Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-541/2023 06.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Abdullayeva Gülüstan Hümmət qızının, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1981-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyədək sadələşdirilmiş icraatın materialına əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cii il tarixdə, saat 23:30 dəqiqədə arvadı Zərərçəkmiş şəxs ilə birgə yaşadığı Bakı şəhəri. Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 64, 90-cı mənzilin qonaq otağında aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı qəsdən əl zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vurmaqla döyərək ona sol bazunun dərialtı hematoması, sağ əlin ikinci barmağının dırnaq sədəfinin sınığı və sədəfaltı nahiyənin qansızması ilə nəticələnən bədən xəsarətləri yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2004-cü ildən evlidir və onların iki övladı var. Təxminən bir ildir ki, o evdə spirtli içki araq qəbul etdiyi üçün Sahilə ilə aralarında mübahisələr olur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə axşam saatlarında o, yaşadığı mənzildə olarkən spirtli içki araq qəbul etmişdi. Həmin vaxt Sahilənin ağladığınıı gördüyü üçün ondan nə üçün ağladığını soruşmuş, Sahilə də ona cavab vermədiyi üçün aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs həyat yoldaşı Sahilədən nəyə görə kefinin olmadığıını dəfələrlə soruşsa da o, Təqsirləndirilən şəxs cavab verməmişdir. Sahilənin belə elədiyinə əsəbiləşmiş, eyni zamanda həmin vaxt sərxoş olduğu üçün qonaq otağında olduqları zaman saat 23:30 radələrində Sahilə ondan kənara çəkilmək istəyəndə əli ilə onun bədəninin müxtəlif bədən nahiyələrinə bir neçə dəfə vurmuşdur. Bundan sonra Sahilə telefonu götürüb “102” xidmətinə məlumat verdiyi üçün Təqsirləndirilən şəxs yaşadıqları mənzildən çıxıb getmişdir. Onun Sahiləni döyməyi təxminən 2-3 dəqiqə ərzində baş vermişdir. Mübahisə vaxtı səs-küy yaranmamış, hadisə vaxtı ətraflarında heç kəs olmamışdır. Baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs ilə hazırda barışdığını, onu vurduğuna görə əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2004-cü ildən evlidir və onların iki övladı var. Təxminən bir ildir ki, Təqsirləndirilən şəxs evdə spirtli içki araq qəbul etdiyi üçün onunla aralarında mübahisələr olur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs yaşadıqları mənzildə olarkən spirtli içki araq qəbul etmişdi. Həmin vaxt Sahilənin ağladığını gördüyü üçün ondan nə üçün ağladığını soruşmuş, Sahilə də Təqsirləndirilən şəxs cavab vermədiyi üçün aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs ondan nəyə görə kefinin olmadığını dəfələrlə soruşsa da o, Təqsirləndirilən şəxs cavab verməmiş və “Əl çək məndən kefim yoxdur” demişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs onun üzərinə gedərək onunla kobud danışmağa, eyni sözü təkrarlamağa başlamışdır. Təqsirləndirilən şəxs sərxoş olduğu üçün qonaq otağında olduqları zaman saat 23:30 radələrində Sahilə ondan kənara çəkilmək istəyəndə o, əli ilə onun bədəninin müxtəlif bədən nahiyələrinə bir neçə dəfə vurmuşdur. Bundan sonra Sahilə telefonu götürüb “102” xidmətinə məlumat verdiyi üçün Təqsirləndirilən şəxs yaşadıqları mənzildən çıxıb getmişdir. Onun Sahiləni döyməyi təxminən 2-3 dəqiqə ərzində baş vermişdir. Mübahisə vaxtı səs-küy yaranmamış, hadisə vaxtı ətraflarında heç kəs olmamışdır. Hazırda isə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X5 14 sentyabr 2023-cü il tarixli, 1054 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol bazunun dərialtı hematoması, sağ əlin ll barmağının dırnaq sədəfinin sınığı və sədəfaltı nahiyənin qansızması müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xasiyyətnsamədən görünür ki, Təqsirləndirilən şəxs 10 ildən çoxdur ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Bütün illər ərzində Təqsirləndirilən şəxs qonşularla yaxşı ünsiyyətdə olmuş və binanın tədbirlərində yaxından və aktiv iştirak etmişdir. O, həmdə binanın lift və digər işlək qurğuların işlək vəziyyətdə qalmasında və qorunmasında texniki heyətinə köməklik edir və faydalı məsləhətlər verir. O, qonşularla mehriban və sıx münasibətdə yaşayır. Yaşadığı dövrdə Təqsirləndirilən şəxs qonşularla heç bir münaqişə yaşamamışdır. Xasiyyətcə mülayim, ünsiyyətçil və anlayışlıdır. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi etirafedici ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs izahatını, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.7-ci maddəsinə əsasən, Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40.3, 43.1.2, 300.1.7, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-541/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-541/2023
06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver