Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-551/2025 27.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, Qorçulu Aysu Tariyel qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai rayon məhkəməsinin inzibati binasında, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttihamın məzmunu Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,685 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 05 sentyabr 2025-ci il tarixdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində həmin psixotrop maddə metamfetamindən 01 ədəd bükümdə 0,343 qram çəkidə olan hissəsini tanışı Şahid1 20 manat müqabilində satmış, Xətai RPİ-nin 35-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 05 sentyabr 2025-ci il tarixdə saat 22:34-də ünvan 2 ünvanında saxlanılıb video çəkilişindən istifadə etməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “Keno klub" markalı siqaret qutusundan 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,342 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə tədqiq edilmiş sübutlar Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitəni Zemfira ilə birgə istifadə etmişlər. Əvvəllər isə narkotik maddədən istifadə etməmişdir. Narkotik maddəni bir dəfə Zemfiranın evində, bir neçə dəfə də icarəyə götürdüyü təmir işləri davam edən obyektdə istifadə etmişlər. Narkotik vasitəni o alırdı, bir yerdə istifadə edirdilər, qalanını Zemfira işlədiyi yerə aparırdı. Son dəfə polis əməkdaşları onları yanacaq doldurma məntəqəsində onun maşınının içində əyləşən vəziyyətdə saxlamışlar, həmin vaxt üzərində heç nə yox idi, xanımın çantasında isə narkotik var idi. Polis əməkdaşları onları narkotik maddə istifadə etdikləri binanın qarşısına gətirərək maşınına baxış keçirmişlər, polis əməkdaşları tərəfindən təzyiq altında olmuşdur, ona qarşı olunan əməllər qanunsuz olmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotiki Zemfiranın tanıdığı şəxsdən onlayn şəkildə almışlar, həmin şəxs azərbaycanlıdır, metamfetamindən (patı) istifadə etmişdir, polis əməkdaşları onları saxlamazdan təxmini 2-3 saat əvvəl qəbul etmişdi, narkotikin təsiri altında maşını idarə edirmiş. Narkotik maddəni alarkən ödənişini demək olar ki, o, ödəmişdir. Zemfira isə başqa şeylərə pul xərcləmişdir, bir yerdə oturub çörək yemişlər, pulunu Zemfira vermişdir, ona verdiyi narkotik vasitə üçün hər hansısa bir ödəniş almamışdır. Tutulduqları gün də narkotikin pulunu o, vermişdir, lakin kafedə oturduqları vaxt 20 manat hesabı Zemfira ödəmişdi, istifadə etmədikləri hissəni o kluba aparmalı idi, çantasındakı narkotik o idi, onu həbs üçün hakim qarşısına çıxaranda da hakimə demişdir ki, narkotiki satmamışdır. O, Zemfira ilə yaxın olmuşdur, ondan narkotikə görə pul almamışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, subaydır, ayrı-ayrı şəxslərdən psixotrop maddə alıb istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Neftçilər metrostansiyasının yaxınlığından psixotrop maddə metamfetamini 40 manat pul verməklə anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşı Hüseyn adlı şəxsdən internet vasitəsi ilə alıb üzərində saxlamışdır. 05 sentyabr 2025-ci il tarixdə saat 22:34-də ünvan 3 ünvanının qarşısında hərəkət edən zaman mülki geyimdə polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim elmiş və onun psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib üzərində qanunsuz əşya və ya predmet olub-olmadığını, əgər varsa təqdim etməyi təklif etmişlər. O da bir qədər əvvəl əldə edib üzərində gəzdirdiyi psixotrop maddə metamfetamini əynində olan göy rəngli cins şalvarımın sağ yan cibindən çıxarıb siqaret qutusunun içərisindən çıxarıb təqdim etmişdir, video çəkilişlə onun üstü yoxlanılmış, sonra isə təqdim etdiyi psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmişdir. Sonra onu müvafiq Xətai RPİ-nin 35-ci PŞ-nə dəvət etmişlər. Orada təhqiqatçının və digər əməkdaşların iştirakı ilə videoyazıya baxış keçirilmişdir. Hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri elan edilmişdir. Psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Təqdim etdiyi psixotrop maddə onundur, İran İslam Respublikası vətəndaşı Hüseyn adlı şəxsdən əldə etmişdir, tutulan zaman ona polis əməkdaşları tərəfindən heç bir zor tətbiq edilməmişdir. Əldə etdiyi psixotrop maddə metafemtanindən 20 manata tanışı Zemfira adlı şəxsə satmışdır. Zemfira da onunla birlikdə polis əməkdaşları tərəfindən saxlanılmış və sonuncunun da üzərindən 20 manata satdığı metamfetamin aşkar edilərək götürülmüşdür. Zemfiraya satdığı psixotrop maddə elə Hüseyn adlı şəxsdən aldığı psixotrop maddənin bir hissəsi olmuşdur. Təqdim etdiyi psixotrop maddəni həm şəxsi istifadə, həm də satmaq üçün əldə edib üzərində gəzdirmişdir. Psixotrop maddə aldığı şəxsin heç bir anket məlumatlarını bilməmişdir. Həmin şəxsdən əvvəllər də bir neçə dəfə psixotrop maddə almışdır. Sonuncu dəfə də psixotrop maddə almaq üçün instagram hesabından dediyi yerə getmiş və bükümü ondan götürüb uzaqlaşmışdır. Üzərindən aşkar olunan mobil telefonda ***-***-**-** mobil nömrəsini istifadə etmişdir. (iş vərəqi 258-287) Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, narkotik vasitəni sadəcə arıqlamaq üçün istifadə etmişdir, polis əməkdaşları onları saxlayıb yoxlamışlar, üstlərindən narkotik çıxmışdır, polis əməkdaşları onları 48 saat bölmədə saxlamışlar. Onları axşam saat 6-7 radələrində saxlamışlar. Saxlanılan vaxt Rasimdən aldığı metamfetamin çantasından tapılmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Rasimi heç bir ay deyil ki, tanıyır, onu arıqlamaq üçün vasitəni almalı olduğu şəxs kimi tanıtmışlar, 3-4 dəfə ondan narkotik almışdır, hadisə olan gün isə narkotiki 20 manat qarşılığında əldə etmişdir. Bir yerdə başqa vaxtlar da narkotik vasitə istifadə etmişlər, Rasim ona psixotrop maddəni hədiyyə kimi verməyib, əvəzində 20 manat pul vermişdir. Məhkəmədə elan olunmuş, ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, subaydır, ayrı-ayrı şəxslərdən psixotrop maddə alıb istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə səhər saatlarında psixotrop maddə metamfetamini 20 manat pul verməklə Təqsirləndirilən şəxs alıb üzərində saxlamışdır. 05 sentyabr 2025-ci il tarixdə saat 22:34-də ünvan 3 ünvanının qarşısında hərəkət edən zaman mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib üzərində qanunsuz əşya və ya predmet olub-olmadığını, əgər varsa təqdim etməyi təklif etmişlər. O da bir qədər əvvəl əldə edib üzərində gəzdirdiyi psixotrop maddə metamfetamini sağ əlində saxladığım narıncı rəngli pul kisəsindən içərisində çıxarıb təqdim etmişdir. Video çəkilişlə üstü yoxlanılmış, sonra isə təqdim etdiyi psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmişdir. Sonra onu müvafiq Xətai RPİ-nin 35-ci PŞ-nə dəvət etmişlər. Orada təhqiqatçını və digər əməkdaşların iştirakı ilə videoyazıya baxış keçirilmişdir. Sonra isə hüquqlarımı müdafiə etmək üçün vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Təqdim etdiyi psixotrop maddə onundur, Təqsirləndirilən şəxs əldə etmişdir. Tutulan zaman polis əməkdaşları tərəfindən heç bir zor tətbiq edilməmişdir. Təqdim etdiyi psixotrop maddəni şəxsi istifadə üçün əldə edib üzərində gəzdirmişdir. Üzərindən aşkar olunan mobil telefonda 070-832- 32-85 mobil nömrəsini istifadə etmişdir. (iş vərəqi 128-130) Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 35-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 Rafık qızının Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitəni qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ondan, Xətai RPİ-nin 35-ci cinayət axtarış üzrə əməliyyat müvəkkilləri Şahid3, Şahid4 və Xətai RPİ-nin PPXB-nin polis nəfəri Şahid5 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. O, Nicat, Mirbaba və Səma birlikdə məlumat əsasında həmin gün saat 22:34 radələrində ünvan 4 ünvanının qarşısına getmişlər. Həmin vaxt xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs və Zemfıra Babayevanın əlamətləri ilə üst-üstə düşən iki nəfər şəxsin orada olmasını, həmin şəxslərin özlərini şübhəli apardığını görüb, yaxınlaşıb saxlamışlar. Təqsirləndirilən şəxs və Zemfıra Babayevaya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib ilk olaraq Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif etmişlər. Rasim də əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd 20 manatlıq, 01 ədəd 1 manatlıq pul əskinasını, 01 ədəd “Keno klub” markalı siqaret qutusunu, sol yan cibindən 01 ədəd “Redmi Poco C71” markalı mobil telefon çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “Keno klub” markalı siqaret qutusunun içərisinə baxış keçirilən zaman içərisində kristal şəkilli maddələr olan 01 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni İran İslam Respublikasının vətəndaşından 40 manat müqabilində onlayn qaydada Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsindən əldə etdiyini bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 0,48 qram olması müəyyən edilmişdir. Sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Zemfıra da sağ əlində saxladığı narıncı rəngli pul kisəsindən içərisində spesifik qoxuya malik kristal şəkilli maddə olan 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində psixotrop maddə metmfetamin olduğunu, həmin maddəni Təqsirləndirilən şəxs 20 manat müqabilində şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. X2 əlində saxladığı “Samsung S9” və “Samsung A24” markalı mobil telefon aparatlarını, içərisində 4 ədəd 10 qəpiklik, 2 ədəd 20 qəpiklik və 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi olan pul kisəsini təqdim etmişdir. X1 üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 0,48 qram olması müəyyən edilmişdir. Sonra axtarış iştirakçılarının iştirakı ilə Babayeva Zcmfira Rafİk qızının üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs və Şahid1 təhqiqatçı Seymur Məmmədliyə aşkar edilmiş materiallarla birlikdə təqdim edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, həmin gün mülki geyimdə olmuşdur, 35-ci PŞ-nin əməkdaşları əməliyyat qrupu ilə gəlib onu evdən götürdülər. Əməliyyat qrupundakı üzvlərdən üçündən ikisinin adını xatırlayır, Mirbala və Rüfət, digərinin adının isə xatırlamır. Təqsirləndirilən şəxsi küçədə yaxalamışlar, Rasimi digər əməkdaşlar, xanımı isə o, yoxlamışdır. Üzərindən 20 manat dəyərində metamfetamin və 2 ədəd telefon çıxmışdır, xanım metamfetamini Rasimdən aldığını demişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, onlara qarşı heç bir müqavimət göstərməmişlər, onları yanacaq doldurma məntəqəsində yox, yolda saxlamışlar, xanımın özü bildirmişdir ki, o qədər də çox istifadə etmədiyi üçün sadəcə istifadəlik 20 manata almışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 05 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitəni qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Xətai RPİ-nin 35-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 tərəfindən əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, buna görə də ondan, və Şahid2, Şahid4 və Xətai RPİ-nin PPXB-nin polis nəfəri Şahid5 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Həmin gün saat 22:34 radələrində ünvan 5 ünvanının qarşısına getmiş və xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs və Şahid1 əlamətləri ilə üst-üstə düşən iki nəfər şəxsin orada olmasını, həmin şəxslərin özlərini şübhəli apardığını görüb, həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxslərdən də özlərini təqdim etmələrini xahiş etmişlər. Onlara üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif etmişlər. Rasim də əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd 20 manatlıq, 01 ədəd 1 manatlıq pul əskinasını, 01 ədəd "Keno klub" markalı siqaret qutusunu, sol yan cibindən 01 ədəd "Redmi Poco C71" markalı mobil telefon çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi "Keno klub" markalı siqaret qutusunun içərisinə baxış keçirilən zaman içərisində kristal şəkilli maddələr olan 01 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Bundan sonra Şahid1 üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmişlər, Zemfira da sağ əlində şaxladığı narıncı rəngli pul kisəsindən içərisində spesifik qoxuya malik kristal şəkilli maddə olan 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni Təqsirləndirilən şəxs 20 manat müqabilində şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirdi. Sonra Şahid1 sağ əlində saxladığı "Samsung" və "Samsung A24" markalı mobil telefon aparatların, içərisində 4 ədəd 10 qəpiklik, 2 ədəd 20 qəpiklik və 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi olan pul kisəsini təqdim etmişdir, sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamış, həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 0,48 qram olması müəyyən edilmişdir. (iş vərəqi 197-200) Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 05 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitəni qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Xətai RPİ-nin 35-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, buna görə də ondan, və Şahid2, Şahid3 və Xətai RPİ-nin PPXB-nin polis nəfəri Şahid5 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Həmin gün saat 22:34 radələrində ünvan 5 ünvanının qarşısına getmiş və xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs və Şahid1 əlamətləri ilə üst-üstə düşən iki nəfər şəxsin orada olmasını, həmin şəxslərin özlərini şübhəli apardığını görüb, həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxslərdən də özlərini təqdim etmələrini xahiş etmişlər. Onlara üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif etmişlər. Rasim də əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd 20 manatlıq, 01 ədəd 1 manatlıq pul əskinasını, 01 ədəd "Keno klub" markalı siqaret qutusunu, sol yan cibindən 01 ədəd "Redmi Poco C71" markalı mobil telefon çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi "Keno klub" markalı siqaret qutusunun içərisinə baxış keçirilən zaman içərisində kristal şəkilli maddələr olan 01 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Bundan sonra Şahid1 üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmişlər, Zemfira da sağ əlində şaxladığı narıncı rəngli pul kisəsindən içərisində spesifik qoxuya malik kristal şəkilli maddə olan 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni Təqsirləndirilən şəxs 20 manat müqabilində şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirdi. Sonra Şahid1 sağ əlində saxladığı "Samsung" və "Samsung A24" markalı mobil telefon aparatların, içərisində 4 ədəd 10 qəpiklik, 2 ədəd 20 qəpiklik və 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi olan pul kisəsini təqdim etmişdir, sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamış, həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 0,48 qram olması müəyyən edilmişdir. (iş vərəqi 202-205) 05 sentyabr 2025-ci il tarixli ‘'əməliyyat- axtarış tədbirlərinin keçirməsinə, şübhəli şəxsin üstünün yoxlanmasına və üzərinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, 05 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs və Babayeva X9 RPİ-nin 35- ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanının qarşısında saxlanılaraq üzərlərinə video çəkilişdən edilməklə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxardığı “Keno klub” markalı siqaret qutusunu içərisində qablaşdırma ilə birlikdə ümumi çəkisinin 0,48 qram olan 01 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, eyni zamanda Şahid1 Rafık qızının əlində saxladığı narıncı rəngli pul kisəsindən içərisində qablaşdırma ilə birlikdə ümumi çəkisinin 0,48 qram olan 01 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. (iş vərəqə 13-16) 06 sentyabr 2025-ci il tarixli, 6/2985 saylı Məhkəmə-kimyəvi ekspertizanın rəyinə görə, tədqiqata təqdim edilmiş; üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №154”- li dairəvi möhür əksi , "Zemfira adlı şəxsin üzərindən götürülmüş maddi sübut Şahid1 (imza)“ yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,343qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 154”-li dairəvi möhür əksi” Rasim adlı şəxsin üzərindən götürülmüş maddi sübut Təqsirləndirilən şəxs (imza) “yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,342 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Şahid1 və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə öz aralarında eynilik təşkil edirlər. Ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir (iş vərəqi 80-85) 21 oktyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,342 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,292 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (iş vərəqi 252-265, 290) 21 oktyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 02 ədəd DVD disk maddi sübut kimi tanınmışdır (iş vərəqi 264) 19 sentyabr 2025-ci il tarixli videoyazı məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,342 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və X4 üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan pul qabının içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 0.343 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək edilərək götürülməsi öz təsdiqini tapmışdır. (iş vərəqi 182-183) 06 sentyabr 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə, saat 22:34-də tutulmuş hesab edilmişdir. (iş vərəqi 44-45) 07 sentyabr 2025- ci il tarixli, 4(011)-472/2025 saylı Xətai rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay, yəni xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (iş vərəqi 142-144) Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (iş vərəqi 188-189) 98 saylı mənzil kommunal istismar sahəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qonşuların hörmətini qazanmış, bütün tədbirlərdə fəal iştirak etmiş, və barəsində heç bir şikayət daxil olmamışdır. (iş vərəqi 213) Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı azyaşlı uşaqları var. 19 sentyabr 2025-ci il tarixli, 5861 saylı Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (iş vərəqi 228-229) Müdafiə tərəfinin dəlilləri və əməlin tövsifi Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini yoxlayaraq, təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək təqsirləndirilən şəxsin təhqiqat zamanı və istintaq zamanı verdiyi ifadələrinin iş üzrə dindirilmiş şahid ifadələri və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlarla tamamlanmış ifadələr kimi qiymətləndirir, hazırda məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini isə ziddiyyətli və iş üzrə digər sübutlarla təsdiqini tapmayan ifadə kimi nəzərə alaraq sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxsin faktiki olaraq polis əməkdaşlarının onları yanacaq doldurma məntəqəsində maşında əyləşən vəziyyətdə saxlamaları və həmin vaxt üzərində heç nə heç nə olmamasına, eləcə də narkotik vasitəni Şahid1 satmamasına dair ifadəsi iş üzrə dindirilmiş digər şahidlərin ifadələri, ibtidai istintaq zamanı toplanmış məhkəmədə tədqiq edilmiş istintaq hərəkətlərinin protokolları, eləcə də ibtidai istintaq zamanı özünün vermiş olduğu ifadə ilə təkzib olunur. Onun məhkəmə baxışında vermiş olduğu ifadəni təsdiq edə biləcək hər hansı digər sübut isə iş materiallarında müəyyən edilməmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs özü məhkəmədə vermiş olduğu ifadələrində Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitəni ona verdiyini etiraf etmiş, lakin qarşılığında hər hansı bir məbləğ almadığını, Zemfiranın həmin gün kafedə hesabı verdiyini göstərmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu ifadəsi Şahid1 ifadələri ilə təkzib olunmaqla yanaşı özü-özlüyündə narkotik vasitənin satılmasının etirafıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır; 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir; 1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. ““Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2025-ci il tarixli azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş İİ siyahının 118-ci bəndinə görə xeyli miqdarın aşağı həddi 0,15 qram, külli miqdarın aşağı həddi 2 qram təşkil edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafı, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cəza təyini məsələləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə və himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini ilə bağlı qanunvericiliyin tələblərini, Ali Məhkəmənin məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə verdiyi izahlarını, və məhkumların islah edilməsi və cəzaların icrasını həyata keçirən icra hakimiyyətinin yuxarıda qeyd edilən tövsiyələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrumetmə cəzasının təyin olunması yolu ilə islah olunması mümkündür. Azərbaycan Respublikası CM-nin CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Hazırkı cinayət işi üzrə mülki iddia və xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən. maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar məhkəmə tərəfindən müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Xətai RPİ-nin saxlancına verilmiş ilkin təmiz çəkisi 0,342 qram çəkidə olan psixotrop maddə metamfetamindən qalıq qalmış 0,292 qram qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zəfər Ramazanov
Məhkəmə qərarları › İş №1(011)-551/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-551/2025
27.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver