Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-533/2023 04.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, X5, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, müdafiəçilər – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3, Bakı şəhəri 29 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə, 18 avqust 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, Bakı şəh., Nərimanov ray., Ə.Rəcəbli küç.13, m.89 ünvanında kirayədə yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə, xx xxxx 2003-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Vilvan kəndində qeydiyyatda olan, Bakı şəh., Nərimanov ray., Ə.Rəcəbli küç.13, m.89 ünvanında kirayədə yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 ittiham elan olunmuşdur ondan ötrü ki, o, cinsi azlığın nümayəndəsi kimi pul müqabilində cinsi əlaqədə olmaq üçün özü barədə müxtəlif sosial şəbəkələrdə reklam verib həmin məqsədlə əvvəllər tanımadığı X8 ilə razılığa gəlib tanışları, cinsi azlıqdan olan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 21 radələrində ünvan 4 ünvanında yerləşən “Ariva” otelinə gəlmiş, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 otelin yanında gözləmiş o isə 504 nömrəli otaqda Sadiq Əmirovla görüşdükdə sonuncu onun qadın cinsindən olmadığını bilib cinsi əlaqədə olmaqdan imtina etdikdə o, bu barədə otelin qarşısında gözləyən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bu barədə məlumat verdikdə bir qrup şəxs halında ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə səs-küy edərək, nalayiq sözlər işlədib Sadiq Əmirovun çağırışına gəldiyinə və vaxt ayırdığına görə 100 manat tələb etmiş, məqsədinə çatmadıqda otaqda divara bərkidilmiş 100 manat dəyərində “Sky Bearq" markalı televizoru əli ilə dartıb sındırmış, tanışları Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 onun qeyri qanuni tələblərinə dəstək verib otelin işçilərinin onların hərəkətlərinə son verib oteli tərk etmələri tələbinə riayət etməyərək Təqsirləndirilən şəxs3 otelin qeydiyyat aparılma yerində masanın üzərində şüşədən olan 3 manat dəyərində konfet qabını əli ilə vurub sındıraraq suvenir bayrağı aşırmış, Təqsirləndirilən şəxs2 isə əli ilə otelin meneceri X10 köynəyindən tutub dırnaqları ilə cızaraq barmağını dişləmiş, Təqsirləndirilən şəxs3 silah qismində istifadə etdiyi kustar üsulla hazırlanmış, idman oyununda istifadə olunmaq üçün nəzərdə tutulmuş soyuq silah hesab edilməyən toxmaq ilə Mehmet Doğanın sol ayağından bir dəfə vuraraq sonuncuya döş qəfəsinin sıyrıqları, sol əlin lll-cü barmağının dırnaq falanqalar arası oynağının oynaqda hərəkət məhdudluğu ilə müşaiyət olunmuş şişkinliyi, əzilmiş cırılmış yarası və əzilmiş səthi yarası, sol baldırın hematoması kimi ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuş, oteldən çıxarılarkən Təqsirləndirilən şəxs1 bir neçə dəfə təpiklə otelin şüşədən giriş qapısına vuraraq qapının 30 manat dəyərində rolikini sındırmış, Təqsirləndirilən şəxs3 də həmin toxmaq ilə hadisə yerinin çəkilişini mobil telefonla aparan Zərərçəkmiş şəxs3 kürək nahiyəsindən bir dəfə vuraraq ona döş qəfəsinin arxa səthinin hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, “Ariva” otelə isə 133 manat maddi ziyan vuraraq xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur ondan ötrü ki, o, cinsi azlığın nümayəndəsi olmaqla cinsi azlıqdan olan tanışı Təqsirləndirilən şəxs1 pul müqabilində cinsi əlaqədə olmaq üçün müxtəlif sosial şəbəkələrdə reklam verib hərrin məqsədlə əvvəllər tanımadığı X8 ilə razılığa gəlib, o, digər tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 21 radələrində ünvan 4 ünvanında yerləşən ‘‘Ariva" otelində gəlmiş, onunla Şübhan Şərifzadə otelin yanında gözləmiş, Təqsirləndirilən şəxs1 isə 504 nömrəli otaqda Sadiq Əmirovla görüşdükdən sonra sonuncunun pul verməməsi səbəbindən aralarında yaranmış narazılıq barədə ona və Təqsirləndirilən şəxs3 məluma: verdikdən sonra bir qrup şəxs halında ictimai qaydanı kobud sürətdə pozan, cəmyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə səs-küy edərək Sadiq Əmirovun ünvanına nalayiq sözlər deyib 100 manat pulu tələb edərkən məqsədlərinə çatmadıqda Təqsirləndirilən şəxs1 otaqda divara bərkidilmiş 100 manat dəyərində “Sky Bearq" markalı televizoru əli ilə dartıb sındırmış, o, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs1 qeyri qanuni tələblərinə dəstək verib otelin işçilərinin onların hərəkətlərinə son verib oteli tərk etmək tələbinə riayət etməyərək Təqsirləndirilən şəxs3 otelin qeydiyyat aparılma yerində masanın üzərində şüşədən olan 3 manat dəyərində konfet qabını əli ilə vurub sındıraraq suvenir bayrağı aşırtmış, o, əli ilə otelin meneceri X10 köynəyindən tutub dırnaqları ilə cızaraq barmağını dişləmiş, Təqsirləndirilən şəxs3 isə silah qismində istifadə etdiyi kustar üsulla hazırlanmış, idman oyununda istifadə olunmaq üçün nəzərdə tutulmuş soyuq silah hesab edilməyən toxmaq ilə Mehmet Doğanın sol ayağından hir dəfə vuraraq sonuncuya döş qəfəsinin sıyrıqları, sol əlin lll-cü barmağının dırnaq falanqalar arası oynağının oynaqda hərəkət məhdudluğu ilə müşaiyət olunmuş şişkinliyi, əzilmiş cırılmış yarası və əzilmiş səthi yarası, sol baldırın hematoması kimi ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuş, oteldən çıxarılarkən Təqsirləndirilən şəxs1 təpklə bir neçə dəfə otelin şüşədən giriş qapısına vuraraq qapının 30 manat dəyərində rolikini sındırmış, Təqsirləndirilən şəxs3 də həmin toxmaq ilə hadisə yerinin çəkilişini mobil telefonla aparan Zərərçəkmiş şəxs3 kürək nahiyəsindən bir dəfə vuraraq ona döş qəfəsinin arxa səthinin hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, '‘Ariva” otelə isə 133 manat miqdarda ziyan vuraraq xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 ittiham elan olunmuşdur ondan ötrü ki, o, cinsi azlığın nümayəndəsi olmaqla cinsi azlıqdan olan tanışı Təqsirləndirilən şəxs1 pul müqabilində cinsi əlaqədə olmaq üçün müxtəlif sosial şəbəkələrdə reklam verib həmn məqsədlə əvvəllər tanımadığı X8 ilə razılığa gəlib, o, digər tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 21 radələrində ünvan 4 ünvanında yerləşən “Ariva" otelində gəlmiş, onunla Təqsirləndirilən şəxs2 otelin yanında gözləmiş, Təqsirləndirilən şəxs1 isə 504 nömrəli otaqda Sadiq Əmirovla görüşdükdən sonra sonuncunun pul verməməsi səbəbindən aralarında yaranmış narazılıq barədə ona və Təqsirləndirilən şəxs2 məlumat verdikdən sonra bir qrup şəxs halında ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə səs-küy edərək Sadiq Əmirovun ünvanına nalayiq sözlər deyib 100 manat pulu tələb edərkən məqsədlərinə çatmadıqda Təqsirləndirilən şəxs1 otaqda divara bərkidilmiş 100 manat dəyərində “Sky Bearq” markalı televizoru əli ilə dartıb sındırmış, o, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 qeyri qanuni tələblərinə dəstək verib otelin işçilərinin onların hərəkətlərinə son verib oteli tərk etmək tələbinə riayət etməyərək o otelin qeydiyyat aparılma yerində masanın üzərində şüşədən olan 3 manat dəyərində konfet qabını əli ilə vurub sındıraraq sjvenir bayrağı aşırtmış, Təqsirləndirilən şəxs2 əli ilə otelin meneceri X10 köynəyindən tutub dırnaqları ilə cızaraq barmağını dişləmiş, o isə silah qismində istifadə etdiyi kustar üsulla hazırlanmış, idman oyununda istifadə olunmaq üçün nəzərdə tutulmuş soyuq silah hesab edilməyən toxmaq ilə Mehmet Doğanın sol ayağından bir dəfə vuraraq sonuncuya döş qəfəsinin sıyrıqları, sol əlin lll-cü barmağının dırnaq falanqalar arası oynağının oynaqda hərəkət məhdudluğu ilə müşaiyət olunmuş şişkinliyi, əzilmiş cırılmış yarası və əzilmiş səthi yarası, sol baldırın hematoması kimi ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuş, oteldən çıxarılarkən Təqsirləndirilən şəxs1 təpiklə bir neçə dəfə otelin şüşədən giriş qapısına vuraraq qapının 30 manat dəyərində rolikini sındırmış, o da həmin toxmaq ilə hadisə yerinin çəkilişini mobil telefonla aparan Zərərçəkmiş şəxs3 kürək nahiyəsindən bir dəfə vuraraq ona döş qəfəsinin arxa səthinin hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, "Ariva” otelə isə 133 manat miqdarda ziyan vuraraq xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, son bir ilə yaxındır ki, cinsi azlığın nümayəndəsidir və mütəmadi olaraq tanımadığı şəxslərlə 100-150 manat pulun müqabilində görüşərək pul qazanır. Eyni zamanda özünün reklam olunmağı ilə bağlı Tik Tok, İnstagram, Teleqram adlı sosial şəbəklərində reklam xarakterli paylaşımlar edərək müştəri cəlb edir və hər bir paylaşımında onunla əlaqə yaradılması üçün istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrəsini qeyd edir. Belə ki, xx.xx.2023-cü il tarixdə axşam saat təxminən 21 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə hazırda xatırlamadığı nömrədən zəng gələrək qarşı tərəf onunla görüşmək istədiyini bildirmiş, sonradan adı ona məlum olan Sadiqlə danışdıqdan sonra sonuncu ilə 100 manat pulun müqabilində görüşməyinə razılaşmışdır. Razılıqdan sonra Sadiq onu Bakı şəhəri, Xətai rayonu ərazisində fəaliyyət göstərən “Ariva’’ otelə gəlməsini bildirmişdir. Bundan sonra o, hamının “Səmra" kimi tanıdığı əsl adı Samirə və “Sima" kimi tanınan əsl adı Sübhan yığaraq onunla görüşmək istəyən müştərinin olduğunu və gələrək onu otelə aparmalarını demişdir. Bundan sonra Sübhan və Samir ümumi tanışları olan və mütəmadi olaraq onları müştərilərin yanına aparan taksi sürücüsü Eldənizlə birlikdə onun kirayədə yaşadığı evin yanına gələrək götürdükdən sonra birlikdə “Ariva" otelin qarşısına gətmişlər və o, maşından düşərək otelə, Samir isə maşından düşərək onu gözləmişdir. O, otelə daxil olaraq dəhlizdə yerləşən məlumat xidmətinə yaxınlaşaraq Sadiqin ona dediyi 504 nömrəli otağa qonaq gəldiyini bildirmiş və Sadiqin razılığı ilə həmin otağa istiqamətləndirmişlər. O, otelin ikinci mərtəbəsinə qalxaraq 504 nömrəli otağın qapısını döyərək içəri daxil olmuş və içəri daxil olduqda bir nəfər yəni onu çağıran oğlanın olduğunu görmüşdür. Söhbət əsasında Sadiqə cinsi əlaqədə olmamışdan qabaq ödənişi aldıqdan sonra cinsi əlaqədə olması barədə məlumat vermişdir. Lakin buna baxmayaraq Sadiq ona üstündə pulun olmadığını və otağa görə pul ödədiyinə görə qalıq pulu qaytardıqdan sonra pulunu verə biləcəyini demişdir. Bundan sonra o, Sadiqə telefonla resepşinə zəng edərək pulunu gətirməsini dedikdən sonra Sadiq telefonla yığıb məlumat xidmətinin əməkdaşı ilə danışdıqdan sonra onun pulunu gətirib vermişlər. Amma buna baxmayaraq Sadiq yenədə onun pulunu verməyərək cinsi əlaqədə olduqdan sonra pulu verəcəyini demişdir. Sadiqin dediyi ilə razılaşaraq onunla bir dəfə cinsi əlaqədə olmuş və ondan pulunu istəməsinə baxmayaraq Sadiq pulu verməkdən imtina etdiyi üçün o, açarla otağın qapısını bağlayaraq Sadiqlə mübahisə edərək pulunu tələb edən zaman ona məlum olmayan səbəbdən Sadiq otağın divarında asılmış televizoru əli ilə vuraraq yerə salaraq sındıraraq otağı dağıtmışdır. Öz növbəsində Sadiqə niyə bu kimi hərəkət etdiyini soruşanda Sadiq onun üzünə duraraq televizoru sındırdığın deyəcəyini deyib əli ilə onu itəliyərək qapını açıb çölə çıxan zaman qapını sındırmışdır. Sadiqlə arasında yaranan mübahisənin səs küyünə otelin əməkdaşları gəlmişlər. O, bu zaman rəfiqəsi “Səmraya” yəni Samirə sms yazaraq yanına çağırmışdır ki, Samir gəldikdən sonra Sadiqdən onunla cinsi əlaqədə olmağına görə verməli olduğu 100 manat pulunu tələb edərək səs-küy salmışlar və onları otelin birinci mərtəbəsinə düşürtmüşlər. Otelin birinci mərtəbəsinə düşdükdən sonra otelin işçiləri onu və Samiri oteldən çölə çıxartmışlar. Bir qədər keçdikdən sonra Samirlə o otelin dəhlizinə daxil olaraq Sadiqdən pulunu tələb edən zaman aralarında söz mübahisəsi yaranmış və yanlarında olan tanışları Sübhanda orda imiş. Otelin əməkdaşları onlarla müştəri ilə arasında yaranan narazılığı görüb onları oteldən çölə çıxan zaman Sübhan əsəbləşərək məlumat masasına yaxınlaşıb orada müştərilər üçün nəzərdə tutulmuş içərisində konfet olan qabı yerə vuraraq sındırmışdır. Bunu görə otel əməkdaşları Sübhanı sakitləşdirmək istəmələrinə baxmayaraq Sübhan sakitləməyərək yenidən həmin yerdən Türkiyyə Respublikasının dövlət süvenir bayrağını əlinə alaraq yerə çırpmışdır. Bundan sonra otelin işçiləri onları zorla dəhlizdən çölə çıxaran zaman qapının girişində mübahisələri gərginləşmişdir. Mübahisənin gərginləşməsinə səbəb isə otelin adını bilmədiyi türk vətəndaşı tanışı Samiri döydüyünü görüb yüksək səslə qışqıraraq kömək istəmişdir. Həmin vaxtı Samirlə otelin işçisi tutuşaraq Samir əlləri ilə otelin işçisinin yaxasından tutaraq dartışırmışlar. Onların mübahisəsini görən ətrafdakı insanlar yığışaraq onlara baxırmışlar. Onları çölə çıxardıqdan sonra o, əsəbləşərək təpiklə otelin şüşədən olan giriş qapısına üç dəfə təpik zərbələri vurmuşdur. Lakin buna baxmayaraq o, otelin giriş qapısına üç dəfə təpik vurmağı ilə bağlı qapıya hər hansı bir zədə dəymədiyini və sınmadığını bildirmişdir. Bundan sonra onların səs küylərinə ətrafda olan insanlar toplaşaraq mübahisələrinə baxmışdır. Orada çoxlu insanların olduğunu görən Sübhan gəldiyi taksi sürücüsünün maşınından özünü müdafiə etmək üçün taxta dəyənəyi götürərək yanlarına gəlmiş və həmin vaxtı tanımadığı bir nəfər onların bu kimi hərəkətlərini telefonla lentə alan cavan oğlanı Sübhan görüb əlində olan dəyənəklə onun üstünə gedərək onun ünvanına nalayiq küçə söyüşləri işlədərək əlində olan dəyənəyi telefonla çəkən cavan oğlanın kürəyindən taxdığı çantasına bir dəfə vurmuş və ətrafda olan insanlar Sübhanın bu hərəkətlərini görüb onu sakitləşdirmişlər. Bundan sonra Sübhan polis əməkdaşlarının gəldiyini görüb hadisə yerindən qaçaraq uzaqlaşmışdır. O isə hadisə yerindən qaçdıqdan sonra evə gedərək yatmışdır və səhərisi günü yəni xx.xx.2023-cü il tarixdə özü könüllü olaraq polis bölməsinə gəlmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uşaqlıqdan hazırkı vaxta qədər cinsi azlığın nümayəndəsidir. Mütəmadi olaraq tanımadığı şəxslərlə 60-100 manat pulun müqabilində görüşərək pul qazanır. Onuda qeyd etmişdir ki, özünü reklam olunmağı ilə bağlı şəxsi instagram səhifəsində paylaşımlar edərək müştəri cəlb edir və hər bir paylaşımında onunla əlaqə yaradılması üçün instagram səhifəsinə müştərilər yazır və razılaşdıqdan sonra şəxsi mobil nömrəsini verir. Belə ki, özü kimi əks cinsin nümayəndələri olan və hazırda rəfiqəlik etdiyi və eyni zamanda hamı onları “Səma” kimi tanıyan, əsl adı Səfər olan və "Sima” kimi tanınan Sübhanla mütəmadi olaraq görüşürlər amma buna baxmayaraq o, Sübhanla birlikdə eyni ünvanda kiyarədə yaşayır. Belə ki, xx.xx.2023-cü il tarixdə axşam saat 21 radələrində Səfər onun mobil nömrəsinə zəng edərək müştərisi olduğunu və gedib onu otelə aparmalarını xahiş etmişdir. Bu barədə Sübhana dedikdən sonra Sübhan daimi taksiləri olan Eldənizə zəng edərək yaşadıqları evin həyətinə çağırdıqdan sonra Eldənizlə birlikdə Səfərin yaşadığı evin həyətinə getmişlər. Səfər evdən çıxaraq maşına əyləşərək birlikdə Səfərin dediyi “Ariva” otelinin qarşısına gəlmişlər və Səfər maşından düşərək otelə daxil olmuş, o isə maşından düşərək mağazaya gedib özünə su almışdır. Həmin vaxt Sübhan özünə qəlyan almalı olduğu üçün Eldənizlə birlikdə Sahil metrosunun yanına getmişlər. O, otelin həyətində gəzişərkən Səfər onun mobil nömrəsinə yığaraq onu oteldə görüşdüyü oğlan otaqda əşyaları qıraraq üstünə şər atması barədə məlumat vermişdir. O, Səfərdən hansı otaqda olmasını soruşanda 504 nömrəli otaqda olduğunu demişdir. Bundan sonra otelə daxil olaraq rahat bir şəkildə özünə məxsus olan mobil telefonla kamera vasitəsi ilə çəkərək Səfərə yaxınlaşmış və nə baş verdiyini soruşanda Səfər ona görüşdüyü oğlan sonradan adı ona məlum olan Sadiq adlı şəxs Səfərlə cinsi əlaqədə olmasına baxmayaraq verməli olduğu 100 manat pulu vermək istəməməsi və bu səbəbdən aralarında yaranan söz mübahisəsi zamanı sonuncu otaqda olan divardan asılmış televizoru əli ilə vuraraq yerə salaraq sındırmış və otağı dağıtmışdır. Qeyd etmişdir ki, otelin ikinci mərtəbəsinə qalxan zaman görmüşdür ki, Səfərlə Sadiqin arasında olan söz mübahisəsinə otelin işçiləri gəliblər. Bunu görəndə əsəbləşərək Sadiqdən Səfərin pulunu verməsini bildirərək qışqırmağa başladı. Bu zaman otelin işçiləri Səfərlə onu oteldən çölə çıxarmışlar. Onlar çölə çıxanda artıq Sübhan da gəlib və hər üçü yenidən otelin dəhlizinə daxil olaraq Sadiqdən Səfərin pulunu verməsini bildirdikdə Sadiq və otelin işçiləri ilə aralarında söz mübahisəsi yaranmış və Sübhan əsəbləşək dəhlizdə məlumat masasının üstündə qoyulmuş qabı yerə vuraraq sındırmışdır və qışqırmağa başlamışdır. Bunu görən otel işçiləri Sübhanı sakitləşdirmək istəmələrinə baxmayaraq Sübhan yenidən həmin masanın üzərində olan Türkiyə Respublikasının suvenir bayrağını əlinə alaraq yerə çırpmışdır. Sübhanın bu hərəkətlərini görən otel əməkdaşları onları zorla dəhlizdən küçəyə çıxaran zaman o əlləri ilə adı ona məlum olmayan türk vətəndaşının sonradan həmin otelin meneceri olduğunu bildiyi şəxsin sinəsindən əlləri ilə tutaraq dartmış və sonuncu əli ilə onu özündən itələyən vaxtı ağzı ilə sol əlinin barmağını dişləmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək onları polis bölməsinə aparmışlar. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uşaqlıqdan hazırkı vaxta qədər cinsi azlığın nümayəndəsidir. Özü isə kirayədə yaşadığı evdə tanışları gələrək onlara dırnaq, saç və sair baxımlı işlər görərək pul qazanır. Cinsi azlığın nümayəndəsi olduğu üçün hamı onu “Sima" ləqəbi ilə tanıyırlar. Belə ki, xx.xx.2023-cü il tarixdə axşam saat təxminən 21 radələrində kirayədə yaşadığı evdə olan zaman onunla birlikdə yaşayan “Samra" ləqəbli əsl adı Samir olan rəfiqəsi ilə ümumi tanışları olan “Səma” ləqəbli əsl adı Səfər adlı tanışları zəng edərək müştərisi olduğunu və onun arxasınca gedərək onu otelə aparmaqlarını xahiş etmişdir. Bundan sonra o, ümumi tanışları olan Eldəniz adlı taksi sürücüsünə zəng edərək arxaları ilə gəlməsi gəldikdən sonra birlikdə Səfərin arxasınca kirayədə yaşadığı evin həyətinə getmişlər. Səfər maşına əyləşdikdən sonra onu Ariva otelə aparmaqlarını demiş və onlar da Səfərin dediyi ünvana gedərək Səfər maşından düşüb otelə daxil olmuş, Samir isə maşından düşərək onu gözlədiyi vaxt o Eldənizlə birlikdə Sahil metrosunun yaxınlığına özünə elektron siqaret almaq üçün getmişdir. Təxminən bir neçə dəqiqədən sonra Samir ona telefon zəngi edərək otelin işçiləri tərəfindən döyüldüyünü bildirmişdir. O, Ariva otelin qarşısına Eldənizlə birgə gələrək maşından düşüb otelin giriş qapısının qarşısında olan zaman görmüşdür ki, bir neçə nəfər oğlan Samiri bir küncə sıxaraq döyüllər və tez içəri daxil olaraq qəbul masasının üzərinə qoyulan içərisində konfet olan qabı yerə vuraraq sındırmışdır ki, Samiri döyməsinlər. Lakin buna baxmayaraq Samirdən əl çəkmədiklərini görüb yüksək səslə qışqıraraq masanın üzərində olan Türkiyə Respublikasının suvenir bayrağını yerə çırpmışdır. Bundan sonra otelin işçiləri onun üzərinə gələrək onu oteldən çölə çıxarmışlar. O, oteldən çıxdıqdan sonra əvvəlcədən Eldənizin maşınında sürücünün oturacağının altında görmüş olduğu dəyənəyi götürərək özünü qorumaq qərarına gəlmiş və Eldənizin küçədə dayanıb siqaret çəkməsindən istifadə edərək həmin dəyənəyi oturacağın altından götürərək əlində saxlamışdır. Bundan sonra otelin işçiləri ilə yenidən mübahisə edən zaman əlində olan dəyənəklə otelin işçisi olan Türk vətəndaşının sol ayağından bir dəfə vurmuşdur. Bu zaman tanımadığı bir nəfər oğlan əlində olan mobil telefonla onların küçədə qışqırdıqlarını və mübahisələrini mobil telefonla çəkəməyə başladığını görüb həmin şəxsin bu kimi hərəkəti onda qıcıq yaratdığı üçün həmin şəxsin ünvanına nalayiq küçə söyüşləri ifadə edərək əlində olan dəyənəyin onun arxasına salacağı ilə qışqıraraq üstünə getmişdir. Bu zaman həmin oğlan yaxınlıqdakı şirniyyat mağazasına daxil olan zaman əlində olan dəyənəklə həmin şəxsin kürəyindən asdığı çantasından bir dəfə zərbə vurmuşdur. Bu zaman ətrafda olan insanlar onun əlində dəyənəyin olmasını görərək onu qucaqlayaraq sakitləşdirmişlər. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Cihan otel və Turizm MMC-nin direktoru vəzifəsində işləyir və MMC-nin tərkibində Ariva otel fəaliyyə göstərir. Belə ki, xx.xx.2023-cü il tarixdə axşam saat 20 radələrində iş yerində olan zaman bir nəfər müştəri işlədiyi otelə yaxınlaşaraq bir günlük otaq öz adına sənədləşdirərək 30 manat ödəməklə götürmüşdür. Həmin şəxsin adı X8 imiş. Otel tərəfindən müştəriyə 504 nömrəli otaq verilmişdir. Müştəri otağına getdikdən təxminən bir saat sonra təxminən saat 21 radələrində bir nəfər məlumat masasına yaxınlaşaraq 504 nömrəli otaqda qalan şəxsin yanına qonaq gəldiyini demiş və qonağın razılığı ilə yanına gələn şəxsi 504 nömrəli otağa yönləndirmişlər. Gələn qonaq otağa getdikdən təxminən 15-20 dəqiqə sonra otaqdan səs küy gəldiyini eşitmişlər və o, iş yoldaşı Mehmet və özü həmin otağa qalxmışlar. Onlar ikinci mərtəbəyə qalxanda görmüş ki, ikinci mərtəbənin dəhlizində Sadiq və yanına gələn sonradan adı ona məlum olan Səfərdən savayı Səfərin yanında əlavə olaraq iki nəfər olduğunu və onlardan birinin əlində dəyənək olduğunu görmüşdür. O, Sadiqin götürdüyü otağa baxan zaman otağın dağınıq olduğunu və otağın 250 manat dəyərində qapısı, otağın içərisində divardan asılmış “Sky Bearq” markalı 300 manat dəyərində televizorun yerə düşərək sınmış vəziyyətdə olduğunu görmüşdür. Otağın bu vəziyyətdə niyə olduğunu, otağı götürmüş Sadiqdən maraqlananda sonuncu bildirmişdir ki, yanına qonaq gəlmiş Səfərə pul vermədiyi üçün otağı bu hala salıb. Bundan sonra o, Sadiqə otağa dəymiş ziyanın ödəməsini və oteli tərk edərək çöldə çıxıb öz məsələlərini həll etməsini deyərək onları birinci mərtəbəyə dəvət etmiş və onların dördünü də otelin birinci mərtəbəsinə endirərək otağa dəymiş ziyanın ödəməsini Sadiqdən tələb etmişdir. Lakin Sadiq pulu ödəmək istəmədikdə cinsi azlıqlardan biri əli ilə Sadiqin kəmərindən tutaraq onlara verilməli 100 manat pulunu tələb etmişlər. Sadiq yenədə cinsi azlığın pulunu vermədikdə hər üç cinsi azlığın nümayəndəsi otelin birinci mərtəbəsinin dəhlizində qeydiyyat masasının üstündə gələn qonaqlar istifadəsi üçün nəzərdə tutulmuş içərisində konfet olan 3 manat dəyərində konfet qabını yerə vuraraq sındırdıraraq yüksək səslə ünvanlarına nalayiq küçə söyüşləri ifadə edərək onları təhqir etmələrinə baxmayaraq həmin şəxslər əsəblərini cilovlaya bilməyərək yenidən masanın üzərində olan bayrağı əli ilə tutaraq yerə atmışdır. Bunu gördükdən sonra sonradan adı ona məlum olan Sübhanın qolundan tutaraq çölə çıxarmağa çalışmışlar və çölə çıxaran zaman bildirmişdir ki, bayrağa qarşı hörmətsizlik etmək olmaz. Lakin buna baxmayaraq Sübhan onun acığına yenidən bayrağı yerdən qaldıraraq təkrarən yerə çırpmışdır. O da Mehmetlə Səfəri, Sübhanı və Samiri çölə çıxaran zaman Samir əlləri ilə Mehmetin əynindəki köynəyindən tutaraq dırnaqları ilə sinə nahiyəsinə xəsarət yetirmişdir. Mehmet Samiri özündən əlləri ilə kənarlaşdıran zaman sağ əlinin barmağını dişi ilə dişləmişdir. Onları çölə çıxartdıqdan sonra Sübhan hansısa avtomobilə yaxınlaşaraq maşının içərisindən dəyənək götürərək otelə tərəf Səfərlə gəlmiş və onların ünvanına nalayiq küçə söyüşləri ifadə edərək Səfər təpiklə bir neçə dəfə otelin şüşədən olan giriş qapısına zərbələr vurması nəticəsində otelin elektrondan olan qapısı xarab olmuşdur. Onların bu kimi azğınlaşmış vəziyyətlərini görüb onları sakitləşdirmək üçün oteldən çölə çıxan vaxtı Sübhan əlində olan dəyənəklə Mehmetin sol ayağından bir dəfə vuraraq xəsarət yetirmişdir. Ətrafa yığışan insanlar cinsi azlıqların bu cür ictimayətə açıqca hörmətsizlikləri görüb qonşuluqda yaşayan tanıdığı Elnur adlı şəxs onların bu kimi hərəkətləri özünə məxsus olan telefonla lentə alan zaman Sübhan əlində olan dəyənəklə Elnurun üstünə getmiş və Elnur Sübhanın əlində olan dəyənəyi görən zaman qorxaraq qonşuluqda fəaliyyət göstərən Fədək şirniyyat mağazasına girən zaman əlində olan dəyənəklə bir dəfə Elnurun kürək nahiyəsindən vurmuşdur. Eyni zamanda qeyd etmişdir ki, dava dalaşdan sonra Sadiq otağa dəymiş maddi ziyana görə Mehmetə 400 manat pul ödəmişdir. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə barışmışdır, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə axşam saat 20 radələrində iş yerində olan zaman bir nəfər müştəri işlədiyi otelə yaxınlaşaraq bir günlük otaq öz adına sənədləşdirərək 30 manat ödəməklə götürmüşdür. Həmin şəxsin adı X8 imiş. Otel tərəfindən müştəriyə 504 nömrəli otaq verilmişdir. Müştəri otağına getdikdən təxminən bir saat sonra təxminən saat 21 radələrində bir nəfər məlumat masasına yaxınlaşaraq 504 nömrəli otaqda qalan şəxsin yanına qonaq gəldiyini demiş və qonağın razılığı ilə yanına gələn qonağı 504 nömrəli otağa yönləndirmişlər. Gələn qonaq otağa getdikdən təxminən 15-20 dəqiqə sonra otaqdan səs küy gəldiyini eşitmişlər və o, iş yoldaşı Ramin və özü həmin otağa qalxmışlar. Onlar ikinci mərtəbəyə qalxanda görmüş ki, ikinci mərtəbənin dəhlizində Sadiq və yanına gələn sonradan adı ona məlum olan Səfərdən savayı Səfərin yanında əlavə olaraq iki nəfərdən birinin əlində dəyənək olduğunu görmüşdür. O, Sadiqin götürdüyü otağa baxan zaman otağın dağınıq olduğunu və otağın 250 manat dəyərində qapısı, otağın içərisində divardan asılmış “Sky Bearq” markalı 300 manat dəyərində televizorun yerə düşərək sınmış vəziyyətdə olduğunu görmüşdür. Otağın bu vəziyyətdə niyə olduğunu, otağı götürmüş Sadiqdən maraqlananda sonuncu bildirmişdir ki, yanına qonaq gəlmiş Səfərə pul vermədiyi üçün otağı bu hala salıb. Bundan sonra o, Sadiqə otağa dəymiş ziyanın ödəməsini və oteli tərk edərək çöldə çıxıb öz məsələlərini həll etməsini deyərək onları birinci mərtəbəyə dəvət etmiş və onların dördünü də otelin birinci mərtəbəsinə endirərək otağa dəymiş ziyanın ödəməsini Sadiqdən tələb etmişdir. Lakin Sadiq pulu ödəmək istəmədikdə cinsi azlıqlardan biri əli ilə Sadiqin kəmərindən tutaraq onlara verilməli 100 manat pulu tələb etmişlər. Sadiq yenə də cinsi azlığın pulunu vermədikdə hər üç cinsi azlığın nümayəndəsi otelin birinci mərtəbəsinin dəhlizində qeydiyyat masasının üstündə gələn qonaqların istifadəsi üçün nəzərdə tutulmuş içərisində konfet olan 3 manat dəyərində konfet qabını yerə vuraraq sındırdıraraq yüksək səslə ünvanlarına nalayiq söyüşləri ifadə edərək onları təhqir etmələrinə baxmayaraq həmin şəxslər əsəblərini cilovlaya bilməyərək yenidən masanın üzərində olan dövlət bayraqlarını əli ilə tutaraq yerə atmışdır. Bunu gördükdən sonra sonradan adı ona məlum olan Sübhanın qolundan tutaraq çölə çıxarmağa çalışmışlar və onu çölə çıxaran zaman bildirmişdir ki, bayrağa qarşı hörmətsizlik etmək olmaz. Lakin buna baxmayaraq Sübhan onun acığına yenidən bayrağı yerdən qaldıraraq təkrarən yerə çırpmışdır. O, Raminlə Səfəri, Sübhanı və Samiri çölə çıxaran zaman Samir əlləri ilə onun əynindəki köynəyindən tutaraq dırnaqları ilə sinə nahiyəsinə xəsarət yetirmişdir. O, Samiri özündən əlləri ilə kənarlaşdıran zaman sağ əlinin barmağını dişi ilə dişləmişdir. Onları çölə çıxartdıqdan sonra Sübhan hansısa avtomobilə yaxınlaşaraq maşının içərisindən dəyənək götürərək otelə tərəf Səfərlə gəlmişlər və onların ünvanına nalayiq küçə söyüşləri ifadə edərək Səfər təpiklə bir neçə dəfə otelin şüşədən olan giriş qapısına zərbələr vurması nəticəsində otelin elektrondan olan qapısı xarab olmuşdur. Onların bu kimi azğınlaşmış vəziyyətlərini görüb onları sakitləşdirmək üçün oteldən çölə çıxan vaxtı Sübhan əlində olan dəyənəklə onun sol ayağından bir dəfə vuraraq xəsarət yetirmişdir. Ətrafa yığışan insanlar cinsi azlıqların bu cür ictimayətə açıqca hörmətsizlikləri görüb qonşuluqda yaşayan tanıdığı Elnur adlı şəxs onların bu kimi hərəkətləri özünə məxsus olan telefonla lentə alan zaman Sübhan əlində olan dəyənəklə Elnurun üstünə getmiş və Elnur Sübhanın əlində olan dəyənəyi görən zaman qorxaraq qonşuluqda fəaliyyət göstərən Fədək şirniyyat mağazasına girən zaman əlində olan dəyənəklə bir dəfə Elnurun kürək nahiyəsindən vurmuşdur. Eyni zamanda qeyd etmişdir ki, dava dalaşdan sonra Sadiq otağa dəymiş maddi ziyana görə ona 400 manat pul ödəmişdir. Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu H.Salmani küçəsində yerləşən Fədək şirniyyat evinə gedən zaman Ariva otelinin qarşısında cinsi azlıqların Ariva otelinin işçiləri ilə dalaşdığını və cinsi azlıqlardan birinin əlində dəyənək olduğunu görmüşdür. Bu zaman o, özünə məxsus olan mobil telefonu cibindən çıxararaq onların bu kimi hərəkətlərini çəkən zaman əlində dəyənək olan cinsi azlığın nümayəndəsi onu telefonla kameraya çəkdiyini görüb ünvanına nalayiq küçə söyüşləri işlədərək əlində olan dəyənəyi onun arxasına salacağını deyərək yüksək səslə qışqıraraq üstünə gəldiyini görüb qorxaraq şirniyyat mağazasına daxil olan zaman sonuncu əlində olan dəyənəklə onun kürəyindən bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə barışmışdır, onlara qarşı heç bir şikayəti və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, kreditə götürdüyü Kia Optima markalı **-PD-*** dövlət nömrə nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olub pul qazanır. Taksi fəaliyyəti ilə məşğul olduğu zaman cinsi azlığın nümayəndəsi Sima ləqəbli Sübhanı, Səma ləqəbli Səfəri və Samiri tanımışdır. Mütəmadi olaraq adlarını qeyd etdiyi şəxslər ona zəng edərək onları müxtəlif otellərə aparmış və yol pulusunu vermişlər. Belə ki, xx.xx.2023-cü il tarixdə axşam saat təxminən 20 radələrində Sima ləqəbi ilə tanıdığı Sübhan ona zəng edərək arxasınca getməyini və Sübhanın arxasınca getdikdən sonra Sübhan və rəfiqəsi Samirlə birlikdə onun maşınına əyləşərək Səma ləqəbi ilə tanıdığı Səfərin arxasınca getməyini bildirmişlər. O, Sübhanın dediyi kimi edərək Səfərin arxasınca gedərək Səfəri yaşadığı evdən götürüb Səfərin dediyi Ariva otelinin qarşısına aparmışdır. Səfər maşından düşərək müştəri ilə görüşmək üçün otelə daxil olmuş və Samir maşından düşərək otelin qarşısında Səfəri gözləmişdir. Həmin vaxtı Sübhan ona elektron siqaretinin qurtardığını və gedib onun üçün siqaret almağı təklif etmişdir. Bundan sonra Sübhanla birlikdə otelin qarşısından aralaşaraq Sahil metrosunun yanına Sübhan üçün elektron siqaret almağa getmiş və bir neçə dəqiqə keçmiş ki, Samir Sübhana zəng edərək otelin qarşısında dava dalaş düşdüyünü bildirmişdir. O, Sübhanla birlikdə Ariva otelin qarşısına gəldikdən sonra Sübhan maşından düşərək rəfiqələrinin yanına getmiş və o, kənardan dayanaraq onları izləmişdir. Bu zaman Samir, Sübhan və Səfər otelin içərisində kimlərləsə mübahisə etdiyini görmüşdür. Bu zaman Sübhan onun nəzərindən yayınaraq gəlib onun idarə etdiyi avtomobilinin salonunda özünə aid olan sürücünün oturacağı altında gizlətdiyi “beysbol”-u götürərək mübahisə etdiyi yerə getmiş və əlində saxladığı dəyənəklə otelin qapısına bir neçə dəfə vurmuşdur. Məhkəmə iclasında Şahid2 elan edilmiş ifadəsindən görünür ki, 2016-ci ildən etibarən ünvan 4 ünvanında hazırda ‘'Ariva" otel kimi fəaliyyət göstərən qeyri yaşayış sahəsi rəsmi olaraq ona məxsusdur və qeyd edilən qeyri yaşayış sahəsini 3 ilə yaxındır ki, Zərərçəkmiş şəxs1 icarə müqaviləsi əsasında icarəyə vermiş və aralarında olan icarə müqaviləsi 04 may 2023-cü il tarixdə yenilənmişdir. Ona məxsus olan qeyri yaşayış sahəsinin Zərərçəkmiş şəxs1 icarəyə verməyi ilə bağlı icarə müqaviləsini istintaqa təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 may 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Xətai rayonu, H.Salmani küç.1, Neftçilər xəstəxanasının arxasında 16 mərtəbənin 1-ci mərtəbəsində yerləşən “Ariva” oteldə baş vermiş və hadisənin görüntüsü əks etdirilən 01 ədəd CD disk mövcuddur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X11 24 may 2023-cü il tarixli 562 saylı rəyindən görünür ki, X6 döş qəfəsinin sıyrıqları, sol əlin İİİ barmağının orta-dırnaq falanqalararası oynağının oynaqda hərəkət məhdudluğu ilə müşaiyət olunmuş şişkinliyi, əzilmiş-çırılmış yarası və əzilmiş səthi yarası, sol baldırın hematoması müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə uyğun gəlirlər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. 24 may 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 24 may 2023-cü il tarixdə saat 16:00-da Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 24 may 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 24 may 2023-cü il tarixdə saat 17:30-da Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 24 may 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 24 may 2023-cü il tarixdə saat 18:30-da Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 24 may 2023-cü il tarixdə Ariva otelində törədilmiş xuliqanlıq hadisəsini əks etdirən diskə köçürülmüş videogörüntüyə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 iştirakları ilə baxış keçirilmiş və həqiqətəndə görüntüdə əks olunan şəxslərin onlar olmasını təsdiq etmişlər. Ona görədə 01 ədəd həmin görüntüləri əks etdirən CD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 16 sentyabr 2022-ci il tarixli çıxarışından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 15 sentyabr 2022-ci il tarixdə qeydiyyata alınmış, dövlət qeydiyyat № **********, hüquqi ünvanı ünvan 5si Zərərçəkmiş şəxs1dur. vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 6 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması təsdiq edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis edilməsi haqqında 21 sentyabr 2022ci il tarixli qərardan görünür ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər qanunvericilik aktlarına uyğun olaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir. təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X11 25 may 2023-cü il tarixli 572 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 döş qəfəsinin arxa səthinin hematoması aşkar edilmişdir. Qeyd edilən xəsarət bərk küt əşya təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. cinayət əməlinin tövsif edilməsi haqqında 25 may 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilmiş və ibtidai istintaq həmin maddələrlə davam etdirilmişdir. təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 4(011)-351/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 4(011)-352/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 4(011)-353/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2023-cü il tarixli 3/889 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(ədəd) predmet – kustar üsulla hazırlanmış, beysbol idman oyununda istifadə olunmaq üçün nəzərdə tutulmuş toxmaqdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir və soyuq silah hesab edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2023-cü il tarixli 3-16-16/2-9/5669/2023 №-li ekspert rəyindən görünür ki, Ariva otelin giriş qapısının roliki (təmirə yararsız), 504 nömrəli otağın taxta materialdan 2.20x0.70 m ölçülü giriş qapısı və “Sky Bearq” markalı, 32SBX1 modelli televizor. Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyindən qiymətləndirmə nəzəri qaydada aparılmışdır. Ekspertiza təyini haqqında qərarda göstərilən malların zədələnməmişdən əvvəlki, normal vəziyyətdə, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 210,00 manat müəyyən olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 4(011)-540/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 01 (bir) ay olmaqla ümumilikdə 04 (dörd) ayadək, 24 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 4(011)-541/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 01 (bir) ay olmaqla ümumilikdə 04 (dörd) ayadək, 24 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 4(011)-542/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlanılma müddəti 01 (bir) ay olmaqla ümumilikdə 04 (dörd) ayadək, 24 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 221.2.1-ci maddəasi ilə elan edilmiş ittihama dəyişikliklər edilməklə yenidən ittiham elan edilmişdir. təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 22 avqust 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 22 avqust 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 22 avqust 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş 24 oktyabr 2023cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə barışmışdır, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 tərəfindən təqdim olunmuş 04 noyabr 2023cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə barışmışdır, onlara qarşı heç bir şikayəti və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2004-cü il tarixli Plenumunun qərarının 1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 2-ci bəndinə əsasən, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən hallara əsasən, cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməlin xırda xuliqanlıqdan fərqli olaraq ictimai təhlükəliliyi ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiqi və ya hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən ibarətdir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Qeyd olunmalıdır ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxslərin ifadələrinin, ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin məcəllənin 221.2-ci maddəsinə əsasən, eyni əməllər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.3. Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adı çəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini, o cümlədən zərərçəkmiş şəxslərlə (Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3) barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 162.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 24 may 2023-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini, o cümlədən zərərçəkmiş şəxslərlə (Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3) barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 162.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 24 may 2023-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayon ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini, o cümlədən zərərçəkmiş şəxslərlə (Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3) barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 24 may 2023-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 24 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Xətai RPİ-nin saxlancına təhvil verilən 01 ədəd “Sky Bearq” markalı televizor sahibinə qaytarılmalı, bundan başqa maddi sübut kimi tanınan 01 ədəd beysbol toxmağı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 124 (yüz iyirmi dörd) manat təşkil etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 124 (yüz iyirmi dörd) manatın 40 (qırx) manat məbləğində hissəsi Təqsirləndirilən şəxs1 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 124 (yüz iyirmi dörd) manatın 34 (otuz dörd) manat məbləğində hissəsi Təqsirləndirilən şəxs2 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 124 (yüz iyirmi dörd) manatın 50 (əlli) manat məbləğində hissəsi Təqsirləndirilən şəxs3 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. İş üzrə maddi sübut kimi tanınan 01 ədəd CD disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 05 (beş) ay 11 (on bir) gün həbsdə saxlama müddəti 10 (on) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs1 üzərində 2 (iki) il 01 (bir) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyərinin 40 (qırx) manat məbləğində hissəsi Təqsirləndirilən şəxs1 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 05 (beş) ay 11 (on bir) gün həbsdə saxlama müddəti 10 (on) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində 1 (bir) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Abşeron rayon ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Abşeron Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyərinin 34 (otuz dörd) manat məbləğində hissəsi Təqsirləndirilən şəxs2 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 24 may 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyərinin 50 (əlli) manat məbləğində hissəsi Təqsirləndirilən şəxs3 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınan 01 ədəd CD disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Xətai RPİ-nin saxlancına təhvil verilən 01 ədəd “Sky Bearq” markalı televizor hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınan və Xətai RPİ-nin saxlancına təhvil verilən beysbol toxmağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs3 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-533/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-533/2023
04.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver