Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-529/2024 15.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında kirayə yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan Şahid məxsus "BMW 320" minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında “BD 052641” nömrəli “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi ilə 07 iyun 2024-cü il tarixdə saat 23:00-da Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanın yaxınlığında 60-65 km/saat sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyərək avtomobilin qabaq orta hissəsi ilə yolun sağ hissəsindən sola doğru keçən piyada X7 vurub ona ehtiyatsızlıqdan baş-beynin sağ-sol yarımkürələrinə və beyinciyinə subaraxnoidal qansızma, başın sol təpə nahiyəsinin əzilmiş yarası, dilin əzilmiş yarası, sağ oma, qasıq sümüklərinin yerdəyişmiş qəlpəli sınıqları, sol diz oynağının bayır kondilusunun sınığı, incik sümüyün başının az yerdəyişmiş sınığı, bağların cırılması, yuxarı və aşağı ətrafların sıyrıqları, müşayiət olunan ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Teymur Ağakişiyevin ölümü ilə bir başa səbəbli əlaqəli olmuş baş beyin əzilməsi olaraq 23 iyun 2024-cü il tarixdə saat 04:00-da X14 ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar təqsirləndirilən şəxsin səmimi etirafı, ekspert rəyləri,şahid ifadəsi , hadisə yerinin video görüntüləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, 07 iyun 2024-cü il tarixdə, saat 23:00-da etibarnamə əsasında idarə etdityi, texniki cəhətdən saz olan “BMW 320” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda 60-65 km sürətlə Bakı şəhəri. Xətai rayonu Babək prospekti ilə, Y.Səfərov küçəsi istiqamətindən N.Rəfiyev küçəsi istiqamətində 4 zolaqlı avtomobil yolunun sağdan 4-cü zolağı ilə hərəkət edərkən ünvan 3 ünvanda yerləşən Babək plazanın qarşısına çatanda dayanmadan hərəkətini düzünə davam etdirdiyi zaman idarə etdiyi avtomobilin qabaq hissəsinin əvvəlcədən görmədiyi piyada cavan oğlana çırpılmasını görüb dərhal avtomobilini dayandırmışdır. Hadisədən sonra avtomobilindən enib piyada, hadisədən sonra şəxsiyyəti ona məlum olan X8 yaxınlaşıb vəziyyəti ilə maraqlanmış və baş nahiyəsindən ciddi xəsarət aldığını görüb yanında dayanmış, tanımadığı şəxsdən xahiş etmişdir ki, TTYS-na zəng edib hadisə yerinə həkim briqadası dəvət etsin. Həmin şəxs də TTYS-na zəng edib hadisə yerinə həkim briqadası dəvət etmişdir. Qısa zamanda hadisə yerinə gələn həkim briqadası piyadaya ilkin tibbi yardımlar göstərib X17 xəstəxanaya aparmışlar. Daha sonra hadisə yerinə Xətai RPİ-nin əməkdaşları gəlib araşdırmaya başlamışlar. Qəzadan sonra hadisədən yerindən uzaqlaşmamış, zərərçəkmiş şəxsin ailə üzvlərinə məlumat vermiş, öz ailə üzvləri ilə birlikdə 16 gün xəstəxanada olmuşlar. Xəstəxada zərərçəkmişə qan vermiş və maddi yardım göstərmişdir.Buna baxmayaraq məhrumu xilas etmək mümkün olmamışdır.Zərərçəkmiş vəfat etdikdən sonra hüzr xərclərini çəkmiş və müəyyən qədər maddi yatdım etmişdir. Bu addımlarına görə zərərçəkmiş şəxsin hüquqi varisi onu bağışlamış və barışmışdır.Əməlindən peşiman olmasını ,azyaşlı uşağının olmasını və zərərəçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini nəzərə alaraq barəsində nisbətən yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə barışıq ərizəsi təqdim edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, xəstə və yaşlı olmasını nəzərə alaraq növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində o bildirmişdir ki, 07 iyun 2024-cü il tarixdə T.Ağakişiyev evə gəlməmiş və istifadəsində olan mobil telefonuna zəng çatmamışdır. Bu səbəbdən 08 iyun 2024-cü il tarixdə DİN-nin 102 xidməti-zəng mərkəzinə zəng edib T.Ağakişiyevin itkin düşməsi barədə məlumat vermişdir. Həmin gün axşam bilmişdir ki, X10 rayonu, Babək prospektində avtomobil vurmuş və X17 xəstəxanadadır. Bundan sonra xəstəxanaya getmiş və öyrənmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi "BMW" minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə oğlu Teymur Ağakişiyevi vurmuşdur və sonuncu reanimasiya şöbəsində müalicə olunur. 23 iyun 2024-cü il tarixdə T.X11 Mərkəzində vəfat etmişdir. İş üzrə Şahid məhkəməyə telefonoqram ünvanlayaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 1995-ci il buraxılışlı, "‘BMW 320" minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Ancaq xx.xx.2023-cü il tarixdən avtomobili etibarnamə əsasında Təqsirləndirilən şəxs idarə edir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanın yaxınlğında idarə etdiyi "BMW 320” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə piyada X7 vurması zamanı avtomobilin alın şüşəsinin sınması, ön kapotunun əzilməsi və radiator barmaqlığının sınmasına dair maddi ziyanla bağlı Təqsirləndirilən şəxs hər hansı bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti istiqamətində yolun hərəkət hissəsində baş vermişdir. Hadisə yerinə baxış zamanı sxem və fotocədvəl tərtib olunaraq protokola əlavə olunmuşdur. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, «BMW 320» minik markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alın şüşəsi sınmışdır. Mühərrik örtüyünün orta hssəsində içəriyə doğru batıq var, radiator barmaqlığı yerində yoxdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 08 iyun 2024cü il tarixli 2/30903 saylı protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 23 iyun 2024-cü il tarixli 70 saylı rəyindən görünür ki, X3 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı bədənində aşkar edilmiş xəsarətlər-baş beynin sağ-sol yarımkürələrinə və beyinciyinə subaraxnoidal qansızma, başın sol təpə nahiyəsinin əzilmiş yarası, dilin əzilmiş yarası, sağ oma, qasıq sümüklərinin yerdəyişmiş qəlpəli sınıqları, sol diz oynağının bayır kondilusunun sınığı, incik sümüyün başının az yerdəyişmiş sınığı, bağların cırılması, yuxarı və aşağı ətrafların sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşya(əşyalar) təsirindən törənmişlər, eləcə də yol- nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. X3 ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş-beyin əzilməsi olmuşdur, ölüm xx.xx.2024-cü il tarixdə saat 04:00-də X17 xəstəxanada baş vermişdir və meyitdə gedən ilkin dəyişikliklərlə öz təsdiqini tapır. Mərhum X1 barədə tibbi sənədlərdə hər- hansı bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 15 avqust 2024-cü il tarixli 8/2118 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən «BMW 320» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan 03 sentyabr 2024-cü il tarixli disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:12:15-də Bakı şəhəri, Xətai rayonu ünvan 3 ünvanda yolun sağ istiqamətində asfalt üzərində bir nəfər uzanıqlı vəziyyətdədir. İş materiallarında olan 03 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında 03 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir İş materiallarında olan 07 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 320” markalı, **- DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə təhvil verilmişdir. Hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2024cü il tarixdə baş beynin ocaqlı travması səbəbindən vəfat etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixədək qüvvədə olan etibarnamə əsasında idarə etmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur və dəymiş ziyan ödənilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, özünü təqsirli bilir, əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, dəymiş ziyanı ödəmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X13 adlı azyaşlı övladı var. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə qonşularla normal münasibət saxlayan, narazılıq yaratmayan, sakit həyat tərzi keçirən şəxs kimi xarakterizə olunur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Göründüyü kimi iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla, hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, himayəsində azyaşlı övladının olmasını, müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirici hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar Təqsirləndirilən şəxs əməlində müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə nisbətən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını X15 Müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinnin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmiş «BMW 320» minik markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra ona qaytarılmış hesab edilməli və iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını X15 müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli X15 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə təhvil verilmiş “BMW 320” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinin istifadəsinə verilmiş hesab edilsin. Maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-529/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-529/2024
15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver