Məhkəmə qərarları › İş №1(011)-531/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-531/2025

23.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-531/2025 23.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə qohumu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun Şahid3 vermiş olduğu 12.000 manat pulun geri qaytarılmasında həmçinin oğlu Şahid1 1 ay müddətində Azərbaycan X9 və İdman Akademiyasına qəbul edilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitlərini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 27 sentyabr 2024-cü il tarixdə ünvan 3 ünvanda Şahid3 tərəfindən mobil tətbiq vasitəsi ilə bank kart hesabına göndərilmiş 1.500 manat, 17 oktyabr 2024-cü il tarixdə həmin ünvanda Zərərçəkmiş şəxs tərəfindən verilmiş 500 manat, 18 oktyabr 2024-cü il tarixdə həmin ünvanda həmin qaydada verilmiş 1.000 manat, 20 oktyabr 2024-cü il tarixdə Şahid3 tərəfindən bank kart hesabına mobil tətbiq vasitəsi ilə göndərilmiş 2.000 manat, 24 oktyabr 2024-cü il tarixdə ünvan 4 ünvanda Zərərçəkmiş şəxs tərəfindən verilmiş 3.000 manat, cəmi 8.000 manat pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 8.000 (səkkiz min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bibisi qızıdır. Zərərçəkmiş şəxs oğlu Şahid1 imtahanın kodlaşdırmasında etdiyi səhvə görə universitetə qəbul olunmamışdır. 25 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs anası Şahid4 ilə bu barədə telefon vasitəsi ilə söhbət edərkən anası Leylaya qohumu olan Şahid3 təhsil sahəsində tanışlarının olduğunu bildirmişdir. Anası Şahid4 Zərərçəkmiş şəxs Şahid3 ilə telefon əlaqəsi saxlamağı tövsiyə etmişdir. Leyla oğlu Rəhman ilə birlikdə 25 avqust 2024-cü il tarixdə Şahid3 ilə əlaqə saxlayaraq sonuncunun ünvan 3 ünvanında yerləşən “Akademiya diplom” adlı tədris mərkəzinə getmişdir. Sonradan ona və anasına məlum olmuşdur ki, 27 avqsut 2024-cü il tarixdə saat 14 radələrində Leyla oğlu Rəhmanın dövlət imtahan mərkəzində kodlaşdırmasına və apellyasiya verilməsinə görə ümumilikdə Şahid3 12.000 manat pulu Nərmanov rayonundakı ofisində versə də aldanılmışdır. 09 sentyabr 2024-cü il tarixdə Leyla anası ilə Samirənin hərəkəti ilə bağlı məsələyə aydınlıq gətirməsindən ötrü yaşadıqları ünvana getmişlər. Həmin vaxt evdə olmuşdur. Leyla Samirə tərəfindən aldanıldığını və sonuncunun pulu geri qaytarmadığını bildirmişdir. Bu məsələni bildikdən sonra Leylaya köməklik edə biləcəyini Rəhmanı 1 ay müddətində Azərbaycan X9 və İdman Akademiyasına qəbul etdirəcəyini, Samirədən 12.000 manat pulu alıb qaytaracağını söz vermişdir. 10 sentyabr 2024-cü il tarixdən başlayaraq hər gün Leyla ilə birlikdə Samirənin ofisinə gedib pulu geri istəmişlər. 27 sentyabr 2024-cü il tarixdə Samirənin ofisinə Leyla ilə birlikdə yenidən getdikdə Samirə gün ərzində pulu verəcəyini bildirmişdir. Leyla hava qaranlıq olduğu üçün evinə qayıtmışdır. O, gecə də olsa pulu alacağını Leylaya bildirmişdir. Həmin günü Samirə onun bank kartına 1.500 manat pul göndərmişdir. Lakin bu barədə gec olduğu üçün Leylaya deməyi unutmuşdur. 28 sentyabr 2024-cü il tarixdə Leyla ilə birlikdə yenidən Samirənin ofisinə getdikdə sonuncu 27 sentyabr 2024-cü il tarixdə onun bank kartına 1.500 manat pul göndərdiyini bildirdikdə təsdiq etmişdir. Leyla pulu geri istədikdə Leylaya Rəhmanın ali məktəbə daxil olması üçün tanışlarının vasitəsi ilə idman akademiyasına qəbul etdirəcəyini bildirmişdir. Buna görə də 1.500 manat pul onda qalmışdır. Hər gün Samirənin ofisinə gedərək pulları geri tələb etdikdə sonuncu 04 oktyabr 2024-cü il tarixdə onun yanında Leylaya 2.000 manat pul vermişdir. 06 oktyabr 2024-cü il tarixdə yenidən Samirə ofisində onun yanında Leylaya nağd olaraq 3.000 manat pul vermişdir. Təkrarən Samirənin ofisinə gedərək pulları geri tələb etdikdə sonuncu 09 oktyabr 2024-cü il tarixdə onun yanında Leylaya 1.000 manat pul vermişdir. Samirənin ofisinə gedərək pulları geri tələb etdikdə sonuncu 13 oktyabr 2024-cü il tarixdə onun yanında Leylaya 1.500 manat pul vermişdir. 17 oktyabr 2024-cü il tarixdə Samirə ofisində onun yanında nağd olaraq Leylaya 2.000 manat pul vermişdir. Həmin günü o, yalandan xəstəxanadan Rəhman ilə bağlı arayış almaq üçün Leyladan 500 manat pul almışdır. 18 oktyabr 2024-cü il tarixdə Samirə ofisində onun yanında nağd olaraq Leylaya 1.000 manat pul vermişdir. O, Leylanın pul aldığını görüb 1.000 manat pul istəmişdir ki, Rəhmanın sənədlərini yenidən sistemə yüklətdirəcək. Leyla 1.000 manat pulu ona Nərimanov rayonunda vermişdir. 20 oktyabr 2024-cü il tarixdə Samirənin ofisinə birlikdə getdikdə sonuncu Leyladan bank kartı istəmişdir ki, karta 2.000 manat pul göndərsin. Leylanın telefonunda mobil tətbiq olmadığı üçün onun bank kartını bildirmişlər. Samirə onun kartını tanışına göndərmişdir. Həmin şəxş 2.000 manat pulu onun bank kartına göndərmişdir. O, pulun gəlməsini təsdiq etmişdir. Leyla onunla pulu bankamatdan çıxarmaq üçün yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə getmişdir. O, bankomatda pulun olmadığını, səhəri günü Leylanın bank kartına pulu göndərəcəyini bildirmişdir. Leyla yenidən onun sözünə inanaraq razılaşmışdır. Leyla 21 oktyabr 2024-cü il tarixdə ondan pulu istədikdə yalandan bildirmişdir ki, Rəhmanın işi ilə bağlı tanışı ilə görüşməyə gedir buna görədə kartda pul qalmasını bildirmişdir. 24 oktyabr 2024-cü il tarixədək onunla əlaqə saxladıqda hər dəfə müxtəlif bəhanələr edirdi. Həmin günü güya tanışı ilə danışdığını və 3.000 manat əlavə pul istədiklərini bildirmişdir. Leyla ona inandığı üçün ünvan 4 ünvanında 3.000 manat pulu oğlu Rəhmanın yanında ona vermişdir. Lakin bir neçə gündən sonra Rəhman ilə bağlı Leyla heç bir iş görülmədiyini gördükdə 8.000 manat pulunu geri istədikdə o, müxtəlif bəhanələrlə aldatmağa davam etmişdir. Aldığı ümumlikdə 8.000 manat pulu öz ehtiyaclarına xərcləmişdir. İdarə etdiyi “Fiat” markalı **- LG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə olan borclarını vermişdir. Leylanın oğlunu universitetə düzəltmək üçün 8.000 manat pulu tez bir zamanda qaytaracağına söz vermiş, ümumilikdə Leyladan 8.000 manat pul almışdır.. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. Aralarında əvvəllər soyuq münasibət olsa da, lakin sonradan münasibətləri bərpa olunmuşdur. Övladı xx xxx 2007-ci il təvəllüdlü Şahid1 2024-cü ilin iyun ayında Azərbaycan X9 və İdman Akademiyasına qəbul olmaq üçün imtahan vermişdir. Rəhman imtahan verdikdən sonra kodlaşdırmanı yalnış etdiyi üçün akademiyaya qəbul olmamışdır. Kodlaşdırmada səhv olduğu üçün X7 şifahi şəkildə müraciət etmişdir. X3 ona ərizə yazıb yenidən müraciət etməyi məsləhət görmüşlər. O, oğlu ilə birlikdə evə qayıtmışdır. Həmin günü anası Şahid2 evində olan zaman sonuncuya oğlu Rəhmandanda aşağı bal toplayan abituriyentlərin qəbul olduğunu kodlaşdırmanın səhv olduğu üçün oğlunun qəbul olmadığını bildirmişdir. Söhbət əsnasında anasının qardaşının həyat yoldaşı Şahid4 ilə əlaqə yaratmağını, sonuncunun bu məsələni həll edə biləcək tanışlarının olduğunu bildirmişdir. Bundan sonra Dursuna məxsus mobil nömrə ilə əlaqə yaratmış və olanları bildirmişdir. Dursun israrla Samirə adlı tanışının köməklik edə biləcəyini bildirib sonuncunun mobil nömrəsini ona vermişdir. O, Samirə ilə 26 avqust 2024-cü il tarixdə əlaqə saxladıqda onu ünvan 5 ünvanında yerləşən “Akademiya diplom” adlı tədris mərkəzinə dəvət etmişdir. Həmin günü saat 13 radələrində o, anası və oğlu ilə birlikdə Rəhmana aid olan sənədləri götürüb Şahid3 ofisinə getmişdir. Həmin ofisdə Şahid3 ilə görüşərək Dursunun qohumu olduğunu və oğlunun Azərbaycan X9 və İdman Akademiyasına daxil ola bilməməsinin səbəbini ətraflı şəkildə izah etmişdir. Şahid3 ona bu məsələdə köməklik edə biləcəyini bildirib, valideyn olaraq onun adından X7 ərizə yazacağını və kodlaşdırmanı da təkrar olaraq özü edəcəyini uşağın illik pulunu da akademiyaya ödəyəcəyini bildirərək söz vermişdir. Samirə bütün dediklərini yəni oğlu X2 qəbul etdirə biləcəyini qeyd edərək 12.000 manat pul verməli olacağını bildirmişdir. Həmin günü üzərində pul olmadığı üçün səhəri günü gələ biləcəyini bildirmişdir. 27 avqsut 2024-cü il tarixdə saat 14 radələrində Şahid3 işlədiyi ünvan 3 ünvanında “Akademiya diplom” adlı tədris mərkəzinə anası və oğlu ilə gedərək 12.000 manat pulu və Rəhmana aid sənədləri Şahid3 vermişdir. Şahid3 pulu nağd şəkildə verdikdən sonra 05 sentyabr 2024-cü il tarixdə X5 apellyasiyaya müraciətləri ilə bağlı sisteminə baxarkən bağlanıldığını görmüşdür. Bundan sonra 08 sentyabr 2024-cü il tarixdə onun mobil nömrəsinə oğlu Rəhmanın peşə məktəbinə daxil olması ilə bağlı sms gəlmişdir. O, oğlunun peşə məktəbinə deyil idman akademiyasına daxil olması üçün Şahid3 12.000 manat pul vermişdir. Samirə ilə əlaqə saxlayıb nə səbəbdən oğlunun peşə məktəbinə daxil olmasını soruşduqda sonuncu bildirmişdir ki, balı peşə məktəbinə uyğun olduğu üçün daxil olduqdan sonra idman akademiyasına dəyişdirmək asan olacaqdır. O, Samirə tərəfindən aldanıldığını şübhələndiyi üçün verdiyi 12.000 manat pulu geri istəmişdir. Samirə müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırmışdır. Bundan sonra 09 sentyabr 2024-cü il tarixdə anası Fatma dayısının həyat yoldaşı Dursun ilə əlaqə saxlayaraq Samirə ilə bağlı məsələyə aydınlıq gətirməsindən ötrü sonuncunun yaşadığı ünvana getmişdir. Evə daxil olduqda Dursunun oğlu Təqsirləndirilən şəxs evdə olmuşdur. X8 tərəfindən aldanıldığını və pulunu geri qaytarmadığını bildirmişdir. Bunu eşidən Təqsirləndirilən şəxs bu məsələdə köməklik edə biləcəyini bildirib Samirədən 12.000 pulu alıb qaytaracağını söz vermişdir. 10 sentyabr 2024-cü il tarixdən başlayaraq hər gün Rasimlə birlikdə Samirəninofisinə gedib pulu geri istəmişlər. 27 sentyabr 2024-cü il tarixdə Samirənin ofisinə Rasim ilə birlikdə yenidən getdikdə Samirə gün ərzində pulu verəcəyini bildirmişdir. O, hava qaranlıq olduğu üçün evinə qayıtmışdır. Rasim gecə də olsa pulu alacağını bildirmişdir. 28 sentyabr 2024-cü il tarixdə Rasim ilə birlikdə yenidən Samirənin Nərimanov rayonu F.Yusifov küçəsi 37 ünavnında yerləşən ofisinə getdikdə sonuncu 27 sentyabr 2024-cü il tarixdə Rasimin bank kartına 1.500 manat pul göndərdiyini bildirmişdir. O, Rasimə bu barədə Samirənin yanında sual verdikdə Rasim təsdiq etmişdir. Rasimdən pulu geri istədikdə sonuncu bildirmişdir ki, oğlu Rəhmanın ali məktəbə daxil olması üçün tanışlarının vasitəsi ilə idman akademiyasına qəbul etdirəcək. Buna görə də o, 1.500 manat pulu Rasimdən tələb etməmişdir. Hər gün Samirənin ofisinə gedərək pulları geri tələb etdikdə Samirə 04 oktyabr 2024-cü il tarixdə Rasimin yanında ona 2.000 manat pul vermişdir. O, həmin pulu götürüb evinə getmişdir. 06 oktyabr 2024-cü il tarixdə Samirə ofisində Rasimin yanında ona nağd olaraq 3.000 manat pul vermişdir. O, həmin pulu da götürüb evinə getmişdir. Samirənin ofisinə gedərək pulları geri tələb etdikdə sonuncu 09 oktyabr 2024-cü il tarixdə Rasimin yanında ona 1.000 manat pul vermişdir. O, həmin pulu götürüb evinə getmişdir. Samirənin ofisinə gedərək pulları geri tələb etdikdə Samirə 13 oktyabr 2024-cü il tarixdə Rasimin yanında ona 1.500 manat pul vermişdir. O, həmin pulu götürüb evinə getmişdir. 17 oktyabr 2024-cü il tarixdə Samirə ofisində Rasimin yanında ona nağd olaraq 2.000 manat pul vermişdir. Rasim xəstəxanadan Rəhman ilə bağlı arayış alması üçün ondan Nərimanov rayonu, F.Yusifov küçəsi 37 ünvanında 500 manat pul almışdır. 18 oktyabr 2024-cü il tarixdə Samirə ofisində Rasimin yanında ona nağd olaraq 1.000 manat pul vermişdir. Rasim pul aldığını görüb ondan 1.000 manat pulu istəmişdir ki, Rəhmanın sənədlərini yenidən sistemə yükləsin. O, 1.000 manat pulu Rasimə Nərimanov rayonu, F.Yusifov küçəsi 37 ünvanında vermişdir. 20 oktyabr 2024-cü il tarixdə Samirənin ofisinə Rasim ilə birlikdə getdikdə Samirə ondan bank kartı istəmişdir ki, karta 2.000 manat pul göndərsin. Onun telefonunda mobil tətbiq olmadığı üçün Rasimin bank kartını bildirmişlər. Samirə Rasimin kartını tanışına göndərmişdir. Həmin şəxş 2.000 manat pulu Rasimin bank kartına göndərmişdir. Rasim Nərimanov rayonu, F.Yusifov küçəsi 37 ünvanda 2.000 manat pulun gəlməsini təsdiq etmiş, pulu bankomatdan çıxarmaq üçün Rasim ilə sonuncunun yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə getmişdir. Rasim bankomatda pulun olmadığını səhəri günü bank kartına pulu göndərəcəyini bildirmişdir. O, yenidən Rasimin sözünə inanaraq razılaşmışdır. Rasimdən 21 oktyabr 2024-cü il tarixdə pulu istədikdə sonuncu bildirmişdir ki, Rəhmanın işi ilə bağlı tanışı ilə görüşməyə gedir buna görədə kartda pul qalmasını istəyir. O, oğlunun işinə görə Rasimin üzərinə getməmişdir. 24 oktyabr 2024-cü il tarixədək Rasim ilə əlaqə saxladıqda sonuncu hər dəfə müxtəlif bəhanələr edirdi. Həmin günü güya tanışı ilə danışdığını və 3.000 manat əlavə pul istədiklərini bildirmişdir. O, məcburiyyət qarşısında qalaraq anasının yaşadığı ünvan 4 ünvanda 3.000 manat pulu Rasimə oğlu Rəhmanın yanında vermişdir. Lakin bir neçə gündən sonra Rasimində onu aldatdığının və ona qarşı qabaqcadan düşünülmüş şəkildə dələduzluq əməlini görüb 8.000 manatı geri istədikdə müxtəlif bəhanələr gətirərək aldatmağa davam etmişdir. Rasim adlı qohumunun onu aldatması nəticəsində ona ümumlikdə 8.000 manat maddi ziyan dəymişdir. Həmin ziyandan ona cəmi 800 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2024-cü avqust ayının əvvəllərində ünvan 3 ünvanında “Akademiya diplom” adlı tədris mərkəzi açaraq fəaliyyət göstərmişdir. Həmin tədris mərkəzinin fəaliyyəti ali məktəbə daxil olmaq istəyən abituriyentlərin hazırlaşması və kodlaşması üçün köməklik etmək olmuşdur. 2024-cü ilin avqust ayında Təqsirləndirilən şəxs anası onun qohumu Şahid4 mobil nömrəsinə zəng edərək baldızı qızı Zərərçəkmiş şəxs oğlu Rəhman Məcidovun Azərbaycan X9 və İdman Akademiyasına verdiyi imtahanın kodlaşdırmasında etdiyi səhvə görə universitetə qəbul olunmamasını və köməklik etmək lazım olduğunu bildirmişdir. O, nömrəni Zərərçəkmiş şəxs verməsini bildirmişdir. Zərərçəkmiş şəxs onunla telefon vasitəsi ilə əlaqə saxladıqda ofisin yerini izah etmişdir. Leyla 24 avqust 2024-cü il tarixdə ofisinə gedib oğlunun Azərbaycan X9 və İdman Akademiyasına verdiyi imtahanın kodlaşdırmasında etdiyi səhvə görə gəldiyini bildirmişdir. O, Rəhman Məcidovun sənədlərinə baxdıqdan sonra kodlaşmasında köməklik edə biləcəyini və gələcəkdə təhsil haqqı ilə kodlaşdırmaya görə ümumilikdə 12.000 manat pul alacağını bildirmişdir. Leyla ilə danışığı belə olmuşdur ki, həmin 12.000 manat puldan qalarsa qaytaracaqdır. Leyla 26 avqust 2024-cü il tarixdə yenidən ofisə gələrək 12.000 manat pul vermişdir. O, həmin pulu aldıqdan sonra Rəhmanın kodlaşdırmasına köməklik etmişdir. Rəhman onun köməkliyi ilə peşə məktəblərinin birinə qəbul olunmuşdur. Lakin Leyla həmin məktəbi istəmədiyi üçün pulunu geri istəmişdir. O, həmin pulun bir hissəsini Rəhmanın kodlaşdırması ilə bağlı xərclədiyi üçün bir müddət vaxt istəmişdir ki, pulunu tam şəkildə qaytara bilsin. Lakin Leyla pulunu tez bir zamanda istədiyi üçün 2024-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs ilə birlikdə ofisə golib pulu istədikdə o, Leylanın razılığı ilə hazırda xatırlamadığı Rasimin bank kartına 1.500 manat pul göndərmişdir. Bir neçə gündən sonra nağd olaraq Leylaya 1.000 manat pul vermişdir. Bundan sonra Rasim onunla əlaqə saxladıqda 2.000 manat pulu Leylanın razılığı ilə sonuncunun “Kapital Bank” kartına göndərmişdir. Digər qalan məbləğləri isə nağd şəkildə Leylanın özünə vermişdir. Ümumilikdə Leyladan aldığı 12.000 manat pulu tam şəkildə Zərərçəkmiş şəxs 2024-cü ilin dekabr ayınadək qaytarmışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2024-cü ilin iyun ayında Azərbaycan X9 və İdman Akademiyasına qəbul olmaq üçün imtahan vermişdir. İmtahan verdikdən sonra kodlaşdırmanı yalnış etdiyi üçün akademiyaya qəbul olunmamışdır. Kodlaşdırmada səhv olduğu üçün anası X7 şifahi şəkildə müraciət etmişdir. X3 anasına ərizə yazıb yenidən müraciət etməsini məsləhət görmüşlər. Anası onun ilə birlikdə evə qayıdıb nənəsi Şahid2 evində olan zaman sonuncuya aşağı bal toplayan abituriyentlərin qəbul olduğunu onların etdikləri kodlaşdırmanın səhv olduğu üçün qəbul olmadığını bildirmişdir. Söhbət əsnasında nənəsi anasına qohumları Şahid4 ilə əlaqə yaratmağı, sonuncunun bu məsələni həll edə biləcək tanışlarının olduğunu bildirmişdir. Bundan sonra anası Dursuna məxsus mobil nömrə ilə əlaqə yaratmış və olanları bildirmişdir. Dursun israrla Samirə adlı tanışının onlara köməklik edə biləcəyini bildirib sonuncunun mobil nömrəsini anasına vermişdir. Anası Samirə ilə 26 avqust 2024-cü il tarixdə əlaqə saxladıqda onları ünvan 3 ünvanında yerləşən “Akademiya diploma” adlı tədris mərkəzinə dəvət etmişdir. Həmin günü saat 13 radələrində o, anası və nənəsi ona aid sənədləri götürüb Şahid3 ofisinə getmişlər. Həmin ofisdə Şahid3 ilə görüşərək ona Dursunun qohumu olduqlarını və onun Azərbaycan X9 və İdman Akademiyasına daxil ola bilməməyinin səbəbini ətraflı şəkildə izah etmişlər. Şahid3 bu məsələdə köməklik edə biləcəyini bildirib, valideyn olaraq anasının adından X7 ərizə yazacağını və kodlaşdırmanı da təkrar olaraq özü edəcəyini illik pulunuda akademiyaya ödəyəcəyini bildirərək söz vermişdir. Samirə bütün dediklərini, yəni onun İdman Akdemiyasına qəbul etdirə biləcəyini qeyd edərək 12.000 manat pul verməli olacaqlarını bildirmişdir. Həmin günü üzərlərində pul olmadığı üçün səhəri günü gələ biləcəklərini bildirmişlər. 27 avqust 2024-cü il tarixdə saat 14 radələrində Şahid3 işlədiyi Nərmanov rayonundakı ofisinə anası və nənəsi ilə gedərək 12.000 manat pulu və ona aid sənədləri Şahid3 vermişlər. Şahid3 pulu nağd şəkildə verdikdən sonra 05 sentyabr 2024-cü il tarixdə DİM-nin apellyasiyaya müraciətləri ilə bağlı sisteminə baxarkən bağlanıldığını görmüşlər. Bundan sonra 08 sentyabr 2024-cü il tarixdə anasının mobil nömrəsinə sms gələrək onun peşə məktəbinə daxil olması ilə bağlı sms gəlmişdir. Onlar peşə məktəbinə deyil idman akademiyasına daxil olması üçün Şahid3 12.000 manat pul vermişlər. Samirə ilə əlaqə saxlayıb nə səbəbdən peşə məktəbinə daxil olmasını soruşduqda Samirə bildirmişdir ki, balı peşə məktəbinə uyğun olduğu üçün daxil olduqdan sonra idman akademiyasına dəyişdirmək asan olacaqdır. Samirə tərəfindən aldanıldıqlarıdan şübhələndikləri üçün anası verdiyi 12.000 manat pulu geri istəmişdir. Samirə müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırırdı. Bundan sonra 09 sentyabr 2024-cü il tarixdə nənəsi Fatma Dursun ilə əlaqə saxlayaraq Samirə ilə bağlı məsələyə aydınlıq gətirməsindən ötrü onların yaşadığı ünvana getmişlər. Evə daxil olduqda Dursunun oğlu Təqsirləndirilən şəxs evdə idi. Onlar X8 tərəfindən aldanıldıqlarını və pulu geri qaytarmamağı bildirmişlər. Bunu eşidən Təqsirləndirilən şəxs bu məsələni bildikdən sonra onlara köməklik edə biləcəyini bildirib Samirədən 12.000 pulu alıb qaytaracağını söz vermişdir. 10 sentyabr 2024-cü ildə qayıtmışlar. Rasim gecə də olsa pulu alacağını bildirmişdir. 28 sentyabr 2024-cü il tarixdə Rasim ilə birlikdə yenidən Samirənin ofisinə getdikdə sonuncu 27 sentyabr 2024-cü il tarixdə Rasimin bank kartına 1.500 manat pul göndərdiyini bildirmişdir. Anası Rasimə bu barədə Samirənin yanında sual verdikdə Rasim təsdiq etmişdir. Rasimdən pulu geri istədikdə o, bildirmişdir ki, onun ali məktəbə daxil olması üçün tanışlarının vasitəsi ilə İdman Akademiyasına qəbul etdirəcək. Buna görə də 1.500 manat pulu Rasimdən tələb etməmişlər. Hər gün Samirənin ofisinə gedərək pulları geri tələb etdikdə Samirə 04 oktyabr 2024-cü il tarixdə Rasimin yanında 2.000 manat pul vermişdir. Həmin pulu götürüb evlərinə getmişlər. 06 oktyabr 2024-cü il tarixdə Samirə ofisində Rasimin yanında nağd olaraq 3.000 manat pul vermişdir. Həmin pulu da götürüb evlərinə getmişlər. Samirənin ofisinə gedərək pulları geri tələb etdikdə Samirə 09 oktyabr 2024-cü il tarixdə Rasimin yanında 1.000 manat pul vermişdir. Həmin pulu götürüb evə getmişlər. Samirənin ofisinə gedərək pulları geri tələb etdikdə Samirə 13 oktyabr 2024-cü il tarixdə Rasimin yanında 1.500 manat pul vermişdir. Həmin pulu götürüb evə getmişlər. 17 oktyabr 2024-cü il tarixdə Samirə ofisində Rasimin yanında nağd olaraq 2.000 manat pul vermişdir. Rasim xəstəxanadan Rəhman ilə bağlı arayış alması üçün anasından 500 manat pul almışdır. 18 oktyabr 2024-cü il tarixdə Samirə ofisində Rasimin yanında anasına nağd olaraq 1.000 manat pul vermişdir. Rasim pul aldıqlarını görüb anasından 1.000 manat pulu istəmişdir ki, onun sənədlərini yenidən sistemə yükləsin. Anası 1.000 manat pulu Rasimə Nərimanov rayonunda vermişdir. 20 oktyabr 2024-cü il tarixdə Samirənin ofisinə Rasim ilə birlikdə getdikdə Samirə anasından bank kartı istəmişdir ki, karta 2.000 manat pul göndərsin. Anası telefonunda mobil tətbiq olmadığı üçün Rasimin bank kartını bildirmişdir. Samirə Rasimin kartını tanışına göndərişdir. Həmin şəxş 2.000 manat pulu Rasimin bank kartına göndərmişdir. Rasim pulun gəlməsini təsdiq etmişdir. Anası Rasim ilə pulu bankomatdan çıxarması üçün yaşadığı Bakıxanov qəsəbəsinə getmişdir. Rasim bankomatda pulun olmadığını səhəri günü anasının bank kartına pulu göndərəcəyini bildirmişdir. Anası yenidən Rasimin sözünə inanaraq razılaşmışdır. Rasimdən 21 oktyabr 2024- cü il tarixdə pulu istədikdə bildirmişdir ki, onun işi ilə bağlı tanışı ilə görüşməyə gedir buna görə də kartda pul qalmasını bildirmişdir. Anası da işinə görə Rasimin üzərinə getməmişdir. 24 oktyabr 2024-cü il tarixədək Rasim ilə əlaqə saxladıqda hər dəfə müxtəlif bəhanələr edirdi. Həmin günü güya tanışı ilə danışdığını və 3.000 manat əlavə pul istədiklərini bildirmişdir. Anası məcburiyyət qarşısında qalaraq həmin pulu düzəldib nənəsinin yaşadığı ünvan 4 ünvanında 3.000 manat pulu Rasimə onun yanında vermişdir. Lakin bir neçə gündən sonra Rasimində onları aldatdığını və onlara qarşı qabaqcadan düşünülmüş şəkildə dələduzluq əməlini görüb 8.000 manat pullarını geri istədikdə bu günə kimi müxtəlif bəhanələr gətirərək aldatmağa davam edir. Onları aldatması nəticəsində ümumilikdə 8.000 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun baldızı qızı Təqsirləndirilən şəxs isə oğludur. 2024-cü ilin yay aylarında baldızının oğlu Şahid1 İdman Akademiyasına vermiş olduğu imtahandan sonra X5 kodlaşdırmasında etdiyi səhvlərə görə təhsil müəssəsinə daxil ola bilmədiyini baldızı Fatmanın vasitəsi ilə bilmişdir. O, Rəhmanın kodlaşdırmada səhv etdiyini bilib sonuncuya tanışının olmasını və kömək edə biləcəyinə tam əminliklə əmin etdikdən sonra Samirə adlı rəfiqəsi ilə tanış etmişdir. Lakin sonradan Samirənin Leylaya kömək edə bilmədiyini və sonuncudan aldığı 12.000 manat pulu qaytarmadığını bilmişdir. Oğlu Rasim baş vermiş hadisəni bildikdən sonra Leylanın iştirakı ilə Samirədən bir neçə dəfəyə 12.000 manat pulu alaraq Leylaya qaytarmışdır. X1 özəl ali təhsil müəssələrinin birinə tələbə kimi düzəldə biləcəyini vəd edərək ondan ümumilikdə bir neçə dəfəyə 8.000 manat pul aldığını və aldatdığını Leyla və Fatmanın oğlu Rasimdən ona etdiyi şikayətindən sonra bilmişdir. Rasimin ilk günlərdən Leylanın oğlunu unversitetlərin birinə pul alaraq düzəltmək üçün vədlər verdiyindən xəbəri olmamışdır. O, Leyla və Fatma ilə Rasimin arasında olmuş narahatçılıqdan sonra Rasimin Leyladan oğlunu təhsil müəsissələrinin birinə tələbə kimi düzəltmək məqsədi ilə ona vəd verib 8.000 manata yaxın pul aldığını bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 04 avqust 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılması üçün Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 1); cinayət işinin icraata qəbul edilməsi haqqında 08 avqust 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi istintaqı aparılması üçün icraatına qəbul edilmişdir (i.v. 53); zərərçəkmiş şəxs qismində tanınma haqqında 11 avqust 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 55); SMS yazışmalarına baxış keçriilməsi haqqında 16 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs +994 55 299 96 90 mobil nömrə vasitəsilə SMS-lər yazaraq oğlu Şahid1 ali məktəbə daxil olması ilə bağlı verdiyi 8000 manat pulun qaytarılmasına dair mesajlarına baxış keçirdərkən iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar olunmuşdur (i.v. 81,14-47); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 16 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 93-94); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 16 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 105-106); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 110); cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 21 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs, Şahid4 və Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsinin tərkibi olmadığından barəsində cinayət təqibi üzrə icraata xitam verilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri iş üzrə sübut kimi qiymətləndirilmişlər, Zərərçəkmiş şəxs təqdim etdiyi 34 vərəqədən ibarət SMS yazışmaları iş üzrə maddi sübut kimi tanınmışdır (i.v. 111-119); “Elektron Məhkəmə İnformasiya Sistemin”dən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü övladı X4 vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini (CM-59.1.14), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-nin 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, iş üzrə maddi hesab edilən Zərərçəkmiş şəxs təqdim etdiyi 34 vərəqədən ibarət SMS yazışmalarının cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi hesab edilən Zərərçəkmiş şəxs təqdim etdiyi 34 vərəqədən ibarət SMS yazışmaları cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar