Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-519/2024 28.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 07 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 12 fevral 2024-cü il tarixdə saat 23 radələrində süfrəçi kimi işlədiyi ünvan 2 ünvanında yerləşən “50 Qəpik” adlı restoranda olarkən həmin restoranda administrator işləyən Zərərçəkmiş şəxs7 istifadə etdiyi “Redmi Note 8” markalı mobil telefonunu danışmaq adı ilə alıb, telefonda olan “Birbank” mobil tətbiqinə daxil olaraq Zərərçəkmiş şəxs7 adına qeydiyyata alınmış elektron məlumat daşıyıcısı hesab edilən "xxxx"a məxsus 4169-7385-1504-8415 nömrəli plastik kart hesabından həmin gün saat 23:15-də 800 manat pulu öz adına olan "xxxx"a məxsus saylı plastik kart hesabına elektron məlumat daşıyıcısından istifadə etməklə köçürərək özgə əmlakını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs7 ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsində yerləşən futbol meydançasının geyinib-soyunma otağında X3 etibarından sui-istifadə edərək sonuncuya məxsus balansında 3 manat danışıq limiti olmuş 10 manat dəyərində "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd 1200 manat dəyərində “İphone 13 Pro” markalı mobil telefonu danışmaq adı ilə alıb ələ keçirərək zərərçəkmiş şəxs X6 ümumilikdə 1213 (bir min iki yüz on üç) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində ünvan 13 binanın 4-cü mərtəbəsində Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək sonuncuya məxsus balansında 4 manat danışıq limiti olmuş 100 manat dəyərində "xxxx" MMC-yə məxsus 051-333-22- 34 saylı mobil nömrə olan 01 ədəd 1700 manat dəyərində “İphone 13 Pro max” markalı mobil telefonu danışmaq adı ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 ümumilikdə 1804 (bir min səkkiz yüz dörd) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 22 mart 2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı 7 ünvanında yerləşən “Çayla” çay evində müştəri qismində olan zaman X2 masanın üzərinə qoyduğu Zərərçəkmiş şəxs5 məxsus balansında 3 manat danışıq limiti olmuş 5 manat dəyərində "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd 2100 manat dəyərində “İphone 13” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 2108 (iki min bir yüz səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “OBA” marketdə müştəri kimi olan zaman Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək sonuncuya məxsus balansında 3 manat danışıq limiti olmuş 5 manat dəyərində "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrə və üzərində 16 manat dəyərində üzlük və 18 manat dəyərində qoruyucu kabura olan 01 ədəd 2001 manat dəyərində “İphone 13” markalı mobil telefonu danışmaq adı ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 2046 (iki min qırx altı) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 13 aprel 2024-cü il tarixdə saat 17 radələrində satıcı kimi işlədiyi Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanında yerləşən “Sərhədçi” marketdə olarkən işçilərin başının qarışıq olmasından istifadə edərək marketin içərisində olan ofisə qanunsuz daxil olub masanın üzərində olan açarı götürüb saxlanc yeri hesab edilən seyfin qapısını açaraq orada olan 6500 (altı min beş yüz) manat nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 6500 (altı min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını talama məqsədi ilə 27 aprel 2024-cü il tarixdə saat 21 radələrində ofisiant işlədiyi ünvan 5 ünvanında yerləşən “Sazan Pub” restoranında olarkən həmin restoranda ofisiant kimi işləyən Zərərçəkmiş şəxs2 məxsus üzərində hər biri 10 manat olmaqla 20 manat dəyərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan 700 manat dəyərində 01 ədəd “Redmi” markalı mobil telefonu danışmaq adı ilə alıb mobil telefonda olan “Birbank” mobil tətbiqinə daxil olaraq Zərərçəkmiş şəxs2 adına qeydiyyata alınmış elektron məlumat daşıyıcısı hesab edilən "xxxx"a məxsus 4169- 73******2018 nömrəli plastik kart hesabından saat 21:56-da 275 manat, “Leobank” mobil tətbiqinə daxil olaraq “Leobank”a məxsus 4098-5844-9622- 4914 nömrəli plastik kart hesabından saat 21:57-də 320,88 manat pulu adına olan “Azərbaycan Beynəlxalq Bankı”na məxsus 5522- 0993-6163-9016 saylı plastik kart hesabına köçürərək ələ keçirmiş, bundan əlavə sonuncuya məxsus dolabın alt hissəsində olan 01 ədəd 500 manat dəyərində “Samsung A24” markalı mobil telefonu, 01 ədəd 150 manat dəyərində qulaqcığı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 1245,88 (bir min iki yüz qırx beş manat səksən səkkiz qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, əvvəllər hərbi xidmətdən qayıtdıqdan sonra hərbi hissədə maxe kimi işləmiş, tutulana kimi Nizami rayonunda yaşamışdır. Ata və anası rəhmətə getmiş, tək yaşamışdır. Sonradan işdən azad olunmuşdur. İşdən çıxdıqdan sonra bir neçə yerdə işləmişdir. Maddi çətinlikləri yarandığına görə tanımadığı şəxslərdən mobil telefonu danışmaq adı ilə götürərək kənara keçib naməlum istiqamətdə getmişdir. xx.xx.2024-cü il tarixdə Bakıxanov qəsəbəsində “50 qəpik” adlı restorana işləmək üçün müraciət etmiş və orada onu işə götürən Zərərçəkmiş şəxs7 işini izah etdikdən sonra işləməyə başlamışdır. Vüqara həmin günün axşamı telefonla danışmaq istədiyini deyərək telefonunu istəmişdir. Həmin gün ərzində də Vüqara dəfələrlə fikir verib, telefonundakı şifrəni və “birbank” proqramındakı şifrəni əzbərləmişdir. Vüqardan telefonu aldıqdan sonra kənara çəkilib guya telefonla danışmışdır. Lakin orada Vüqarın telefonunu açıb “birbank” proqramını da şifrəsini daxil edib açaraq hazırda xatırlamadığı öz hesabına 800 manat pul göndərmişdir. Bundan sonra Vüqara telefonunu geri qaytarıb bir qədər sonra da günlük maaşını alıb oradan getmişdir. Bundan əlavə xx.xx.2024-cü il tarixdə günorta saatlarında tanış dostları ilə futbol oynamışdır. Futbol meydançası Sabunçu rayonu ərazisində olmuşdur. Orada tanışı Kamran Yolçuyevə fikir verib sonuncunun telefonunun şifrəsini əzbərləmişdir. Daha sonra paltar dəyişmə otağına getməmişdən əvvəl Kamrandan telefonunu danışmaq adı ilə alıb kənara çəkilmişdir. Kamran “İphone 13 Pro” markalı mobil telefonunu ona verib paltar dəyişməyə getmişdir. O, telefonu götürüb meydançadan çıxıb şəhərə getmişdir. Yolda telefonun şifrəsini yazıb açmış və telefonu sıfırlamışdır. Beləliklə həmin telefonun kimə məxsus olması bilinməyəcək idi. 28 may metrosunun yaxınlığındakı dəqiq xatırlamadığı telefon dükanına daxil oldub şəxsiyyət vəsiqəsini verib telefonun özünə məxsus olmasını demiş və telefonu 800 manat pula satmışdır. Kamranın isə zənglərinə cavab verməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs4, X7 və Zərərçəkmiş şəxs3 müraciətləri ilə tanış olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən Playstation mərkəzinə getmiş və həmin vaxt orada Zərərçəkmiş şəxs4 ilə tanış olmuşdur. O, oyun mərkəzində olan zaman Mirəlinin üzərində “İphone 13 pro max” markalı mobil telefonu görmüş və həmin telefonu ələ keçirmək istəmişdir. Söhbət zamanı Mirəli yaşadığı evə gedib paltarını dəyişəcəyini deyən zaman o, birlikdə getməyi təklif etmiş və Mirəli heç bir etiraz etməmişdir. O, Mirəli ilə birlikdə sonuncunun yaşadığı ünvan 13 binanın 4-cü mərtəbəsinə qədər getmiş və Mirəli evə daxil olan zaman mobil telefonunu danışmaq üçün ona verməsini xahiş etmişdir. Həmin vaxt Mirəli üzərində olan “İphone 13 pro max” markalı mobil telefonu ona verərək yaşadığı evə daxil olmuş və o, ətrafda heç kimin olmadığını görüb oradan çıxaraq uzaqlaşmışdır. O, həmin mobil telefonun içərisində olan mobil nömrəni qırıb naməlum yerə atmış, mobil telefonu isə format etdikdən sonra öz şəxsiyyət vəsiqəsini təqdim etməklə xatırlamadığı telefon dükanına 750 manata satmışdır. Həmin gündən sonra o, Mirəlini görməmiş və söhbəti olmamışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində ünvan 6 ünvanında yerləşən “Çayla çay” evinə sərxoş vəziyyətdə getmiş və orada olan zaman tanımadığı şəxslərin əyləşdikləri masada əyləşərək tanış olmuşdur. Tanışlıq ərəfəsində sonradan adı ona məlum olan X2 istifadə etdiyi, masanın üzərinə qoyduğu “İphone 13” markalı mobil telefonu görmüş və həmin mobil telefonu ələ keçirmək niyyəti onda yaranmışdır. Bir qədər sonra masanın üzərinə çay dağıldığına görə həmin şəxslərin başları qarışıq olduqlarını görüb X4 məxsus “İphone 13” markalı mobil telefonu gizlin şəkildə oğurlayaraq çıxıb getmişdir. O, həmin mobil telefonun içərisində olan mobil nömrəni qırıb naməlum yerə atmış, mobil telefonu isə format etdikdən sonra öz şəxsiyyət vəsiqəsini təqdim etməklə xatırlamadığı telefon dükanına 350 manata satmışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində hər hansı bir şəxsə məxsus mobil telefonu ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “OBA” marketə daxil olmuş və orada işləyən, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs3 “İphone 13” markalı mobil telefon gördüyü üçün sonuncuya yaxınlaşıb mobil telefonunun taksidə qaldığını və bu məqsədlə DİN-in 102 xidmətinə zəng etməyi üçün mobil telefonunu verməsini xahiş etmişdir. O, mobil telefonu Çinarədən götürüb DİN-in 102 xidmətinə zəng edən zaman özünü X1 təqdim edib Mercedes markalı taksidə unutduğu çantanın içərisində 1300 manat pul, bank kartları, şəxsiyyət vəsiqəsi və “İphone 13” markalı mobil telefon olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 başının qarışıq olduğunu görüb oradan kənarlaşmışdır. Həmin mobil telefonunda içərisində olan mobil nömrəni qırıb naməlum yerə atmış, mobil telefonu isə format etdikdən sonra, öz şəxsiyyət vəsiqəni təqdim etməklə xatırlamadığı telefon dükanına 600 manata satmışdır. Bundan başqa, 2024-cü ilin aprel ayının əvvələrində o, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov 97 ünvanında yerləşən “Sərhədçi” marketdə təcrübəçi kimi işləməyə başlamış, bir neçə gün işlədikdən sonra orada xx.xx.2024-cü il tarixdə gün ərzində oğurluq etmək qərarına gəlmişdir. Ona görə də mağazanın sahibi Şahinin ofisdən çıxdığını dəqiqləşdirdikdən və ofisdə heç kimin olmadığına əmin olduqdan sonra ofisə daxil olmuş və orada olan seyfin açarının üstündə olmasını görüb seyfi açan zaman içərisində pul görmüşdür. O, pulu oğurlayıb dərhal mağazadan çıxmış, sonradan pulları sayan zaman 6500 manat pul olmasını görmüşdür. Həmin pulları da şəxsi ehtiyyacları üçün xərcləmişdir. Bundan qaşqa bir neçə gün sonra o, Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində yerləşən “Sazan Pub”-da işə düzəlmişdir. İki gün də orada işləmiş və xx.xx.2024-cü il tarixdə onunla birlikdə ofisiant işləyən Pərvanə adlı şəxsin 01 ədəd “Samsung” markalı mobil telefonunu oğurlamışdır. Eyni zamanda telefonu oğurlayan zaman telefonda olan tətbiq vasitəsi ilə öz istifadəsində olan karta 280 manat və 320,88 manat pul köçürmüşdür. Əldə etdiyi pulların hamısını şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa etdiyi cinayətlərin hamısını tək etmişdir. O, Nizami rayonunda da oğruluq cinayətləri törətmiş, həmin cinayətlərin hamısını tutulan zaman Nizami rayonunda istintaqa etiraf etmiş və barəsində Nizami Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, ünvan 8 ünvanında yerləşən özünə məxsus “Sərhədçi Market”i işlədərək ərzaq məhsullarının satışı ilə məşğuldur. O, firmalara veriləcək pulları mağazanın içərisində olan ofisdəki seyfdə saxlamış və seyfin qapısını açarla bağlayıb açarı ofisdə olan masanın üzərinə qoymuşdur. Özü mağazada olduğu üçün açarı həmişə ofisdəki masanın üzərinə qoymuşdur ki, lazım olan zaman açaraq pul götürsün. İşlətdiyi mağazaya satıcı kimi işçi lazım olduğu üçün “Sərhədçi Market”ə gələn adının sonradan Təqsirləndirilən şəxs öyrəndiyi şəxsi satıcı kimi işə götürmüdşür. Fuad işi bilmədiyi üçün sonuncunu işi öyrəndikdən sonra rəsmi olaraq işə götürəcəyini bildirmişdir. Fuad da razılaşaraq işi öyrənməyə başlamışdır. 13 aprel 2024-cü il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq saat 17 radələrində mağazadan çıxıb getmişdir. Həmin gün işlərini bitirib marketə geri qayıdan zaman Fuadın marketdə olmadığını, işinin olduğunu bildirib çıxıb getdiyini öyrənmişdir. 14 aprel 2024-cü il tarixdə Fuad işə gəlməli olsa da, gəlməmişdir. Həmin gün saat 13 radələrində o, marketin içərisindəki ofisə daxil olub seyfə baxan zaman açarının üzərində olduğunu görmüşdür. O, bundan şübhələnib seyfə baxan zaman içərisində olan 6500 manat pulun yerində olmadığını, oğurlandığını aşkar etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Fuad onun mağazada olmamağından istifadə edərək ofisə daxil olaraq masanın üzərində olan seyfin açarını götürüb seyfin qapısını açaraq orada firmalara vermək üçün saxladığı 6500 manat nağd pulu oğurlayıb marketdən çıxıb getmişdir. Həmin vaxt arvadı Ətrabə Zeynalova DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bir qədər sonra Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları hadisə yerinə gələrək baxış keçirmişlər. Bundan sonra o, 36-cı PB-nə gedərək ərizə ilə müraciət edərək hadisə barədə izahat vermişdir. Oğurlanmış pullar ona məxsusdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 6500 manat maddi ziyan dəymişdir. Hal-hazırda o, təqdirləndirilən şəxslə barışmamışdır və ona dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. O, Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində yerləşən “Sazan Pub”da ofisiant işləyir. xx.xx.2024-cü il tarixdə Fuad onun işlədiyi “Pub”a gəlib ofisiant işləmək istədiyini demiş, üç gün orada ofisiant işləmişdir. Ofisiant işlədiyi müddətdə özünü yaxşı aparmış, heç bir problem yaratmamışdır. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Fuad ona dostlarının “Pub”a gələcəyini və dostları üçün bir otaq lazım olduğunu demiş, sonra guya kiməsə zəng edib otağın hazır olduğunu bildirmiş və telefonla danışan zaman zəng kəsilmişdir. Sonra ona guya telefonda konturunun bitdiyini bildirib zəng etmək üçün ondan telefonunu istəmişdir. O da özünə məxsus “Redmi” markalı mobil telefonu Fuada vermişdir. Fuad telefonla danışmış, həmin vaxt o, başqa masaya sifariş qəbul etdiyi üçün ora getmişdir. Qayıdıb gələn zaman Fuadın orada olmadığını görmüşdür. O, Fuadı axtaran zaman görmüşdür ki, Fuad onun telefonunu danışmaq adı ilə alaraq çıxıb getmişdir. Daha sonra içəridə içki dolabının gözlüyündə olan digər 500 manat dəyərində “Samsung A24” markalı mobil telefonun və 150 manat dəyərində qulaqcığı yoxlamaq üçün getdikdə qeyd etdiyi əşyalarında orada olmamasını aşkar etmişdir. O, telefonlarına iş yoldaşının telefonundan zəng etsə də, zənglərinə cavab verilməmişdir. Əşyalarının oğurlanmasına əmin olduqdan sonra o, dərhal telefonunda olan mobil tətbiq vasitəsilə kartlarında olan pulun çəkilməsinin qarşısını almaq üçün “Kapital” və Leobank” müştəri xidmətlərinə zəng etmişdir. Həmin vaxt ona bildirmişlər ki, artıq “Redmi” markalı mobil telefonunda olan "xxxx"a məxsus plastik kartından telefonunda olan mobil tətbiqə daxil olmaqla saat 21:56-da 275 manat, saat 21:57-də isə “Leobank” tətbiqinə daxil olmaqla 320,88 manat pulunun Təqsirləndirilən şəxs tərəfindən özünə məxsus ABB aid **********639016 saylı kart hesabına köçürülərək ələ keçirilməsini aşkar etmişdir. Artıq əmin olmuşdur ki, Fuad ondan üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan 700 manat dəyərində olan “Redmi” markalı mobil telefonu danışmaq adı ilə ələ keçirmiş, həmin telefonda olan mobil tətbiq proqramına daxil olaraq kart hesablarında olan pulları özünə məxsus kart hesabına göndərmiş, eyni zamanda 500 manat dəyərində “Samsung A24” markalı mobil telefonu və 150 manat dəyərində qulaqcığı oğurlayaraq çıxıb getmişdir. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin hər birini 10 manata almış, həmin nömrələrin balansında danışıq limiti olmamışdır. xx.xx.2024-cü il tarixdə Fuad danışmaq adı ilə ondan aldığı “Redmi” markalı mobil telefonu sifariş etdiyi taksi ilə işlədiyi “Sazan Puba” restoranına göndərsə də, digər əşyalarını və oğurladığı pulları qaytarmamışdır. “Samsung A24” markalı telefonu aprel ayının ortalarında yeni şəkildə 500 manata, naqilsiz qulaqcığını isə eyni gündə 150 manata Kontakt mağazasından almışdır. Fuad “Redmi” markalı mobil telefonu geri qaytardığı üçün həmin telefona görə ona maddi ziyan dəyməmişdir. Həmin hadisə nəticəsində ona ümumilikdə 1245,88 manat maddi ziyan dəymişdir. Hazırda onun tələbi Fuadın ona vurduğu zərərin ödənilməsi və sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsidir. Həmçinin, onun kart hesabları olan tətbiq kodda olmuş, Fuad bir gün əvvəl onunla üzbəüz oturan zaman ola bilsin ki, pəncərədən həmin kodu görüb tətbiqə daxil olmuşdur. Hal-hazırda o, təqdirləndirilən şəxslə barışmamışdır və ona dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 2023-cü ilin sonlarında «Oba» marketlər şəbəkəsinə satıcı kimi işə qəbul olunmuş və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən «Lotos» ticarət mərkəzi ilə üzbəüz olan «Oba» marketdə satıcı işləyir. 01 aprel 2024-cü il tarixdə saat 16 radələrində iş yerində olan zaman əvvəllər tanımadığı, bir neçə dəfə çalışdığı mağazaya müştəri qismində gəlmiş, 20-25 yaşlarında, orta bədən quruluşlu, üzü saqqallı, 170-175 sm boylu, qarabəniz oğlan ona yaxınlaşıb həmin ünvana gəldiyi taksidə «İphone» markalı mobil telefonunun və içərisində xeyli miqdarda pulu olan pul kisəsinin qaldığını, təcili olaraq hadisə ilə bağlı DİN-in «102» xidmətinə zəng vurub məlumat vermək istədiyini, bunun üçün onun telefonunu istəmişdir. Həmin şəxsə yazığı gəldiyindən özünə məxsus, üzərində 5 manata aldığı ***-***-**-** saylı nömrə, 16 manata aldığı üzlük, 18 manata aldığı qoruyucu və 3 manatlıq danışıq konturu olan, **********11492 və **********30801 İmei kodlu, «İphone 13» markalı mobil telefonu danışmaq üçün həmin şəxsə vermişdir. Həmin şəxs telefonunu götürdükdən sonra onun başının müştəriyə qarışmasından istifadə edərək danışa-danışa mağazanı tərk etmişdir. Həmin vaxt o, telefonunun həmin şəxs tərəfindən ələ keçirildiyini anlamışdır. Dərhal DİN-in «102» xidmətinə zəng vurub məlumat vermişdir. Sonra isə Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Mobil telefonu kredit yolu ilə 3 ay əvvəl aldığından hazırda o, 2004 manat krediti ödəmək məcburiyyətindədir. Hadisə nəticəsində ona ümumilikdə 2046 manat maddi ziyan dəymişdir. Hadisə baş verən zaman o, həyəcanlı olduğuna görə 1000 manat maddi ziyan dəydiyini bildirmiş, lakin mobil telefon 2001 manat, üzərində 5 manata aldığı ***-***-**-** saylı nömrə, 16 manata aldığı üzlük, 18 manata aldığı qoruyucu və 3 manatlıq danışıq konturu olduğuna görə ona ümumilikdə 2046 manat maddi ziyan dəymişdir. Hal-hazırda o, təqdirləndirilən şəxslə barışmamışdır və ona dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 14 radələrində o, ünvan 9 ünvanında yerləşən “Playstation” oyun mərkəzinə getmiş və orada olan zaman sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O, orada tək oyun oynayan zaman Fuad ona yaxınlaşaraq birlikdə oyun oynamaq istədiyini demişdir. O, heç bir etiraz etmədən razılaşmış və onlar birlikdə oyun oynamışlar. Həmin vaxt o, elektron qəlyan çəkmiş və Fuad qəlyanı görən zaman şəhərdə qardaşının “Çardaq” adlı çay evi olduğunu, həmçinin bir gün birlikdə gedib qəlyan çəkməyi təklif etmişdir. Onlar oyunu bitirdikdən sonra saat təxminən 22:30-da oradan çıxıb yaşadığı evə getmək istədiyini demiş və həmin vaxt Fuad yenidən təklif edərək qardaşının işlətdiyi çay evinə getməyi bildirmişdir. Buna görə də o, yaşadığı evə gedib paltarını dəyişməyini bildirmiş və Fuad da onunla birlikdə getmişdir. Yaşadığı binanın qarşısında olan zaman Fuad ondan danışmaq məqsədi ilə mobil telefonunu istəmiş və o, mobil telefonun yaşadığı evin internet şəbəkəsinə qoşulmasından ötrü onunla birlikdə 4-cü mərtəbəyə qalxıb blokda gözləməsini bildirmişdir. Onlar 4-cü mərtəbədə olan zaman o, mobil telefonu yaşadığı evin internet şəbəkəsinə qoşaraq Fuada verib içəri daxil olmuş, Fuad isə blokda onu gözləmişdir. Təxminən 2 dəqiqə sonra o, evdən bloka çıxan zaman Fuadı orada görməmiş və səsləyərək axtarmağa başlamışdır. Bundan sonra Fuadın ona məxsus 1700 manat dəyərində olan “İphone 13 pro max” markalı mobil telefonu onu aldadaraq ələ keçirdiyini müəyyən edib DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmin mobil telefonun üzərində 100 manata aldığı ***-***-**-** saylı nömrə və 4 manatlıq danışıq konturu olmuşdur. Hadisə nəticəsində ona 1804 manat maddi ziyan dəymişdir. Hal-hazırda o, təqdirləndirilən şəxslə barışmamışdır və ona dəymiş maddi ziyan ödənilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində Zərərçəkmiş şəxs5 bildirmişdir ki, təxminən 6 ay bundan əvvəl “İphone 13” markalı mobil telefonu “World Telecom” mağazalar şəbəkəsindən 2100 manata almış və özü işlətmişdir. 2024-cü ilin mart ayının əvvəllərində oğlu Çingizin mobil telefonu olmadığına görə özünə məxsus olan “İphone 13” markalı mobil telefonu müvəqqəti işlətməsindən ötrü Çingizə vermişdir. Lakin oğlu Çingiz özünə məxsus ***-***-**-** saylı mobil nömrəni həmin telefona taxmışdır. xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində oğlu Çingiz yaşadıqları evə gələn zaman saat 23 radələrində ünvan 6 ünvanında yerləşən çay evində olan zaman mobil telefonu masanın üstünə qoyduğunu və həmin vaxt naməlum şəxs tərəfindən oğurlandığını aşkar etdiyini bildirmişdir. Onun işlərinin çoxluğu ilə əlaqədar olaraq ərizə yaza bilməmiş, lakin həmin gün saat 14 radələrində onun tələbi ilə oğlu Çingiz 25-ci Polis Şöbəsinə gedərək şikayət ərizəsi yazmışdır. Sonradan Çingiz onunla söhbət edərək ərizə yazdıqdan sonra çay evində olan müşahidə kameralarına polis əməkdaşları ilə birlikdə baxan zaman məlum hadisə baş verən vaxt onunla eyni masada əyləşmiş Fuad adlı şəxs tərəfindən gizlin şəkildə oğurlandığını müəyyən etdiyini bildirmişdir. X15 xx.xx.2024-cü il tarixdən Gəncə şəhərində hərbi xidmətdə olduğuna görə müraciət edə bilməmişdir. Mobil nömrənin dəyəri təxminən 5 manatdır və içərisində təxminən 3 manat danışıq limiti olmuşdur. Həmin hadisə nəticəsində ona 2108 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində X8 bildirmişdir ki, Ağsu rayonu, Ərəbuşağı kəndində qeydiyyatda olsa da, ünvan 10 ünvanında fərdi tikilmiş evdə ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və Azərbaycan Neft Sənaye Universitetinin tələbəsidir. Təqsirləndirilən şəxs təxminən 2034-cü ilin yanvar ayından tanıyır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsində yerləşən futbol meydançasına gedərək dostları ilə futbol oynayan zaman tanıdığı Təqsirləndirilən şəxs yanlarına gəlmişdir. Onlar Fuadla futboldan sonra Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən çay evlərindən birinə çay içməyə getməli olmuşlar. O, dostları ilə futbol oynayan zaman Təqsirləndirilən şəxs ondan danışmaq üçün özünə məxsus “İphone 13 Pro” markalı mobil telefonu istəmişdir. O da Fuada inandığı üçün soyunma-geyinmə otağına gedərkən özünə məxsus “İphone 13 Pro” markalı mobil telefonu danışmaq üçün vermişdir. Bundan sonra o, dostları ilə futbola davam etmişdir. Onlar futbol oyununu bitirəndən sonra o, özünə məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng vurmuş və Fuad telefona cavab verən zaman telefonunu gətirməsini istəmişdir. Fuad da ona cavab olaraq dönər yeyib geri qayıdaraq telefonunu qaytaracağını bildirmişdir. Lakin Fuad geri dönmədiyi üçün dostlarının mobil telefonu ilə yenidən istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng vursa da, telefona zəng çatmamışdır. O, Fuadı nə qədər gözləsə də, geri qayıdaraq telefonu qaytarmamışdır. Artıq ona məlum olmuşdur ki, Fuad onu aldadaraq 1200 manat dəyərində “İphone 13 Pro” markalı mobil telefonunu danışmaq adı ilə alaraq ələ keçirmişdir. Telefonun üzərində balansında 3 manat danışıq limiti olan 10 manat dəyərində istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə olmuşdur. Həmin hadisə nəticəsində ona ümumilikdə 1213 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində Zərərçəkmiş şəxs7 bildirmişdir ki, ünvan 11 ünvanında qeydiyyatda olsa da, ünvan 12də ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 2024-cü ilin yanvar ayının əvvəllərindən etibarən ünvan 2 ünvanında yerləşən “50 Qəpik” adlı restoranda administrator vəzifəsində işləyir. Həmin restoranda “süfrəçi” kimi işçiyə ehtiyac olduğundan bu barədə “Tap.az” saytında elan yerlədirmiş və işlə maraqlanan şəxslərin əlaqə saxlaya bilmələri üçün istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni qeyd etmişdir. 12.02.202-cü il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq işləmək istədiyini bildirərək işlədiyi ünvan 2 ünvanında yerləşən “50 Qəpik” adlı restorana yaxınlaşmışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs “süfrəçi” kimi işə götürdüyü üçün işə başlamışdır. Həmin gün saat 23 radələrində Fuad danışmaq üçün istifadə etdiyi “Redmi Note 8” markalı mobil telefonu danışmaq adı ilə ondan istədiyi üçün telefonu vermişdir. Fuad telefonla danışmaq üçün kənara keçmiş və bir qədər sonra telefonu ona qaytarıb iş saatı bitdiyi üçün çıxıb getmişdir. Bundan təxminən 30 dəqiqə sonra o, istifadə etdiyi “Redmi Note 8” markalı mobil telefonda olan “Birbank” mobil tətbiqinə daxil olan zaman xx.xx.2024-cü il tarixdə saat 23:15-də istifadə etdiyi "xxxx"a məxsus 4169-7385-1504-8415 nömrəli plastik kart hesabından 800 manat pulun 4169-73******8415 saylı plastik kart hesabına köçürüldüyünü aşkar etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Fuad ondan istifadə etdiyi “Redmi Note 8” markalı mobil telefonu danışmaq adı ilə alan zaman “Birbank” mobil tətbiqinə daxil olaraq plastik kart hesabında olan 800 manat pulu 4169-73******8415 saylı plastik kart hesabına köçürməklə oğurlamışdır. Buna baxmayaraq o, Fuadla əlaqə saxlamamağa çalışsa da, buna nail ola bilməmişdir. Fuad həmin gündən sonra işə də gəlmədiyindən artıq həmin oğurluq hadisəsini Fuadın törətməsinə əmin olmuşdur. Buna görə də, xx.xx.2024-cü il tarixdə ərizə ilə Sabunçu RPİ-nin 12-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin hadisə nəticəsində ona ümumilikdə 800 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 14 aprel 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 8 ünvanında yerləşən “Sərhədçi Market”ə baş vermiş oğurluq cinayət hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 9-10); zərərçəkmiş şəxs qismində tanınma haqqında 12 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 16); materialın cinayət işinə birləşdirilməsi haqqında 24 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ərizəsi əsasında toplanmış material ********* saylı cinayət işinə birləşdirilmiş və araşdırılması davam etdirilmişdir (i.v. 24); hadisə yerinə baxış keçirilməsi haqqında 10 may 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanında yerləşən “Sazan Pub” restoranına baş vermiş oğurluq cinayət hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 32-35); zərərçəkmiş şəxs qismində tanınma haqqında 12 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 16); "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs2 "xxxx"a məxsus 4169-73******2018 nömrəli plastik kart hesabından xx.xx.2024-cü il tarixdə 275 manat, “Leobank”a məxsus 4098-5844-9622-4914 nömrəli plastik kart hesabından isə xx.xx.2024-cü il tarixdə 320,88 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs məxsus karta göndərilmişdir (cild 1, i.v. 40-42); zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 43); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 1, i.v. 56); Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-156/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 25 (iyirmi beş) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (cild 1, i.v. 57-60, 260-263); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 1, i.v. 79-80; cild 2, i.v. 13); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsinin nəzərə alınması haqqında 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (cild 1, i.v. 91-93); ifadənin yerində yoxlanılması haqqında 16 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 95-98); cinayət işinin icraata qəbul edilərək bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında 25 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, istintaq ********* nömrəsi altında davam etdirilmiş və əməl CM-nin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.2-ci maddələrinə tövsif edilmişdir (cild 1, i.v. 99-102); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v. 111; cild 2, i.v. 75); hadisə yerinə baxış keçirilməsi haqqında 01 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “OBA” marketə baş vermiş oğurluq cinayət hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 122-123); 01 ədəd “DVD-R” formatlı diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında 01 aprel 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs3 yuxarıda qeyd olunan marketdə qanunazidd əməli törətməkdə şübhəli bilinən şəxslə söhbət etməsi, daha sonra həmin şəxsə özünə məxsus mobil telefonu danışması üçün verməsi, sonuncunun bundan istifadə edərək marketdən çölə çıxıb telefonla birlikdə oradan uzaqlaşması, həmin şəxsin orta yaşlı, orta boylu, orta bədən quruluşlu, saqqallı, əynində ağ-qara rəngli gödəkçə olan kişi cinsli şəxs olması müşahidə edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 görüntüdə olan orta yaşlı, orta boylu, orta bədən quruluşlu, saqqallı, əynində ağ-qara rəngli gödəkçə olan, kişi cinsli şəxsin mobil telefonu danışmaq adı ilə ondan alıb oradan uzaqlaşan şəxs olduğunu bildirmişdir (cild 1, i.v. 124-125); 01 ədəd “CD-R” formatlı diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında 18 mart 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs4 digər şəxslə birlikdə oyun zalından çıxması və birlikdə getmələri, həmin şəxsin orta yaşlı, əynində gödəkçə olması, üzündə saqqal olması müşahidə edilmişdir (cild 1, i.v. 134-135); hadisə yerinə baxış keçirilməsi haqqında 19 mart 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 13 ünvanda yerləşən binaya baş vermiş dələduzluq cinayət hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 136-137); hadisə yerinə baxış keçirilməsi haqqında 23 mart 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı 7 ünvanında yerləşən “Çayla” çay evinə baş vermiş oğurluq cinayət hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 147-148); 01 ədəd “CD-R” formatlı diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında 18 mart 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı 22 mart 2023-cü il tarixdə ünvan 14 ünvanında yerləşən “Çayla” çay evində X11 və X9, digər şəxslərin bir masada əyləşdikləri, həmin masada pivə qəbul etmələri, daha sonra isə 22 mart 2023- cü il tarixdə saat 23:32 radələrində X5 bir masada əyləşdiyi X4 məxsus “İphone 13” markalı mobil telefonla danışaraq kimi hərəkətləri ilə pilləkənlərlə aşağı düşərək çay evini tərk etməsi müşahidə olunmuşdur (cild 1, i.v. 149-150); zərərçəkmiş şəxs qismində tanınma haqqında 19 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 178); zərərçəkmiş şəxs qismində tanınma haqqında 19 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X11 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 190); şübhəli şəxsin tutulması haqqında 22 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da radələrində CM-nin 177.2.2 və 178.2.2ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 221-222); 23 may 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 1, i.v. 233-235); 23 may 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 1, i.v. 236-238); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 1, i.v. 241-242; cild 2, i.v. 76); cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1 və 177.2.3-1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilmişdir (cild 2, i.v. 14-15); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 2, i.v. 17); hadisə yerinə baxış keçirilməsi haqqında 12 mart 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsində yerləşən futbol meydançasının geyinib-soyunma otağına baş vermiş dələduzluq cinayət hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 2, i.v. 22-26); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 07 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; Nəsimi RPİ-nin İŞ-də CM-nin 177.1-ci maddəsi ilə istintaq olunan cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir (cild 2, i.v. 45-46); “Birbank” tətbiqindən əldə edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs7 "xxxx"a məxsus 4169-73******8415 nömrəli plastik kart hesabından xx.xx.2024-cü il tarixdə 800 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs məxsus karta göndərilmişdir (cild 2, i.v. 58); hadisə yerinə baxış keçirilməsi haqqında 27 fevral 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən “50 Qəpik” adlı restorana baş vermiş oğurluq cinayət hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 2, i.v. 59-61); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsindən həmin Məcəllənin 178.1 və 177.2.3-1-ci maddələrinə tövsif edilmiş, cinayət işinin istintaqı ********* nömrəsi altında davam etdirilmişdir (cild 2, i.v. 84); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 2, i.v. 93-94); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsinin nəzərə alınması haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (cild 2, i.v. 102); Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-287/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 177.2.2 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 177.2.2-ci maddələri ilə 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 26 aprel 2023-cü il tarixdən 28 aprel 2023cü il tarixədək, 29 aprel 2023-cü il tarixdən 27 noyabr 2023-cü il tarixədək, yəni 07 (yeddi) ay 01 (bir) gün həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 01 (bir) il 02 (iki) ay 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cild 2, i.v. 116- 124); zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v. 125-126); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-551/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 29 gün olmaqla, yəni 14 sentyabr 2024-cü il tarixədək uzadılmışdır (cild 2, i.v. 142-147); zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v. 157-158); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 19 avqust 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.2-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4 və 178.2.2-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4 və 178.2.2-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə baş vermiş hadisələrin görüntüsünü əks etdirən 03 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs2 məxsus plastik kart hesablarından pulun köçürülməsini əks etdirən 02 ədəd çıxarışın surəti maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli, ********** nömrəli 01 ədəd qəbzin surəti maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, i.v. 167-185); təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4 və 178.2.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur (cild 2, i.v. 192-195); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-603/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün uzadılmışdır; Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-287/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il 07 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş X12 Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata düşməmiş və o, cəzasından çəkməmişdir. Məhkəmə iclasında 02 ədəd “CD-R” və 01 ədəd “DVD-R” formatlı disklərdə olan görüntülərə baxış keçirilmiş və həmin diskdə olan videogörüntülər müvafiq olaraq 18 mart 2024-cü il və 01 aprel 2024-cü il tarixli diskə baxış protokollarına uyğun olmuşlar. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi və zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4 və 178.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, gənc olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmiş, lakin həmin məhkumluq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan məlumatlara əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün 19 dekabr 2023-cü il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini 2024-cü ilin fevral-aprel aylarında törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunmasına baxmayaraq yenidən cinayət törətməsini, azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin ona yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsini və ona dəymiş maddi ziyanı ödəməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4 və 178.2.2-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona cəza təyin edilməli, hazırki hökm üzrə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-287/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla (CM 68.1.1-1) 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti cəza təyin edilməli (CM 67.1), cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut hesab edilən 02 ədəd “CD-R” və 01 ədəd “DVD-R” formatlı diskin, Zərərçəkmiş şəxs2 adına qeydiyyata alınmış “Leobank”a məxsus 40998-5844-9622-4914 nömrəli plastik kart hesabından 320,88 manat və "xxxx"a məxsus 4169-73******2018 nömrəli plastik kart hesabından 275 manat pulun “Azərbaycan Beynəlxalq Bankı”na məxsus 5522-0993-6163- 9016 saylı plastik kart hesabına köçürülməsini əks etdirən 02 ədəd A4 formatlı kağız üzərində olan çıxarışın surətinin və xx.xx.2024-cü il tarixli, ********** nömrəli 01 ədəd qəbzin surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, X6 və Zərərçəkmiş şəxs7 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-287/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 22 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən - 02 ədəd “CD-R” və 01 ədəd “DVD-R” formatlı diskin, Zərərçəkmiş şəxs2 adına qeydiyyata alınmış “Leobank”a məxsus 40998-5844- 9622-4914 nömrəli plastik kart hesabından 320,88 manat və "xxxx"a məxsus 4169- 73******2018 nömrəli plastik kart hesabından 275 manat pulun “Azərbaycan Beynəlxalq Bankı”na məxsus 5522-0993-6163-9016 saylı plastik kart hesabına köçürülməsini əks etdirən 02 ədəd A4 formatlı kağız üzərində olan çıxarışın surətinin və xx.xx.2024-cü il tarixli, ********** nömrəli 01 ədəd qəbzin surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, X6 və Zərərçəkmiş şəxs7 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-519/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-519/2024
28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver