Məhkəmə qərarları › İş №1(011)-554/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-554/2025

23.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-554/2025 23.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Alyans Vəkil Bürosunun vəkili Müdafiəçinın, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə 21 may 2025-ci il tarixdə saat 05:25də ünvan 2 ünvanın qarşısında tanışı Zərərçəkmiş şəxs məxsus "Poco F 6 Pro" markalı ***-***-**-** nömrəli mobil telefonu istifadə etmək adı ilə alıb öyrənmiş olduğu kodla elektron məlumat daşıyıcılarından istifadə etməklə mobil tətbiqi vasitəsi ilə sonuncunun 4169 7388 9600 0860 nömrəli “Kapital Bank" hesab kartından istintaqla müəyyən edilməyən onlayn pullu oyunlar üçün köçürdüyü 75.39 manat, 50 manat, 20 manat, 30 manat, 9.08 manat, 4169 7388 5303 5800 nömrəli ”Kapital Bank" hesabından eyni üsulla həmin tarixdə və saat da 26 manat, 2 manat, həmçinin 5315 9921 5257 6507 nömrəli "X5" bank hesabından eyni üsulla həmin tarixdə saat 11:07-də 135 manat, 2.03 manat, 4.38 manat, 3 manat, 292 manat, 200 manat, cəmi köçürdüyü 848.88 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 848.88 (səkkiz yüz qırx səkkiz manat) miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ona özünün etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər sənədlərlə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək bildirmişdir ki, atası X2 2001-ci ildə vəfat etmiş, 25 mart 2025-ci il tarixdə anası X1 onkoloji xəstəlikdən vəfat etmişdir. Anası vəfat etdikdən sonra dayısı ilə birlikdə yaşadığı ünvan 3 ünvanından çıxıb ünvan 4ışdır. Ondan əvvəl həmin ünvanda Zərərçəkmiş şəxs də kirayədə yaşayırmış. Ona görə də Hümmətlə birlikdə bir otaqda kirayədə yaşamağa başlamışdır. Hümməti ilk dəfə 02 may 2025-ci il tarixdə kirayədə yaşamağa gələndə həmin evdə görmüşdür. Anası vəfat etdikdən sonra 40 mərasimi keçirənədək, yəni 01 iyun 2025-ci il tarixədək işlədiyi "Rahat market" şəbəkəsinin rəhbərliyindən icazə almışdır. 21 may 2025-ci il tarixdə, saat 05 radələrində kirayədə yaşadığı evdə olduğu zaman Hümmətə demişdir ki, kart hesabının nömrəsini versin onun kartına 50 manat pul köçürüb mobil telefonundan istifadə edib vərəsəlik hüququnu əldə etmək üçün "Asan Xidmət"dən növbə götürə bilsin. Hümmət də etiraz etməyib "xxxx" tərəfindən adına verilmiş, yadında qalmayan kart nömrəsini vermişdir. Bundan sonra kirayədə yaşadıqları evin yaxınlığında küçədə qoyulmuş "Milli Ön" terminalından Hümmətin verdiyi kart hesabına 50 manat pul köçürüb evə qayıtmışdır. Evdə Hümmətdən xahiş etmişdir ki, mobil telefonunu versin internetdə sənədləşmə işlərini həll etsin. Hümmət də etiraz etməyərək istifadəsində olan mobil telefon aparatını ona vermişdir. İlk öncə Hümmətin kart hesabına köçürdüyü 50 manat pulu "Treyd və qumar oyunları sayıtına yatırım etmiş və həmin pulu uduzmuşdur. Bundan sonra sayt tərəfindən mesaj gəlmişdir ki, həm uduzduğu 50 manat pulun, həm də əlavə yatırım edəcəyi pulun 100 faizi qədər bonus veriləcək və bonusu əldə edib əsas vəsait kart hesabına qaytarılacaq. Daha sonra mesaj formasında kod gəlmişdir ki, yatırımı həmin kod vasitəsi ilə həyata keçirsin. O da 4 dəfəyə Hümmətin "xxxx" kartında və "X5" bank kartlarında olan 745.49 manat pul vəsaitini yatırım etdikdən sonra mesaj gəlmişdir ki, əsas vəsaiti nağdlaşdırmaq üçün saytda hər hansı bir qumar oyununda oynayıb dövriyyə etməlidir ki, əsas vəsaiti kartın balansına qaytara bilsin. O da qumar oyunu oynayıb bütün vəsaiti uduzmuşdur. Hümmətin telefonundan istifadə etdiyi müddətdə Hümmət yatmışdı. Saat 08 radələrində Hümməti yuxudan oyatmadan sonuncunun telefonunu özü ilə götürüb evdən həyətə çıxıb bir neçə saat həyətdə əyləşdikdən sonra Hümmət onlarla birlikdə kirayədə yaşayan Nicat adlı şəxsin mobil nömrəsindən öz nömrəsinə zəng etmişdir. Zəngə cavab verib 15 dəqiqəyə evdə olacağını demiş və həmin müddətdə də evə qalxmışdır. Evdə Hümmətə demişdir ki, kart hesablarında olan pul vəsaitlərini qumar oyununda uduzub. Hümmət pulunu hansı vaxtadək qaytaracağını xəbər aldıqda həmin günü gecə saat 24-dək çatdıracağına söz vermiş, lakin çatdıra bilməmişdir. Ona görə də Hümmətə demişdir ki, pulunu qaytarmaq üçün 7-10 gün vaxt versin. Hümmət də baxarıq deyə cavab vermişdir. Lakin sonradan Hümmət ondan şikayət etmişdir. Konkret olaraq 21 may 2025-ci il tarixdə saat 05 radələrində kirayədə yaşadıqları evdə olduqları zaman Hümmətin plastik kart nömrəsini əldə etməkdə məqsədi sonuncunun kart hesabına 50 manat pulu köçürüb mobil telefon aparatını əldə etməklə qumar oyunu oynamaq olmuşdur. Zərərçəkmiş şəxs mobil telefonunda olan "xxxx" və "X5" kart hesablarının mobil tətbiqlərindən istifadə etmək üçün, yəni kart hesablarında olan pulların idarə olunmasına dair məxfi şifrələri Zərərçəkmiş şəxs ona verməmiş, telefonla qumar oyunları oynayan zaman kart hesablarında olan pullardan istifadə etmək üçün kartların mobil tətbiqlərinə daxil olmaqdan ötrü məxfi şifrələri bir neçə dəfə təxmini qeyd etdikdən sonra düzgün şifrələri əldə edib Zərərçəkmiş şəxs "xxxx" və "X5" kart hesablarında olan 848.88 (səkkiz yüz qırx səkkiz) manat pul vəsaitini qumar oyunlarında uduzmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 02 may 2025-ci il tarixdə saat 14 radələrində ünvan 5 ünvanında kirayədə yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs da həmin günü saat 18 radələrində göstərilən ünvanda kirayə yaşamağa başlamışdır. Onlardan təxminən 10-12 gün sonra isə həmin ünvanda kirayədə yaşamağa Nicat və Məhəmməd adlı şəxslər gəlmişlər. Kirayədə yaşadıqları mənzil 2 otaqdan ibarət olmuşdur. O, otaqların birində Kənanla birlikdə yaşamış, digər otaqda isə Nicatla Məhəmməd yaşamışdır. 21 may 2025ci il tarixdə, yadında qalmayan saat da Kənan ona demişdir ki, mobil telefonla ailə üzvləri ilə danışa bilərmi. O da razılıq vermişdir ki, danışa bilər. Bundan sonra yatmış və səhər saat 11 radələrində yuxudan oyandıqda Kənanın otaqda olmadığını, "Pco F Pro" markalı, üzərində ***-***-**-** nömrə olan mobil telefonunu da özü ilə apardığını bilib Nicatın mobil telefonundan öz nömrəsinə zəng etmişdir. Kənan zəngə cavab verib yaşadıqları binanın həyətində olduğunu bildirib onu həyətə dəvət etmişdir. Binanın həyətinə düşəndə görmüşdür ki, Kənan blokun qarşısında ona gözləyir. Telefonunu Kənandan götürüb dərhal kart hesablarına baxış keçirdikdə görmüşdür ki, 4169 7388 9600 0860 nömrəli "xxxx" kart hesabında olan 79 manat pulu, 4169 7388 5303 5800 nömrəli həmin bank kart hesabında olan 200 manat və 5315 9921 5257 6507 nömrəli "X5" kart hesabında olan 759 manat, cəmi 1038 (bir min otuz səkkiz) manat pul vəsaitiləri kartların balanslarından çıxarılıb və ya hansısa hesaba köçürülüb. Kənanı otağa dəvət edib ondan pullarını hara xərclədiyini xəbər aldıqda kart hesablarında olan pulları "Treyd İn" hesabına köçürüb uduzduğunu demişdir. Kənandan pullarını ödəməsini tələb etdikdə həmin günü saat 24dək olan müddət ərzində 1.038 manat pulunu ödəyəcəyini demişdir. O, Kənana inanıb gözləmişdir. Lakin Kənan söz verdiyi vaxtda 1.038 manat pulu ödəməyib xx.xx.2025-ci il tarixdə saat 12-dək bacısından pul alıb ödəyəcəyinə söz vermişdir. Lakin Kənan yenə də söz verdiyi vaxtda pulunu ödəməmişdir. Belə olan halda Kənandan şikayət etmişdir. Kart hesablarının heç birinin kodlarını Təqsirləndirilən şəxs verməmişdir. Sonuncu mobil telefonunda olan mobil tətbiqlərdən istifadə etmək üçün "şifrəni unutmuşam" bölməsinə mesaj göndərməklə və mesajdan sonra mobil nömrəyə gələn kodu tətbiqə daxil etməklə kart hesablarına daxil olub hesablarda olan pulları qumar oyunlarında uduzmuş və kart hesablarında olan pulları sərf etdikdən sonra izi itirmək üçün mesajları mobil telefonun yaddaşından silmişdir. Həmin çıxarışla birlikdə polisə müraciət etmişdir. Ona vurulmuş zərərin ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 may 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Xətai RPİ İŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); 24 may 2025-ci il tarixli materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, toplanmış material istintaq aidiyyəti üzrə Xətai RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 7); 24 may 2025-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:25-də CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 22-23); 25 may 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v 36-37). 26 may 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v. 47-48). 26 may 2025-ci il tarixli vəsatətin müdafiəsindən imtina edilməsi haqqında qərardan görünür ki, Xətai RPİ-nin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞ-nin müstəntiqi Rafiq Ağəliyevin 26 may 2025-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir (i.v. 66-67); qətimkan tədbirinin seçilməsi haqqında 26 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 68-70); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i.v. 72). 17 iyun 2025-ci il tarixli “məcburi gətirilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin İŞ-nə məcburi gətirilməsi qərara alınmışdır (i.v. 74-75); 01 iyul 2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v. 77). 01 iyul 2025-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilib istintaqa təqdim edilənədək icraat dayandırılmışdır (i.v. 78); Axtarışda olan şəxsin tutulması haqqında 04 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Xətai rayonu 36-cı Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur (i.v. 82); 04 sentyabr 2025-ci il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 84); 05 sentyabr 2025-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, iş üzrə "xxxx" ASC-yə aid olan 4169 7388 9600 0860 və 4169 7388 5303 5800 nömrəli kartlar üzrə bank əməliyyatlarına dair 02 ədəd, "X5" ASC-yə aid 5315 9921 5257 6507 nömrəli kart üzrə bank əməliyyatına dair 01 ədəd çıxarışlar götürülmüş və iş materiallarına əlavə edilmişdir (i.v. 85). 05 sentyabr 2025-ci il tarixli ödəniş kartları üzrə çıxarışların götürülməsi barədə protokoldan görünür ki, 03 ədəd A4 formatında təqdim edilmiş bank əməliyyatlarına dair çıxarışlar götürülmüşdür (i.v. 86). 05 sentyabr 2025-ci il tarixli götürmə və sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir: "xxxx" ASC tərəfindən verilmiş sənədlər 02 ədəd, "X5" ASC tərəfindən verilmiş sənədlər 03 ədəd A 4 formatlı kağız üzərindədir. Həmin sənədlərin üzərində Zərərçəkmiş şəxs adına olan "xxxx" ASC-yə aid 4169 7388 9600 0860 nömrəli, 4169 7388 5303 5800 nömrəli və "X5" ASC-yə aid 5315 9921 5257 6507 nömrəli kart hesablarının xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində aparılmış əməliyyatların siyahısı cədvəl formasında göstərilmişdir. Həmin əməliyyatlara baxış keçirilən zaman xx.xx.2025-ci il tarixdə saat 05:25-dən saat 11:08-dək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla pul köçürmələrinin bank kartlarından məxaric olunması aşkar olundu. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, 21 may 2025-ci il tarixdə saat 05:25-də ünvan 2 ünvanın qarşısında tanışı Zərərçəkmiş şəxs məxsus "Poco F 6 Pro" markalı ***-***-**-** nömrəli mobil telefonu istifadə etmək adı ilə alıb bir neçə dəfə müxtəlif kodlardan istifadə etdikdən sonra təsadüfən öyrənmiş olduğu kodla mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs 4169 7388 9600 0860 nömrəli «Kapital Bank" hesab kartından 75.39 manat, 50 manat, 20 manat, 30 manat, 9.8 manat, həmin tarixdə və saat da "xxxx" ASC-yə aid 4169 7388 5303 5800 nömrəli kart hesabından 26 manat, 2 manat və xx.xx.2025-ci il tarixdə saat 11:07-də "X5" ASC-yə aid 5315 9921 5257 6507 nömrəli kart hesabından 135 manat, 2.03 manat, 4.38 manat, 3 manat, 292 manat və 200 manat olmaqla ümumilikdə 848.88 (səkkiz yüz qırx səkkiz manat) pul vəsaitlərini onlayn pullu oyunlar üçün köçürmüşdür. (i.v. 94-95). 05 sentyabr 2025-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-1-ci maddəsinə tövsif edilmişdir (i.v. 96-97); 05 sentyabr 2025-ci il tarixli “təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 99-100); təqsirləndirilən şəxsin MSY-dan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 05 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 115-116); 19 sentyabr 2025-ci il tarixli “məcburi gətirilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin İŞ-nə məcburi gətirilməsi qərara alınmışdır (i.v. 121); 01 oktyabr 2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v. 124). 01 oktyabr 2025-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilib istintaqa təqdim edilənədək icraat dayandırılmışdır (i.v. 125); Xətai rayonu 36-cı Polis bölməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmuşdur (i.v. 130); 21 oktyabr 2025-ci il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 131); 21 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutlmuş cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 21 oktyabr 2025-ci il tarixdə Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq istintaq şöbəsinə təqdim edilmişdir. Həmin günü müstəntiq tərəfindən iş üzrə icraat Azərbaycan Respublikası CPMnin 279.1.1-ci maddəsinə əsasən təzələnmiş və Təqsirləndirilən şəxsla bir sıra zəruri istintaq hərəkətləri yerinə yetirildikdən sonra həmin günü, yəni 21 oktyabr 2025-ci il tarixdə sərbəst buraxılmışdır. 07 noyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə haqqında" qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178 və 180-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi və sənədə baxış keçirilməsi protokolu iş üzrə sübut növü kimi qiymətləndirilmiş, cinayət işinə əlavə edilmiş "xxxx" ASC tərəfindən 02 ədəd A4 formatında təqdim edilmiş bank əməliyyatlarına dair çıxarışlar, "X5" ASC tərəfindən 01 ədəd A4 formatında təqdim edilmiş bank əməliyyatlarına dair çıxarışlar maddi sübut kimi tanınmış, cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 848.88 manat məbləğdə olması nəzərə alınmışdır (i.v 138-147). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.2.3-1-ci maddəsinə əsasən özgənin əmlakını xeyli miqdarda gizli olaraq talamabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52- 1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmək üçün cinayət işi materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 28 (iyirmi səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 06 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 11 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs 24 may 2025-ci il tarixdən 26 may 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, 04 sentyabr 2025-ci il tarixdən 05 sentyabr 2025-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət və 21 oktyabr 2025-ci il tarixdə tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) gün ona təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - "xxxx" ASC tərəfindən təqdim edilmiş 02 ədəd, "X5" ASC tərəfindən təqdim edilmiş 01 ədəd A4 formatlı vərəqədə göstərilmiş bank əməliyyatlarına dair çıxarışlar cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 28 (iyirmi səkkiz) saat ərzində hüquqi yardım göstərdiyinə görə Alyans Vəkil bürosunun vəkili Müdafiəçi 308 (üç yüz səkkiz) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar