Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-53/2024 08.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Goranboy rayonunun Mixayılovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 187/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək həmin Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 01 (bir) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1265/2022 nömrəli 23 iyun 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü dəyişdirilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətində müəyyən edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2amış, hazırda barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-493/23 nömrəli, 28 iyul 2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə tanışı Şahid1 satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofana bükülmüş təmiz çəkisi 1,352 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 26 iyul 2023-cü il tarixdə saat 14:45-də Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 4 ünvanın qarşısında saxlanılaraq ünvan 5 yerləşən Xətai RPİ-nin 35-ci polis bölməsinin inzibati binasına gətirilərək şəxsi axtarış və götürmə zamanı əynindəki olan göy rəngli cins şalvarın sağ yan cibində 01 ədəd qara rəngli sellofana bükülmüş təmiz çəkisi 1,352 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 iyul 2023-cü il tarixdə İgid adlı şəxs icarəyə verdiyi evinə gəlib baxmış, onlar razılaşdıqdan sonra İgid həyat yoldaşı ilə birlikdə həmin evə köçmüşdür. Bir qədər keçdikdən sonra polis əməkdaşları gələrək İgidin harada olduğunu ondan soruşmuşlar, o İgidin olduğu evi göstərərk həmin evdə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları İgid adlı şəxsin olduğu evə girmiş və bir qədər sonra onuda həmin evə dəvət etmişlər, o, evə daxil olan zaman İgid cibindən “yumurta boyda” bir ədəd bükülünü çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Bu səbəbdən polis əməkdaşları İgidi polis bölməsinə aparmışlar və onu da polis bölməsinə dəvət etmişlər. Polis bölməsində olarkən İgid polisin təziqi nəticəsində evin 130 (bir yüz otuz) manat icarə haqqının əvəzində ona bir qram yarım miqdarında narkotik vasitə verdiyini bildirmişdir. Həmin vaxt polis əməkdaşları ona təzyiq göstərərək bir büküm narkotik vasitənin ona məxsus olmasını etiraf etməsini tələb etmişlər, o boynuna almadığından polis əməkdaşları onun əllərini arxadan bağlayaraq onu döymüşlər, öləcəyini düşünmüş və bu məsələnin tək ibtidai istintaqla yekunlaşmadığını bildiyindən məhkəmədə həqiqətləri deyəcəyini düşünüb məcbur olub narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Üzərində olan xəsarət izləri istintaq təcridxanasına qəbul edilərkən qeyd edilmiş, döyülməsi ilə əlaqədar şikayətçi olmuş, bundan sonra üç-dörd nəfər şəxs gələrək kim tərəfindən döyülməsini soruşmuşlar, o da döyənlərin adlarını bilmədiyini bildirdikdə həmin şəxslər qeydlər apararaq çıxıb getmişlər. Barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə məhkəmədə baxılarkən ona qarşı irəli sürülmüş ittihamda qeyd edilən əməlləri etiraf etməsi məzmununda ifadə verməsinin səbəbini bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 bildirmişdir ki, birlikdə avtobus sürücüsü işlədiyi Ceyhun adlı şəxs icarəyə ev axtardığını bildiyindən ona Rasimin evinə baxmağı təklif etmiş, bundan sonra o, 23 iyul 2023-cü il tarixdə həmin evə baxmış, Rasim ilə razılaşaraq oraya köçmüşdür. Evə girdikdən otuz-qırx dəqiqə sonra polis əməkdaşları gəlib onları tutub polis bölməsinə aparmış, tutulduqdan sonra üzərlərinə axtarış keçirilmiş, amma heç nə tapılmamışdır. O Rasimə heç bir narkotik vasitə verməmiş, sonuncunu əvvəllər tanımamış, həbs edildikdən sonra istintaq təcridxanasında tanımış, həmçinin heç bir izahat yazmamış, tutulduğu vaxtdan əlinə qələm almamış, hamısını polis əməkdaşları yazmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, təxminən iyul ayında əməliyyat məlumatı daxil olmuş, bundan sonra Xətai rayonu, Zığ şosesi yaxınlığında xarici əlamətlərə uyğun gələn Rasim adlı şəxsə yaxınlaşmışlar, özlərini təqdim etdikdən sonra onu polis bölməsinə dəvət etmişlər, polis bölməsində olan zaman dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilərkən göy rəngli şalvarının sağ yan cibindən aşkar edlmiş heroinə bənzər narkotik vasitə aşkar edilmiş, həmin narkotik vasitəni haradan alması soruşulduqda, o, ünvan 7 ünvanında yaşayan İgid adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra onlar dərhal təxirə salınmaz əməliyyat tədbirini davam etdirərək qeyd edilən ünvanda İgid adlı şəxsi tutmuşlar, sonuncu həmin narkotik vasitəni “Dərnəgül” adlanan ərazidə yerləşən kafelərin birinin həyətindən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən heç bir təzyiq və təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıyır. Ona qarşı fiziki təzyiq və təsir göstərməkləri üçün heç bir əsas yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək digər Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 26 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:45-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 24); şəxsi axtarış və götürmə aparılması haqqında 26 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 35-ci PB-nin baş təhqiqatçısı polis mayoru X8 tərəfindən, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 İlham oğlunun, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Xətai RPİ-nin 35-ci PB-nin növbətçi köməkçisi, polis baş serjantı X2, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X4 iştirakları ilə Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasında “Samsung” markalı videokamera vasitəsilə video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli sellofan kəsiyinə bükülmüş spesifik iyli, tünd yaşıl rəngli narkotik vasitə hesab olunan heroinə bənzər maddə olan bükümü çıxarıb təqdim edərək, həmin maddənin heroin (Kola) olduğunu, bu gün, yəni xx.xx.2023cü il tarixdə onunla eyni evdə kirayə yaşayan İgid adlı şəxsdən kirayə haqqının əvəzində almasını, təqdim olunan bükümdən başqa narkotik vasitənin olub-olmadığı və saxlanılan zaman ona qarşı fiziki güc tətbiq olunub-olunmadığı sual edildikdə isə o, təqdim etdiyi narkotik vasitədən başqa heç bir yerdə özünə məxsus narkotik vasitə saxlamadığını, lakin hazırda İgid adlı şəxsin onun ünvanında olmasını və evdə İgidə məxsus narkotik vasitənin olmasını güman etməsini, yaşadığı evdə baxış keçirilməsinə etiraz etmədiyini, saxlanılan zaman ona qarşı hər hansı bir formada təzyiq olunmadığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin ümumi çəkisini müəyyən etmək məqsədi ilə “Pocket Scale” markalı elektron tərəzi ilə çəkilən zaman 01 ədəd qara rəngli sellofan kəsiyinə bükülmüş heroinə bənzər kütlənin sellofanla birlikdə çəkisinin 1.62 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd içərisində narkotik vasitəyə oxşar maddə olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “zərflər üçün” 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəyi qeyd edilmişdir (i.v. 36-38); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyul 2023-cü il tarixli 3-16-16/2-6/4044 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN zərflər üçün №154”-li dairəvi möhür əksi,” (imza) Məmmədov” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd təmiz çəkisi 1,352 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbayacan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 57-60); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyul 2023-cü il tarixli 3-16-16/2-6/4043 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN zərflər üçün №154”-li dairəvi möhür əksi,” (imza) Şahid1” yazısı və imzalar olan bağlamadakı təmiz çəkisi 1303,2 qram (1kq 303,2qr) qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdim edilmiş vət. Şahid1 aşkar edilərək götürülmüş heroin, Təqsirləndirilən şəxs aşkar edilmiş heroinlə (27 iyul 2023-cü il tarixli 3-16-16/2-6/4044 saylı ekspert rəyi) kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbayacan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 64-67); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-493/2023 nömrəli, 08 iyul 2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat və vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs həbsdə olmağı müddətinin əvvəli 26 iyul 2023-cü il tarixdən hesablanmışdır (i.v. 102- 106); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 (bir) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmünə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası dəyişdirilərək 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətində müəyyən edilmiş. 12 aprel 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v. 117-118); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 5531 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 114-115); videoyazıya baxış keçirilməsi haqqında 27 iyul 2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd “CD” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 26 iyul 2023-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 75); sübutların qiymətləndirilməsi haqqında 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri əks etdirən 01 ədəd “CD” formatlı diskin maddi sübut kimi tanınması və istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 1,352 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və qalıq qalmış 1,302 qram narkotik vasitə olan heroin saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilməsi qərara alınmışdır (i.v. 107-111); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 13 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibbi-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı o, həbs olunan zaman xəsarət aldığını bildirmişdir. Bədəninə baxış zamanı hər iki baldırın ön səthində 4-5 sm ölçüdə sıyrılmış, üzəri qərtməkli yara müşahidə edilmişdir (i.v. 218); Təqsirləndirilən şəxs 7406/2023 nömrəli tibbi kitabçasından görünür ki, baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsvirinin qeyd edilməsi üçün nəzərdə tutulan hissəsində Təqsirləndirilən şəxs bədəninin hər iki baldırın ön səthində 4-5 sm ölçüsündə sıyrıqlar, üzəri qərtməkli yaralar, həmçinin hər iki saidin ön və arxa səthində köhnə çapıq toxuması aşkar edilməsi qeyd edilmişdir. Bundan əlavə həmin xəsarətləri həbs edilən zaman aldığını bildirməsi ilə bağlı qeyd aparılmışdır (i.v. 219-223); cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Xətai Rayon Məhkəməsindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs tutulan zaman Xətai RPİ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında araşdırılma aparılmış və cinayət hadisəsi olmadığından 673-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi, qəbul edilmiş qərar barədə maraqlı tərəflərə məlumat verilməsi, material saxlanılmasından ötrü Xətai rayon prokurorluğunun arxivinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxış iclasında verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Müdafiə hüquqununun təməl institutu kimi Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə qeyd edir ki, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə Şahid3 və Şahid2 ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Lakin şahidlərdən Şahid1 təqsirləndirilən şəxsi əvvəlcədən tanıması və onların birlikdə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilmələri onun ifadəsinin inandırıcılığına təsir edir. Belə ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 narkotik vasitələrdən istifadə etdiyini, 26 iyul 2023-cü il tarixdə yaşadığı evin sahibi Təqsirləndirilən şəxs təklifi əsasında icarə haqqının bir hissəsinin qarşılığında narkotik vasitə verdiyini etiraf etmişdir (i.v. 94-96). Məhkəmə Şahid1 istintaq dövründə verdiyi ifadəsini daha inandırıcı hesab edir, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini isə əvvəldən tanıdığı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin, barəsində həbs qətimkan tədbiri seçilən zaman Təqsirləndirilən şəxs sərbəst şəkildə ifadə verərək narkotik vasitəni Şahid1 aldığını, yaşadığı evin bir otağını kirayəyə verdiyini, Şahid1 kirayə pulu əvəzinə ona narkotik vasitə təklif etdiyini, onun da razılaşdığını, polis əməkdaşları tərəfindən tutulduqda narkotik vasitəni İgiddən aldığını bildirdiyini, yaşadığı evə onun razılığı ilə baxış keçirildiyini, bu zaman həyətdəki döşəyin arasından narkotik vasitənin tapıldığını, törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, Polis Bölməsində olan zaman polis əməkdaşları ona təzyiq göstərərək fiziki zor tətbiq etdiklərinə görə narkotik vasitələrdən istifadə etməsini, üzərində daşımasını etiraf etmişdir. Lakin məhkəmə bu faktla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən işgəncəyə məruz qalması barədə Xətai rayon prokurorluğunda araşdırma aparılmış və 19 yanvar 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki zora məruz qalaraq ifadə verməsi faktı öz təsdiqini tapmamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 28 iyul 2023-cü il tarixli ifadəsində evlərini kirayə vermək üçün həyətin giriş qapısının üzərində kirayə verməsi ilə bağlı reklam xarakterli elan yazmış və xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində əvvəllər tanımadığı İgid adlı şəxs gələrək kirayə qalmaq istədiyini bildirmiş və ona qalacağı evi göstərərək aylığı 130 (bir yüz otuz) manata qalmağa razılaşmış və həyat yoldaşı ilə qalacağını söyləmişdir. Həmin günü saat təxminən 12 radələrində İgid ona özü ilə narkotik vasitə gətirdiyini demiş və o da narkotik istifadəçisi olduğu üçün ondan özünə narkotik vasitə verməsini və aylıq ödənişdən həmin məbləği çıxmasını xahiş etmişdir. Bununla da İgid ona şəxsi istifadəsi üçün 01 ədəd qara sellofana bükülmüş içərisində narkotik vasitə olan heroin vermişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində Naxçıvanski dairəsi yaxınlığında piyada gedən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını ona deyib onlarla polis bölməsinə getməyini bildirmişlər və o, polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 35-ci polis bölməsinə getmiş və orada xidməti otaqların birində dövlət hesabına təyin edilmiş vəkilinin iştirakı ilə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs qismində tutulmuş və tutulduqdan sonra təhqiqatçı tərəfindən ona üzərində qanunla qadağan edilmiş əşya və ya predment olduğu halda könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu zaman polis əməkdaşlarının iştirakı ilə və onları video yazı ilə qeydə alan kamera qarşısında əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli sellofanın içərisində olan narkotik vasitə hesab edilən heroini çıxararaq masanın üzərinə qoymuş və həmin bükülünün içərisində nə olduğu təhqiqatçı tərəfindən ondan soruşulduqda həmin bükülünün içərisində olan maddə narkotik vasitə heroindir və həmin heroini şəxsi istifadəsi üçün evində kirayədə yaşayan İgid adlı şəxsdən aldığını bildirilmiş və ifadəsinin sonunda “ifadəmi oxudum, mənim sözlərimlə doğru yazılıb, əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm” sözlərini yazmışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146-ci maddələri). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1,352 qram heroin şəxsi istehlak miqdarından artıq hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1265/2022 nömrəli 23 iyun 2022-ci il tarixli qərarı üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CMnin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1265/2022 nömrəli 23 iyun 2022-ci il tarixli qərarı ilə 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 12 aprel 2023-cü il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Göründüyü kimi üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1265/2022 nömrəli 23 iyun 2022-ci il tarixli qərarı üzrə olan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), cəza çəkmə müddətinin əvvəli 26 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan Xətai RPİnin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 1,352 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,302 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd «CD» formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (bir yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 26 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,352 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,302 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatlarının dəyərləri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (bir yüz əlli) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev
Məhkəmə qərarları › İş №1(011)-53/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-53/2024
08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver