Məhkəmə qərarları › İş №1(011)-537/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-537/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-537/2023 01.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Mingəçevir şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Ağdaş rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, Musayeva X4 Rayon Məhkəməsinin 06 04.2022-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 29, 317- 1.1-ci maddəsi ilə təqsirli bilinib barəsində iki il müddətinə azadlıqdan məhrum etmə cəzası təyİn edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən oğlu Şahid1 yanına xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində qısamüddətli görüşə gəlmiş, müəssisəyə daxıl olan zaman üzərinə hal şahidlərinin iştrakı ilə müəssisənin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı bir ədəd siqaret folqasına bükülmüş şəxsi istehlak miqdarında təmiz çəkisi, 0,042 qram ağ rəngli kristallik hissəciklərdən ibarət Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş psixotrop maddələrin siyahısına daxil edilmiş kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini cəzaçəkmə müəssisəsində cəza çəkən Şahid1 yoxlamadan gizlətməklə ötürməyə cəhd etmiş, lakin həmin qadağan edilmiş maddə aşkar edilərək götürüldüyünə görə onun iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29. 317-1.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 onun oğludur. Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Şahid1 Nərimanov Rayon Məhkəməsinin 06 04.2022-ci il tarixli hökmü ilə məhkum edildikdən sonra bir neçə dəfə onun görüşünə gedib ona lazım olan geyim əşyaları, siqaret və ərzaq aparmışdır. 2023-cü ilin aprel ayının təxminən 2-də Kamran onunla telefon əlaqəsi saxlamış O, Kamranla bir qədər söhbət edib onun səhhətinin necə olmasını soruşub. Bu zaman Kamran ona deyibki onun görüşünə gələndə siqaret və yemək alıb gətirsin. Sonra Kamran ona deyibki ağrıları var, görüşə gələndə hökmən ağrıkəsici dərman gətirsin. Ancaq o, Kamranın ağrıkəsici adı ilə əvvəllər istifadə etdiyi psixatrop dərman istədiyini, lakin telefonda açıq şəkildə deyə bilmədiyini başa düşmüşdür. Ona görədə o, telefonla danışdıqdan sonra onun evdə olan paltarlarına baxmış, dolabın içərisində olan qara rəngli qısaqol gödəkcəsinin sağ yan cibində kağız bükülüdə saxladığı kristalşəkılli maddəri tapmış və görüşə gedəndə yadından çıxıb qalmasın deyə sinəlik adlanan alt geyiminin altına qoymuşdur. O, həmin dərmanın psixotrop maddə olduğunu başa düşmüşdür. 06 04.2023-cü il tarixdə o, böyük oğlu Aslanla birlikdə Kamranın ziyarətinə getmişdir. Həmin gün saat 12:30 radələrində onlar Bakı şəhəri Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsinin qarşısına gəlib. Kamranla görüşmək üçün bir qədər növbə gözləyiblər, təxminən 20 dəqiqə gözlədikdən sonra oğlu Aslanla birlikdə müəssisənin giriş qapısından içəri daxil olublar. Kamranla görüşmək üçün gəldiklərini bildirdikdən sonra üzərilərinə baxış keçiriləcəyi bildirilib. Bu zaman axtarış-baxış otağında bir nəfər qadın ədliyyə işçisi onun üzərini axtarıb. Üzərinə axtarış keçirilən zaman sinəliyinin altında gizlətdiyi bir ədəd siqaret folqasına bükülmüş bükülü aşkar edilib. Bundan sonra müəssisənin əməkdaşları tərəfindən həmin bükülünün içərisinə baxış keçirilib, baxış zamanı aşkar olunmuş maddənin ekspertizaya təqdim olunması üçün xüsusi qaydada qablaşdırılıb və bu barədə protokol tərtib olunduqdan sonra onun izahatı alınmışdır. Əməlindən peşmandır. Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 onun qardaşıdır. Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində narkotik vasitələrin qanunsuz daşınmasına görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan cəza çəkir. O, xx.xx.2023-cü tarixdə anası Təqsirləndirilən şəxs ilə birlikdə qardaşı Kamranın ziyarətinə getmişdir. Onlar təxminən saat 12:30 radələrində ora çatıb və 20 dəqiqə görüş üçün növbələrini gözlədikdən sonra müəssisənin içərisinə daxil olduqdan sonra Kamranla görüşə gəldiklərin bildiriblər. Görüşlə bağlı müvafiq sənədləşmə işləri aparıldıqdan sonra onlar müəssisənin içərisində fərqli otaqlara daxil olmuşlar. Anası Təqsirləndirilən şəxs üzərinə qadın Ədliyyə əməkdaşı baxış keçirmək üçün digər otağa daxil olmuşlar. Onun üzəri axtarılsa da hər hansı qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Lakin ona sonradan məlum olmuşdur ki, anası Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin və Ədliyyə işçilərinin iştrakı ilə baxış keçirilən zaman onun üzərindən bir ədəd siqaret kağızı olan folqaya bükülü halda psixotrop maddə olan metafetamin aşkar edilmişdir. Bununla bağlı müvafiq protokol tərtib edildikdən sonra onların izahatları alınmışdır. O, anasının üzərində olan psixotrop maddədən heç bir məlumatı olmadığını bildirmişdir. Sonradan anası Təqsirləndirilən şəxs ona demişdir ki, görüşə gəlməzdən bir neçə gün əvvəl Kamranla telefon danışığı zamanı Kamran ona ağrılarının olduğunu və ona ağrıkəsici dərman gətirməsini demiş, oda Kamranın evdəki qara rəngli qısa qol gödəkçəsinin cibinə baxdıqda bükülü olduğunu və həmin bükülünü Kamrana aparmaq istəmişdir. Həmin vaxtı anası Sevincin üzərində psixotrop maddə olmasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 1(005)-229/2022 saylı, xx.xx.2022-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə müəssisəsində cəzasını çəkir. Təqsirləndirilən şəxs onun anasıdır. O, məhkum edildikdən sonra anası Təqsirləndirilən şəxs bir neçə dəfə onunla görüşə gəlib və ona lazım olan geyim əşyaları, siqaret və ərzaq gətirmişdir. 2023-cü ilin aprel ayının təxminən 2-də anası Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlamışdır. Bir qədər söhbət edtdikdən sonra anası Təqsirləndirilən şəxs səhhətinin necə olmasını soruşmuşdur. Bu zaman anasına demişdirki növbəti dəfə görüşə gələndə siqaret və yemək alıb gətirsin. Söhbət zamanı anasına bildirmişdir ki, ağrıları artıb görüşə gələrkən hər hansı bır ağrıkəsici dərman gətirsin. Sonradan eşitdiyinə görə xx.xx.2023-cü il tarixdə təxminən saat 13:00 radələrində anası Təqsirləndirilən şəxs böyük qardaşı Şahid3 ilə birlikdə Bakı şəhəri Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsinə onunla görüşə gəlmiş, lakin görüş öncəsi müəssisənin bir nəfər qadın əməkdaşı tərəfindən anası Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı bir ədəd siqaret folqasına bükülmüş bükülü aşkar edilərək götürülmüşdür. Daha sonra anası Təqsirləndirilən şəxs telefon danışığı zamanı ona bildirmişdir ki, narkotik və psixotrop maddələrin istifadəçisi olduğuna görə həmin vaxtı onu səhv başa düşüb, elə bilibki ondan əvvəllər ağrılarının azalması üçün istifadə etdiyi dərmanları gətirməsini istəyir. Buna görədə həbs olunmamışdan əvvəl əldə etdiyim evdə dolabın içərisində olan ona məxsus qara rəngli qısaqol gödəkçənin sağ yan cibində kağız bükülünün içərisində olan metamfetamini götürərək ona gətirməyə cəhd etmişdir. Həmin bükülünü həbs olunmamışdan əvvəl tanımadığı şəxsdən almışdır, müəyyən bir hissəsini istifadə etsə də təxminən bir dozalıq qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə müəssisəsinın nəzarətçisi Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə saat 13:00 radələrində işlədiyi Cəzaçəkmə müəssisəsində xidmətdə olduğu zaman Nərimanov Rayon Məhkəməsinin hökmü ilə barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və hazırda müəssisədə məhkum olaraq cəza çəkən Şahid1 yanına anası Sevinc adlı qadının və qardaşı Aslanın gəlməsi ilə bağlı məlumat daxil olmuşdur. O, müvafiq olaraq cəzaçəkmə müəssisəsində olan məhkumun görüşünə gəlmiş şəxsin üzərində qanunla cəzaçəkmə müəssisəsinə ötürülməsi qadağan edilmiş hər hansı bir əşyanın olub-olmadığının müəyyən edilməsindən ötrü bu məqsədlə nəzərdə tutulmuş yoxlanış otağına daxil olmuşdur. Təqsirləndirilən şəxs adlı vətəndaş da həmin otağa daxıl olmuşdur. Xidməti otaqda olan zaman müəssisənin əməkdaşları Şahid5 və X6 eyni zamanda hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirməyə başlamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs sinəlik adlanan alt geyiminin içərisində gizlətdiyi siqaret folqasına bükülmüş bir ədəd bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükülüdə olan kütlənin psixotrop dərman olduğunu, görüşə gələn zaman gizlətdiyi, məqsədinin həmin bükülünü müəssisədə məhkum olaraq cəzaçəkən oğluna ötürmək olduğunu bildirmişdir. Baxışa dair protokol tərtib olunmaqla həmin bükülü qablaşdırılaraq tərkibinin və çəkisinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə müəssisəsinin nəzarətçisi Şahid5 da eyni məzmunlu ifadə verərək ifadəsində Şahid4 dediklərini təstiq etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 da Şahid4 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılmasını rədd edilməsinə dair qərarın ləğv olunaraq cinayət işinin başlanılıb aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, 01 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinin Əməliyyat şöbəsinin rəisi ədliyyə mayoru X7, RNŞ-nin nəzarətçiləri ədliyyə giziri Şahid4, ədliyyə giziri Şahid5 və ədliyyə kiçik giziri X6, eləcə də hal şahidləri Şahid2 və Şahid6 iştirak etmişdirlər. Şəxsi axtarış və götürmə aparılan zaman Ədliyyə Nazirliyi Penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən xx.xx.1999-cu il tarixdə Tər-tər rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, hal-hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 93.1.2-ci maddəsi tətbiq edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2022-ci il, cəzasının sonu xx.xx.2024-cü il tarixə hesablanmış, 7 saylı cəzaçəkmə müəssisəsinə xx.xx.2022-ci il tarixdə BİT-dən köçürülmüş Şahid1 yanına xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində qısa müddətli görüşə gəlmiş qardaşı xx.xx.1998-ci il tarixdə Tər-tər rayonunda anadan olmuş, həmin rayonda qeydiyyatda olan, ünvan 2 ünvanında kirayədə yaşayan vətəndaş Şahid3 və adı göstərilən məhkumun anası xx.xx.1980-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Ağdaş rayonu Qaradağlı kəndində qeydiyyatda olan, ünvan 3 ünvanında kirayədə yaşayan vətəndaş Təqsirləndirilən şəxs üzərində baxış keçirilərkən sonuncunun sinə alt geyim paltarının içərisində gizlədilmiş 01 (bir) ədəd siqaret falqasına bükülü narkotik vasitə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Qeyd olunan 01 (bir) ədəd siqaret falqasına bükülü narkotik vasitə metamfetaminə bənzər maddə hal şahidlərinin və vətəndaş Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyularaq müvafiq qaydada qablaşdırılıb tərkib və çəkisinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzinə göndərilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş bükülüdəki kütlənin narkotik vasitə olan metamfetamin olduğunu və onu məhkum övladı Şahid1 tapşırığı ilə sonuncuya vermək üçün gətirdiyini bildirmişdir. 15 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 29 may 2023-cü il tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. 31 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 317-1.1-ci maddəsi ilə yenidən ittiham irəli sürülərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 04 iyul 2023-cü il tarixdə ********* nömrəli cinayət işinin ibtidai istintaq müddətinin 15 sentyabr 2023-cü il tarixə kimi – 2 (iki) ay müddətinə uzadılması barədə Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini qarşısında vəsatət qaldırılmışdır. 06 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini , ll dərəcəli dövlətr ədliyyə müşaviri Elmar Camalov tərəfindən vəsatət təmin edilmiş, ********* nömrəli cinayət işinin ibtidai istintaq müddətinin 15 sentyabr 2023-cü il tarixə kimi – 2 (iki) ay müddətinə uzadılmışdır. 03 avqust 2023-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan məzmunda ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 6/2007 nömrəli 06 aprel 2023-cü il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 7 saylı X5 üçün” dairəvi möhür əksləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,042 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 3-16-16/2-6/3716 nömrəli 17 iyul 2023-cü il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...5.Təqsirləndirilən şəxs....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,022 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Şahid1 gətirdiyi bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,042 qram olan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,022 qram çəkidə ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin və hal şahidlərinin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma— bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop vasitələr» adlı İl siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,042 qram olan psixotrop vasitə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunmur. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətdiyini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə təqsirli bilinib, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın mövcudluğu və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, iş ürzə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,012 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində məhkəmə xərci X3 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir (CPM-198.1), Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,012 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar