Məhkəmə qərarları › İş №1(011)-552/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-552/2023

13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-552/2023 13.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhəri rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Kazımov Əziz Əhməd oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanının ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs sosial şəbəkədə ünsiyyətdə olaraq mesajlaşdığı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış narazılığa aydınlıq gətirməsi üçün, 18 may 2023-cü il tarixdə saat 17:30-da sonuncunun məşq etdiyi ünvan 1 ünvanda yerləşən “Lider” idman zalının yanına gəlib Zərərçəkmiş şəxslə görüşərkən həmin narazılıqla bağlı yaranmış mübahisə zamanı yumruqları ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq ona alın nahiyəsinin sıyrığı, sol qulaq seyvanı, sağ gicgah nahiyəsinin qançırları, burun nahiyəsinin qançır-şikinlik halında əziyi kimi xəsarətlər, həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan dərəcələri təyin edilməyən və sol gözaltı nahiyənin və göz qapaqlarının hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən istintaq zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işi materialına baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, cinayət işi materiallarına əsasən müəyyən olunur ki, Zərərçəkmiş şəxs xx.xx.2007-ci il tarixində anadan olmuş və yetkinlik yaşına çatmayan şəxsdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 101.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynləri, övladlığa götürənləri, qəyyumları və ya himayəçiləri olmadıqda, cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir. Lakin, cinayət işi materiallarından yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin təyin edilməsi ilə bağlı qərar müəyyən edilməmişdir. Həmçinin, məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısında təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin adları qeyd edilmiş olsa da, lakin yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin, yetkinlik yaşına çatmayan şahidlərin qanuni nümayəndələrinin adları qeyd edilməmişdir. Qeyd edilən hal Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 226.3-cü və 289.7-ci maddələrinin kobud pozulmasıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinn 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə iclasında Dövlət ittihamçısı cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi barədə qərar qəbul olunmadığı üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin müstəntiqi Rafiq Ağəliyev barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X2 bildirmişdir ki, oğlu Zərərçəkmiş şəxs iştirakı ilə keçirilmiş istintaq hərəkətləri onun iştirakı ilə keçirilmişdir. Lakin qanuni nümayəndə qismində tanınması ilə çağlı qərar qəbul olunmamış və ona hüquq və vəzifələri izah oıumamışdır. Qanuni nümayəndə bildirmişdir ki, hadisə bir nəfər tərəfindən yox bir neçə şəxs tərəfindən törədilmişdir. İlkin olaraq hadisənin baş verdiyi yerin görüntülərini əks etdirən videogörüntülər Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsində ona göstərilmişdir. Lakin, cinayət işi materiallarında həmin görüntülər müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 101.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynləri, övladlığa götürənləri, qəyyumları və ya himayəçiləri olmadıqda, cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir. 101.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan öz qərarı ilə müvafiq olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynlərindən, övladlığa götürənlərdən, qəyyumlardan, yaxud himayəçilərdən yalnız birini onun qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etməyə buraxır. 154.3-cü maddəsinə əsasən həbs, ev dustaqlığı və girov yalnız təqsirləndirilən şəxsin barəsində seçilə bilər. Bu Məcəllənin 154.2.8-ci maddəsində nəzərdə tutulmuş qətimkan tədbiri(yetkinlik yaşına çatmayanı nəzarət altına vermə) yalnız on səkkiz yaşına çatmayan şəxs barəsində seçilə bilər. Komandanlığın müşahidəsi altına vermə yalnız hərbi qulluqçu və ya hərbi toplantıda təlim keçdiyi müddətdə hərbi mükəlləfiyyətli şəxs barəsində seçilə bilər. 170.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbiri yetkinlik yaşına çatmamış şübhəli və ya təqsirləndirilən şəxsin valideynlərinin, qəyyumlarının, himayəçilərinin, yaxud onun saxlandığı qapalı uşaq müəssisəsi müdiriyyətinin üzərinə yetkinlik yaşına çatmamış şübhəli və ya təqsirləndirilən şəxsin ictimai qaydaya riayət etməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlməsi və digər prosessual vəzifələri icra etməsi də daxil olan davranışını təmin etmə vəzifəsinin qoyulmasından ibarətdir. 226.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxslər, bir qayda olaraq, onların qanuni nümayəndələri vasitəsi ilə çağırılırlar. 289.7-cü maddəsinə əsasən ittiham aktına müstəntiqin mülahizələrinə görə məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı əlavə edilir. Həmin siyahıda müstəntiq çağırılmalı olan şəxslərin olduqları yeri və onların ifadələri və ya rəyləri olan işin vərəqlərini qeyd edir. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı CPM-nin yaxırada qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və onun qanuni nümayəndəsinin vəsatəti təmin edilməməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işi materiallarında olan Xətai RPİnin 36-cı PB-nin rəisi Rza Əliyeva ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, X2 oğlu Raminin döyülməsi barədə məlumat vermişdir. Cinayət işi materiallarında ola 24 avqust 2023-cü il tarixli, 3-13-55/2-3194 saylı əməliyyat tapşırığından görünür ki, X5 ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişənin şahidləri olan şəxslərin şəxsiyyətlərinin müəyyən olunaraq dindirilməsindən ötrü İstintaq şöbəsinə təmin edilməsi, qeyd olunan münaqişənin baş verdiyi ərazidə videomüşahidə vasitələrinin quraşdırılıb-quraşdırılmaması müəyyən edilsin, əgər videomüşahidə vasitələri müəyyən edilərsə görüntünün əldə edilərək İstintaq şöbəsinə təqdim olunması təmin edilməsi, keçirilmiş əməliyyat tədbirləri barədə Bakı şəhər Xətai RPİnin İstintaq şöbəsinə məlumat verilməsi təmin edilməsi tapşırığı verilmişdir. Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Lider” idman zalında məşq edən Zərərçəkmiş şəxs ilə tanışı Şahid1 arasında yaranmış mübahisə ilə bağlı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə araşdırma aparılmış, baş veren ərazidə müşahidə kameralarının olması müəyyən edilsə də, kameraların çəkiliş müddətinin bitməsi səbəbindən görüntülərin əldə edilməsi mümkün olmamışdır. Cinayət işi materiallarından görünür ki, Zərərçəkmiş şəxs Xətai RPİ-nin müstəntiqi Rafiq Ağəliyevə 07 iyun 2023-cü il tarixində izahat vermiş və həmin izahatında bir daha bildirmişdir ki, o bir neçə şəxs tərəfindən döyülmüşdür. Beləliklə iş materialları ilə müəyyən olunur ki, müstəntiq hadisə barədə xəbərdar olmuş olsa belə, yalnız hadisə barədə polisə məlumatın daxil olduğu gündən 2 ay sonra videogörüntülərin əldə edilməsi ilə bağlı əməliyyat tapşırığı verilmişdir. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ilkin izahatında və ifadəsində hadisə baş verərkən onun yanında Elnur, Rafiq, Nihat və Fəqan adlı tanışlarının olmasını bildirsə də, adları çəkilən şəxslərdən yalnız Nihat və Fəqan müəyyən edilərək şahid qismində dindiriliş, Elnur və Rafiq adlı şəxslərin isə şəxsiyyəti müəyyən edilməmiş və onların ifadələri alınmamışdır. Bundan əlavə, CPM-nin 306.1-ci və 306.2-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. 306.2.1-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 10 avqust 2023-cü il tarixli qərara əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Lakin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 154.3-cü maddəsinə əsasən “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri 18 yaşına çatmayan təqsirləndirilən şəxs barəsində seçilir. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ilə əvəz edilməli və onun atası Kazımov Əziz Əhməd oğlu onun qanuni nümayəndəsi qismində təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 5 (saat) saat üçün nəzərdə tutulan 30 (otuz) manat pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. X3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. X3 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilsin. Kazımov Əziz Əhməd oğlu təqsirləndirilən şəxs X3 qanuni nümayəndəsi qismində tanınsın. X5 atası Kazımov Əziz Əhməd oğlunun nəzarəti altına verilsin və Əziz Kazımov məsuliyyət barədə xəbərdar olunsun. Dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və onun qanuni nümayəndəsinin işin məhkəmə baxışına təyin olunması barədə vəsatəti təmin edilməsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 5 (saat) saat üçün nəzərdə tutulan 30 (otuz) manat pul ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar