Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-52/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qərarı ilə cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək, cəza müddəti 5 (beş) ilə endirilmiş, 13 mart 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Zərərçəkmiş şəxs1 oğlu X11 cəzasını yüngülləşdirib əfv etdirərək, azadlığa çıxardacağı adı ilə aldadıb, 03 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ünvan 2 ünvanında yerləşən Neyrocərrahiyyə Xəstəxanasının qarşısında, şəxsiyyəti istintaqa məlum olmayan «Fəxri» adlı şəxsin vasitəsi ilə 6000 manat, daha sonra həmin vədlə 23 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ünvan 2 ünvanında yerləşən Neyrocərrahiyyə Xəstəxanasının qarşısında, şəxsiyyəti istintaqa məlum olmayan «Fəxri» adlı şəxsin vasitəsi ilə 4000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirdikdən sonra, vəd etdiyi işin müqabilində heç bir iş görməyərək, Zərərçəkmiş şəxs1 10000 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə, mərhum X12 etibarından sui-istifadə edib aldatmaqla, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində tikilməkdə olan hündür mərtəbəli yaşayış binasından 5 otaqlı Sosial Mənzil alacağı adı ilə aldadıb, 2021-ci ilin yanvar ayının əvvələrində Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 4 saylı evin 46 saylı mənzilində 1500 manat, daha sonra həmin vədlə 2021-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 4 saylı evin 46 saylı mənzilində 4500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirdikdən sonra, vəd etdiyi işin müqabilində heç bir iş görməyərək, zərərçəkmiş şəxs mərhum X15 6000 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə, mərhum X12 etibarından sui-istifadə edib, ünvan 3 ünvanında yerləşən obyektin pay bölgüsü ilə əlaqədar, davam edən məhkəmə çəkişməsində işi mərhum Azər Hacıyevin xeyrinə həll edəcəyinə söz verərək aldadıb, 2021-ci ilin fevral ayının axırlarında Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 4 saylı evin 46 saylı mənzilində 3500 manat pulunu ələ keçirdikdən sonra, vəd etdiyi işin müqabilində heç bir iş görməyərək, zərərçəkmiş şəxs mərhum X15 3500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldatmaqla, oğlu X6 barəsində Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə həbsdən azad etdirəcəyi adı ilə aldadıb, 08 iyul 2021-ci il tarixdə ünvan 4 ünvanının qarşısında 1000 manat pulunu alıb ələ keçirdikdən sonra, vəd etdiyi işin müqabilində heç bir iş görməyərək, Zərərçəkmiş şəxs2 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldatmaqla azadlığın məhdudlaşdırılması jəzasından azad etdirəjəyi adı ilə aldabıb 09 iyul 2021-ji il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən H.Aslanov metrosunun yaxınlığında 700 manat pulunu alıb ələ keçirdikdən sonra vəd etdiyi işin müqabilində heç bir iş görməyərək zərərçəkmiş şəxs Ə.İ.Orujovaya 700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xətai rayonu, A.Məmmədov küçəsində yerləşən yaşayış sahəsində yaşayır. 2020-ci ilin ortalarında “28 May” metrostansiyasının yaxınlığında yerləşən kafedə müştəri qismində olarkən, orada xidmətçi kimi işləyən Şahid5 adlı şəxslə tanış olmuşdur. Şahid5 əvvəllər polisdə işlədiyini, hər hansı bir problemi olduğu təqdirdə, həll edə biləcəyini bildirmişdir. Həmin vaxt Hüseyn dayısı oğlunun Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs olunduğunu bildirərək, dayısı oğlunun həbsdən azad olunmasında köməklik etməyini xahiş etmişdir. O, Hüseynin dayısı Zərərçəkmiş şəxs1lə mobil telefonla danışmışdır. Mayis ona Lənkəranda yaşadığını və oğlu Elxanın həbsdən azad olunmasını ondan xahiş etmişdir. O, Mayisə “Covid-19” pandemiyası ilə əlaqədar həbs olunan şəxslərin bir qisminin azadlığa buraxılacağını, onun oğlunun da buraxılması üçün 10.000 manat pulun tələb olunduğunu bildirmişdir. Mayis ona inanıb razılaşmış və 2020-ci ilin iyul ayının əvvəllərində onunla “28 May” metrostansiyasının yaxınlığında görüşmüşlər. O, Mayisin oğlunu azadlığa buraxılması üçün ilkin olaraq 3500 manat pul almışdır. Mayisdən 3500 manat pulu aldıqdan təxminən 20 gün sonra, Mayis zəng edərək, pulun qalan hissəsini düzəldib vermək istədiyini bildirmişdir. Mayislə növbəti dəfə “Həzi Aslanov” metrostansiyasının qarşısında görüşüb, Mayisdən 3000 manat əlavə pul almışdır. Təxminən bir həftədən sonra, sonuncu dəfə Mayislə yenə də “Həzi Aslanov” metrostansiyasının qarşısında görüşüb, ona işin alınacağını, oğlunun avqust ayında evə buraxılacağını bildirərək, Mayisdən əlavə 2750 manat pul almışdır. Zərərçəkmiş şəxs1 ümumilikdə 9250 manat pulu oğlunu azadlığa buraxılması üçün almışdır. Fəxri adlı şəxs onun tanışıdır. Görüşdükdə, Mayis Fəxrini də onun yanında görübdür. Lakin, Fəxri adlı şəxsi pul almaq üçün Mayislə görüşə göndərməmişdir. Bundan başqa, mərhum X18 adlı şəxs onunla birlikdə polisdə işləmişdir. O, Azərdən 2021-ci ilin yanvar ayının ortalarında yaşadığı mənzildə 2500 manat pulu sosial mənzilin alınmasında köməklik edəcəyini söz verib pul almış, lakin mənzil alınmasında köməklik edə bilmədiyi üçün, həmin məbləği Azərin sağlığında özünə qaytarmışdır. X24 verəcəyi qalmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs2 oğlu Yalçın Hacıyevi həbsdən azad etmək adı ilə 2021-ci ilin iyul ayında Xətai rayonu, M.Hadi küçəsi 76 ünvanında 1000 manat pul almışdır. Bundan başqa, Zərərçəkmiş şəxs3 da həmin vaxtlarda “Həzi Aslanov” metrostansiyasının yaxınlığında 700 manat pul almışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini, borclu olduğu şəxslərə dəymiş ziyanı ödəmək niyyətində olduğunu, lakin bunun üçün müəyyən müddət tələb olunduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X13 göstərdi ki, o, ailəsi ilə birlikdə Nizami rayonu, Keşlə qəsəbəsində yaşayır və Bakı şəhərində tikintidə işləyir. 2019-cu ilin ortalarında oğlu Elxan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “Covid 19” pandemiyası ilə əlaqədar həbs olunmuş şəxslərin bir qisminin azadlığa buraxılacağı barədə 2020-ci ilin may ayında məlumat əldə etmişdir. Bacısı oğlu Şahid5 Bakı şəhərində olan kafelərin birində, xidmətçi işlədiyi kafeyə tez-tez gələn və özünü iş adamı kimi təqdim edən Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Həmin şəxsi iş görən kimi tanıyan bacısı oğlu ona zəng edərək, bu barədə bildirmiş və o, Təqsirləndirilən şəxs mobil telefon nömrəsini soruşub, onunla telefonda danışaraq, oğlunun həbsdən azad olunması üçün köməklik etməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs demişdir ki, narahat olmasın, oğlunu azadlığa buraxacaqlar. Bundan bir neçə gündən sonra, Təqsirləndirilən şəxsla Xətai rayonu, R.Quliyev küçəsi 4 ünvanda yerləşən Neyrocərrahiyə Xəstəxanasının qarşısında qardaşı Müqabil Ağayevlə birlikdə görüşmüşdür. Orada Təqsirləndirilən şəxs söhbət zamanı bildirmişdir ki, oğlunu azadlığa çıxartmaq üçün 10.000 manat pul lazımdır və əgər həmin məbləği ona versə, 2020-ci ilin avqust ayının 14-də əfv fərmanı çıxacaq və həmin vaxtda oğlunu evə buraxacaqlar. O, Təqsirləndirilən şəxs inanıb onunla razılaşdıqdan sonra, 2020-ci ilin iyul ayının 3-də Təqsirləndirilən şəxs göndərdiyi Fəxri adlı şəxslə Neyrocərrahiyə Xəstəxanasının qarşısında görüşüb, ilkin olaraq 6000 manat pul vermişdir. Pulu verəndən bir neçə saat sonra, Təqsirləndirilən şəxs zəng edib, Fəxri adlı şəxsə 6000 manat pulu verdiyini demişdir. Samir də demişdir ki, 6000 manat pulu Fəxridən götürüb və demişdir ki, oğlunun azadlığa çıxması üçün lazımi işləri görür. Bir neçə gündən sonra, Təqsirləndirilən şəxs zəng edib demişdir ki, əlavə 4000 manat pulu ona çatdırsın. Təqsirləndirilən şəxs telefonda demişdir ki, dənizdədir, gələ bilmir, pulun qalan hissəsini, yəni 4000 manat pulu ona çatdırmaq üçün Fəxri adlı şəxsə versin. 23 iyul 2020-ci il tarixdə yenidən Neyrocərrahiyə Xəstəxanasının qarşısında Təqsirləndirilən şəxs göndərdiyi Fəxri adlı şəxslə görüşüb, 4000 manat pulu ona vermişdir. Fəxri demişdir ki, həmin məbləği Təqsirləndirilən şəxs çatdıracaqdır. Bir neçə saatdan sonra Təqsirləndirilən şəxs zəng etdikdə, Samir 4000 manat pulu aldığını, oğlunun işi ilə məşğul olduğunu, yaxın vaxtlarda oğlunu azadlığa çıxaracağını demişdir. Beləliklə də, Təqsirləndirilən şəxs oğlunu azadlığa çıxartmaq adı ilə ondan iki dəfəyə 10.000 manat pul almışdır. Bir müddətdən sonra işin düzəlmədiyini, Təqsirləndirilən şəxs onunla əlaqə saxlamadığını görüb, 2020-ci ilin sentyabr ayında Samirlə əlaqə saxladıqda, sonuncu müxtəlif bəhanələr gətirərək, narahat olmamağını və 2020-ci ilin sentyabr ayının axırlarında işin düzələcəyini bildirmişdir. Lakin, bundan sonra da, Təqsirləndirilən şəxsla hər dəfə əlaqə saxladıqda, Samir müxtəlif bəhanələr gətirmişdir. O, artıq aldandığını başa düşmüşdür. Belə ki, Təqsirləndirilən şəxs məqsədi onun oğlunun işini düzəltmək deyil, pulunu dələduzluq yolu ilə ələ keçirmək olmuşdur. Bundan sonra o, şikayət etmək qərarına gəlib və 2021-ci ilin iyun ayında Xətai RPİ-nin 36-cı Polis Bölməsinə gedib, bu barədə şikayət ərizəsi yazmışdır. Hal-hazıradək ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, iş üzrə Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, oğlu X14 2021-ci ilin iyun ayında Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb olunaraq həbs olunmuşdur. Həmin ərəfədə təsadüfən Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Tanışlıq müddətində Təqsirləndirilən şəxs məhkəmədə yuxarı vəzifədə işlədiyini və oğlunun işində ona köməklik edəcəyini, oğlunu həbsdən azad etdirəcəyini bildirmiş və bunun müqabilində ondan 1000 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxs inanıb onunla razılaşmış və 08 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxsla Xətai rayonu, M.Hadi küçəsi 76 ünvanının qarşısında görüşüb, ona 1000 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona bir neçə günə onun oğlunu həbsdən azad etdirəcəyini bildirmiş və o, Təqsirləndirilən şəxs inanmışdır. Sonradan oğlu Yalçının şikayətçilərinin maddi ziyanını özü məhkəmədə ödədiyindən, oğlu azadlığa çıxmış və oğlunun azadlığa çıxmasında Təqsirləndirilən şəxs ona heç bir köməklik göstərməmişdir. Təqsirləndirilən şəxsla dəfələrlə əlaqə saxlayaraq, pulunu geri istədikdə, hər dəfə pulu qaytaracağını deyərək, hər gün müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. O, da məcbur olub Xətai RPİ-nin 36-cı X19 Bağırovdan şikayət etmişdir. Ona dəymiş ziyan hal-hazıradək ödənilməmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X12 hüquqi varisi X9 göstərmişdir ki, 2004-cü ilin sentyabr ayında X18 ilə ailə həyatı qurmuş və birgə nikahdan üç övladları anadan olmuşdur. X28 2021-ci ilin mart ayında vəfat etmişdir. Hazırda övladları ilə birlikdə yaşayır və heç yerdə işləmir. Mərhum X28 İ Qarabağ Müharibəsində iştirak etmiş və İ qrup Qarabağ əlilidir. Mərhum əri və övladları Bakı şəhərində daimi kirayələrdə yaşamışlar. Əri vaxtilə polis orqanlarında işlədiyi müddətdə iş yoldaşı olmuş Təqsirləndirilən şəxs bir neçə dəfə ərinin yanında görmüş, hətta Təqsirləndirilən şəxs bir neçə dəfə onların yaşadıqları evdə olmuşdur. 2020-ci ildə Təqsirləndirilən şəxs əri Azərə demişdir ki, dövlət tərəfindən İ Qarabağ müharibəsində iştirak etmiş şəxslərə sosial mənzil alıb verilməsində köməklik edə bilər və bunun üçün müəyyən məbləğdə pul lazımdır. Əri bir neçə il olar ki, müharibə qaziləri və əlilləri üçün dövlət tərəfindən verilən ev növbəsində sosial müdafiə fondunda növbəyə yazılmış və evlərinə qonaq gəlib-gedən döyüş yoldaşı Təqsirləndirilən şəxs bu barədə demişdir. Təqsirləndirilən şəxs bunu eşitdikdə, mərhum əri Azərə demişdir ki, onun yuxarı vəzifələrdə işləyən tanışları var və istənilən işi, eləcə də bu məsələni pul müqabilində həll etməyə kömək edə biləcəyində əmin etmişdir. Mərhum əri Təqsirləndirilən şəxsla hələ döyüşlərdən tanışlıqlarına inanmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs bir dəfə onun ərini guya vəzifədə işləyən şəxslərlə görüşə aparıb onlarla tanış etmişdir. Bundan sonra, X25 Bağırova inanmış və Xətai rayonu, Nargilə kafesinin yanında yerləşən yaşayış kompleksində 5 otaqlı sosial mənzil almağa köməklik etməsi müqabilində 2021-ci ilin yanvar ayının əvvəllərində kirayədə yaşadıqları ünvan 5 ünvanında ilkin olaraq 1500 manat pul vermişdir. Bundan bir ay sonra, yəni 2021-ci ilin fevral ayının ortalarında yenə də, kirayədə yaşadıqları mənzildə Təqsirləndirilən şəxs mərhum X28i aldadaraq, ikinci dəfə sosial mənzil almaq adı ilə 4500 manat pul almışdır. Bundan başqa, vəfat etmiş qaynatasına məxsus Nərimanov rayonu, Ə.Əliyarov küçəsi 19 ünvanında yerləşən obyektin pay bölgüsü ilə əlaqədar davam edən məhkəmə çəkişməsində işi mərhum əri Azərin xeyrinə həll edəcəyinə söz verərək, bunun müqabilində yenə də kirayədə yaşadıqları evdə əlavə 2021-ci ilin fevral ayının axırlarında 3500 manat pul almışdır. Beləliklə də, Təqsirləndirilən şəxs mərhum əri Azərdən mənzil işini həll etməsi müqabilində iki dəfəyə 6000 manat, məhkəmə işini həll etməsi müqabilində isə 3500 manat pul almışdır. Təqsirləndirilən şəxs dələduzluq yolu ilə X28i aldadaraq, ondan ümumilikdə 9500 manat pul almış, lakin heç bir köməklik göstərməyərək dələduzluq etmişdir. Hər dəfə pulu mərhum əri kirayədə yaşadıqları mənzildə onların yanında Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar-fevral aylarında vermişdir. Hal-hazıradək həmin məbləğdən hər hansı bir ödəniş geri qaytarılmamışdır. Bu səbəbdən də o, mülki iddia verərək, Təqsirləndirilən şəxs vurulmuş maddi və mənəvi ziyanın əvəzinin tutulmasını xahiş etmişdir. O, mülki iddianın təmin olunmasını xahiş edir. Eyni zamanda, iş üzrə Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X12 hüquqi varisinin nümayəndəsi Müdafiəçi zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsini müdafiə edərək, əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs dələduzluq cinayəti törədərək, ümumilikdə 9500 manat məbləğində zərərçəkmiş Azər Hacıyevə maddi ziyan vurmuşdur. Bu cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxsə və onun ailəsinə maddi ziyandan başqa, mənəvi zərər də vurulmuşdur. Cinayət nəticəsində onsuzda zəif səhhəti olan X25 Bağırova göstərdiyi etibarın əvəzinə aldadıldığına görə, səhhəti daha da pisləşmiş və bir neçə vaxtdan sonra vəfat etmişdir. Ona görə də, cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxsə təkcə maddi zərər yox, eyni zamanda mənəvi zərər də vurulmuşdur. Göstərilənləri nəzərə alaraq, məhkəmədən mülki iddianın təmin olunaraq, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs maddi zərərə görə 9500 manat, mənəvi zərərə görə 2000 manat, ailə dolandıranın itirilməsinə görə 7000 manat, məcburən kirayə yaşadıqlarına görə 4000 manat, cəmi 22500 manat pulun tutularaq, zərərçəkmiş şəxsin hüquqi varisi X5 xeyrinə ödənilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evində yaşayır. 2021ci ildə o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin ərəfədə təsadüfən Təqsirləndirilən şəxsla tanış olmuşdur. Tanışlıq müddətində Təqsirləndirilən şəxs məhkəmədə yuxarı vəzifədə işlədiyini və üzərindən azadlığın məhdudlaşdırılması cəzasını götürdəcəyini deyib, bu işdə köməklik edəcəyini bildirmiş və bunun müqabilində ondan 1000 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxs inanıb onunla razılaşmış və 09 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxsla “Həzi Aslanov” metrostansiyasının yaxınlığında görüşüb, ona 700 manat pul vermişdir. Təqsirləndirilən şəxs bir neçə günə cəzasını üzərindən götürdəcəyini bildirmiş və o, buna inanmışdır. Sonradan üzərindən cəzasının götürülməyində Təqsirləndirilən şəxs ona heç bir köməklik göstərməmişdir. Təqsirləndirilən şəxsla dəfələrlə əlaqə saxlayaraq, 700 manat pulunu geri istədikdə, hər dəfə pulu qaytaracağını deyərək, hər gün müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. O da, məcbur olub Xətai Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs şikayət ərizəsi ilə müraciət etmişdir. Ona dəymiş ziyan hal-hazıradək ödənilməmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum qardaşı Azər Hacıyev əvvəllər X10 işləmiş, İ Qarabağ müharibəsində iştirak etmiş və İ qrup Qarabağ əlili olmuşdur. Mərhum qardaşı Azər 07 mart 2021-ci il tarixdə vəfat etmişdir. Qardaşı əvvəllər övladları ilə birlikdə Bakı şəhərində daimi kirayələrdə yaşamışdır. Mərhum qardaşı Azərin iş yoldaşı olmuş Təqsirləndirilən şəxs bir neçə dəfə qardaşı Azərin yanında görmüşdür. Hətta Təqsirləndirilən şəxs bir neçə dəfə qardaşının yaşadığı evdə də olmuşdur. 2020-ci ildə Təqsirləndirilən şəxs mərhum qardaşı Azər Hacıyevə demişdir ki, dövlət tərəfindən İ Qarabağ müharibəsində iştirak etmiş şəxslərə sosial mənzil alıb verə bilər və bunun üçün müəyyən məbləğdə pul lazımdır. Qardaşı da bir neçə il olar ki, müharibə qaziləri və əlilləri üçün dövlət tərəfindən verilən ev üçün sosial müdafiə fondunda növbəyə yazılmış və onların evlərinə qonaq gəlib-gedən döyüş yoldaşı Təqsirləndirilən şəxs bu barədə demişdir. Təqsirləndirilən şəxs bunu eşitdikdə, mərhum qardaşı Azərə demişdir ki, onun yuxarı vəzifələrdə işləyən tanışları var və istənilən işi, eləcə də bu məsələni pul müqabilində həll etməyə kömək edə biləcəyində mərhum qardaşını əmin etmişdir. Mərhum qardaşı Təqsirləndirilən şəxsla hələ İ Qarabağ döyüşləri vaxtından onu tanıdığı üçün ona inanmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs qardaşı Azəri inandırmış və bundan əlavə Təqsirləndirilən şəxs bir dəfə guya vəzifədə işləyən şəxslərlə görüşə aparıb, onlarla tanış etmişdir. Bundan sonra, qardaşı Azər Xətai rayonu, Nargilə kafesinin yanında yerləşən yaşayış kompleksində 5 otaqlı sosial mənzil almağa köməklik etməsi müqabilində, 2021-ci ilin yanvar ayının əvvəllərində kirayədə yaşadıqları ünvan 5 ünvanında ilkin olaraq 1500 manat pul vermişdir. Bundan bir ay sonra, yəni 2021-ci ilin fevral ayının ortalarında yenə də kirayədə yaşadıqları mənzildə Təqsirləndirilən şəxs mərhum qardaşını aldadaraq, ikinci dəfə sosial mənzil almaq adı ilə 4500 manat pul almışdır. Bundan başqa, vəfat etmiş atasına məxsus Nərimanov rayonu, Ə.Əliyarov küçəsi 19 ünvanında yerləşən obyektin pay bölgüsü ilə əlaqədar, davam edən məhkəmə çəkişməsində işi mərhum qardaşı Azərin xeyrinə həll edəcəyinə söz verərək, bunun müqabilində yenə də kirayədə yaşadıqları evdə əlavə, 2021-ci ilin fevral ayının axırlarında 3500 manat pul almışdır. Beləliklə də, Təqsirləndirilən şəxs mərhum qardaşı Azərdən mənzil işini həll etməsi müqabilində iki dəfəyə 6000 manat, məhkəmə işini həll etməsi müqabilində isə 3500 manat pul almışdır. Təqsirləndirilən şəxs dələduzluq yolu ilə mərhum qardaşı Azər Hacıyevi aldadaraq, ondan üç dəfəyə ümumilikdə 9500 manat pul almış, lakin ona heç bir köməklik göstərməyərək, dələduzluq etmiş və hal-hazıradək həmin məbləği qaytarmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, 2019-cu ilin ortalarında qardaşı Zərərçəkmiş şəxs1 oğlu Elxan Ağalı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2020-ci ilin may ayında eşitmişdir ki, “Covid 19” pandemiyası ilə əlaqədar həbs olunmuş şəxslərin bir qismi azadlığa buraxılacaqdır. Bacısı oğlu Şahid5 Bakı şəhərində olan kafelərin birində xidmətçi işlədiyi kafeyə tez-tez gəlib, özünü iş adamı kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin şəxsi iş görən kimi tanıyan bacısı oğlu qardaşı Mayisə zəng edərək, bu barədə ona bildirmiş, qardaşı Mayisdə Təqsirləndirilən şəxs mobil telefon nömrəsini alıb, onunla telefonda danışaraq, oğlunu həbsdən çıxarması üçün ona köməklik etməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs telefonda qardaşı Mayisə demişdir ki, narahat olmasın, oğlunu azadlığa çıxartdıracaqdır. Bir neçə gündən sonra X1rşısında onunla birlikdə görüşmüşlər. Orada Təqsirləndirilən şəxsla söhbət etdikdən sonra, Samir qardaşı Mayisə bildirmişdir ki, oğlu Elxanı azadlığa çıxartmaq üçün 10000 manat pul lazımdır və həmin məbləği o, qardaşı Mayisdən istəmişdir. Sonra isə bildirmişdir ki, əgər qardaşı 10000 manat pulu ona versə, 2020-ci ilin avqust ayının 14-də əfv fərmanı çıxacaq və həmin vaxtda qardaşı oğlunu evə buraxacaqlar. X23 Bağırova inanıb, onunla razılaşdıqdan sonra, 2020-ci ilin iyul ayının 3-də Samirin göndərdiyi tanımadığı Fəxri adlı şəxslə Neyrocərrahiyə Xəstəxanasının qarşısında ilkin olaraq 6000 manat pulu onun yanında vermişdir. Pulu verəndən bir neçə saat sonra, Təqsirləndirilən şəxs zəng edib göndərdiyi Fəxri adlı şəxsə 6000 manat pulu verdiyini demiş, Samir telefonda qardaşı Mayisə demişdir ki, 6000 manat pulu Fəxridən götürüb və ona demişdir ki, qardaşı oğlu Elxanı azadlığa çıxması üçün lazımi işləri görür. Bir neçə gündən sonra Təqsirləndirilən şəxs qardaşı Mayisə zəng edib demişdir ki, əlavə 4000 manat pulu ona çatdırsın. Samir telefonda qardaşına deyib ki, dənizdədir, gələ bilmir, pulun qalan hissəsini yəni 4000 manat pulu Fəxri adlı şəxsə versin. Samir demişdir ki, həmin 4000 manat pulu Fəxri adlı şəxsə versin, Fəxri həmin pulu ona çatdıracaqdır. Qardaşı Mayis 23 iyul 2020-ci il tarixdə yenidən ünvan 6 ünvanda yerləşən Neyrocərrahiyə Xəstəxanasının qarşısında Samirin göndərdiyi Fəxri adlı şəxslə görüşüb, 4000 manat pulu onun yanında ona vermişdir. Bir neçə saatdan sonra Təqsirləndirilən şəxs zəng edib 4000 manat pulu Fəxri adlı şəxsə verdiyini ona demiş, Samir telefonda Fəxridən 4000 manat pulu aldığını, qardaşı oğlunun işi ilə məşğul olduğunu, yaxın vaxtlarda qardaşı oğlu Elxanı azadlığa çıxaracağını demişdir. Beləliklə də, Təqsirləndirilən şəxs qardaşı oğlu Elxanı azadlığa çıxarmaq adı ilə Mayisdən iki dəfəyə 10000 manat pul almışdır. Bir müddətdən sonra işin düzəlmədiyini, Təqsirləndirilən şəxs qardaşı Mayislə əlaqə saxlamadığını görüb, 2020-ci ilin sentyabr ayının 14-də onunla əlaqə saxladıqda o, qardaşı Mayisə müxtəlif bəhanələr gətirərək, narahat olmamağını və 2020-ci ilin sentyabr ayının axırlarında işin düzələcəyini bildirmiş, lakin bundan sonra Samirlə hər dəfə əlaqə saxladıqda, onu müxtəlif bəhanələrlə aldatdığını başa düşmüşdür. Sonradan başa düşmüşlər ki, Təqsirləndirilən şəxs məqsədi qardaşı oğlunun işini düzəltmək deyil, qardaşı Mayisin 10000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmək olmuşdur. Daha sonra Mayis bununla bağlı şikayət etmək qərarına gəlmiş və 2021-ci ilin iyun ayında Xətai RPİ-nin 36-cı Polis Bölməsinə gedib, bu barədə şikayət ərizəsi yazmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün qismən etirafı ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla da təsdiq edilir. İş materiallarından görünür ki, istintaqdan gizləndiyindən, 06 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 dekabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 26 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qərarı ilə cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək, cəza müddəti 5 (beş) ilə endirilmiş və 13 mart 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda həmin məhkumluq ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs cəzanı çəkib qurtardığı gündən iki il keçmədən hazırki cinayət əməlini törətmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı X9 cavabdeh Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərə görə 9500 manat, mənəvi zərərə görə 2000 manat, ailə dolandıranın itirilməsinə görə 7000 manat, məcburən kirayə yaşadıqlarına görə 4000 manat, cəmi 22500 manat pulun tutularaq, iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli qismən etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 02 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, iş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmə iş üzrə mövcud sübutlara cinayət-prosessual, mülki və mülki-prosessual qanunvericiliyin müvafiq normaları əsasında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində zərərçəkmiş şəxs X15 9500 (doqquz min beş yüz) manat maddi zərər vurulduğu sübut olunduğundan, iş üzrə mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 9500 (doqquz min beş yüz) manat məbləğində pul tutularaq, zərərçəkmiş şəxsin hüquqi varisi X5 xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 353.4.10-cu maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Həmin Məcəllənin 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmçinin, məhkəmə iddia tələbinin 2000 (iki min) manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarında qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd olunur ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının (zərərçəkmiş şəxsin) keçirdiyi mənəvi sarsıntının xarakterini nəzərə alaraq hesab edir ki, mənəvi zərərin əvəzi olaraq cavabdehdən (təqsirləndirilən şəxsdən) iddiaçının xeyrinə 1000 (bir min) manat məbləğində pul tutulmalıdır. Məhkəmə bu məbləği ağlabatan və ədalətli hesab edir. Mülki iddianın “ailə dolandıranın itirilməsinə görə 7000 manat, məcburən kirayə yaşadıqlarına görə 4000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı isə məhkəmə hesab edir ki, həmin hissədə hər hansı sübut məhkəməyə təqdim olunmadığından, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 9500 (doqquz min beş yüz) manat və mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat olmaqla, cəmi 10500 (on min beş yüz) manat məbləğində pul tutularaq, X5 xeyrinə ödənilməli, qalan hissədə mülki iddia təmin olunmamalıdır. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 02 dekabr 2021-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X5 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 9500 (doqquz min beş yüz) manat və mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat olmaqla, cəmi 10500 (on min beş yüz) manat məbləğində pul tutularaq, X5 xeyrinə ödənilsin. Qalan hissədə mülki iddia təmin olunmasın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-52/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-52/2022
27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver