Məhkəmə qərarları › İş №1(011)-527/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-527/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-527/2023 01.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1987-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunur ona görə ki, özgənin əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən binanın zirzəmisindən həmin binanın birinci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yerinin divarının daşlarının sökülməsi yolu ilə daxil olub saxlanc yerində olan 01 ədəd 170 manat dəyərində “Galaksi" markalı qazan dəstini, 01 ədsd 5 manat dəyərində “Glasswera" markalı şüşə stəkan dəstini, 01 ədəd 30 manat dəyərində “Original Cobalt" markalı fincan və nəlbəki dəstini, 01 ədəd 4 manat dəyərində “Small Plate” markalı şüşə nəlbəki dəstini, 02 ədəd 6 manat dəyərində “X7” markalı şüşə nəlbəki dəstini, 01 ədəd 600 manat dəyərində “Karaca” markalı qazan dəstini, 01 ədəd 350 manat dəyərində “Korkmaz" markalı qazan dəstini, 01 ədəd 80 manat dəyərində qazan dəstini, 01 ədəd 70 manat dəyərində çörək qızdırıcı cihaz, 01 ədəd 70 manat dəyərində saç quruducu cihazı gizli talayaraq Zərərçəkmiş şəxs 1385 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bəzən yaşadığı ünvanın yaxınlığında, yəni ünvan 4ən 5 mərtəbəli binanın sol yan girişindən zirzəmiyə daxil olmaqla orada vaxt keçirmişdir. 17 dekabr 2022-ci il tarixdə həmin zirzəmidə olan zaman zirzəminin girişində sağ tərəfdə yerləşən divarın yarı sökülmüş vəziyyətdə olmasını görmüşdür. Həmin zaman işləmədiyi üçün maddi cəhətdən sıxıntılar yaşadığından pula ehtiyacı olmuşdur. Bu zaman fikirləşmişdir ki, həmin yarı sökülü divarı sökməklə divarın arxasındakı birinci mərtəbənin saxlanc yerinə daxil olmaqla oradan oğurluq edib pul əldə edə bilər. Bu mivalla, həmin yarısökülü divarı sökməklə içəri daxil olub içəridə məişət əşyalarını görmüşdür. Həmin saxlanc yerində qazan dəstləri, nəlbəki və stəkan dəstləri olmuşdur. Markalarını xatırlamasa da, həmin əşyaları zirzəmidə olan böyük kisələrə doldurub saxlanc yerindən çıxıb zirzəmini tərk etmişdir. Onu da qeyd etmişdir ki, zirzəmidə tələsik halda əşyaları oğurladığı üçün ətraf dağınıq hala düşmüşdür. Həmçinin, bəzi əşyalar zirzəmidən çıxıb yolda hərəkət edən zaman yerə düşmüş olmuşdur. Bundan sonra Bakı şəhəri, Xətai rayonu,Cavanşir küçəsi ilə hərəkətdə olan zaman həmin küçədə yerləşən metal qəbulu yerini görmüşdür. Həmin metal qəbulu yerində işləyən Faiq adlı şəxsi tanımışdır. Belə ki, əvvəllər bir neçə dəfə həmin metal qəbulu yerində işləyən Faiq adlı şəxsə metal satmışdır. Bu zaman Faiq adlı şəxsə yaxınlaşmış və borca 60 manat məbləğində pul istəmişdir. Bundan sonra Faiq ona borca pul verə bilməyəcəyini bildirmişdir. Bu zaman əlində olan əşyaları Faiqə göstərib həmin əşyaları burda saxlayaraq, ondan borca pul alıb qaytaracağı təqdirdə əşyaları gəlib götürməyi təklif etmişdir. Bu zaman Faiq onunla razılaşmış və 50 manat məbləğində borca pul vermişdir. O da öz növbəsində həmin əşyaları Faiqin iş yerinə qoymuşdur. Əldə etdiyi 50 manat pulu isə şəxsi ehtiyacları üçün istifadə etmişdir. O, oğurluq cinayətini edən zaman onu heç kəs görməmişdir. O, oğurluq cinayətini tək etmişdir. Şahid həmin əşyaların ona məxsus olmasını bildirmişdir. Odur ki, Faiq həmin əyaların onun tərəfindən oğurluq yolu ilə əldə edilməsi barədə məlumatı olmamışdır.Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, yaşadığı bina 5 mərtəbəli olmaqla, həmin binanın soldan birinci blokunda yerləşən 1 saylı mənzildə yaşayır. Hətta həmin blokun giriş hissəsində yerləşən əşyaların saxlanması üçün nəzərdə tutulan saxlanc yeridə ona məxsusdur. Həmin saxlanc yerində ona məxsus əşyaları saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 16:50 radələrində yaşadığı ünvanın giriş qapısından çıxaraq blokun birinci mərtəbəsində yerləşən ona məxsus saxlanc yerinə getmişdir. Onu da qeyd etmişdir ki, həmin saxlanc yerinin qapısı həmişə dəmir qıfılla kilidlənmiş vəziyyətdə olmuşdur. Bu minvalla, həmin saxlanc yerinin qapısına yaxınlaşmış və qapının qıfılı saz vəziyətdə olmaqla həmin qıfılı açmışdır. Bu zaman ona məlum olmuşdur ki, həmin saxlanc yerinin arxa divarının daşlarının sökülməsi yolu ilə ona məxsus əşyaları oğurlanmışdır. Belə ki, həmin saxlanc yerinin arxa divarı binanın zirzəmisi ilə həmsərhəddir. Və binanın sol yanından rahatlıqla zirzəmiyə daxil olmaqla ona məxsus saxlanc yerinin divarının daşlarının sökülməsi yolu oğurluq edilmişdir. Saxlanc yerinə baxış keçirildikdə ona məxsus 01 ədəd 20 manat dəyərində uSmall Plate” markalı nəlbəki dəsti, 02 ədəd ümumi dəyəri 20 manat dəyərində “X7" markalı nəlbəki dəstləri, 01 ədəd 20 manat dəyərində “Glassware” markalı stəkan dəsti, 01 ədəd 40 manat dəyərində “Seon" markalı nəlbəki və stəkan dəsti, 01 ədəd 350 manat dəyərində "Galaksi” markalı qazan dəsti, 01 ədəd 600 manat dəyərində “Karaca" markalı qazan dəsti, 01 ədəd 350 manat dəyərində “Korkmaz” markalı qazan dəsti, 01 ədəd adını xatırlamadığım 80 manat dəyərində qazan dəsti, 01 ədəd adını xatırlamadığı 70 manat dəyərində çörək qızdırıcı cihaz və 01 ədəd adını xatırlamadığı 70 manat dəyərində saç quruducu cihazı naməlum şəxslər tərəfindən oğurlanmışdır. Baş vermiş cinayət zamanı ona 1620 manat dəyərində maddi ziyan dəymişdir O, ilkin müraciəti zamanı dəymiş maddi ziyanı təxmini qiymət bildirdiyi üçün 2000 manat miqdarında qeyd etmişdir. Lakin sonradan daha dəqiqliklə hesabladıqda 1620 manat dəyərində maddi ziyanın dəyməsini bildirmişdir. Hazırda ona dəymiş zərər ödənilmişdir. Heç bir şikayəti və tələbi yoxdur. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs cəza təyin olunması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, işlədiyi metal qəbulu yerində olarkən, arabir işlədiyi metal qəbulu yerinə metal gəlirmiş olan Babək adlı şəxs işlədiyi yerə yaxınlaşmışdır. Bundan sonra Babək ondan 60 manat məbləğində borc pul istəmişdir. Onu da qeyd etmişdir ki. Babək işlədiyi yerə yaxınlaşan zaman özü ilə birlikdə 03 ədəd nəlbəki dəsti, 01 ədəd stəkan dəsti, 01 ədəd nəlbəki və stəkan dəsti və 01 ədəd qazan dəsti gətirmişdir. Bundan sonra Babəkə borc pul verə bilməyəcəyini bildirmişdir. Ardınca Babək onu əmin etmək istəmişdir ki, üzərində gətirmiş olduğu qeyd olunan əşyaları onda saxlasın və o da Babəkə 60 manat borc pul versin. Bu zaman ilkin olaraq həmin əşyaların oğurluq olub-olmaması barədə Babəkdən soruşmuşdur. Babək isə ona həmin əşyaların özünə məxsus olmasını bildirərək, oğurluq olmamasını söyləmişdir. Bunun ardınca fikirləşmişdir ki, Babək bir neçə dəfə ona metal vermiş və o da Babəkə borc pul verəcəyi təqdirdə qaytaracaqdır. Bundan sonra Babəkə bildirmişdir ki, həmin əşyaları onun iş yerinə qoysun və Babəkə 50 manat məbləğində borc pul verə bilər. Babəkdə onunla razılaşmış və Babəkə 50 manat məbləğində borc pul vermişdir. Bunun ardınca Babək qeyd olunan əşyaları onun iş yerinə qoymuş və getmişdir. O, həmin əşyaların oğurluq yolu ilə əldə edilməsi barədə məlumatı olmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 yanvar 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ********* nömrəli cinayət işi başlanılmışdır. Belə ki, iş materiallarında olan Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin məsul növbətçisinin HK-1/2809 nömrəli raportundan görünür ki, 20 dekabr 2022-ci il tarixdə saat 16:53 radələrində DİN 102 qaynar xəttinə daxil olmuş müraciətə əsasən, ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs ünvan 3 ünvanın zirzəmisindən qabqacaqların oğurlanması barədə məlumat daxil olmuşdur. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə saat 17:00-da tutulmuşdur. İş materiallarında olan təqsirləndriilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 iyul 2023-cü il tarixli, 4(011)-453/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay 14 (on dörd) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 iyul 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqat nəticəsində müəyyən edilmiş 01 ədəd “Winchester” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs ((xx/xx/1987) Xətai RPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-55/2- 26252/2023 №-li məktubu ilə KTİ-nə təqdim edilmiş) məxsusdur. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 mart 2023-cü il tarixli 9/778 nömrəli rəyinə əsasən tədqiqatına təqdim edilmiş malların 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti 02 ədəd qutuda (12 ədəd) Çin istehsalı, üzərində “X7” yazıları olan şüşə nəlbəkilər – 6,0 (2ədədx3man) manat, 01 ədəd qutuda (6 ədəd) üzərində “Small Plate” yazıları olan şüşə nəbəkilər – 4,0 manat, 01 ədəd qutuda (6 ədəd) üzərində “Glassware” yazıları olan şüşə stəkan – 5,0 manat, 01 ədəd qutuda (6 ədəd fincan, 6 ədəd nəlbəki) üzərində “Original Cobalt” yazıları olan dəst – 30,0 manat, 01 ədəd qutuda (8 predmet), üzərində “Galaksi” yazıları olan qazan dəsti – 170,0 manat müəyyən olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 4 (dörd) azyaşlı övladı vardır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyatlar və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Dadaşov X4 Hərbi Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 70-ci maddələri ilə təqsirli bilinərək N (altı) ay intizam xarakterli hərbi hissədə saxlama cəzası, N (altı) ay müddətinə şərti sınaq müddəti təyin edilmiş, Lənkəran Hərbi Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə AR Milli Məclisinin Amnistiya qərarına əsasən azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Probasiya Xidmətindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yerini müəyyənləşdirmək mümkün olmadığından, ona təyin edilməmiş azadlığın məhdudlaşdırılması cəzası icra edilməmiş və tam həcmdə yəni 2 il 11 ay 16 gün olaraq çəkilməmiş qalmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Sübhan Mikayılovun şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, himayəsində azyaşlı uşaqlarının olmasını, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu tarixdən, yəni 13 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - 02 ədəd qutuda (12 ədəd) Çin istehsalı, üzərində “X7” yazıları olan şüşə nəlbəkilər, 01 ədəd qutuda (6 ədəd) üzərində “Small Plate” yazıları olan şüşə nəbəkilər, 01 ədəd qutuda (6 ədəd) üzərində “Glassware” yazıları olan şüşə stəkan, 01 ədəd qutuda (6 ədəd fincan, 6 ədəd nəlbəki) üzərində “Original Cobalt” yazıları olan dəst, 01 ədəd qutuda (8 predmet), üzərində “Galaksi” yazıları olan qazan dəsti sahibinə qaytarılması nəzərə alınmalı və iş üzrə maddi sübut kimi tanınan - üzərində bioloji mənşəli materiallar olan 01 ədəd “Winchester” markalı siqaret kötüyü məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə "Alyans" Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırki hökmlə təyin olunmuş cəzaya Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 145/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 2 (iki) il, 11 (on bir) ay, 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki gününü bir gün azadlıqdan məhrum etməyə bərabər tutularaq qismən birləşdirilsin və üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 13 iyul 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan – 02 ədəd qutuda (12 ədəd) Çin istehsalı, üzərində “X7” yazıları olan şüşə nəlbəkilər, 01 ədəd qutuda (6 ədəd) üzərində “Small Plate” yazıları olan şüşə nəbəkilər, 01 ədəd qutuda (6 ədəd) üzərində “Glassware” yazıları olan şüşə stəkan, 01 ədəd qutuda (6 ədəd fincan, 6 ədəd nəlbəki) üzərində “Original Cobalt” yazıları olan dəst, 01 ədəd qutuda (8 predmet), üzərində “Galaksi” yazıları olan qazan dəsti sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan - üzərində bioloji mənşəli materiallar olan 01 ədəd “Winchester” markalı siqaret kötüyü məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi hüquqi yardıma görə “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar