Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-526/2023 07.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Əliheybət ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanış olduğu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində sektor müdiri vəzifəsindən ixtisar edilmiş Zərərçəkmiş şəxs guya həmin nazirliyə işə bərpa edəcəklərinə dair yalan vəd verib aldadaraq 2019-cu ilin iyun ayında ünvan 3 ünvanın qarşısında 30.000 manat nağd pul vəsaitini ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs 30.000 (otuz min) manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanışı Əliheybət vasitəsi ilə tanımışdır. 2019-cu ilin iyun ayında Əliheybət ilə Zərərçəkmiş şəxs dəvəti ilə Xızı rayonunda görüşmüşlər. Görüş zamanı Fikrət ona və Əliheybətə əvvəllər “Ekologiya və Təbii Sərvətlər Nazirliyində” işləməsini, hal-hazırda işdən çıxarılmasını bildirmişdir. Bunun ardınca Fikrət ona və Əliheybətə yenidən həmin nazirlikdə işə bərpa olmaq istəməsini bildirmişdir. Bu zaman Fikrətə “Ekologiya və Təbii Sərvətlər Nazirliyində” tanışlarının olmasını bildirərək onu işə bərpa edə biləcəyini bildirmişdir. Əliheybət də onun dediklərini təsdiqləmişdir. Bundan sonra Fikrət onlardan hansı məbləğdə pula bu işi həyata keçirə biləcəkləri barədə soruşmuşdur. O da bu barədə maraqlandıqdan sonra deyə biləcəyini bildirmişdir. 3-4 gün sonra Əliheybətlə razılaşmaları əsasında Əliheybət Fikrətə zəng edərək Zərərçəkmiş şəxs işə bərpa edə biləcəklərini və bunun üçün 30000 manat lazım olduğunu bildirmişdir. Fikrət razılaşmışdır. 2019-cu ilin iyun ayında Fikrət Əliheybətlə görüşərək 30000 manat məbləğində pulu ona vermişdir. Bundan sonra Fikrət mütəmadi olaraq ondan işin hansı yerdə olması barədə maraqlanmışdır. O da səbrli olması barədə bildirmişdir. Əliheybət o və Fikrət "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" qarşısında bir neçə dəfə görüşərək bu barədə söhbətlər aparmışlar. Lakin işi həyata kəçirə bilməyəciyini başa düşüb, bunu Əliheybətə bildirmişdir. Əliheybət də pulu geri qaytaracağını bildirmişdir. Bu barədə Fikrət ona zəng edərək pulunu geri qaytarmağını istədikcə, o, onlara vermiş olduğu 30000 manat pulu geri qaytaracağını bildirmişdir. Sonradan Əliheybət yoxa çıxmış və Əliheybəti axtarsa da, tapa bilməmişdir. Fikrətin ondan şikayət etmək istəməsini bildikdə, 2020-ci ilin iyun ayında Əliheybətlə birlikdə Fikrətdən aldığı 30000 manat puldan ayrı-ayrılıqda 10000 və 1500 manat olmaqla, 11500 manat məbləğində pulu Fikrətə qaytarmışdır. O, qeyd olunan cinayəti Əliheybətlə birlikdə etmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyandan ümumilikdə Əliheybətlə birlikdə 25000 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1994-cü ildən 2018-ci il ilədək olan müddət ərzində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif vəzifələrində işləmişdir. Sonuncu dəfə həmin nazirlikdə sektor müdiri vəzifəsində çalışmışdır. 2018-ci ilin dekabr ayında işlədiyi idarə ləğv edildiyindən o və onunla birlikdə işçilər hər biri işdən çıxarılmışdır. Bundan sonra onlar aidiyyəti üzrə yenidən işlədikləri nazirliyə işə bərpa olunmaq üçün bir neçə dəfə müraciət etmişlər. Bu minvalla o, bir neçə keçmiş iş yoldaşı ilə “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” yerləşdiyi Bakı şəhəri, Yasamal rayonunda yerləşən Hüseyn Cavid parkındakı “Yaşıl” adlı kafedə əyləşən zaman iş yoldaşlarından biri həmin yerdə əyləşmiş Nəsiman adlı şəxsi göstərərək həmin şəxsin nazirə yaxın adam olmasını bildirmişdir. Bu zaman əvvəllər tanıdığı Etibar adlı şəxsə Nəsimanı tanıması barədə soruşmuşdur. Bu zaman Etibar həmin şəxsi tanıdığını bildirmişdir. Bundan sonra Etibardan Nəsimanm onu işə bərpa edə biləcəyi barədə soruşduqda Etibar bacara biləcəyini söyləmişdir. Bundan sonra Etibara zəng edərək Nəsiman barədə soruşduqda Etibar ona Nəsimanı tanıdığını və istədiyi zaman Nəsimanı yaşadığı Xızı rayonuna dəvət edə biləcəyini bildirmişdir. Bu minvalla 2019-cu ilin iyun ayında Nəsiman və onun tanışı Əliheybət adlı şəxslərlə birlikdə Xızı rayonuna gəlmişlər. O və Etibar qeyd olunan şəxslərlə birlikdə Xızı rayonunun girişində yerləşən kafelərin birində əyləşərək yemək yeyib söhbətləşmişlər. Söhbət əsnasında Nəsiman Ekologiya və Təbii Sərvətlər Nazirliyində tanışlarının olmasını bildirərək onu işə bərpa etdirəcəyini bildirmişdir. Həmçinin Əliheybət də Nəsimanın dediklərini təsdiqləmişdir. Bundan sonra Nəsimana hansı məbləğdə pula bu işi həyata keçirəcəyini söylədikdə, Nəsiman bu barədə maraqlandıqdan sonra deyəcəyini bildirmişdir. Həmin gündən təxminən 3-4 gün keçdikdən sonra Əliheybət ona zəng vuraraq Nəsimanın ona zəng etməsinin və işin həll ola biləcəyini bildirmişdir. O isə Əliheybətdən Nəsimanın bu işi həyata keçirməsi üçün hansı miqdarda pul istəməsini soruşduqda, Əliheybət 30000 manat pulun lazım olacağını bildirmişdir. O isə cavabında bu pulun çox olmasını söyləmişdir. Lakin sonradan razılaşaraq harada görüşərək pulu Nəsimana verə biləcəyini soruşmuşdur. Əliheybət də ona Nəsimanın yaşadığı ünvanın yaxınlığında görüşərək pulu Nəsimana verməli olduğunu bildirmişdir. Bu minvalla 2019-cu ilin iyun ayında o və qohumu Şahidlə birlikdə Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində yerləşən kiçik dairədə Əliheybət və Nəsimanla görüşmüşlər. Görüş zamanı Nəsiman onu əvvəllər işlədiyi nazirliyə işə bərpa edəcəyini söyləmişdir. O da Nəsimanla razılaşmış və 30000 manat məbləğində pulu zərfin içərisində Əliheybətə uzatmışdır ki, Nəsimana versin. Bu zaman Əliheybət onun iştirakı ilə həmin pulu Nəsimana vermişdir. Bu zaman Nəsiman ona bildirmişdir ki, 2 ay ərzində işə bərpa olacaqdır. O da Nəsimanla razılaşmışdır. Bundan sonra Nəsiman və Əliheybət onu dəfələrlə Bakı şəhəri, Yasamal rayonunda yərləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerləşdiyi inzibati binanın qarşısına çağırmışlar ki, guya onun artıq işə bərpa olmağı lla bağlı əmri olacaqdır. Lakin belə fakt heç bir zaman baş verməmişdir. Bundan sonra xeyli vaxt keçdikdə Əliheybət və Nəsimandan pulunu geri qaytarmalarını istədikdə həmin şəxslər işin həll olacağını və səbrli olmağını istəmişlər. 2020-ci ilin iyun ayında “Mediland" xəstəxanasında əməliyyat olan zaman Nəsiman ona dələduzluq yolu ilə əldə etdiyi 30000 manat pulundan 10000 manat pulunu geri qaytarmışdır və Nəsiman ona bildirmişdir ki, geri qalan pulu da geri qaytaracaqdır. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş maddi ziyandan Əliheybətlə birlikdə ümumilikdə 25000 manat məbləğində ödəniş edilmişdir. Bundan əlavə o qeyd etmişdir ki, təqsirləndirilən şəxsin tutulmasını istəmir, onun istəyi pulunun geri qaytarılmasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir və uzaq qohumluq əlaqəsi vardır. 2019-cu ilin iyun ayında Bakı şəhərinə səhhəti ilə bağlı həkimə müayinə olunmaq üçün gəlmişdir. Həmin həkim Fikrətin tanışı olmuşdur. Bu minvalla o və Fikrət həkimə getmişlər. Bundan sonra Fikrətin mobil telefonuna zəng gəlmişdir. Fikrət mobil telefonla danışdıqdan sonra ona üzərində olan əmanəti tanışı olan bir nəfərə vermək istədiyini və onu da avtomobillə aparmağını istəmişdir. O da Fikrətlə razılaşmış və birlikdə Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində yerləşən kiçik dairəyə getmişlər. Həmin dairədə avtomobildə gözləmiş və Fikrət əvvəllər tanımadığı iki nəfərlə görüşərək bir qədər söhbətləşdikdən sonra üzərində olan zərfi həmin şəxslərə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi, cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 26 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin İŞ-də toplanmış 36/23 nömrəli material üzrə RPİ-nin müstəntiqi, polis kapitanı Taleh Baxişevin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməklə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaq aparılması üçün RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 1-2); cinayət işinin icraata qəbul edilməsi haqqında 03 iyun 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi istintaqı aparılması üçün icraatına qəbul edilmişdir (i.v. 25); zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 29-30); axtarışda olan şəxsin tutulması barədə 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-da tutulmuşdur (i.v. 65); 01 ədəd “DVD-R” formatlı diskə baxış keçirilməsi haqqında 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı 01 ədəd “Video1” adlı video fayl açıldıqda Təqsirləndirilən şəxs avtomobildə əyləşərək bir nəfər şəxslə söhbətləşməsi görünür. Söhbət əsnasında avtomobildə əyləşən şəxs Təqsirləndirilən şəxs “Ekologiya və Təbii Sərvətlər Nazirliyinə” işə düzəltmək üçün 30000 manat pul almasını və həmin puldan 10000 manat pulu geri qaytarmasını söyləyir və Təqsirləndirilən şəxs da həmin deyilənləri təsdiq etməsi müşahidə olunur. 01 ədəd “Video2” adlı video fayl açıldıqda Təqsirləndirilən şəxs avtomobildə əyləşərək bir nəfər şəxslə söhbətləşməsi görünür. Görüntüyə baxan zaman Təqsirləndirilən şəxs avtomobildə əyləşən şəxsə 20700 manat borcunun qalmasını bildirməsi müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə qeyd olunanları söyləyən zaman X1 Zərərçəkmiş şəxs sonuncudan alınmış 30000 manat pulun özündə olmasını və qısa zamanda qaytarmasını deməsini xahiş etdiyindən qeyd olunanları deməsini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qeyd etmişdir ki, həmin qeyd olunan cinayət əməlini İmanov Əliheybətlə birlikdə törətmiş və cinayət yolu ilə əldə edilmiş 30000 manat puldan X3 500 manat pul vermiş və 2000 manat Əliheybət İmanova olan borcunu bağlayaraq ümumilikdə 2500 manat xeyri olmuş, geri qalan pullar Əliheybət İmanova qalmışdır (i.v. 86-87); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 25 iyul 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (i.v. 88); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 90-91); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-488/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 24 iyul 2023-cü il tarixdən hesablanmaqla 01 ay 26 gün müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (i.v. 114- 120); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 122); 21 avqust 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 125-128); 21 avqust 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 129-131); sübutların qiymətləndirilməsi haqqında 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, diskə baxış və üzləşdirmə protokolları sübut növü kimi qiymətləndirilmişlər, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, X1 barəsində axtarış elan edildiyindən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* saylı cinayət işindən CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (i.v. 132-136); 99 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 25 avqust 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 145); 99 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 07 dekabr 2023-cü il tarixli 795 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatsız yaşayır; Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 497779 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1997-ci il tarixdə Moskva şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X5r; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli sərəncamı ilə təsdiqlənmiş Azərbaycan Respublikası medalının İ-9221 nömrəli vəsiqəsindən görünür ki, X4 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyun tarixli 2719 nömrəli sərəncamı ilə təsdiqlənmiş Azərbaycan Respublikası medalının İ-6557 nömrəli vəsiqəsindən görünür ki, X4 “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ümumi ziyandan 18000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iclasında 01 ədəd “CD-R” formatlı diskə baxış keçirilən zaman müəyyən olmuşdur ki, diskdə olan 01 ədəd “Video1” adlı video fayl açıldıqda Təqsirləndirilən şəxs avtomobildə əyləşərək bir nəfər şəxslə söhbətləşməsi görünür. Söhbət əsnasında avtomobildə əyləşən şəxs Təqsirləndirilən şəxs “Ekologiya və Təbii Sərvətlər Nazirliyinə” işə düzəltmək üçün 30000 manat pul almasını və həmin puldan 10000 manat pulu geri qaytarmasını söyləyir və Təqsirləndirilən şəxs da həmin deyilənləri təsdiq etməsi müşahidə olunur. 01 ədəd “Video2” adlı video fayl açıldıqda isə Təqsirləndirilən şəxs avtomobildə əyləşərək bir nəfər şəxslə söhbətləşməsi görünür. Görüntüyə baxan zaman Təqsirləndirilən şəxs avtomobildə əyləşən şəxsə 20700 manat borcunun qalmasını bildirməsi müşahidə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: - tutulduğu və həbsdə saxlanıldığı müddət; - ev dustaqlığında saxlanıldığı müddət; - məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; - Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və oğlu X2 “Vətən müharibəsi iştirakçısı” olmasını və medallar almasını (CM-59.2), zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini (CM-59.1.14) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, onun 24 iyul 2023-cü il tarixdən 07 dekabr 2023-cü il tarixədək 04 (dörd) ay 13 (on üç) gün həbsdə olduğu (şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu) müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ümumilikdə 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, iş üzrə maddi sübut 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM- 132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 iyul 2023-cü il tarixdən 07 dekabr 2023-cü il tarixədək 04 (dörd) ay 13 (on üç) gün həbsdə olduğu (şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu) müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ümumilikdə 08 (səkkiz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-526/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-526/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver