Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-554/2024 10.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi - X5, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1984-cü ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 15 iyun 2024-cü il tarixdə, saat 21:31-də etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «İsuzu NQR 71 R» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi ilə Ceyhun Həsənov küçəsi istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla, yəni relssiz neqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğu halda buna əməl etməyərək, Cavanşir küçəsi ilə üzü Ramiz Quliyev küçəsi istiqamətində düzünə hərəkətdə olan X3 idarə etdiyi «Tufan S150» markalı, 99-H-435 dövlət qeydiyyat nişanlı motosikleti avtomobilin qabaq sağ hissəsi ilə vurmuş və nəticədə ehtiyatsızlıqdan Kənan Murtuzayevə başın və bədənin küt travması, baş-beyinə qansızma, kəskin ödemi, kəllə tağı, üz skeleti sümüklərinin, sol körpücük, sol said sümüklərinin çoxsaylı sınıqları, sol dizin əzilmiş yarası, bədənin çoxsaylı sıyrıqları kimi xarakterizə edilən həyat üçün təhlükəli olan sağlamlığına AĞİR dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirərək, zərərçəkmiş şəxs X3 ölümünə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, **-TB-*** dövlət qeydiyyat nişanlı "İsuzu" markalı avtomobillə 3 ilə yaxındır ki, evakuator sürücüsü kimi işləyir. Həmin avtomobil Şahid2 məxsusdur və o, avtomobili etibarnamə əsasında idarə edir. Gündəlik olaraq hər gün saat 08:00-dan saat 18:00-dək Binəqədi rayonu ərazisində yerləşən «Elite» restoranının qarşısında dayanıb müştəri gözləyir. 15 iyun 2024-cü il tarixdə saat 21:20 radələrində avtomobillə evə gedən zaman Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi ilə Ceyhun Həsənov küçəsi istiqamətində hərəkətdə olarkən yolun sol tərəfinə döndükdə yolun əks istiqaməti ilə hərəkətdə olan motosiklet avtomobilin qabaq sağ tərəfinə dəyib aşmış və nəticədə motosikletdə olan 2 nəfər kişi cinsindən olan şəxs yerə yıxılmışdır. Bu zaman ətrafdakı şəxslər onlara yaxınlaşıb X26a zəng etmişlər, o da Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Motosikleti idarə edən şəxs huşsuz vəziyyətdə yerdə uzansa da, motosikletdə müştəri qismində əyləşmiş şəxsin vəziyyəti yaxşı olmuşdur. Dəfələrlə X26a zəng edilsə də, həkimlər hadisə yerinə gəlməmiş, buna görə də bir neçə dəqiqədən sonra oradakı şəxslər motosiklet sürücüsünü başqa bir avtomobillə xəstəxanaya aparmışlar, o da orada dayanıb polis əməkdaşlarının yaxınlaşmasını gözləmişdir. Ardınca polis əməkdaşları hadisə yerinə gəlmişlər. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, X8 onun oğludur və birlikdə yaşamışlar. X21 küçəsində icarəyə yer götürüb oranı dönərxana kimi işlətmişdir. Həmçinin Kənanın «Tufan S150» markalı, 99-H-435 dövlət qeydiyyat nişanlı motosikleti olmuş və həmin motosikleti özü idarə etmişdir. 15 iyun 2024cü il tarixdə təxminən saat 22 radələrində o, yaşadığı evdə olan zaman istifadəsində olan mobil nömrəyə tanımadığı bir nəfər şəxs zəng edərək bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı evakuatorla Kənanın idarə etdiyi motosiklet toqquşmuş və Kənan xəsarət alaraq Neyrocərrahiyə Xəstəxanasına aparılmışdır. O məlumatı alan kimi dərhal Neyrocərrahiyə Xəstəxanasına getmiş, oradan isə Kənanı 1 saylı X19 aparmışlar. Artıq xx.xx.2024-cü il tarixdə 02 radələrində Kənan aldığı xəsarətlərdən 1 saylı X17 vəfat etmişdir. Lakin hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir tələbi, şikayəti yoxdur. Cəza təyin edilməsində bu xüsusatların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş maddi ziyan ödənilmişdir. Qərar qəbul edərkən bu halın nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, **- TB-*** dövlət qeydiyyat nişanlı İsuzu markalı avtomobil qardaşı Şahid2 adına rəsmiləşdirilsə də, faktiki olaraq ona məxsusdur. O, həmin avtomobili 01 oktyabr 2020-ci il tarixdə hazırda xatırlamadığı şəxsdən almışdır. Avtomobili almaqda məqsəd hər hansı bir sürücü tutub evakuator fəaliyyəti ilə məşğul olmaq olmuşdur. 3 ilə yaxındır ki, avtomobili Təqsirləndirilən şəxs sürücü kimi idarə edir. Razılaşmaya əsasən Əkbər gündəlik olaraq evakuator kimi fəaliyyət göstərib gəliri ona verir, o da sonuncuya aylıq 400-450 manat civarında maaş verir. 15 iyun 2024-cü il tarixdə gecə saatlarında Əkbər ona zəng edərək, yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Sonuncudan nə baş verdiyini soruşduqda bildirmişdir ki, evakuator ilə yol-nəqliyyat hadisəsi törədərək motosikletlə toqquşmuş və nəticədə motosikletin sürücüsü ölmüşdür. Avtomobil alınan zaman o, rayonda olduğu üçün qardaşı Ceyhundan bunu xahiş etmiş, sonuncu da sənədləşmə işlərini həll etmişdir. Onun yalnız bir ədəd avtomobili olduğu üçün hüquqi şəxs yarada bilməmişdir. Avtomobilə nə qədər maddi ziyan dəydiyini bilmir və dəymiş ziyanın məbləğindən asılı olmayaraq onun Əkbərə qarşı heç bir şikayət və iddiası yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 15 iyun 2024-cü il tarixdə Kənanla birlikdə dönərxanada olan zaman Kənan obyektdə çörəyin bitdiyini bildirib onunla birlikdə Əhmədli qəsəbəsinə gedərək çörək almağı təklif etmiş, o da Kənanla razılaşmışdır. Bundan sonra onlar saat 21:20 - 21:30 radələrində Kənana məxsus «Tufan S150» markalı, 99-H-435 dövlət qeydiyyat nişanlı motosikletə əyləşmişlər. Kənan motosikleti idarə etmiş, o isə Kənanın arxasında sərnişin kimi əyləşmişdir. X22 küçəsi ilə hərəkət edib “333” avto təmir yerinin yanında Cavanşir küçəsinə dönmüşlər. Cavanşir küçəsi ilə üzü Ramiz Quliyev küçəsi istiqamətində təxminən 60 km/saat sürətlə hərəkətdə olan zaman qəfildən qarşılarında iri qabaritli evakuator peyda olmuş və Kənanın idarə etdiyi motosiklet evakuatorun qabaq sağ tininə dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yerləşən ət dükanını 1 ildən artıqdır ki, icarə qaydasında işlədir. 15 iyun 2024-cü il tarixdə saat 21:30 radələrində işdə olan zaman dükanın qarşısındakı avtomobil yolundan səs gəldiyini eşidib və insanların bir yerə yığışdığını görüb dükandan çölə çıxmışdır. Çölə çıxan zaman qarşılaşdığı mənzərədən belə başa düşmüşdür ki, evakuator ilə motosiklet toqquşmuşdur. Həmin vaxt motosikleti idarə edən cavan oğlan huşsuz vəziyyətdə yerdə uzanmış, sonuncu ilə birlikdə olan digər bir cavan oğlan isə ayaq üstə dayanmışdır. O, bunu görən kimi 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, digər şəxslər isə X26a zəng edərək onları hadisə yerinə çağırmışlar. Evakuatoru idarə edən şəxs də, ətrafdakı şəxslərlə birlikdə hadisənin baş verdiyi yerdə dayanıb həkimlərin gəlməsini gözləmişdir. Bir neçə dəqiqə keçdikdən sonra ətrafdakı şəxslər X26 əməkdaşlarının gəlmədiklərini görüb motosikletin sürücüsünü başqa bir avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və ətrafdakı şəxslər dağılışmışlar. Baş vermiş yol-nəqliyyat hadisəsi icarə qaydasında işlətdiyi ət dükanının çöl hissəsində quraşdırılmış videomüşahidə kamerası vasitəsilə qeydə alınmış. Bundan başqa müşahidə kameralarında qeyd edilən vaxt ölkə saatından 1 saat geri göstərir. Məhkəmə iclasında iştirakı mümkün olmayan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, **-TB-*** dövlət qeydiyyat nişanlı İsuzu markalı avtomobil onun adına rəsmiləşdirilsə də, faktiki olaraq qardaşı Şahid3 məxsusdur. Şahin həmin avtomobili onun adına alaraq evakuator fəaliyyəti ilə məşğul olur. Avtomobilin sürücüsü Təqsirləndirilən şəxsdur və sonuncu gündəlik olaraq evakuator fəaliyyəti ilə məşğul olaraq əldə edilən gəliri Şahinə verir, Şahin də Əkbərə aylıq maaş verir. 15 iyun 2024-cü il tarixdə gecə saatlarında Şahin ona zəng edərək Əkbərin yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Əkbər onun adına rəsmiləşdirilmiş evakuator ilə yol-nəqliyyat hadisəsi törədərək motosikletlə toqquşmuş və nəticədə motosikletin sürücüsü ölmüşdür. Avtomobilə nə qədər maddi ziyan dəydiyini bilmir və dəymiş ziyanın məbləğindən asılı olmayaraq onun Əkbərə qarşı heç bir şikayəti və iddiası yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 16 iyun 2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; (i.v.1) - 15 iyun 2024-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi 14 iyun 2024-cü il tarixdə saat 21:30-da ünvan 2 ünvanında baş vermişdir. (i.v.5-16) - 01 avqust 2023-cü il tarixli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs Şahid2 məxsus olan **-TB-*** dövlət qeydiyyat nişanlı “İsuzu NQR 71R” minik markalı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. Etibarnamə xx.xx.2029-cu il saat 23:59-dək qüvvədədir; (i.v.20) - 16 iyun 2024-cü il tarixli 2/32561 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur; (i.v.29) - İş üzrə 15 iyun 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüsünü əks etdirən bir ədəd CD disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir; (i.v.55) - 17 iyun 2024-cü il tarixli videoyazıya baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında həmin video görüntülərə baxışdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə, saat 20:31:37-də Təqsirləndirilən şəxs idarə etdiyi «İsuzu NQR 71 R Xüsusi təyinatlı markalı, Evakuator tipli, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti müəyyən edilir, o, idarə etdiyi nəqliyyat vasitəsinin hərəkətini sola doğru dəyişən zaman saat 20:31:40-da qarşıdan hərəkət edən X3 idarə etdiyi «Tufan S150» markalı, 99-H-435 dövlət qeydiyyat nişanlı motosiklet, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin qabaq sağ farasına çırpılır, nəticədə motosikletdə olan sürücü və sərnişin yerə yıxılırlar; (i.v.56) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 08 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (i.v. 58) - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X27 “X23” X24 12 iyul 2024-cü il tarixli 18-1-2/2-3604/2024 №-li məktubundan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X8 xx.xx.2024-cü il tarixində saat 23:27-də 7 saylı X26 Stansiya Briqadasının müşayəti ilə X19 gətirilmişdir. Xəstənin dediyinə görə yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. Xəstəyə rentgenoskopiya, ultrasəs müayinələri olundu. Xəstə xx.xx.2024-cü il tarixində saat 01:52-də ölüm baş vermişdir. Diaqnoz: Müşrərək travma, alın üz sümüklərinin sağ körpücük, sol said sümüklərinin çox saylı sınıqları, sifətin, dodağın, dizin, əzilmiş cırılmış yaraları olmuşdur; (i.v. 61) - 16 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X9” X24 65 nömrəli meyitin ekspertizasının rəyindən görünür ki, X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: başın və bədənin küt travması, başbeyinə qansızma, kəskin ödemi, kəllə tağı, üz skeleti sümüklərinin, sol körpücük, sol said sümüklərinin çoxsaylı sınıqları, sol dizin əzilmiş yarası, bədənin çoxsaylı sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşya(əşyalar) təsirindən törənmişlər, eləcə də yolnəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. X1 ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş-beyin əzilməsi olmuşdur, ölüm xx.xx.2024-cü il tarixdə saat 01:55-də X20 xəstəxanada baş vermişdir və meyitdə gedən ilkin dəyişikliklərlə öz təsdiqini tapır. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr və etil spirti aşkar edilməmişdir. (Əsas MKŞ-nin 2073/K saylı aktı); (i.v.62-66) - 07 iyul 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 15 iyun 2024-cü il tarilxdə ölmüşdür; (i.v.69) - 16 iyul 2024-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında qərardan görünür ki, vətəndaş X11 iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır; (i.v.76) - X11 tərəfindən yazılmış qəbzdən görünür ki, o övladı Kənan Murtuzayevə məxsus “Tufan S150” markalı 99-H-435 dövlət qeydiyyat nişanlı motosikleti Xətai RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru Sənan Qüdrətlidən təhvil almışdır; (i.v.84) - Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən verilmiş 17 iyul 2024-cü il tarixli məktubdan görünür ki, DİN BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs aid AC379404 saylı sürücülük vəsiqəsinin məhrum edilməsi barədə heç bir məlumat qeydə alınmamışdır; (i.v.85) - 17 iyul 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X9” X24 661 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Şahid1 bədənində müəyyən edilmiş xəsarətlər - başın sol alın, sağ baldır və hər iki diz oynanları nahiyələrində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2024-ci il tarixdə və şəraitdə yəni, sərnişin qismində yol- nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir; (i.v.87-89) - 23 iyul 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş X5 ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi 99TB881 nömrəli nəqliyyat vasitəsi ilə oğlu X6 xəsarət yetirmiş və oğlu vəfat etmişdir. Hadisəni törədən Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyan ödənilmişdir. Onunla barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur, gələcəkdə də olmayacaq. Nəzərə alınmasını xahiş etmişdir; (i.v.97) - 16 avqust 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır; (i.v.98) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2024-cü il tarixli, 8/2136 saylı ekspert rəyindən görünür ki, «İsuzu NQR 71 R» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə «Tufan S150» markalı, 99-H-435 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü X3 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur; (i.v.106-109) - 23 sentyabr 2024-cü il tarixli cinayət işinin ibtidai istintaqının təzələnməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə olan ********* saylı cinayət işinin ibtidai istintaqı təzələnmişdir; (i.v.110) - 23 sentyabr 2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs əməlində Azəbaycan Respublikası CM-in 264-cü maddəsinin tərkib əlamətləri müəyyən olunmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi Şahid2 məxsus «İsuzu NQR 71 R» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və sahibi Şahid2 Şəhhət oğluna qaytarılması nəzərə alınmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X1 idarə etdiyi özünə «Tufan S150» markalı, 99-H-435 dövlət qeydiyyat nişanlı motosiklet iş üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsin hüquqi varisi X7 qaytarılması nəzərə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə protokol, təqdim etmə və götürmə protokolu, videoyazıya baxış keçirilməsi haqqında protokol, məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA» ETT Birliyinin Xətai rayon şöbəsinin 16 iyun 2024-cü il tarixli 65 saylı və məhkəmə yolnəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 19 mart 2024-cü il tarixli, 8/583 saylı rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. ********* №-li cinayət işindən «İsuzu NQR 71 R» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid2 Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün material ayrılaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 göndərilmişdir; (i.v.113-117) - 24 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir; (i.v.128-129) - 24 sentyabr 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, xx.xx.1984-cü il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir; (i.v.149- 150) - Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Qərar qəbul edərkən bu halın nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. - Elektron məhkəmə sisteminin çıxarışından görünür ki, 30 mart 2014-cü il təvəllüdlü X2 Əkbər Arzu oğlunun övladıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda–iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır 263.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, himayəsində azyaşlı övladının olmasını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalı, həmçinin Şahid2 məxsus “İsuzu NQR 71 R” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomonilin sahibinə qaytarılması və X1 idarə etdiyi özünə məxsus “Tufan S150” markalı, 99-H-435 dövlət qeydiyyat nişanlı motosiklet zərərçəkmiş şəxsin hüquqi varisi X7 qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X4, kod 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi vöen **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirəyə məruz qalınası əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan – bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın, həmçinin Şahid2 məxsus “İsuzu NQR 71 R” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomonilin sahibinə qaytarılması və X1 idarə etdiyi özünə məxsus “Tufan S150” markalı, 99-H-435 dövlət qeydiyyat nişanlı motosiklet zərərçəkmiş şəxsin hüquqi varisi X7 qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-554/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-554/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver