Məhkəmə qərarları › İş №1(011)-553/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-553/2023

03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-553/2023 03.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1975-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi tikilmiş evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 0,739 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, onun narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə daxil olmuş məlumat əsasında Xətai Rayon Polis İdarəsinin 36-cı Polis şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 17:00-da ünvan 1 ünvanında yaşayış evlərinin qarşısında saxlanılıb, ünvan 2 ünvanda yerləşən Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi-axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,739 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və şalvarının sol yan cibindən narkotik vasitələr ilə psixotrop maddələrin satışında istifadə etdiyi 01 ədəd üzərində ***-***-**-** və ***-***-**-** nömrələri olan Samsung Galaxy A10 markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamda deyil, satış məqsədi olmadan özünün istifadəsi üçün əldə edib üzərində saxlamasında təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, əvvəllər məhkum olunmuşdur. Belə ki, Xətai rayon məhkəməsinin xx.xx.2021 -ci tarixli 1(011)- 418/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini bir neçə ildir şəxsi istifadəsi üçün alıb istifadə edir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə səhər Bakı şəhəri, Xətai rayonunda yerləşən metronun “Əhmədli” stansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadə üçün 20 manat nağd pul müqabilində 01 ədəd bükümdə psixotrop maddə metamfetamin alıb əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoymuşdur. xx.xx.2023- cü il tarixdə saat 17:00-da ünvan 1 ünvanın qarşısında olduğu zaman özünü şübhəli apardığından polis əməkdaşları ona yaxınlaşmış, ondan narkotik vasitə və ya psixotrop maddənin qəbulu ilə məşğul olması soruşulduqda, psixotrop maddə olan metamfetamindən istifadə etməsini bildirmişdir. Polis əməkdaşları onu Xətai RPİ-nin 36-cı polis bölməsinə aparmışlar. Polis Bölməsində ona hüquqları izah edilib, üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələndiklərini bildirmiş, hüquqlarını müdafiə etmək üçün vəkil seçmək hüququnun olmasını, seçdiyi vəkili polis bölməsinə dəvət etmişlər. Vəkil gəldikdən sonra xidməti otaqların birində videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış və götürmə aparılmış, həmin vaxtı polis əməkdaşının ona üzərində və ya əynində olan geyim əşyalarında dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra səmimi olaraq etiraf edərək uzun müddət psixotrop maddə metamfetamindən istifadə etdiyini deyib, üzərində də 01 ədəd şəffaf sellofona bükülmüş psixotrop maddə olan metamfetamini olduğunu deyib, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofona bükülmüş psixotrop maddə olan metamfetamini çıxardıb təqdim etmişdir. Polis əməkdaşı həmin bükümdəki maddənin nə olmasını soruşduqda, bükümdə psixotrop maddə metamfetaminin olmasını bildirmişdir. Eyni zamanda həmin psixotrop maddəni haradan və kimdən almağı soruşulduqda, xx.xx.2023- cü il tarixdə səhər vaxtı Xətai rayonunda yerləşən “Əhmədli” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşlar və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin psixotrop maddə metamfetamin bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Onu polis əməkdaşları saxlayan zaman və polis şöbəsinə dəvət edilərkən polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. O, ruhi və psixi cəhətdən sağlamdır, heç bir xəstəliyi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 36-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin 36-cı PB-də əməliyyat qrupunda olduğu zaman saat 16:38-də DİN-nin 102 xidməti zəng mərkəzi sistemindən növbətçi hissəyə məlumat verilmişdir ki, Xətai rayonu, Zığ yolunda yaşayan Şahid3 telefonla həmin mərkəzə müraciət edərək yaşadığı məhəllədə narkotik vasitələrin qəbul olunması barədə məlumat vermişdir. Məlumat əsasında əməliyyat qrupunda olan əməkdaşlar, Xətai RPİ-nin 36-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Xətai RPİ-nin 36-cı PŞnin sahə inspektoru, polis leytenantı Elnur Əsgərov və Xətai RPİ-nin 36-cı PŞ-nin təhqiqatçısı, polis kapitanı Faiq Şahverdiyev ilə birlikdə qeyd edilən ünvana getmişlər. Orada olan məhəllə sakinlərindən daxil olmuş müraciət əsasında sorğu apararkən sonradan şəxsiyyəti müəyyən olunan Təqsirləndirilən şəxs ünvanını müəyyən etmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında saxlayıb 36-cı polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından, şöbəsinə Bakı şəhəri, Vəkillər Kollegiyasının 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuş, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Faiq Şahverdiyev Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kütləni bükümdə masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs cibindən çıxardığı həmin maddəni “patı” adlandıraraq psixotrop maddə olduğunu etiraf etmişdir. Həmin bükümdəki psixotrop maddəni xx.xx.2023-cü il tarixdə səhər vaxtı Xətai rayonu ərazisində metronun "Əhmədli” stansiyası yaxınlığında şəxsi istifadə məqsədi ilə tanımadığı şəxsdən 20 manat pul müqabilində aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən ümumilikdə 104 manat pulu və 01 ədəd Samsung markalı mobil telefonu könüllü təqdim etmiş, təhqiqatçı X2 tapşırığı ilə Xətai RPİ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmiş və hər hansı qeyriqanuni əşya aşkar edilməmişdir. Təqdim olunan büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və içərisində metamfetaminə bənzər psixotrop maddənin 0,9 qram çəkidə olması müəyyən edilmiş, təqdim olunan kütlə zərfə qoyularaq möhürlənmiş və zərf şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən çəkilişin bitdiyini elan edilərək istintaq hərəkəti protokollaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla qonşu olmuşlar. Novruzov gilə mütəmadi olaraq narkotik vasitə istifadəçisi ehtimal etdiyi şəxslərin gəldiyinin şahidi olmuşdur. Bununla əlaqədar Anarla qonşu kimi şəxsi söhbət də etmişdir. Anar onların evə qonaq gəldiklərini bildirmişdir. Bildirmişdir ki, axı qonaq evə 1-2 dəqiqəlik gəlib getməz, bu şəxslər məhəllədə toplaşırlar buna görə qadınlar və uşaqlar qorxudan bayıra çıxa bilmirlər. Bəzən narkotik istifadə etmiş bu şəxslər çəkinmədən məhəllədən tualet kimi istifadə də edirdilər. Çıxış yolu tapa bilmədiyindən DİN-nin 102 qaynar xətt xidmətinə məlumat verməli olmuşdur. Anarın həbsindən sonra qeyd olunan şəxslər məhəlləyə gəlmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPl-nin 36-cı PŞ-nin polis sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Xətai RPİnin 36-cı PB-də əməliyyat qrupunda olduğu zaman saat 16:38-də DİN-nin 102 xidməti zəng mərkəzi sistemindən növbətçi hissəyə məlumat verilmişdir ki, Xətai rayonu, Zığ yolunda yaşayan Şahid3 telefonla həmin mərkəzə müraciət edərək yaşadığı məhəllədə narkotik vasitələrin qəbul olunmasına dair məlumat vermiş, məlumat əsasında əməliyyat qrupunda olan əməkdaşlar, Xətai RPİ-nin 36-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Xətai RPİ-nin 36-cı PŞ-nin sahə inspektoru, polis leytenantı Elnur Əsgərov və Xətai RPİ- nin 36-cı PŞ-nin təhqiqatçısı, polis kapitanı Faiq Şahverdiyev ilə birlikdə qeyd edilən ünvana getmişlər. Orada olan məhəllə sakinlərin ilə sorğu apararkən sonradan şəxsiyyəti müəyyən olunan Təqsirləndirilən şəxs ünvanını müəyyən etmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında saxlayıb 36-cı polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından, şöbəyə Bakı şəhəri, Vəkillər kollegiyasının 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuş, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Faiq Şahverdiyev Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhə i şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kütləni bükümdə masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs cibindən çıxardığı həmin maddəni "patı" adlandıraraq psixotrop maddə olduğunu etiraf etmişdir. Həmin bükümdəki psixotrop maddəni xx.xx.2023-cü il tarixdə səhər vaxtı Xətai rayonu ərazisində metronun "Əhmədli" stansiyası yaxınlığında şəxsi istifadə məqsədi ilə tanımadığı şəxsdən 20 manat pul müqabilində aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən ümumilikdə 104 manat pulu və 01 ədəd Samsung markalı mobil telefonu könüllü təqdim etmiş, təhqiqatçı X2 tapşırığı ilə Xətai RPİ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmiş və hər hansı qeyriqanuni əşya aşkar edilməmişdir. Təqdim olunan büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və içərisində metamfetaminə bənzər psixotrop maddənin 0,9 qram çəkidə olması müəyyən edilmiş, təqdim olunan kütlə zərfə qoyularaq möhürlənmiş və zərf şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən çəkilişin bitdiyini elan edilərək istintaq hərəkəti protokollaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 03 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Şübhəli şəxsin tutulması barədə 02 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 iyul 2023-cü il tarixdə saat 17:00-da tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması barədə 02 iyul 2023-cü il tarixli protokoldan görünür ki, sözügedən istintaq hərəkəti aparılarkən Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin sahə inspektoru, polis leytenantı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs X7, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X4 və çəkiliş aparan şəxs Bakı şəhəri, Xətai RPİ-nin 36-cı PB-nin sahə rəisi, polis mayoru X3 iştirak etmişdirlər. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd özünəməxsus qara rəngli “Samsung” markalı mobil telefon və 104 AZN məbləğində nağd pul, eləcə də sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə ağ rəngli, kristal şəkilli kütlə çıxarıb təqdim edərək onun “şüşə” adlanan maddə olduğunu, həmin maddəni “Əhmədli” metrostansiyasının yaxınlığından tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdəki metamfetaminə bənzər maddə bükümlə birlikdə elektron tərəzidə çəkildi və çəkisinin 0,9 qram olduğu müəyyən edildi. Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 151 möhürü ilə möhürlənərək götürüldü. Onun üzərindən əlavə aşkar olunmuş mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan həmçinin götürüldü, lakin 104 AZN nağd pul vəsaiti sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan başqa onun üzərində hər-hansı əşya və ya predmet aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/3589 nömrəli 03 iyul 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №151” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,739 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-435/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 02 iyul 2023-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”-nın xx.xx.2023-cü il tarixli 9128 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən xəstəxanada müalicədə olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 36-cı PBdə keçirilmiş şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş 0,739 qram psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmalı, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 0,689 qram psixotrop maddə metamfetamin təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra Bakı şəhər Xətai RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-1 və 1; 23-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyinə görə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyinə görə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyinə görə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyinə görə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə AR Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin xx.xx.2023-cü il tarixli 4305 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında 1 ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən məlum olur ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 02 iyul 2023cü il tarixli protokola uyğundur. Məhkəmə iclasında iş materiallarında olan "xxxx" ASC-dən daxil olmuş 01 ədəd və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olan 01 ədəd “Galaxy A10” markalı mobil telefonda aşkar edilmiş və kğçürülmüş 01 ədəd CD diskə baxış keçirilmişdir. Telefonun “Votsap” internet tətbiqi sisteminə, “qalareya”sına və "mesajllar" bölməsinə baxış keçirilmiş, Votsap” istifadəçisi “Tahir Taksi" “Anar pulum yoxdu imkanın var mənə nəyisə verəsən və yaxud vəziyətdən çıxardasan, digər mesajda Anar qaqaşın 50 manatı var bötövdü, mənim məhlə uşağımdı sən də tanıyırsan yadındadı bizim evin yanında axşam tərəfi verdin, işdədi deyir ki, bütöv verə bilərsə mən pulu verim, mənim qardaşım mənə deyir ki, 50 manata bir təmizdi ya yox, Anar üstündə mənə də “patı” verərsən, “15 kola 5 patı”. Bundan başqa səsli mesajda: Anar vəziyətim gərgindi nəsə bir şeyin varındı, 20 manatlıq 15 manatlıq, o birisindən 5 manatlıqda emusiya”. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefondan verilmiş cavab "sənə nə lazımdırsa denən düzəldim sakit bir şəkildə gəl götür, 50 manata mən təmiz 0,9 mal verərəm sənə xətir vəssalam, düzəltdim qaqaş gəl.” Həmin “Votsap Business" internet tətbiqində "Orik, Orxay” adlı +**********375 mobil nömrə istifadəçisi tərəfindən göndərilmiş mesajda “mənə 10 luq . patı düzəldərdin sabah axşam pulunu verəcəm, məni palajeniyadan çıxart sözləri. Bundan başqa “Nəsir. Tahir” adlı +**********28 mobil nömrə istifadəçisinə Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefondan göndərilmiş səsli mesajda “Nəsir 200 ataram, qalan 70 manat pulu da göndərəcəm. Bunda başqa “Elmir Buş” adlı +**********74 nömrəli istifadəçidən “Yarım patı alınır?” mətnində mesaj. Bundan əlavə telefonun şəkillər bölməsində müxtəlif ödəmə terminallarından ödənişlərin aparılması barədə çeklərin fotoşəkilləri, həmçinin elektron tərəzi ilə kütləsi müəyyən edilən bükümlərin fotoşəkilləri müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,739 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə tərəfindən onun səmimi peşmançılığını cəzasını yüngülləşdirən və cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 02 iyul 2023cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 02 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,689 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş 04 (dörd) ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş 04 (dörd) ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Tutularkən Təqsirləndirilən şəxs üzərində olmuş “Samsung galaxy A10” markalı mobil telefon qanuni sahibinə qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 02 iyul 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,689 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş 4 (dörd) ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Tutularkən Təqsirləndirilən şəxs üzərində olmuş “Samsung galaxy A10” markalı mobil telefon qanuni sahibinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar