədə dərhal DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər ona ümumilikdə 3500 (üç min beş yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxs3 tərəfindən dəymiş ziyan ödənildiyindən onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 10 may 2023-cü il tarixdə ünvan 9 ünvanında yerləşən köşkü icarəyə götürmüşdür. Həmin köşkdə tütün məmulatlarının satışını həyata keçirmişdir. 15 may 2023-cü il tarixdə saat 02 radələrində icarə əsasında işlətdiyi köşkü bağlayaraq yaşadığı ünvana getmişdir. Ertəsi gün səhər saat 09 radələrində həmin köşkə yaxınlaşan zaman köşkün dəmir qapısının sındırıldığını və köşkdən bir qədər aralıda olduğunu görmüşdür. Köşkə daxil olub baxış keçirdikdə piştaxtanın üzərində və rəflərdə olan siqaretlər və alışqanların oğurlandığını aşkar etmişdir. Siqaretlər və alışqanların ümumi dəyəri 908 manat olmuşdur. Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslərlə barışmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayının əvvələrində yaşadığı evə gəlmişdir. Həyətə daxil olduqda evin yan tərəfində olan plastik pəncərənin dəmir barmaqlığının naməlum şəxs tərəfindən çıxarıldığını və pəncərənin açıq olduğunu görmüşdür. Giriş qapısını çətinliklə açaraq evə daxil olduqda evdə olan bütün əşyalarının dağılmış vəziyyətdə oduğunu görmüşdür. Evini yoxladıqdan sonra ona məlum olmuşdur ki, naməlum şəxs ona məxsus qır-qızılları, qazanları və əşyaları oğurlanmışdır. Ona ümumilikdə 4.300 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, mənzilindən oğurluq edən şəxs Təqsirləndirilən şəxs2dür. O, həmin şəxsi əvvəllər tanımırdı. Yaşadığı mənzildə ifadəsinin yerində yoxlanması istintaq hərəkəti aparılan zaman o, pəncərənı qırıb evə necə girdiyini göstərmişdir. Həmin vaxt əməliyyat olunduğu üçün anası gəlmişdir. Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Kamil oğlu ifadəsində göstərmişdir ki, “Moon” markalı motosikleti “Baku Electronics” mağazasından qardaşı X4 adına olmaqla 2400 AZN-ə almış və həmin mopedi o, idarə etmişdir. Həmin vaxtdan etibarən həmin mopedi yaşadığı binanın qarşısında olan ağaca zəncirlə bağlanmış vəziyyətdə saxlamışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə yaşadığı ünvandan çıxdıqda moped yerində olmuşdur. Lakin xx.xx.2022-ci il tarixdə saat 01:50-də isə yaşadığı ünvana qayıtdıqda zəncirin qırılmasını mopedin isə yerində olmamasını görmüşdür, bundan sonra dərhal bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Məhəllədəki kameradan görüntülər götürülmüşdür. Dediklərinə görə motosikleti 1-ə qalmış oğurlamışdılar. Görüntüdə oğlanın başında papaq olmasını görmüşdür. Bir neçə dəqiqə sonra polis əməkdaşları hadisə yerinə yaxınlaşmışlar. Mopedi qardaşının adına almağına maddi ziyan ona dəymişdir. Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslərlə barışmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ona məxsus “Kia Picanto” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı metal rəngli avtomobili idarə edir. Sonuncu dəfə 08 aprel 2023-cü il tarixdə saat 21 radələrində işdən evə gəlmiş və həmin avtomobili çox vaxt olduğu kimi yaşadığı Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 10 saylı binanın qarşısında saxlamışdır. 09 aprel 2023cü il tarixdə saat 08:30-da işə getmək məqsədi ilə avtomobilinin yanına yaxınlaşmış və ön sağ şüşəsinin naməlum şəxs və ya şəxslər tərəfindən sındırıldığını görmüşdür. Sağ ön oturacaqda saxladığı əl çantasının yerində olmadığını aşkar etdikdən sonra DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Həmin çantanın içərisində 193 manat məbləğində pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, avtomobilə aid etibarnamə və iki ədəd bank kartları var idi. Buna görə də Xətai RPİ-nin 37-ci PŞ-də faktla bağlı ərizə yazaraq həmin əl çantasının içərisindəkilərlə birlikdə oğurlandığını bildirmişdir. Lakin bundan sonra avtomobilinin içərisinə baxarkən şəxsiyyət vəsiqənin, etibarnamənin və hər biri "xxxx" ASC-ə aid olmaqla iki ədəd bank kartının yerində olduğunu görmüşdür. Buna baxmayaraq əl çantasını və içərisində saxladığı 193 manat məbləğində pulun götürülmüş olduğunu aşkar etmişdir. Bundan əlavə maşının şüşələri də sındırılmışdır. Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslərlə barışmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdirki, «Tufan S50» markalı mopedi "xxxx" MMC-dən 2300 manata kreditlə almışdır. Həmin vaxdan da mopedi idarə edir. Mopedin pulunu tam olaraq ödəmişdir. Mopedi gündəlik olaraq yaşadığı ünvan 8 ünvanının arxa tərəfində yerləşən avtomobil dayanacağında saxlamışdır. 03 may 2023-cü il tarixdə saat 21 radələrində bir daha evə gəldikdə mopedi qeyd etdiyi dayanacaqda saxlayıb yaşadığı mənzilə yollanmışdır. Növbəti günlərdə moped ona lazım olmadığı üçün onu dayanacaqdan götürməmişdir. Yaşadığı mənzilin eyvanından dayanacaq açıq-aydın göründüyündən evdə olarkən mütəmadi olaraq eyvandan dayanacağa baxıb mopedin yerində olduğunu görürdü. Sonuncu dəfə 06 may 2023-cü il tarixdə saat 01 radələrində eyvandan baxan zaman mopedin yerində olduğunu görmüşdür. Bir qədər sonra, yəni saat 04:20-də eyvandan baxdıqda mopedinin yerində olmadığını görmüşdür. Bu zaman mopedin naməlum şəxs(lər) tərəfindən oğurladığını başa düşmüş və bu barədə DİN-in 102 mərkəzi zəng xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan isə ərizə ilə Polis Şöbəsinə müraciət etmişdir. 09 may 2023-cü il tarixdə ona PŞ-dən zəng olunmuş və mopedinin tapıldığı bildirilmişdir. O, dərhal Nizami RPİ-nin 24-cü PŞ-nə getmiş, bu zaman ona məlum olmuşdur ki, mopedini oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis şöbəsində mopedini görmüş, görən kimi mopedini tanımış, lakin mopedi ağ rəngli olsa da onun hissələri naməlum şəxs tərəfindən qara və qırmızı rənglə boyanaraq zahiri görünüşü dəyişdirilmişdir. O, mopedini, görkəmindən, üzərində olan zədələrdən, üzərinə qoyduğu avtomobil güzgülərindən və s. tanımışdır. Dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslərlə barışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır, onunla dostdur. Ümüd gödəkçəsini ona yumaq məqsədi ilə vermişdir. xx.xx.2023-cü il tarixə keçən gecə saat 05 radələrində Təqsirləndirilən şəxs2 ona zəng edərək soyuq olduğu üçün gödəkçəsini yaşadığı ünvanın yaxınlığına yəni Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi R.Bağırov küçəsinə gətirməyini bildirmişdir. Ümüdə işdən gəldiyini və yorğun olduğunu dedikdə Ümüd əsəbiləşərək təcili gətirməyini demişdir. O, məcbur gödəkçəsini gətirib Ümüdə verərkən sonuncu ilə Təqsirləndirilən şəxs3 birlikdə olduğunu görmüşdür. Onların əlində iki qara rəngli sellofan torba olduğunu görmüşdür. Onlardan həmin torbada nə olduğunu soruşduqda Ümüd ona bildirmişdir ki, həmin torbada olanlar siqaretdir, dostu mağazasını bağladığı üçün həmin siqaretləri satmaq məqsədi ilə vermişdir. O, təkrar Ümüddən siqaretlərin oğurluq olub olmadığını soruşduqda Ümüd qətiyyətlə oğurluq olmadığını bildirmişdi. Birlikdə taksi sifariş etmişlər. Ümüd sürücünün yanında qabaq oturacaqda əyləşmiş, Emil isə onunla arxa oturacaqda əyləşmişdir. Onlar yolda avtomobildən endikdən sonra o, yaşadığı ünvana getmişdir. Sonradan ona məlum olmuşdur ki, Emil ilə Ümüd mağazalardan siqaret oğurladıqlarına görə Xətai polisi tərəfindən saxlanılmışdır. Ona təqdim olunan görüntüdə olan şəxslərin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və özünün olduğunu təsdiq etmişdir. Əllərində iki ədəd qara rəngli sellefon torbada olan şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3dur. Onlar həmin oğurluq etdikləri siqaretləri sellofan torbalara yığmışlar. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilərək tədqiq edilmiş, ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayının 27-də saat 19 radələrində ailə üzvləri ilə birlikdə Gəncə şəhərinə getmişlər. 2023-cü ilin yanvar ayının 6-da saat 11:30-da qızı Vüsalə Məmmədzadə yaşadığı evə gələrək həyətə daxil olduqda evin yan tərəfində olan plastik pəncərənin dəmir barmaqlığının naməlum şəxs çıxardaraq pəncərəni açmasının aşkar etmişdir. Giriş qapını çətinliklə açaraq evə daxil olduqda evdə olan bütün əşyalarının dağılmış vəziyyətdə oduğunu görmüşdür. Evini yoxladıqdan sonra məlum olmuşdur ki, naməlum şəxs qızına məxsus 2000 manat dəyərində gül formalı 20 qram çəkidə qızıl dəstini, 1 ədəd 500 manat dəyərində 5 qram çəkidə qızıl nişan üzüyünü, 1 ədəd 300 manat dəyərində 3 qram çəkidə sadə formalı qızıl üzüyünü, 1 ədəd 200 manat dəyərində 2 qram çəkidə sadə formalı qızıl üzüyünü, 1 ədəd 600 manat dəyərində 6 qram çəkidə qızıl zəncir formalı boyunbağını bundan başqa 1 ədəd 400 manat dəyərində 4 qram çəkidə qızıl zəncir formalı boyunbağını, hər birinin qiyməti 50 manat olan 200 manat dəyərində 5 kilqram tutumu olan ağ rəngli sadə formalı qazan və 1 ədəd 100 manat dəyərində çörək qızdıran əşyalarını oğurlamışdır. Dərhal DİN-in 102 zəng xidmət mərkəzinə zəng etmiş bir neçə dəqiqədən sonra 37-ci polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlib hadisə yerinə baxış keçirmişlər. Təqsirləndirilən şəxs2 dəfələrlə oğurluq maddəsinə görə məhkum olunduğu üçün özünü müdafiə xarakterli ifadə verdiyini, bildirmişdir. Təqsirləndirilən şəxs2 qızının yaşadığı evə ifadəsinin yerində yoxlanması zamanı onlara yalvararaq onu bağışlamaqlarını və tez bir müddətdə dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, dəymiş ziyanın ödənilməsini, şikayət və tələbinin olmamasını bildirmişdir. məhkəmə iclasında onun istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir.O, ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, “Toyota Camry” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və onu yaşadığı evə gəldiyi vaxtlarda mütəmadi olaraq ünvan 13 binanın qarşısında saxlayır. Belə ki, 08 aprel 2023-cü il tarixdə saat 22 radələrində həmin avtomobili ünvan 13 ünvanın qarşısında saxlayıb yaşadığı evə getmişdir. Lakin 09 aprel 2023-cü il tarixdə səhər saat 08:00-da işə getmək üçün avtomobilin yanına gəlmişdir. Həmin an avtomobilin sağ ön şüşəsinin naməlum şəxs və ya şəxslər tərəfindən sındırılmış olduğunu, içərisinin dağınıq hala salındığını, salonda orta hissədə saxladığı özünə məxsus “Samsung Galaxy A32” markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Tez vaxtda DİN-nin “102” xidmət-zəng mərkəzi sisteminə hadisə barədə məlumat vermiş və Xətai RPİ-nin 37-ci PŞ-nə faktla bağlı ərizə yazmışdır. Həmin mobil telefon “Samsung Galaxy A32” markalı, qara rəngli, mobil telefon olmuşdur. İMEİ kodunu bilməmişdir. Həmin hadisə nəticəsində ona məxsus 300 manat dəyərində mobil telefon oğurlandığı üçün ona ümümilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 8 ünvanının arxa tərəfində yerləşən avtomobil dayanacağını hadisə yeri kimi göstərərək, 06 may 2023-cü il tarixdə saat 02:30-da “Tufan S50” markalı mopedin sükanının kilidini sındıraraq naqilləri işə salıb sürüb getməsi barədə ifadəsini əyani şəkildə təsdiq etmişdir. Bundan başqa ünvan 9 ünvanında yerləşən köşkü göstərərək, Təqsirləndirilən şəxs3 Şahin oğlu ilə birlikdə 15 may 2023-cü il tarixdə saat 04 radələrində köşkün dəmir qapısının kilidini sındırmaq yolu ilə daxil olub tütün məmulatlarını oğurlaması barədə ifadəsini əyani şəkildə təsdiq etmişdir (cild 3, i.v. 30-32). İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Şahin oğlu ünvan 9 ünvanında yerləşən köşkü göstərərək, Təqsirləndirilən şəxs2 ilə birlikdə 15 may 2023-cü il tarixdə saat 04 radələrində köşkün dəmir qapısının kilidini sındırmaq yolu ilə daxil olub tütün məmulatlarını oğurlaması barədə ifadəsini əyani şəkildə təsdiq etmişdir (cild 3, i.v. 33-34). İş materiallarında olan məhkəmə-əmttəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-9/4913/2023 nömrəli rəyindən müəyyən olmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Tufan CUB50S” markalı mopedin istifadədə olması nəzərə alınmaqla hazırki dövrə olan orta bazar qiyməti təxminən 1300,00 manat müəyyən edilir (cild 3, i.v. 70-72). İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/4202 nömrəli rəyindən müəyyən olmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində “Radiou” yazıları olan, çəhrayı rəngli, 11x22 ölçüdə olan pul kisəsinin istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti təxminən 3,00 manat müəyyən edilir (cild 3; i.v. 73-74). İş materiallarında olan təqdim etmə və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əldə eydiyi 1 ədəd “Samsung Galaxy A32” markalı mobil telefonu və 01 ədəd “Radiou” markalı çantanı təqdim etmişdir (cild 1, i.v. 207) İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 deməsinə əsasən Xətai rayonu, A.Qurban küçəsi 25 ünvanının qarşısına gəlinmiş, bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində həmin ünvandan keçəndə qapısının bağlı olduğunu görüb hasarın üzərindən həyətə keçmiş, sonra evin yan tərəfində olan pəncərəsinin dəmir barmaqlığını silkələyərək yerindən çıxarmış barmaqlığı kənara qoyub evə daxil olmuş, qiymətli heç nə tapmamış, televizoru götürüb getmək istəmiş, səs eşitdiyi üçün televizoru yataq taxtının üzərinə qoyaraq pəncərədən çıxaraq getmişdir (cild 2, i.v. 29-31). İş materiallarında olan məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2023-cü il tarixli 23/152R nömrəli rəyindən müəyyən olmuşdur ki, xx.xx.2023-cü il tarixdə ünvan 14 ünvanında yaşayan X2 məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 17 ədəd yapışqanlı lent kəsiklərinin üzərində olan 07 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş vətəndaş Təqsirləndirilən şəxs2 əl-barmaq və ovuc əksləri (daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 sağ əlinun orta və sol əlinin orta barmaqlarının əksləri ilə eynilik müəyyən edilir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 05 ədəd əl-barmaq və 01 ədəd ovuc izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən vət.Təqsirləndirilən şəxs2 əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir (cild 2; i.v. 86-93) İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 may 2023-cü il tarixli 9/2912 nömrəli rəyindən müəyyən olmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Hindistan istehsalı, ”Samsung Galaxy A32” markalı, “SM-A325F/DS” model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 250,00 manat müəyyən edilir. (Cild 2; i.v. 103-104). İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” protokoldan müəyyən olmuşdur ki, Zərərçəkmiş şəxs5 məxsus “Moon” markalı mopedin oğurlanması müşahidə kamerası tərəfindən qeydə alınmış və Təqsirləndirilən şəxs3 iştirakı ilə keçirilmiş baxış zamanı o, videogörüntüdə olan şəxsin özü olmasını bir daha təsdiq etmişdir. Videogörüntülərə dair bir ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və işin istintaq materiallarına əlavə edilmişdir (cild 2; i.v. 164). İş materiallarında olan 07 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “Radiou” yazısı olan əl çantası, Samsung Galaxy A32 markalı mobil telefon və “Tufan CUB50S” markalı moped maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxslərə qaytarılmışdır.(cild 3, iş vərəqə 87-109). İş materiallarında olan 02 fevral 2023-cü il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs2 02 fevral 2023-cü il tarixdən şübhəli şəxs kimi tutulmuşdur (cild 2, i.v. 41). İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 2; i.v. 78-79). İş materiallarında olan 25 may 2023-cü il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs2 25 may 2023-cü il tarixdən şübhəli şəxs kimi tutulmuşdur (cild 1, i.v. 52). İş materiallarında olan 26 may 2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 may 2023-cü il tarixdən hesablanmışdır (cild 1, i.v. 124-127). İş materiallarında olan 25 may 2023-cü il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs3 25 may 2023-cü il tarixdən şübhəli şəxs kimi tutulmuşdur (cild 1, i.v. 75). İş materiallarında olan 26 may 2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs3 oğlunun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 may 2023-cü il tarixdən hesablanmışdır (cild 1, i.v. 128-131). İş materiallarında olan 10 aprel 2023-cü il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs1 10 aprel 2023-cü il tarixdən şübhəli şəxs kimi tutulmuşdur (cild 1, i.v. 193-194). İş materiallarında olan Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş və o, dərhal Xətai RPİ-nin MSY-dən azad edilmişdir (cild 1; i.v. 228-229). İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1; i.v. 230-231). İş materiallarında olan Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 06 ay azaldılmışdır (cild 1; i.v. 246-249). İş materiallarında olan Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 3, i.v. 76-78). İş materiallarında olan Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 170.3, 177.2.1, 177.2.2, 181.2.1-ci maddələri ilə təqsirli bilinərək 08 il 06 ay azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-in 170.1, 180.2.1 və 180.2.4-cü maddələrinə tövsif edilərək qəti olaraq 04 il azadlıqdan məhrum etmə və 1000 manat cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə isə cəzasının sonu ilə azadlığa buraxılmışdır (cild 1; i.v. 244-245; 266-282). İş materiallarında olan İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü icraatda deyildir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslər ilə barışmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən dəymiş ziyan ödənildiyindən onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs6 ərizəsindən görünür ki, dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslərlə barışdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, dəymiş ziyanın ödənilməsini, şikayət və tələbinin olmamasını bildirmişdir. İş materiallarına əlavə edilmiş AZ-İV 834457 saylı doğum haqqında şəhadətnamənini surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il təvəllüdlü Səbinə Səfərli adlı azyaşlı uşağı var. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin verdikləri səmimi ifadələri, zərərçəkmiş şəxslərin, şahidin məhkəmə iclasında və ibtidai istintaqda verdikləri ifadələri, ifadənin yerində yoxlanılması, diskə baxış keçirilməsi haqqında protokollar və digər iş materialları ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 ilə barışmasını, onlara dəymiş ziyanı ödədiyini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs2 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək residiv nəzərə alınmaqla barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 25 may 2023-cü il tarixindən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 cəza təyin edərkən əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs1 ilə barışmasını, ona dəymiş ziyanı ödədiyini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs3 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs3 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək residiv nəzərə alınmaqla barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 25 may 2023-cü il tarixindən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs3 ilə barışmasını, ona dəymiş ziyanı ödədiyini, himayəsində azyaşlı uşağının olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs1 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.4-cü maddələrinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir, bu zaman qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza azadlıqdan məhrum etmə ilə toplandıqda, müstəqil icra olunur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələri ilə təqsirli bilinərək residiv nəzərə alınmaqla barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş qalan 1000 (min) manat məbləğində cərimə cəzası tamamilə birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, cəzaçəkmə müddətinin əvvəli 05 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxslərə qaytarılmış “Radiou” yazısı olan əl çantası, Samsung Galaxy A32 markalı mobil telefon, “Tufan CUB50S” markalı moped onların istifadəsinə verilmiş hesab edilməlidir. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş 2 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci 150 (yüz əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 100 (yüz) manat və Təqsirləndirilən şəxs1 50 (əlli) manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 25 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 25 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 02 (iki) gün tutulduğu müddət nəzərə alınmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş qalan 1000 (min) manat məbləğində cərimə cəzası tamamilə birləşdirilərək Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 1000 (min) manat məbləğində cərimə cəzaları təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 dekabr 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmış “Radiou” yazısı olan əl çantası, Samsung Galaxy A32 markalı mobil telefon, “Tufan CUB50S” markalı moped onların istifadəsinə verilmiş hesab edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş 2 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 150 (yüz əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 100 (yüz) manat və Təqsirləndirilən şəxs1 50 (əlli) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar