Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-557/2025 23.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi – Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək guya sonuncunu direktor vəzifəsinə işə düzəlməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 6 saylı internat məktəbinə direktor vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadıb 12 oktyabr 2023-cü il tarixdə təxminən saat 13-14 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 14/1 ünvanında yerləşən "Qədim Qəbələ" restoranında Zərərçəkmiş şəxs 10.000 manat nagd pul vəsaitini alıb cinayət təbiqi başlanana qədər 4.000 manatını Zərərçəkmiş şəxs qaytarmaqla 6.000 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 6.000 (altı min) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən dörd il olar ki, Zərifə adı qadını tanımış. Zərifə adlı qadın Bakı şəhərində hansısa bağçaların birində direktor vəzifəsində işləyir. 2023-cü ilin sentyabr ayında Zərifə xanımla söhbət əsnasında demişdir ki, onun tanışı Rəxşəndə adlı qadın 208 saylı bagçada işləyir, istəyir ki, iş yerini Xəzər rayonu, Türkan qəsəbəsinə direktor vəzifəsinə dəyişsin, demişdir ki, bu işə görə 10000 manat pul lazımdır, ilkin işə başlamaq üçün müəyyən məbləğdə pul verməlidir, demişdir ki, Rəxşəndənin işini özü adını çəkmədiyi tanışının vasitəsi ilə düzəldəcək. Rəxşəndə də inanıb razılaşmış, 12 oktyabr 2023-cü il tarixdə təxminən saat 13-14 radələrində Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Qəbələ” restoranına gedib restoranın otaqlarının birində oturub Rəxşəndəni gözləmiş və bir qədər sonra Rəxşəndə tanışı Zərifə adlı qadınla yanına gələrək onun yanında olan Arzunu Rəxşəndəyə təqdim edərək demişdir ki, Rəxşəndənin işini Arzu adlı qadınla birlikdə düzəldəcəklər, işə başlamaq üçün 10000 manat pul verməlidir. Rəxşəndə Zərifə adlı tanışının yanında 10000 manat pulu və ali məktəbi bitirməyi barədə iki ədəd diplomunu ona vermiş. pulu sayıb demişdir ki, 2 ay müddətində Rəxşəndəni Türkan qəsəbəsində yerləşən internat məktəbinə direktor vəzifəsinə işə düzəldəcək. Daha sonra Arzu adlı qadınla çıxıb getmiş, Rəxşəndəyə demişdir ki, 2023-cü ilin dekabr ayında işə çıxacaq. Lakin deyilən vaxtda Rəxşəndənin işini düzəltməmiş, pulu öz ehtiyaclarına sərf etmişdir. Sonradan Rəxşəndə zəng edib demişdir ki, işini nə üçün düzəltmir, demişdir ki, bir az gözləsin proses gedir. 2023-cü ilin dekabr ayında Rəxşəndəyə zəng edib demişdir ki, əmək kitabçasının, şəxsiyyət vəsiqəsinin surətləri və SV yazıb gətirib ona versin. Rəxşəndəyə demişdir ki, sənədləri toplayıb ona versin. Rəxşəndə də həmin sənədləri düzəldib Sahil metrosunun yaxınlığında onunla görüşüb sənədləri ona vermiş, demişdir ki, 2024-cü ilin yanvar ayının 10-da iş düzələcəkdir. Lakin dediyi vaxtda Rəxşəndənin işi düzəlməmiş, demişdir ki, 2024-cü ilin yanvar ayının 18-də Təhsil Nazirliyinə qəbula gedəcəkdir. Rəxşəndə həmin tarixdə TN-nə getdiyi vaxt ona zəng edib demişdir ki, bu gün getməsin, özü deyəcək. Bundan sonra Rəxşəndə başa düşmüşdür ki, onu aldadır, ondan 10000 manat pulunu tələb etməyə başlamış, demişdir ki, ondan şikayət edəcək pulunu qaytarsın. Demişdir ki, şikayət etməsin, vaxt versin pulu qaytaracaqdır. 2024-cü ilin iyul ayınadək Rəxşəndəyə müxtəlif vədlər verərək vaxtı uzatmış. 2024-cü ilin iyul ayında 3 dəfəyə Rəxşəndənin bank kartına 4000 manat pul göndərmiş, demişdir ki, qalan pulu sentyabr ayında qaytaracaq. Lakin dediyi vaxtda qalan 6000 manat pulu qaytara bilməmişdir. 2025-ci ilin aprel ayına qədər Rəxşəndəyə heç bir məbləğdə pul qaytarmamışdır. 2025-ci ilin aprel ayının 18-də Rəxşəndə Xətai RPİ-nin 37ci PŞ-nə gedib onun barəsində şikayət ərizəsi yazmış, şikayət ərizəsindən sonra Rəxşəndəyə hissə-hissə 2900 manat pul qaytarsa da qalan 3100 manat pulu qaytara bilməmişdir. Rəxşəndə pulu istəyən vaxt müxtəlif vədlər gətirərək vaxtı uzatmış, lakin sonradan Rəxşəndə pullarının hamısını yəni 10000 manatını özü qaytarmış, Rəxşəndəyə heç bir məbləğdə verəcəyi yoxdur. Rəxşəndədən 10000 manat pulu alan zaman Arzu onun yanında olsa da Rəxşəndədən aldığı 10000 manat puldan Arzuya heç bir məbləğdə pul verməmiş, pulları öz ehtiyaclarına xərcləmiş, Rəxşəndəni özü işə düzəltmək istəmiş, lakin iş alınmadığı üçün onun pullarının hamısını qaytarmışdır. Rəxşəndəni Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 6 saylı internat məktəbinə direktor vəzifəsinə işə düzəldilməsi işini özü ona demiş, istəmişdir ki, Rəxşəndəni həmin məktəbə işə düzəltsin və bunun üçün ondan əlbə-əl 10000 manat pulu da özü alıb öz ehtiyaclarına xərcləmiş, lakin sonradan iş alınmadığı üçün Rəxşəndənin 4000 manatını onun özünə qaytarmış, 6000 manatını isə vaxtında qaytara bilməmişdir. Buna görə də Rəxşəndə ondan polisə şikayət etmiş, Xətai RPİ-nin 37-ci PŞ-də araşdırma zamanı Rəxşəndəyə əlavə 2900 manat da qaytarmış, 3100 manat qalmışdır. Sonradan da həmin məbləği ona qaytarmışdır. Rəxşəndənin 10000 manatını aldıqdan sonra Arzuya verməmiş, Arzu sadəcə Rəxşəndədən 10000 manat pulu alan zaman onun yanında olmuş, sonradan isə iş düzəlmədiyindən Samirə ondan pulunu istəyən zaman Arzu da ona demişdir ki, səbirli olsun iş düzələcəkdir. Özü də Arzuya demişdir ki, Rəxşəndənin işini düzəldəcək. X4 məxsus 10000 manat pulun alınmasında onunla heç vaxt əlbir olmamış, ona heç bir məbləğdə pul verməmişdir. Rəxşəndənin 10000 manatını özü ələ keçirib öz ehtiyaclarına sərf etmişdir. Bütün bunlara baxmayaraq Rəxşəndənin 10000 manatını qaytarmışdır. Sonda isə Təqsirləndirilən şəxs özünü təqsirli bildiyini, zərərçəkmiş şəxsə dəyən ziyanı tam şəkildə ödədiyini bildirərək barəsində amnistiya aktı tətbiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08 avqust 2025-ci il tarixli cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin İŞ- də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir (i.v. 1); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şəmkir RPŞ tərəfindən AR CMnin 178.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işinin icraatına xx.xx.2025-ci il tarixdə AR CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir (i.v 19-20). 11 avqust 2025-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 23); 12 avqust 2025-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 26); 28 avqust 2025-ci il tarixli “məcburi gətirilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin İŞ-nə məcburi gətirilməsi qərara alınmışdır (i.v. 33); 18 sentyabr 2025-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 47); 13 noyabr 2025-ci il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 49); 13 noyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutlarün məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxs X2, şahid qismində dindirilmiş Şahid1, Şahid2 ifadələri və digər sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət işi başlanılması rədd edilmişdir ( i.v. 57-62); 13 noyabr 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır (i.v 72-73); 13 noyabr 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 81-82); Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o özünü Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə təqsirli bilir, məhkəmədən “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsi ilə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 1.12-ci bəndinə əsasən qadınlar təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar(bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6-cı bəndinə əsasən “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxs X1 əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. 7.4-cü bəndində nəzərdə tutulmuş məhdudiyyət, yəni maddi ziyanın tam olaraq ödənilməsi hazırkı iş üzrə təmin olunmuşdur.
10. Bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. 19.5. məhkəmələr-bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində Amnistiyanı Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq tətbiq edirlər. 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir, həmin Qərarının 5.1-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Dövlət ittihamçısı çıxış edərək “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.12-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Alyans Vəkil bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 30 (otuz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 30 (otuz) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri Alyans Vəkil bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Aygün Həsənova