Məhkəmə qərarları › İş №1(011)-535/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-535/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-535/2023 27.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında faktiki yaşayan– Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirmişdir. Belə ki, o 19.08 2023-cü il tarixdə, saat 23 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Mercedes Benz E200 CDİ” minik marka və modelli, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov küçəsi ilə H.Aslanov metrostansiyası istiqamətində 30 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, yəni ötməyə başlamazdan əvvəl qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya manea yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boş olmasına və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmalı olduğu halda, qanunun normasına əməl etməyib hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, ünvan 3 ünvanın qarşısında yolun əks istiqamətinə keçib ötmə əməliyyatı həyata keçirən zaman üz-üzə qarşı tərəfdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi "Haojue TZ125 Pro" marka və modelli, 99-C- 516 dövlət qeydiyyat nişanlı motosikletlə toqquşması nəticəsində ehtiyatsızlıqdan sonuncuya sağ baldır sümüyünün orta 1/3-nin qapalı yerdəyişmə ilə sınığı xəsarətləri ilə müşayiət edilən ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirib yol hərəkəti qaydalarını pozmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilkin olaraq bildirmişdir ki, qardaşı olan Mercedes Benz E200 CDl minik marka və modelli ** GS *** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi ilə H.Aslanov metrostansiyası istiqamətinə hərəkətdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi Haouje TZ125 pro marka və modelli 99C516 dövlət qeydiyyat nişanlı motosiklet ilə toqquşma nəticəsində sonuncunun xəsarət alması ilə hadisədə sükan arxasında o yox qardaşı Şahid olmuşdur. Bu səbəbdən cinayət məsuliyyətinə qardaşı cəlb edilməlidir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ilkin izahatında və təqsirləndirilən şəxs qismində ifadə verərkən özünü ona CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində etibarnamə əsasında idarə etdiyi Mercedes Benz E200 CDİ marka ve modelli 99GS585 dövlət qeydiyyat nişanii avtomobili ilə Zülfüqarov kuçəsində hərəkətini davam etdirib özü Həzi Aslanov metrostansiyası istiqamətində getmişdir. Həmin vaxt avtomobilində ön sağ oturacaqda qardaşı X5 əyləşmişdir. İ Zülfuqarov küçəsi ilə hərəkətini davam etdirib yolun sonunda sol tərəfə dönüb X.Məmmədov küçəsinə daxil olmuşdur. Ön tərəfində hərəkətdə olan avtomobil ötmək üçün yolun qarşı tərəfinə keçən zaman bir anda üz-üzə motosikletin gəldiyini görüb avtomobilinin sükanını sol tərəf döndərmişdir. Məsafə yaxın olduğundan toqquşmadan yayına bilməmiş, avtomobilinin ön sağ tərəfi motosikletə dəymişdir. Zərbənin təsirindan motosiklet aşmış, sürücüsü yerə yıxılmışdır avtomobilini ön tərəfdə yolun sağında saxlayıb, qardaşı birlikdə avtomobilindən düşüb motosiklet sürücüsünə yaxınlaşıb səhhəti ilə maraqlanıb ayağından xəsarət aldığını yerə görüb təcili tibbi yardım stansiyasına müraciət etmişdir. Bundan sonra hadisə yerinə təcili tibbi yardım stansiyasının həkimlən gəlib həmin şəxsi xəstəxanaya aparmışdır. O, xəsarət alan şəxsə köməklik etmək məqsədilə qardaşı ilə birlikdə taksiyə əyləşib təcili tibbi yardım stansiyasının avtomobilinin arxasınca xəstəxanaya getmişdir.(i.v 75-77) Daha sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, özünü Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi, əməlindən peşman olduğu, dəymiş zərəri tam ödədiyi, Zərərçəkmiş şəxs ilə barışdıqları barədə ərizəsini məhkəməyə təqdim edərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ilkin olaraq məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Təqsirləndirilən şəxs doğru dediyini, sükan arasında sonuncunun yox, onun qardaşının olmasını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 330.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində(329.1. Şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir.) göstərilən qaydada yol verilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o bildirmişdir ki, xx.xx.2023-cu il tarixdə saat 23 radələrində sifariş üzrə 8 Noyabr prospektində yerləşən "McDonalds" restoranından bağlama götürərək etibarnamə əsasında idarə etdiyi Haojue TZ125 Pro marka ve modelli 99C516 dovlet qeydiyyat nişanlı motosikletinə əyləşib Gəncə prospekti istiqamətində getmişdir. Həmin vaxt motosikletində sərnişin olmamışdır. Hərəkətini davam etdirib X.Məmmədov küçəsinə daxil olmuşdur. X. Məmmədov küçəsi ilə hərəkətini davam etdirib H.Aslanov metrostansiyası istiqamətində gedib sağ tərəfə dönmüşdür. Sağ tərəfə dönüb Gəncə prospekti istiqamətində təxmini 70-80 metr hərəkət edən zaman işıqları sönülü vəziyyətdə olan qara rəngli Mercedes markalı avtomobil əks yola çıxaraq bir anda onun idarə etdiyi motosikletin üzərinə doğru gəldiyini görüb motosikletinin sükanını sol tərəfə döndərmişdir. Məsafə yaxın olduğundan qəzadan yayına bilməmiş və Mercedes markalı avtomobil ilə toqquşmuşdur. Zerbanin təsirindən motosikleti aşmış və sağ ayağı sınmışdır. Bundan sonra hadisə yerinə təcili tibbi yardım stansiyasının həkimlan galib onu xəstəxanaya aparmışdır (i.v 59-60) Daha sonra məhkəmə iclasında Zərərçəkmiş şəxs sonuncu ifadəsinin əsas olmasını bildirərək, əvvəlcə Təqsirləndirilən şəxs qarşı əsəbi olduğundan və ona sonuncunun özünün sükan arxasında olmamasını bildirdiyindən ilkin olaraq elə ifadə verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi, ona dəymiş zərərin tam ödənildiyi, təqsirləndirilən şəxslə barışdıqları və ona qarşı heç bir şikayət və tələbinin olmaması barədə ərizəsini məhkəməyə təqdim edərək icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Tural Abdullayevin məhkəməyədək sadələşdirilmiş icraat açılması barədə sənəddən görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır (i.v. 1); xx.xx.2023-cü il tarixli Xətai RPİ-nin NH-nin məsul növbətçisi Rauf Kazımov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə vətəndaş Nigar Abdulqədirova tərəfindən DİN-nin 102 XZM-nə yol nəqliyyat hadisəsi olması, həmin yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs sol baldır sümüyünün qapalı sınığı xəsarəti alması barədə məlumat daxil olmuş və məlumat HK1-844 nömrədə qeydiyyata alınaraq araşdırma aparılması üçün aidiyyatı üzrə göstəriş verməsi üçün Xətai RPİ-nin rəisinə bildirilmişdir.(i.v.2) yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 20 avqust 2023-cü il tarixli protokoldan, sxemdən və şəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi ünvan 4 ünvanında baş vermişdir (i.v. 4-7); nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi və X2 mülkiyyətində olan "Mercedes Benz E200 CDİ” minik marka və modelli, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.2023-cü il tarixdə saat 12:20-də ünvan 5 ünvanın qarşısında baxış keçirilmiş və avtomobilin ön sağ tərəfinin zədələnməsi müəyyən edilmişdir. (i.v.8-9) nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokoldanvə ona əlavə edilmiş fotoşəkildən görünür ki, Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi və X1 mülkiyyətində olan "Haojue TZ125 Pro" marka və modelli, 99- C-516 dövlət qeydiyyat nişanlı motosikletə Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.2023-cü il tarixdə saat 21:40-da Bakı şəhəri, Suraxanı rayonu, İ.Musayev küçəsində baxış keçirilmiş və motosikletin öv və ön sağ tərəfinin zədələnməsi müəyyən edilmişdir.(i.v.10-11) Zərərçəkmiş şəxs məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, BD 863623 nömrəli “A1,A,B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2033-cü il tarixə qədər qüvvədədir.(i.v 15) Azərbaycan Respublikası DİN-in Xətai RPİ-dən alınmış məktubdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına olan BA046853 saylı sürücülük vəsiqəsi DİN BDYP-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən xx.xx.2022-ci il tarixdə verilib, xx.xx.2032-ci il tarixədək aktivdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v 50) Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-Vİİİ №984392 nömrəli etibarnamədən görünür ki, mülkiyyətçi X3 tərəfindən Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixinədək 2020-ci il buraxılışlı, BAN LC6PCJ9RXL0001492, "Haojue TZ125 Pro" marka və modelli, 99-C-516 dövlət qeydiyyat nişanlı motosikleti etibarnamə üzrə idarə etmək səlahiyyəti verilmişdir. (i.v. 16); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X10 xx.xx.2023-cü il tarixli, 63/2023 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs sağ baldır sümüyünün orta 1/3-nin qapalı yerdəyişmə ilə sınığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. (i.v.25-26) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər X8 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 4957 saylı məktubundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. (i.v.31) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X6 Şəxsinin xx.xx.2023-cü il tarixli, 10928 saylı məktubundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək həmin xəstəxanada stasionar müalicədə olmuşdur. (i.v.32) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli 2444 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham elan edildiyi halda o anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v 43-44) Azərbaycan Respublikası Məhkəmə Ekpertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 04 sentyabr 2023-cü il tarixli 8/2637 nömrəli rəyindən görünür ki, "Mercedes Benz E200 CDİ” minik marka və modelli, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs sutkanın qaranlıq vaxtı nəqliyyat vasitəsini qabaq işıqları sönülü vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 73-cü maddəsinin 3-cü hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v 46-48) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 37); xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin tanınmaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v 51) 07 sentyabr 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, toplanmış böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş hesab edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 143, 263-1.1 və 264-cü maddələri ilə cinayət işinin başlanılmasının rədd edilməsi, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın ilkin materiallarının, məhkəmə-tibbi ekspertizasının, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının və məhkəmə psixiatrik ekspertizasının rəylərinin, hadisə yerinə baxış protokolunun və hadisə yerinin sxeminin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, baxış keçirilməsi haqqında protokolun və həmin protokola əlavə edilmiş sxem və fotoşəkillərin sübut növü kimi qiymətləndirilməsi, "Mercedes Benz E200 CDİ” minik marka və modelli, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Haojue TZ125 Pro" marka və modelli, 99-C-516 dövlət qeydiyyat nişanlı motosikletin maddi sübut kimi tanınması, "Mercedes Benz E200 CDİ” minik marka və modelli, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “Haojue TZ125 Pro" marka və modelli, 99-C- 516 dövlət qeydiyyat nişanlı motosikletin Zərərçəkmiş şəxs qaytarılması və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır. (i.v 87-91) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı və təhqiqat orqanı tərəfindən şahid qismində dindirilmiş Şahid istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrinin xx.xx.2023-xx.xx.2023-cü il tarixə olan müddət ərzində aparılmış danışıqlar üzrə daxil olan və onlardan çıxan zənglərin siyahısı, SMS mesajlarının yazılı mətnləri, danışıqların aparıldığı şəxslərin ünvanları, həmçinin həmin nömrələrlə qeyd olunan tarixdən aparılan danışıqlar aparılan zaman anten əhatə dairəsi və həmin nömrələrin hans İMEİ kodlu telefonlarda istifadə edilib-edilməməsinə barədə məlumatlar ələ keçirilmiş, "xxxx" MMC-dən məhkəməyə daxil olmuş CD diskə məhkəmə iclasında baxış keçirilmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilin olaraq məhkəmə iclasında bildirdiyi, sükan arxasında onun yox, qardaşının olmasını təsdiq edən heç bir məlumat müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, əməlindən çox peşmandır, özünü təqsirli bilir, həmçinin Zərərçəkmiş şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tərəfindən tamamilə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, zərər çəkmiş şəxsin və şahidin elan edilmiş ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilkin olaraq ifadəsində sükan arxasında onun yox qardaşının olmasını bildirmiş olsa da, daha sonra təhqiqat orqanına vermiş olduğu ifadəsini təsdiq etməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, onun əməlində başqa şəxsin adını qəsdən bilərəkdən çəkməsi ilə bağlı cniayət məsuliyyəti müəyyən edilməməlidir. Zərərçəkmiş şəxs Himət oğlunun məhkəmədə ilkin olaraq sükan arxasında Təqsirləndirilən şəxs yox, qardaşı Şahid olmasını bildirmiş olsa da, daha sonra təhqiqat orqanına vermiş olduğu ifadəsini təsdiq etdiyini və Təqsirləndirilən şəxs ilə barışmasını bildirmiş olması, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsinin tərkib əlamətlərinin olmasını istisna edən hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iş materiallarını tam təhlil etdikdən sonra hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 263.1, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət işi üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıdakı təhlilə və Qanunvericiliyin müddəalarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri – 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. İş üzrə maddi sübut qismində tanınmış Mercedes Benz E200 CDİ” minik marka və modelli, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “Haojue TZ125 Pro" marka və modelli, 99-C-516 dövlət qeydiyyat nişanlı motosikletin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi)manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 305, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Maddi sübut kimi tanınmış "Mercedes Benz E200 CDİ” minik marka və modelli, **- GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın və onun istifadəsində saxlanılsın. Maddi sübut kimi tanınmış "Haojue TZ125 Pro" marka və modelli, 99-C-516 dövlət qeydiyyat nişanlı motosikletin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın və onun istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi)manat pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar