Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-556/2025 12.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 və onun nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs X4 müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də baş mütəxəssis vəzifəsində işləyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi Müdafiəçi xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, xüsusi ittihamçı Zarina Zakirova barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 doğulmuşdur. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1803/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, azyaşlı uşaq ananın himayəsinə verilmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 xüsusi ittihamçı Zarina Zakirova ilə boşanmasının səbəbi kimi arvadının ona xəyanət etdiyini bildirmiş və son 1-2 il ərzində mütəmadi olaraq hər yerdə bütün ümumi tanışlarına bu əsassız ittihamları danışmışdır. Hətta iş o yerə gəlib çıxıb ki, Ç.Yəhyayev Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ümumi uşaqları Sibelin atası olmadığını iddia etmişdir. Lakin həmin iş üzrə alınmış №515/2024-MTBŞ saylı xx.xx.2024-ci il tarixli ekspert rəyinə əsasən, Ç.Yəhyayevlə qızı S.Yəhyayevanın valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edildiyindən Ç.Yəhyayev iddiasını geri götürmüşdür. Bundan sonra X11 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ondan tutulan alimentin miqdarının azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia üzrə Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazovanın icraatında olan (011)-4221/2025 saylı mülki iş üzrə təyin edilmiş xx.xx.2025 tarixli baxış iclasında çıxış edərkən Ç.Yəhyayev məhkəməyə bildirmişdir ki, keçmiş arvadı Zarina Zakirova onun doğma qardaşı ilə intim münasibətdə olaraq ona xəyanət etmişdir. Həmin zaman məhkəmə iclas zalında hakim X7 və məhkəmə iclas katibi X2 başqa, cavabdehin vəkili və nümayəndəsi, sonuncunun köməkçisi, digər məhkəmə proseslərini gözləyən başqa işlər üzrə tərəflər (təxmini 10-12 nəfər) var idi. İclasdan sonra Zarina Zakirovanın vəkili olaraq ona bu barədə məlumat verdiyində xüsusi ittihamçı özünü təhqir edilmiş hesab etmiş, söylənilənlərin yalan və böhtan olduğunu bildirmişdir. Ç.Yəhyayevdən dediklərini təkzib etməyi və üzr istəməyini tələb etsələr də, o, bir daha vurğulamışdır ki, əmindir ki, arvadı ona xəyanət etmiş, bu barədə hansısa xəyali sübutları vardır. Çingiz Yəhyayev tərəfindən böhtan əməlinə görə Zarina Zakirova güclü stres və mənəvi sarsıntı keçirmişdir. Zarina Zakirovanın himayəsində azyaşlı qız uşağı olduğundan, o, keçmiş əri Çingiz Yəhyayev tərəfindən uydurulmuş və həqiqətə uyğun olmayan bu xəyanət barədə böhtan fikirlərin onun cəmiyyətdəki nüfuzuna zərər vurduğunu hesab edir. Hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 xx.xx.2025 tarixdə saat 17:00 radələrində Xətai Rayon Məhkəməsinin ünvan 2 ünvanında yerləşən inzibati binasında 4 nömrəli məhkəmə iclas zalında ifadə verərkən öncədən yalan olduğunu bilərək Zarina Zakirova barəsində ifadəsində işlətdiyi böhtan xarakterli ifadələr Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli kimi qiymətləndirilməli, xüsusi ittihamçı X1 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi çıxışda ifadə edilməsi kimi hesab edilməli və Ç.Yəhyayev bu əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Xüsusi ittihamçı sözügedən cinayətin törədilməsi hallarını təsdiq edəcək Xətai Rayon Məhkəməsinin 4 nömrəli məhkəmə iclas zalında xx.xx.2025 tarixdə saat 17:00 radələrində qeydə alınan fasiləsiz audio yazı materiallarında mövcuddur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarda həmçinin qeyd edilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Həmçinin, X1 nümayəndəsi Müdafiəçi xüsusi ittiham qaydasında şikayət ərizəsinə əlavə təqdim edərək qeyd etmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət ərizəsi tərəfindən, yəni 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həmin vəkil bürosunun ünvan 3 ünvanda yerləşən inzibati binasında xx.xx.2025-ci il tarixdə, saat 15:00-da tərtib edilməyə başlanılmış və həmin gün saat 17:00-da yekunlaşmışdır. Daha sonra xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, barəsində şikayət olunan şəxsin əməlini sübut edəcək yeganə dəlil Xətai Rayon Məhkəməsinin inzibati binasında 4 saylı məhkəmə iclas zalında xx.xx.2025-ci il tarixdə saat 16:35-də olan iclasın videogörüntüsü olmalı idi. Belə ki, həmin iclas zamanı Çingiz Yəhyayev hakim Samirə Eyvazovanın suallarına cavab verərkən yalan olduğunu bilərək Z.Zakirova barəsində böhtan xarakterli ifadələr işlətmişdir. Lakin tərəfindən sonradan həmin iclasın videogörüntüsünə baxış keçirilərkən məlum olmuşdur ki, məhkəmə elektron sisteminin qüsuru nəticəsində iclas sona qədər yazılmamışdır, xüsusən də böhtan xarakterli ifadələr işlədilərkən iclasın auidio-video protokolu aparılmamışdır. Belə olan halda Çingiz Yəhyayevin təqsirləndirilən şəxs qismində cəlb olunması üçün təqsiri sübuta yetirilə bilmədiyindən xüsusi ittiham qaydasında şikayətdən imtina etmək məcburiyyətində qalmışlar. Odur ki, xüsusi ittihamçı Zarina Zakirovanın təqsirləndirilən şəxs X4 Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətdən imtina edirlər. İclasın xüsusi ittihamçının və nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmirlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs X6 və onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili Nümayəndə hər biri ayrı-ayrılıqda xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə, proses iştirakşılarını dinləyib, xüsusi ittiham qaydasında şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, X4 Azərbaycan Respublikasının CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraataməhkəmə tərəfindən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1 -ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X3 xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyindən şikayət üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37, 39, 41, 43, 344, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xüsusi ittihamçı X3 şikayətindən imtina etdiyindən xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-556/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-556/2025
12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver