Məhkəmə qərarları › İş №1(011)-544/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-544/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-544/2023 31.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi qızı X1, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi taksi sürücüsü işləyən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.H.Hacınski küçəsi döngə, ev 3-də qeydiyyatda olan, Bakı şəhəri. Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, döngə 1-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq ********* saylı böyük içtimai təhlükə törətməyən aşkar cinayətlər dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs texniki vəziyyətdə saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi «VAZ 2107 minik» markalı, **-BZ-*** dövlət qeydiyyat nömrəli avtomobillə 02 sentyabr 2023-cü il tarixdə, saat 00:50 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti istiqamətindən Lütvizadə küçəsi ilə Neapol dairəsi istiqamətində yolun sağdan 2-ci hərəkət zolağı ilə saatda 50 km surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni hərəkətin intensivliyini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş surət məhdudiyyətindən çox olmayan surətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda qanun normasına əməl etməyib hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, yolu soldan sağa piyada keçidi ilə keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin qabaq sol hissəsi ilə vuraraq sonuncuya sağ bud sümüyünün qapalı yerdəyişmiş sınığı, sol aşıq-baldır oynağının qapalı qəlpəli sınıqları kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirib yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, etibarnamə ilə idarə etdiyi «Vaz 2107» markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. 02 sentyabr 2023-cü il tarixdə saat təxminən 1 radələrində idarə etdiyi Vaz 2107 markalı **-BZ-*** dövlət qeydiyyat nömrəli avtomobillə Babək prospektindən Lütvizadə küçəsinə dönərək Neapol dairəsi istiqamətində yolun sağdan 2-ci hərəkət zolağı ilə saatda 50 km surətlə hərəkətdə olarkən qəflətən yolun sol hissəsindən sağına keçən piyada avtomobilinin qarşısına çıxmış və o, həmin piyadanı avtomobilinin qabaq sol hissəsi ilə vurmuşdur. Avtomobildən dərhal düşərək piyadanı yoldan qaldırıb avtomobilinə əyləşdirmiş və xəstəxanaya aparmaq istəyərkən piyada bildirmişdir ki, xəstəxanaya getmək istəmir və xahiş etmişdir ki, aparsın onu evinə. O piyadanı dediyi ünvana aparmış və orada ona məlum olmuşdur ki, vurduğu şəxsin adı Zərərçəkmiş şəxsdur. Daha sonra Tahirin oğulları yaxınlaşmışlar və birlikdə Tahiri Travmotologiya xəstəxanasına aparmışlar. Hadisə zamanı avtomobilində bir nəfər sərnişin olmuşdur.Piyadanı görərkən avtomobilini saxlamağa cəhd etmiş, lakin saxlaya bilməyərək onu vurmuşdur. Daha sonra əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, əvvəllər məhkum olunmamasını qeyd edərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi qızı X3 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışmadıqlarını, lakin onun cavanlığını nəzərə alaraq yüngül cəza təyin edilməsini xahiş etmiş və gələcəkdə mülki iddia qaldıracaqlarını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və ifadəsində göstərmişdir ki, 02 sentyabr 2023-cü il tarixdə saat təxminən 00.50 radələrində yaşadığı binanın yaxınlığında yerləşən mağazadan qayıdarkən Xətai rayonu, Lütvizadə küçəsində yerləşən «Sərfəli» marketin qarşısından Ətçilərin sırası deyilən istiqamətdə Lütvizadə küçəsini soldan sağa adi yerişlə keçməyə başlayarkən yolun Babək prospekti istiqamətində olan hissəsində hərəkətdə olan avtomobillər saxlayaraq ona yol vermişlər və o, hərəkətinə piyada keçidi ilə davam edərkən yolun Neapol dairəsi istiqamətində olan hissəsinə daxil olarkən Babək prospekti istiqamətindən Neapol dairəsi istiqamətində yolun sağdan 2-ci hərəkət zolağı ilə hərəkətdə olan Vaz 2107 markalı **-BZ-*** dövlət qeydiyyat nömrəli avtomobil onu sağ hissəsindən vurmuş və o, yola yıxılmışdır. Daha sonra sürücü avtomobili saxlayaraq ona yaxınlaşmış, onu yoldan qaldırmağa köməklik edərək avtomobilinə əyləşdirmiş və yaşadığı ünvana aparmışdır. Orada onun oğlu gəlmiş və birlikdə onu xəstəxanaya aparmışlar. Hal-hazırda xəstəxanada müalicə alır. Hadisə zamanı yüngül spirtli içki qəbul etmiş, narkotik maddə və yaxud psixotrop maddə qəbul etməmişdir. Yol nəqliyyat hadisəsini törətmiş avtomobili görməmişdir. Sürücü hadisə zamanı ayıq olmuşdur. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 Xətai rayon şöbəsinin 14 sentyabr 2023-cü il tarixli 64/2023 nömrəli rəyində - Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər sağ bud sümüyünün qapalı yerdəyişmiş sınığı, sol aşıq-baldır oynağının qapalı qəlpəli sınıqları müəyyən edilmiş, xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 11 sentyabr 2023-cü il tarixli 8/2717 nömrəli rəyindən görünür ki, Vaz 2107 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısmı almağa texniki imkanı olmuşdur. İş materiallarında olan DİN BDYPİ Qİİ tərəfindən 25 oktyabr 2017-ci il tarixində verilmiş AD 081712 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük hüququ vardır. Sürücülük vəsiqəsindən görünür ki, 25 oktyabr 2033-cü il tarixədək etibarlılıq müddəti var. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, “VAZ 2107” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs nümayəndəsi qızı X1 ərizəsindən görünür ki, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmiş və gələcəkdə mülki iddia qaldıracaqlarını bildirmişdir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün səmimi etirafı, zərərçəkmiş şəxsin təhqiqat zamanı verdiyi ifadəsi, ekspert rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Onun əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 9.2-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, törətdiyi əməldən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alır və hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədinə nail olmağı təmin edəcəkdir. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə təhvil verilmiş “VAZ 2107” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilməlidir. Məhkəmə xərci ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə təhvil verilmiş “VAZ 2107” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilsin. Məhkəmə xərci ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar