Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-537/2025 08.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikası, Zəngibasar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazidiyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,304 qram psixotrop maddə metamfetamini və xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,248 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrlə psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən 04 sentyabr 2025-ci il tarixdə, saat 14:55-də keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan balaca cibindən bir ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda qablaşdırılmış bir ədəd şəffaf sellofan bükümdə lomiz çəkisi 0,304 qram maddə psixotrop maddə metamfetamin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0.248 qram maddə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 sentyabr 2025-ci il tarixdə günorta saatlarında metronun “Neftçilər” stansiyasının yaxınlığında üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat nağd pul müqabilndə bir ədəd şəffaf sellofan bükümdə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin və bir ədəd şəffaf sellofan bükümdə "kakos" kimi tanıdığı narkotik vasitə heroini alıb əynindəki qara rəngli şalvarın sağ yan balaca cibinə qoymuşdur. 04 sentyabr 2025-ci il tarixdə saat 14:55-də Xətai rayonu, Cavanşir küçəsi 15 ünvanın qarşısında dayandığı zaman üç nəfər şəxs telefonla videoçəkiliş edərək yaxınlaşıb qanunsuz olaraq narkotik vasitələrin dövriyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməsini bildirdikdə əynindəki qara rəngli cins şalvarın sol yan cibindən üzərində ***-***-**-** nömrə olan bir ədəd “Redmi Note 13” markalı mobil telefonu, sol arxa cibindən bir ədəd cib yaylığını, sağ yan balaca cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində olan iki ədəd ayrıayrılıqda qablaşdırılmış bükümlərdə narkotik vasitə olmasını və həmin bükümləri “Neftçilər”dən şəxsi istifadəsi üçün 20 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqdim etdiyi hər iki büküm birlikdə elektron tərəzidə çəkildikdə ümumilikdə 0.67 qram olmaları müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalarla təsdiq edilib götürülmüşdür. Bundan başqa təqdim etdiyi bir ədəd “Redmi Note 13” markalı mobil telefon qablaşdırılıb üzəri möhürlənib götürülmüşdür. Videoçəkilişin davamı olaraq polis əməkdaşları onu Xətai RPİ-nin 36-cı PŞ-nə dəvət edərək gətirib şöbənin növbətçi hissəsinə təqdim etmişlər. Bir qədər sonra polis şöbəsinə hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmağı barədə protokol tərtib olunub Xətai RPİ-nin X4 təhvil verilmişdir. Narkotik vasitə və psixotrop maddə istifadə etsə də, heç vaxt narkotik vasitəni, psixotrop maddəni heç kəsə satmamış və heç kəsə pay olaraq verməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət edilən zaman ona qarşı hər hansı bir fiziki zor tətbiq edilməmişdir. Saxlanılan zaman istifadəsindəki üzərində ***-***-**-** mobil nömrə olan “Redmi Note 13” markalı mobil telefondan başqa heç bir mobil telefon olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 04 sentyabr 2025-ci il tarixdə saat 14:55-də Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkilləri polis mayoru Şahid1 və polis leytenantı Şahid3 ilə birlikdə Xətai rayonu, Cavanşir küçəsi 15 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib, saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən üzərində ***-***-**-** nömrə olan bir ədəd “Redmi” markalı mobil telefonu, sol arxa cibindən bir ədəd cib yaylığını, sağ yan balaca cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək içərisində narkotik vasitə olmasını şəxsi istifadəsi üçün “Neftçilər”dən 20 manata almasını bildirmişdir. Təqdim edilən bir ədəd şəffaf sellofan bükümə keçirilən baxış zamanı içərisində narkotik vasitə heroinə oxşar kütlə olan bir ədəd şəffaf sellofan büküm və içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan bir ədəd şəffaf sellofan büküm olması aşkar edilmişdir. Hər iki büküm elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə ümumi olaraq 0.67 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalanaraq götürülmüşdür. Bundan başqa saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Redmi” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs dəvət edərək üzərindən aşkar edilmiş əşya və predmetlərlə birlikdə Xətai RPİ-nin 36-cı PŞ-nə gətirmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs şöbənin növbətçi hissəsinə təhvil verib üzərindən aşkar edilərək qablaşdırılmış bükümləri və bir ədəd mobil telefonu şöbənin təhqiqatçısı polis kapitanı X1 təqdim etmişlər. X2 tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış bir ədəd “Redmi” markalı mobil telefona və bir ədəd kağız zərfdə qablaşdırılmış iki ədəd şəffaf sellofan bükümdə qablaşdırılmış maddələrə baxış keçirilmişdir. İçərisində narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd şəffaf sellofan büküm elektron tərəzidə çəkildikdə 0.41 qram, içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan bir ədəd şəffaf sellofan büküm qablaşdırma ilə birlikdə 0.33 qram və hər iki büküm birlikdə çəkildikdə 0.74 qram olmaları müəyyən edilib yenidən kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Bundan başqa təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs saxlanılması, üzərində şəxsi axtarış və götürmə keçirilməsinin videoçəkilişinə bir ədəd mobil telefonda baxış keçirilmişdir. Videoçəkiliş yekunlaşdıqdan sonra hüquqlarının müdafiə olunması üçün polis bölməsinə dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq Xətai RPİnin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, barəsində şəxsi axtarış və götürmə keçirilərkən, bölməyə gətirilərkən ona hər hansı pisixi və fiziki təsir edilməmişdir. 04 sentyabr 2025-ci il tarixdə əməliyyat tədbirləri keçirilərkən Təqsirləndirilən şəxs küçədə saxlanılıb dərhal üzərində şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş hər iki büküm elektron tərəzidə çəkildikdə ümumilikdə 0.67 qram, təhqiqatçı tərəfindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd şəffaf sellofan büküm elektron tərəzidə çəkildikdə 0.41 qram, içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan bir ədəd şəffaf sellofan büküm qablaşdırma ilə birlikdə 0.33 qram və hər iki büküm birlikdə çəkildikdə 0.74 qram olmaları müəyyən edilmişdir. Lakin məhkəmə-kimyəvi ekspertizasında təqdim olunan kütlələr bükümsüz daha dəqiq tərəzidə çəkildikdə bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,304 qram maddə psixotrop maddə metamfetamin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0.248 qram maddə narkotik vasitə heroin olması aydın olmuşdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 04 sentyabr 2025-ci il tarixdə saat 14:55-də Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkilləri polis mayoru Şahid2 və polis leytenantı Şahid3 ilə birlikdə Xətai rayonu, Cavanşir küçəsi 15 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib, saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən üzərində ***-***-**-** nömrə olan bir ədəd “Redmi” markalı mobil telefonu, sol arxa cibindən bir ədəd cib yaylığını, sağ yan balaca cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək içərisində narkotik vasitə olmasını şəxsi istifadəsi üçün “Neftçilər”dən 20 manata almasını bildirmişdir. Təqdim edilən bir ədəd şəffaf sellofan bükümə keçirilən baxış zamanı içərisində narkotik vasitə heroinə oxşar kütlə olan bir ədəd şəffaf sellofan büküm və içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan bir ədəd şəffaf sellofan büküm olması aşkar edilmişdir. Hər iki büküm elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə ümumi olaraq 0.67 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalanaraq götürülmüşdür. Bundan başqa saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Redmi” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs dəvət edərək üzərindən aşkar edilmiş əşya və predmetlərlə birlikdə Xətai RPİ-nin 36-cı PŞ-nə gətirmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs şöbənin növbətçi hissəsinə təhvil verib üzərindən aşkar edilərək qablaşdırılmış bükümləri və bir ədəd mobil telefonu şöbənin təhqiqatçısı polis kapitanı X1 təqdim etmişlər. X2 tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış bir ədəd “Redmi” markalı mobil telefona və bir ədəd kağız zərfdə qablaşdırılmış iki ədəd şəffaf sellofan bükümdə qablaşdırılmış maddələrə baxış keçirilmişdir. İçərisində narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd şəffaf sellofan büküm elektron tərəzidə çəkildikdə 0.41 qram, içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan bir ədəd şəffaf sellofan büküm qablaşdırma ilə birlikdə 0.33 qram və hər iki büküm birlikdə çəkildikdə 0.74 qram olmaları müəyyən edilib yenidən kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Bundan başqa təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs saxlanılması, üzərində şəxsi axtarış və götürmə keçirilməsinin videoçəkilişinə bir ədəd mobil telefonda baxış keçirilmişdir. Videoçəkiliş yekunlaşdıqdan sonra hüquqlarının müdafiə olunması üçün polis bölməsinə dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, barəsində şəxsi axtarış və götürmə keçirilərkən, bölməyə gətirilərkən ona hər hansı pisixi və fiziki təsir edilməmişdir. 04 sentyabr 2025-ci il tarixdə əməliyyat tədbirləri keçirilərkən Təqsirləndirilən şəxs küçədə saxlanılıb dərhal üzərində şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş hər iki büküm elektron tərəzidə çəkildikdə ümumilikdə 0.67 qram, təhqiqatçı tərəfindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd şəffaf sellofan büküm elektron tərəzidə çəkildikdə 0.41 qram, içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan bir ədəd şəffaf sellofan büküm qablaşdırma ilə birlikdə 0.33 qram və hər iki büküm birlikdə çəkildikdə 0.74 qram olmaları müəyyən edilmişdir. Lakin məhkəmə-kimyəvi ekspertizasında təqdim olunan kütlələr bükümsüz daha dəqiq tərəzidə çəkildikdə bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,304 qram maddə psixotrop maddə metamfetamin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0.248 qram maddə narkotik vasitə heroin olması aydın olmuşdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 04 sentyabr 2025-ci il tarixdə saat 14:55-də Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkilləri polis mayoru Şahid2 və polis mayoru Şahid1 Qullamrza oğlu ilə birlikdə Xətai rayonu, Cavanşir küçəsi 15 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib, saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən üzərində ***-***- **-** nömrə olan bir ədəd “Redmi” markalı mobil telefonu, sol arxa cibindən bir ədəd cib yaylığını, sağ yan balaca cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək içərisində narkotik vasitə olmasını şəxsi istifadəsi üçün “Neftçilər”dən 20 manata almasını bildirmişdir. Təqdim edilən bir ədəd şəffaf sellofan bükümə keçirilən baxış zamanı içərisində narkotik vasitə heroinə oxşar kütlə olan bir ədəd şəffaf sellofan büküm və içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan bir ədəd şəffaf sellofan büküm olması aşkar edilmişdir. Hər iki büküm elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə ümumi olaraq 0.67 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalanaraq götürülmüşdür. Bundan başqa saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Redmi” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs dəvət edərək üzərindən aşkar edilmiş əşya və predmetlərlə birlikdə Xətai RPİ-nin 36-cı PŞ-nə gətirmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs şöbənin növbətçi hissəsinə təhvil verib üzərindən aşkar edilərək qablaşdırılmış bükümləri və bir ədəd mobil telefonu şöbənin təhqiqatçısı polis kapitanı X1 təqdim etmişlər. X2 tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış bir ədəd “Redmi” markalı mobil telefona və bir ədəd kağız zərfdə qablaşdırılmış iki ədəd şəffaf sellofan bükümdə qablaşdırılmış maddələrə baxış keçirilmişdir. İçərisində narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd şəffaf sellofan büküm elektron tərəzidə çəkildikdə 0.41 qram, içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan bir ədəd şəffaf sellofan büküm qablaşdırma ilə birlikdə 0.33 qram və hər iki büküm birlikdə çəkildikdə 0.74 qram olmaları müəyyən edilib yenidən kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Bundan başqa təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs saxlanılması, üzərində şəxsi axtarış və götürmə keçirilməsinin videoçəkilişinə bir ədəd mobil telefonda baxış keçirilmişdir. Videoçəkiliş yekunlaşdıqdan sonra hüquqlarının müdafiə olunması üçün polis bölməsinə dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq Xətai RPİnin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, barəsində şəxsi axtarış və götürmə keçirilərkən, bölməyə gətirilərkən ona hər hansı pisixi və fiziki təsir edilməmişdir. 04 sentyabr 2025-ci il tarixdə əməliyyat tədbirləri keçirilərkən Təqsirləndirilən şəxs küçədə saxlanılıb dərhal üzərində şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş hər iki büküm elektron tərəzidə çəkildikdə ümumilikdə 0.67 qram, təhqiqatçı tərəfindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd şəffaf sellofan büküm elektron tərəzidə çəkildikdə 0.41 qram, içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan bir ədəd şəffaf sellofan büküm qablaşdırma ilə birlikdə 0.33 qram və hər iki büküm birlikdə çəkildikdə 0.74 qram olmaları müəyyən edilmişdir. Lakin məhkəmə-kimyəvi ekspertizasında təqdim olunan kütlələr bükümsüz daha dəqiq tərəzidə çəkildikdə bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,304 qram maddə psixotrop maddə metamfetamin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0.248 qram maddə narkotik vasitə heroin olması aydın olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 04 sentyabr 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəng cins şalvarın sağ yan balaca cibindən içərisində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr olan ümumilikdə 2 (iki) ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Təqdim plunan bükümlər Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkildikdə iki bükümün ümumi çəkisi 0.67 (sıfır altımış yeddi) qram olması müəyyən edilmiş və həmin şalvarın sol cibindən bir ədəd “Redmi Note 13” markalı mobil telefon götürülərək həmin kütlələr ilə birlikdə qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs və tərəfindən imzalanıb götürülmüş, daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitə olan heroin, psixotrop maddə metamfetamin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama və baxış Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi yaxınlığında keçirilmişdir (i.v. 10-12); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 04 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan bir ədəd ağ rəngli zərfə və mobil telefonda qeydə alınmış video görüntüyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülərək qablaşdırılmış zərfdən, 1 (bir) ədəd bükümdə narkotik vasitə “heroin”ə və 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sonra həmin maddələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra videogörüntüyə “İphone 15” telefonda baxış keçirilmişdir. Telefonda olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər maddənin və psixotrop maddəyə bənzər maddənin Təqsirləndirilən şəxs üzərindən aşkar olunması və həmin şəxsin maddələrin özünə məxsus olduğunu bildirməsi, qara cins şalvarın sol yan cibindən ona məxsus “Redmi” markalı mobil telefonu təqdim etməsi əksini tapmışdır. Həmin “İphone 15” telefonda olan videogörüntü DVD diskə köçürləcəkdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş “Redmi” markalı telefon bir ədəd ağ zərfə qoyularaq möhürlənmişdir (i.v. 19- 20); şübhəli şəxsin tutulması haqqında 04 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:55 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2025-ci il tarixli, 6/2963 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “..Təqsirləndirilən şəxs (imza)...” yazıları olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,304 qram maddə psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0.248 qram maddə narkotik vasitə - heroindir (i.v. 42-45); diskdə olan videoyazıya baxış keçirilməsi haqqında 05 sentyabr 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 04 sentyabr 2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v. 54-55); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 06 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 65-66); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-469/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (i.v. 99-101); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə Milli Məclisin xx.xx.2013-cü il tarixli “Amnistiya” qərarının 1.1-ci bəndinə əsasən azad olunmuşdur; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən hökm dəyişdirilməklə 01 il 06 aya endirilmiş, xx.xx.2017-ci ildə cəza müddəti başa bitdiyindən qeydiyyatdan çıxarılmışdır; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2025-ci ildə cəza müddəti başa bitdiyindən qeydiyyatdan çıxarılmışdır; (i.v. 112-114); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin xx.xx.2025-ci il tarixli, 5557 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v. 134-135); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin xx.xx.2025-ci il tarixli, 3002 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruh) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (i.v. 136-139); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 24 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-6/2963/2025 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3002 nömrəli və kompleks məhkəmə psixoloji-psixiatrik ekspertizasının rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0.248 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.148 qram narkotik vasitə heroin, həmçinin təmiz çəkisi 0.304 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.204 qram psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 02 ədəd “CD-R” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 165-171); “Elektron Məhkəmə İnformasiya Sistemin”dən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X5 vardır. Məhkəmə istintaqı zamanı birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəng cins şalvarın sağ yan balaca cibindən içərisində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr olan ümumilikdə 2 (iki) ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edir. Təqdim olunan bükümlər elektron tərəzidə çəkildikdə iki bükümün ümumi çəkisi 0.67 (sıfır altımış yeddi) qram olması müəyyən edilir və həmin şalvarın sol cibindən bir ədəd “Redmi Note 13” markalı mobil telefon götürülərək həmin kütlələr ilə birlikdə qablaşdırılmaqla proses iştirakçıları tərəfindən imzalanıb götürülür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitə olan heroin, psixotrop maddə metamfetamin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirir. Məhkəmə istintaqı zamanı ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, təqdim olunan bir ədəd ağ rəngli zərfə və mobil telefonda qeydə alınmış video görüntüyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülərək qablaşdırılmış zərfdən, 1 (bir) ədəd bükümdə narkotik vasitə “heroin”ə və 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunur. Sonra həmin maddələr yenidən qablaşdırılıb möhürlənir. Daha sonra videogörüntüyə “İphone 15” telefonda baxış keçirilir. Telefonda olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər maddənin və psixotrop maddəyə bənzər maddənin Təqsirləndirilən şəxs üzərindən aşkar olunması və həmin şəxsin maddələrin özünə məxsus olduğunu bildirməsi, qara cins şalvarın sol yan cibindən ona məxsus “Redmi” markalı mobil telefonu təqdim etməsi əksini tapır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.248 qram olan narkotik vasitə heroin, «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0.304 qram olan psixotrp maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını (CM-59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM-nin-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmləri üzrə olan məhkumluqları bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada ödənildiyindən Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmçinin, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Lakin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, Məmmədov X3 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə ona təyin edilmiş cəzanı xx.xx.2025-ci il tarixdə çəkib qurtardığından və hazırkı cinayət əməlini xx.xx.2025-ci il tarixdə yəni cəzanın bitdiyi gündən 01 il keçmədən törətdiyindən məhkumluğu olan şəxs hesab olunur. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, məhkumluğu ödənilmədən yenidən cinayət əməli törətməsini, təqsirkarın şəxsiyyətini, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin növünü nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 04 sentyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.248 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.148 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.304 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.204 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 80 (səksən) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.248 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.148 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.304 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.204 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-537/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-537/2025
08.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver