Məhkəmə qərarları › İş №1(011)-545/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-545/2025

06.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-545/2025 06.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Möhsümzadə Tural Kamran oğlu katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Xocavənd rayonu, Kuropatkina kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi 166 saylı bağçada yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 sentyabr 2025-ci il tarixdə saat 04:30 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 2234-cü məhəllə ünvanında olan "Socar" yanacaq doldurma məntəqəsinin yaxınlığında orda işləyən və olan vətəndaşların narahatlıq hissi keçirmələrinə səbəb olmuş hərəkətlər etməklə insanlar arasında davranış qaydalarını və ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib bununla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək onların gözü qarşısında Zərərçəkmiş şəxs ilə arasında baş vermiş mübahisə zamanı heç bir əsaslı səbəb olmadan sonuncuya zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək ünvanına nalayiq söyüşlər söyməklə ictimai yerdə üzərinə zor tərtib edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib əli ilə zor tətbiq edib burun nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, qançırı, tənəffüs pozulması, sağ qaş nahiyəsinin əzilmiş yarası, sağ gözaltı nahiyənin sıyrığı, üst dodağın şişkinliyi halında qansızmaları ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirərək qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə məhəllə yoldaşı olmaqla NZS qəsəbəsində birlikdə böyümüşlər. Zərərçəkmiş şəxs ilə arasında yaxın dostluq münasibəti vardır. NZS-dən 7 il müddət olar ki, Şahid1 və onun vasitəsi ilə Turqay Məhərrəmovla tanış olmuş və Zərərçəkmiş şəxs onun taksi parkından «Changan A 05» markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobili götürüb taksi sürücylü ilə məşğul olmuşdur. Lakin o özü sərbət olaraq həmin avtomobili götürüb taksi sürücülüyü etmiş və onun hər hansı vasitəçiliyi olmamışdır. X5 uşaqlıq dostumdur, oda həmçinin Zərərçəkmiş şəxs uşaqlıqdan NZS qəsəbəsində qonşu olaraq tanımış, onun hər ikisi ilə ailəvi get gəli olmuşdur. O Socar şirkətində fəhlə işləyir və növbəli olaraq işə gedir. 15 sentyabr 2025- ci il tarixdə o Nemət və Zərərçəkmiş şəxs 194 No-li məktəbin qraşısında olan playstation salonda futbol oynu oynamış və Nemtədə toydan gəlmiş, Amil ona Turqay Məhərrəmov adlı taksi parkın müdirinə cərimə olaraq 200 tanat borcu olmasını və ona köməklik etməsini demişdir. O isə Turqayın onun dostu olmasını, 200 manat cərimə ilə bağlı səhər Turqay ilǝ danışacağımı bildirmişdir. 16 sentyabr 2025-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxsla Truqayın ofisə getmişlər, Turqay 200 manatı gündəlik olaraq hissə-hissə verilməsinə razlıq vermişdir. Zərərçəkmiş şəxs ona minətdarlıq etmiş, axşam görüşəcəyini bildirmişdir. O saat 22 radələrində NZS qəsəbəsində «Kosmos» marketin yanında dayanışmış, piyada hərəkət edən Turqay Məhərrəmov onu görmüş, kafeyə keçib çörək yeməyi təklif etmişdir. Kafedə çörək yemişlər, bir neçə dəqiqə sonra Şahid1 həmin ünvana gəlmiş oda onlarla çörək yemişdir. Amildən başqa hər kəs araq içmişdir. Bir neçə dəqiqə sonra dostları Şahid2 kafeyə gəlmiş, oda çörək yeyib spirtli içki qəbul etmişdir. Bu zaman ona Zərərçəkmiş şəxsla onun Əhmədli metrosu üzərində yaşayan Elsevər adlı dostunu birlikdə kafeyə götürüb gəlməyi demişdir. Onlar birlikdə onun dostunu kafeyə gətirmiş və Amil tasinin gündəlik xərclərini çıxarmaq üçün sifarişlərə getmişdir. xx.xx.2025-ci il tarixdə saat 00 radələri olmuş Zərərçəkmiş şəxs zəng etmişdir ki, gəlib bizləri Q.Qarayev metrosu üzərində olan kafeyə çay içmək üçün aparsın, kafenin qarşısına çıxmış, Amil idarə etdiyi taksi avtomobili ilə o, Şülan, Elsevǝr Neməti Q.Qarayevə çay içmək üçün aparmış, Turqay isə evinə getmişdir. Qara Qarayev olan kafedə çay içmişlər, yalnız o pivə içmişdir. Zərərçəkmiş şəxs yenə masadan durub getmiş, onlar çay içmişlər təxminən saat 01:50 raǝdləri olarıd ki, Zərərçəkmiş şəxs yenə zəng etmişdir ki, gəlib onları Q.Qarayevdə olan kafedən götürsün və onun dostunu aparıb Əhmədli metrosuna düşürsün. Zərərçəkmiş şəxs yenə həmin ünvana gəlmiş eyni tərkibdə atomobilinə əyləşmişlər və Əhmədli metrosunda dostu Elsevər avtomobildən düşmüş, avtomobildə o Nemət və Şülan qalmışdır. Bu zaman o Zərərçəkmiş şəxs dostu ilə görüşmək üçün Ramana qəsəbəsinə getməyi bildirmiş, oda avtomobili həmin ünvana sürmüşdür. Ramana qəsəbəsinə çatanda o dostuna zəng etsədə o telefona cavab verməmiş bu qədər yol gəlmələrinə baxmayaraq dostunun telefona cavab verməməsinə görə Zərərçəkmiş şəxs ona irad bildirmiş, yol boyunca onunla mübahisə etmişdir ki, o Ramanıda olan dostu ona hörmətsizlik etdi. Sonra yenə həmin tərkibdə NZS qəsəbəsinə 8 noyabr prospekti ilə hərəkət edib Xəzər TV-nin yanına dönən zaman o Zərərçəkmiş şəxs bildirmişdir ki, avtomobili aereporta sürsün. Zərərçəkmiş şəxs isə niyə ora getməyi xəbər almış bunun artıq bəs etməsini bildirmiş, ona söyüş söymüşdür. Həmin vaxtı salonda öndə sərnişin tərəfdə Nemət, sürücü arxasında o digər tərəfdə isə Şulam oturmuşdur. Salonda o arxadan Zərərçəkmiş şəxs yumruq atmış və o avtomobili yol kənarına Socar YDM-nin qarşısında saxlamış və avtomobildən düşmüş və bu zaman oda qapını açıb avtomobildən düşmüşdür. Nemət və Şulanda avtomobildən düşmüş, həmin vaxtı onlar əlbəyaxa olmuş, onun sifətinə əli ilə vurmüş və Şulanla Nemət onları ayırmışdıra. Sonra Nemət və Şulanməni onu avtomobilə əyləşdirmişlər. Zərərçəkmiş şəxs isə avtomobilə əyləşməmiş, Nemət ona avtomobilə əyləşməsini bildirmiş, o isə onun ünvanına söyüşlər söyüb təkrar vuracağını bildirib avtomobilə oturmayacığını və sürməyəcyini bildirən zaman Nemət ona mənə narahat olmamasını onun tərəfimdən söyülməyəcəyi və vurulmayacağına cavadeh olmasını bildirdi ki, bəs yetərki gəlib avtomobili sürüb onları evə aparsın. Nemət təkrar olaraq Zərərçəkmiş şəxs gəlib avtomobili sürməsini onları mənzil başına çatdırmasını və sərxoş halda onları yarı yolda qoymamağı bildirmişdir. O isə yolu əks istiqamətdə keçib gedən zaman Nemət ondan açarı istəmişdir ki, avtomoil heç olmazsa prospekt yolunda yolun kənarında qalmasın və Zərərçəkmiş şəxs avtomobili sürməyəcəyini demiş, avtomobildən adaptoru və digər əşyalarını götürüb yol ǝks istiqamətdə keçməklə gözdən itmiş, onlar bir neçə dəqiqə ərzində onun qayıdacağını zənn edib onu gözləmişlər. O isə gəlməmiş və artıq Nemət məcbur olub avtomobilin sükanı arxasına keçib avtomobili Naxçıvanski dairəsi istiqamətində sürüb geriyə dönməklə NZS qəsəbəsinə gəlmiş, avtomobili onun yaşadığı evin qarşısında saxlamış və açarını Turqay tərəfindən götürüləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs özünün xəsarət yetirməsini, YDM-nin qarşısında hadisə 10-15 dəqiqə müddətində baş vermişdir. Həmçinin Məmmədli X1 və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın tətbiq edilməsini və bu əsasla iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verǝrǝk göstərmişdir ki, «Changan A 05» markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə gündəlik 55 manat icarə haqqı ödəməklə Turqay adlı sahibkardan icarə götürməklə taksi fəaliyyəti ilə məşğul olur. Həmin avtomobili 3- 4 ay müddət olar ki, taksi olaraq istifadə edir. Təqsirləndirilən şəxs onun məhəllə yoldaşı olmaqla NZS qəsəbəsində həm yaşıd olaraq birlikdə böyümüş, Zöhrab ilə onun arasında yaxın dostluq və ailəvi münasibətləri olmuşdur. X8 Təqsirləndirilən şəxs vasitəsi ilə 10 ildən artıq müddət olar ki, NZS uşağı olaraq tanımış, onlar birlikdə futbol oynayıb çay masasında oturmuş, onunla yaxın münasibəti olmuşdur. Lakin onun Təqsirləndirilən şəxs ilə ailəvi münasibətləri olmuşdur və bildiyinə görə o Socar şirkətində dəqiq olaraq bilmədiyi işdə işləyir. Şahid1 isə hadisə günündən bir gün əvvəl Zöhrab vasitəsi ilə tanımış və onun taksi parkının dostu olmasını bilmişdir. 16 sentyabr 2025-ci il tarixdə saat təxminən 23 radələrində o NZS-də taks xidmətində olan zaman Zöhrab Məmmədov 055 *** ** ** nömrəsinin vhatsapp ani mesaj xidmətindən sms yazıb NZS qəsəbəsində olan Kosmos kafesində olmasını onu həmin kafeyə qonaq olaraq dəvət edib yanında Turqay və digər şəxslərində olmasını bildirmişdir. O isə elə həmin gün Turqaya gündəlik ödənişi etməli olduğuna görə onların olduğu kafeyə getmiş, o gedəndə Zöhrab, onun 2-ci dəfə görmüş olduğu tanşı Nemat, Turay və başqa tanımadığı 2 nəfər şəxsin masa arxasında əyləşib çörək yeyib spirtli içki qəbul etmələrini görmüşdür. Onlarla bir masa ətrafında əyləşmiş, sonra o Turqay ilə bir qədər söhbət edib gündəlik ödənişin yerdə qalan qismi onun yanında dispeceri olan şəxsə göndərmişdir. Onlar çörək yeyib spirtli içki qəbul etdikləri zaman təxminən 10-15 dəqiqə müddətində masa ətrafında onlarla oturmuş, masadan durmağa hazırlaşan zaman Şahid2 kafeyə gəlmiş, onlarla əyləşmiş, yemək yemiş spirtli içki qəbul etməmişdir. Sonra Zöhrab ona birlikdə Əhmədli metrosunun üzərinə gedib tanımadığı dostunu götürüb gəlməyi bildirmiş, O etiraz etməmiş, dost olaraq pulsuz ona xidmətə razılıq vermiş, hər ikisi onun idarə etdiyi avtomobillə Əhmədli metrosu üzərindən onun dostu olan tanımadığı adını belə bilmədiyi şəxsi götürüb Kosmos kafesinə gəlmişlər və onlar yol üstü kafenin qarşısında düşmüşlər. O, xx.xx.2025-ci il tarixdə saat 00:06-da sifariş götürmüş, təxminən 1 saat müddətində taksi olaraq işləmiş saat 02 radələri olmuşdur. Yenidən Zöhrab ona zəng etmiş, onları Q.Qarayev metrosu üzərinə düşürməmi bildirmiş, o təkrar Kosmos kafesinə gəlmiş və kafedən Zöhrab, Şülan, Neməti və Zöhrabın Əhmədlidə olan dostlarını götürüb Q.Qarayevǝ gəlmişdir. Digər şəxslər Turqay evləri NZS-də olmasına görə özləri getmişdir. Qara Qaryaev onlarla masa arxasına keçmiş, o və digərləri çay, Zöhrab isə pivə içmişdir. Sonra o yenə taksi sifarişi qəbul etməsinə görə 01:59-da yenə sifariş götürdüm. Zöhrab yenə zəng eləmiş, ona Q.Qarayevə gəlməsini, dostunu aparaq Əhmədli metrosuna düşürməsini bildirmişdir. Həmin ünvana getmiş, onlar eyni tərkibdə atomobilə əyləşmişlər və Əhmədli metrosunda Zöhrabin dostu düşmüş, yenə Zöhrab, Şülan o və Neməti Zöhrabın sözü ilə onun Ramana qəsəbəsində olan dostu ilə görüşmək üçün həmin ünvana getməyi bildirmiş və oda avtomobili həmin ünvana sürmüşdür. Ramana qəsəbəsinə çatanda Zöhrab Məmmədov həmin dostunun telefona cavab vermədiyini görüb yatmasını demiş, o ona bu qədər yol gəlməsinə baxmayaraq dostunun cavab verməməsinə görə ona irad bildirmiş, yol boyu onunla çox mübahisə etmiş, artıq o Zöhrab Məmmədov ilə aqresiv olmuş, ona irad bildirmiş, o isə bir dost olaraq onun dediyi hər ünvana avtomobil sürdüyünu lakin Ramanda olan dostunun ona hörmətsizlik etməsini, bundan başqa yolda və məhəllə arasında avtomobilin maqnitafona yuksək səs verməsinə gördə mübahisə etmişlər ki, bu yaxşı hal deyildir. Sonra yenə həmin tərkibdə NZS qəsəbəsinə 8 noyabr prospekti ilə hərəkət edib Xəzər TV-nin yanına dönən zaman Zöhrab ona bildirmişdir ki, avtomobili aereporta sürsün. O isə niyə ora getməli olduqlarını xəbər almış o isə ona irad bildirmişdir. Artıq orda olan hər kəs onun bezib aqresiya göstərdiyini anlamış, artıq bas etməsini bildirmiş, o ona söyüş söymüşdür. Həmin vaxtı salonda öndə sərnişin tərəfdə Nemət, arxada onun arxasında Zöhrab digər tərəfdə isə Şulan oturmuşdur. O işıqfordan acreport istiqamətində dönən zaman arxaya çönmüşdür ki, Zöhrab söyüş söyür və ona söyüş söyməməsini bildirmişdir ki, oda avtomobildə onun burun nahiyəsindən vurmuş, o avtomobili yol kənarında Socar YDM-nin qarşısında saxlamış və avtomobildən düşmüş və bu zaman Zöhrabda qapını açıb düşmüşdür. Zöhraba niyə onu vurmasını bildirən zaman o yenə təkrar olaraq əli ilə onun sifət, dodaq və digər nahiylərinəə yumruqla vurmuş, o onun hərəkətlərindən şoka düşmüşdür ki, uşaqlar araya keçib onları ayırmışdır. Sonra onlar Zöhrabı ayrıb avtomobilə əyləşdirmişlər, ona avtomobili idarə edib ağır sərxoş olan Zöhrab evə aparmalarını bildirmiş, o isə avtomobilə minməmiş və orda dayanmışdır. Onlar nə qədər təkid etsələrdə o avtomobilə oturmamışdır. Hətta Nemət bildirmişdir ki, bəs avtomobil onun dostu olan Turqaya aiddir və avtomobili belə bir vəziyyətdə yolda qoyub gedə bilməzlər və avtomobili belə bağlayıb piyada getməyi təklif etmişdir ki, Zöhrab o qədər sǝrǝxoş olmuşdur ki o avtomobildən düşməyəcəyini bildirmiş və avtomobilin salonunda arxada oturmuşdur. Şahid1 bir daha avtomobilin dostu Turqay Məhərrəmova aid olmasını və onunla uşaqlıq dostu olmasına görə avtomobili orda qoyub getməyin mümkün olmadığını, hətta Tuqayın həmin avtomobili ondan icarǝyǝ götürməmişdən əvvəl həmin avtomobili və taksi parkında olan digər avtomobilləri ona idarəetmək üçün verməsini bildirmişdir. O isə Nemətə artıq avtomilə oturmayacağını bildirdikdən sonra Zöhrab avtomobildə sərxoş olub düşməyəcəyini deyəndən sonra ona avtomobildən adaptorunu götürmüş və avtomobilin açarını könüllü olaraq Nemətə vermiş və bildirmişdir ki, ona etibar edir, avtomobili özü idarə edib səhər Turqaya verər. Onun həmin vaxtı Zöhrab Məmmədov ilə birlikdə avtomobilə oturması mümkünsüz olmuş, o onun uşaqlıq dostu ola-ola boş bir dostuna görə onunla mübahisə edib ona xəsarət yetirməsi ona pis təsir etmişdir. Nemət və Şulam tərəfindən ona qarşı hər hansı fiziki və psixi zor olmamış, avtomobildən uzaqlaşmış və orda olan dayacaqda oturub sonra polisə məlumat vermişdir. Nemət ona avomobili özünün sürməsi lə bağlı təkid etmiş, hətta avtomobildə Zöhrabın onu söymə və vurmamasına cavabdeh olmuşdur. Oda açarı onun avtomobil sahibi olan Turqay ila dostu olmasına görə ona verdim və avtomobili o sürmüş, digərləri ilə həmin ünvandan getmişlər. Hadisə YDM-nin yaxınlığında 5 dəqiqədən az bir müddətdə baş vemişdir. Avtomobil ondan güzlə və ya hər hansı zorakılıq ilə alınmamış, bu və ya başqa yolla avtomobilini ələ keçrib qaçırmamışlar, o özü Zöhrabın onunla mübahisə edib arasında olan şəxsi münasibətə görə mənimlə mübahisə etdiyindən avtomobilin açarını könüll olaraq Şahid1 vermiş. Həmin hadisə saat xx.xx.2025-ci il tarixdə saat 04:30 radələrində baş vermiş, həmin gün 04:42-də ona sms radardan fotogörüntü gəlmişdir ki, bəs avtomobil Naxçıvanski dairəsinə çatmamış radara düşmüşdür. Ona xəsarət yetirən Zöhrab olmuşdur, digər şəxslər ona hər hansı xəsarət yetirməmiş, o polisə müraciət etmiş və MTE-dan keçmişdir. Onun Zöhrab istisna olmaqla digər şəxslərə qarşı hər hansı bir şikayəti və tələbi olmamışdır. Həmçinin onun Təqsirləndirilən şəxs ilə barışmasını, onu bağışlamasını, mənə olan maddi və mənəvi ziyan tam olaraq ödəməsini, iddia, şikayət və tələbinin olmamasını və gələcəkdə də olmayacağını nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verməyinizi xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verǝrǝk göstərmişdir ki, X2 məhəllə yoldaşıdır, hazırda «TT taksi parkında disper olaraq işləyir. Təqsirləndirilən şəxs onun məhəllə yoldaşı olmaqla NZS qəsəbəsində qonşuluqdan tanıyır, o ondan yaşda kiçik olmuşdur, bir müddət maşın bazarında çexol çəkilişi ilə məşğul olmuş və daha sonrakı dövürlərdə onun işsiz olmasını bilmişdir. Zöhrab Məmmədov ila arasında yaxın dostluq münasibəti vardır və o faktik olaraq har hansı işlə məşğul olmur. X9 onun məhəllə yoldaşı olmaqla onu NZS qəsəbəsində qonşuluqdan tanıyır, o ondan yaşda kiçik olmuş, o Socar Petroleum da operator işləyir. Şülan Əhmədov ilə arasında yaxın dostluq münasibəti olmuş, faktik olaraq hər hansı işlə məşğul olmur. 16 sentyabr 2025-ci il tarixdə saat təxminən 22 radələrində o işləri ilə əlaqədar şəhərdən qayıdan zaman yol üstü Turqay Məhərrəmov ilə əlaqə saxlamış və o ona bildirmişdir ki, bas NZS qəsəbəsində olan Kosmos kafesinin qarşısına gəlsin. Onlar homin ünvanda kafenin qarşısında görüşmüş və həmin vaxtı o Turqay Məhərrəmova birlikdə kafedə oturub çay içməyi təklif etmişdir. Onlar kafeyə keçib birlikdə çay içib çörək yemiş hamin vaxtı Turgayın yanında daha 1 nəfər onun dispeçer yoldaşı olmuşdur. Bir neça daqiqa sonra Zöhrab Məmmədovda gəlmiş, onlarla bir masada əyləşib spirtli içki qəbul etmişdir. Masa ətrafında X10 Maharramova xitabon bildirmişdir ki, bos Turqay sağ olsun ki, bəs onun yaxın dostu olan sonradan NZS uşağı olaraq bilmiş olduğu həmin vaxta kimi bir dəfə rastlaşdığı aralarında hər hansı adavat düşməçilik olmayan Zərərçəkmiş şəxs görə Turqayın işlədiyi taksi parkından gündəlik 55 manat icara haqqı ödəməklə götürmüş olduğu «Changan A 05 markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Turgaydan homin avtomobilə görə həmin vaxta cərimlər ilə bağlı ödəməli olduğu 200 manat pulun hissə-hissə Zərərçəkmiş şəxs tərəfindən ödənməsi ilə bağlı xahiş etmiş və onun sözünü yerə salmadan dostu yanında hörmətli etmişdir. O orda Zöhrabin artıq həmin məsələ ilə bagh Turqayın taksi parkı olan 8-ci km qəsəbəsindəki ofisində olmasını artıq həmin məsələ ilə bağlı razılıq etmələrini bilmiş, Turqayın axşam saatlarında Kosmos kafesinə gəlməsindən xəbərdar olmasına görə ora gəlməsini bilmişdir. Bir müddət həmin avtomobili icarə yolu ilə idarə edən Zərərçəkmiş şəxs kafeyo galmis, o Turgay va masa ətrafında olan digər dispecerla görüşüb masa ətrafında əyləşmiş və spirtli içki qəbul etmişdir. Turqay ilə bir qədər söhbot lakin o söhbətin mahiyyətini bilmamişdir. Zərərçəkmiş şəxs taxminan 10-15 dəqiqə masa ətrafında onlarla oturmuşdur ki, Şahid2 kaleya galmiş, onlar aylaşdi və o yemək yemiş, spirtli içki qəbul etmişdir. Zöhrab Zərərçəkmiş şəxsla birlikdə kimisə götürmək üçün masda durmuşlar, o anlamışdır ki, kimdirsə Zöhrab Məmmədovun dostudur. Bir neçə dəqiqədən sonra Zöhrab tanımadğı dostu ilə kafeyə daxil olmuş, həmin vaxti Zərərçəkmiş şəxs onlarla birlikdə kafeya gəlməmiş, o Zöhrab Məmmədovun dostunun adını bilməmiş, və onunla heç bir ünsiyyətim olmamışdır. Artıq xx.xx.2025-ci il tarixdə saat 00 radələri olmuşdur. X12 Osmanova zəng etmişdir ki, bəs gəlib onları Q.Qarayev metrosu üzərində olan kafeyə çay içmək üçün aparsın. Kafenin qarşısına çıxmışlar, Amil idarə etdiyi taksi avtomobili ilə Zöhrab, Şülan, Zöhrabin Əhmədlidə olan dostunu və onu idarə etdiyi avtomobillə Q.Qarayevə gəlmişdir. Turqay öz evinə getmişdir. Qara Qarayev olan kafedə çay içmişlər yalnız Zöhrab pivə içmişdir. Zərərçəkmiş şəxs yenə masdan durub getmiş, onlar çay içmiş, təxminən saat 01:50 radələri olarıd ki, Zöhrab yeno Zərərçəkmiş şəxs zəng etmişdir ki, gəlib onları Q.Qarayevdə olan kafedən götürsün və onun dostunu aparıb Əhmədli metrosuna düşürsün. Zərərçəkmiş şəxs yenə həmin ünvana gəlmiş, eyni tərkibdə atomobilə əyləşmişlər, Əhmədli metrosunda Zöhrabın dostu düşmüş, avtomobildə o Zöhrab, Şülan qalmışdır. Bu zaman Zöhrab Zərərçəkmiş şəxs dostu ilə görüşmək üçün Ramana qəsəbəsinə getməyi bildirmiş, oda avtomobili həmin ünvana sürmüşdür. Ramana qəsəbəsinə çatanda Zöhrab Məmmədovun dostu olaraq demiş olduğu şəxs telefona cavab verməmiş, bu qədər yol gəlmələrinə baxmayaraq dostunun telefona cavab verməməsinə görə Zərərçəkmiş şəxs irad bildirmiş, yol boyunca onlar mübahisə etmişlər ki, o Ramanda olan dostunun Zöhraba hörmətsizlik etməsini bildirmişdir. Sonra yenə həmin tərkibdə NZS qəsəbəsinə 8 noyabr prospekti ilə hərəkət edib Xəzər TV-nin yanına dönən zaman Zöhrab Zərərçəkmiş şəxs bildirmişdir ki, avtomobili aereporta sürsün. Zərərçəkmiş şəxs isə niyə ora getməyi xəbər almış bunun artıq bas etməsini bildirmiş, Zöhrab ona söyüş söymüşdür. Həmin vaxtı salonda öndə sərnişin tərəfdə o, sürücü arxasında Zöhrab digər tərəfdə isə Şulam oturmuşdur. Salonda Zöhrab arxadan Zərərçəkmiş şəxs yumruq atmış o avtomobili yol kənarında Socar YDM-nin qarşısında saxlamış, avtomobildən düşmüş və bu zaman Zöhrabda qapını açıb avtomobildən düşmüşdür. O və Şulanda avtomobildən düşmüş, həmin vaxtı onlar əlbəyaxa olmuş, Zöhrab onun sifət nahiyəsindən vurmuşdur ki onları ayırmışlar. Sonra onlar Zöhrabı avtomobilə otuzdurmuş, lakin Zərərçəkmiş şəxs avtomobilə əyləşməmişdir. Ona avtomobilə əyləşməsini bildirmiş o isə Zöhrabın onun ünvanına söyüşlər söyüb təkrar vuracağını bildirdikdə, Zöhraba görə narahat olmamasını onu söyməyəcəyini və vurmayacağını onun cavabdeh olduğunu yetərki gəlib avtomobilini sürüb onları evə aparamasın bildirmiş, Zöhrab isə söyüş söyüb avtomobili sürməyini demişdir. Təkrar olaraq Zərərçəkmiş şəxs gəlib avtomobili sürməsini onları mənzil başına çatdırmasını, sərxoş halda onları yarı yolda qoymamasını bildirmişdir. O isə yolu əks istiqamətdə keçib gedən zaman o ondan açarı istəmiş o avtomobilin açarını gǝtib ona vermiş və avtomoibili sürməyəcəyini demiş və avtomobildən adaptoru və digər əşyalarını götürüb yol əks istiqamətdə keçməklə gözdən itmişdir. Onlar bir neçə dəqiqə ərzində onun qayıdacağını zənn edib onu gözləmişdir. O isə gəlməmiş və artıq məcbur olub avtomobilin sükanı arxasına keçib avtomobili Naxçıvanski dairəsi istiqamətində sürüb geriyə dönməklə NZS qəsəbəsinə gəlmişdir və avtomobili Zöhrab Məmmədovun evinin qarşısında saxlamış və açarını Turqay tərəfindən götürüləcəyini bildirmişdir. Səhəri günü Turqaya olanlar barədə məlumat verdim. Onun nəqliyyat vasitəsini idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. «<Changan A 05» markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobil dostu Turqaya aid olmasına görə onun yolda qalmaması və sərxoş vəziyyətdə olan Zöhrabı küçədə piyada aparmaq çətin olmasına görə idarə etmişdir. Zərərçəkmiş şəxs o və Şulam hər hansı xəsarət yetirməmiş, mübahǝsə zamanı vurub xəsarət yetirən Zöhrab olmuş, onun ünvanına nalayiq söyüşlər söymüşlər ona görə o avtomobili idarə etməkdən imtina etməsinə görə o məcbur qalıb avtomobili idarə etmişdim ki, dostumu avtomobili yolda qalmasın. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs mənim məhəllə yoldaşıdır, NZS qəsəbəsində həm yaşıdı olaraq birlikdə böyümüşlər. Zərərçəkmiş şəxs ilə arasında yaxın dostluq münasibəti vardır. NZS uşağı olaraq 3 il müddət olar ki Şahid1 Zöhrab Məmmədov vasitəsi ilə tanımış, oda taksi parkı olan Turqay Məhərrəmovun dostudur. Zərərçəkmiş şəxs «Changan A 05» markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobili həmin taksi parkından götürüb taksi sürücülüyü ilə məşğul olur. Amma o həmin avtomobili onların vasitəçiliyi olmadan götürüb sürmüş, onun Turqay Məhərrəmov ilə hər hansı münasibəti olmamışdır. Şahid1 oglu NZS sakini olmuşdur. Onlar NZS sakinləri olaraq bir-birmiz ilə hər hansı düşmənçilik və ədavətimiz olmamışdır. 16 sentyabr 2025-ci il tarixdə Zöhrab Məmmədova zəng etmiş, bir qədər nasaz olmasına görə işdən tez çıxdığını bildirmişdir. O ona NZS qəsəbəsində Kosmos marketin yanında olan kafedə olmasını və onunla birlikdə Turqay Mǝhrrəmov, onun iş yoldaşı, Nemət və Zərərçəkmiş şəxs olmasını bildirmiş, oda həmin kafeyə getmiş, həmin şəxsləri orda görmüş, hal əhval tutub masa arxasına keçmiş, orda onlarla spirtli içki qəbul etmişdir. X13 Turqay Məhərrəmovun taksi parkından götürmüş olduğu avtomobillə 200 manatla cəriməsinin yığılmasını həmin pulun gündəlik icarə haqqı üzərində 10 manatdan verilməsi ilə bağlı X3 xahiş etməsini, onun bununla razılaşmasını bilmişdir. Zərərçəkmiş şəxs təxminən bir neçə dəqiqə sonra masadan durmuş, o hər hansı spirtli içki qəbul etməmişdir. Bu zaman Zöhrab Zərərçəkmiş şəxsla birlikdə kimisə götürmək üçün masada durmuş onlar Zöhrab Məmmədovun dostunu gətirmək üçün gedib bir neçə dəqiqədən sonra tanımadığı şəxs ilə qayıtmışlar. Artıq xx.xx.2025-ci il tarixdə saat 00 radələri olmuşdur, bizlər onlar masa ətrafında yenə çörək yemiş, X12 Osmanova zəng etmişdir ki, bəs gəlib onları Q.Qarayev metrosu üzərində olan kafeyə çay içmək üçün aparsın. Kafenin qarşısına çıxmışlar, Amil idarə etdiyi taksi avtomobili ilə Zöhrab, Nemat, Zöhrabın dostu Elsevəri və onu götürüb Q.Qarayevə gəlmişlər. Turqay isə öz evinə getmişdir. Qara Qarayev olan kafedə çay içmişlər yalnız Zöhrab pivə içmişdir. Zərərçəkmiş şəxs yenǝ masdan durub sifarişləri ilə bağlı getmişdir. Təxminən saat 01:50 radələri olardı ki, Zöhrab yenə Zərərçəkmiş şəxs zəng etmiş, gəlib onları Q.Qarayevdə olan kafedən götürməsini və onun dostunu aparıb Əhmədli metrosuna düşürərək Zərərçəkmiş şəxs yenə həmin ünvana gəldi eyni tərkibdə atomobilə əyləşmişlər və Əhmədli metrosunda Zöhrabın dostu avtomobildən düşmüş, avtomobildə o Zöhrab, Nemət qalmışdır. Bu zaman Zöhrab Zərərçəkmiş şəxs dostu ilə görüşmək üçün Ramana qəsəbəsinə getməyi bildirmiş, oda avtomobili həmin ünvana sürmüşdür. Ramana qəsəbəsinə çatanda Zöhrab Məmmədovun dostu olaraq demiş olduğu şəxs telefona cavab verməmiş bu qədər yol gəlmələrinə baxmayaraq dostunun telefona cavab verməməsinə görə Zərərçəkmiş şəxs Zöhrab Məmmədova irad bildirmişdir ki, yol boyunca onlar mübahisə etmişlər ki, onun Ramanada olan dostu Zöhraba hörmətsizlik etmişdir. Sonra yenə həmin tərkibdə NZS qəsəbəsindən 8 noyabr prospekti ilə hərəkət edib Xəzər TV-nin yanına dönən zaman Zöhrab Zərərçəkmiş şəxs bildirmişdir ki, avtomobili aereporta sürsün. Zərərçəkmiş şəxs ora nə səbəbə getməli olduqlarını xəbər almış və artıq bos etdiyini demişdir ki, Zöhrab ona söyüş söymüşdür. Həmin vaxtı salonda öndə sərnişin tərəfdə Nemət, sürücü arxasında Zöhrab digər tərəfdə isə o oturmuşdur. Salonda Zöhrab arxadan Zərərçəkmiş şəxs yumruq atmış, o avtomobili yol kənarında «Socar» YDM-nin qarşısında saxlamış, avtomobildən düşmüş və bu zaman Zöhrabda qapını açıb avtomobildən düşmüşdür. Nemət və oda avtomobildən düşmüş və həmin vaxtı onlar əlbəyaxa olmuş, Zöhrab onun siftə nahiyəsindən vurmuş və onları ayırmışlar. Sonra onlar Zöhrabı avtomobilə əyləşdirmişlər, lakin Zərərçəkmiş şəxs avtomobilə əyləşməmişdir. Nemət ona avtomobilə əyləşməsini, o isə Zöhrabın onun ünvanına söyüşlər söyüb təkrar vuracağını bildirmişdir. Nemət isə bir daha ona Zöhraba görə narahat olmamasını onu söyməyəcəyini və vurmayacağını və özünün cavabdeh olduğunu bildirmişdir ki, yetərki gəlib avtomobilini sürüb onları evə aparsın. Təkrar olaraq Nemət və ona Zərərçəkmiş şəxs gəlib avtomobili sürməsini, onları mənzil başına çatdırmasını və sərxoş halda onları yarı yolda qoymamasını bildirmişdir. O isə yolu əks istiqamətdə keçib gedən zaman Nemət ondan açarı istəmiş, o avtomobilin açarını gatib ona vermiş və avtomobili sürməyəcəyini demiş, avtomobildən adaptoru və digər əşyalarını götürüb yolu əks istiqamətdə keçməklə gözdən itmiş, onlar bir neçə dəqiqə ərzində onun qayıdacağını zənn edib onu gözləmişlər. O isə gəlməmiş, artıq Nemət məcbur olub avtomobilin sükanı arxasına keçib avtomobili Naxçıvanski dairəsi istiqamətində sürüb geriyə dönməklə NZS qəsəbəsinə gəlmişdir. O avtomobili Zöhrab Məmmədovun evinin qarşısında saxlamış, açarın Turqay tərəfindən götürüləcəyini bildirmişdir. Səhəri günü özünün Turqaya olanlar barədə məlumat verəcəyini bildirmişdir. Həmin vaxtı ona Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirməmiş və onun əlindən avtomobilini almamış, ümumiyyətlə sürməmişdir. Zərərçəkmiş şəxs xəsarət yetirib söyən Zöhrab Məmmədov olmuş, avtomobilini isə Nemət Zərərçəkmiş şəxs onları atıb getməsindən sonra məcbur yolun ortasında qoymamaq və səhəri avtomobil sahibi olan dostu Turqay Məhərrəmova təhvil vermək üçün sürmüşdür. Avtomobili ələ keçirmək və ya başqa hər hansı niyyətləri olmamışdır. Avtomobildən hər hansı əşya götürülməmişdir. YDM-nin qarşısında hadisə axaşam saatlarında 5 dəqiqə müddətində baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, fakta görə 19 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması və icraata qəbul edilərək istintaq aparılması barədə qərar qəbul edilmişdir. (i.v. 1); İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 17 sentyabr 2025-ci il tarixdə saat 04:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 2234-cü məhəllə ünvanında olan "Socar" yanacaq doldurma məntəqəsinin yaxınlığında baş vermiş hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.13-16); İş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Levonovski küçəsində aşşkar olunmuş "Changan A 05" markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v.17-19); İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X11 xx.xx.2025-ci il tarixli 923 nömrəli canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, qançırı, tənəffüs pozulması, sağ qaş nahiyəsinin əzilmiş yarası, sağ gözaltı nahiyənin sıyrığı, üst dodağın şişkinliyi halında qansızmaları müəyyən edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özüözünə yetirməsi inkar olunur.(i.v. 40-41); İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.42); İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqənda xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 147.1.1-ci maddəsinin rəhbər tutaraq Təqsirləndirilən şəxs saat 11:35-də Azərbaycan Respublikası CM-nin 221.2.1 maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir.(i.v.62); İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqənda xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 147.1.1-ci maddəsinin rəhbər tutaraq Şahid1 saat 14:55-də Azərbaycan Respublikası CM-nin 221.2.1 maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir.(i.v.85); İş materiallarına əlavə olunmuş əməlin tövsif olunması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif olunası barədə qərar qəbul edilmişdir.(i.v.98); İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilməsi barədə qərar qəbul edilmişdir.(i.v.100-101); İş materiallarına əlavə olunmuş qətimkan tədbirinin seçilməsi və MSY-dən azad olunması barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə dərhal Xətai RPİ-nin MSY-dən azad olunması barədə qərar qəbul edilmişdir.(i.v.117-118); İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 137); İş materiallarına əlavə olunmuş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, özünü təqsirli bilir, törətdiyi əməldən peşmandır, barəsində amnistiya tətbiq edilməsini xahiş edir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə qeyd edir ki, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallarda olan izahatlar, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər—min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs özünü CM-nin 221.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən və həmin Qərarının 6 və 7-ci bəndlərində nəzərdə tutulan məhdudiyyətlər olmadığında o, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar