Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-53/2025 13.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Xocavənd rayonu Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta tahsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Xocavənd rayonu Xocavənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Bakı Şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqla müəyyən edilməmiş vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 7,07 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşımış və 22 iyul 2024-cü il tarixdə saat 11:50-də Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanında yerləşən şirniyat evinin qarşısında saxlanılıb ünvan 4anında yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi-axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 7,07 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı, şahid ifadələri, üzərinə şəxsiaxtarış və götürmə zamanı əldə olunmuş maddi sübut və diskə baxış protokolu, məhkəmə narkoloji və məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o tutularkən üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları tərəfindən döyüldüyü üçün ona verilən ittihamı qəbul etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 iyul 2024-cü il tarixdə saat 11:30-da metronun “H.Aslanov” stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 30 manat nağd pul müqabilində “ot” kimi tanıdığı narkotik vasitə marixuana almışdır. 22 iyul 2024cü il tarixdə saat 11:50-də ünvan 6 ünvanında yerləşən şirniyat evinin qarşısında olduğu zaman iki nəfər şəxs ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını bidirib xidməti vəsiqələrini təqdim etmişlər. Həmin şəxslər onun narkotik vasitələrin qanunsuz döriyyəsində şübhəli olduğunu bildirib Xətai RPİ-nin 35-ci PB-nə aparmışlar. Polis şöbəsində hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi-axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən üzərində "xxxx" MMC-ə aid özünə məxsus ***-***-**-** mobil nömrə olan “Samsung A10” markalı mobil telefonu, şalvarın sağ arxa cibindən ayağına bağlanılmış elektron nəzarət cihazının quruğusunu, şalvarın sol yan cibindən 47 manat pulu, şalvarın sağ yan cibindən bir ədəd şəfaf sellofanı çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqdim etdiyi bir ədəd şəffaf sellofan büküm içərisində “ot” kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş və qeyd olunanlardan başqa heç bir əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkilərək bir ədəd zərfdə qablaşdırılıb möhürlənmişdir. Daha sonra təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsində bildirmişdir ki, törtədiyi əməldən səmimi peşmandır. Özünü təqsirli bilir, ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəfərov X4 rayonu Xocavənd kəndidnə qeydiyyatda olmaqla, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatla əlaqədar 22 iyul 2024-cü il tarixdə saat 11:50-də Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə ünvan 6 ünvanında yerləşən şirniyat evinin qarşısında Təqsirləndirilən şəxs saxlayıb özlərini ona təqdim edib, saxlama səbəbini izah etdikdən sonra ünvan 4anında yerləşən Xətai RPİ-nin 35-ci PB-nə dəvət edərək gətirmişlər. Polis bölməsinə dəvət olunmuş 13 saylı vəkil bürosunun vəkilinin, onun və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncu əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq içərisində “ot” kimi tanıdığı narkotik vasitə olmasını və həmin bükümü 22 iyul 2024-cü il tarixdə metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 30 manat nağd pul müqabilində şəxsi istifadəsi üçün almadını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən “Samsung A10” markalı mobil telefon, şlavarın sağ arxa cibindən ayağında olan elektron nəzarət cihazının qurğusu, şalvarın sol yan cibindən 47 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan büküm elektron tərizədə çəkildikdə büküm ilə birlikdə 7.32 qram olması müyyən edilərək bir ədəd zərfdə qablaşdırılıb möhürlənib və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 22 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə, saat 12:55-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 11:50-dən hesablanmışdır (i.v. 20); şəxsi axtarış və götürmə aparılması haqqında 22 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili Şahid1, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsunq” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın arxa sol cibindən özünə məxsus olmasını bildirdiyi "Samsung" markalı, üzərində 055 *** ** ** saylı mobil nömrə olan mobil telefonu, sağ arxa cibindən elektron nəzarət cihazını, sol yan cibindən 02 ədəd 1, 03 ədəd 5 və 10 manatlıq əskinazlarla ümumilikdə 47 AZN pulu, sağ yan cibindən isə 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində bitki tərkibli narkotik vasitə hesab olunan marixuanaya bənzər maddələr olan bükümü çıxarıb təqdim edərək, həmin bükümdəki maddələrin marixuana olmasını, metronun H.Aslanov stansiyası yaxınlığında tanımadığı şəxsdən 30 (otuz) manat pul müqabilində şəxsi istifadəsi üçün almasını təqdim olunan bükümlərdən başqa narkotik vasitəsinin olub-olmadığı və saxlanılan zaman ona qarşı fiziki güc tətbiq olunub-olunmadığı, üzərində axtarış aparılıb-aparılmaması barədə sual edildikdə, o təqdim etdiyi narkotik vasitədədən başqa heçbir yerdə narkotik vasitə saxlamadığını, saxlanılan zaman ona qarşı hər hansı bir formada təzyiq olunmadığını və orada onun üzərində heçbir axtarış aparılmadığını bildirmişdir. (i.v. 31-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2024cü il tarixli 3-16-16/2-7/1186 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01(bir) ədəd sellofan büküldə təmiz çəkisi-7,07 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (i.v 44-47); (ekspertiza xərci 78 manat) təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona müvafiq maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 56-57); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X5 barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır.(i.v 89-91) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhər Binəqədi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə aparılan cinayət işi Azərbaycan Respublikasının CPM-nin 40.3-cü və CM-nin 73.2-ci maddələrinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.(i.v 109-111); Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, tutulduğu 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.(i.v 115-121) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 5048 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. ( i.v. 124-135); sübutların qiymətləndirilməsi haqqında 08 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, məhkəmə fiziki-kimyəvi ekspertizasının 22 iyul 2024-cü il tarixli 3-16-16/2-7/1186 nömrəli rəyi sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, məhkəmə-narkoloji ekspertizasının 24 iyul 2024-cü il tarixli 5048 nömrəli rəyi üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilsin və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana 7,07 qram hesab edilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 7,07 qram olan maddi sübut kimi tanınması və qalıq qalmış 7,02 qram olan narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs istifadəsində olmuş "Samsung A50" markalı saxlanması üçün Xətai RPİnin saxlanc yerinə təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxsin əlavə dindirilməsi protokolunu və "Samsung A50" markalı mobil telefonuna baxış haqqında protokolu heç bir əsaslı səbəb göstərmədən imza etməməsi vəsatət kimi qəbul edilərək rədd edilməsi nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınsın və istintaq materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədiyi nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X3 olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınması, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmaqla icraata qəbul edilməməsi və qərarın surəti əməliyyat-axtarış tədbirlərinin gücləndiriməsindən ötrü Xətai RPİ-nin 35-ci PB-nə göndərilməsi qərara alınmışdır. (i.v. 177-182); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı Şəhəri Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində hökm və hökmün icrasına dair hakimin göstərişi xx.xx.2023-cü il tarixdə Bakı şəhər probasiya idarəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Xətai Rayon Məhkəməsinin 4(011)-516/24 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə məhkum barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 01 ay 20 gün həbsdə olması nəzərə alınmaqla) xx.xx.2025-ci il tarixə cəzasının çəkilməmiş hissəsi 03 ay 17 gün təşkil edir. “AZEMİS” elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X8 adlı azyaşlı övladları vardır. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərdan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, şəxsi axtarış və götürmə protokolunda qeyd olunanlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs tutulan zaman üzərində narkotik vasitə olan marixuana olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə məqsədi daşıyır və özünün məhkəməyədək icraat dövründə verdiyi ifadələri, şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqında daha sonra özünü təqsirli bilməsi barədə ifadəsi ilə və iş materillarına əlavə edilmiş digər sübutlar ilə təkzib olunur. Bundan əlavə, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərdan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan marixuananın xeyli miqdarının aşağı həddi 5 qram təşkil edir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 22 fevral tarixli Qərarı). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması(59.1.4) və əməlindən səmimi peşman olmasını (CM 59.2) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə islah azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən cinayətin residivi müəyyən olunmamışdır. Lakin qeyd edilən hal təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarkaterizə edən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmasını və əməlində cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi hazırki hökmlə qismən birləşdirilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsini xx.xx.2023-cü il tarixli, 1(001)- 135/2023 saylı hökmü ilə təyin edilmiş 02(iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 03(üç) ay 17(on yeddi) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən 01(bir) günə iki gün hesablanmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsiə əsasən ona təyin edilmiş 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 01(bir) il müddətə azadlıdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 22 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 7,02 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-53/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-53/2025
13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver