Məhkəmə qərarları › İş №1(011)-535/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-535/2025

19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-535/2025 19.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçilər – Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixlərdə və mənbədən əldə etdiyi, ümumilikdə külli miqdar təşkil edən, 7983,00 manat dəyərində 1522 qutu aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış və ya məcburi nişanlama ilə nişanlanmalı olan, lakin belə nişanlama ilə nişanlanmamış tütün məmulatlarını sahibkarlıq fəaliyyətini həyata keçirdiyi - ünvan 3 ünvanında yerləşən avtoyuma obyektində xx.xx.2024-cü il tarixədək satış məqsədilə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixlərdə və mənbədən əldə etdiyi 1 qutusunun orta bazar qiyməti 3,00 manat olan 60,00 manat dəyərində 20 qutu “Platinum seven black edition” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 145,00 manat dəyərində 29 qutu Rusiya istehsalı “Sobranie London” markalı, 1 qutusunun orta bazar qiyməti 2.50 manat olan 75,00 manat dəyərində 30 qutu İtaliya istehsalı “X59” markalı, 1 qutusunun orta bazar qiyməti 2,50 manat olan 25,00 manat dəyərində 10 qutu İtaliya istehsalı “X48ra” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 140,00 manat dəyərində 20 qutu İsveçrə istehsalı “X38” markalı, 1 qutusunun orta bazar qiyməti 2.50 manat olan 67,50 manat dəyərində 27 qutu İtaliya istehsalı “X49” markalı, 1 qutusunun orta bazar qiyməti 2,50 manat olan 50,00 manat dəyərində 20 qutu Yunanıstan istehsalı “Ome Karelia” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 140,00 manat dəyərində 20 qutu İsveçrə istehsalı “Marlboro White” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 140,00 manat dəyərində 20 qutu İsveçrə istehsalı “X31” markalı, 1 qutusunun orta bazar qiyməti 2,50 manat olan 70,00 manat dəyərində 28 qutu İtaliya istehsalı “X56 ağ” markalı, 1 qutusunun orta bazar qiyməti 2,50 manat olan 25,00 manat dəyərində 10 qutu İtaliya istehsalı “X50 Slim” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 140,00 manat dəyərində 20 qutu İsveçrə istehsalı “X51” markalı, 1 qutusunun orta bazar qiyməti 3,00 manat olan 30,00 manat dəyərində 10 qutu Rusiya istehsalı “Senator White line” markalı, 1 qutusunun orta bazar qiyməti 3,00 manat olan 30,00 manat dəyərində 10 qutu ABŞ istehsalı “X42” markalı, 1 qutusunun orta bazar qiyməti 7.0 manat olan 140,00 manat dəyərində 20 qutu İsveçrə istehsalı “X23” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 126,00 manat dəyərində 18 qutu İsveçrə istehsalı “Marlboro Selected premium tobacco” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 210.0 manat dəyərində 30 qutu İsveçrə istehsalı “Parliament Platinum” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 70,00 manat dəyərində 10 qutu İsveçrə istehsalı “X39” markalı, 1 qutusunun orta bazar qiyməti 2,50 manat olan 25,00 manat dəyərində 10 qutu İtaliya istehsalı “X47ra” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 70.0 manat dəyərində 10 qutu Almaniya stehsalı “Chapman Coffee” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 140,00 manat dəyərində 20 qutu Almaniya istehsalı “Chapman Cherry” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 210,00 manat dəyərində 30 qutu İtaliya istehsalı “Chapman Vanilla” markalı, 1 qutusunun orta bazar qiyməti 3,00 manat olan 30,00 manat dəyərində 10 qutu Türkiyə istehsalı “Senator Nano” markalı, 1 qutusunun orta bazar qiyməti 7.0 manat olan 70,00 manat dəyərində 10 qutu İsveçrə istehsalı “Marlboro Gold touch” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 70,00 manat dəyərində 10 qutu İsveçrə istehsalı “Marlboro Flavour code” markalı, 1 qutusunun orta bazar qiyməti 6,00 manat olan 60,00 manat dəyərində 10 qutu Hollandiya istehsalı “X24” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 140,00 manat dəyərində 20 qutu Almaniya istehsalı “X53” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 30,00 manat dəyərində 6 qutu Almaniya istehsalı “Camel Blue” markalı, 1 qutusunun orta bazar qiyməti 2,50 manat olan 25,00 manat dəyərində 10 qutu İtaliya istehsalı “Milano Rosso” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 84,00 manat dəyərində 12 qulu “Marlboro Shuffle” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 70,00 manat dəyərində 10 qutu İsveçrə istehsalı “X25”, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 70,00 manat dəyərində 10 qutu İsveçrə istehsalı “Marlboro Gold” markalı, 1 qutusunun orta bazar qiyməti 4,00 manat olan 48,00 manat dəyərində 12 qutu İspaniya istehsalı “Winston Classic” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 70,00 manat dəyərində 10 qutu İsveçrə istehsalı “Marlboro Touch one” markalı, 1 qutusunun orta bazar qiyməti 4,00 manat olan 40,00 manat dəyərində 10 qutu Almaniya istehsalı “Winston X- Style” markalı, 1 qutusunun orta bazar qiyməti 4,00 manat olan 40,00 manat dəyərində 10 qutu Rumıniya istehsalı “Kent Nanotek” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 50,00 manat dəyərində 10 qutu Rusiya istehsalı “Sobranie London qara” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 140,00 manat dəyərində 20 qutu İsveçrə istehsalı "X52 Smell" markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 70,00 manat dəyərində 10 qutu Almaniya istehsalı "X13" markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 85,00 manat dəyərində 17 qutu Almaniya istehsalı “R 1” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 50,00 manat dəyərində 10 qutu Almaniya istehsalı “Camel Yellow" markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 70,00 manat dəyərində 10 qutu Almaniya istehsalı “X28” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 70.0 manat dəyərində 10 qutu İsveçrə istehsalı “X40” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 140,00 manat dəyərində 20 qutu Almaniya istehsalı “X15” markalı, 1 qutusunun orta bazar qiyməti 4,00 manat olan 40,00 manat dəyərində 10 qutu Rumıniya istehsalı “X43” markalı, 1 qutusunun orta bazar qiyməti 4,00 manat olan 40,00 manat dəyərində 10 qutu Almaniya istehsalı “Winston Superslim” markalı, 1 qutusunun orta bazar qiyməti 3,00 manal olan 30,00 manat dəyərində 10 qutu ABŞ istehsalı “Platinum seven one queen” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 70,00 manat dəyərində 10 qutu Almaniya istehsalı "Chapman Coffee №4" markalı, 1 qutusunun orta bazar qiyməti 6,50 manat olan 65,00 manat dəyərində 10 qutu Rusiya istehsalı “X32” markalı, 1 qutusunun orta bazar qiyməti 6,50 manat olan 65,00 manat dəyərində 10 qutu Rusiya istehsalı “X41” markalı, 1 qutusunun orta bazar qiyməti 6,50 manat olan 65,00 manat dəyərində 10 qutu Rusiya istehsalı “X14” markalı, 1 qutusunun orta bazar qiyməti 6,50 manat olan 130,00 manat dəyərində 20 qutu Rusiya istehsalı “X54” markalı, 1 qutusunun orta bazar qiyməti 6,50 manat olan 65,00 manat dəyərində 10 qutu Rusiya istehsalı "X57" markalı, 1 qutusunun orta bazar qiyməti 6,50 manat olan 65,00 manat dəyərində 10 qutu Rusiya istehsalı “Heets Selection” markalı, 1 qutusunun orta bazar qiyməti 6,50 manat olan 65,00 manat dəyərində 10 qutu Rusiya istehsalı “X26” markalı, 1 qutusunun orta bazar qiyməti 6,50 manat olan 130,00 manat dəyərində 20 qutu Rusiya istehsalı “Heets Yellow selection” markalı, 1 qutusunun orta bazar qiyməti 6,50 manat olan 65,00 manat dəyərində 10 qutu Rusiya istehsalı “X44” markalı, 1 qutusunun orta bazar qiyməti 6,50 manat olan 65,00 manat dəyərində 10 qutu Rusiya istehsalı “X33” markalı, 1 qutusunun orta bazar qiyməti 6,50 manat olan 65,00 manat dəyərində 10 qutu Rusiya istehsalı “X27” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 100,00 manat dəyərində 20 qutu Gürcüstan istehsalı “Terea Amber” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 150,00 manat dəyərində 30 qutu İsveçrə istehsalı 'Terea Amber” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 100,00 manat dəyərində 20 qutu Gürcüstan istehsalı “Terea Turqoise” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 50,00 manat dəyərində 10 qutu İsveçrə istehsalı “Terea Turqoise" markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 50,00 manat dəyərində 10 qutu İsveçrə istehsalı “Terea Aprigity” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 100,00 manat dəyərində 20 qutu Gürcüstan istehsalı “X55” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 50,00 manat dəyərində 10 qutu Qazaxıstan istehsalı “X55” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 150,00 manat dəyərində 30 qutu Qazaxıstan istehsalı “Terea Ruby” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 50,00 manat dəyərində 10 qutu İsveçrə istehsalı “Terea Yugen” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 50,00 manat dəyərində 10 qutu İsveçrə istehsalı “Terea Blue” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 100,00 manat dəyərində 20 qutu Gürcüstan istehsalı “Terea Silver” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 50,00 manat dəyərində 10 qutu Qazaxıstan istehsalı “X61” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 50,00 manat dəyərində 10 qutu Qazaxıstan istehsalı "X55" markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 100,00 manat dəyərində 20 qutu İsveçrə istehsalı “Terea Sienna” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 95,00 manat dəyərində 19 qutu Qazaxıstan istehsalı “Terea iluma boz” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 50,00 manat dəyərində 10 qutu Qazaxıstan istehsalı "Terea iluma” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 50,00 manat dəyərində 10 qutu Gürcüstan istehsalı “Terea Yellow” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 100,0 manat dəyərində 20 qutu İsveçrə istehsalı “Terea Yellow” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 50,00 manat dəyərində 10 qutu Qazaxıstan istehsalı “Terea” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 30,00 manat dəyərində 6 qutu ABŞ istehsalı "Marlboro Seventy twos” markalı, 1 qutusunun orta bazar qiyməti 35,00 manat olan 350,00 manat dəyərində 10 qutu Qazaxıstan istehsalı “Terea” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 235,00 manat dəyərində 47 qutu “Terea” markalı elektron siqaret, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 80,00 manat dəyərində 16 qutu “Terea wave” markalı elektron siqaret, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 50,00 manat dəyərində 10 qutu “Terea göy” markalı elektron siqaret, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 50,00 manat dəyərində 10 qutu İtaliya istehsalı “X62” markalı, 1 qutusunun orta bazar qiyməti 2,50 manat olan 25,00 manat dəyərində 10 qutj İtaliya istehsalı “Milano Apple” markalı, 1 qutusunun orta bazar qiyməti 2,50 manat olan 22,50 manat dəyərində 9 qutu İtaliya istehsalı “Milano Vero” markalı, 1 qutusunun orta bazar qiyməti 2,50 manat olan 25,00 manat dəyərində 10 qutu İtaliya istehsalı "Milano Blueberry” markalı, 1 qutusunun orta bazar qiyməti 2,50 manat olan 37,50 manat dəyərində 15 qutu “Kent Switch” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 56,00 manat dəyərində 8 qutu İsveçrə istehsalı “Parliament Carat” markalı, 1 qutusunun orta bazar qiyməti 2,50 manat olan 25,00 manat dəyərində 10 qutu İtaliya istehsalı “Milano Strawberry” markalı, 1 qutusunun orta bazar qiyməti 2,50 manat olan 20,00 manat dəyərində 8 qutu İtaliya istehsalı “Milano Fizz” markalı, 1 qutusunun orta bazar qiyməti 4,00 manat olan 32,00 manat dəyərində 8 qutu Almaniya istehsalı "Davidoff White" markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 45,00 manat dəyərində 9 qutu Böyük Britaniya istehsalı "Vogue Frisson” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 20,00 manat dəyərində 4 qutu Böyük Britaniya istehsalı “Vogue Lilas” markalı, 1 qutusunun orta bazar qiyməti 5,00 manat olan 45,00 manat dəyərində 9 qutu Böyük Britaniya istehsalı “Vogue Blue” markalı, 1 qutusunun orta bazar qiyməti 2.50 manat olan 35,00 manat dəyərində 14 qutu Yunanıstan istehsalı “Ome Menthol” markalı, 1 qutusunun orta bazar qiyməti 2,50 manat olan 12,50 manat dəyərində 5 qutu Yunanıstan istehsalı “Ome karelia” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 35,00 manat dəyərində 5 qutu İsveçrə istehsalı “Marlboro touch” markalı, 1 qutusunun orta bazar qiyməti 2,50 manat olan 22.50 manat dəyərində 9 qutu İtaliya istehsalı “X58” markalı, 1 qutusunun orta bazar qiyməti 2,50 manat olan 22,50 manat dəyərində 9 qutu İtaliya istehsalı “Milano Geneva” markalı, 1 qutusunun orta bazar qiyməti 2,50 manat olan 20,00 manat dəyərində 8 qutu İtaliya istehsalı “Milano Coffee” markalı, 1 qutusunun orta bazar qiyməti 2,50 manat olan 17,50 manat dəyərində 7 qutu Almaniya istehsalı “Oris” markalı, 1 qutusunun orta bazar qiyməti 2,50 manat olan 10,00 manat dəyərində 4 qutu İtaliya istehsalı “Milano Eject” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 49,00 manat dəyərində 7 qutu Almaniya istehsalı “Chapman vanilla” markalı, 1 qutusunun orta bazar qiyməti 2,50 manat olan 7,50 manat dəyərində 3 qutu İtaliya istehsalı “Milano Rosso” markalı, 1 qutusunun orta bazar qiyməti 4,00 manat olan 32,00 manat dəyərində 8 qutu Sinqapur istehsalı “Kent nano” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 56,00 manat dəyərində 8 qutu Almaniya istehsalı “Chapman vanilla № 2” markalı, 1 qutusunun orta bazar qiyməti 2,50 manat olan 25,00 manat dəyərində 10 qutu İtaliya istehsalı “Milano rosso” markalı, 1 qutusunun orta bazar qiyməti 2,50 manat olan 22,50 manat dəyərində 9 qutu İtaliya istehsalı "X47ra” markalı, 1 qutusunun orta bazar qiyməti 2,50 manat olan 15,00 manat dəyərində 6 qutu İtaliya istehsalı “X48ra” markalı, 1 qutusunun orta bazar qiyməti 7.0 manat olan 49,00 manat dəyərində 7 qutu Almaniya istehsalı “X28” markalı, 1 qutusunun orta bazar qiyməti 3,00 manat olan 18,00 manat dəyərində 6 qutu ABŞ istehsalı “Platinum nano white” markalı, 1 qutusunun orta bazar qiyməti 3,00 manat olan 15,00 manat dəyərində 5 qutu ABŞ istehsalı “Platinum Berlin” markalı, 1 qutusunun orta bazar qiyməti 3.0 manat olan 24,00 manat dəyərində 8 qutu ABŞ istehsalı "Platinum brown edition” markalı, 1 qutusunun orta bazar qiyməti 3,00 manat olan 18,00 manat dəyərində 6 qutu ABŞ istehsalı “Platinum Blue” markalı, 1 qutusunun orta bazar qiyməti 2,50 manat olan 20,00 manat dəyərində 8 qutu BƏƏ istehsalı “Manchester Black” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 35.0 manat dəyərində 5 qutu İsveçrə istehsalı “Marlboro qırmızı qalın” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 35,00 manat dəyərində 5 qutu İsveçrə istehsalı “Marlboro qırmızı nazik” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 28,00 manat dəyərində 4 qutuİsveçrə istehsalı “Marlboro edge” markalı, 1 qutusunun orta bazar qiyməti 7,00 manat olan 21,00 manat dəyərində 3 qutu İsveçrə istehsalı “Marlboro flavour code" markalı, 1 qutusunun orta bazar qiyməti 4,00 manat olan 12,00 manat dəyərində 3 qutu İspaniya istehsalı “Winston Est” markalı, 1 qutusunun orta bazar qiyməti 2,50 manat olan 7,50 manat dəyərində 3 qutu Almaniya istehsalı “Al Capone” markalı tütün məmulatları olmaqla, ümumilikdə külli miqdar təşkil edən, 7983,00 (yeddi min doqquz yüz səksən üç) manat dəyərində 1522 qutu aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış və ya məcburi nişanlama ilə nişanlanmalı olan, lakin belə nişanlama ilə nişanlanmamış tütün məmulatlarını sahibkarlıq fəaliyyətini həyata keçirdiyi - ünvan 3 ünvanında yerləşən avtoyuma obyektində xx.xx.2024-cü il tarixədək satış məqsədi ilə saxlamış və qeyd edilən tütün məmulatları Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş idarəsinin xx.xx.2024-cü il tarixli **********1519 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, həmin Baş İdarənin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində aşkar edilərək, protokollaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvan 4 ünvanında yerləşən avtoyuma obyektində operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Həmin vaxt o, orada olmasa da, obyektdən aşkar edilmiş aksiz markası olmayan tütün məmulatlarının ona aid olmuşdur. Həmin gün təxminən 12:00 radələrində avtoyuma obyektinin üstündə yerləşən yaşayış binasının mühafizəçisi Sabir adlı tanışı ona zəng edərək həmin avtoyuma obyektində vergi orqanı əməkdaşları tərəfindən tədbir keçirildiyini bildirmiş, bundan sonra həmin vaxt o, ərazidə olan digər bir tanışı ilə əlaqə saxlayaraq həmin vergi orqanı əməkdaşlarının biri ilə onu danışdırmasını istəmiş və vergi orqanı əməkdaşı ilə danışdıqdan sonra birbaşa Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinə gəlmişdir. Orada olarkən Vergi orqanı əməkdaşlarına aşkar edilmiş tütün məmulatlarının ona məxsus olduğunu bildirmişdir. Daha sonra həmin tütün məmulatları sayılaraq siyahısı tərtib edilmiş, həmçinin həmin gün əlyazma şəklində izahat yazmış, operativ vergi nəzarəti tədbiri nəticəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 100502 nömrəli, “Markalanmalı malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanması üzrə keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsinə dair” Aktda, həmin akta əlavə edilmiş eyni tarixli və eyni nömrəli siyahıda, xx.xx.2024-cü il tarixli, 000528 nömrəli “Markalanmalı malların götürülməsi haqqında” Protokolda onun adının qarşısında icra edilmiş imzalar özünə məxsus olmuş və həmin imzaları şəxsən icra etmişdir. xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində aşkar edilmiş tütün məmulatları ona aid olmuş, həmin tütün məmulatlarını öz vəsaiti hesabına əldə etmiş, hər hansı bir şəriki olmamış, xatırladığı qədərilə həmin tütün məmulatlarının dəyəri 7628,20 manat olmuşdur. Lakin tütün məmulatlarının dəqiq sayını xatırlamamış, həmin tütün məhsullarını satmaq məqsədilə bir neçə şəxsdən az-az almış, tütün məmulatlarını alarkən onların satışının qadağan olunduğu barədə məlumatlı olmamış, həmin tütün məmulatlarına tələbat çox olduğundan və daha ucuz qiymətə alıb, yüksək qiymətə satmaq mümkün olduğundan onların alqı-satqısı ilə məşğul olmuşdur. Tütün məmulatlarının qiymətləri şəxsən özü tərəfindən vergi orqanı əməkdaşlarına deyilmiş, iş üzrə təyin olunub keçirilmiş kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır, rəydə göstərilən qiymət onun bildirdiyi qiymətlərlə təxminən üst-üstə düşür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvan 4 ünvanında yerləşən avtoyuma obyektində operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsində iştirak etmiş, həmin gün digər əməkdaşlar ilə birlikdə qeyd edilən ünvana yaxınlaşdıqda həmin obyektin avtoyuma obyekti olması məlum olmuş, qeyd edilən ünvanda aksiz markası ilə markalanmamış tütün məmulatlarının satış məqsədilə saxlanması ilə bağlı əməliyyat məlumatı mövcud olmuşdur. Oraya yaxınlaşdıqları vaxt avtoyuma obyekti faktiki olaraq fəaliyyət göstərmiş, həmin obyektdə işləyən şəxsə özlərini təqdim etmişlər və obyektə baxış keçirəcəklərini bildirmişlər. Obyektin içərisində olan şəxs həmin obyektin müdirinin Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onunla əlaqə saxlamalarını istəmiş və onun əlaqə nömrəsini onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə telefon vasitəsilə əlaqə saxlamışlar və həmin obyektə yaxınlaşmasını istəmişlər, lakin Təqsirləndirilən şəxs həmin vaxt oraya gələ bilməyəcəyini, tütün məmulatlarının ona məxsus olduğunu və həmin tütün məmulatları ilə bağlı Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsinə gələcəyini bildirmişdir. Bundan sonra müşahidəçi qismində cəlb etdikləri Şahid1 və X1 iştirakları ilə avtoyuma obyektindən aşkar edilmiş külli miqdarda tütün məmulatlarını sayıb, protokolla götürmüşlər və özləri ilə birlikdə Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsinə gətirmişlər. Həmin gün təxminən axşam saat 17:00-18:00 radələrində Təqsirləndirilən şəxs Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş idarəsinə gəlmiş, Baş idarədə onun iştirakı ilə tütün məmulatlarının Təqsirləndirilən şəxs dediyi qiymətlər əsasında siyahısı tərtib olunmuş, Təqsirləndirilən şəxs onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi avtoyuma obyektində aşkar edilmiş tütün məmulatları ilə bağlı əlyazma şəklində izahatı alınmış, bundan sonra isə aşkar olunmuş tütün məmulatları karton qutularda qablaşdırılaraq Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin anbarında məsul saxlanca qoyulmuş, operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsində ondan başqa Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş idarəsinin Əməliyyat idarəsinin əməkdaşları X5, X10, Şahid3, X11, X22 oğlu, Rzayev Rəfail imran oğlu, X6, X3, X12, X17, X18 qanunvericiliyin tələblərinə uyğun olaraq müşahidəçi qismində dəvət edilmiş Şahid1 və X4 iştirak etmişlər. Aşkar edilmiş tütün məmulatlarının siyahısının tərtib edilməsi və qablaşdırılması hissəsində isə Təqsirləndirilən şəxs şəxsən iştirak etmiş, operativ vergi nəzarəti tədbiri nəticəsində tərtib olunmuş bütün sənədlər iştirakçılar tərəfindən imzalanmış, hər hansı şikayət və ya vəsatət verilməmiş, Təqsirləndirilən şəxs öz xətti ilə izahat alınmış və qeyd edilən xüsusatlar onun tərəfindən təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin əməkdaşı Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, xx.xx.1997-ci il tarixdə Ağdaş rayonu, Güvəkənd kəndində anadan olmuşdur. 2013-2017-ci illərdə X8 yol hərəkətinin təşkili ixtisası üzrə təhsil almışdır. 2018-2020-ci illərdə Müdafiə Nazirliyinin Quru Qoşunlarının Pirişkül qəsəbəsində yerləşən hərbi hissəsində müddətli-həqiqi hərbi xidmət keçmişdir. 2020-ci ildə 44 günlük X9-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. Ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə o, Bakı şəhəri, Xətai rayonu ərazisində olarkən bir neçə nəfər ona yaxınlaşaraq vergi orqanı əməkdaşları olduqlarını bildirmişlər. Həmçinin demişlər ki, yaxınlıqda yerləşən ərazidə operativ vergi nəzarəti tədbiri keçirəcəklər və həmin tədbirdə onun müşahidəçi kimi iştirak etmək istəyibistəmədiyini soruşmullar. O da onlarla razılaşmışdır. Bundan sonra onlar yaxınlıqda yerləşən avtoyuma obyektinə yaxınlaşmışlar. Həmin vaxt avtoyumanın yaxınlığında bir nəfər var idi. Vergi orqanı əməkdaşları həmin şəxsə yaxınlaşıb özlərini ona təqdim etmişlər və obyektin kimin olduğunu soruşmuşlar. Həmin şəxs onlara kiminsə nömrəsini vermişdir. Bundan sonra vergi orqanı əməkdaşları həmin nömrə ilə əlaqə saxlamağa çalışmışlar. Ancaq səhv xatırlamırsa ona zəng çatmırdı. Belə olan halda vergi orqanı əməkdaşları obyektə girib baxış keçirmişlər və içəridən aksizsiz xarici siqaretlər aşkar olunmuşdur. Daha sonra bir nəfər vergi orqanı əməkdaşlarına zəng etmiş, onlar bir qədər danışdıqdan sonra vergi orqanı əməkdaşlan siqaretləri sayıb qablaşdırmışlar. Bundan sonra siqaretlərin dəyərini müəyyənləşdirmək və siyahısını tərtib etmək üçün onun da onlarla birlikdə idarəyə gəlməsini xahiş etmişlər. O da məcbur qalıb onlarla getmişdir. Biz İdarəyə çatdıqda siqaretlərin sahibi olduğunu bildirən bir nəfər cavan oğlan da oraya gəlmişdir. Bundan sonra vergi orqanı əməkdaşları siqaretləri saymışlar, siyahısı tərtib olunmuş, qiymətləri isə adını Ucal olaraq xatırladığı və siqaretlərin sahibi olduğunu bildirən şəxs tərəfindən deyilmişdir. Bundan sonra vergi orqanı əməkdaşları onlara bir sıra sənədlər təqdim etmişlər və onlar da həmin sənədləri imzalayıb idarədən ayrılmışlar. Onun iştirakı ilə keçirilən tədbir zamanı həmin obyektdən “Marlboro”, “Parliament”, “Chapman”, “Heets”, “Terea” və adlarını hazırda xatırlamadığı çox sayda xarici ölkələrin istehsalı olan tütün məmulatları aşkar olunmuşdur. Xatırladığı qədərilə həmin tütün məmulatlarının ümumi sayı 1500-dən çox idi. Ancaq siqaretlərin dəyərini xatırlamır. O, həmin şəxsin soyadını və ata adını bilmir. Sadəcə adının Ucal olduğunu xatırlayır. O, Ucalı əvvəldən tanımamışdır. Həmin şəxslə hazırda da heç bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq bundan başqa keçirilmiş hər hansı bir yoxlama tədbirində müşahidəçi kimi iştirak etməmişdir. Xatırladığı qədərilə tədbirin başlaması vaxtı təxminən günorta saat 12 radələri idi. Sonradan idarəyə getdikləri üçün və işlərin uzanmasına görə tədbirin başa çatma vaxtını xatırlamır. Ancaq təxminən günortadan sonra idi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aksiz markası ilə markalanmalı olan, belə marka ilə markalanmamış və ya məcburi nişanlama ilə nişanlanmalı olan, lakin belə nişanlama ilə nişanlanmamış külli miqdar təşkil edən 7983.00 manat dəyərində 1522 qutu tütün məmulatlarını satış məqsədi ilə saxlaması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə cinayət işi başlanmış və həmin iş icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır (i.v. 1-2); İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü tarixli **********1519 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarından görünür ki, Bakı şəhəri, Xətai rayonu ərazisində aksiz markaları ilə markalanmalı və məcburi nişanlanma ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında) audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır (i.v. 8); markalanmalı (nişanlanmalı) malların götürülməsi haqqında xx.xx.2024-cü il tarixli, DVX seriyalı 000528 nömrəli protokoldan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən fiziki şəxs Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 3 ünvanında yerləşən avtoyuma məntəqəsində aşkar edilmiş markalanmamış (nömrələnməmiş) məmulatlar götürülmüşdür (i.v. 15); aksiz markası ilə markalanmamış mallara baxış keçirilməsi haqqında 27 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü tarixli **********1519 nömrəli qərarına əsasən ünvan 3 ünvanında yerləşən avtoyuma məntəqəsində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı aşkar edilərək götürülmüş və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin anbarına məsul saxlanca təhvil verilmiş aksiz markası ilə markalanmamış və ya məcburi nişanlama ilə nişanlanmamış tütün məmulatlarının 1543 qutu olması müəyyən edilmiş və fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 34-38); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş 03 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 52- 53); Binəqədi rayon İHB-nın M.Ə.Rəsulzadə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (i.v. 60); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə-bioloji və əmtəəşünaslıq ekspertizasının 14 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-7/1507-9/7421 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş cədvəl № 1-də göstərilmiş aksiz markası olmayan 10 qutu “X29” markalı və 11 qutu “X30” markalı olmaqla ümumilikdə 21 qutu tütün məmulatlarının (siqaretlərin) tərkib göstəricilərinin standart tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Qalan adları və sayları cədvəl №1-də göstərilmiş qalan tütün məmulatlarının keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur. Aparılmış bioloji tədqiqatın nəticəsinə görə, tədqiqata təqdim edilmiş 122 adda tütün məmulatlarının xx.xx.2024-cü il tarixinə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7983,00 manat müəyyən edilmişdir. Tədqiqata təqdim edilmiş aksiz markası olmayan 10 qutu “X29” markalı və 11 qutu “X30” markalı olmaqla ümumilikdə 21 qutu tütün məmulatlarının (siqaretlərin) keyfiyyət östəriciləri standart tələblərinə uyğun olmadığı üçün qiymətsiz müəyyən edilmişdir (i.v. 72-88); sübutların qiymətləndirilməsi haqqında 23 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213-1.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 3 ünvanında yerləşən avtoyuma obyektindən aşkar edilərək götürülmüş ümumilikdə 1543 qutu aksiz markası ilə markalanmamış və məcburi marka ilə nişanlanmamış tütün məmulatlarından, ekspert tədqiqatına sərf edilmiş 158 qutu tütün məmulatları çıxıldıqdan sonra qalan 1385 qutu aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış və məcburi nişanlama ilə nişanlanmalı olan, lakin belə nişanlama ilə nişanlanmamış tütün məmulatu cinayət iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin maddi sübutları saxlama anbarına təhvil verilmiş, cinayət işinin materiallarında olan kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə-bioloji ekspertizasının 14 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-7/1507-9/7421 nömrəli nömrəli rəyi cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v. 148-155); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 213-1.2.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 161-166); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 24 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir (i.v. 180-181). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: - tütün məmulatları aksizli mallara aid edilir (190.1-ci maddə); - Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı malların siyahısı, həmin mallara aksiz markalarının tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Aksiz markalarının hazırlanmasına dair sifarişin verilməsi, onların satışı və uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Belə aksizli malları markasız idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır və qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə səbəb olur (194.1-ci maddə). Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nın 2.0-ci bəndinə görə bu Qaydaların məqsədləri üçün aksiz markaları ilə markalanmalı olan mallar aşağıdakılardır (iaşə xidməti göstərilən obyektlərdə qablaşdırılmadan satılan mallar istisna olmaqla): içməli spirt; spirtli içkilərin bütün növləri; pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 08 yanvar tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydaları”nın 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində qeyd olunan aksizli mallardan (qablaşdırılmamış halda istisna olmaqla) içməli spirt, spirtli içkilərin bütün növləri, pivə, tütün məmulatları aksiz markaları ilə markalanmalıdır. Həmin Qaydaların 3.1-ci bəndinə görə markalanmalı olan mallara tətbiq olunan aksiz markalarının üzərində aşağıda göstərilənlər əks olunmalıdır: Azərbaycan Respublikasının simvolları, seriya, sıra nömrəsi, təyinatı (“daxili istehsal”, “idxal” və yaxud “müsadirə”), növü (“etil (yeyinti) spirti”, “alkoqollu içkilər”, “pivə”, “tütün məmulatı”). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə külli miqdarda törədildikdə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 213-1.1 və 213-1.3-cü maddələrində “xeyli miqdar” dedikdə beş yüz manatdan iki min manatadək olan məbləğ, 213-1.2.1 və 213-1.4-cü maddələrində “külli miqdar” dedikdə iki min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 213-1.2.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın çəkilməli olub-olmaması haqqında məsələnin həlli zamanı qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, cinayətin baş vermə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin aşağıdakıları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah olunması mümkündür, ona görə də onun barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi cəzanın məqsədlərinə nail olunması üçün daha məqsədəm üvafiqdir. Çünki cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas - məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM, maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzalarm İcrası Məcəlləsi, maddə 8.1). Təqsirləndirilən şəxsin ittiham olunduğu qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, Təqsirləndirilən şəxs təqsirini etiraf etməsi, əməlindən peşman olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi mühüm əhəmiyyət kəsb edən yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Eyni zamanda məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməklə o, “aksiz markası ilə markalanmalı olan malların satışı fəaliyyəti ilə məşğul olmaq” hüququndan məhrum edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan normaların tələblərini nəzərə alıb hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs satış məqsədi ilə saxladığı aksiz markası ilə markalanmamış 1385 qutu tütün məmulatları hökm qanuni qüvvəyə mindikdən sonra Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə aksiz markası ilə markalanmalı olan malların satışı fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş 1385 qutu tütün məmulatları hökm qanuni qüvvəyə mindikdən sonra Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək dövlət nəfinə alınsın. İş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar