Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-528/2023 06.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi – “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1982-ci il tarixində Masallı rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki o, 27 yanvar 2023-cü il tarixdə saat 20:10 dəqiqədə yaşadığı ünvan 2 ünvanında keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun telefonla danışması səbəbindən qısqanclıq zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla sifət nahiyəsindən vuraraq sonuncuya sol yanaq-çənǝbucağı nahiyəsinin oynaqda hərəkət məhdudluğu ilə müşayiət edilən qançır-şişkinlik halında əziyi və sol almacıq nahiyəsinin qançırı xəsarətini yetirməklə dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, 2005-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmuş və birgə nikahdan 2 azyaşlı qız övladı vardır. Ailədə yola gedə bilmədiyi üçün 2013-cü ildə rəsmi olaraq boşanmışlar. Buna baxmayaraq bir ünvanda yaşayamağa davam etmişlər. Hazırda da bir ailə kimi eyni ünvanda yaşamışlar. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində işdən çıxıb evə gələn zaman Zərərçəkmiş şəxs ilə yolda küçədə rastlaşmış və o, Zülfiyyənin kiminləsə mobil telefonla danışdığını görmüşdür. Bu zaman o, Zülfiyyǝyǝ yaxınlaşıb kimlə danışdığını soruşmuş, o isə cavabında ona aidiyyətinin olmadığını bildirmişdir. Həmin zaman ətrafda adamların çox olduğu üçün heç bir söz deməmişdir. Həmin günü, yəni xx.xx.2023-cü il tarixdə axşam təxminən saat 20:10-da yaşadıqları evdə olarkən o, Zülfiyyədən kiminlə telefonla danışdığını yenə soruşmuş, o isə kobud cavab verdiyindən bu zəmində aralarında mübahisə yaşanmış və o, qisqanclıq zəminində onu əli ilə sifət nahiyəsinə yumruq zərbəsi endirmişdir. Bundan sonra Zülfiyyə DİN-in 102 xidmətinə zəng edərək onun barəsində polisə şikayət etmişdir. Hadisə zamanı evdə o və Zülfiyyə olmuş, uşaqlar isə başqa otaqda olmuş, onlar hadisənin şahidi olmamışlar. Hadisə təxminən 2-3 dəqiqə davam edib, yaşadıqları Telnov küçəsi 2347/48, mənzil 795 ünvanında olmuşdur. Törətdiyi əməldən səmimi peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, X3 ilə rəsmi nikaha daxil olmuş və birgə nikahdan 2 azyaşlı qız övladı vardır. Ailədə yola gedə bilmədiyi üçün, 2013-cü il tarixdə rəsmi qaydada Təqsirləndirilən şəxs boşanmış, boşanmaqlarına baxmayaraq Təqsirləndirilən şəxs ilə ünvan 3 ünvanında birlikdə yaşamışlar. Bundan sonra Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul edərək evdə münaqişələr yaratmış və onu döymüşdür. xx.xx.2023-cü il tarixdə, saat 20:10-da rəsmi qaydada boşandığı, lakin birlikdə yaşadığı keçmiş əri Təqsirləndirilən şəxs ilə növbəti dəfə ünvan 4 ünvanında birgə yaşadıqları evdə qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən əli ilə onun sifat nahiyəsinə yumruqla vuraraq döyüb xəsarət yetirmişdir. Bu hadisədən sonra DİN 102 Zang Mərkəzinə xəbər vermişdir. Əvvəllər bir neçə dəfə aralarında olan münaqişələrə görə polis Grqanlarına müraciətlər etmişdir. Təqsirləndirilən şəxs onu birgə yaşadıqları evdə döyən zaman, evin digər otağında 2 azyaşlı 2008-ci il təvəllüdlü qızım Əsədzadə Nərmin və 2007-ci il təvəllüdlü, X1 olmuş, lakin onlar hadisəni görməmişlər, onun Pərviz ile aralarında münaqişə 2-3 dəqiqəyə yaxın davam etmişdir. Parviz Əsədov ilə aralarında olan münaqişəni eşidib qıraqdan oraya gələn heç kim olmamışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır.(i.v 1) Zərərçəkmiş şəxs Bakı şəhəri Xətai RPİ 34-cü PŞ-nə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən döyülmüş, bu səbəbdən sonuncu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir.(i.v 4) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsin 80 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol yanaq-çanǝbucağı nahiyəsinin oynaqda hərəkət məhdudluğu ile müşayiət olunmuş qançirşişkinlik halında əziyi və sol almacıq nahiyəsinin qançını müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər.(i.v 13-14) Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 30 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 24) DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur.(i.v47) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(i.v47-48) 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 59-60) 15 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılması və barəsində seçilmiş qətimkan tədbiri nəzərə alınması, iş üzrə məhkəmə-tibbi ekspertizasının rəyi və istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun olduğu və istintaq materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qəbul edilməsi qərara alınmışdır.(i.v 63-66) Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X5 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-528/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-528/2023
06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver