Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-52/2023 24.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 128 və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 03 iyul 2022-ci il tarixə keçən gecə arvadı Zərərçəkmiş şəxs1 ilə aralarında ailə-məişət zəminində baş vermiş münaqişədən sonra Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 yaşadığı evə getməsi və geri qayıtmaması səbəbindən dəfələrlə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanın qarşısına gələrək orada münaqişələr yaratmış, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində həmin ünvana təkrar gəlib Zərərçəkmiş şəxs2 yaşadığı evə daxil olduqdan sonra orada Zərərçəkmiş şəxs1 və onun anası Zərərçəkmiş şəxs2 söyüb təhqir edərək Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə yumruqla bir neçə dəfə vuraraq ona dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən alın və sağ dirsək oynağı nahiyəsinin sıyrıqları, hər iki gicgah nahiyələrinin, hər iki gözaltı nahiyə və göz qapaqlarının hematomaları, sol qalça tini nahiyəsinin qançırlarından ibarət xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuş, daha sonra heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla bir neçə dəfə vuraraq zərərçəkmişin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olmayan, lakin dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən sağ əng sümüyünün basılmış sınığı, alının və sol dirsək oynağı nahiyələrinin sıyrıqları, sol gözaltı nahiyənin və göz qapaqlarının qançırı, üzün sol yarısının, hər iki gicgah və təpə nahiyəsinin hematomalarından ibarət xəsarətlər yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuş, hadisədən sonra xx.xx.2022-ci il tarixdə istifadə etdiyi 055 *** ** ** mobil nömrəsindən Zərərçəkmiş şəxs1 istifadə etdiyi 070 *** ** ** mobil nömrəsinə «WhatsApp» ani mesajlaşma proqramı vasitəsilə sonuncuya bıçaq fotoşəkilləri göndərərək və mesajlar yazaraq hədəni həyata keçirməyə imkan verən bıçağı nümayiş etdirməklə hədənin icra ediləcəyinə real əsaslar olduğundan Zərərçəkmiş şəxs1 öldürməklə hədələmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3, 128 və 134-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittihamda göstərilmiş əməlləri törətmiş, həmin vaxt əsəbi olmuşdur. Ailəsinin dağılmasını istəmədiyindən bu hadisələr baş vermişdir. Törətdiyi əməllərindən çox peşman olmuş, zərərçəkmiş şəxslərdən üzr istəmiş, bir daha belə hallara yol verməyəcəyinə, onları narahat etməyəcəyinə söz vermişdir. Əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, azyaşlı uşaqlarının olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 128 və 134-cü maddələri ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam verilməsini, digər maddə ilə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Müşfiq onun əridir. 6 ildir ərzində dəfələrlə aralarında ailə münaqişləri olmuşdur. Valideynin evinə getmiş, sonra barışıq olmuşdur. Axırıncı dəfə yenə münaqişələri olmuş, qızını götürüb çıxıb getmiş, sonra o biri uşaqlar da yanına gəlmişlər. Müşfiq barışmaq bəhanəsi ilə dəfələrlə gəlib onu təhqir etmişdir. xx.xx.2022-ci il tarixdə axşam vaxtı evdə olduqları zaman kirayə ev tapmağa köməklik etməyə gələn Azad da orada olmuşdur. Azad çıxandan sonra anası qapını bağlamış, həmin an qapı döyülmüşdür. Anası elə bilmişdir ki, Azaddır, ona görə qapını açmış, həmin vaxt Müşfiq evə girmişdir. Müşfiq mübaisə etməyə başlamış və yenə onu təhqir edib vurmağa başlamış, anası onu müdafiə etmək istəyəndə onu da vurmuş, anası onun üstünə yıxılmışdır. Bu səbəbdən ən çox zərbəni anası almışdır. Daha sonra Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını qeyd edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü maddələri ilə verilmiş ittiham üzrə icraata xitam verilməsini, digər maddə ilə verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edərək bu barədə olan ərizəsini təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, qızı Aynur kürəkəni Muşfiqlə 6 ildir ki, evlənmişlər. Dəfələrlə aralarında mübaisə olmuş və qızı onun evinə qayıdıb gəlmişdir. Buna baxmayaraq yenədə barışmışlar.Sonuncu dəfə 2022ci ilin iyul ayında yenə qızı Aynur uşaqları ilə birlikdə onlara gəlmişdir. xx.xx.2022-ci il tarixdə axşam vaxtı evdə özü, qızı, uşaqları və makler Azad onlarda olmuşdur.Azaddan kirayə ev tapmaqda onlara köməklik etməyi xahiş etmişdir. Azad çıxıb gedəndən sonra qapı döyülmüş, maklerin olduğunu fikirləşib qapını açmışdır. Bu zaman Müşfiq içəri girmiş, qonaq otağı ilə mətbəxin arasında Aynurla mübaisə edərək onu vurmuşdur. Aynur yıxılmış, o da qızının üstünə yıxılmışdır. Aynuru qorumaq üçün onu qucaqlamış, bu səbəbdən Muşfiqin zərbələri çoxu ona dəymişdir. Burnundan qan gəlmişdir. Qonşular səsə gələndən sonra Muşviq getmişdir. Müşfiq ondan üzür istəmiş və bir daha onlara yaxınlaşmayacağını söz vermişdir. Daha sonra Zərərçəkmiş şəxs2 ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını qeyd edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü maddələri ilə verilmiş ittiham üzrə icraata xitam verilməsini, digər maddə ilə verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edərək bu barədə olan ərizəsini təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərmişdir ki, qaynının arvadı Svetlana ilə bir həyətdə olurlar. Müşfiqin həmin həyətə dəfələrlə gəlib qapı-pəncərəni döyüb uşaqlarını görmək üçün səs–küy saldığının şahidi olmuşdur. Hətta bir dəfə Müşfiqə öz iradını bildirmişdir. xx.xx.2022-ci il tarixdə axşam vaxtı səs eşitmiş və həyətə çıxmış və Svetlananın burnunda, üzündə qan olduğunu görmüşdür. Həmin vaxt oyrənmişdir ki, Müşfiq gəlib arvadını və qayınanasını döymüşdür. Hadisə baş verən anı isə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qardaşı qızıdır. Aynur Təqsirləndirilən şəxs ilə 2017-ci ilin fevral ayında ailə həyatı qurandan sonra onların arasında dəfələrlə ailə-məişət zəminində münaqişələr olmuşdur. Təxminən 2022-ci ilin iyul ayının sonlarında Aynurla Müşfiqin arasında növbəti dəfə ailə münaqişəsi baş vermiş və Aynur uşağını götürüb qonşuluqda yaşayan anası Svetlanın evinə gəlmiş və orada yaşamağa başlamışdır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində yaşadığı evdə tək olmuş, siqareti qurtardığı üçün siqaret almaq üçün yaxınlıqda olan mağazaya getmiş və qayıdanda qonşuluqda yaşayan Azadın Svetlananın evinə tərəf qaçıb daxil olduğunu görmüşdür. Evdən qadın qışqırq səslərinin gəldiyi eşitdiyindən oda Svetlananın evinə yürümüşdür. Evə daxil olanda görmüşdür ki, Svetlana yerdə uzanmış vəziyyətdədir, Müşfiq isə onu yumruqlarla sifətindən vurur, Azad isə Müşfiqi arxadan tutub onu Svetlanadan aralamağa çalışır, Aynur həmin vaxt sifəti qan içində kənarda döşəmənin üzərində oturub ağladığını görmüşdür. Azadla köməkləşib Müşfiqi Svetlananın evindən çıxartmışlar. Azad «103»ə zəng edib təcili tibbi yardım çağırmış, Aynur isə özünə gələndən sonra hadisə ilə bağlı «102»-ə zəng edib məlumat vermişdir. Polis əməkdaşları gələnə kimi Müşfiq oradan getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 25 avqust 2022-ci il tarixli 945 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 alın və sağ dirsək oynağı nahiyəsinin sıyrıqları, hər iki gicgah nahiyələrinin, hər iki gözaltı nahiyə və göz qapaqlarının hematomaları, sol qalça tini nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətlərin yıxılma nəticəsində yaranması və ya özü tərəfindən yetirilməsi inkar olunur. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 25 avqust 2022-ci il tarixli 946 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ əng sümüyünün basılmış sınığı, alının və sol dirsək oynağı nahiyələrinin sıyrıqları, sol gözaltı nahiyənin və göz qapaqlarının qançırı, üzün sol yarısının, hər iki gicgah və təpə nahiyəsinin hematomaları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (lar) təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlərin yıxılma nəticəsində törənməsi və ya özü-özünə yetirilməsi inkar olunur. İş materiallarında olan Səhiyyə Nazirliyi Respublika X5 X6 X1 xx.xx.2022-ci il tarixli 5719 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə "WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 göndərdiyi yazışmalar təhqiqat zamanı Zərərçəkmiş şəxs1 tərəfindən “A4” vərəqlərində təhqiqata təqdim edilmiş, həmin yazışmalarda Təqsirləndirilən şəxs bıçaq şəkli göndərərək “seni zelil qoyacam, 7 ya da 8 il işdi, 2 ya da 3 ilə çıxacam”, “bunu sənin üçün itiləmişəm” kimi mesajlar göndərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli şəxsin tutulması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "həbs" qətimkan tədbiri seçilmişdir. Həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı şikayətləri yoxdur, Cinayət Məcəlləsinin 128 və 134-cü maddələri ilə verilmiş ittiham üzrə icraata xitam verilməsini, 127.2.3-cü maddəsi ilə verilmiş ittiham üzrə yüngül cəza təyin edilməsini nəzərə almağı məhkəmədən xahiş etmişlər. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Məhəmməd Məmmədov, xx.xx.2019-cu il təvəllüdlü Əsnat Məmmədova və xx.xx.2020-ci il təvəllüdlü Mehti Məmmədov adlı 3 azyaşlı uşağı var. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 128 və 134-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü maddələri ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə yuxarıdakı təhlilə və qanunvericiliyin müddəalarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə barışmasını nəzərə alaraq hesab edir ki, həmin hissədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü maddələri ilə olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, əməlindən peşman olmasını, himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, əməlində yüngülləşdirici halların mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 04 (dörd) ay 05 (beş) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 197-198, 344- 347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 128 və 134-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 04 (dörd) ay 05 (beş) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 08 (səkkiz) ay 10 (on) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-52/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-52/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver