Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-529/2023 25.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1972-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı evli, orta təhsilli, Salyan Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli hökmü ilə Azərbaycan Resoublikasının 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, "xxxx" MMC-də sürücü işləyən, ünvan 1i ünvanında qeydiyyatda olan, ünvan 2də “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(057)-46/2019 saylı və 2021-cu il tarixli, 2(057)-585/2021 saylı qətnamələrini qərəzli olaraq olaraq icra etməmişdir. Belə ki, o, 1043,70 manat və 400,00 ABŞ dolları məbləğində pul vəsaitini ödəniş gününə olan məzənnə üzrə Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 may 2019-cu il tarixli, 2(057)-46/2019 saylı və 1214,70 manat məbləğində pul vəsaitini S.K.Kərimovun xeyrinə ödönilməsinə dair həmin məhkəmənin qanuni qüvvəyə minmiş 04 avqust 2021-cu il tarixli, 2(057)-585/2021 saylı qətnamələrinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Salyan Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 3(057)-518/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün ve 28 noyabr 2022-ci il tarixli, 3(057)-987/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi 2022-ci il, 13 fevral 2023-cü il, 03 mart 2023-cü il, 17 aprel 2023-cü il tarixlərdə rəsmi xəbərdarlıqlar verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 22 may 2023-cü il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyir və aylıq əmək haqqısı 400,00 manat təşkil edir. Bundan başqa qeyd etmişdir ki, 2011-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs İran-İslam Respublikası vətəndaşı Hacısəməd Xudaddadi ilə satış məqsədilə İran-İslam Respublikasından Rusiya Federasiyasına 10.000,00 ABŞ dolları dəyərində yük avtomobili ilə 1 tır, yəni 18 (on səkkiz ton) 500,00 (beş yüz) kq-lıq üzüm aparmışlar, məhsul 2011-ci ilin oktyabr ayının təxminən 2-3 tarixə Rusiyanın Moskva şəhərinə çatmış, həmin vaxt üzümün qiyməti aşağı düşdüyü üçün onlar qazanc əldə edə bilməmiş, belə olan halda Zərərçəkmiş şəxsla birlikdə onlara dəymiş ziyanın ödənilməsi məqsədilə İran-İslam Respublikasının Ərdəbil şəhər Məhkəməsində Hacısəməd Xudaddadiyə qarşı iddia qaldırmış, məhkəmənin qərarı ilə iddia rədd edilmiş, bundan sonra Zərərçəkmiş şəxs ilə birgə iş gördükləri zaman onun vasitəçiliyi ilə məhsul vurulması üçün H.Xudaddadiyə verdiyi 1000,00 ABŞ dolların ondan tələb etmiş, o, isə şərikli iş birliyi zamanı ziyan etdiyini ona bildirməsinə baxmayaraq Zərərçəkmiş şəxs 4000,00 ABŞ dollarını və əlavə olaraq yol xərclərini hesablayaraq cəmi 5500,00 ABŞ dollarında pul tələbinə dair Salyan Rayon Məhkəməsində ona qarşı iddia qaldırmış, məhkəmənin 06 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia tamin edilmiş, məlum qətnaməyə əsasən ondan 5500,00 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş. Qətnamənin icası qanunla müəyyən olunmuş müddətdə təmin edilmədiyindən sonuncu 2019-cu ildə həmin məhkəmədə 1043,00 manat və 400,00 ABŞ dollarında pul tələbinə dair Təqsirləndirilən şəxs qarşı yenidən iddia qaldırmış, məhkəmənin 29 may 2019-cu il tarixli, 2(057)-48/2019 saylı qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, 5500,00 ABŞ dolları məbləğində pul tələbinə dair Salyan Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş, həmin məhkəmənin 26 yanvar 2021-ci il tarixli hökmü ilə o, 1 (bir) il, 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını 26 yanvar 2022-ci il tarixdə çəkib başa vursa da borcunu yenədə ödəməmiş, bundan başqa Zərərçəkmiş şəxs 2021-ci ildə yenidən ona qarşı itirilmiş məbləğin qaytarılmasına dair Salyan Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 04 avqust 2021-ci il tarixli, 2(057)-585/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, qətnaməyə əsasən ondan əlavə olaraq 1214,70 manat pul vəsaiti tutularaq sonuncunun xeyrinə ödənilməsi qət edilmiş, bununla alaqədar Salyan rayon icra və probasiya şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamələrin icrasını tələb etmiş, o isə qətnamələri əsassız hesab etdiyidiyindən məhkəmə aktlarını icra etməmiş, icra məmuru dəfələrlə ondan izahatlar almış, hətta həmin məhkəmənin 02 iyun 2022-ci il tarixli, 3(057)-518/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün və 28 noyabr 2022-ci il tarixli, 3(057)-987/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) gün müddətində inzibati həbs edildikdən sonra icra məmuru qətnamələrin icrasını təmin etməsi ilə əlaqədar ona rəsmi xəbərdarlıq vermiş, o isə hərəkətsizliyini davam etdirməklə qanuni qüvvədə olan məhkəmə aktlarını icra etməmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs Kəmaləddin oğluna olan borcunu ödəmiş, Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 may 2019-cu il tarixli, 2(057)- 46/2019 saylı və 4 avqust 2021-cu il tarixli, 2(057)-585/2021 saylı qətnamələrini icra etmişdir. Bu səbəbdən barəsində olan cinayət işinin xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2010-ci ilin ortalarında dörd nəfərlə şərikli iş birliyi qurmuşlar, şəriklərdən biri Təqsirləndirilən şəxs digərləri isə İran-İslam Respublikası vətəndaşı olan Hacısəməd Xudaddadi va onun oğlu Yusif Xudaddadi olmuş, 2010-cu ilin avqust ayında o, İran-İslam Respublikasından Rusiya Federasiyasında satmaq məqsədilə Təqsirləndirilən şəxs 5000,00 ABŞ dolları pul vermiş ki, digər şərikləri Hacısəməd Xudaddadiyə çatdırsın və sonuncu da özünə düşən məbləği üzərinə qoyaraq Rusiya Federasiyasına meyvə vursunlar, həmin vaxdan bir ay sonra 20000.00 ABŞ dolları dəyərində yük avtomobili ilə 1 tır, 18 (on sakkiz ton) kq-lıq üzüm Rusiyanın Moskva şəhərinə göndərilmiş, məhsul orada Səttarın tanışlarının vasitəçiliyi ilə satıldıqdan sonra Təqsirləndirilən şəxs pulunu istəmiş, lakin sonuncu Azərbaycan Respublikasına qayıdandan sonra pulu ona verəcəyinə söz vermiş, sonradan o, vədinə sahib çıxmayaraq pulu qaytarmaqdan boyun qaçırdığı üçün pulunu qanuni yolla ondan geri almaq məqsədilə 2018-ci ildə Salyan Rayon Məhkəməsində ona qarşı iddia qaldırmış, məhkəmənin 06 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia temin edilmiş, qətnaməyə əsasən Təqsirləndirilən şəxs 5500,00 ABŞ dollar məbləğində pul vəsaiti tutularaq onun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icası Təqsirləndirilən şəxs tərəfindən təmin edilmədiyi üçün və ona vurulmuş ziyanla əlaqədar 2019-cu ildə Təqsirləndirilən şəxs qarşı əlavə olaraq Salyan Rayon Məhkəməsində iddia qaldırılmış, məhkəmənin 29 may 2019-cu il tarixli, 2(057)-46/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, qətnaməyə əsasən Təqsirləndirilən şəxs 1043,00 manat və 400,00 ABŞ dolları tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 5500,00 ABŞ dolları məbləğində pul tələbinə dair Salyan Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsinin icrasını qanunla müəyyən olunmuş müddətdə təmin etmədiyi üçün Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi cinayət məsuliyyətinə cəlb olunmuş, məhkəmənin 26 yanvar 2021-ci il tarixli hökmü ilə 1 bir) il, 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq borcunu ödəməmiş, belə olan halda ona qarşı 2021-ci ildə itirilmiş məbləğin ödənilməsinə dair Salyan Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 04 avqust 2021-ci il tarixli, 2(057)-585/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, qətnaməyə əsasən Təqsirləndirilən şəxs əlavə olaraq 1214,70 manat pul vəsaiti tutularaq onun xeyrinə öddənilməsi qət edilmiş, qətnamənin icrası ilə Salyan rayon icra və probasiya şöbəsinin icra məmurları məşğul olmuş, bununla bağlı borcluya bildiriş təqdim edilməsinə baxmayaraq Sonuncu məhkəmə aktlarının icrasını təmin etməkdən imtina etdiyi üçün həmin məhkəmənin 12 yun 2022-ci il tarixli, 3(057)-518/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün və 28 noyabr 2022-ci il tarixli, 3(057)-987/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi təqsirli bilinərək 9 (doqquz) gün müddətində inzibati həbs edilmiş, bundan sonra aktlarını icra etməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olduğu üçün xeyli miqdarda pul qazanmasına baxmayaraq borcunu ödəməyəcəyini bildirmişdir. Hal-hazırda Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 may 2019-cu il tarixli, 2(057)-46/2019 saylı və 4 avqust 2021-cu il tarixli, 2(057)-585/2021 saylı qətnamələri üzrə Təqsirləndirilən şəxs ona olan borcunu ödəmiş olsa belə təqsirləndirilən şəxsdən şikayətçidir. Barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 1043,70 manat və 400,00 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə olan məzənnə ilə tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 may 2019-cu il tarixli, 2(057)-46/2019 saylı, eyni zamanda 1214,70 manat məbləğində pul vəsaiti eyni şəxsdən tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair həmin məhkəmənin qanuni qüvvəyə minmiş 04 avqust 2021-cu il tarixli, 2(057)-585/2021 saylı qətnamələrinin icrası təmin edilməsi ilə əlaqədar Salyan rayon cra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlanmış, tələbin könüllü təmin edilməsi üçün Zərərçəkmiş şəxs bildirişlər təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tadbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, müxtəlif tarixlərdə o, Salyan rayon icra ve probasiya şöbəsinin icra məmurları tərəfindən həmin şöbəyə dəvət olunaraq ondan izahatlar alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayınması ilə əlaqədar Salyan Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 3(057)-518/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün ve 28 noyabr 2022-ci il tarixli, 3(057)-987/2022 saylı qərarına əsasən Azərbaycan Respublikasi XM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) gün müddətində inzibati həbs edilmiş və məhkəmə aktlarının icrasının təmin edilməsi üçün məlum qətnamələr ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərildikdən sonra oranın icra məmuru tərəfindən sonuncuya yeni müddət təyin edilməsinə baxmayaraq hərəkətsizliyini davam etdirməklə məhkəmə qətnamələrnin icrasından qərəzli yayınmışdır. İcra məmuru əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən təqdim edilən qəbzdə ki, hesab nömrəsi Xətai İcra Şöbəsinin depozit hesabıdır. Həmin ödənişlərlə icra işi üzrə tələb tam təmin olunduğundan icraata xitam verilməlidir. İş üzrə digər Şahid2 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduqları ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 13 iyul 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai rayon icra şöbəsində toplanmış materiallar əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması, cinayət işinə ********* nömrə verilməsi, ibtidai istintaqın aparılması üçün icraata götürülməsi və cinayət işi üzrə Zərərçəkmiş şəxs Kəmaləddin oğlunun zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır (i.v. 1-2); Salyan Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(057)-46/2019 saylı qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı maddi tirilmiş gəlir və mənəvi ziyan tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Təqsirləndirilən şəxs iddiaçının zaminliyi ilə "xxxx" ASC-götürülmüş 3000 manan kreditin borcunun illik faiz borcu olan 727 manat 53 qəpik, iddiçının İrana gedib gəlməklə əlaqədar yol xərcləri və əlavə xərclər olan 312 manat, an rayon məhkəməsi ilə bağlı xərclər, iddia ərizəsinin yazılması, yol xərci, poçt xərci, on danışığı xərci olan 03 manat 80 qəpik, vəkil xərci olan 400 ABŞ dollar, cəmi 1043 (min qırx üç) manat 33 qəpik və 400 ABŞ dolları məbləğində pul ödəniş gününə məzənnə üzrə manatla alınıb, iddiaçı Zərərçəkmiş şəxs verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 37 qəpiyi cavabdehə aid edilməsi, cavabdeh Təqsirləndirilən şəxs 37 qəpik dövlət rüsumu alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.(i.v 11- 15) Salyan Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(057)-46/2019 saylı icra vərəqəsindən görünür ki, qətnamə xx.xx.2019-cu il tarixdə qüvvəyə minmişdir.(i.v 16) Salyan Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(057)-585/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, vurulmuş maddi ziyana görə 1211,3 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 3,40 manat pul vəsaiti cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs Kəmaləddin oğluna ödənilməsi qət edilmişdir.(i.v 17-18) Salyan Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(057)-585/2021 saylı icra vərəqəsindən görünür ki, qətnamə xx.xx.2021-ci il tarixdə qüvvəyə minmişdir.(i.v 19) 31 iyul 2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, 29 may 2019-cu il tarixli, 2(057)-46/2019 saylı icra vərəqəsi üzrə icra işinin başlanması qərara alınmış və bu barədə Təqsirləndirilən şəxs bildiriş göndərilmişdir.(i.v 22-23) 06 oktyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, 04 avqust 2021-ci il tarixli, 2(057)-585/2021 saylı icra vərəqəsi üzrə icra işinin başlanması qərara alınmış və bu barədə Təqsirləndirilən şəxs bildiriş göndərilmişdir.(i.v 24-25) Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 08 gün imzibati həbs edilmişdir.(i.v 40) Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır.(i.v 48-49) Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 09 gün inzibati həbs edilmişdir.(i.v 53-54) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat ve Statistik İnformasiya idarəsindən verilmiş 02 iyun 2023-cü il tarixli tələbnamədən və Salyan Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli hökmündən məlum olmuşdur ki, X2 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə 1 (bir) il, 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndi tətbiq edilməklə onun cazasının çəkilməmiş hissəsi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 6 (altı) ay azaldılmış, 26 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin məhkumluğu ödənilməmişdir.(i.v 76-77) 16 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, xx xxx 1972-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər Salyan Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən təqsirli bilinərək bir il, altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyən, ünvan 1ində qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi, həmin ittiham Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 may 2019-cu il tarixli, 2(057)- 46/2019 saylı və 04 avqust 2021-cu il tarixli, 2(057)-585/2021 qətnamələrinin qərəzli olaraq icra etmədiyi dövrü əhatə etməsi, cinayət işi üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər sənədlər sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v 118- 122) 16 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır.(i.v 135-136) 16 avqust 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. 05 oktyabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin depozit hesabına 2.953 manat ödəniş etmişdir. Mərkəzi Bankın elektron ünvanı www.cbar.az saytından görünür ki, 05 oktyabr 2023-cü il tarixə olan AABŞ dolların manata olan məzənnəsi 1.70 manat təşkil edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxsin məhkəmə qətnamələrini-Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 may 2019-cu il tarixli, 2(057)-46/2019 saylı və 04 avqust 2021-ci il tarixli, 2(057)-585/2021 saylı qətnamələrinə əsasən cəmi 2258,40 manat(iki min iki yüz əlli səkkiz manat, qırx qəpik) və 400,00(dörd yüz) ABŞ dolları(ödniş olunan günə münasibətdə 680 manat)-ümumilikdə 2938 manat 40 qəpik pul Xətai İcra Şöbəsinin hesabına ödəndiyindən qeyd edilən qətnamələr icra edilmiş hesab olunmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1-ci maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmamış olsa belə iş üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən)manat pul ödənilməlidir. Zərərçəkmiş şəxs hüquqlarını təmsil etmiş 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən)manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini tam icra etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 may 2019-cu il tarixli, 2(057)-46/2019 saylı və 4 avqust 2021-cu il tarixli, 2(057)-585/2021 saylı qətnamələri tam olaraq icra etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən)manat pul ödənilsin. Zərərçəkmiş şəxs hüquqlarını təmsil etmiş 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən)manat pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-529/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-529/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver