Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-54/2025 25.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxx 1991-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx xxx 1989-cu ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda çilingər vəzifəsində çalışan, ünvan 7da qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 ittiham elan olunmuşdur ondan ötrü ki, o, 28 aprel 2024-cü il tarixdə saat 17 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində tanışı orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 2 ünvanda yerləşən «Kafe 48» adlı kafeyə daxil olub masa arxasında əyləşərək kofe sifariş vermiş, kafenin icarədarı Şirinov X2 Əzizov və Təqsirləndirilən şəxs1 danışıqlarından və hərəkətlərindən sərxoş vəziyyətdə olmalarını müəyyən etdikdən sonra sifarişi icra etməkdən imtina edərək onlardan kafeni tərk etmələrini tələb etmiş, lakin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs tələbinə məhəl qoymayaraq bu zəmində yaranmış sözlü mübahisələrini davam etdirərək birlikdə kafenin qarşısına çıxmış, kafenin qarşısında bu cüzi səbəbdən yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə əlləri ilə Zərərçəkmiş şəxs baş, sifət, qarın, qol və ayaq nahiyələrindən ardıcıl yumruq zərbələri vuraraq bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs ayağa qalxıb onlardan yayınaraq yaxınlıqda yerləşən «Nal Baku» çay evinə daxil olmuş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onu təqib edib həmin çay evinə daxil olaraq iaşə obyektinin normal iş fəaliyyətini və obyektdə olan insanların dincliyini pozmuş, Zərərçəkmiş şəxs çay evində çox saylı müştərilərin olmasından istifadə edərək «Nal Baku» çay evini tərk edib Gəncə prospektində yolun hərəkət hissəsinin digər istiqamətinə keçərkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yolun qarşı hərəkət istiqamətində Zərərçəkmiş şəxs çataraq nəqliyyat vasitələrinin normal hərəkətinə maneə yaradıb qərəzli hərəkətlərini davam etdirərək heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs2 sonuncunu yerə yıxmaqla yenidən Təqsirləndirilən şəxs1la birlikdə Təqsirləndirilən şəxs2 əlləri və ayaqları, Təqsirləndirilən şəxs1 isə əlləri ilə Zərərçəkmiş şəxs baş, sifət, qarın, qol və ayaq nahiyələrindən ardıcıl yumruq və təpik zərbələri vuraraq sonuncuya başın təpə nahiyəsinin dərialtı hematomaları, sağ saidin dərialtı hematoma və sıyrıqları, sol əlin İ barmağının dərialtı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, alın, burun, boyun, sol çiyin oynağı və sağ bazu nahiyələrinin qançırları kimi isə sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdirlər. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur ondan ötrü ki, o, 28 aprel 2024-cü il tarixdə saat 17 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində tanışı orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 2 ünvanda yerləşən «Kafe 48» adlı kafeyə daxil olub masa arxasında əyləşərək kofe sifariş vermiş, kafenin icarədarı Şirinov X2 Əzizov və Təqsirləndirilən şəxs1 danışıqlarından və hərəkətlərindən sərxoş vəziyyətdə olmalarını müəyyən etdikdən sonra sifarişi icra etməkdən imtina edərək onlardan kafeni tərk etmələrini tələb etmiş, lakin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs tələbinə məhəl qoymayaraq bu zəmində yaranmış sözlü mübahisələrini davanı etdirərək birlikdə kafenin qarşısına çıxmış, kafenin qarşısında bu cüzi səbəbdən yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə əlləri və ayaqlan Zərərçəkmiş şəxs baş, sifət, qarın, qol və ayaq nahiyələrindən ardıcıl yumruq və təpik zərbələri vuraraq bədən xəsarətləri yetirmiş, mübahisə gedişatında Zərərçəkmiş şəxs birtəhər ayağa qalxıb onlardan yayınaraq yaxınlıqda yerləşən “Nal Baku” çay evinə daxil olmuş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onu təqib edib həmin çay evinə daxil olaraq iaşə obyektinin normal iş fəaliyyətini və obyektdə olan insanların dincliyini pozmuş, Zərərçəkmiş şəxs çay evində çox saylı müştərilərin olmasından istifadə edərək “Nal Baku” çay evini tərk edib Gəncə prospektində yolun hərəkət hissəsinin digər istiqamətinə keçərkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yolun qarşı hərəkət istiqamətində Zərərçəkmiş şəxs çataraq nəqliyyat vasitələrinin normal hərəkətinə maneə yaradıb qərəzli hərəkətlərini davam etdirərək heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs2 sonuncunu yerə yıxmaqla yenidən Təqsirləndirilən şəxs1la birlikdə əlləri və ayaqları Zərərçəkmiş şəxs baş, sifət, qarın, qol və ayaq nahiyələrindən ardıcıl yumruq və təpik zərbələri vuraraq sonuncuya başın təpə nahiyəsinin dərialtı hematomaları, sağ saidin dərialtı hematoma və sıyrıqları, sol əlin İ barmağının dərialtı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, alın, burun, boyun, sol çiyin oynağı və sağ bazu nahiyələrinin qançırları kimi isə sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdirlər. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 aprel 2024-cü il tarixdə səhər saatlarında Cahangirlə görüşmək üçün telefon əlaqəsi saxlamışdır. Telefon danışığı zamanı Cahangirlə həmin ərəfələrdə kirayəşin yaşadığı ünvan 3 ünvanın yaxınlığında görüşmək qərarına gəlmişlər. Təxminən saat 13 radələrində Cahangirlə ünvan 3 ünvanın yaxınlığında yerləşən adsız kafelərin birinə daxil olub boş masalardan birində əyləşmişlər. Masa arxasında əyləşdikdən sonra yeməklərlə yanaşı spirtli içki araq sifariş etmişlər. Kafedə əyləşdikləri müddətdə Cahangirlə birlikdə 1 litr ölçüdə araq içmişlər. Təxminən saat 16 radələrində hesabı ödəyib Cahangirlə birlikdə kafeni tərk elmişlər. Araq qəbul etdikdən sonra hər ikisi sərxoş vəziyyətə düşmüşlər. Buna görə də bir qədər ayılmaq üçün kofe içmək qərarına gəlmişlər. Həmin vaxt yaşadığı binanın alt mərtəbəsində olan kafe yadına düşmüş və Cahangirə yaxınlıqda yerləşdiyinə görə həmin kafeyə getməyi təklif etmişdir. Cahangir də onun təklifi ilə razılaşmış və birlikdə Xətai rayonu, Gəncə prospekti 48 saylı ünvanda yerləşən “Kafe 48”ə getmişlər. Kafeyə daxil olduqdan sonra boş masaların birinə keçib əyləşmişlər. Həmin an kafenin içərisində hər hansı bir müştəri yox imiş. Masa arxasında əyləşdikdən bir neçə dəqiqə sonra əvvəllər tanımadığı və görmədiyi, sonradan adını Nurlan kimi bildiyi kafenin sahibi olan şəxs onlara yaxınlaşıb nə sifariş etmək istədiklərini soruşmuşdur. O da özü və Cahangir üçün isti şokoladlı kofe sifariş etmişdir. Lakin Nurlan kafedə kofe olmadığını bildirmişdir. O da Nurlandan ikisi üçün 1 çaynik çay hazırlanmasını xahiş etmişdir. Nurlan hazır qaynanmış çay olmadığını və onun hazırlanması üçün müəyyən qədər vaxt tələb olunacağını demişdir. Bundan sonra araq susuzluq yaratdığına görə Nurlandan hərəyə bir bakal pivə verməsini xahiş etmişdir. Nurlan isə kafedə pivə olmadığını, pivə aparatının isə işləmədiyini demişdir. Cahangir də kafedə pivə aparalı ola-ola pivə verilməməsinin gülməli olmasını deyib Nurlana istehza ilə gülərək kafedə deyəsən heç nəyin olmamasına görə Nurlana irad formasında şikayətlənmişdir. Nurlan də Cahangirin sözlərindən acıqlanıb sərxoş olduqlarına görə ümumiyyətlə onların masasına hər hansı bir sifariş verilməyəcəyini demiş və dərhal onlardan kafeni tərk etmələrini tələb etmişdir. Bundan sonra o və Cahangir sakitcə kafeni tərk etmək qərarına gəlmişlər. Buna görə də masadan ayağa qalxıb kafeni tərk etmişlər. Cahangirlə birlikdə kafeni tərk etdikdən sonra Nurlan arxalarınca gələrək kobud formada dərhal oradan uzaqlaşmalarını tələb etmişdir. Cahangir də Nurlana yaxınlaşıb belə formada danışığa ehtiyac olmadığını, onsuz da kafeni tərk edib gedəcəklərini bildirmişdir. Nurlan da sərxoş vəziyyətdə olduqlarını gördüyünə görə kafedə onlara hər hansı bir xidmət göslərilməyəcəyini demişdir. O da Nurlana ona və kafeyə hər hansı bir narahatçılıq yaratmışıqsa buna görə Nurlandan üzrxahlıq etmişdir. Buna baxmayaraq Nurlan kobud formada danışmaqla Cahangirə bir daha onu bu ətrafda görməyəcəyini tələb etmişdir. Hətta həmin vaxt yaxınlıqda olan bir neçə nəfər şəxs sözlü mübahisə etdiklərini görüb onlara yaxınlaşaraq sakitləşdirməyə çalışmışlar. Lakin həmin şəxslər onları sakitləşdirə və mübahisəni sonlandıra bilməmişdir. Bundan sonra Cahangir və Nurlan ikilikdə pilləkanlardan aşağı düşmüşlər. Bir neçə saniyə sonra onların arasında olan mübahisənin kəskinləşdiyini görüb tərəfləri ayırmaq üçün onlara yaxınlaşmışdır. Həmin an Cahangir əli ilə Nurlanın boğaz nahiyəsindən tutub sıxaraq arxaya tərəf itələmişdir. Dərhal onların arasına keçib ayırmaq İstəsə də sərxoş vəziyyətdə olduğundan yıxılmaq üzrə olmuş, lakin birtəhər müvazinətini saxlaya bilmişdir. Geriyə çöndükdə Nurlanın yerdə yıxılmış vəziyyətdə olan Cahangirə əli ilə yumruq zərbəsi vurmasını görmüşdür. Həmin an Cahangir artıq Nurlanı yerə yıxıb əlləri ilə ona bir neçə dəfə ardıcıl yumruq zərbəsi vurmuşdur. Dərhal o da onlara yaxınlaşıb Nurlana əli ilə ardıcıl bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Bu zaman bir qədər əvvəl mübahisəni sakitləşdirmək üçün onlara yaxınlaşmış bir neçə nəfər şəxs yenidən ona yaxınlaşıb sakitləşdirməyə çalışmışlar. Həmin şəxslərin də ona qarşı fiziki zor tətbiq edəcəyini düşünüb əl-qol hərəkətləri etməklə onları özündən kənarlaşdırmağa çalışmışdır. Bundan sonra Cahangirin yerdə Nurlanı əlləri ilə vurmasını görüb yenidən Nurlanı əlləri ilə vurmağa başlamışdır. Bir qədər sonra ətrafdakı şəxslərin müdaxiləsindən sonra Nurlan birtəhər ayağa qalxıb qaçmağa başlamışdır. O və Cahangir də Nurlanı təqib edib onun arxası ilə qaçmışlar. Nurlan qaçaraq yaxınlıqda yerləşən “Nal Baku” çay evinə daxil olmuşdur. Cahangir ilk əvvəl çay evinə daxil olmuş və bir neçə saniyə sonra geri qayıdıb Nurlanın çay evində olmadığını bildirmişdir. Bundan sonra o və Cahangirlə birlikdə yenidən çay evinə daxil olub Nurlanı axtarmışlar. Həmin an çay evində təxminən 20-25 nəfər müştəri var imiş. Çay evinə bir qədər baxdıqdan sonra Cahangir Nurlanın masalardan birinin kənarında oturaq vəziyyətdə dayanmasını görüb ona göstərmişdir. Cahangirlə birlikdə Nurlanın olduğu masaya yaxınlaşarkən Nurlan onların gəlişini müəyyən edib masanın arxasından çıxaraq girişə tərəf qaçmağa başlamışdır. O və Cahangir yenidən Nurlanı təqib edib arxası ilə qaçmışlar. Nurlan çay evindən çıxdıqdan sonra qarşıdakı yolun hərəkət hissəsinə tərəf qaçmışdır. O və Cahangir də yolun hərəkət hissəsinə daxil olub Nurlanın arxası ilə qaçmağa başlamışlar. Cahangir bir qədər İrəlidə olduğundan Nurlana daha tez çatmış və çatan kimi onu əlləri ilə yerə yıxmışdır. Artıq onlara çatdıqda Cahangir yerdə yıxılmış vəziyyətdə olan Nurlana əlləri ilə sifət, qarın və kürək nahiyələrindən ardıcıl yumruq zərbələri vururmuş. O da onlara yaxınlaşıb Nurlana sağ əli ilə sifət və qarın nahiyələrindən ardıcıl yumruq zərbələri vurmuşdur. Hətta Cahangir ayağı ilə Nurlanın baş nahiyəsindən bir-iki dəfə təpik zərbəsi vurmuşdur. Həmin vaxt yolun hərəkət hissəsi ilə nəqliyyat vasitələri hərəkət etdiyindən onlar da dava-dalaşa görə hərəkətlərini dayandırmaq məcburiyyətində qalmışlar. Bir qədər sonra bəzi nəqliyyat vasitələrinin sürücüləri və yoldan keçən tanımadığı şəxslər onlara yaxınlaşıb mübahisəni sakitləşdirərək Nurlanı onlardan kənarlaşdırmışlar. Bundan sonra həmin şəxslər Nurlana köməklik göstərib yerdən qaldıraraq beton yolayırıcının üzərində əyləşdirmişlər. O və Cahangir isə birlikdə yolun qarşı tərəfinə keçmişlər. Təxminən 2-3 dəqiqədən sonra Cahangirlə birlikdə ilkin hadisənin baş verdiyi «Kafe 48»-in qarşısında dayandıqları vaxt polis əməkdaşları onlara yaxınlaşıb hadisə ilə əlaqədar polis bölməsinə dəvət etmişlər. Onlar da polis əməkdaşlarının tələbinə əsasən xidməti avtomobillə Xətai RPİ-nin 35- ci PB-yə gəlmişlər. Hazırda zərərçəkmiş şəxslə barışdığını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 aprel 2024-cü il tarixdə səhər saatlarında Fuad onunla telefon əlaqəsi saxlayaraq görüşmək istədiyini bildirmişdir. O da Fuada etiraz etməmişdir. Telefon danışığı zamanı Fuadın həmin ərəfələrdə kirayəşin yaşadığı ünvan 3 ünvanın yaxınlığında görüşmək qərarına gəlmişlər. Təxminən saat 13 radələrində Fuadla kirayəşin yaşadığı ünvan 3 ünvanın yaxınlığında görüşmüşlər. Daha sonra yaxınlıqda yerləşən adsız kafelərin birinə daxil olub boş masalardan birində əyləşmişlər. Masa arxasında əyləşdikdən sonra yeməklərlə yanaşı spirtli İçki araq sifariş etmişlər. Kafedə əyləşdikləri müddətdə Fuadla birlikdə 1 litr ölçüdə araq içmişlər. Təxminən saat 16 radələrində hesabı ödəyib Fuadla birlikdə kafeni tərk etmişlər. Araq qəbul etdikdən sonra hər ikisi sərxoş vəziyyətə düşmüşlər. Buna görə də bir qədər ayılmaq üçün kofe içmək qərarına gəlmişlər. Həmin vaxt Fuad kirayəşin yaşadığı binanın alt mərtəbəsində yerləşən kafeyə getməyi təklif etmişdir. O da Fuadın təklifi ilə razılaşmış və birlikdə Xətai rayonu, Gəncə prospekti 48 saylı ünvanda yerləşən “Kafc 48”ə gelmişlər. Kafeyə daxil olduqdan sonra boş masaların birinə keçib əyləşmişlər. Həmin an kafenin içərisində hər hansı bir müştəri yox imiş. Masa arxasında əyləşdikdən bir neçə dəqiqə sonra əvvəllər tanımadığı və görmədiyi, sonradan adım Nurlan kimi bildiyi kafenin sahibi olan şəxs onlara yaxınlaşıb nə sifariş etmək istədiklərini soruşmuşdur. Fuad da özü və onun üçün isti şokoladlı kofe sifariş etmişdir. Lakin Nurlan kafedə kofe olmadığım bildirmişdir. Fuad da Nurlandan ikisi üçün 1 çaynik çay hazırlanmasım xahiş etmişdir. Nurlan hazır qaynanmış çay olmadığını və onun hazırlanması üçün müəyyən qədər vaxt tələb olunacağını demişdir. Bundan sonra Fuad susamasını bildirib Nurlandan hərəsinə bir baka! pivə verməsini xahiş etmişdir. Nurlan isə kafedə pivə olmadığını, pivə aparatının isə işləmədiyini demişdir. Nurlanın Fuadın hər sifarişindən imtina etməsini qəbul etməyib ona kafedə olan pivə aparatını göstərərək aparat ola-ola pivə verilməməsinin gülməli olmasını demişdir. Hətta Nurlana kafedə deyəsən heç nəyin olmamasına görə irad bildirmişdir. Nurlan isə ona sərxoş olduqlarına görə ümumiyyətlə onların masasına hər hansı bir sifariş verilməyəçəyini demiş və dərhal onlardan kafeni tərk etmələrini tələb etmişdir. Bundan sonra o və Fuad sərxoş olduqlarına görə mübahisə etməmək üçün sakitcə kafeni tərk etmək qərarına gəlmişlər. Buna görə də masadan ayağa qalxıb kafeni tərk etmişlər. Fuadla birlikdə kafeni tərk etdikdən sonra Nurlan arxalarınca gələrək kobud formada dərhal oradan uzaqlaşmalarını tələb etmişdir. O da Nurlana yaxınlaşıb belə formada danışığa ehtiyac olmadığını, onsuz da kafeni tərk edib gedəcəklərini demişdir. Nurlan da sərxoş vəziyyətdə olduqlarını gördüyünə görə kafedə onlara hər hansı bir xidmət göslərilməyəcəyini demişdir. Fuad da Nurlana ona və kafeyə hər hansı bir narahatçılıq yaratmışıqsa buna görə Nurlandan üzrxahlıq etmişdir. Buna baxmayaraq Nurlan kobud formada danışmaqda davam edərək onu bir daha bu ətrafda görməməyi tələb etmişdir. O da Nurlanın bu formada danışmağının və belə bir tələb etməyinin yersiz olmasını izah etməyə çalışmışdır. Hətta həmin vaxt yaxınlıqda olan bir neçə nəfər şəxs sözlü mübahisə etdiklərini görüb onlara yaxınlaşaraq sakitləşdirməyə çalışmışlar. Lakin o və Nurlan həmin şəxslərdən bir qədər aralanıb ikilikdə pi Məkanlardan aşağı düşmüşlər. Kafenin qarşısında Nurlanla dayandıqları vaxt o bir daha kobud formada dərhal buradan uzaqlaşmalarını tələb etmişdir. Nurlanın sözlərini başa düşmədiyini görüb və onun eyni sözlərindən qıcıqlanıb əsəbiləşərək Nurlanm boğaz nahiyəsindən tutub sıxmaqla arxaya tərəf itələmişdir. Həmin an Fuad dərhal onlara yaxınlaşıb aralarına keçmiş və onları ayırmağa çalışmışdır. Lakin Fuad özü də sərxoş vəziyyətdə olduğundan müvazinətini birtəhər saxlaya bilmişdir. Nurlan Fuadın aralarına keçməsindən istifadə edib ali ilə sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Zərbənin təsirindən müvazinətini itirib arxası üstə yerə yıxılmışdır. Nurlan dərhal üzərinə gəlib əli ilə sifət və baş nahiyələrindən ardıcıl bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Bu zaman birtəhər ayağa qalxıb Nurlanm ayaqlarından tutaraq arxası üstə yerə yıxmışdır. Nurlan yerdə yıxılmış vəziyyətdə olarkən əlləri ilə onun sifət və bədəninin digər nahiyələrindən ardıcıl yumruq zərbələri vurmağa başlamışdır. Həmin an Fuad da onlara yaxınlaşıb əlləri İlə bir neçə dəfə Nurlana ardıcıl yumruq zərbəsi vurmuşdur. Bir qədər sonra ətrafdakı şəxslərin müdaxiləsindən sonra Nurlan birtəhər ayağa qalxıb qaçmağa başlamışdır. O və Fuad da Nurlanı təqib edib arxası ilə qaçmışlar. Nurlan qaçaraq yaxınlıqda yerləşən “Nal Baku” çay evinə daxil olmuşdur. İlk əvvəl o çay evinə daxil olmuş və Nurlanın içəridə olmadığım müəyyən edib bir neçə saniyə sonra geri qayıtmışdır. X5 tapmaqda təkid elmişdir. Buna görə də Fuadla birlikdə yenidən çay evinə daxil olub Nurlanı axtarmışlar. Həmin vaxt çay evində təxminən 20-25 nəfər müştəri var imiş. Çay evinə bir qədər baxdıqdan sonra Nurlanın masalardan birinin kənarında oturaqlı vəziyyətdə dayanmasını görmüşdür. Dərhal onu Fuada göstərmişdir. Fuadla birlikdə Nurlanm olduğu masaya yaxınlaşarkən Nurlan onların gəlişini müəyyən edib masanın arxasından çıxıb girişə tərəf qaçmağa başlamışdır. O və Fuad yenidən Nurlanı təqib edib arxası ilə qaçmağa başlamışlar. Nurlan çay evindən çıxdıqdan sonra qarşıdakı yolun hərəkət hissəsinə tərəf qaçmağa başlamışdır. Onlar da yolun hərəkət hissəsinə daxil olub Nurlanm arxası ilə qaçmışlar. O Fuaddan bir qədər irəlidə olduğundan Nurlana daha tez çatmış və çatan kimi əlləri ilə Nurlanm boynundan vurmaqla və tutmaqla yerə yıxmışdır. Yerdə yıxılmış vəziyyətdə olarkən Nurlanın bədəninin sifət, qarın və kürək nahiyələrindən ardıcıl yumruq zərbələri vurmağa başlamışdır. Bir qədər sonra Fuad da gəlib Nurlana əlləri ilə sifət və baş nahiyələrindən bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Hətta əsəbindən ayağı ilə Nurlanın baş nahiyəsindən bir-iki dəfə təpik zərbəsi vurmuşdur. Həmin vaxt yolun hərəkət hissəsi ilə nəqliyyat vasitələri hərəkət etdiyindən onlar da dava-dalaşa görə hərəkətlərini dayandırmaq məcburiyyətində qalmışlar. Bir qədər sonra bəzi nəqliyyat vasitələrinin sürücüləri və yoldan keçən tanımadığı şəxslər onlara yaxınlaşıb mübahisəni sakitləşdirərək Nurlanı onlardan kənarlaşdırmışlar. Bundan sonra həmin şəxslər Nurlana köməklik göstərib yerdən qaldıraraq beton yolayırıcının üzərində əyləşdirmişlər. O və Fuad isə birlikdə yolun qarşı tərəfinə keçmişlər. Təxminən 2-3 dəqiqədən sonra Fuadla birlikdə ilkin hadisənin baş verdiyi «Kafe 48»-in qarşısında dayandıqları vaxt polis əməkdaşları onlara yaxınlaşıb hadisə ilə əlaqədar polis bölməsinə dəvət etmişlər. Onlar da polis əməkdaşlarının tələbinə əsasən xidməti avtomobillə Xətai RPİ-nin 35-ci PB-yə gəlmişlər. Hazırda zərərçəkmiş şəxslə barışdığını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etməmiş və işğaldan azad olunmuş ərazilərdə işlədiyi üçün məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqa vermiş olduğu ifadəsində göstərmişdir ki, 28 aprel 2024-cü il tarixdə təxminən saat 17 radələrində kafedə masaların birində əyləşib kafenin fəaliyyətinə nəzarət edirmiş. Həmin vaxt obyektin içərisində hər hansı bir müştəri yox imiş, yalnız işçilər və o olmuşdur. Bir neçə dəqiqə sonra əvvəllər tanımadığı və görmədiyi İki nəfər cavan oğlan kafeyə daxil olmuşdur. Onun əyləşdiyi masa da boş olduğundan həmin 2 nəfər şəxs birbaşa əyləşdiyi masaya tərəf gəlmişlər. O da müştəri məmnuniyyəti üçün həmin şəxslərin məhz həmin masada əyləşə bilməsi üçün hər hansı bir narazılıq etmədən özü həmin masadan ayağa qalxmışdır. Daha sonra həmin 2 nəfər cavan oğlan həmin masada əyləşmişlər. Bu zaman həmin şəxslərin hərəkətlərindən və öz aralarında olan danışıqlarından onların hər ikisinin spirtli içki qəbul etməsini müşahidə etmişdir. Həmin günü kafenin ofisiantı icazəli olduğundan özü həmin şəxslərə yaxınlaşıb nə sifariş etmək istədiklərini soruşmuşdur. Həmin şəxslər hər ikisi kofe sifarişi vermişlər. O da onlara kafedə kofe olmadığını bildirmişdir. Bundan sonra həmin şəxslər 1 çaynik çay sifarişi vermişlər. O da mətbəxə tərəf keçib aşbazdan 1 çaynik çayın hazırlanmasını tələb etmişdir. Həmin an masada əyləşən şəxslərdən biri, adım sonradan Fuad kimi bildiyi şəxsin mobil telefonda kiminləsə uca səslə və nalayiq ifadə işlətməklə danışmasını müəyyən etmişdir. Buna görə də dayandığı içki bölməsinin qarşısından mətbəxdə qadının işləməsini deyib işlətdiyi nalayiq ifadəyə görə Fuad adlı şəxsə öz iradını bildirmişdir. Bu zaman Cahangir anidən masadan ayağa qalxıb yanındakı Fuada səslənərək masadan qalxmasını tələb etmişdir. Fuad masadan ayağa qalxdıqdan sonra ona yaxınlaşıb bir qədər əvvəl mobil telefonda danışarkən işlətdiyi nalayiq ifadəyə görə ondan üzrxahlıq etmişdir. Həmin vaxt Fuad adlı şəxslə birlikdə kafeyə gəlmiş adını sonradan Cahangir kimi bildiyi şəxs əyləşdiyi masadan hər birinə 1 bakal pivə verməyini tələb etmişdir. Lakin həmin şəxslərin onsuz da sərxoş vəziyyətdə olmalarını müəyyən etdiyindən onlara əlavə tərkibində spirt olan içki verməmək üçün kafedə pivə olmadığını bildirmişdir. Cahangir adlı şəxs də aqressiv formada kafedə qadın İşlədiyi halda hansı səbəbdən müştərilərə pivə verilməsinin səbəbini soruşmuşdur. O da pivənin spirtli içki növü olaraq kafenin fəaliyyəti ilə bağlı müştərilərə təklif olunduğunu izah etmişdir. Cahangir isə ona tərəf çevrilib bir daha bu kafedə pivə sata bilməyəcəyini bildirmişdir. O artıq Cahangirlə münaqişə etməmək üçün ondan kafeni tərk etməsini tələb etmişdir. Fuad isə onu söhbətə tutaraq bir qədər əvvəl baş vermiş yanlış anlaşılmanın nədən baş verməsini izah etməyə çalışmışdır. Bu zaman Cahangir Fuaddan da kafeni tərk etməsini tələb edərək onunla sonradan görüşüb başa salacağını demişdir. Bundan sonra Fuad da kafeni tərk etməyə razılaşdığına görə həmin şəxslərlə sakit tərzdə danışa-danışa kafenin qarşısına çıxmışlar. Kafenin qarşısına çıxan zaman Fuad özünün “Həzi Aslanov” metrostansiyası ətrafında vəziyyətə nəzarət etdiyini, Cahangirin isə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Elmlər Akademiyası” metrostansiyasının ətrafında vəziyyətə baxdığını bildirmişdir. O da onlara bunun öz işləri olduğunu, işlərinin ona aidiyyəti olmadığını, lakin hal-hazırda kafedən uzaqlaşmalarını tələb etmişdir. Həmin an kafenin yan tərəfində yerləşən pərdə mağazasında işləyən Məsim adlı yaşlı kişi və onun oğlu olan adını bilmədiyi cavan oğlan sözlü mübahisə etmələrini görüb onlara yaxınlaşmışdır. Hətta Məsim adlı şəxsin oğlu onlara yaxınlaşıb sakitləşdirməyə çalışaraq mübahisə etməyin yersiz olmasını izah elmişdir. Buna baxmayaraq Fuad və Cahangir mənasız yerə onunla söhbəti uzatmaqla və ona hədə-qorxu gəlməklə bir daha onların gözünə görünməməyin! tələb etmişlər. O da onlara əvvəlcə kafenin qarşısından uzaqlaşıb daha sonra istədikləri işlə məşğul ola biləcəklərini demişdir. Həmin an Cahangir onu kənara çəkib deyəsən onları ciddi qəbul etmədiyini bildirmişdir. Artıq həmin şəxslərin uzun-uzadı danışıqlarından əsəbiləşib Cahangirdən bununla nə demək istədiyini soruşmuşdur. Həmin vaxt Cahangir hər hansı bir cavab vermədən anidən əli ilə çənə nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. O da Cahangiri özündən kənarlaşdırmaq üçün əli ilə onun sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Cahangir zərbənin təsirindən yerə yıxıldıqdan sonra yenidən bir dəfə onun sifət nahiyəsindən yumruq zərbəsi vurmuşdur. Bu zaman Fuad mübahisəyə müdaxilə etmiş və Cahangirlə birlikdə ona müqavimət göstərib əlləri ilə ona yumruq zərbələri vurmağa başlamışlar. Onların birlikdə ona vurduqları zərbələrin təsirindən yerə yıxılmışdır. Yerdə yıxılmış vəziyyətdə olarkən Fuad və Cahangir əlləri və ayaqlan ilə bədəninin müxtəlif nahiyələrindən vurmağa başlamışlar. Hətta o yerdə yıxılmış vəziyyətdə olarkən Fuadın Məsim kişiyə qarşı da əli ilə yumruq zərbəsi vurmasını görmüşdür. Yerdə yıxılmış vəziyyətdə olarkən o Fuad və Cahangirin zərbələrindən özünü qorumağa çalışmaq üçün onlara qarşı müəyyən əl-qol hərəkətləri etmişdir. Həmin an Fuadın ayaq nahiyəsindən tutub onu yerə yıxmışdır. Bundan sonra ani bir anda ayağa qalxıb Cahangirdən də yayınmışdır. Daha sonra qaçaraq yan tərəfdə yaxınlıqda yerləşən “Nal Baku” çay evinə daxil olmuş və çay evinin içərisində ən sonda olan masalardan birində əyləşmişdir. Həmin vaxt artıq DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Cahangirin “Nal Baku” çay evinə daxil olmasını görmüşdür. Cahangir də onu əyləşdiyi masada görüb Fuadı çağırmışdır. Bir qədər sonra Fuad və Cahangir birlikdə çay evinə daxil olub arxasınca gəlmişlər. O da çay evinin içərisində çoxlu insanların olmasından istifadə edib birtəhər onların yayınaraq çay evini tərk etmişdir. “Nal Baku” çay evindən çıxdıqdan sonra Gəncə prospektində yolun hərəkət hissəsinə tərəf qaçmışdır. Hərəkət hissəsinin bir hərəkət istiqamətini keçib qarşı tərəfə çatmışdır ki Cahangir ona çatıb arxasından əlləri ilə tutaraq yerə yıxmışdır. Daha sonra yerdə yıxılmış vəziyyətdə olarkən Cahangir əlləri ilə sifət və baş nahiyələrindən ardıcıl yumruq zərbələri vurmağa başlamışdır. Həmin an yolun hərəkət hissəsi ilə hərəkətdə olan nəqliyyat vasitələrinin sürücüləri hadisəni görüb idarə etdikləri nəqliyyat vasitələrinin hərəkətini dayandırmışlar. Nəticədə nəqliyyat vasitələrinin sərbəst hərəkətinə maneə yaranmışdır. Bir qədər sonra Fuad da olduqları yerə çatıb əlləri ilə bədəninin müxtəlif nahiyələrindən ardıcıl zərbələr vurmağa başlamışdır. Hətta onlardan biri ayaqları ilə baş nahiyəsindən də zərbələr endirmişdir. Həmin vaxt artıq ətrafda olan şəxslər və yoldan keçən nəqliyyat vasitələrinin sürücüləri onlara yaxınlaşıb Fuad və Cahangiri ondan ayırmışlar. Daha sonra tanımadığı şəxslər onu yolun hərəkət hissəsinin kənarına çəkib səkinin üzərində əyləşdirmişlər. Bir neçə dəqiqədən sonra hadisə yerinə TTY avtomobili gəlmişdir. TTY avtomobilinin həkim personalı ona ilkin tibbi yardım göstərib müayinə olunmağı üçün xəstəxanaya aparmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsində həmçinin təqsirləndirilən şəxslərlə barışdığını, ona dəyən zərərin ödənildiyini və hazırda şikayətinin olmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 istintaqa vermiş olduğu ifadəsində göstərmişdir ki, 28 aprel 2024-cü il tarixdə təxminən saat 17 radələrində kafedə özünə aid masada əyləşib kafenin ümumi fəaliyyətinə nəzarət edirmiş. Həmin vaxt kafenin içərisində təxminən 8-10 nəfər müştəri var imiş. Kafenin içərisində olarkən yaxınlıqda yan tərəfdə yerləşən kafeni icarə əsasında işlədən Zərərçəkmiş şəxs anidən qaça-qaça həyəcanlı halda obyektə daxil olaraq ona köməklik etməyini xahiş etmişdir. O da Zərərçəkmiş şəxs nə baş verməsini soruşsa da Zərərçəkmiş şəxs ona cavab vermədən qaçaraq ümumi zala tərəf getmişdir. Zərərçəkmiş şəxs hərəkətlərindən nə baş verməsini anlamamışdır. Təxminən 1-2 dəqiqədən sonra obyektdə yerləşən sanitar qovşağına daxıl olmuşdur. Sanitar qovşağından çıxdıqdan sonra Zərərçəkmiş şəxs obyekti tərk edərək qaça-qaça Gəncə prospektində yolun hərəkət hissəsinə tərəf getməsini görmüşdür. Həmin vaxt ümumi zalda əyləşən müştərilərin bəzilərinin ayaq üstə olmalarım və münaqişənin baş verməsindən narahat olmalarını görmüşdür. Obyektdə çalışan ofisiantlardan birinin deməsindən Zərərçəkmiş şəxs obyektə daxil olduqdan sonra onun arxası ilə 2 nəfər şəxsin obyektə daxil olmasını, daha sonra Zərərçəkmiş şəxs həmin şəxslərdən yayınıb qaçaraq obyekti tərk etməsini, həmin 2 nəfər şəxsin də onun arxası ilə getmələrini öyrənmişdir. Zərərçəkmiş şəxs və həmin 2 nəfər əvvəllər tanımadığı və görmədiyi şəxs kafeni tərk etdikdən sonra onların arxası ilə getməmiş və buna görə də daha sonra baş verənlərdən məlumatı olmamışdır. Zərərçəkmiş şəxs və hadisəni törətmiş şəxslər icarə əsasında işlətdiyi kafedə olduqları müddətdə kafedə olan əşya və ya avadanlıqları hər hansı bir formada zədələmədiklərinə görə kafeyə hər hansı bir məbləğdə maddi ziyan dəyməmişdir. Münaqişə nəticəsində yalnız həmin vaxt obyektdə olan müştərilər narahatçılıq keçirmişlər. Məhkəmə iclasında iştirak etməmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan olunmasını xahiş etmiş Şahid4 ibtidai istintaq zamanı şahid qismində vermiş olduğu ifadəsində göstərmişdir ki, 28 aprel 2024-cü il tarixdə təxminən saat 16 radələrində atası Şahid2la birlikdə onun İcarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerləşən pərdə mağazasının içərisində olan əşya və avadanlıqlarının çıxarılması ilə məşğul imişlər. Belə ki, atası artıq həmin mağazada fəaliyyətini dayandırdığından mağazada olan malların və digər əşyaların toplanılmasında ona köməklik göstərirmiş. Mağazanın içərisindəki mal, əşya və avadanlıqları obyektin qarşısında olan atasının idarə etdiyi avtomobilə yerləşdirmək üçün Zərərçəkmiş şəxs işlətdiyi kafenin qarşısından keçərkən Nurlanın yanında olan əvvəllər tanımadığı və görmədiyi 2 nəfər cavan oğlanla söhbət etməsini görmüşdür. Həmin şəxslərin 'Nurlanın tanışları olmalarım güman edib onların arasında olan söhbətə müdaxilə etməmişdir. Lakin mağazadakı əşyaların avtomobilə daşınması ilə bağlı bir neçə dəfə onların qarşısından keçərkən artıq Nurlan və həmin şəxslərin arasında olan sözlü mübahisənin gərginləşməsini müəyyən etmişdir. Belə ki, Nurlan həmin şəxslərdən obyektin qarşısından uzaqlaşmalarını tələb etmişdir. Bununla belə onların arasında olan mübahisənin hansı səbəbdən baş verməsini bilməmişdir. Hətta özü və atası da bir-iki dəfə Nurlan və onun yanında olan şəxslərə yaxınlaşıb onları sakitləşdirməyə və mübahisə etməməyə dəvət etmişlər. Onların danışıqlarından və hərəkətlərindən spirtli içki qəbul etmələrini və sərxoş vəziyyətdə olmalarını müşahidə etmişdir. Bir qədər sonra mağazanın içərisində olan bəzi əşyaları yaxınlıqda olan avtomobilin içərisinə yerləşdirmək üçün pilləkanlardan enərkən Nurlanın onunla mübahisə edən şəxslərdən biri ilə qarşılıqlı tutaşmasını görmüşdür. Əlində olan əşyaları avtomobilin qabaq hissəsinin üzərinə qoyub onlara yaxınlaşmış və ayırmağa çalışmışdır. Həmin an Nurlanla mübahisə edən şəxslərdən digəri ona qarşı əl-qol hərəkətləri edib onları ayırmağına imkan verməmişdir. Bu zaman Nurlanın da onunla, mübahisə edən şəxsin sifət nahiyəsindən bir neçə dəfə yumruq zərbəsi vurmasını görmüşdür. Bundan sonra onların hər ikisi birlikdə Nurlanın üzərinə doğru gedib ona qarşı fiziki zor tətbiq edərək yerə yıxmışlar. Həmin cavan oğlanların hər ikisi Nurlanın ünvanına nalayiq və təhqiramiz ifadələr işlətməklə yerdə yıxılmış vəziyyətdə olan Nurlana qarşı əlləri və ayaqlan ilə ardıcıl yumruq və təpik zərbələri vurmağa başlamışlar. Həmin vaxt atası olduqları yerə yaxınlaşarkən əynində ağ rəngli köynək olan, uca boylu cavan oğlan gözlənilmədən əli ilə sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Zərbənin təsirindən atası özünü itirmiş və daha sonra mübahisəyə müdaxilə etməmişdir. Buna baxmayaraq əynində ağ rəngli köynək olan, uca boylu cavan oğlanın atasını vurmasına görə anidən özünü cilovlaya bilməyib əlləri ilə onun kürəyindən tutub itələmiş və bir dəfə ayağı ilə onun arxa tərəfindən təpik zərbəsi vurmuşdur. Lakin onlarm hər ikisi yerdə yıxılmış vəziyyətdə olan Nurlanın bədəninin müxtəlif nahiyələrindən davamlı olaraq yumruq və təpik zərbəsi vurmaqda davam etmişlər. Həmin anda Nurlan birtəhər vəziyyətdən çıxaraq yerdən ayağa qalxıb oradan qaçmağa başlamışdır. Həmin 2 nəfər cavan oğlan da Nurlanın arxası ilə qaçmışdır. Nurlan yaxınlıqda olan kafenin birinə daxil olmuşdur. Həmin 2 nəfər cavan oğlan da Nurlanın arxası ilə kafeyə daxil olmuşlar. O və atası mağazada işlərini yekunlaşdırdıqdan sonra atasının idarə etdiyi avtomobilə əyləşib mağazanı tərk etmişlər. Buna görə də bundan sonra baş verənlərdən məlumatı olmamışdır. Məhkəmə iclasında iştirak etməmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan olunmasını xahiş etmiş Şahid2 ibtidai istintaq zamanı şahid qismində vermiş olduğu ifadəsində göstərmişdir ki, 28 aprel 2024-cü il tarixdə təxminən saat 17 radələrində icarə əsasında İşlədiyi ünvan 2 ünvanda yerləşən pərdə mağazasında mağazanın içərisində əşya və avadanlıqlarının çıxarılması ilə məşğul imiş. Həmin vaxt oğlu Şahid4 da ona köməklik göstərmək üçün yanında imiş. Mağazanın içərisindəki əşya və avadanlıqları obyektin qarşısında olan idarə etdiyi avtomobilə yerləşdirmək üçün Zərərçəkmiş şəxs işlətdiyi kafenin qarşısından keçərkən Nurlanın yanında olan əvvəllər tanımadığı və görmədiyi, 2 nəfər cavan oğlanla söhbət etməsini görmüşdür. Həmin şəxslərin Nurlanın tanışları olmalarını güman edib onların arasında olan söhbətə müdaxilə etməmişdir. Lakin əşyaların daşınması ilə bağlı bir neçə dəfə onların qarşısından keçərkən artıq Nurlan və həmin şəxslərin arasında mübahisə olmasını müəyyən etmişdir. Onların danışıqlarından və hərəkətlərindən spirtli içki qəbul etmələrini müşahidə etmişdir. Belə ki. Nurlan həmin şəxslərdən obyektin qarşısından uzaqlaşmalarını tələb edirmiş. Bununla belə onların arasında olan mübahisənin hansı səbəbdən baş verməsini bilməmişdir. Hətta oğlu Şahid4 da bir-iki dəfə Nurlan və onun yanında olan şəxslərə yaxınlaşıb onları sakitləşdirməyə və mübahisə etməməyə çağırmışdır. Mağazanın içərisində olan əşyaların toplanılması ilə məşğul olarkən anidən obyektin qarşısından uca səslə nalayiq ifadə və səs-küy eşitmişdir. Dərhal mağazanın qarşısına çıxdıqda Nurlanla mübahisə edən şəxslərin birlikdə ona qarşı əl və ayaqları ilə yumruq və təpik zərbələri vurmalarını görmüşdür. Həmin vaxt onların yanında olan oğlu Şahid4 yenə də onları ayırmağa çalışırmış. Bu zaman o həmin yerə yaxınlaşıb onları ayırmaq istəmişdir. Həmin an Nurlanla mübahisə edən cavan oğlanlardan biri onu yerə yıxmışdır. Həmin cavan oğlan Nurlanın ünvanına nalayiq ifadələr işlətməklə yerdə yıxılmış vəziyyətdə olan Nurlana qarşı əlləri ilə ardıcıl yumruq zərbələri vurmağa başlamışdır, O işlərini yekunlaşdırdıqlarına görə oğlu Çingizi mübahisədən mübahisədən kənarlaşdırıb oradan uzaqlaşdırmaq üçün onlara yaxınlaşarkən əynində ağ rəngli köynək olan cavan oğlan anidən üzərinə gəlib əli ilə sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Zərbənin təsirindən özünü itirmiş və daha sonra mübahisəyə müdaxilə etməmişdir. Bundan sonra Nurlan birtəhər yerdən ayağa qalxıb oradan qaçmağa başlamışdır. Həmin 2 nəfər cavan oğlan da Nurlanın arxası ilə qaçmışdır. Nurlan yaxınlıqda olan kafenin birinə daxil olmuşdur. Həmin 2 nəfər cavan oğlan da Nurlanın arxası ilə kafeyə daxil olmuşlar. O və oğlu isə mağazada işlərini yekunlaşdırdıqdan sonra idarə etdiyi avtomobilə əyləşib mağazanı tərk etmişlər. Buna görə də bundan sonra baş verənlərdən məlumatı olmamışdır. Hadisə zamanı həmin şəxslərdən biri sifət nahiyəsindən yumruq zərbəsi vursa da həmin yumruq zərbəsi nəticəsində hər hansı bir xəsarət almamışdır. Məhkəmə iclasında iştirak etməmiş Şahid3 ibtidai istintaq zamanı şahid qismində vermiş olduğu ifadəsində göstərmişdir ki, üzrə şahid qismində dindirilmiş Şahid3 istintaqa vermiş olduğu ifadəsində göstərmişdir ki, 28 aprel 2024-cü il tarixdə təxminən saat 17:30 radələrində işlədiyi ünvan 4 ünvanda yerləşən kişi salonunun qarşısında siqaret çəkərkən yolun hərəkət hissəsinin qarşı tərəfində yerləşən yaşayış binalarının birinci mərtəbəsindəki iaşə obyektlərinin birinin qarşısından səs-küy gəlməsini eşitmişdir. Dayandığı yerdən həmin obyektin qarşısına baxdıqda 2 nəfər şəxsin 1 nəfər şəxsi təqib edərək həmin şəxsin arxası ilə qaçmalarını görmüşdür. Tək olan şəxs həmin ərazidə yaxınlıqda yerləşən çay evlərindən birinə daxil olmuşdur. 2 nəfər şəxs də həmin şəxsin daxil olduğu çay evinə keçmişlər. O da mübahisənin yekunlaşdığını zənn edib yenidən salona daxil olaraq işinə davam etmişdir. Təxminən 5 dəqiqədən sonra yenidən salonun qarşısına çıxdıqda bir qədər əvvəl mübahisə edən şəxslərin Gəncə prospektində yolun hərəkət hissəsində olmalarını və əvvəllər tanımadığı və görmədiyi, 2 nəfər cavan oğlanın birlikdə yerdə yıxılmış vəziyyətdə olan tək cavan oğlana qarşı fiziki zor tətbiq etmələrini müşahidə etmişdir. Artıq yaxınlıqda olduğundan mübahisəni sakitləşdirmək və həmin şəxsləri ayırmaq üçün həmin yerə yaxınlaşmışdır. Həmin vaxt ətrafa artıq təxminən 10-15 nəfər şəxs toplaşmışdır. Yolun hərəkət hissəsi ilə hərəkət edən nəqliyyat vasitələrinin bəzilərinin sürücüləri də mübahisəyə görə hərəkətlərini dayandırmışlar. Bu zaman 2 nəfər şəxsin birlikdə yol Örtüyünə yıxılmış vəziyyətdə olan şəxsə əl və ayaqları ilə ardıcıl yumruq və təpik zərbələri vurmalarını görmüşdür. Həmin vaxt artıq o, ətrafda olan şəxslər və yolda hərəkətini dayandırmış bəzi nəqliyyat vasitələrinin sürücüləri onlara yaxınlaşıb 2 nəfər şəxsi yerdə yıxılmış vəziyyətdə olan şəxsdən ayırmışlar. Həmin an yol örtüyünə yıxılmış şəxsin Nurlan olmasını görmüşdür. Dərhal onu yaxında olan şəxslərin köməkliyi ilə yerdən qaldırmışlar. Nurlan özünü narahat hiss etdiyindən onu yolun hərəkət hissəsinin kənarına çəkib səkinin üzərində əyləşdirmişlər. Nurlandan mübahisənin hansı səbəbdən baş verməsini soruşduqda o həmin 2 nəfər şəxsin birlikdə sərxoş vəziyyətdə icarə əsasında işlətdiyi kafeyə gəlmələrini, daha sonra kafenin içərisində sifarişlə bağlı aralarında narazılıq yaranmasını, sərxoş olduqlarına görə onlardan kafeni tərk etmələrini tələb etməsinə baxmayaraq bu zəmində kafenin qarşısında aralarında sözlü mübahisə yaranmasını, mübahisənin davamında həmin şəxslərin anidən ona qarşı əlləri və ayaqları ilə yumruq və təpik zərbələri vurmaqla xəsarət yetirmələrini, onlardan yayınıb qaçmağa çalışsa da həmin şəxslərin onu təqib edib Gəncə prospektində yolun hərəkət hissəsində saxlamalarını və həmin yerdə də yenə birlikdə yerə yıxaraq yumruq və təpik zərbələri vurmalarını bildirmişdir. Nurlanın başının alın nahiyəsindən qan gəlmişdir. Eyni zamanda sifət və qol nahiyələrində isə qızartı və sıyrıqlar var imiş. Buna görə də ona ilkin tibbi yardım göstərilməsi üçün hadisə yerinə TTY avtomobili çağırmışlar. Təxminən 10 dəqiqədən sonra hadisə yerinə TTY avtomobili gəlmişdir. TTY avtomobilinin həkim personalı Nurlana ilkin tibbi yardım göstərib daha sonra müayinə olunmağı üçün xəstəxanaya aparmışdır. Bir qədər sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları Nurlana xəsarət yetirmiş hər iki şəxsi saxlamış və xidməti avtomobilə əyləşdirib polis bölməsinə aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -cinayət işinin başlanması haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında fakt üzrə Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və Xətai RPİ-nə göndərilmişdir; -hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Xətai rayonu Gəncə prospektində yerləşən “Kafe 48”in qarşısında və Gəncə prospektində yolun hərəkət hissəsində baş vermişdir. -Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 28 aprel 2024-cü il tarixli 2/22682 saylı protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs2 yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. (vərəq: 16) -Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 28 aprel 2024-cü il tarixli 2/22683 saylı protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs1 orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. (vərəq: 18) -İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 468 saylı rəyindən görünür ki, 1) Vət. Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin dərialtı hematomaları, sağ saidin dərialtı hematoma və sıyrıqları, sol əlin İ barmağının dərialtı hematoması, alın, burun, boyun, sol çiyin oynağı və sağ bazu nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. 2) Vət. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur. (vərəqə: 30-32) -İş üzrə təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 23/468 saylı rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin dərialtı hematomaları, sağ saidin dərialtı hematoma və sıyrıqları, sol əlin İ barmağının dərialtı hematoması, alın, burun, boyun, sol çiyin oynağı və sağ bazu nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxs(lər) tərəfindən yumruq, təpik, daş, daş parçası təsirindən törənə bilərdi, dərəcəsinə görə başın təpə nahiyəsinin dərialtı hematomaları, sağ saidin dərialtı hematoma və sıyrıqları, sol əlin İ barmağının dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, alın, burun, boyun, sol çiyin oynağı və sağ bazu nahiyələrinin qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (vərəq: 92- 95) -25 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. (vərəq: 100-101, 102-103) -Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 12:00-da tutularaq Xətai RPİ-nin 35ci Polis Bölməsinə gətirilmişdir. (vərəq 115) -Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 12:00-da tutularaq Xətai RPİ-nin 35ci Polis Bölməsinə gətirilmişdir. (vərəq 116) -02 avqust 2024-cü ildə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfimdən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onlara həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (vərəq: 167- 168, 184-185) -02 avqust 2024-cü il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə Xətai rayon prokurorluğuna müraciət edilmiş, həmin tarixdə Xətaİ rayon prokuroru vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərar qəbul edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanıldıqları Xətai RPİ-nin MSY-dən tutulmadan azad etmişdir. (vərəq: 201-202, 203-204, 205-206, 207-208) -02 avqust 2024-cü il tarixdə tərəfimdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (vərəq: 209-210,211,212-213,214) -Əşyanın təqdim edilməsi, götürülməsi və baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında həmin görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 28 aprel 2024- cü il tarixdə saat 17 radələrində ünvan 2 ünvanda yerləşən “Kafe 48”in qarşısında baş vermiş hadisə zamanı kafenin qarşısında quraşdırılmış müşahidə kamerasının və hadisənin davamında Gəncə prospektində yolun hərəkət hissəsində baş vermiş münaqişənin mobil telefon vasitəsilə hadisə anım qeydə aldığı videogörüntülərin olduğu 1 ədəd DVD diski istintaqa təqdim etmiş, həmin DVD diskdə olan 2 ədəd videogörüntü iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən DVD disk götürülmüş, videogörüntülərə baxış keçirilərkən ünvan 2 ünvanda yerləşən «Kafe 48»in qarşısında pilləkanlarda bir neçə nəfər şəxsin sözlü mübahisə etməsi, mübahisənin davamında 2 nəfər şəxs arasında yaranmış münaqişə zamanı tərəflərin bir-birinə qarşı fiziki zor tətbiq etməsi, ətrafda olan bir neçə nəfər şəxsin mübahisə tərəflərinə yaxınlaşıb onları ayırmağa cəhd göstərməsi, nəticədə 1 nəfər şəxsin yerə yıxılması, 2 nəfər şəxsin yerə yıxılmış vəziyyətdə olan 1 nəfər şəxsin üzərinə doğru gedərək ona ardıcıl yumruq və təpik zərbələri vurması, sonda yerdə yıxılmış vəziyyətdə olan şəxsin 2 nəfər şəxsdən yayınıb digər istiqamətə doğru qaçması, digər videogörüntüdə isə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yolun hərəkət hissəsində əvvəlki videogörüntüdə görünən 2 nəfər şəxsin yenə də yerdə yıxılmış vəziyyətdə olan həmin şəxsə yumruq və təpiklə ardıcıl zərbələr vurması, həmin vaxt yolun hərəkət hissəsi ilə hərəkət edən nəqliyyat vasitələrinin hərəkətlərini dayandırması, yoldan keçən şəxslərin və nəqliyyat vasitələrinin sürücülərinin tərəfləri ayıraraq münaqişəni sonlandırmalan müşahidə edilmişdir. (vərəqə: 86-87) -Videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında həmin görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanda yerləşən «Kafe 48»in qarşısında və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yolun hərəkət hissəsində yerdə yıxılmış vəziyyətdə olan şəxsə yumruqla ardıcıl zərbələr vuran, əynində ağ rəngli uzunqol köynək və tünd rəngli şalvar olan şəxsin özü olmasını, digər şəxsin isə Təqsirləndirilən şəxs2 olmasını təsdiq etmişdir. (vərəq: 165) -Videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında həmin görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanda yerləşən «Kafe 48»in qarşısında və Bakı şəhəri. Xətai rayonu, Gəncə prospektində yolun hərəkət hissəsində yerdə yıxılmış vəziyyətdə olan şəxsə yumruq və təpiklə ardıcıl zərbələr vuran, əynində boz rəngli qısaqol köynək və tünd rəngli şalvar olan şəxsin özü olmasını, digər şəxsin isə Təqsirləndirilən şəxs1 olmasını təsdiq etmişdir. (vərəq: 166) -Maddi sübut kimi tanımaq haqqında 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, 28 aprel 2024-cü il tarixdə saat 17 radələrində ünvan 2 ünvanda yerləşən “Kafe 48”in qarşısında baş vermiş hadisə zamanı kafenin qarşısında quraşdırılmış müşahidə kamerasının və hadisənin davamında Gəncə prospektində yolun hərəkət hissəsində baş vermiş münaqişənin mobil telefon vasitəsilə hadisə anını qeydə aldığı videogörüntülərin olduğu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. (vərəq: 218-219) -Cinayət işi materiallarına əlavə edilmiş ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisəni törətmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş maddi və fiziki ziyanın əvəzinin tam olaraq ödənilməsinə görə onları bağışladığını, onlarla barışdıqlarını, buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində hər hansı bir şikayət və tələbinin olmadığını bildirmişdirlər. (vərəq: 223) -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (vərəqə: 73) -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (vərəqə: 74) -Doğum haqqında AZ-İV 792629 saylı Şəhadətnamənin və AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 X3 adlı xx.xx.2023-cü il tarixli övladı var.(i.v.162-163) “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2004-cü il tarixli Plenumunun qərarının 1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 2-ci bəndinə əsasən, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərardadının təsviriəsaslandırıcı hissəsində göstərilən hallara əsasən, cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməlin xırda xuliqanlıqdan fərqli olaraq ictimai təhlükəliliyi ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiqi və ya hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən ibarətdir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Qeyd olunmalıdır ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, videogörüntülər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxslərin ifadələrinin, ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər – min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin məcəllənin 221.2.1-ci maddəsinə əsasən, eyni əməllər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-cİ maddəsinə uyğun olaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə uyğun olaraq, zərər çəkmiş şəxslə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hal olaraq müəyyən edilmişdir Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 31 iyul 2024-cü il tarixdən 02 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Neftcala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə uyğun olaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı uşağın - xx.xx.2023-cü il təvəllüdlü X1 olması və CM-nin 59.1.12- ci maddəsinə uyğun olaraq, zərər çəkmiş şəxslə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hallar olaraq müəyyən edilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 31 iyul 2024-cü il tarixdən 02 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 7 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrlərinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Neftçala rayonunun ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-54/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-54/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver