Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-544/2024 01.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 1989-cu ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 5ində qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 45,06 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib Üzərində saxlayaraq daşımış və 01 avqust 2024-cü il tarixdə saat 15:50-də Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu Abbas Səhət küçəsi 8 Ünvanın qarşısında saxlanılıb ünvan 1 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi-axtarış və götürmə zamanı sol əlində saxladığı üzərində "Nike" yazısı olan qara rəngli idman çantasında kiçik ölçülü çantanın içərisində bir ədəd sarı rəngli sellofan bükümdə təmiz çəkisi 45,06 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, uzun illərdir narkotik vasitələrdən istifadə edir. 2019-cu ildə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.4.3 və 237.2.3-cü maddələri ilə Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 07 il 05 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2023-cü il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə 01 il 04 ay 14 gün vaxtından əvvəl şərti olaarq cəzadan azad edilmişdir. 2014-cü ildə nənəsi X6 özünə məxsus Sabirabad rayonu Mürsəlli kəndində olan evini rəsmi qaydada ona vəsiyyət etmişdir. 2024-cü ilin aprel ayında həmin evin qarşısında su arxının kənarında özü istifadəsi üçün aldığı nəşə kimi tanıdığı narkotik vasitənin toxumundan əkmişdir. 29 iyul 2024-cü il tarixdə həmin narkotik kolunun yarpaq hissəsini yığmış kötük hissəsini su kollektoruna atmışdır. Yığdığı yarpaqları qurutmuş və 30 iyul 2024-cü il tarixdə Bakı şəhərinə gələrkən şəxsi istifadəsi üçün özü ilə gətirmişdir. 01 avqust 2024-cü il tarixdə saat 15:50-də Xətai rayonu A.Səhət küçəsində piyada hərəkət edərkən iki nəfər şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim etmişlər. Həmin şəxslər onun narkotik vasitələrin qanunsuz dövrüyəsində şübhəli olduğunu deyib Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət edərək gətirmişlər. Polis şöbəsində olan zaman hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş vəkil gəldikdən sonra üzərinə videoçəkilişdən istifadə etməklə baxış keçirildikdə sol əlində saxladığı üzərinə "Nike" yazılmış qara rəngli idman çantasını masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin qara rəngli çanta açıldıqda içərisində qablaşdırma üçün istifadə olunan 01 ədəd şəffaf sellofan, 02 ədəd kilid açarı və bir ədəd kiçik ölçülü çanta aşkar edilmişdir. Həmin kiçik ölçülü çanta açıldıqda içərisində üzərində Azərcell MMC-ə məxsus onun istifadəsində ***-***-**-** mobil nömrə olan "Honor" markalı mobil telefon, özünə məxsus sürücülük və şəxsiyyət vəsiqələri, ümumvətəndaş pasportu və içərisində "nəşə” kimi tanıdığı narkotik vasitə olan bir ədəd sarı rəngli sellofan büküm aşkar edilmişdir. narkotik kolundan yığdığını bildirmişdir. Təqdim olunan büküm elektron tərəzidə çəkilərək bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 37-ci PŞ-nin polis sahə inspektoru polis leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, Sabirabad rayonu Mürsəlli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyəsi ilə məşğul olması barədə əməliyyat daxil olmuş məlumatla əlaqədar olaraq 01 avqust 2024-cü il tarixdə saat 15:50-da Xətai RPİ-nin 37-ci PŞ-nin polis sahə inspektoru polis leytenantı Şahid2 ilə birlikdə keçirilən əməliyyat tədbiri zamanı ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib saxlama səbəbini izah edərək ünvan 1 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət edərək gətirmişlər. Polis şöbəsinə dəvət olunmuş 13 saylı vəkil bürosunun vəkilinin, onun və polis sahə inspektoru Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncu sol əlində saxladığı qara rəngli idman çanatasını masanın üzərində qoyaraq təqdim etmişdir. İdman çantası açıldıqda içərisində qablaşdırmaq üçün istifadə olunan bir ədəd şəffaf sellofan, 02 ədəd kilid açarı, 01 ədəd sulu salfet və bir ədəd tünd qəhvəyi rəngli kiçik ölçülü çanta aşkar edilmişdir. Tünd qəhvəyi rəngli çanta açıldıqda içərisində 01 ədəd özünə məxsus olduğunu bildirdiyi "Honor" markalı mobil telefon, özünə məxsus ümumvətəndaş pasportu, şəxsiyyət və sürücülük vəsiqələri, "Bakı kart" kartı, 01 ədəd dırnaqtutan və sarı rəngli sellofan büküm aşkar edilmişdir. Aşkar olunan sarı rəngli sellofan bükümün içərisində nə olması barədə soruşulduqda, Təqsirləndirilən şəxs həmin büküm içərisində "nəşə” kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Həmin narkotik vasitəni bir müddət bundan öncə özü üçün aldığı narkotik vasitənin toxumundan yaşadığı Sabirabad rayonu Mürsəlli kəndində su arxının kənarında əkdiyini və əmələ gələn koldan yığaraq gətirdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildikdə qeyd olunandan başqa heç bir əşya aşkar edilməmişdir. Ardınca isə təqdim olunan büküm elektron tərəzi vasitəsi ilə çəkildi və bükümün 48.20 qram çəkidə olması müəyyən edilərək bir ədəd kağız zərfə qoyularaq möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Xətai RPİ-nin 37-ci PŞ-nin polis sahə inspektoru polis leytenantı Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1ifadəsinə uyğun ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsi Şahid2 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 02 avqust 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaq aparılmışdır; (i.v. 1) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər BPİ-nin Xəta RPİ-nin 35-ci PŞ-nin 01 avqust 2024-cü il tarixli əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri: Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, qrupun üzvü - Xətai RPİ-nin 37-ci PŞ-nin polis sahə inspektoru polis leytenant Şahid2 olmuşdur; (i.v. 5) - 01 avqust 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, xx.xx.1989-cu ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olmuş, Sabirabad rayonu Mürsəli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs inzibati ərazidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və narkotik vasitə əldə edərək üzərində saxlaması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq xx.xx.1989-cu ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olmuş, Sabirabad rayonu Mürsəli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. (i.v. 6-7) - 01 avqust 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şüphəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır.(i.v.28) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-7/1262 nömrəli 02 avqust 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "1.Təqsirləndirilən şəxs" yazılar və imzalar olan kağız paketdə 1(bir) ədəd sarı rəngli sellofan bükülüdə təmiz çəkisi-45,06 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 45.06 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 45.01 qram; (i.v. 44-46) - 03 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir; (i.v.55-56) - 03 avqust 2024-cü il tarixli video diskə baxış keçirilməsi barədə protokoldan və məhkəmə iclasında “DVD” disk üzrə videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, DVD diskdə əks edilmiş görüntülər 01 avqust 2024-cü il tarixdə qeydə alınmışdır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Xətai RPİ-nin 37-ci PŞ- nin təhqiqatçısı, polis mayur X2 əyləşdiyi xidməti otaq olmuşdur. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Müşfiq Cəbrayılovun qarşısında oturmuş şəxs, Bakı şəhəri 13 saylı hüquq bürosunun vəkili X1r. Xidməti otaqda təhqiqatçı Müşfiq Cəbrayılovun qarşısında ayaq üstə dayanmış əynində qara rəngli şalvar olan şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sağ və sol yanında dayanmış şəxslər adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2dur. Video çəkilişin davamında təhqiqatçı Müşfiq Cəbrayılov, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol əlində saxladığı üzərinə "NİKE" sözləri yazılmış qara rəngli idman çantasını masanın üzərinə qoymuş, Həmin çanta açıldıqda içərisində 01 ədəd qablaşdırma üçün istifadə olunan şəffaf sellofan, 02 ədəd kilid açarı, 01 ədəd üzərinə "1º Shaurma restoran cafe" yazılmış nəm salfet və 01 ədəd tünd qəhvəyi rəngli kiçik ölçülü çanta aşkar edilmişdir. Tünd qəhvəyi rəngli çanta açıldıqda içərisindən 01 ədəd özünə məxsus olan "Honor" markalı mobil telefon, ümum vətəndaş pasportu, üzərinə "Naftizin" yazılmış maye olan psltik qab, çantanın kəməri, kiçik ölçülü qeydiyyat dəftəri, 01 ədəd kiçik ölçülü sabun, "Bakı kart" kartı, özünə məxsus sürücülük və şəxsiyyət vəsiləri, 01 ədəd dırnaq tutan və 01 ədəd sarı rəngli sellefon büküm aşkar edilmişdir. Təqdim olunan sarı rəngli sellofan büküm açıldıqda İçərisində "nəşə” kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Öz istifadəsi üçün aldığı narkotik vasitənin toğumdan xələfənin kənarında əkdiyini bildirmişdir. Bakı şəhərinə gəlməmişdən öncə əkdiyi narkotik vasitələrdən yığıb qurudub gətirdiyini bildirmişdir. Bundan sonra Səmidov Vurgununun üzərində şəxsi axtarış aparıldıqda qeyd olunanlardan əlavə hər hansı bir əşya aşkar edilməmişdir. Təqdim olunan bükümün çəkisini müəyyən etmək üçün bölmənin təhqiqatçısı Müşfiq Cəbrayılov elektron tərəzidə çəkərdən büküldüyü sarı rəngli sellofanla birlikdə 48.20 qram olması müəyyən edilir və həmin büküm görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin "Zərflər üçün" 154 nömrəli möhür ilə möhürlənir. Həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanır (i.v.70-71) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-538/2024 saylı, 03 avqust 2024-cü il tarixli qərarından görünür ki, xx.xx.1989-cu ildə ünvan 5ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sabirabad rayonu, Ulucalı ərazi dairəsi, Mürsəlli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Həbsetmənin əvvəli 01 avqust 2024-cü il tarixdən hesablanmışdır.(i.v.81-84) - Azərbaycan Respublikası Sabirabad rayon İcra Hakimiyyəti Başçısının X15 Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 06 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hal hazırda Sabirabad rayon Ulacalı kənd İƏD-nin Ulacalı kəndində atası X3 və anası X10 ilə birgə yaşayır.(i.v.104) - Sabirabad rayon Ulacalı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Səmidov X5 rayon Mürsəlli kəndində yaşadığı müddət ərzində kəndin bütün ictimai işlərində fəal iştirak etmiş, qonumqonşu ilə münasibətdə həmişə nizam intizamlı hərəkət edərək hörmətlərini qazanmışdır. Onun barəsində bu vaxta qədər heç bir şikayət daxil olmamışdır.(i.v.105) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X18 tərəfindən verilmiş 06 avqust 2024-cü il tarixli 9665 №-li məktubdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, ünvan 5i ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır; (i.v. 106) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 5(011)-670/2024 saylı, 08 avqust 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın hərtərəfli, tam, obyektiv və intensiv aparılmasını təmin etmək məqsədilə 01 yanvar 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs 050- 714- 14-17 nömrəli mobil telefona daxil olan, həmin nömrələrdən xaric olan zənglərin nömrəsini, mesajlar və antena dairələrini, həmçinin həmin nömrələrin sahiblərinin adı, soyadı, atasının adı və ünvanı barədə məlumatlarının "xxxx" MMC-dən götürülməsi növündə istintaq hərəkətinin aparılmasına icazə verilmişdir. (i.v.128-129) - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 16 avqust 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 07 il 05 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixli Şirvan Apeliyasiya məhkəməsinin qərarı ilə cəza müddəti 05 il 11 ay 24 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan 01 il 04 ay 14 gün müddətinə şərti olaraq azad edilmişdir.(i.v.131-132) - Lənkəran şəhəri Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2019-cu il tarixli 1(99)-39/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinmiş, ona CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Onun 14 aprel 2018-ci il tarixdən 16 aprel 2018-ci il tarixədək və 08 iyun 2018-ci il tarixdən 10 iyun 2018-ci il tarixədək həbsdə saxlanıldığı 6 (altı) gün təyin edilən cəzaya hesablanmaqla çıxılmış, üzərində qəti olaraq 7 (yeddi) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkmiş, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 27 fevral 2019-cu il tarixdən hesablanmışdır.(i.v.133-142) - Şirvan şəhəri Məhkəməsinin 11 iyul 2019-cu il tarixli 1(106)263/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X13 tərəfindən ayrı ayrılıqda verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 177.2 3, 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2019-cü il tarixli, 1(99)-39/2019 saylı hökmü apelyasiya şikayətlərinə əsasər dəyişdirilmiş, Təqsirləndirilən şəxs CM-nin 177 2.1, 177.2.2, 177.2.3cü maddələri ilə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234 4 3-cü maddəsi ilə 5 (beş) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 237.2.3-cu maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etme cəzası təyin edilmişdir. Onun 14 aprel 2018-ci il tarixdən 16 aprel 2018-ci il tarixədək və 08 iyun 2018-ci i tarixdən 10 iyun 2018-ci il tarixədək həbsdə saxlanıldığı 6 (altı) gün təyin edilən cəzaya hesablanmaqla çıxılmış, üzərində qəti olaraq 5 (beş) il 11(on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.(i.v.143-150) - Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 7(002)-1109/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Səmidov X7 Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 1(99)-39/2019 nömrəli hökmü ilə təyin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 11 iyul 2019-cu il tarixli, 1(106)-263/2019 nömrəli qərarı ilə dəyişdirilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 04 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.(i.v.151-155) - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X18n xx.xx.2024-cü il tarixli 18-1-20/2-874/2024 saylı məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, Sabirabad rayon Mürsəlli kənd sakini Səmidov X5 RMX-nın Poliknika Şöbəsinin “Narkoloji” kabinetində “F12.2” diaqnozu ilə xx.xx.2018-ci il tarixdən dispanser qeydiyyatında olmuşdur. Səmidov X5 RMX-nın Poliknika Şöbəsinin “əsəb-ruhi” kabinetində qeydiyyatda olmamışdır.(i.v.156) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsinin 05 avqust 2024-cü il tarixli 5325 №-li Ambulator X4 rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; (i.v.159-160) - Həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə köçürülməsi haqqında 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, xx xxx 1989-cu ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 5ində qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs ilə bir sıra istintaq hərəkətləri aparılmasından ötrü həbsdə saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından 05 gün müddətinə Xətai RPİ-nin Müvəqqəti saxlama yerinə keçirilmişdir.(i.v.167-168) - Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində üzərində bir ədəd Azərcell MMc-ə məxsus ***-***-**-** mobil nömrə olan “Honor” markalı mobil telefonda sübut əhəmiyyətinə malik heç bir məlumat aşkar edilməmişdir.(i.v.209-215) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 45.06 qram olan narkotik vasitə marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə tərəfindən onun əməlini etiraf etməsini, səmimi peşmançılığını cəzanı yüngülləşdirən və cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 01 avqust 2024-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 01 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X4nın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 45,01 qram çəkidə narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirəyə məruz qalınası əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 01 avqust 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 45,01 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-544/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-544/2024
01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver