Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-543/2022 20.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Nümayəndə, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, müdafiəçilər - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri X3, X5 və Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1997-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Avro.Az” şirkətində usta işləyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, 10 avqust 1990-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Avro.Az” şirkətində usta işləyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Xanərəh kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxxxxxx 1997-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" QSC-də nəzarətçi işləyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Qovlar kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə, tikinti sahəsində usta işləmiş Təqsirləndirilən şəxs2 və həmin tikintidə nəzarətçi vəzifəsində çalışmış Təqsirləndirilən şəxs3 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə, o, inşaat zamanı istifadə ediləcək elektrik naqillərinin talanması üçün, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 ilə 20 avqust 2022-ci il tarixdə, saat 20 radələrində, iş saatının bitməsinə baxmayaraq, işdə qalaraq, qrup üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tikintinin qarşısında qalıb, ətrafı müşahidə etməklə kənar şəxlərin gələcəyi zaman məlumat verməli olduğu halda, o inşaası tamamlanmış binanın zirzəmisində yerləşən anbara daxil olaraq, özündə olan laqonda alət vasitəsi ilə, orada olan bir metrinin qiyməti 31,90 ABŞ dolları, həmin dövrə olan məzənnə ilə 54 manat 23 qəpik təşkil etmiş, ümumilikdə 31 metr “N2XH-J 3x70+35 Flex 1Kv (Si) Simakhsy” markalı naqili, bir metrinin qiyməti 1,99 ABŞ dolları, həmin dövrə olan məzənnə ilə 3 manat 38 qəpik təşkil etmiş, ümumilikdə 100 metr “H07Z1-K 1x16 Flex 750Vsy” markalı naqili, 25 avqust 2022-ci il tarixdə, saat 20 radələrində iş saatının bitməsinə baxmayaraq, işdə qalaraq, qrup üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tikintinin qarşısında qalıb ətrafı müşahidə etməklə, kənar şəxlərin gələcəyi zaman, məlumat verməli olduğu halda, o, inşaası tamamlanmış binanın zirzəmisində yerləşən anbara daxil olaraq, özündə olan laqonda alət vasitəsi ilə orada olan qiyməti 56,15 ABŞ dolları, həmin dövrə olan məzənnə ilə 94 manat 45 qəpik təşkil etmiş, ümumilikdə 22 metr “N2XH+2x50 0,6/1KV” markalı naqili qısa hissələrə bölüb, özü ilə gətirdiyi karton qutu və parça materialdan hazırlanmış kisələrə yığaraq, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 köməkliyi ilə binadan çıxarmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxs "xxxx" QSC-yə ümumilikdə 4097 manat 03 qəpik ziyan vurmaqla oğurluq etmişdir. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə, tikinti sahəsində usta işləmiş Təqsirləndirilən şəxs1 və həmin tikintidə nəzarətçi vəzifəsində çalışmış Təqsirləndirilən şəxs3 ilə qabaqcadan razılaşmaqla, əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə, o, inşaat zamanı istifadə ediləcək elektrik naqillərinin talanması üçün qrupun digər üzvləri Təqsirləndirilən şəxs1 ilə 20 avqust 2022-ci il tarixdə, saat 20 radələrində iş saatının bitməsinə baxmayaraq, işdə qalaraq, qrup üzvü Təqsirləndirilən şəxs3 ilə birgə tikintinin qarşısında qalıb ətrafı müşahidə etməklə, kənar şəxlərin gələcəyi zaman məlumat verməli olduğu halda, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 inşaası tamamlanmış binanın zirzəmisində yerləşən anbara daxil olaraq, özündə olan laqonda alət vasitəsi ilə, orada olan bir metrinin qiyməti 31,90 ABŞ dolları, həmin dövrə olan məzənnə ilə 54 manat 23 qəpik təşkil etmiş, ümumilikdə 31 metr “N2XH-J 3x70+35 Flex 1Kv (Si) Simakhsy” markalı naqili, bir metrinin qiyməti 1,99 ABŞ dolları, həmin dövrə olan məzənnə ilə 3 manat 38 qəpik təşkil etmiş, ümumilikdə 100 metr “H07Z1-K 1x16 Flex 750Vsy” markalı naqili, 25 avqust 2022-ci il tarixdə, saat 20 radələrində iş saatının bitməsinə baxmayaraq, işdə qalaraq, qrup üzvü Təqsirləndirilən şəxs3 ilə birgə tikintinin qarşısında qalıb ətrafı müşahidə etməklə, kənar şəxlərin gələcəyi zaman məlumat verməli olduğu halda, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 inşaası tamamlanmış binanın zirzəmisində yerləşən anbara daxil olaraq, özündə olan laqonda alət vasitəsi ilə, orada olan bir metrinin qiyməti 56,15 ABŞ dolları, həmin dövrə olan məzənnə ilə 94 manat 45 qəpik təşkil etmiş, ümumilikdə 22 metr “N2XH+2x50 0,6/1KV” markalı naqili qısa hissələrə bölüb, özü ilə gətirdiyi karton qutu və parça materialdan hazırlanmış kisələrə yığaraq, o və Təqsirləndirilən şəxs3 köməkliyi ilə binadan çıxarmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə, özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxs "xxxx" QSC-yə ümumilikdə 4097 manat 03 qəpik ziyan vurmaqla oğurluq etmişdir. Həmçinin, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 verilmiş ittihama əsasən, o, "xxxx" QSC-də nəzarətçi vəzifəsində işləməklə, ünvan 3 ünvanında “Dost Mərkəzi”nin inşaası ilə əlaqədar əmlakın mühafizəsini həyata keçirən zaman, özgənin əmlakını talama məqsədi ilə, tikinti sahəsində usta işləmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub, cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün, rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə, o, inşaat zamanı istifadə ediləcək elektrik naqillərinin talanması üçün, qrupun digər üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 imkan verib, 20 avqust 2022-ci il tarixdə, saat 20 radələrində iş saatının bitməsinə baxmayaraq, onların işdə qalmalarına şərait yaratmış, habelə qrup üzvü Təqsirləndirilən şəxs2la birgə tikintinin qarşısında qalıb, ətrafı müşahidə etməklə, kənar şəxlərin gələcəyi zaman məlumat verməli olduğu halda, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 inşaası tamamlanmış binanın zirzəmisində yerləşən anbara daxil olaraq, özündə olan laqonda alət vasitəsi ilə, orada olan bir metrinin qiyməti 31,90 ABŞ dolları, həmin dövrə olan məzənnə ilə 54 manat 23 qəpik təşkil etmiş, ümumilikdə 31 metr “N2XH-J 3x70+35 Flex 1Kv (Si) Simakhsy” markalı naqili, bir metrinin qiyməti 1,99 ABŞ dolları, həmin dövrə olan məzənnə ilə 3 manat 38 qəpik təşkil etmiş, ümumilikdə 100 metr “H07Z1-K 1x16 Flex 750Vsy” markalı naqili, 25 avqust 2022-ci il tarixdə, saat 20 radələrində iş saatının bitməsinə baxmayaraq, onların işdə qalmalarına şərait yaratmış, habelə qrup üzvü Təqsirləndirilən şəxs2la birgə tikintinin qarşısında qalıb, ətrafı müşahidə etməklə, kənar şəxlərin gələcəyi zaman məlumat verməli olduğu halda, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 inşaası tamamlanmış binanın zirzəmisində yerləşən anbara daxil olaraq, özündə olan laqonda alət vasitəsi ilə, orada olan bir metrinin qiyməti 56,15 ABŞ dolları, həmin dövrə olan məzənnə ilə 94 manat 45 qəpik təşkil etmiş, ümumilikdə 22 metr “N2XH+2x50 0,6/1KV” markalı naqili qısa hissələrə bölüb, özü ilə gətirdiyi karton qutu və parça materialdan hazırlanmış kisələrə yığaraq, o və Təqsirləndirilən şəxs2 köməkliyi ilə binadan çıxarmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə, özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxs "xxxx" QSC-yə ümumilikdə 4097 manat 03 qəpik ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2022-ci ilin fevral ayından o “Avro.az” şirkətinə işə qəbul olunmuş və həmin şirkətdə usta köməkçisi vəzifəsində işləmişdir. Şirkət məhəcər quraşdırılması ilə məşğul olurdur. 2022-ci ilin iyun ayından, o, şirkət rəhbərliyinin göstərişi ilə, Xətai rayonu, M.Mehdizadə küçəsində aparılan tikintiyə usta Təqsirləndirilən şəxs2 ilə birlikdə işləməyə başlamışdırlar. Həmin ünvanda “DOST Mərkəzi”nin Xətai rayon şöbəsinin inzibati binasının tikintisi aparılırdır və onlar həmin binanın məhəccərlərini quraşdırmalı idilər. Həmin tikintinin ərazisi hasarlanmamışdır və qapıdan girib-çıxanda, onların əllərində olan çantaları yoxlanılırdır. Həmin tikintidə mühafizəçi işləyən Təqsirləndirilən şəxs3 ilə aralarında səmimi münasibət yaranmış və onlar dostluq etməyə başlamışlar. 15 avqust 2022-ci il tarixdə İlkin ona söhbət əsnasında bildirmişdir ki, onun mühafizəçi işlədiyi tikintidən tikinti materiallarını oğurlasın və onun köməkliyi ilə həmin materialları oradan çıxarsın. Daha sonra, həmin tikinti materiallarını satıb, ona da müəyyən qədər pul versin. İlkin ona bildirmişdir ki, o həmin tikintidən mis naqilləri oğurlaya bilər və İlkin növbədə olanda, o, həmin mis naqilləri tikintinin ərazisindən çıxarıb əridib satsın, daha sonra isə İlkinə də həmin əldə olunmuş puldan bir pay versin. O, bununla bağlı birlikdə işlədiyi Kənanla söhbət etmiş və Kənan ona razılığını bildirmişdir. O, Kənan ilə həmin vaxt tikintinin mənfi birinci mərtəbəsində işləyirdi və orada həmin mərtəbədə tikintinin anbarı yerləşirdir. Orada o, Kənan ilə bir neçə dəfə topa ilə izolyasiya olunmuş mis naqilləri görmüşdür. O, Kənan ilə bir neçə dəfə həmin anbara daxil olmuş və bilirdi ki, həmin anbarın qapısı həmişə açıq olur. 17 avqust 2022-ci il tarixdə, axşam saatlarında o, Kənan ilə həmin anbara daxil olmuş və orada mis naqillərin olmasını dəqiqləşdirmişdir. 20 avqust 2022-ci il tarixdə o, Kənan ilə işə gələndə, artıq həmin gün qeyd olunan tikintinin anbarından oğurluq etmək qərarına gəlmişdirlər və bu barədə həmin gün növbədə olan mühafizəçi İlkinə bildirmişdirlər. Buna görə də o, Kənan ilə işdə olan zaman, digər usta və fəhlələrin tikintidən getməyini gözləyərək, saat 20 radələrində o, həmin tikintinin anbarına daxil olmuş, Kənan isə həmin tikintinin qarşısında mühafizəçi olan İlkin ilə gözləmişdirlər ki, kimsə gəldikdə, İlkin həmin şəxsin fikrin qatsın, Kənan isə ona bu barədə bildirsin. Bundan başqa, həmin tikintidə DİN-nin Mühafizə İdarəsinin polis əməkdaşı da xidmət apardığından, İlkin ona bildimişdir ki, o həmin anbardan naqil oğurlayıb çıxmaq istəyən zaman, ona bildirsin ki, o da öz növbəsində həmin polis əməkdaşının başın qatsın. O, tək anbara daxil olub, orada yerdə olan bir topa naqili götürmüş və həmin zaman, orada müşahidə kamerasının olmasını görmüşdür və ona görə də həmin kameraya yaxınlaşıb, kameranı digər istiqamətə çevirmişdir. Bundan sonra, o, yerdə olan bir topa mis naqili götürərək, ondan təxminən 30 metr parçasını kəsmiş və daha sonra həmin 30 metr mis naqili təxminən 30 santimetr olan hissələrə bölərək, karton qutuya və parça kisəyə yığmışdır. Daha sonra, orada olan daha nazik mis naqili görmüş və həmin naqildən təxminən 100 metr kəsərək, həmin naqili də uzunluğu təxminən 30 santimetr olan hissələrə bölmüş və həmin torba və qutuya yığmışdır. Orada digər daha qalın mis naqili var idi və o, həmin mis naqildən də, kəsib oğurluq etmək istəyən zaman, onun gətirdiyi laqonda xarab olmuş və o, həmin mis naqili kəsə bilməmişdir. Bundan sonra, Kənan onunla birlikdə anbara düşmüş və onunla həmin bir kisəyə və bir ədəd karton qutuya yığılmış mis naqil parçalarını yuxarı mərtəbəyə qalxızmışlar. Onlar həmin naqilləri əsas girişdən çölə çıxan zaman, orada dayanan İlkin formal olaraq onların əllərində olan kisə və qutunu yoxlamışdır. Onlar qapıdan çölə çıxan zaman, orada işləyən mühafizə polisinin əməkdaşı orada olmamışdır. O, Kənan ilə əllərində bir qutu və bir kisə mis naqil parçaları ilə həmin tikintinin binasından çıxmış və tikintinin qarşısında yolun digər tərəfindən dayanan Kənana məxsus avtomaşının arxa sərnişin oturacağına həmin qutu və kisəni qoyaraq, oradan çıxıb getmişlər. Daha sonra, Kənan avtomaşını qaranlıq bir küçədə saxlamış və onlar danışmışlar ki, növbəti gün həmin mis naqil parçalarını “20 Yanvar” metrostansiyasının yanında əlvan metal qəbulu ilə məşğul olan şəxslərə satsınlar. Növbəti gün, yəni 21 avqust 2022-ci il tarixdə, səhər saatlarında Kənan ilə “20 Yanvar” metrostansiyasının yanında görüşmüşlər və onunla birlikdə həmin ünvanda tanımadığı şəxsə həmin mis naqil parçalarını 400 manata satmışlar. Həmin tanımadıqları şəxsə naqillərin oğurluq olmasını bildirməmişlər. O, həmin 400 manat puldan 150 manat pulu Kənana vermiş, 150 manat pulu özünə götürmüş və Kənana bildirmişdir ki, 100 manat pulu o mühafizəçi İlkinə verəcəkdir. Həmin gün o, ödəmə terminalı vasitəsi ilə 100 manat pulu İlkinin ona verdiyi kart hesabına göndərmişdir. Bir neçə gün keçdikdən sonra, yəni 25 avqust 2022-ci il tarixdə, o, Kənan ilə iş yerində olan zaman, həmin gün növbədə İlkinin olmasını bildiyindən, anbarda qalan digər naqili oğurlamağa şərait olduğunu bilmişdir. O, Kənan ilə yenidən həmin tikintidən naqil oğurlamaq barədə razılaşmış və ona görə də, həmin gün Kənan ilə axşam saat 20 radələrinə qədər işdə qalmış və hamı getdikdən sonra, o, yenidən həmin tikintinin zirzəmisinə oradan mis naqil oğurlamaq məqsədi ilə getmişdir. O, yerdə olan anbardan həmin naqil topasın götürmüş və təxminən 20 metr kəsmişdir. O, eyni qaydada özü ilə gətirdiyi laqonda vasitəsi ilə həmin 20 metr olan mis naqil parçasını təxminən 30 santimetr olan hissələrə bölmüş və parça kisəyə yığmışdır. Həmin vaxt Kənan ilə İlkin tikintinin qarşısında dayanmışdırlar ki, kimsə gəlsə ona bu barədə xəbər eləsinlər. O, həmin naqilləri doğradıqdan sonra, Kənan onunla anbara düşərək oradan həmin mis naqil parçalarını götürərək, həmin tikintinin giriş qapısından çıxartmışdır. Növbəti gün, o, Kənan ilə “20 Yanvar” metrostansiyasının yanında görüşmüş və onunla birlikdə həmin ünvanda tanımadığı şəxsə həmin mis naqil parçalarını 500 manata satmışdır. Həmin 500 manat puldan 150 manat pulu Kənana vermiş, 150 manat pulu özünə götürmüş, 200 manat pulu isə Kənana vermişdir ki, o həmin pulu İlkinə versin. Bildiyinə görə, Kənan həmin 200 manat pulu ödəmə terminalı vasitəsi ilə İlkinə göndərmişdir. Hazırda isə onlar şirkətə dəymiş ziyanı tam olaraq ödəmişdirlər. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ilin yanvar ayında o, “Avro.az” şirkətinə usta vəzifəsində işə qəbul olunmuşdur. 2022-ci ilin iyun ayından o, şirkət rəhbərliyinin göstərişi ilə, Xətai rayonu, M.Mehdizadə küçəsində olan tikintiyə Təqsirləndirilən şəxs1 ilə birlikdə getmiş və orada işləməyə başlamışlar. Onlar həmin ünvanda olan binanın məhəccərlərini quraşdırmalı idilər. Həmin şirkətdə işləməyə başlayan zaman, orada quraşdırdıqları aluminium materialından hazırlanmış məhəccərlərin tullantı qalıqlarını özləri ilə aparıb, sonradan əridib satırdılar. Tikintidə mühafizəçi işləyən İlkin adlı şəxs ilə aralarında səmimi münasibət yaranmış və onlar dostluq etməyə başlamışlar. 15 avqust 2022-ci il tarixdə Murad ona bildirmişdir ki, mühafizəçi İlkin ilə danışıb və onlar həmin tikintidən mis naqilləri oğurlaya bilərlər və İlkin növbədə olanda onlar həmin mis naqilləri tikintinin ərazisindən çıxarıb əridib satacaqlar. O Murada razılığını bildirmişdir. 20 avqust 2022-ci il tarixdə o, Murad ilə işə gələndə, artıq həmin günü qeyd olunan tikintinin anbarından oğurluq etmək qərarına gəlmişdilər və bu barədə həmin gün növbədə olan mühafizəçi İlkinə bildirmişlər. Buna görə də, o Murad ilə işdə olan zaman digər usta və fəhlələrin tikintidən getməyini gözləyərək, saat 20 radələrində Murad həmin tikintinin anbarına daxil olmuş, o isə həmin tikintinin qarşısında mühafizəçi olan İlkin ilə gözləmişlər ki, kimsə gəldikdə, İlkin həmin şəxsin fikrin qatsın, o, isə Murada bu barədə bildirsin. O, Murad ilə bir qutu və bir kisə mis naqil parçaları ilə həmin tikintinin binasından çıxmış və tikintinin qarşısında yolun digər tərəfindən dayanan ona məxsus avtomaşına qoyaraq, oradan çıxıb getmişlər. Növbəti gün səhər saatlarında oğurladıqları mis naqil parçalarını “20 Yanvar” metrostansiyasının yanında əlvan metal qəbulu ilə məşğul olan tanımadığı şəxsə 400 manata satmışlar. Həmin naqil parçalarının oğurluq olmasını bildirməmişlər. Murad həmin 400 manat puldan 150 manat pulu ona vermiş, 150 manat pulu özünə götürmüş, qalan 100 manat pulu isə mühafizəçi İlkinə vermişdir. 25 avqust 2022-ci il tarixdə, o, Murad ilə iş yerində olan zaman, həmin gün növbədə İlkin adlı mühafizəçinin olmasını bildiyindən, Murad ona bildirmişdir ki, onlar həmin qalan naqili oğurlaya bilərlər. Murad həmin gün iş yerlərində İlkin ilə görüşmüş və İlkin Murada bildirmişdir ki, həmin gün növbədədir və eyni qaydada o, Murad ilə qalıq qalmış naqili oğurlasalar, İlkin göz yumacaqdır. Belə də, olmuşdur. O, Murad ilə axşam saat 20 radələrinə qədər işdə qalmış və hamı getdikdən sonra, Murad yenidən həmin tikintinin zirzəmisinə oradan mis naqil oğurlamaq məqsədi ilə getmiş, o, isə İlkin ilə tikintinin qarşısında dayanmışdır. Daha sonra, o, Murad ilə əllərində bir qutu və bir kisə mis naqil parçaları ilə həmin tikintinin binasından çıxmışlar. Növbəti gün yenə də, “20 Yanvar” metrostansiyasının yanında, əlvan metal qəbulu ilə məşğul olan tanımadığı şəxsə həmin mis naqil parçalarını 500 manata satmışlar. Murad həmin 500 manat puldan 150 manat pulu ona vermiş, 150 manat pulu özünə götürmüş, qalan 200 manat pulu isə İlkinə vermişdir. Hazırda isə onlar şirkətə dəymiş ziyanı tam olaraq ödəmişdirlər. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2022-ci ilin fevral ayından o, "xxxx" şirkətində nəzaratəçi vəzifəsində işləmişdir. O, həmin şirkətə işə təyin olunandan, Xətai rayonu, M.Mehdizadə küçəsi 54 ünvanında yerləşən “DOST Mərkəzi”nin Xətai rayon şöbəsində mühafizəni təşkil etməklə məşğul olurdur. O, həmin tikintinin əsas girişində yerləşən post otağında oturub kameralara nəzərət edirdi və binadan çıxan ustaların əl çantalarını yoxlayırdır. Həmin tikintidə işləyən zaman, orada usta kimi işləyən Kənan və köməkçisi Murad adlı şəxslə tanış olmuşdur. Bir dəfə söhbət zamanı, Murad ona bildirmişdir ki, həmin tikintidə olan zirzəmidə anbar daim açıq olur və oradan mis naqil oğurlamaq istəyir. O Murada bildirmişdir ki, həmin anbarda kamera var, Murad isə demişdir ki, kamera olmayan yerdən həmin mis naqilləri oğurlayacaqdır. O, Murada razılığını bildirmiş və 20 avqust 2022-ci il tarixdə, saat 20 radələrində Kənan onun yanına qalxmış və bildirmişdir ki, Murad anbarda həmin mis naqilləri hissələrə doğrayır. O, Kənan ilə çöldə dayanmışdır ki, kimsə gəlsə, dərhal bu barədə Murada xəbər versin. Təxminən bir saatdan sonra Murad onların yanına qalxmış və Kənanı yanına çağırmışdır. Kənan Murad ilə birlikdə bir qutu və bir ədəd parça kisə ilə əsas qapıya yaxınlaşmışlar. O, həmin qutu və kisəyə baxış keçirmiş və həmin qutu və kisənin içərisində onlara məxsus təmir alətlərin və doğranmış vəziyyətdə mis naqilləri görmüşdür. Daha sonra, Kənan ilə Murad həmin kisə və qutunu tikintinin qarşısında yolun əks tərəfində dayanan Kənanın avtomaşınına qoyaraq çıxıb getmişlər. Növbəti gün Murad ona zəng edərək, həmin mis naqilləri satdığını və onun payına düşən 100 manat pulu ona göndərmək üçün kart nömrəsini istəmiş və o, Murada özünə məxsus kartın fotoşəklini çəkərək, göndərmiş, bir neçə dəqiqədən sonra isə, Murad ona zəng edərək, onun kartına 100 manat pul göndərdiyini bildirmişdir. 25 avqust 2022-ci il tarixdə Murad ona bildirmişdir ki, axşam saatlarında anbardan mis naqillər oğurlayıb çıxardacaqdır. Həmin gün Kənan Murad ilə birlikdə iki ədəd parça kisəni qapıdan keçirmiş, içərisində isə təmir alətlərin və doğranmış vəziyyətdə mis naqilləri görmüşdür. Növbəti gün Kənan ona zəng edərək, həmin mis naqillərini satdığını və onun payına düşən 200 manat pulu ona göndərmək üçün kart nömrəsini istəmiş və o, Kənana özünə məxsus kartın fotoşəkilini çəkərək, göndərmiş və bir neçə dəqiqədən sonra Kənan ona zəng edərək, onun kartına 200 manat pul göndərdiyini bildirmişdir. Hazırda isə onlar şirkətə dəymiş ziyanı tam olaraq ödəmişdirlər. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə göstərdi ki, o, ”Diadem” QSC-də hüquqşunas vəzifəsində işləyir. İşlədiyi şirkət tikinti işləri ilə məşğul olur. Şirkəti Xətai rayonu, M.Mehdizadə küçəsi 54 ünvanında yerləşən “DOST Mərkəzi”nin tikinti və təmiri ilə məşğuldur. Şirkət tikinti işləri zamanı müəyyən işlərin görülməsi ilə bağlı digər şirkət və fiziki şəxslərlə müqavilə bağlayır. “DOST Mərkəzi”nin tikintisi zamanı, orada olan pilləkənlərin məhəccərlərin quraşdırılması ilə bağlı, “Avro.az” şirkləti ilə müqavilə bağlanılmış və həmin işlərin görülməsi qeyd olunan şirkətə tapşırılmışdır. Xətai rayonu, M.Mehdizadə küçəsi 54 ünvanında təmir-tikinti işləri ancaq binanın daxilində aparıldığından, həmin tikinti sahəsi hasarlanmamış və tikintidə iki nəfər mühafizəçi növbəliklə xidmət aparırdı. Mühafizə postu həmin binanın əsas giriş qapısının qarşısında idi və orada işləyən şəxslər həmin qapıdan daxil olub-çıxmalı, hər dəfə tikintidən çıxan zaman, mühafizəçi həmin şəxsləri yoxlamalı, əllərində olan çanta, kisə və qutuların içərisinə baxmalı idilər. 26 avqust 2022-ci il tarixdə tikintidə anbardar vəzifəsində işləyən X2 tikintidə istifadə olunan mis naqillərin naməlum şəraitdə oğurlanması barədə rəhbərliyə məlumat vermişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, həmin tikintidə məhəccər quraşdırılmasında çalışan “Avro.az” şirkətinin ustaları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlarln şirkətində mühafizəçi işləyən Təqsirləndirilən şəxs3 ilə əlbir olub, 20 avqust və 25 avqust 2022-ci il tarixlərdə həmin tikintinin anbarına daxil olaraq, oradan ümumilikdə 220 metr olan mis naqilləri oğurlamışlar. Həmin mis naqillərin hər biri xarici ölkələrdə istehsal olunmuş və dəyəri hər bir metr üçün 56 ABŞ dolları təşkil edir. Sonradan aparılmış hesablamalarla müəyyən edilmişdir ki, mis naqillərin oğurlanması nəticəsində "xxxx" QSC-yə 4097,03 manat maddi ziyan dəymişdir. Hazırda isə qeyd olunan məbləğdə dəymiş ziyan iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən tam şəkildə şirkətə ödənilmiş, həmin şəxslərə qarşı "xxxx" QSC-nin heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərə əsasən, iş üzrə təqsirləndirilən şəxslərə yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ünvanda kirayədə yaşayır. Təqsirləndirilən şəxs1 onun qaynıdır. Murad tikintilərdə məhəccər ustası kimi işləyir. 26 avqust 2022-ci il tarixdə, gecə saatlarında, o, yaşadığı evdə olan zaman, Murad əlində üç ədəd polietilen torba ilə gəlmiş və bildirmişdir ki, həmin torbaların içərisindəki kabel üzlükləridir və həmin kabel üzlükləri onun iş yerində tullantı olduğundan, həmin kabel üzlüklərini yığıb evə gətirmişdir. O, həmin vaxt Muradın həqiqətən tikintidə işlədiyini bilib, heç bir şübhəsi yaranmamışdır. Sonradan, həyat yoldaşı ona bildirmişdir ki, Murad iş yerindən elektrik naqillərini oğurlanılmasında şübhəli şəxs qismində tutulmuşdur. Həmin gün, o, Muradın evə gətirdiyi torbalara baxmış və həmin torbalarda 78 ədəd kabel üzlük parçaları aşkar etmişdir. Digər torbada isə 15 ədəd kabel üzlük parçalarını görmüşdür. O, yaşadığı evdə olan kabel üzlüklərinin oğurluq yolu ilə əldə olunmasını güman edib, həmin kabel üzlüklərini istintaqa təqdim etmək qərarına gəlmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri etirafedici ifadələri ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan "xxxx" QSC-nin Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə ünvanladığı müraciətində qeyd olunur ki, şirkətin ünvan 8ında tikilməkdə olan binasında, anbarın qarşısından müxtəlif ölçüdə kabel materialları oğurlanmışdır. Apardıqları araşdırma zamanı müəyyən edilmişdir ki, həmin oğurluq hadisəsini "xxxx" QSC-də nəzarətçi vəzifəsində işləyən Təqsirləndirilən şəxs3, məhəccər ustası işləyən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlbir olaraq törətmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2022-ci il tarixli, 9/7408 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş nümunə əsasında ekspertiza təyini haqqında qərarda göstərilən elektrik naqillərinin istifadədə olunmaları nəzərə alınmaqla, 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: “Göknür” markalı, qara rəngli, ümumi diametri təxminən 42 mm olan, 13 sm uzunluqlu, qara rəngli rezinəoxşar izolyasiyadan və beş ədəd damardan ibarət (damarlardan üç ədədi təxminən 14 mm, iki ədədi təxminən 10 mm diametrli), mis əsaslı ərintidən hazırlanmış naqil nümunəsinin bir metri 50 manat; üzərində markalanma göstəricələri olmayan, qara rəngli, ümumi diametri təxminən 33 mm olan, 11 sm uzunluqlu, qara rəngli rezinəoxşar izolyasiyadan və dörd ədəd damardan ibarət (damarlardan üç ədədi təxminən 12 mm, bir ədədi təxminən 9 mm diametrli), mis əsaslı ərintidən hazırlanmış naqil nümunəsinin bir metri 20 manat; üzərində markalanma göstəricələri olmayan, sarı yaşıl rəngli, ümumi diametri 7 mm olan, 18 sm uzunluqlu, sarı rəngli rezinəoxşar izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış naqil nümunəsinin bir metri 70 manat. İş materiallarında olan müstəntiqin Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, 01 noyabr 2022-ci il tarixli, 9/7408 nömrəli ekspert rəyində göstərilən xüsusatlar toplanmış sübutlarla uzlaşmadığından və işin obyektiv hallarına uyğun gəlmədiyindən, iş üzrə mötəbər sübut növü kimi qiymətləndirilməmiş, "xxxx" QSC tərəfindən təqdim olunan qaimədə göstərilən qiymətlər əsas götürülmüşdür. İş materiallarından görünür ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə məxsus üç ədəd torbada, ümumilikdə 93 ədəd kabel üzlük parçaları iş üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 27 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdurlar. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 avqust 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdırlar. Beləliklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, onların şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxslərin ilk dəfə cinayət əməli törətdiklərini, törətdiyi əməli etiraf etmələrini, əməllərindən peşmançılıq çəkmələrini, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam olaraq ödəmələrini və zərərçəkmiş hüquqi şəxsin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, onların 27 avqust 2022-ci il tarixdən hal-hazıradək həbsdə olduğu müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirləri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirləri ilə dəyişdirilməli və onlar dərhal məhkəmə zalında həbsdən azad edilməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 162.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan, zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə məxsus üç ədəd torbada, ümumilikdə 93 ədəd kabel üzlük parçaları sahibinə qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə onun 113 (bir yüz on üç) gün həbsdə saxlanıldığı müddət 226 (iki yüz iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə onun 113 (bir yüz on üç) gün həbsdə saxlanıldığı müddət 226 (iki yüz iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə onun 113 (bir yüz on üç) gün həbsdə saxlanıldığı müddət 226 (iki yüz iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs3 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs3 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan, zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə məxsus üç ədəd torbada, ümumilikdə 93 ədəd kabel üzlük parçaları sahibinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-543/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-543/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver