Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-530/2024 20.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1976-cı ildə Qazax rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəh., Suraxanı ray., Binə qəsəbəsi, Hövsan, Südçülük Savxozu, nömrəsiz fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bır ədəd bükümdə təmiz çəkisi 1,136 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 09 iyul 2024-cü il tarixdə saat 00:10da ünvan 3 ünvanın qarşısında saxlanılıb ünvan 4nin 35-ci PŞ-nin inzibati binasına gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvann sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 1,136 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, 1 ay müddət olardı ki, azadlığa çıxmışdır. Əhmədlidə “Kapital Bank”a sosial yardım almağa getmişdir. Oradan gələndən sonra polis əməkdaşları onu saxlamış və ona demişdirlər ki, rəis onu görmək istəyir. Daha sonra onu polis şöbəsinə aparmışdırlar. Orada ona bildirmişlər ki, ittihamı qəbul etməsə bacısıgilin evindən küllü miqdarda narkotik vasitə çıxardacaqlar. Həmçinin polis şöbəsində ona fiziki güc tətbiq olunmuşdur və bununla bağlı həbs qətimkan tədbiri seçilən zaman məhkəməyə bildirmişdir. Lakin daha sonra bu məsələ araşdırılmış və cavab verilmişdir ki, belə bir şey olmayıb. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək ibtidai istintaqdan fərqli olaraq məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xidmət etdiyi şöbəyə etimad doğuran, məlum və qərəzsiz mənbədən xx xxxx 1976-cı ildə Qazax rayonu, Çaylı kəndində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 9, mənzil 35-də qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, X10, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlayıb daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən şöbə rəisinə məruzə olunmuş, sonra Şahid1 rəhbərliyi ilə və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 09 iyul 2024cü il tarixdə saat 00:10-da tərəflərindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs ünvan 3 ünvanın qarşısında saxlanılmış və onun paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi məqsədilə Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət edilmiş, şöbədə Təqsirləndirilən şəxs saxlanılması barədə rəhbərliyə raportla məruzə edilmiş və o şöbənin təhqiqatçısı, polis mayoru X3 təhvil verilmiş, daha sonra təhqiqatçı Telman Camalov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq ona hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, sonra isə şübhəli şəxs qismində tutulmuş, bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilış aparılmaqla şəxsi axtarış keçirilmiş, həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanunu əşyaları çıxarıb masanın üzərinə qoymaq təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş içərisində tund qəhvəyi rəngli, spesifik iyə malik kütləni çıxarıb təqdim etmiş, təhqiqatçı tərəfindən sorğu zamanı Təqsirləndirilən şəxs qeyd edilən bükülünün içərisindəki maddənin narkotik vasitə olan tiryək olmasını və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün xx.xx.2024-cü il tarixdə metronun Neftçilər stansiyasının yaxınlığında tanımadığı və heç bir anket məlumatını bilmədiyi şəxsdən 20 manata aldığını bildirmiş, bundan sonra təhqiqatçı Telman Camalov tərəfindən həmin maddə tərəzidə çəkilmiş və çəkisinin 1,21 qram olması müəyyən edilərək kağız zərfə qoyulub qablaşdırılmaqla üzəri iştirakçılar tərəfindən imzalanmış və Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənmiş, videoçəkiliş zamanı təhqiqatçı Telman Camalov şübhəli şəxs Təqsirləndirilən şəxs başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını soruşduqda Təqsirləndirilən şəxs başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Dana sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, şəxsi axtarış və götürmə prosesini əks etdirən 01 ədəd CD disk isə protokola əlavə edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən və şöbəyə aparılarkən ona hər hansı bir formada fiziki güc tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 analoji məzmunda ifadə verərək şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiklərini eynilə təsdiqləmişdir. Məhkəmə iclas zalında elan edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, yəni ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, M.Hadi kuçəsi, ev 9, mənzil 35-də qeydiyyatda olsa da hazırda Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, X11 nömrəsiz fərdi evdə yaşayır, ailəlidir, heç bir yerdə işləmir, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur, uzun müddətdir narkotik vasitə olan heroindən istifadə edir. 09 yul 2024-cü il tarixdə saat 00:10-da ünvan 6 ünvanının qarşısında olan zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrdən istifadə etməkdə şübhəli bilindiyi uçun Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmiş, polis şöbəsində hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına müdafiəçi dəvət olunmuş, bundan sonra xidməti otaqların birində polis əməkdaşları və vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Baxışdan əvvəl üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya vardırsa çıxarıb təqdim etmək təklif olunmuş, bu təklifdən sonra könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə olan tiryək kimi aldığı maddəni çıxarıb masanın üzərinə qoymuş, sorğu zamanı həmin bükümun içərisindəki maddənin tiryək olduğunu, şəxsi istifadəsi üçün 09 iyul 2024-cu il tarixdə səhər saatlarında metronun Neftçilər stansiyasının yaxınlığında anket məlumatlarını və ünvanını bilmədiyi şəxsdən 20 manata almasını bildirmiş, daha sonra təqdim etdiyi kütlə elektron tərəzidə çəkilərək 1.21 qram olması müəyyən edilmiş və zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Şübhəli şəxs kimi saxlanılarkən və 34-cü PŞ-nə aparılarkən polis əməkdaşları tərəfindən ona hər hansı bir formada fiziki güc tətbiq edilməmiş, narkotik vasitə istifadəçisi olsa da heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar olunaraq götürülmüş maddəni tiryək adı ilə almış, sonradan isə heroin olmasını bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********** nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaq aparılmışdır; (i.v.1) - şübhəli şəxsin tutulması haqqında 09 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2024-cü il tarixdə saat 00:10 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v.41) - şəxsi axtarış və götürmə aparılması haqqında 08 iyul 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 bükümdə şəffaf selofan kəsiyinə bükülmüş qəhvəyi rəngdə, toz formasında olan, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddəni çıxararaq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələrinin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən təqdim etdiyi 01 bükümdə şəffaf selofan kəsiyinə bükülmüş qəhvəyi rəngdə, toz formasında olan, spesifik qoxuya malik maddənin "tiryək" adlanan narkotik vasitə olduğunu, həmin vasitəni tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Götürülmüş kütlə təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilmiş və 01 ədəd şəffaf selofan kəsiyində olan maddənin çəkisi 1,21 qram təşkil etdiyi müəyyən olunmuşdur; (i.v.46-47) - istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə olunmuşdur; (i.v.48) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/3531 nömrəli 09 iyul 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №152" dairəvi möhür əksi olan, "Təqsirləndirilən şəxs" sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,136 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi – 1,136 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,086 qram; (i.v.54-58) - diskə baxış keçirilməsi haqqında 09 iyul 2024-cü il tarixli protokoldan və məhkəmə iclasında “CD” disk üzrə videoyazı məlumatlarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik kütləni çıxarıb təqdim edir. Təhqiqatçı tərəfindən sorğu zamanı Təqsirləndirilən şəxs qeyd edilən bükülünün içərisindəki maddənin narkotik vasitə olan tiryək olmasını və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün xx.xx.2024-cü il tarixdə metronun Neftçilər stansiyasının yaxınlığında tanımadığı və heç bir anket məlumatını bilmədiyi şəxsdən 20 manata aldığını bildirir. Bundan sonra təhqiqatçı Telman Camalov tərəfindən həmin maddə tərəzidə çəkilir və çəkisinin 1.21 qram olması müəyyən edilərək kağız zərfə qoyulub qablaşdırılmaqla üzəri iştirakçılar tərəfindən imzalanır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənir. Eyni zamanda iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs görüntüdən göründüyü kimi üzərindən aşkar edilmiş 01 büküm kütlənin içərisində olan maddənin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün əldə etdiyini səmimi olaraq etiraf etməsi videogörüntüdə öz təsdiqini tapmışdır. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir; (i.v.67) - 10 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur; (i.v.79-80) - 10 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxsin etap olunması barədə qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məqsədi ilə saxlandığı Xətai RPİ-nin MSY-dən Xətai rayon prokurorluğuna və Xətai rayon məhkəməsinə aparılması qərara alınmışdır; (i.v.95) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 10 iyul 2024-cü il tarixli 4(011)-503/2024 saylı qərarından görünür ki, həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat və vəsatət təmin edilmiş, xx xxxx 1976-cı ildə Qazax rayonu, Çaylı kəndində anadan olmuş, ali təhsilli, evli, işləməyən, məhkumluğu olan, ünvan 7 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, X10, nömrəsiz fərdi evdə yaşayan, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilmiş, həbsdə olma müddətinin əvvəli 09 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır; (i.v.100-104) - 10 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxsin İstintaq Təcridxanasından Respublika Narkoloji Mərkəzinə etap edilməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspertizası müayinəsindən keçirilməsi üçün Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasından Respublika Narkoloji Mərkəzinə etap olunması qərara alınmışdır; (i.v.116) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 iyul 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Xətai rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 27 may 2024-cü il tarixli, 7(001)- 267/2024 saylı qərarı ilə məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü əsasında təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 7 (yeddi) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az agır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Odur ki, X5 məhkumluğu ödənilməmişdir və onun əməlində cinayətlərin residivi vardır; (i.v.123-125) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. - Bakı şəhəri Xətai rayon məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(011)-461/2022 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 1(011)-365/2022 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 04 avqust 2022-ci il tarixdən hesablanması hökm edilmişdir; (i.v.126-132) - Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 27 may 2024-cü il tarixli, 7(001)- 267/2024 saylı qərardan görünür ki, ərizə təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü əsasında təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 7 (yeddi) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkum Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerinı dəyişməmək vəzifəsı qoyulmuşdur. Onun üzərində nəzarət daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir; (i.v.133-136) - Azərbaycan Respublikası “ Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Bakı baş Səhiyyə Mərkəzi” X18 7 nömrəli Şəhər Poliklinikasının 03 sentyabr 2024-cü il tarixli 18-1- 1-41/2-502/2024 nömrəli məktubundan görünür ki, ünvan 9 ünvanında qeydiyyatda olan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 7 nömrəli şəhər poliklinikasında psixiatr müşahidəsində deyil; (i.v.147) - 05 sentyabr 2024-cü il tarixli həbs edilmiş şəxsin istintaq təcridxanasından X7 köçürülməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx xxxx 1976cı ildə Qazax rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 9, mənzil 35-də qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, X12, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs ilə bir sıra istintaq hərəkətləri aparılmasından ötrü həbsdə saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından 05 (beş) gün müddətinə Xətai RPİ-nin X7 keçirilməsi qərara alınmışdır; (i.v.151-153) - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 08 iyun 2009-cu il təvəllüdlü X1 Əli Üzeyir oğlunun övladıdır; (i.v.158) - Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 93 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən M.Hadi küçəsi 9, 31№-li mənzildə qeydiyyatdadır. Lakin mənzil satılıb, orada yaşamır; (i.v.159) - Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 93 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx xxxx 1976-cı il tarixdə Qazax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs 1980-ci il tarixdən M.Hadi küç. 9, m.35 ünvanında qeydiyyatla yaşayıb. Qonşular və sahə müfəttişi tərəfindən onun barəsində 93 saylı MKİS-nə heç bir şikayət daxil olmamışdır; (i.v.160) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X15 xx.xx.2024-cü il tarixli 6194 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; (i.v.162-163) - 13 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış araşdırılma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; (i.v.164-165) - 13 sentyabr 2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış və həmin tarixdə onun barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. İş üzrə maddi sübut əhəmiyyəti kəsb edən 1,136 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 1,086 qram narkotik vasitə heroin saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə səxsi axtarış və götürmə aparılması prosesinin video görüntüsünün əks olunduğu bir ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən onun əməlində cinayətlərin residivi olması nəzərə alınmışdır. Cinayət işi üzrə toplanmış sübutların məcmusu əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs barəsində Xətai rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərkən vermiş olduğu ifadə əsasında Xətai rayon prokurorluğunda araşdırma aparılmış və tibbi ekspertiza zamanı Təqsirləndirilən şəxs bədən səthində heç bir döyülmə və zorakılıq əlamətləri aşkar edilmədiyindən həmin xüsusatla bağlı cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, həmin qərar nəzərə alınmışdır. Cinayət işi üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında protokol, həmin prosesi əks etdirən videogörüntünün olduğu 01 ədəd disk və həmin diskə baxış protokolu işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandığı üçün sübut növü kimi qiymətləndirilmişdir. (i.v.166-173) Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafiə xarakterlidir, o cümlədən ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarlar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçənin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişinə, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarına və məhkəmə baxışı zamanı əldə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar hansılar ki, polis əməkdaşları onu saxlamış və ona demişdirlər ki, rəis onu görmək istəyir. Daha sonra onu polis şöbəsinə aparmışdırlar. Orada ona bildirmişlər ki, ittihamı qəbul etməsə bacısıgilin evindən küllü miqdarda narkotik vasitə çıxardacaqları həqiqətə uyğun deyil. Belə ki, məhkəmə iclasında maddi sübut kimi tanınmış diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, şəxsi axtarış və götürmə aparılması zamanı ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 bükümdə şəffaf selofan kəsiyinə bükülmüş qəhvəyi rəngdə, toz formasında olan, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddəni çıxararaq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələrinin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən təqdim etdiyi 01 bükümdə şəffaf selofan kəsiyinə bükülmüş qəhvəyi rəngdə, toz formasında olan, spesifik qoxuya malik maddənin "tiryək" adlanan narkotik vasitə olduğunu, həmin vasitəni tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Həmçinin polis əməkdaşları tərəfindən döyülməsi barədə dedikləri 13 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla təkzib edilir, belə ki, aparılmış araşdırılma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 1,136 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən şəxsin törətdiyi yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs Qapaqov X6 cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi məhkəmə tərəfindən onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini, o cümlədən iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 7(001)-267/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsi ilə nəzərə alınmaqla təqsirləndirilən şəxsə həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməli, hazırkı cinayət əməlini cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə törətdiyinə görə həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən onun barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona həmin Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Bundan əlavə, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi üçün əsas müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 09 iyul 2024-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 09 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1,086 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 32 (otuz iki) iş saatına görə 192 (yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 7(001)-267/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin 1(011)-461/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 09 iyul 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,086 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 32 (otuz iki) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 192 (yüz doxsan iki) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-530/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-530/2024
20.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver