Məhkəmə qərarları › İş №1(011)-539/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-539/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-539/2023 26.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 26 avqust 1981-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur, ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs qohumu Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissənin İİ-ci sərhəd zastavasında xidmət edən X1 xidmət etdiyi hərbi hissədən Bakı şəhəri ərazisində yerləşən hərbi hissələrdən birinə tanışının vasitəsi ilə 7000 manat pulun müqabilində keçirilməsində köməklik edəcəyi barədə yalan vəd verib inandıraraq 31 avqust 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən kafedə 4200 manat nağd pul vəsaitini alıb ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs 4200 (dörd min iki yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, tanışı vasitəsi ilə Zərərçəkmiş şəxs tanımışdır. 2022-ci ilin avqust ayında Elnur ona zəng edərək hərbçi qohumu olan Cəlalın iş yerinin dəyişdirilərək Bakı şəhərinə köçürülməsində köməklik etməsini xahiş etmişdir. O da Elnura köçürüləcək şəxsin anket məlumatlarını ona göndərməsini və bu işdə ona kömək edəcəyinə söz vermişdir. Elnur ona Cəlalın məlumatlarını göndərmiş, o isə heç nə ilə maraqlanmamış və Elnurdan pul almaq üçün onunla görüşmək qərarına gəlmişdir. 2022-ci ilin avqust ayının ortalarında Xətai rayonu, Xocalı prospekti 14 ünvanında kafedə Elnurla görüşmüş və ona məsələnin həlli üçün 7000 manat lazım olduğunu bildirmişdir. Elnur ona tam məblıəıği indi verə bilməyəcəyini deyib, 4200 manat vermişdir. Qeyd olunan məbləği Elnurdan aldıqdan sonra həmin pulu şəxsi ehtiyaclarına xərcləmiş və bir müddət keçdikdən sonra Elnur ondan məsələnin nə yerdə olmasını maraqlananda yalandan Elnura demişdir ki, 2800 manat pul verdiyi halda Cəlalın işi həll olunacaq. Elnur 4200 manat pulu ondan bir neçə dəfə istəməsinə baxmayaraq pulu qaytarmamışdır. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, X2 onun bacısının həyat yoldaşıdır və o, zabitidir. 2022-ci ilin avqust ayının əvvələri, bacısı ondan xahiş etmişdir ki, Cəlalın xəbəri olmadan xidmət yerinin dəyişdirilməsində ona köməklik etsin və onu hansısa yolla Bakıya gətirsin. Cəlalın iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəllər tanıdığı Abbas adlı şəxsə müraciət etmiş və sonuncu qohumu Cəlalın iş yerini dəyişdirilməsində ona köməklik edə biləcəyini bildirərək bunun üçün ondan Cəlalın anket məlumatlarını istəmişdir. Cəlalın məlumatlarını Abbasa verdikdən sonra sonuncu ondan işin həll edilməsi üçün 7000 manat pul istəmişdir. O da Abbasla danışaraq işin əvvəllində ümumilikdə 4200 manat pul verə biləcəyini, qalan hissəsini isə iş həll olunduqdan sonra verə biləcəyini bildirmişdir. 2022-ci ilin avqust ayının 31-də Abbasla Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən kafedə görüşərək ona 4200 manat pul vermişdir. Abbas həmin pulu aldıqdan sonra narahat olmamasını, yaxınlarda Cəlalın Bakıya və ya Bakı ətrafı ərazilərə iş yerini dəyişdirəcəyinə söz vermişdir. Abbas pulu aldığı vaxtdan iki həftə keçdikdən sonra Abbasla telefon əlaqəsi yaratmış və o, bildirmişdir ki, iş gördüyü adam burada yoxdur onun gəlməsini gözləyir. Bundan sonra bir neçə vaxt keçmiş və Abbasla yenidən əlaqə saxlasa da sonuncu yenədə ona müxtəlif bəhanələr gətirərək işi gecikdirmiş və bu minvanla onu təxminən 5-6 ay yubatmışdır. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir iddiasının olmamasını, ona dəymiş maddi ziyanın tam şəkildə odənildiyini qeyd edərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid Nüşirəvan oğlu bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə dostluq münasibəti vardır və mütəmadi olaraq görüşür. Belə ki, tarixi tam xatırlamasa da 2022-ci ilin avqust ayının sonlarında Elnurla Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən hazırda adını bilmədiyi kafedə görüşmüş və söhbət əsnasında Elnur ona demişdir ki, Cəlilabad rayonunda xidmət edən hərbçi qohumunu Bakı şəhərinə köçürmək üçün Abbas adlı şəxslə danışmışdır və ona köməklik edəcəyinə vəd verdiyi üçün kafedə onunla görüşəcəkdir. Bir qədər Elnurla oturduqdan sonra dediyi Abbas adlı şəxs yanlarına gəlmiş və Elnurla Abbas arasında olan söhbəti eşitmişdir ki, Abbas Elnurun hərbçi qohumunu Bakı şəhərinə köçürmək üçün ümumilikdə 7000 manat pul lazım olduğunu bildirmiş və həmin pulu verdikdən sonra Elnurun qohumunu Abbas Bakı şəhərinə köçürəcəkdir. Bu söhbətdən sonra Elnur bildirmişdir ki, 4200 manat pul verə bilər və qalan hissəsinidə məsələ həll olunduqdan sonra verər. Abbas Elnurun dediyi ilə razılaşaraq onun yanında Elnur cibindən 4200 manat pulu çıxararaq sayıb Abbasa vermiş və Abbas həmin pulu cibinə qoyaraq kafedən getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 1); cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs daxil olmuş ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmişdir (i.v. 16-18); cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması haqqında 10 mart 2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin 37-ci PŞ-də toplanmış HK-1/109 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilmişdir (i.v. 23- 24); hadisə yerinə baxış keçirilməsi haqqında 18 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən “Ordubad” kafesinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 28-29); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 43); cinayət işinin icraata qəbul edilməsi haqqında 16 iyun 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır (i.v. 44); zərərçəkmiş şəxs qismində tanınma haqqında 18 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 49); yaddaş kartına baxış keçirilməsi barədə 18 iyun 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı yaddaş kartında 2 ədəd 02:50 və 05:17 dəqiqədən ibarət səs yazısının olması müəyyən edilmişdir, həmin səs yazılarında Zərərçəkmiş şəxs Abbas adlı şəxslə bir nəfər hərbçinin yerinin dəyişdirilməsi istiqamətində söhbət aparması müəyyən edilmiş, həmçinin məsələnin dörd min iki yüz manat pul müqabilində həll olunacağı öz təsdiqini tapmışdır (i.v. 60A-60B); şübhəli şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında 04 iyul 2023cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur (i.v. 66); axtarışdan olan şəxsin tutulması haqqında 02 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 75); xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 95-101); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 102-103); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dərhal tutmadan azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 120-122); toplanmış sübutların qiymətləndirilməsi haqqında 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, 01 ədəd flaş kart maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsi ilə və Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 312.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir ( i.v. 130-134). Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir iddiasının olmamasını, ona dəymiş maddi ziyanın tam şəkildə odənildiyini qeyd edərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin: 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut 01 ədəd flaş kartın cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132). İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut 01 ədəd flaş kartın cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar