Məhkəmə qərarları › İş №1(011)-52/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-52/2025

11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-52/2025 11.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi – Nümayəndə2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçiləri - Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barədə verilmiş ittihama əsasən o, özgənin əmlakını talama məqsədi ilə 26 iyun 2024-cü il tarixdə saat 00:50-də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin ünvan 3 ünvanında yerləşən BBK4097 saylı mobil baza ötürücü stansiyasının giriş qapısının üzərindəki sınıq asılqan qıfılı çıxarıb bağlı vəziyyətdə saxlanc yeri hesab edilən dolaba qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 435 manat, cəmi dəyəri 1.740 manat olan 04 ədəd “ROTEX 6-GFM-150" markalı akkumlyaiorları gizli olaraq talamaqla "xxxx" MMC-yə 1.740 (min yeddi yüz qırx) manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi yanlışdır. Həmin avadanlığı zibillikdən götürüb aparıb vermişlər. Axşam saat 8-9 arası görmüşdür, saat 11də isə gedib götürmüşlər. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək ibtidai istintaqdan fərqli olaraq məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, 2017-ci ildən etibarən "xxxx" MMC-də hüquqşünas vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında əməkdaşlıq etdikləri "xxxx" MMC şirkətinin əməkdaşı Şahid1 tərəfindən ünvan 4 ünvanında yerləşən, şirkətə məxsus BBK4097 saylı mobil baza stansiyasının qurğusundan ümumi dəyəri 1.745 (min yeddi yüz) manat təşkil edən 04 ədəd 150 amperlik "ROTEX 6-GFM" markalı akkumlyatorların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verilmişdir. Bu barədə şirkət daxili müzakirələrdən sonra isə Şahid1 hadisə yerinin tamlığını pozmadan DİN-in 102 xidmətinə məlumat verməsini istəmişlər. Bundan sonra Şahid1 tərəfindən baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə məlumat verilmişdir. BBK4097 saylı mobil baza stansiyasına daxil olma gecə saat 00.50-dən 00.58-dək radələrində olmuşdur. Oğurluq hadisəsi nəticəsində şirkətlərinə ümumilikdə 1.745 (min yeddi yüz) manat maddi ziyan dəymişdir. Həmin akkumlyatorlar ağ rəngdə olmaqla. üzərlərində göy rəngli yazılarala "ROTEX POVVER 6-GFM(F)-150 (12V 150Ah/10Hr)" yazılmışdır. "xxxx" MMC-yə məxsus ünvan 5 ünvanda yerləşən BBK4097 saylı mobil baza stansiyası hasara alınmış vəziyyətdə olmaqla, oğurlanmış 4 ədəd akkumlyatorlar da mobil baza stansiyasının olduğu dəmir qutunun içərisində yerləşdirilmiş vəziyyətdə olmuşdur. Hazırda 04 ədəd “ROTEX 6-GFM” markalı, 150 amperlik akkumulyatorları onlara qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin noyabr ayından "xxxx" MMC şirkətində qrup rəhbəri vəzifəsində çalışır. "xxxx" MMC şirkətinin fəaliyyəti "Huawei" markalı avandanlıqların quraşdırılmasından ibarətdir. "xxxx" MMC şirkəti ilə müqavilə üzrə əməkdaşlıqları olduğundan həmin MMC-nin mobil baza stansiyalarının texniki işlərini yerinə yetirir. xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində yeni avadanlıqlar quraşdırmaq məqsədilə "xxxx" MMC-yə məxsus ünvan 5 ünvanda yerləşən BBK4097 saylı mobil baza stansiyasına gəlmişdir. Stansiyada müəyyən işlər görüldükdən sonra qalan avadanlıqlar mobil baza stansiyasının qurğusunda aşağı hissədə yerləşən dolabda akkumlyatorların üzərində yığıb saat 17 radələrində dolabın qapısını bağlayaraq, həmçinin stansiyanın hasara alındığı dəmir barmaqlıqların qapısında olan əvvəlcədən qırılmış vəziyyət qıfılı üzərinə keçirib, iş vaxtı bitdiyindən evinə getmişdir. Həmin stansiyanın ərazisinə keçmək üçün dəmirdən qapı mövcuddur. Lakin, həmin qapının asma qıfılının cari ilin fevral ayından qırıq olduğunu bilir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində oradan çıxarkən dəmir qapının örtüb həmin qırıq asma qıfılı qapının üzərinə keçirmişdir. Ancaq, qıfıl sınıq olduğu üçün açarla bağlaya bilməmişdir. xx.xx.2024cü il tarixdə saat 09 radələrində işinə davam etmək üçün qeyd olunan ünvanda yerləşən "Azerconnect” MMC-yə məxsus mobil baza stansiyasına gəlmişdir. Oraya çatdıqda dəmir barmaqlıqlardan ibarət hasarın qapısında olan, əvvəlcədən sınmış qıfılın kənarda atıldını görmüşdür. Bundan sonra baza stansiyasının dəmirdən ibarət qurğunun aşağı hissəsində yerləşən dolabın qapısını açdıqda orada olan 04 ədəd 150 amperlik akkumlyatorların yerində olmadığını aşkar etmişdir. Bundan sonra özün çalışdığı və "xxxx" MMC-nin məsul şəxslərinə xəbər vermiş. bundan sonra isə DİN-in 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 3 aydır Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi. "Nargilə" adlanan dairənin yaxınlığında "Poz-Qazan" lotoreyalarının satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 2 ildir tanıyır. Yaxın məhəllələrdə yaşadıqları üçün normal münasibəti olmuşdur. Şahid3 isə onun qonşusudur, birlikdə çalışırlar və 10 il müddətdir yaxın münasibətləri var. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində çalışdığı Bakı şəhəri, Xətai rayonu, "Nargilə" dairəsində iş vaxtı bitdiyindən, evə getmək istəyərkən Mübariz onun yanına gəlmişdir. Mübarizlə söhbət edən ərəfədə təxminən 5 dəqiqə sonra yanlarına Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Emin onlara özünə məxsus yük olduğunu, götürməkdə ona köməklik etməklərini xahiş etmişdir. Bundan sonra Mübariz və Eminlə birlikdə "Nargilə" dairəsi adlanan yerdə taksi fəaliyyəti ilə məşğul olan Etibar adlı şəxsin idarə etdiyi "Kia Ceed" markalı taksi ilə Xətai rayonu, Vunq-Tau küçəsi istiqamətində hərəkət etməyə başlamışlar. Təxminən 10 dəqiqə sonra qeyd olunan küçədə Emin avtomobili dayandırmışdır. Bundan sonra Emin avtomobildən düşüb uzaqlaşmış, təxminən 10 dəqiqə sonra qayıdaraq, yükü götürməkdə kömək etməklərini xahiş etmişdir. Buna görə də Eminlə birlikdə bir qədər yol kənarından içəriyə getmişlər. Emin orada 04 ədəd akkumlyatorları göstərərək, özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Şahid3 və Təqsirləndirilən şəxslə həmin 04 ədəd bir birinə bağlı olan vəziyyətdə akkumlyatorları yerlə sürüyərək taksiyə qədər gətirmişlər. Orada akkumlyatorları qaldırıb Etibar adlı şəxsin idarə etdiyi ağ rəngli "Kia Ceed" markalı avtomobilin baqajına qoymuşlar. Bundan sonra birlikdə həmin taksidə ünvan 6 ünvanında yerləşən Eminə məxsus fərdi yaşayış evinə getmişlər. Orada həmin 04 ədəd akkumlyatorları taksinin baqaj hissəsindən düşürüb, fərdi yaşayış evinin həyətinə qoyub, "Nargilə" dairəsinə qayıtmışlar. O. Eminə 5-6 gün müddətdir onun lotoreyaya 200 manat borcunun olduğunu xatırlatmış, Emin də ona səhəri gün akkumlyatorları satıb, borcunu ödəyəcəyinə söz vermişdir. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə saat 09.30 radələrində "Nargilə" dairəsi yaxınlığında Eminlə görüşdükdə, Emin ona həmin akkumlyatorları daşımaqda ona köməklik etməyini istəmişdir. O, razılaşdıqdan sonra Emin, "Nargilə" dairsəsində dayanmış tanıdıqları Sahib adlı taksi sürücüsünə yaxınlaşaraq sürücü ilə bir qədər danışmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxslə birgə Sahibin idarə etdiyi metallik rəngli "Opel" markalı avtomobili ilə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə getmişlər. Emin həyətə qoyduqları 4 ədəd akkumlyatorları bir birinə bağlayan hissəni kəlbətin köməkliyi ilə kəsib, ayırdıqdan sonra tək-tək taksinin baqajına yükləmişlər. Bundan sonra həmin taksi ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində metal qəbulu məntəqəsinin qarşısında getmişlər. Emin taksidən düşüb məntəqəyə yaxınlaşıb, orada tanımadığı bir nəfər şəxslə danışdıqdan sonra, onun da köməkliyi ilə akkumlyatorları maşından düşürüb məntəqəyə aparmışlar. Bundan sonra o, məntəqənin çölündə bir qədər gözləmiş və Emin təxminən 5-6 dəqiqə sonra məntəqədən çıxmışdır. Daha sonra həmin taksi ilə Xətai rayonu, "Nargilə" dairəsinə geri qayıtmışlar. "Nargilə" dairəsində olan zaman Emin ona olan borcundan 100 manat ona verib, qalanını daha sonra qaytaracağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında polis əməkdaşlarının çağırışına əsasən Xətai RPİ-nin 36-cı PŞ-nə getdikdə, orada Təqsirləndirilən şəxs metal qəbulu məntəqəsinə satdığı həmin 04 ədəd akkumlyatorların oğurluq olduğunu öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, cari ilin mart ayından Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində "Nargilə" adlanan dairənin yaxınlığında "Poz-Qazan" lotoreyalarının satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 1 aydır tanıyır. Onunla yaxın məhəllələrdə yaşadıqları üçün normal münasibətləri olubdur. Şahid2 onun qonşusudur, birlikdə işləyirlər və 10 ildən çox müddətdir yaxın münasibətləri var. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində çalışdığı Bakı şəhəri, Xətai rayonu, "Nargilə" dairəsində iş vaxtı bitdiyindən, yaxınlıqda işləyən Şahid2 yanına getmişdir. Orada söhbət edən ərəfədə təxminən 5-10 dəqiqə sonra yanlarına Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Emin onlara özünə məxsus yük olduğunu və götürməkdə köməklik etmələrini xahiş etmişdir. Bundan sonra o, Mübariz və Eminlə birlikdə Etibar adlı şəxsin idarə etdiyi "Kia Ceed" markalı taksi ilə Xətai rayonu, Vunq-Tau küçəsi istiqamətində hərəkət etdikdən təxminən 10 dəqiqə sonra Emin maşını dayandırmışdır. Bundan sonra Emin avtomobildən düşüb, gedərək, təxminən 10 dəqiqə sonra geri qayıtmış və yükü götürməkdə ona kömək etmələrini xahiş etmişdir. Onlar da Eminlə razılaşaraq, onunla bir qədər yol kənarından içəriyə getmişlər. Emin orada 04 ədəd akkumlyatorları göstərərək, özünə məxsus olan akkumlyatorlar olduğunu bildirmişdir. O, Şahid3 və Təqsirləndirilən şəxs həmin 04 ədəd bir birinə bağlı olan vəziyyətdə akkumlyatorları yerlə sürüyərək taksiyə qədər gətirərək, Etibar adlı şəxsin idarə etdiyi ağ rəngli "Kia Ceed" markalı avtomobilin baqaj hissəsinə qoymuşlar. Bundan sonra isə həmin taksi ilə birgə ünvan 6 ünvanında yerləşən Eminə məxsus fərdi yaşayış evinə getmişlər. Orada həmin 04 ədəd akkumlyatorları taksinin baqaj hissəsindən düşürüb fərdi yaşayış evinin həyətinə qoyub, "Nargilə" dairəsinə geri qayıtmışlar. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Xətai RPİ-nin 36-cı PŞ-də olarkən həmin 4 ədəd akkumlyatorların Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 5-6 il müddətdir özünə məxsus "Kia Ceed" markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə axşam saatlarında Xətai rayonu, "Nargilə" dairəsi yaxınlığında taksi fəaliyyəti ilə məşğul olur. Günün birinci yarısı isə Xətai rayonu, Babək prospekti, İ.Həbibov küçəsində yerləşən adsız avtoyuma məntəqəsində avto yuyucu kimi çalışır. Təqsirləndirilən şəxs 30 ilə yaxındır ki, yaşadığı məhəllədən tanıyır. Onunla yaxın münasibəti olmayıb, lakin qonşu kimi normal ünsiyyəti olubdur. Təqsirləndirilən şəxs və ailəsini taksi kimi dəfələrlə istədikləri ünvanlara aparıb gətirmişdir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində həmin avtomobildə “Nargilə" dairəsində dayanmışdır. Təqsirləndirilən şəxs ona yaxınlaşaraq özünə məxsus yükünün olduğunu, həmin yükü götürüb özünün həyət evinə aparmaq lazım olduğunu bildirmişdir. O da Eminlə razılaşmış və bir neçə dəqiqəlik yaxınlıqda yerləşən dönərxananın tualetinə geib, bir neçə dəqiqə sonra avtomobilə yaxınlaşdıqda Eminin yanında "Nargilə" dairəsində lotoreya satışı ilə məşğul olan şəxslər kimi tanıdığı Şahid2 və Şahid3 görmüşdür. Sonra Təqsirləndirilən şəxs Şahid2 və Şahid3la birgə onun avtomobilinə əyləşmişlər. Emindən yükünün hara olmasını və hara gedəcəklərini soruşduqda, Təqsirləndirilən şəxs ona yolu göstərərək Xətai rayonu, Vunq-Tau küçəsində maşını saxlamağını istəmişdir. O, avtomobili saxladıqdan sonra Emin Rəşadla birgə maşından düşüb getmişlər. Lakin, o, həmin şəxslərin hara getdiklərini görməmişdir. Şahid3 isə onunla birlikdə maşında qalmışdır. Bir neçə dəqiqə sonra Rəşad maşına yaxınlaşaraq Mübarizi cağırmışdır. Mübariz də maşından düşüb onunla getmişdir. Bir az sonra isə onlar geri qayıdaraq, gətirdikləri yükü maşının yük yerinə yerləşdirib, maşına əyləşmişlər. O, maşından düşmədiyi üçün yükün nədən ibarət olduğunu görməmiş, həmçinin bu barədə Təqsirləndirilən şəxs soruşmamışdır. Bundan sonra isə Eminin istəyi ilə Xətai rayonu P.Həşimov küçəsinə getmişlər. Orada həyət evlərinin birinin qarşısında Emin maşını dayanmasını istəmiş, o da maşını saxladıqdan sonra onlar maşının yük yerindən yükü götürüb fərdi yaşayış evinin həyətinə aparmışlar. Onların maşına qoyduqları yükün nədən ibarət olduğunu görə bilməmiş və onlardan bu barədə soruşmamışdır. Bundan sonra onlar yenidən onun idarə etdiyi avtomobilə əyləşmişlər və onları "Nargilə" dairəsinə gətirib həmin ərazidə düşürtmüşdür. Orada Təqsirləndirilən şəxs ona yol haqqı olaraq 15 manat pul vermişdir. Bundan sonra baş verənlərdən isə heç bir məlumatı olmamışdır, lakin bir neçə gün sonra Təqsirləndirilən şəxs onun avtomobilind apardığı yükün oğurluq yolla əldə edildiyini öyrənmişdir. Eləcə də Şahid2 və Şahid3 da həmin yükün oğurluq olmasından xəbərdar olub-olmamaları barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 10 il müddətdir fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olur. Hazırda fəaliyyətini etibarnamə əsasında idarə etdiyi boz metallik rəngli "Renault Megane" markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həyata keçirir. Təqsirləndirilən şəxs qonşusu kimi tanıyır. Onunla və ailəsi ilə normal qonşu münasibətləri vardır. Təqsirləndirilən şəxs və ailəsini taksi kimi dəfələrlə istədikləri ünvanlara aparıb- gətirmişdir. xx.xx.2024-cü il tarixində səhər saatlarında yuxarıda qeyd olunan avtomobillə "Nargilə" dairəsi adlanan yerdə dayanmışmış. Həmin vaxt Təqsirləndirilən şəxs digər qonşusu Şahid2la ona yaxınlaşaraq özünə məxsus yükünün olduğunu, həmin yükü özünün həyət evindən götürüb. Nərimanov rayonunda yerləşən "Keşlə" bazarı tərəfə aparmaq lazım olduğunu bildirmişdir. Eminlə razılaşdıqdan sonra onlar avtomobilə əyləşmişdilər. Bundan sonra Eminin istəyi ilə Xətai rayonu P.Həşimov küçəsinə getmişlər. Orada Emin və Rəşad maşından düşərək həyət evnin qapısını açıb həyətə girmişlər. O isə onları maşında gözləmişdir. Təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxslə Şahid2 həmin fərdi yaşayış evinin həyətindən əllərində dəqiq görə bilmədiyi yüklə çıxaraq, həmin yükü avtomobilimin baqaj hissəsinə qoyub, maşına əyləşmişlər. O, yükün nədən ibarət olduğunu görə bilməmiş və onlardan bu barədə heç nə soruşmamışdır. Sonra Eminin istəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül istiqamətində hərəkətə başlamışlar. Həmin ərazidə yerləşən "Keşlə" bazarı istiqamətində hərəkətdə olarkən Emin maşını metal qəbulu məntəqəsinin qarşısında saxlamasını istəmişdir. Bundan sonra Emin maşından düşüb həmin məntəqə daxil olaraq orada bir qədər qaldıqdan sonra tanımadığı bir nəfər şəxslə geri qayıdıb, avtomobilimin baqaj hissəsində olan yükə baxmışlar. Sonra isə həmin yükü maşının baqaj hissəsindən çıxarıb məntəqəyə aparmışlar. Bir neçə dəqiqə sonra Emin geri qayıtmış və "Nargilə" dairəsinə geri gəlmişlər. Xətai rayonu, "Nargilə" dairəsində Təqsirləndirilən şəxs və Şahid2 maşından düşmüşlər. Emin yolhaqqı olaraq ona 15 manat pul vermişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs onun idarə etdiyi avtomobildə apardığı yük oğurluq yolla əldə edildiyini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 10 il müddətdir fərdi olaraq ünvan 7 ünvanda yerləşən metal qəbulu məntəqəsini işlədir. xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində çalışdığı həmin metal qəbulu məntəqəsində olan zaman bir nəfər şəxs, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs dövlət qeydiyyat nişanını xatırlamadığı "Renault Megane" markalı taksi ilə oraya gəlmişi və özünə məxsus işlənmiş 04 ədəd akkumlyatorun olduğunu və satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən satmaq istədiyi akkumlyatorun kimə məxsus olduğunu və oğurluq yolla əldə edib etmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs ona akkumlyatorların özünə məxsus olduğunu və çalışdığı yerdən istismar müddəti bitdiyi üçün ona verildiyini bildirmişdir. Belə olan halda o. Təqsirləndirilən şəxslə birgə taksı avtomobilinin baqaj hissəsində yükə baxmış və yükün 04 ədəd işlənmiş akkumlyatorlardan ibarət olduğunu görmüş, həmin akkumlyatorları tərəziyə qaldırıb çəkisinin 154 kiloqram olduğunu müəyyən etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. O, da heç təərddüd etmədən vəsiqəsinin ksero surətini ona təqdim etmişdir. Bundan sonra həmin 04 ədəd akkumlyatorları 185 (yüz səksən beş) manata ala biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs də razılaşdığından həmin məbləği verib, akkumlyatorları alaraq, məntəqəyə qoymuşdur Təqsirləndirilən şəxs 04 ədəd işlənmiş akkumlyatorlar alarkən ona verdiyi şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2021-ci ildən etibarən "xxxx" MMC-də sahə əməliyyatları üzrə qrup rəhbəri vəzifəsində çalışır. Fəaliyyəti MMC-in mobil baza stansiyalarında şəbəkə dayanıqlığının nəzarətindən ibarətdir. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində ünvan 8 ünvanında yerləşən BBK4097 saylı mobil baza ötürücü stansiyasında akkumlyatorlarının oğurlanması barədə partnyor şirkət "xxxx" MMC-dən məlumat gəlmişdir. "xxxx" MMC-yə məxsus həmin mobil baza ötürücü stansiyasından 150 amperlik 04 ədəd "ROTEX 6-GFM(F)-150" markalı, 150 amperlik akkumlyatorların yerində olmadığı bildirilmişdir. Bundan sonra hadisəni aşkar edən "xxxx" MMC-nin əməkdaşı bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Müəsisənin texniki şöbəsinin mərkəzləşdirilmiş komputer avadanlıqları tərəfindən qeydə alınmış dəqiq məlumatna əsasən həmin mobil ötürücü baza stansiyasına xx.xx.2024-cü il tarixdə saat 00.50-dən 00.58-dək müdaxilə olunduğu məlum olmuşdur. Həmin mobil baza ötürücü stansiyasının iş fəaliyyəti həmin akkumlyatorlardan asılı deyildir. Belə ki, sözü gedən "ROTEX 6-GFM(F)-150" markalı, 150 amperlik akkumlyatorlar stansiyada elektrik cərəyanının kəsilməsi halında stansiyanı müvəqqəti olaraq elektriklə təchiz etmək funksiyasını yerinə yetirir. "xxxx" MMC-yə məxsus ünvan 5 ünvanda yerləşən BBK4097 saylı mobil baza stansiyası dəmir metaldan ibarət hasara alınmışdır. Həmin BBK4097 saylı mobil baza stansiyasında olan qurğudakı akkumlyatorların yerləşdiyi qapı açarla bağlı olur, lakin xx.xx.2024-cü il tarixdə həmin stansiyada "xxxx" MMC şirkəti tərəfindən texniki işlər aparıldığından sözü gedən tarixdə qapının bağlı olub-olmaması dəqiq bilmir. Məhkəmə iclas zalında elan edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, yəni ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində bildirmişdir ki, o, 25 iyun 2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində yerləşən kafeyə getmiş və orada spirtli içki qəbul etmişdir. Kafedə bir qədər vaxt keçirdikdən sonra, saat 21 radələrində kafedən çıxıb yaşadığı ünvan istiqamətində tək piyada hərəkət etməyə başlamışdır. Həmin tarixdə saat 21:45-də piyada hərəkət etdiyi zaman ünvan 9 ünvanda yolun kənarında dəmir barmaqlıqlarla hasara alınmış, qapısı açıq vəziyyətdə stansiyaya bənzər nəsə olduğunu, yerdə naqil qırıqlarının və kəsiklərinin olduğunu gördükdə, həmin stansiyaya bənzər yer onun diqqətini cəlb etmiş və açıq qapıdan dəmir barmaqlıqlarla hasarlanmış, qapısının üzərində sınıq vəziyyətdə qıfıl olan yerə daxil olmuşdur. Stansiyaya bənzər dəmir qutudan ibarət qurğunun aşağı hissəsində açmaq üçün dəstəyin olduğunu görmüş, həmin dəstəklə metal qutunun qapısını açaraq, stansiyaya bənzər qurğunun içərisində mis-metal naqillərin və 04 ədəd akkumlyatorun olduğunu aşkar etdikdə, həmin akkumlyatorları oğurlamaq qərarına gəlmişdir. Akkumlyatorlar ağır olduğundan onları əli ilə güc verib, bağlandığı naqilləri qoparıb, yerindən çıxardaraq yerə atmışdır. Bundan sonra akkumlyatorları qaldırmağa cəhd etmiş, lakin gücü çatmadığından akkumlyatorları sürüyərək bir qədər kənara çıxarmışdır. Bundan sonra oğurladığı həmin 04 ədəd akkumlyatorları satıb, gəlir əldə etmək məqsədi ilə aparıb qeydiyyatda olduğu ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində gizlətmək qərarına gəlmişdir. Ona görə də piyada hərəkət edərək "Nargilə" dairəsi istiqamətində gedərək, yaşadığı ünvanın yaxınlığında ağ rəngli “Kia Ceed” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan, tanıdığı Etibar adlı şəxsin dayandığını görüb, ona yaxınlaşaraq, ona bir qədər yuxarıda yükünün olduğunu deyib, həmin yükü götürüb, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə aparmaq lazım olduğunu demişdir. Taksiyə əyləşməmişdən əvvəl "Nargilə" dairəsi yaxınlığında lotoreyta satışı ilə məşğul olan tanışı Şahid2 görüb, ona yükü olduğunu bildirib, ondan həmin yükü aparmağa kömək etməsini istəmişdir. Şahid2 isə ona digər ümumi tanışları Şahid3 gözlədiyini bildirmişdir. Təxminən 5-10 dəqiqə sonra Şahid3 da oraya gəlmiş və o, Mübarizədə yükü olduğunu, həmin yükü aparmağa kömək etməsini ondan da xahiş etmişdir. Bundan sonra o, Şahid3 və Şahid2la birlikdə Etibar adlı şəxsin idarə etdiyi “Kia Ceed” markalı taksi ilə akkumlyatorları qoyduğu Xətai rayonu, Vunq-Tau küçəsi istiqamətində hərəkət edərək, təxminən 10 dəqiqə hərəkət edərək, akkumlyatorları qoyduğu yerdən bir qədər kənarda taksini dayandırmışdır. Bundan sonra avtomobildən düşüb akkumlyatorları qoyduğu yerə getmişdir. Ətrafa baxdıqdan sonra kimsənin olmadığından tam əmin olub, taksinin yanına qayıdaraq Şahid2 yükü taksiyə daşımasında ona kömək etməsini istəmişdir. Bundan sonra Rəşadla birgə akkumlyatorları gizlətdiyi yerə getmişlər. Həmin vaxt Mübariz və taksi sürücüsü Etibar onları taksidə gözləyirmişlər. Akkumlyatorları qaldırmaq istədikdə gücləri çatmadığını görüb, Rəşaddan gedib Mübarizi çağırmasını xahiş etmişdir. Rəşad taksi dayandığı tərəfə gedərək, təxminən 2-3 dəqiqəyə Mübarizlə birgə onun yanına geri qayıtmışdır. Sonra o, Şahid3 və Şahid2 bir birinə bağlı vəziyyətdə olan həmin 04 ədəd, akkumlyatorları yerlə sürüyərək taksiyə qədər gətirmişlər. Orada akkumlyatorları qaldırıb Etibarın idarə etdiyi ağ rəngli “Kia Ceed” markalı avtomobilin baqaj hissəsinə qoymuşlar. Bundan sonra taksini qeydiyyatda olduğu ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə sürdürmüşdür. Orada oğurladığı 04 ədəd akkumlyatorları Mübariz və Rəşadla birgə taksinin baqaj hissəsindən düşürüb fərdi yaşayış evinin həyətinə qoyub geri qayıtmışlar. "Nargilə" dairəsinə çatdıqda taksi sürücüsü Etibara 15 manat yol haqqı verib Rəşad və Mübarizlə birlikdə maşından düşmüşlər. Bundan sonra Mübarizlə Rəşada təşəkkür edib, yaşadığı mənzilə getmişdir. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə saat 09:30-da yaşadığı ünvandan çıxıb “Nargilə” dairəsi yaxınlığında lotoreya satışı ilə məşğul olan Şahid2 yanına getmişdir. Şahid2 200 manat borcu olduğu üçün axşam apardığı akkumlyatorları satmaq və Rəşada olan borcunu qaytarmaq istədiyini, bunun üçün akkumlyatorları daşımaqda ona köməklik etməsini istəmişdir. Rəşad onunla razılaşdığından birlikdə "Nargilə" dairsəsində dayanmış tanıdığı Sahib adlı taksi sürücüsünə yaxınlaşmışlar. Sahibdən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində yükünün olduğunu, onunla gedib həmin yükü götürərək, Nərimanov rayonu, "Dərnəgül" adlanan ərazisiylə aparmasını və bundan sonra onu qaytarmasını xahiş etmişdir. Sonra o və Şahid2, Sahibin idarə etdiyi metallik rəngli "Opel" markalı avtomobillə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə getmişlər. O, həyətinə qoyduğu akkumlyatorları bir birindən kəlbətin köməkliyi ilə ayırmış və Rəşadla birgə taksinin baqaj hissəsinə yükləmişlər. Bundan sonra həmin taksi ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində "Çermet" körpüsü yaxınlığındakı məktəblə üzbəüz yerləşən metal qəbulu məntəqəsi görüb, taksi sürücüsündən avtomobili orada dayanmasını istəmişdir. Avtomobildən düşüb, tək olaraq, metal qəbulu məntəqəsinə gedib, məntəqədə çalışan tanımadığı şəxsə avtomobilin baqaj hissəsində 04 dənə akkumlyator olduğunu və satmaq istədiyini demiş, həmin şəxslə taksiyə yaxınlaşıb akkumlyatorlara baxmışlar. Bundan sonra məntəqədə çalışan şəxslə birgə akkumlyatorları maşından düşürüb məntəqəyə aparmışlar. Həmin şəxs akkumlyatorların birini tərəzidə çəkdikdən sonra 04 ədəd akkumlyatorları ümumilikdə 185 manata ala biləcəyini demişdir. O da onunla razılaşaraq, oğurladığı 04 ədəd akkumlyatorları 185 manat qarşılığında məntəqə işçisinə satmışdır. Məntəqədə ondan akkumlyatorları alan şəxsə həmin akkumlyatorları oğurladığını bildirməmiş, inandırıcı olması üçün ona özünün şəxsiyyət vəsiqəsinin kserosurətini təqdim etmişdir. Bundan sonra həmin taksi ilə Xətai rayonu, "Nargilə" dairəsinə geri qayıtmışdır. Sahib adlı taksi sürücüsünə yol haqqı olaraq 15 manat verib. Rəşadla birgə taksidən düşmüşlər. Bundan sonra Rəşada olan 200 manat borcundan 100 manatı Rəşada verib yaşadığı mənzilə getmişdir. Qalan 70 manat pulu isə öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Şahid2 və Şahid3 həmin akkumlyatorların özünə məxsus olduğunu demiş və oğurladığını bildirməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 28 iyun 2024-cü il tarixli cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai araşdırması aparılması üçün icraata qəbul edilmişdir; (i.v. 1) - 26 iyun 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, 04 ədəd 150 amperlik “ROTEX 6-GEM" markalı akkumlyatorların oğurlandığı yer ünvan 4 ünvanında yerləşən, "xxxx" MMC-yə məxsus BBK 4097 saylı mobil baza stansiyasıdır; (i.v. 7-9) - 28 iyun 2024-cü il tarixli zərərçəkmişin nümayəndəsi qismində tanınması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə hüquqi şəxs "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v. 28-29) - 28 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il tarixdə saat 19:00-da tutulmuşdur; (i.v. 42-43) - 29 iyun 2024-cü il tarixli cinayət işinin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir; (i.v. 114) - 30 iyun 2024-cü il tarixli təqdim etmə və baxış keçirilməsi barədə protokoldan görünür ki, iş üzrə Şahid6, Təqsirləndirilən şəxs (04 ədəd akkumlyatorları metal qəbulu məntəqəsinə satarkən ona təqdim etdiyi özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini və sözü gedən 04 ədəd akkumlyatorları Xətai RPİ-nin İŞ-nə təqdim etmişdir. Buna görə də, Şahid6 təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətinə və 04 ədəd akkumlyatorlara Azərbaycan Respublikası CPM-nin 236-ci maddəsinin tələblərinə uyğun olaraq baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətləri və işlənmiş vəziyyətdə 04 ədəd ağ rəngli üzərində "ROTEX 6-GFM(F)-150" sözləri yazılan akkumlyatorlardır. Həmin 01 (bir) ədəd A4 farmatlı kağız üzərində olan Təqsirləndirilən şəxs məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətini və işlənmiş vəziyyətdə 04 ədəd ağ rəngli üzərində "ROTEX POVVER 6-GFM(F)-150 (12V 150Ah/10Hr)" sözləri yazılan akkumlyatorları iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür; (i.v. 128) - 30 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v. 131-132) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 4(011)-472/2024 saylı, 30 iyun 2024-cü il tarixli qərarından görünür ki, təqdimat və vəsatət təmin edilmiş, xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 10şayan Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 iyun 2024-cü il tarixdən hesablanması qərara alınmışdır; (i.v. 153-156) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 15 iyul 2024-cü il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs, xx.xx.2012-ci il tarixdə Bakı Ağır Cinayətlər məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.2; 178.2.4; 181.2.5; 228.4; 315.1-ci maddələri ilə təqsirli bilinib barəsində 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2020-ci il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə 01 il 01 ay 12 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır; (i.v. 161-168) - Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2024-cü il tarixli 9/6660 №-li ekspert rəyindən görünür ki, "Azerconnect Group” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 04 ədəd "ROTEX 6-GFM(F)-150" markalı akkumlyatorların istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin iyun ayına olan orla bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1740,00 (4x435,0) manat müəyyən edilir; (i.v. 190- 195) - "xxxx" MMC-nin 03 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, cəmiyyətin mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən BBK4097 saylı mobil baza stansiyasına 25 iyun 2024-cü il, saat 18:00-dan 26 iyun 2024-cü il tarixədək olan dövr ərzində gecə saat 00:50-dən 00:58-dək olan müddət ərzində müdaxilə olmuş və bu barədə cəmiyyətin texniki şöbəsinə siqnal daxil olmuşdur; (i.v. 217) - 03 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihama məhkəmə-əmtəəşünaslıq ekspertizasının 6660 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyi əsasında düzəlişlər edilməklə yenidən ittiham elan edilmiş və barəsində Xətai rayon məhkəməsinin hakimi X1 qərarı ilə 03 (üç) ay müddətinə seçilmiş həbs növündə qətimkan tədbirinin qüvvədə olduğu nəzərə alınmış, "xxxx" MMC-nin iş üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınması barədə qərar öz qüvvəsində saxlanılmış, zərərçəkmiş şəxsə dəymiş maddi zərər əmtəəşünaslıq ekspertizasının 9/6660 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyi əsas götürülməklə ümumilikdə 1.740 (min yeddi yüz qırx) manat olaraq hesablanmış və iş üzrə təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaq materialları ilə tanış olduqdan sonra oğurlanmış əmlak zərərçəkmiş şəxsə qaytarılmaqla dəymiş ziyan ödənilmiş hesab edilmiş, iş üzrə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etirafedici ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, "hadisə yerinə baxış keçirilməsi" haqqında protokol, baxış keçirmə və götürmə protokolu, tanınmaya təqdim etmə haqqında protokol, ifadənin yerində yoxlanması haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 27 avqust 2024-cü il tarixli, 9/6660 nömrəli rəyi, Azərbaycan Respublikası DİN-in KTİ-dən xx.xx.2024-cü il tarixli, № 3- 13-11/2-8574/2024 saylı məktubla istintaqa daxil olmuş məktub işin faktiki hallarına uyğun olduğu və istintaq materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qəbul edilmiş və cinayət işinə əlavə edilmişdir; (i.v. 223-232) - 03 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir; (i.v. 234-235) - 07 sentyabr 2024-cü il tarixli Nümayəndə1 tərəfindən təqdim edilmiş qəbzdən görünür ki, "xxxx" MMC-yə məxsus, ünvan 4 ünvanında yerləşən BBK4097 saylı mobil baza stansiyasının qurğusundan xx.xx.2024-cü il tarixdə oğurlanmış və istintaq zamanı aşkar edilərək götürülmüş 04 ədəd 150 amperlik "ROTEX 6-GFM" markalı akkumlyatorları Xətai RPİ-nin İŞ-nin müstəntiqi Həmid Ağayevdən təhvil almışdır. - Bakı şəhəri Yasamal rayon məhkəməsinin 1(004)-48/2024 saylı, 20 sentyabr 2024cü il tarixli hökmünün surətindən görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 2 il 05 ay 28 gün (iki il beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 20 sentyabr 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəli telefonun istifadə ərazisi xx.xx.2024-cü il saat 00:48-də Bakı şəhəri, Xəlai rayonu, Vunq-Tau küçəsi olmuşdur. "xxxx" MMC tərəfindən daxil olmuş məlumatdan görünür ki, Şahid5 istifadəsində olan ********** nömrəli telefonun istifadəsi xx.xx.2024-cü il saat 00:41-də Nargilə kafesinin yaxınlığında dayandırılıb və xx.xx.2024-cü il saat 01:03-də yenidən işə salınıb, "xxxx" MMC tərəfindən daxil olmuş məlumatdan görünür ki, Şahid5 istifadəsində olan ********** nömrəli telefonun istifadəsi xx.xx.2024-cü il saat 23:51-dən xx.xx.2024-cü il saat 01:18-dək istifadə olunmamışdır. - "xxxx" MMC tərəfindən daxil olmuş 19 fevral 2025-ci il tarixli sorğuya cavabdan görünür ki, 1 ədəd CD disk iş materiallarına əlavə edilmişdir. - "xxxx" MMC tərəfindən daxil olmuş 20 fevral 2025-ci il tarixli sorğuya cavabdan görünür ki, 1 ədəd CD disk iş materiallarına əlavə edilmişdir. - "xxxx" MMC tərəfindən daxil olmuş 10 mart 2025-ci il tarixli sorğuya cavabdan görünür ki, 1 ədəd CD disk iş materiallarına əlavə edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafiə xarakterlidir, o cümlədən ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, iş materiallarında olan sübut əhəmiyyətli sənədlərə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar hansılar ki, onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin yanlış olması, həmin avadanlığı zibillikdən götürməsi həqiqətə uyğun deyil. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələri və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. İş üzrə cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayətlərin residivi iş üzrə cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Həmçinin birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanları nəzərə alaraq, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-48/2024 nömrəli, 20 sentyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə, ona qəti cəzası təyin edilməlidir. Çəkilən cəza qəti cəza müddətinə hesablanmasını nəzərə almaqla cəzasının əvvəli 28 iyun 2024cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli şəxsin bilavasitə tutulduğu tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan – 04 ədəd “ROTEX 6-GFM” markalı, 150 amperlik akkumlyatorları zərərçəkmiş şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınmalıdır, həmçinin üç ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 340 (üç yüz qırx) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saat iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-48/2024 nömrəli, 20 sentyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Yasamal rayon məhkəməsinin hökmü üzrə həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 28 iyun 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan – 04 ədəd “ROTEX 6-GFM” markalı, 150 amperlik akkumlyatorları zərərçəkmiş şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınsın, həmçinin üç ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 340 (üç yüz qırx) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar