Məhkəmə qərarları › İş №1(011)-545/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-545/2024

28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-545/2024 28.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ş, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,452 qram olan psixotrop maddə metamfetamin əldə edib üstündə saxlayaraq daşımış və 13 avqust 2024-cü il tarixdə saat 13:00-də Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında saxlanılıb ünvan 4in 37-ci PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsiaxtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə 0,452 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 avqust 2024-cü il tarixdə Xətai rayonu ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özünü təqdim etməsini xahiş etmişlər, daha sonra onun ad və soyadını öyrəndikdən sonra portalda yoxlamışlar və üzərində axtarış aparmışlar. Bundan sonra polis əməkdaşları onu avtomobilə əyləşdirərək Polis Bölməsinə aparmışlar və orada İsmayıl adlı şəxsin otağına keçirmişlər. Həmin şəxs onun üstünə gələrək üzərində axtarış aparmış və arxa cibindən psixotrop maddəni çıxartmışdır. Əgər üzərində qanunsuz maddə olsa idi onu bölməyə gətirilən zaman çıxardıb atardı. Həmçinin, orada bacısıgilin qonşusu olan əməkdaş ona yaxınlaşaraq onsuzda tutulacağını və bu səbəbdən əməli boynuna almasını bildirmişdir. Polis əməkdaşları onu məhkəməyə Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə gətirə bilərdilər, əvvəl belə hallar çox olmuşdur. Onda vərdiş olduğu üçün narkotik vasitə istifadə edir. Axır vaxtlar isə 60-80 manat pulu gücnən tapıb qanunsuz maddə almışdır. Polis Bölməsində olan zaman ona qarşı fiziki güc tətbiq edilməsə də, psixi təzyiqə məruz qalmışdır. Belə ki, ona demişlər ki, əməli törətdiyini etiraf etməsə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edəcəklər, guya o, külli miqdarda narkotikin satışı ilə məşğuldur. O da məcbur qalıb törətmədiyi əməli etiraf etmişdir və barəsində həbs qətimkan tədbiri seçilən zaman da etiraz etməmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, uzun illərdir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 13 avqust 2024-cü il tarixdə səhər saatlarında metronun “20 yanvar” stansiyasının yaxınlığında şəxsi istifadəsi üçün anket məlumatlarını bilmədiyi şəxsdən “metamfetamin” kimi tanıdığı narkotik vasitəni alaraq əynindəki qarar rəngli şalvarın sağ yan cibinə qoymuşdur. 13 avqust 2024-cü il tarixdə saat 13:00-da yaşadığı Xətai rayonu, Qafqaz küçəsi 45 ünvanın qarşısında iki nəfər şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim etmişlər. Həmin şəxslər onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib ünvan 6 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət edərək gətirmişlər. Polis şöbəsinə hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq içərisində “metamfetamin” kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş qeyd olunardan başqa heç bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi bir şəffaf sellofan büküm içərisində olan maddə ilə birlikdə elektron tərəzidə çəkilərək bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatla əlaqədar 13 avqust 2024-cü il tarixdə, saat 13:00-da polis leytenantı Şahid2 ilə birlikdə keçirilən əməliyyat tədbiri zamanı Xətai rayonu, Qafqaz küçəsi 45 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlayıb Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət edərək gətirmişlər. Polis şöbəsinə vəkilin, onun və sahə inspektoru Şahid2 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncu əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq içərisində “metamfetamin” olmasını və həmin bükümü 13 avqust 2024-cü il tarixdə metronun “20 yanvar” stansiyasının yaxınlığında 20 manata almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm içərisindəki maddə ilə birlikdə eletron tərəzidə çəkilmiş və zərfdə qablaşdırılb üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsə qarşıı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatla əlaqədar 13 avqust 2024-cü il tarixdə, saat 13:00-da Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 ilə birlikdə keçirilən əməliyyat tədbiri zamanı Xətai rayonu, Qafqaz küçəsi 45 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlayıb Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün 13 saylı Vəkil Bürosundan dəvət olunmuş vəkilin, onun və əməliyyat müvəkkili Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncu əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq içərisində “metamfetamin” kimi tanıdığı narkotik vasitə olmasını və həmin bükümü “20 yanvar” stansiyasının yaxınlığında 20 manata almasını bildirmişdir. Bundan sonra təhqiqatçı X1 Pənahovun üzərində şəxsi axtarış keçirdikdə qeyd olunandan başqa heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan büküm içərisində olan maddə ilə birlikdə elektron tərəzidə çəkildikdə 0.52 qram olması müəyyən edilərək bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, bölməyə gətirilərkən və barəsində şəxsi axtarış və götürmə keçirilərkən ona hər hansı pisixi və fiziki təsir edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 13 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 20); şəxsi axtarış və götürmə aparılması haqqında 13 avqust 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən ağ rəngli şəffaf sellofanın içərisində ağ rəngli kristal şəkilli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf sellofanın içərisində nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik maddə olan “metamfetamin” olmasını bildirmişdir. Həmin ağ şəffaf sellofan açıldıqda, içərisində ağ rəngli kristal halında olan spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Həmin bükümdə olan maddə tərəfindən elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi 0.52 qramdır. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt yə haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, 13 avqust 2024-ci il tarixdə “20 yanvar” metrostansiyasının qarşısında heç bir anket məlumatlarını və əlaqə nömrəsini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 31-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2024-cü il tarixli, 3-16/16/2-6/4129 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “1.(imza) Təqsirləndirilən şəxs...” yazıları olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0.452 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 43-46); şübhəli şəxsin dindirilməsi haqqında 14 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, uzun illərdir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini, 13 avqust 2024-cü il tarixdə səhər saatlarında metronun “20 yanvar” stansiyasının yaxınlığında şəxsi istifadəsi üçün anket məlumatlarını bilmədiyi şəxsdən “metamfetamin” kimi tanıdığı narkotik vasitəni alaraq əynindəki qarar rəngli şalvarın sağ yan cibinə qoyduğunu, polis əməkdaşları onu saxlayan zaman və Polis Şöbəsinə dəvət edilərkən onlara tabe olduğunu, ona qarşı hər hansı bir fiziki güc tətbiq edilmədiyini etiraf etmiş və “ifadəmi oxudum, düzdür, imzamla təsdiq edirəm” qeyd edərək həmin protokolu imzalamışdır (i.v. 52-55); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərədə tutulan ittiham elan olunmuşdur (i.v. 56-57); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 15 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, uzun illərdir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini, 13 avqust 2024-cü il tarixdə səhər saatlarında metronun “20 yanvar” stansiyasının yaxınlığında şəxsi istifadəsi üçün anket məlumatlarını bilmədiyi şəxsdən “metamfetamin” kimi tanıdığı narkotik vasitəni alaraq əynindəki qarar rəngli şalvarın sağ yan cibinə qoyduğunu, polis əməkdaşları onu saxlayan zaman və Polis Şöbəsinə dəvət edilərkən onlara tabe olduğunu, ona qarşı hər hansı bir fiziki güc tətbiq edilmədiyini etiraf etmiş və “ifadəmi oxudum, düzdür, imzamla təsdiq edirəm” qeyd edərək həmin protokolu imzalamışdır (i.v. 68-70); diskə baxış keçirilməsi haqqında 15 avqust 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 13 avqust 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 71-72); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-556/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (i.v. 82-86); Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 95); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək CMnin 62-ci maddəsi tətbiq edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzası başa çatmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CMin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 10 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir (i.v. 105-107); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2024-cü il tarixli, 5621 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 127-128); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə fizikikimyəvi ekspertizasının 13 avqust 2024-cü il tarixli, 3-16/16/2-6/4129 saylı, məhkəmənarkoloji ekspertizasının 16 avqust 2024-cü il tarixli, 5621 saylı rəyləri sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.452 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.402 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, 01 ədəd DVD-R disk maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır (i.v. 137-141). Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən ağ rəngli şəffaf sellofanın içərisində ağ rəngli kristal şəkilli maddəni çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf sellofanın içərisində nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik maddə olan “metamfetamin” olmasını bildirir. Həmin ağ şəffaf sellofan açıldıqda, içərisində ağ rəngli kristal halında olan kütlə aşkar edilir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkilir və məlum olur ki, həmin kütlənin çəkisi 0.52 qramdır. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt yə haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs həmin maddəni 13 avqust 2024-ci il tarixdə “20 yanvar” metrostansiyasının qarşısında heç bir anket məlumatlarını və əlaqə nömrəsini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən də məlum olur ki, şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 13 avqust 2024-cü il tarixdə, saat 13:00-da Xətai RPİ-nin 37-ci PŞ-nin polis sahə inspektoru polis leytenantı Şahid2 ilə birlikdə keçirilən əməliyyat tədbiri zamanı Xətai rayonu, Qafqaz küçəsi 45 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim etməklə saxlama səbəbini izah edib ünvan 6 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət edərək gətirmişlər. Polis şöbəsində vəkilin, onun və sahə inspektoru Şahid2 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncu əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq içərisində “metamfetamin” kimi tanıdığı narkotik vasitə olmasını və həmin bükümü 13 avqust 2024-cü il tarixdə metronun “20 yanvar” stansiyasının yaxınlığında 20 manata almasını bildirmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 13 avqust 2024-cü il tarixdə, saat 13:00-da Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 ilə birlikdə keçirilən əməliyyat tədbiri zamanı Xətai rayonu, Qafqaz küçəsi 45 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim etməklə saxlama səbəbini izah edib ünvan 6 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət edərək gətirmişlər. Polis şöbəsinə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün 13 saylı Vəkil Bürosundan dəvət olunmuş vəkilin, onun və əməliyyat müvəkkili Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncu əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq içərisində “metamfetamin” kimi tanıdığı narkotik vasitə olmasını və həmin bükümü “20 yanvar” stansiyasının yaxınlığında 20 manata almasını bildirmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddə» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0.452 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CMnin 59.2) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Belə ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən ödənildiyindən CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə ağır cinayət əməli törətdiyinə görə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmçinin, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 10 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Lakin göründüyü kimi, Təqsirləndirilən şəxs yuxarıda göstərilən hökmlər üzrə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluqları götürülmədən və ödənilmədən 13 avqust 2024-cü il tarixdə yenidən cinayət əməli törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmləri ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin təhlükəli residivini yaradır. Məhkəmə, cinayətin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının üçdə ikisindən az olmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin təhlükəli residivi nəzərə alınmalı (CM-65.2.), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), cəzasının əvvəli 13 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM- 93.1.2), iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.452 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.402 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 80 (səksən) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 13 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.452 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.402 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar