Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-55/2024 06.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X7, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1, müdafiəçisi- Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, müdafiəçisi- Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1998-ci ildə Beyləqan rayonu, Eyvazalılar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Şuşa rayonu, Qaladərəsi Ərazi dairəsi, Böyük Qaladərəsi kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxx 1996-cı ildə Beyləqan rayonu, Eyvazalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Şuşa rayonu, Qaladərəsi Ərazi dairəsi, Böyük Qaladərəsi kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədilə tanışı Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda olarkən zirzəmidə katalizatorların olmasını görmüş və 25 fevral 2023-cü il tarixdə saat 04 radələrində həmin ünvana gələrək daş hasardan həyətə keçib, kilidi olmayan zirzəminin qapısını açaraq qanunsuz olaraq zirzəmiyə daxil olub oradan Zərərçəkmiş şəxs məxsus cəmi 4400 manat dəyərində 06 ədəd “BMW E34” markalı avtomobilin katalizatoru, cəmi 1200 manat dəyərində 03 ədəd “BMW F30”markalı avtomobilin katalizatoru, cəmi 450 manat dəyərində 03 ədəd «Renault Megane» markalı avtomobilin keramika materialdan olan dizel katalizatoru, cəmi 1400 manat dəyərində 02 ədəd «Land Cruiser» markalı keramika materialdan olan katalizatoru, 27 fevral 2023-cü il tarixdə saat 04 radələrində cəmi 2.500 manat dəyərində 05 ədəd “BMW F10” markalı avtomobilin katalizatoru, cəmi 2800 manat dəyərində 10 ədəd “BMW”markalı avtomobilin dəmir katalizatoru, 01 mart 2023-cü il tarixdə saat 04 radələrində cəmi 600 manat dəyərində 04 ədəd “Hyundai” markalı avtomobilin dizel katalizatoru, cəmi 2800 manat dəyərində 06 ədəd «Mercedes E240» markalı avtomobilin keramika materialdan olan katalizatoru, cəmi 3200 manat dəyərində 05 ədəd «Mercedes C200» markalı avtomobilin keramika materialdan olan katalizatoru, 02 mart 2023-cü il tarixdə saat 04 radələrində cəmi 400 manat dəyərində 02 ədəd “Chevrolet Cruze” markalı avtomobilin katalizatoru, cəmi 750 manat dəyərində 02 ədəd “Opel” markalı avtomobilin katalizatoru, 120 manat dəyərində 01 ədəd «Nissan Tiida» markalı avtomobilin keramika materialdan olan dizel katalizatoru, 350 manat dəyərində 01 ədəd «Hyundai Grandeur» markalı avtomobilin keramika materialdan olan katalizatoru, cəmi 2000 manat dəyərində 03 ədəd «Mercedes C240» markalı avtomobilin keramika materialdan olan katalizatoru, cəmi 240 manat dəyərində 02 ədəd «Toyota Corolla» markalı avtomobilin keramika materialdan olan dizel katalizatoru, cəmi 600 manat dəyərində 02 ədəd «Mercedes E 220» markalı avtomobilin keramika materialdan olan dizel katalizatoru, 580 manat dəyərində 01 ədəd “Volkswagen Jetta” markalı avtomobilin katalizatoru və 04 mart 2023-cü il tarixdə saat 04 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmi 8.000 manat dəyərində 08 ədəd “BMW” markalı avtomobillər üçün keramika materialından olan katalizatorlarını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 32390 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını talama məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 mart tarixdə saat 04 radələrində qardaşının tanışı Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanına 2023-cü il gedərək kənar şəxslərin gələcəyi təqdirdə xəbər vermək və oğurlanmış əşyaları daşımaq məqsədi ilə həmin ünvanda müşahidə mövqeyi seçmiş, Təqsirləndirilən şəxs1 həmin mənzilin saxlanc yeri hesab edilən zirzəmisinə qanunsuz daxil olmaqla zirzəmidən cəmi 8.000 manat dəyərində 08 ədəd "BMW" markalı avtomobillər üçün keramika materialından olan katalizatorları oğurladıqdan sonra sonuncu ilə birlikdə 02 ədəd sellofan torbada olan katalizatorları yaşadıqları ünvana daşımaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 8000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsin təsdiq etdiyini bildirmişdir. Halhazırda vurulmuş zərərdən 15.060 manat pul ödəniş etmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, Təqsirləndirilən şəxs2 qardaşıdır, sonuncu ilə ünvan 1 ünvanda yaşamış, qardaşı Cəsarət ilə mənzillərdə bəzək işləri görməklə məşğul olaraq özlərini dolandırmışlar. X18 rayonunda yaşamış, anası isə ölmüşdür. Zərərçəkmiş şəxs 4-5 ildir ki, tanımış, sonuncu ilə dost olmuş və mütəmadi olaraq yaşadığı Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsi 46 ünvanda yerləşən evdə qonaq olmuşdur. Xəlil fotoçəkiliş ilə məşğul olmuş və sonuncunun yaşadığı evin zirzəmisidə vardır. Xəlilin yaşadığı evdə olan zaman sonuncunun evinin zirzəmisində avtomobillərə aid ehtiyat hissələri saxlamasını görmüşdür. Belə ki, Xəlilə bir dəfə kömək edərək onunla zirzəmidə avtomobillərin katalizatorlarını səliqə-səhmana salmışlar. Xəlil ilə katalizatorları ağ şəffaf sellofanlara qoyduqdan sonra zirzəmidən çıxmışlar. Xəlil zirzəminin qapısını bağlamış, lakin klidləməmişdir. 2023-cü ilin fevral ayında işi olmadığından pula ehtiyacı yaranmış və oğurluq etmək qərarına gəlmişdir. Dostu Xəlilin yaşadığı evin zirzəmisində olan katalizatorları asanlıqla oğurlaya biləcəyini fikirləşmiş, belə ki, evi tanımış və zirzəminin qapısı açıq olmuşdur. 24 fevral 2023-cü tarixdə axşam saatlarında evdən çıxıb Xəlilin evinin qarşısına gəlmişdir. Oraya çatdıqda artıq saat 04 radələri və 25 fevral 2023-cü il tarix olmuşdur. Evin həyətinin daş hasarının yaxınlığına gəlib ətrafa baxıb sakitlik olmasını görüb evin daş hasarının üzərinə çıxıb oradan həyətə düşmüşdür. Sonra isə sakit şəkildə diqqət çəkməyərək zirzəmiyə yaxınlaşmışdır. Zirzəminin qapısını əli ilə itələyib açmış və içəri daxil olmuşdur. Üzərində olan alışqanın arxasındakı işığı yandırıb orada olan katalizatorlardan iki ədəd şəffaf sellofanda götürmüş və özü ilə gətirdiyi torbanın içərisinə qoyaraq zirzəmidən çıxarıb daş hasarın yaxınlığına gətirmişdir. Katalizatorları daş hasarın üzərindən küçəyə atmış, özü də hasardan küçəyə çıxmışdır. Katalizatorları oradan uzaqlaşdırıb yaşadığı evə gətirib gizlətmişdir. Bir neçə saat evdə yatmış və günorta saatlarında yuxudan oyanıb katalizatorları satmaq üçün müştəri tapmaq məqsədilə mobil telefonu ilə internet sosial şəbəkəsinə daxil olmuşdur. Sosial şəbəkədə katalizatorlara Sumqayıt şəhərində müştəri taparaq onunla telefon vasitəsilə danışaraq Sumqayıt şəhərində parkda görüşməyə razılaşmışdır. Bundan sonra küçəyə çıxmış, qardaşı Cəsarət isə evdə yatmışdır. Küçədə yaxınlıqda dayanmış taksi avtomobilinə yaxınlaşıb avtomobilə əyləşmişdir. Sürücü deməyi əsasında evinin qarşısına gəlmişdir. Avtomobildən düşüb evdən katalizatorları götürüb avtomobilin arxa yük yerinə qoymuşdur. Sürücü avtomobili Sumqayıt şəhərinə idarə etmiş və parka çatdıqda sürücünün pulunu verib katalizatorları avtomobildən düşürmüşdür. Sumqayıt şəhərində parkda əvvəllərdən tanımadığı və görmədiyi özünü X1 təqdim edən şəxs ilə görüşmüşdür. Həmin şəxsə katalizatorları götstərib satdığını demişdir. Həmin şəxs katalizatorlara baxdıqdan sonra 1.700 manata razılaşmışlar. Kamran Qədimalıyevdən 1.700 manat pulu alıb katalizatorları sonuncuya vermişdir. Kamrandan yenədə katalizatorlar olduqda ala biləcəyini soruşmuş, sonuncu da bildirmişdir ki, istənilən qədər katalizator ala bilər. Bundan sonra oradan yaşadığı evə gəlmişdir. Əldə etdiyi pulun müəyyən məbləğini öz şəxsi məqsədləri üçün xərcləmiş, pulu azaldıqda isə yenidən oğurluq etməyə qərar vermişdir. 01 mart 2023-cü il tarixdə gecə saatlarında evdən çıxıb Xəlilin yaşadığı evin yaxınlığına gəlmişdir. Saat 04 radələrində evin daş hasarının yaxınlığına çatdıqda ilk dəfə olduğu kimi evin həyətyanı sahəsinə çəkilmiş daş hasarın üzərinə çıxmış və oradan həyətə düşmüşdür. Sakit şəkildə zirzəmiyə yaxınlaşıb qapını açmış və içəri daxil olub alışqanın arxasındakı işğı yandırıb orada olan katalizatorlardan yenə də iki ədədini götürüb özü ilə gətirdiyi torbaya qoymuşdur. Bundan sonra torbanı zirzəmidən çıxarıb daş hasarın yanına gətirmişdir. Katalizatorları daş hasardan küçəyə atmış və özüdə hasarın üzərinə çıxıb küçəyə keçmişdir. Katalizatorları yaşadığı evə gətirmişdir. Evdə yatmış və günorta saatlarında yuxudan oyanmışdır. Kamran Qədimalıyevə zəng etmişdir. Kamrana katalizator olmasını və satdığını bildirmişdir. Kamran da Sumqayıt şəhərinə parka çağırmışdır. Bundan sonra evdən çıxıb taksi avtomobili tapmış və taksi ilə evə gəlib katalizatorları götürüb taksi avtomobilinin yük yerinə qoymuşdur. Taksi ilə Sumqayıt şəhərinə parka gəlmişdir. Taksinin pulunu verib katalizatorları avtomobildən düşürmüşdür. Bir neçə dəqiqə sonra Kamran gəlmiş və katalizatorları ona göstərib yenə də 1.700 manata satmışdır. Kamrana yenə də katalizatorlar gətirəcəyini bildirib oradan yaşadığı evə gəlmişdir. Əldə etdiyi pulu isə xərcləməyə başlamışdır. 04 mart 2023-cü il tarixdə gecə saatlarında yenədə katalizatorlardan oğurlamaq qərarına gəlmişdir. Buna görədə qardaşı Cəsarəti aldadıb evdən çıxmaq üçün sonuncuya bildirmişdir ki, dostu avtomobilin katalizatorları gətirəcək və onu qarşılayacaq. Cəsarət yatmış, özü isə evdən çıxaraq Xəlilin yaşadığı evin yaxınlığına gəlmişdir. Lakin piyada yol gəldiyi üçün yorulmuş və katalizatorları evə tək apara bilməyəcəyini fikirləşmişdir. Nə edəcəyini bilməyib «WhatsApp» vasitəsilə qardaşı Cəsarətə zəng etmişdir. Bir neçə zəngindən sonra qardaşı Cəsarət telefonu açmış və məlum olmuşdur ki, o yatmışdır. Qardaşı Cəsarətə bildirmişdir ki, 08 ədəd katalizator dəmirləri vardır, evə gətirə bilməmiş, belə ki, gücü çatmamış, gəlib kömək etsin. Qardaşı Cəsarətə «WhatsApp» vasitəsilə olduğu yerin məkanını göndərmişdir. Bundan sonra evin həyətyanı sahəsinə çəkilmiş daş hasarın üzərinə çıxıb sakit şəkildə həyətə düşmüşdür. Zirzəmiyə yaxınlaşıb qapını açmış və yenə də 08 ədəd şəffaf sellofanda katalizatorlar götürüb torbaya qoymuşdur. Zirzəmidən çıxıb qapını bağlamış və hasarın yanına gəlmişdir. Hasardan katalizatorları küçəyə atmış və özüdə küçəyə çıxmışdır. Katalizatorları Xəlilin evindən bir qədər kənarlaşdırıb dayanmış və diqqət çəkməmək üçün katalizatorların yanından bir neçə küçə aralaşıb gözləmişdir. 15-20 dəqiqə keçdikdən sonra qardaşı Cəsarət gəlmişdir. Bundan sonra Cəsarəti katalizatorları qoyduğu yerə gətirmişdir. Cəsarət sellofanda nə olmasını soruşmuş, sonuncuya bildirmişdir ki, sellofanda katalizatorlar vardır və tanışına məxsusdur, sabah gəlib götürəcək. Qardaşına katalizatorları oğurladığını bildirməmişdir. Bundan sonra Cəsarət ilə hər biri bir ədəd torbanı götürüb evlərinə gətirmişlər. Evdə yatmış və yuxudan oyanıb Kamran Qədimalıyevə zəng edərək iki ədəd katalizator olmasını bildirmişdir. Kamran ilə görüşməyə qərar vermiş və sonuncunu yaşadığı evə dəvət etmişdir. Həmin günü Kamran deməyi əsasında yaşadığı evin qarşısına gəlmiş və evdən 08 ədəd katalizatorları çıxarıb sonuncuya vermişdir. Kamran 1.700 manat pul vermiş və getmişdir. Evə daxil olmuş və yatmışdır. Oğurladığı ümumilikdə 26 ədəd katalizatorı sataraq əldə etdiyi pulları xərcləmişdir. 07 mart 2023cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsinə getmişdir. Qobu qəsəbəsində olan zaman iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb sorğu-sual etmişlər. Məhkəmə iclas zalında suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o ümumilikdə 26 ədəd katalizator oğurlayaraq Kamrana satmışdır. Oğurladığı katalizatorları Kamrandan başqa heçkimə satmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, cəmi 1 epizodda olmuşdur.Qardaşının oğurluq etdiyini bilməmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, 04 mart 2023-cü il tarixdə gecə saatlarında qardaşı Ceyhun ilə evdə söhbət edərkən Ceyhun ona bildirmişdir ki, dostu avtomobilə aid dəmir katalizatorları gətirəcək və onu qarşılayacaqdır. Ceyhunun deməsinə görə dostu yaşadığı evdə yer olmadığı üçün katalizatorları saxlaması üçün ona vermişdir. Bir qədər söhbət etdikdən sonra o yatmışdır. Yatdığı zaman mobil telefonuna «WhatsApp» vasitəsilə zəng gəlmiş, zəng edən şəxs qardaşı Ceyhun olmuşdur. Qardaşı Ceyhun ona bildirmişdir ki, dostu avtomobil katalizatorlarını ona vermiş, lakin evə gətirməyə gücü çatmır. Ceyhun ona kömək etmək üçün onu yanına çağırmış və ona olduğu yerin məkanın vatsapla göndərmişdir. Bundan sonra o həmin yerə getmişdir. Qardaşı Ceyhunun küçədə gözləməsini görmüş, Ceyhunun yanına gəldikdə ona getməyi demiş, o da Ceyhunla getmiş və təxminən iki küçə getdikdən sonra yolun kənarında yerdə iki ədəd torba olmasını görmüşdür. Torbanın içərisində şəffaf sellofanlarda avtomobilin ehtiyat hissələrinə bənzər dəmirlər olmuşdur. Qardaşı Ceyhun ona demişdir ki, dostunun işi olduğu üçün katalizatorları ona verib getmişdir. O, Ceyhuna kömək edib katalizatorları yaşadığı evə gətirmişdir. Evdə yatmış və səhər yuxudan oyandıqda qardaşı Ceyhunu görməmişdir. Evdə katalizatorlar da olmamışdır. Ona məlum olmuşdur ki, katalizatorları qardaşı Ceyhun aparmışdır. 07 mart 2023-cü il tarixdə qardaşı ona bildirmişdir ki, dostu katalizatorları aparmışdır. Qardaşı Ceyhun evdən çıxıb getmişdir. O da küçəyə çıxıb gəzişməyə başlamışdır. Evin qarşısında gəzişən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb sorğu-sual etmişdirlər. Bundan sonra onu Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə gətirmişdirlər. 34-cü PŞ-də olan zaman qardaşı Ceyhunu da oraya gətirmişdirlər. Polis Şöbəsində qısa formada izahat vermiş, bölmədə ona məlum olmuşdur ki, qardaşı Ceyhun tanışının evindən katalizatorlar oğurlamışdır.Əlavə olaraq bildirmişdir ki, qardaşı Ceyhun oğurluq etməyini bildirməmiş, o həmin hadisənin törədilməsində iştirak etməmiş və görməmişdir. Həmin hadisəni qardaşı tək törətmişdir. O sonradan polis şöbəsində bilmişdir ki, Ceyhuna aparmağa kömək etdiyi katalizatorları Ceyhun Xəlilinin evindən oğurlamışdır. Ona isə yalandan dostuna məxsus olmasını bildirmişdir.O cəmi qardaşına bir dəfə 04 mart 2023-cü il tarixdə kömək etmiş, həmin vaxt Ceyhunla evə 08 ədəd katalizator gətirmişdir. Ceyhun yalnız evə bir dəfə onunla katalizatorlar gətirmişdir. Başqa heç vaxt evə katalizatorlar gətirməmişdir.O, Xəlili və onun yaşadığı evi tanımır. Xəlilin yaşadığı evdə də heç vaxt olmamışdır.İlkin ifadəsində göstərdiklərini təkzib edərək, polis əməkdaşlarından qorxaraq onların deməyi əsasında sonuncu dəfə oğurluqda qardaşı Ceyhuna kömək etdiyini və Ceyhunun əvvəlcə etdiyi oğurluqlar barədə ona xəbər verməsini deməsini bildirmişdir. Faktiki olaraq isə Ceyhun oğurluq etdikdən sonra onu oraya çağırmışdır. O, Ceyhuna kömək etməyinə görə peşman olmağını və bir daha belə hala yol verməyəcəyini bildirmiş, özünü də qardaşına bilməyərəkdən kömək etməyi üçün təqsirli bilmiş, bundan başqa həmin vaxt qorxmuş və həyəcanlı olmuşdur. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yaşamış, evlidir, rəsmi olaraq heç bir yerdə işləməmiş, ancaq fərdi işlərlə məşğul olub ailəsini dolandırmışdır. Yaşadığı evin zirzəmisi vardır, zirzəminin qapısı bağlı olmuş, lakin qapı klidli olmamışdır. Həmin zirzəmidə özünə məxsus çoxsayda avtomobil ehtiyat hissələri saxlamışdır. Təqsirləndirilən şəxs1 3-4 il olar ki, tanımışdır. Təqsirləndirilən şəxs1 ilə yaxın münasibəti vardır və sonuncu yaşadığı evdə olmuşdur. Təqsirləndirilən şəxs1 zirzəmidə avtomobillərə məxsus ehtiyat hissələri olmasını görmüş, belə ki, Ceyhun onlarda qonaq olan zaman zirzəmidə olan əşyaları səliqə-səhmana salmaqda kömək etmişdir. Zirzəmidə əsasən də müxtəlif markalı avtomobillərin katalizatorı olmuşdur. Həmin katalizatorları ağ şəffaf sellofanlara qoymuşdur. 2022-ci ilin dekabr ayının sonlarında sonuncu dəfə zirzəmidə olmuş və orada əşyalarının yerində olmasını görmüşdür. 04 mart 2023-cü il tarixdə gecə saat 05-06 radələrindən sonra yuxudan oyanmış və həyətə çıxmışdır. Ətrafa baxan zaman zirzəminin qapısının açıq olması diqqətini çəkmişdir. Bundan şübhələnmiş və paltarlarını geyinib evdən küçəyə çıxmışdır. Lakin heç kimi görə bilməmişdir. Həyətə qayıdıb zirzəmiyə baxmış və orada olan əşyalarını yoxlamışdır. Bu zaman aşkar etmişdir ki, sellofanlarda olan katalizatorlarından 60-70 ədədi oğurlanmışdır. Bundan sonra idarə etdiyi avtomobillə Kənd Əhmədli qəsəbəsini axtarmış, lakin heç kimi görə bilməmişdir. Həmin tarixdə anası əməliyyat olunduğu üçün şikayət etməmişdir. Lakin 06 mart 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçmiş həyətə Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirib fotoşəkillər çəkmişlər. Polis əməkdaşları ilə 34-cü PŞ-nə getmiş, orada ərizə ilə müraciət etmiş və qısa izahat vermişdir. Bundan sonra evə gəlmiş və yatmışdır. Yuxudan oyanıb bir daha zirzəmiyə getmiş və katalizatorları sayaraq neçə ədəd katalizatorlarımın oğurlanmasını dəqiqləşdirmişdir. Həmin vaxtda müəyyən etmişdir ki, zirzəmidən ümumilikdə dəyəri 32.390 manat olan 52 ədəd və 14 dəst müxtəlif markalı avtomobillərə aid katalizatorlar oğurlanmışdır. Evinin yaxınlığında olan müşahidə kameralarına baxdıqda görmüşdür ki, evin zirzəmisindən katalizatorları oğurlayan şəxs dostu Ceyhundur.Əlavə olaraq bildirmişdir ki, həmin hadisə nəticəsində ümumilikdə 32.390 manat ziyan dəymişdir. Belə ki, 10 ədəd 2.800 manat dəyərində “BMW” markalı avtomobilin dəmir katalizatoru, 08 ədəd 8.000 manat dəyərində “BMW” markalı avtomobilin keramika materialdan olan katalizatoru, 06 ədəd 4.400 manat dəyərində “BMW E34” markalı avtomobilin keramika materialdan olan katalizatoru, 05 ədəd 2.500 manat dəyərində “BMW F10” markalı avtomobilin keramika materialdan olan katalizatoru, 03 ədəd 1.200 manat dəyərində “BMW F30” markalı avtomobilin keramika materialdan olan katalizatoru, 03 ədəd 450 manat dəyərində “Megan” markalı avtomobilin keramika materialdan olan dizel katalizatoru, 04 ədəd 600 manat dəyərində “Hyundai” markalı avtomobilin keramika materialdan olan dizel katalizatoru, 02 ədəd 400 manat dəyərində “Chevrolet Cruze” markalı avtomobilin keramika materialdan olan katalizatoru, 06 dəst 2.800 manat dəyərində “Mercedes E240” markalı avtomobilin keramika materialdan olan katalizatoru, 05 ədəd 3.200 manat dəyərində “Mercedes C200” markalı avtomobilin keramika materialdan olan katalizatoru, 02 dəst 600 manat dəyərində “Mercedes E220” markalı avtomobilin keramika materialdan olan dizel katalizatoru, 02 ədəd 750 manat dəyərində “Opel” markalı avtomobilin keramika materialdan olan katalizatoru, 01 ədəd 580 manat dəyərində “Volkswagen Jetta” markalı avtomobilin keramika materialdan olan katalizatoru, 02 dəst 1.400 manat dəyərində “Land Cruiser” markalı avtomobilin keramika materialdan olan katalizatoru, 02 ədəd 240 manat dəyərində “Toyota Corolla” markalı avtomobilin keramika materialdan olan dizel katalizatoru, 01 dəst 350 manat dəyərində “Hyundai Grandeur” markalı avtomobilin keramika materialdan olan katalizatoru, 01 ədəd 120 manat dəyərində “Nissan Tiida” markalı avtomobilin keramika materialdan olan dizel katalizatoru və 03 dəst 2.000 manat dəyərində “Mercedes C240” markalı avtomobilin keramika materialdan olan katalizator oğurlanmışdır. DİN-nin 102 xidmətinə zəng edərək ilkin olaraq ona təxminən 15.000 manat ziyan dəyməsini demişdir. Lakin dəymiş ziyan 32.390 manatdır. Oğurluq hadisəni aşkar edən günü anası əməliyyat olunduğu üçün şikayət etməmişdir. Katalizatorların oğurlanmasını ilk dəfə xx.xx.2023-cü il tarixdə bilmiş və həmin günü qədər bilməmişdir. Sonuncu dəfə isə zirzəmiyə 2022-ci ilin dekabr ayında baxmış və həmin vaxtda zirzəmidən hər hansı bir əmlakı oğurlanmamışdır. Təqsirləndirilən şəxs1 ifadələrində düzgün göstərməmiş, belə ki, o, zirzəmidən ümumilikdə 06 ədəd deyil, ifadəsində göstərdiyi katalizatorları oğurlamışdır. Ceyhun məsuliyyətdən yayınmaq məqsədilə özünü müdafə edir. Vurulmuş zərərdən ona ümumilikdə 15.000 manat pul ödəniş edilmişdir. Hər iki təqsirləndirilən şəxsdən şikayətçidir. Onların hər ikisinə azadlıqdan məhrumetmə ilə əlaqədar olan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclas zalında zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, görüntülərə nəzər saldıqda məlum olur ki, torbaların hər ikisi katalizatorla doludur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində yaşamış, evlidir və iki yetkinlik yaşına çatmamış uşağı vardır. Rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi işlərlə məşğul olub ailəsini dolandırmışdır. Belə ki, üç il olar ki, fərdi qaydada avtomobil ehtiyat hissələri almış və müştəri taparaq satışını həyata keçirmişdir. Bununla bağlı “İnstagram” və “Tiktok” sosial şəbəkələrində katalizatorlarının yüksək qiymətə alışı barədə elan yerləşdirib nömrəsini qeyd etmişdir. 2023-cü ilin fevral ayının sonlarında istifadəsində olan mobil telefon nömrəsinə ***-***-**-** saylı nömrədən zəng gəlmiş və zəng edən şəxs katalizator alıb-almamağını soruşmuşdur. Həmin şəxsə almağını bildirmişdir. Həmin şəxs demişdir ki, avtomobil və katalizator alqı-satqısı ilə məşğuldur. Həmin şəxs ilə razılaşıb Xətai rayonu ərazisində görüşmüşlər. Həmin şəxs sonradan tanıdığı Təqsirləndirilən şəxs1 olmuşdur. Ceyhun “Hyundai” markalı taksi avtomobil ilə gəlmişdir. Ceyhun 04 ədəd katalizator göstərmişdir. Katalizatorlara baxaraq yoxlamış və 1.200 manat pul verə biləcəyini bildirmişdir. Lakin Ceyhun razılaşmamış və ucuz almağını demişdir. Yalnız əlavə olaraq 40 manat verəcəyini bildirmişdir. Ceyhundan şəxsiyyət vəsiqəsi istəmiş, sonuncu da avtomobil, həmçinin katalizatorlar alıb-satmalarını və onunla işləyəcəklərini demişdir. Eyni zamanda Ceyhun bildirmişdir ki, şəxsiyyət vəsiqəsinin fotoşəkilini göndərəcək. Bundan sonra Ceyhuna 1.240 manat pul vermiş və katalizatorları almışdır. Həmin günü katalizatorları tanımadığı şəxsə satmışdır. Bir neçə gün keçdikdən sonra Ceyhun zəng etmiş və bildirmişdir ki, 08 ədəd katalizator vardır. Həmin günü Ceyhun ilə Bakı Metropolitenin “20 Yanvar” stansiyası yaxınlığında görüşmüşlər. Ceyhun görüşə ilk dəfə gəldiyi taksi sürücüsü ilə gəlmişdir. Ceyhun iki ədəd torbada ümumilikdə 08 ədəd katalizator göstərmişdir. Katalizatorlara baxmış və bildirmişdir ki, zəif katalizatorlardır. Ceyhun ilə 1.800 manata razılaş və həmin pulu sonuncuya verib katalizatorları almışdır. Həmin günü katalizatorları satmışdır. Bundan bir gün sonra Ceyhun zəng edərək demişdir ki, katalizator vardır. Ceyhun onu öz yaşadığı evə dəvət etmiş və “WhatsApp” vasitəsilə olduğu yerin konumunu göndərmişdir. Telefonunda olan xəritə əsasında Xətai rayonu, Köhnə Günəşliyə gəlmişdir. Ceyhunun yaşadığı məhəllədə onunla görüşmüşdür. Ceyhun bir neçə qaraj göstərib qohumlarının olmasını demişdir. Ceyhun 5 ədəd katalizator göstərmiş və baxdıqdan sonra sonuncuya 850 manat pul vermişdir. Bundan sonra katalizatorları avtomobilinə qoyub getmişdir. Həmin günü Ceyhundan aldığı katalizatorları satmışdır. Bir və yaxud iki gün sonra Ceyhun zəng etmiş və yenə də katalizator satmaq istədiyini demişdir. “WhatsApp” vasitəsilə olduğu yerin məkanını Ceyhunu göndərmiş və həmin günü sonuncu ilə Sumqayıt Asan Xidmətin yaxınlığında görüşmüşlər. Ceyhun görüşə taksi avtomobili ilə gəlmişdir. Ceyhun bir ədəd böyük paketdə 5 ədəd katalizator gətirmişdir. Katalizatorların biri dəmir olmuşdur. Ceyhunun gətirdiyi katalizatorlar zəif olduğundan sonuncuya 450 manat pul vermişdir. Sonuncu dəfə Ceyhun 04 mart 2023-cü il tarixdə zəng etmiş və katalizator gətirəcəyini demişdir. Ceyhun ilə Bakı Metropolitenin “20 Yanvar” stansiyası yaxınlığında görüşmüşlər. Ceyhun görüşə taksi avtomobili ilə gəlmişdir. Ceyhun 4 ədəd katalizator gətirmişdir. Katalizatorlara baxıb hesablamış və sonuncuya 540 manat pul vermişdir. Bundan sonra Ceyhun ilə yaxınlıqda olan “Bravo” marketdə yemək yeyib çay içmiş və sonuncu çıxıb getmişdir. Sumqayıt şəhərinə qayıtmış və katalizatorları satmışdır. 07 mart 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 26 ədəd katalizator almışdır. Lakin katalizatorların markasını bilməmişdir. Ceyhundan katalizatorları almağı ilə bağlı yalnız özündə olan kitabçada qeyd etmişdir. Katalizatorların cinayət yolu ilə əldə edilməsini bilməmiş və Ceyhun katalizatorları oğurlamasını deməmişdir. Katalizatorları tanımadığı şəxslərə satmışdır. Katalizatorları aldığı məbləği o təyin etmişdir. Belə ki, katalizatorların çəkisinə, materialına və mobil telefonunda olan “kitco” proqramına əsasən təyin etmişdir. Ceyhun katalizatorları müxtəlif taksi avtomobilləri ilə gətirmişdir. Ceyhunun yanında heç kim olmamışdır. Məhkəmə iclas zalında suallara cavab olaraq şahid X5 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 gətirdiyi bütün katalizatorları almışdır. Sadəcə həmin katalizatorların çoxu zəif olsa da, lakin katalizatorları ifadəsində bildiridyi məbləğlərə almışdır. Həmçinin bildirmişdir ki, həmin katalizatorlar fərqli ölçülərdə olmuşdur. Torbalara baxaraq katalizatorların sayını müəyyən etmək qeyri-mümkündür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlanmaq və icraata götürmək barədə 07 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1, i.v. 01); Zərərçəkmiş şəxs Xətai RPİ-nin 34-cü Polis Bölməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 552 saylı ərizəsindən görünür ki, ünvan 6 ünvanında yerləşən evinin zirzəmisindən 15000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlanmışdır (cild 1, i.v. 5); Zərərçəkmiş şəxs Xətai RPİ-nin 34-cü Polis Bölməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2423 saylı ərizəsindən görünür ki, ünvan 6 ünvanında yerləşən evinin zirzəmisindən 32000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlanmışdır. (i.v 6) Hadisə yerinə baxış keçirilməsi haqqında 06 mart 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs, hal şahidləri X8 və X9 iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir ( cild1, i.v. 7-9); şübhəli şəxsin tutulması haqqında 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan həmin tarixdə saat 17:30-da Xətai RPİ-nin inzibati binasında tutulmuş, tutulmanın əvvəli 07 mart 2023-cü il tarixdən, saat 17:30-dan hesablanmışdır (cild1, i.v. 30-31); şübhəli şəxsin tutulması haqqında 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan həmin tarixdə saat 18:40-da Xətai RPİ-nin inzibati binasında tutulmuş, tutulmanın əvvəli 07 mart 2023-cü il tarixdən, saat 18:40-dan hesablanmışdır (cild1, i.v. 52-53); zərərçəkmiş şəxs qismində tanınma haqqında 08 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (cild1, i.v. 76); 08 mart 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə deyərək bir daha təsdiq etmişdir.(i.v 85-87) cinayət işi üzrə əməlin tövsif edilməsi barədə 09 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası 177.2.1 və 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1,177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (cild1, i.v. 88-89); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 09 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir ( cild1, i.v. 92-94); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 09 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir ( cild1, i.v. 107-108); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-182/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddəti 03 ay seçilmiş, həbsdə olma müddətinin əvvəli 07 mart 2023-cü il tarixdən hesablanmışdır.(cild1, i.v. 137-143); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-183/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddəti 03 ay seçilmiş, həbsdə olma müddətinin əvvəli 07 mart 2023-cü il tarixdən hesablanmışdır.(cild1, i.v. 144-150); 29 mart 2023-cü il tarixli dəymiş ziyanın ödənilməsi barədə protokoldan görünür ki,X6 Zərərçəkmiş şəxs dəymiş 32.000 maddi ziyandan 5.100 manat ödəmişdir.( cild 1, i.v.155) 01 aprel 2023-cü il tarixli dəymiş ziyanın ödənilməsi barədə protokoldan görünür ki,X6 Zərərçəkmiş şəxs dəymiş 32.000 maddi ziyandan 4.960 manat ödəmişdir. ( cild 1, i.v.156a) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-254/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir.(i.v159-166) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-255/2023 saylı, xx.xx.2023 tarixli qərarından görünür ki,Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir.( cild ı i.v 167-174) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (cild1, i.v. 175-176); 11 may 2023-cü il tarixli Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, disk “DVD” formatlıdır, disk açıldıqda içərisində 04 ədəd fayıl aşkarlanmış, həmin fayıllar “mp4” formatlarıdır, 04 ədəd “mp4” formatları özündə görüntüləri əks etdirmiş, belə ki, birinci görüntü 13 saniyə, ikinci görüntü 12 saniyə, üçüncü görüntü 13 saniyə, dördüncü görüntü isə 16 saniyədən ibarətdir. Həmin görüntülər 04 mart 2023-cü il tarixdə gecə saatlarında qeydə alınmışdır. Birinci görüntüdə 9-cu Əhmədli küçəsi ilə iki nəfər şəxs piyada hərəkət etmiş, həmin şəxslər kişi cinslidir, onların hər ikisinin başında papaq, əllərində isə hər birinin bir ədəd torba vardır, ikinci görüntüdə həmin şəxslər piyada hərək etmişlər, əllərində isə heç bir əşya olmamış, üçüncü görüntüdə həmin şəxslər birinci görüntüdə çıxdıqları yer istiqamətində getmişlər, əllərində isə heç bir əşya olmamış, döründü görüntüdə həmin şəxslər piyada küçə ilə etmişlər, əllərində heç bir əşya yoxdur. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin şəxslərin biri özü, digəri isə qardaşı Cəsarətdir, görüntüdə əlləri boş olan zaman Xəlil Allahverdiyevin yaşadığı evin yaxınlığına gəlmişlər, orada yerə qoyduğu Zərərçəkmiş şəxs yaşadığı evin zirzəmisindən oğurladığı katalizatorları qardaşı Cəsarətə göstərib sonuncuya kömək etməsi üçün tanışının verməsini deyərək aldatmış, görüntü Xəlilin yaşadığı evdən uzaq məsafədə qeydə alınmışdır. Təqsirləndirilən şəxs2 də görüntüdə olan şəxslərdən birinin o, digər şəxsin isə qardaşı Ceyhun olmasını, qardaşının onu aldadıb oraya gətirməsini, həmin vaxt qardaşının katalizatorları oğurlamasından məlumatı olmadığını bildirmişdir.(i.v177-178) 24 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində tövsif edilməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan olunması,Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirnin nəzərə alınması, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi, şahid qismində dindirilmiş X2 ifadələri, hadisə yerinə, diskə baxış, üzləşdirmə protokolları iş üzrə sübut növü kimi qiymətləndirilməsi, cinayət işində olan Bakı şəhəri,Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi,9-cu Əhmədli küç 46 ünvanda olan müşahidə kameralarında qeydə alınmış 1 ədəd DVD disk sübut növü kimi tanınması, oğurlanmış ümumilikdə 66 ədəd katalizatorların dəyəri Zərərçəkmiş şəxs ifadəsinə qeyd etdiyi miqdarlara əsasən əsas götürülməsi, Təqsirləndirilən şəxs1 ifadəsində Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsi 46 ünvanda yerləşən evin zirzəmisindən 66 ədəd deyil, yalnız 6 ədəd katalizatorları oğurlandığını göstərməsi təzkib olunduğu üçün məsuliyyətindən yayınmaq məqsədilə özünü müdafiə kimi qiymətləndirilməsi, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsilə cinayət işi başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs1 ünvan 8 ünvanda yerləşən evin zirzəmisindən 26 ədəd katalizatorlardan əlavə 40 ədəd katalizatorları oğurlamasına görə cinayət işindən material ayrılması, Təqsirləndirilən şəxs1 barəsində Azərbayan Respublikası CM-nin 177.2.2-ci maddəsilə cinayət işinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs2 cinayət işində təqsirləndirilən şəxs kimi iştirakına hissəvi xitam verilməsi və Azərbaycan Respublikası CM-nin 307-ci maddəsilə cinayət işinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinə və X14 müdafiəçisi kimi cinayət işində iştirakına xitam verilməsi qərara alınmışdır.(cild İ i.v197-214) 24 may 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır (Cild İ i.v216-218) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-418/2023 saylı, 7 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi ,işin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması və 02 ay müddətinə uzadılması qərara alınmışdır. (cild ıı i.v 47-54) 01 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə ittiham elan edilməsidən ötrü haqqında axtarış elan edilmşdir. (cild ıı i.v 73-74) 13 oktyabr 2023-cü il tarixli axtarışda olan şəxsin könüllü istintaq şöbəsinə gəlməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 könüllü olraq qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə istintaq şöbəsinə gəlmiş və bildirmişdir ki, barəsində elan olunmuş axtarış barədə məlumatı olmamış bununla əlaqədar olaraq istintaq şöbəsinin çağırışlarına gələ bilməmiş hazırda özü könüllü olaraq istintaqa gəlmişdir.(cild ıı i.v 79) Sübutların qiymətləndirilməsi haqqında 13 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ynidən ittiham elan olunması, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirnin seçilməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirnin seçilməsi, zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi, şahid qismində dindirilmiş X4 ifadələri, hadisə yerinə,diskə baxış,üzləşdirmə protokolları iş üzrə sübut növü kimi qiymətləndirilməsi, cinayət işində olan Bakı şəhəri, Xətai rayonu, Hənd Əhmədli qəsəbəsi 9-cu Əhmədli küç 46 ünvanda olan müşahidə kameralarında qeydə alınmış bir ədəd “DVD” disk sübut növü kimi tanınması,oğurlanmış ümumillikdə 66 ədəd katalizatorların dəyəri Zərərçəkmiş şəxs ifadəsinə qeyd etdiyi miqdarlara əsasən götürülməsi, Təqsirləndirilən şəxs1 ooğlu ifadəsində ünvan 10 ünvanda yerləşən evin zirzəmisindən 66 ədəd deyil 6 ədəd katalizatorları oğurladığını göstərməsi təkzib olunduğu üçün məsuliyyətdən yayınmaq məqsədilə özünü müdafiə kimi qitmətləndirilməsi, X2 barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsilə cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi 9-cu Əhmədli küç 46 ünvanda yerləşən evin zirzəmiisndən 66 ədəd katalizatorun oğurlanmasını nəzərə almaqla zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği ümumilikdə 32390 olması müəyyən edilməsi qərara alınmışdır (cild İİ i.v 86-101) 13 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 177.2.1 , 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur.( cild İİ i.v 107-108) 13 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmişdir (cild İİ i. v 119-120) 13 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmişdir (cild İİ i. v 139-140) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, təqsirləndirilən şəxsin axtarışının elan edilməsi və iş üzrə icraatın dayandırılması qərara alınmışdır. 15 iyun 2024-cü il tarixli Bakı İstintaq Təcridxanasının məktubundan görünür kİ, Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli axtarış qərarına əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Xətai RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən tutulmuş xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə iclas zalında diskə baxış keçirilmiş və 11 may 2023-cü il tarixli diskə baxış protokolunda qeyd edilənlər bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin, şahidin, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla qismən təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Belə ki, tədqiq edilmiş cinayət işi materialları, Təqsirləndirilən şəxs1 ifadəsi və şahid qismində dindirilmiş X3 ifadələrinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ümumilikdə 26 ədəd katalizator oğurlamaları və həmin oğurladıqları katalizatorları yalnız Kamran Qədimalıyevə satmaları tam sübut olunmuşdur. Zərərçəkmiş şəxs onun 60-70 ədəd katalizatorunun oğurlanması faktını görüntülərdə 2 torba katalizatorun olması ilə əsas gətirsə də, hadisənin baş verməsini özündə əks etdirən görüntülərə əsasən torbaların içərisində neçə ədəd katalizator olması mümkün olmamışdır. Tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 4 dəfə saxlanc yerinə daxil olmaqla oğurluq etmişdir. Həmin epizodlardan sadəcə olaraq 04 mart 2023-cü il tarixində baş vermiş epizod əks olunmuş və həmin epizod üzrə təqsirləndirilən şəxslər 8.000 manat zərər vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxs1 sonuncu epizod üzrə bildirmişdir ki, əvvəlki 3 epizodu özü tək törətmiş, lakin sonuncu epizodda torbaları daşaya bilmədiyi üçün qardaşı Təqsirləndirilən şəxs2 ona kömək etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 oğurluq etməməsi və sadəcə olaraq qardaşına kömək etməsi məqsədi ilə getməsi, digər Təqsirləndirilən şəxs1 isə qardaşı Təqsirləndirilən şəxs2 baş vermiş oğurluqdan xəbərdar olmaması ilə bağlı ifadələrinə məhkəmə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadəsi Təqsirləndirilən şəxs2 məsuliyyətdən kənarda qoymaq niyyətinə dəlalət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər barəsində hökm çıxarılarkən ehtimallara əsaslanaraq şəxsin təqsirli bilinməsi qanunsuzdur və bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə götürülməlidir. Həmçinin təqsirləndirilən şəxslər barəsində ittiham hökmü çıxarılarkən mötəbər sübutların məcmusuna əsaslanmaqla ittiham hökmü çıxarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ümumilikdə vahid niyyətlə 32.390(otuz iki min üç yüz doxsan) manat oğurluq etməsi öz təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxs onun 60-70 ədəd katalizatorunun oğurlanması, ona ümumilikdə ittihamda qeyd edilən 32.390 manat zərər vurulması tədqiq edilmiş sübutlar ilə müəyyən edilməmişdir. Həmçinin iş üzrə 32.390 manat ittiham sadəcə olaraq zərərçəkmiş şəxsin ifadəsinə əsaslanılaraq verilmiş, həmin məbləği təsdiq edəcək digər sübutlar müəyyən edilməmişdir. Tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədilə tanışı Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda olarkən zirzəmidə katalizatorların olmasını görmüş və 25 fevral 2023-cu il tarixdə saat 04 radələrində həmin ünvana gələrək daş hasardan həyətə keçib, kilidi olmayan zirzəminin qapısını açaraq qanunsuz olaraq zirzəmiyə daxil olub oradan Zərərçəkmiş şəxs məxsus cəmi 2.933 manat dəyərində 04 ədəd "BMW E34" markalı, 27 fevral 2023-cu il tarixdə saat 04 radələrində cəmi 2.500 manat dəyərində 05 ədəd "BMW F10" markalı, 01 mart 2023-cu il tarixdə saat 04 radələrində cəmi 600 manat dəyərində 04 ədəd "Hyundai" markalı dizel, 580 manat dəyərində 01 ədəd "Volkswagen Jetta" markalı, 02 mart 2023-cü il tarixdə saat 04 radələrində cəmi 400 manat dəyərində 02 ədəd "Chevrolet Cruze" markalı, cami 750 manat dəyərində 02 ədəd "Opel" markalı və 04 mart 2023-cü il tarixdə saat 04 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə cəmi 8.000 manat dəyərində 08 ədəd "BMW" markalı avtomobillər üçün keramika materialından olan katalizatorları vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 15.763 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri, şahid Kamran Qədimalıyevin ifadəsi və digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs vurduğu maddi ziyanın miqdarının 15.763 (on beş min yeddi yüz altmış üç) manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əməl Cinayət Məcəlləsinin onlara elan edilmiş müvafiq maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını xeyli miqdarda gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, ümumi vurulan zərərdən 15.060(on beş min altmış) manat pulun ödənilməsi Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 iştirak etdiyi sonuncu epizod üzrə zərərçəkmiş şəxsə 8.000(səkkiz min) manat zərər vurulmuş, zərərçəkmiş şəxsə isə ümumilikdə 15.060 manat pul ödənildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən vurulmuş zərərin tam olaraq ödənilməsi onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal(ümumi vurulmuş 15.763 manat zərərdən 15.060 manat ödəniş edilməsi), ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, həbsdə və ev dustaqlığında olduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə 2 gün hesabı ilə hesablanmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməli və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, işü üzrə maddi sübut 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında olduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə » qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1,177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ev dustaqlığında və həbsdə olduğu ümumilikdə 10(on) ay 23(iyirmi üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 09(doqquz) ay 16(on altı) gün müddət gün müddət ona təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01(bir) il 2(iki) ay 14(on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu və ev dustaqlığında olduğu 02(iki) ay 17(on yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla 05 (beş) ay 04 (dörd) gün müddət ona təyin edilmiş 02(iki) il müddətinə azadlığın məhududlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01(bir) il 06(altı)ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanını hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhəri Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində) Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-55/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-55/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver