Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-536/2024 17.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci ildə Sabirabad rayonu, Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, ünvan 2vanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,653 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə edib, üzərində daşımaqla saxlamış və onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən daxil olmuş məlumat əsasında 27 iyul 2024-cü il tarixdə, saat 01:30-da Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 86 ünvanının qarşısında saxlanılıb ünvan 3İ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış-götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0.653 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, uzun müddətdir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, əvvəllər məhkum olunmamışdır. 27 iyul 2024-cü il tarixdə saat 01:30-da Bakı şəhər, Xətai rayonu, Babək prospekti, ev 86 ünvanın qarşısında olan zaman mülki geyimdə olan iki nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim etmişlər və onu 34-cü PŞ-nə dəvət etmişlər, orada ona hüquq və vəzifələri izah olunaraq müdafiəçi ilə təmin edilmiş, sonra videoçəkilişlə üzərinə baxış keçirilərkən üzərində dövriyyəsi qanunla qadağan olunmuş, hər hansı əşya və ya predmet varsa çıxarıb könüllü təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra şəxsi istifadəsi üçün əldə etdiyi və əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə olan kütləni çıxarıb təqdim etmiş, sorğu zamanı təqdim etdiyi kütlənin narkotik vasitə olan heroin olmasını və şəxsi istifadəsi üçün Neftçilər metrosunun yaxınlığında tanımadığı şəxsdən 10 manata əldə etməsini bildirmiş, sonra həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,71 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə qablaşdırılaraq zərfə qoyulub üzəri möhürlənmiş, sonra bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Əldə etdiyi narkotik vasitələri özü istifadə etmək məqsədilə almış, heç kimə narkotik vasitə satmamış və ya hədiyyə etməmiş, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni aldığı şəxsin anket məlumatlarını bilməmiş, polis əməkdaşları tərəfindən saxlanılan zaman və şöbəyə aparılan zaman ona qarşı hər hansı bir formada fiziki təzyiq olunmamış, təqdim etdiyi narkotik vasitədən başqa digər yerlərdə narkotik vasitə saxlamamış, istifadəsində mobil telefon və adında nömrə olmamışdır. Həmçinin o oğlunun müharibə iştirakçısı olmasının məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, hazırda polis mayoru rütbəsindədir. 26 iyul 2024-cü il tarixdə şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə əməliyyat qrupunda növbədə olmuş, xx.xx.2024-cü il tarixə keçən gecə saat 01 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən daxil olmuş məlumat əsasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 86 ünvanının qarşısında saat 01:30-da bir nəfər şəxs tərəflərindən narkotik vasitələrin istifadəsində şübhəli bilindiyindən saxlanılaraq şöbəyə gətirilmiş, şöbədə həmin şəxsin xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Əlləsgər oğlu olması müəyyən edilərək paltarında, əşyalarında, bədənində narkotik vasitələrin və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaların olması ehtimal edildiyindən cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi məqsədilə şöbənin təhqiqatçısı, polis baş leytenantı X1 təhvil verilmişdir. Bundan sonra təhqiqatçı Elçin Qəhrəmanlı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Əlləsgər oğluna hüquq və vəzifələri izah olunaraq ona hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuş, sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Əlləsgər oğluna üzərində olan qeyri-qanuni əşyaları könüllü olaraq çıxarıb masanın üzərinə qoyması təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş kütləni çıxarıb təqdim etmiş və sorğu zamanı Təqsirləndirilən şəxs qeyd edilən bükülünün içindəki maddənin «kakos» kimi tanıdığı narkotik vasitə olan heroin olmasını və heroini şəxsi istifadəsi üçün Neftçilər metrosunun yaxınlığında tanımadığı şəxsdən 10 manata almasını bildirmişdir. Bundan sonra təhqiqatçı Elçin Qəhrəmanlı tərəfindən həmin maddə tərəzidə çəkilmiş və çəkisinin 0,71 qram olması müəyyən edilmiş, sonra həmin kütlə kağız zərfə qoyularaq qablaşdırılmaqla üzəri iştirakçılar tərəfindən imzalanmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 152 saylı möhürü ilə möhürlənmiş, şəxsi axtarış və götürmə prosesini əks etdirən 01 ədəd CD disk isə protokola əlavə edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən və şöbəyə aparılarkən ona hər hansı bir formada fiziki güc tətbiq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Sabirabad rayonu, A.M.Şərifzadə küçəsi, dalan 1, ev 4-də qeydiyyatda olsa da valideynləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 86, mənzil 165-də kirayə yaşayır, subaydır, heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Blləsgər oğlu doğma atasıdır, xx.xx.1977-ci il təvəllüdlü olmaqla onlarla birlikdə eyni evdə yaşayır, atası Təqsirləndirilən şəxs yaxşı sənətkardır və ev təmiri ilə məşğul olaraq rəngsazlıq etmiş, atası əvvəllər məhkum olunmamışdır. Son zamanlar narkotik vasitədən istifadə etməyə başlamışdır, bundan xəbər tutduqda atası ilə söhbət etmiş və bir daha istifadə etməyəcəyinə söz vermişdir. 27 iyul 2024-cü il tarixə keçən gecə saat 01 radələrində evə gələrkən atasının əhvalından narkotik vasitə istifadə etməsini hiss etmiş və dediyinə görə üstündə də olmuş, bu zaman aralarında sözlə yüngül mübahisə olmuş və həyətə düşərək mübahisənin davam etməməsi üçün Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub atasının narkotik vasitə istifadəçisi olmasını və üstündə narkotik vasitə olmasını bildirmiş, sonra isə bu barədə tədbir görmələrini, daha doğrusu atası evdə mübahisə etməməsi üçün gəlib aparmalarını xahiş etmiş, ancaq atası Fuad bundan xəbər tutmamış və evə qalxıb polislərin gəlməsini gözləmiş, sonra atası həyətə düşmüş, bundan təxminən 15-20 dəqiqə sonra Xətai RPİ-nin 34-cü PB-nin iki nəfər əməkdaşı yaşadığı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 86 ünvana gələrək atasını həyətdən götürüb şöbəyə aparmış, sonradan isə şöbədə atasının üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının cibindən şəxsi istifadəsi üçün almış olduğu bir büküm narkotik vasitə aşkar edilərək götürülməsini eşidib-bilmişdir. Atasının haradan və hansı qiymətə narkotik vasitə almasını bilməmiş, atası narkotik vasitə istifadəçisi olsa da satışı ilə məşğul olmamış və heç vaxt evdə narkotik vasitə saxlamamışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, hazırda polis leytenantı rütbəsindədir. 26 iyul 2024-cü il tarixdə şöbənin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə əməliyyat qruppasında növbədə olmuş, xx.xx.2024-cü il tarixə keçən gecə saat 01 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən daxil olmuş məlumat əsasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 86 ünvanının qarşısında saat 01:30-da bir nəfər şəxs tərəflərindən narkotik vasitələrin istifadəsində şübhəli bilindiyindən saxlanılaraq şöbəyə gətirilmişdir. Şöbədə həmin şəxsin xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Əlləsgər oğlu olması müəyyən edilərək paltarında, əşyalarında, bədənində narkotik vasitələrin və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaların olması ehtimal edildiyindən cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi məqsədilə Fuad Cəfərovu şöbənin təhqiqatçısı, polis baş leytenantı X1 təhvil vermişlər. Bundan sonra təhqiqatçı Elçin Qəhrəmanlı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Əlləsgər oğluna hüquq və vəzifələri izah olunaraq ona hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Əlləsgər oğluna üzərində olan qeyri-qanuni əşyaları könüllü olaraq çıxarıb masanın üzərinə qoyması təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş kütləni çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən sorğu zamanı Təqsirləndirilən şəxs qeyd edilən bükülünün içindəki maddənin «kakos» kimi tanıdığı narkotik vasitə olan heroin olmasını və heroini şəxsi istifadəsi üçün Neftçilər metrosunun yaxınlığında tanımadığı şəxsdən 10 manata almasını bildirmişdir. Bundan sonra təhqiqatçı Elçin Qəhrəmanlı tərəfindən həmin maddə tərəzidə çəkilmiş və çəkisinin 0,71 qram olması müəyyən edilmiş, sonra həmin kütlə kağız zərfə qoyularaq qablaşdırılmaqla üzəri iştirakçılar tərəfindən imzalanmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 152 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış və götürmə prosesini əks etdirən 01 ədəd CD disk isə protokola əlavə edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən və şöbəyə aparılarkən ona hər hansı bir formada fiziki güc tətbiq edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 27 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:30-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 15); şəxsi axtarış və götürmə aparılması haqqında 27 iyul 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddəni çıxararaq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələrin nə olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan 01 ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə (kakos) heroindir. Qeyd olunan maddələri necə əldə etməsini soruşduqda o, şəxsi istifadəsi üçün Bakı şəhəri, Xətai rayonu, Neftçilər metrostansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat dəyərində nağd şəkildə aldığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin üzərində gəzdirilməsini və satışını həyata keçirilməsi ilə bağlı verilən suala o, narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində gəzdirməsini bildirmişdir. Götürülmüş kütlə tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və 01 ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddənin (kakos) ümumi çəkisinin 0.71 qram olması müəyyən olunmuşdur (i.v. 27-28a); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/3838 nömrəli, 27 iyul 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: AR DİN “Zərflər üçün №152” möhür əksi, “Və Təqsirləndirilən şəxs /imza/; vəkil X2 /imza/; əm/li Cəmil Rəsubov /imza/; əm/li Şahid3 /imza/; X6 /imza/” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,653 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 33-36); “CD-R” diskə baxış keçirilməsi haqqında 27 iyul 2024-cü il tarixli protokoldan görünür ki, diskdə olan həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 27 iyul 2024cü il tarixli protokola uyğun olmuşdur (i.v. 44); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 45-46); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 28 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, saxlanıldığı Xətai RPİnin MSY-dən dərhal azad edilmişdir (i.v. 62-63); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 28 iyul 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə saat 14:20də “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 64-66); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 77); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin xx.xx.2024-cü il tarixli, 5475 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 88-89); cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 11 sentyabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, CD diskə baxış keçirilməsi haqqında protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.653 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.553 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 90-97); Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsi tərəfindən verilmiş hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs övladı xx.xx.2002-ci il təvəllüdlü Şahid1 “Vətən müharibəsi iştirakçısı” olmuşdur. Məhkəmə iclasında bir ədəd “CD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddəni çıxararaq təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələrin nə olması haqqında sual verilərkən sonuncu əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan 01 ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddənin (kakos) heroin olduğunu, qeyd olunan maddələri necə əldə etməsini soruşduqda o, şəxsi istifadəsi üçün Bakı şəhəri, Xətai rayonu, Neftçilər metrostansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat dəyərində nağd şəkildə aldığını və narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində gəzdirməsini bildirir. Götürülmüş kütlə tərəfindən elektron tərəzi vasitəsilə çəkilir və 01 ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddənin ümumi çəkisinin 0.71 qram olması müəyyən edilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.653 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, oğlunun “Vətən müharibəsi iştirakçısı” olmasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş narkotik vasitə heroinin miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 27 iyul 2024-cü il tarixdən 28 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.653 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.553 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD-R” disk iş materiallarında saxlanılmalı (CPM- 132), 60 (altmış) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Xətai rayonu, ünvan 2vanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 iyul 2024-cü il tarixdən 28 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 2vanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddis sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.653 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.553 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD-R” disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-536/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-536/2024
17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver