Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-558/2024 26.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Saatlı rayonu, Əlisoltanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Əlisoltanlı kəndində qeydiyyatda olan ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,599 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 01 avqust 2024-cü il tarixdə, saat 15:50-də Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılıb ünvan 3İ-nin 35-ci PB-yə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 0,599 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək bildirmişdir ki, onun üzərində narkotik vasitə olmamışdır. Tanış usta onu maşınla başqa ünvana aparmasını xahiş etmiş, o da, gecə növbəsindən çıxaraq onu götürməyə getmişdir. Daha sonra usta ona bildirmişdir ki, biraz yatıb yorğunluqları çıxandan sonra gedərlər. Polis əməkdaşları içəri daxil olaraq onları aparmışlar. Bölmədə olarkən polis əməkdaşları onu hədələyərək narkotik vasitənin ona məxsus olmasını bildirməsini tələb etmiş, o da müvafiq sənədlərə imza etmişdir. Polis əməkdaşları onu döyməmişlər. Himayəsində azyaşlı uşağının olmasını və barəsində ədalətli höküm çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, İs uzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X8 ona elan edilmis Azarbaycan Respublikau CM-in 214 1-ci maddasi da nəzərdə tutulan ittihamda özünu taqsirli bilərək dadasında göstərmişdir ki. Saath rayonu, Əlisoltanı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ev 23 unvanında atau X9 ilə birlikdə yaşayır. 2016-cı ildə ailə həyatı qurmuşdur və hamin nigahdan bir azyaşı. anadangəlmə fiziki və əqli qüsurlu övladı var. 2021-ci ildə rəsmi olaraq boşanmış, hazırda subaydır və övladına görə aliment ödəyir. Bir neçə ay müddətdir ki, psixotrop maddə metamfetamini çəkmək üsulu ilə istifadə edir. Buna onu heç kim təhrik etmasa da, psixotrop maddə metamfetamini tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Abşeron rayon ərazisində olduğu zaman metamfetamin aldə etmək qərarına gəlmişdir. Orada tasadufan əvvəllər tanımadığı, xarici görünuşuna gora taxminən 35 yaşlarında, orta boylu, saqqallı və arıq bədən quruluşlu şəxsia rastlaşıb həmsöhbət olmuşdur. Ünsiyyət əsnasında ona paxotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir. Həmin şəxs ona uzun muddatdır ki, narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu demiş və ona özünündə psixotrop maddə olan metamfetamini tapmaqda köməklik edəcəyini bildirmişdir. Bundan sonra uzərində olan 30 manat pulu həmin şəxsə vermişdir. Həmin şəxs bir qədər gözləməsini demiş və 10-15 dəqiqə sonra qayıdaraq, verdiyi 30 manat pulun qarşılığında 1 ədəd sellofan bukumdə psixotrop maddə metamfetamini ona vermişdir. Hamin günü metamfetamini istifadə etməmiş və səhəri gün iş yerinə günluk növhəyə getmişdir. 01 avqust 2024-cu il tarixdə səhər saatlarında iş növbəsindən çıxıb, yatıb dincəlmək məqsədilə Xətai rayonu Dənizçi kuçəsində yaşayan dostu X3 yanına getmişdir. xx.xx.2024-cu il tarixdə saat 15:50-də ünvan 5 ünvanının qarşısında. dostu Kamil Ədilovla birlikdə olduğu zaman onlara polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək PŞ-nə dəvət etmişlər. Həmin vaxt Kamil Ədilov polis əməkdaşlarından qaçmağa çalışmış və qələmlə qarın nahiyəsindən özünə xəsarət yetirmişdir. O, isə heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 35-ci PB-nə getmişdir. PŞ-də olarkən psixotrop maddə istifadəçisi elduğunu və azərində bir bukum metamfetamin olduğunu bildirmişdir. Bundan sonra orada xidməti otaqların birində polis əməkdaşları və ona təqdim edilmiş mudafiəçının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdır Mudafiəçisinin və onu PŞ-na gətirən polis əməkdaşlarının iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki tund göy rəngli cins şalvarın sağ yan cibindən içərisində metamfetamin olan həmin bir ədəd bükumu çıxarıb təqdim etmişdir. Həmin psixotrop maddə elektron tərəzi vasitəsi ilə çəkılmış və çəkisinin bükulduyü sellofan kəsiyi ilə birlikdə 0.70 qramda olması muəyyən edilmişdir. İçərisində metamfetamin olan həmin büküm zərlə qoyulub, möhürlənmiş və o, özü də daxil olmaqla bütün iştirakçılar tərəfindən zərfin üzəri imzalandıqdan sonra möhürlənmişdir. Psixotrop maddədən istifada etsa da, heç vaxt narkotik vauta va sa psixotrop maddalarin satisi ila maskul olmamis, heç kəsə pay olaraq vermamisdir. Abşeron rayonu arazisində psixotrop maddani alda edərkən tək olmusdur. Polis əməkdaşları tərəfindan saxlanılanda uzarinda mobil telefon olmamışdır. Bela ki. saxlanılmamısdan bir neçə əvvəl mobil telefonunu itirmişdir Ancaq əvvəllər istifadəsində ***-***-**-** 070-377-55- mobil nömrələr olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsində olarkan ona qarsa har hansı fiziki güc tətbiq edilməmisdir.(i.v 65-67) Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, malum və qərəzsuz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə Polis şöbəsinin rəhbərliyinə məruzə edilmişdir. Şöbə rahbarliyının göstərişindən sonra Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün amaliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. 01 avqust 2024-cu il tarixdə ünvan 2 ünvanın qarşısına getmişlər. Saat 15:50-da əməliyyat məlumatına əsasən xarici görunuş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsın digər bir şaxsla piyada hərəkət etdiyini görub onlara yaxınlaşaraq xidməti vəəqələrini göstərib, özlərini taqdim edərək, həmin şəxslərdən də özlərini təqdim etmələrini istəmişlər. Həmin şəxslər biri özünu Təqsirləndirilən şəxs, digəri isə X2 təqdim etmişdir. Bundan sonra hamin şəxslərə psixotrop maddalarin və narkotik vasitələrin qanunsuz dövriyyəsində sübhali olduqlarını bildirərək, uzərlərində şansı axtarış keçirilməsi zərurəti yarandığından Xatai RPİ-nin 35-ci PS-na dəvət etmişlər. Təqsirləndirilən şəxs Təvəkkul oğlu və X10 buna etiraz etmədikdən sonra onları Xətai RPİ-nin 35-ci PŞ-nə aparıb, şəxsiyyətini yoxladıqda hamin şəxslərdən birinin həqiqətən də xx.xx.1986-cı il təvəllüdlu Təqsirləndirilən şəxs digərinin isə X10 olduqlarları müəyən edilmişdir. Təqsirləndirilən şəxs va X4 P5-nə gətirilmələri barədə PŞ-nin rəhbərliyinə yazılı raportla müraciət etmişlər. Göstərişə əsasən Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün təhqiqatçı, polis kapitanı Ramil İbrahimova təhvil vermişlər. Təqsirləndirilən şəxs özünün müdafiəçi tutmağa maddi imkanı olmadığını bildirdiyindən dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Vusal Əliyev vəkillə təklikdə görüşdükdən sonra hamin vəkil tərəfindən huquqlarının qorunmasına etirazının olmadığını bıldırmışdır. Bundan sonra həmin vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmaqla huquq va vazifələrini izah edilmişdir. Daha sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs Təvəkkul oğlunun üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümünü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də başqa hər hansı bir madda, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində ağ rəngli maddə olduğu görünmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan kütlənin nə olması, nə vaxt, nə məqsədlə əldə edildiyi soruşulduqda o, həmin bükümdə olan kütlənin "patı" adı ilə tanıdığı psixotrop maddə-metamfetamin olduğunu, Abşeron rayonu ərazisində tanımadığı va anket məlumatlarını bilmədiyi şəxsdən 30 manat müqabilində aldığını və özü istifadə etmək üçün üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki güc tədbiq edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış digər Şahid1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Şahid1 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsi elan edilmiş, həmini ifadəsində o, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 01 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2024-cü il tarixdə, saat 17:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 15:50-dən hesablanmışdır (i.v. 19); şəxsi axtarış və götürmə aparılması haqqında 01 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 35-ci PŞ-nin baş əməliyyat müvəkkili, Şahid1, Xətai RPİ-nin 35-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə aparılmış, şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prossessual hərəkətin aparılması zamanı “Samsunq” markalı video kameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vastələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 1 ədəd içərisində ağ rəngli spesifik qoxuya malik, psixotrop maddə olan metamfetaminə bənzər maddə olan bükümü təqdim edərək bükümün içərisindəki maddənin metamfetamin olmasını, həmin narkotik vasitəni, əvvəlcədən sosial şəbəkədə əlaqə saxladığı tanımadığı şəxsdən Abşeron rayonu ərazisində 30 manata almasını şəxsi istifadəsi üçün üzərində gəzdirərkən xx.xx.2024-ci il tarixdə ünvan 2 Ünvanın qarşısında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin çəkisinin müəyyən etmək məqsədilə "Pocket Scale" markalı elektron tərəzi ilə çəkilən zaman 01 ədəd ədəd şəffaf sellofana bükülmüş, içərisində ağ rəngli spesifik qoxuya malik olan psixotrop maddə olan metamfetaminə bənzər kütlənin çəkisinin 0.70 qram olması müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da heç bir əşya və predmet aşkar olunmadı. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş, İçərisində ağ rəngli spesifik qoxuya malik olan psixotrop maddə olan metamfetaminə bənzər maddənin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür.(i.v. 30-31); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3942 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №154" dairəvi möhür əksi olan, "Əliyev” sözü, soyadlar və imzalar qeyd edilmiş vəziyyətdə bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,599 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı 1) daxildir. Təqdim edilmiş bir büküm olduğundan müqayisəli tədqiqat aparılması mümkün deyildir. (i.v 37-39); (ekspertiza xərci 65 manat) təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona müvafiq maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 53-54); 033257 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il tarixli X12 adlı övladı vardır.(i.v 68) 03 avqust 2024-cü il tarixli vəsatətin müdafiəsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi İstintaq Şöbəsinin müstəntiqi Həmid Ağayevin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və onun dərhal Xətai RPİ MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v 80-81) 03 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v 82-83) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v 91); 26 avqust 2024-cü il tarixli Azərbaycan Republikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” publik hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixatriya Xəstəxanasında müalicədə olmamışdır. (i.v 102) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 5714 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan və kannabinoidlərdən istifadə etmə halları olub. Lakin Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.(i.v.103-104); sübutların qiymətləndirilməsi haqqında 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikau CM-nın 234 1-ci maddəsi ilə elan olunmuş ituham və harasində seçilmiş "başqa yera getməmək haqqında iltizam" qətimkan tadbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, iş üzrə taqsirləndirilən şəxs X6 əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilməsi, Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilən qayda ilə təqsirlənsirilən şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasən olmaması nəzərə alınması, məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3942 nömrəli rayi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 5714 nömrəli rəyi üzrə sübut əhəmiyyət kəsb etdiyindən, subut novu kımı qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs Təvəkkul oğlundan aşkar edilarak götürülmüş psixotrop maddə metamfetaminin çəkisi eskpert rəyinə uyğun təmiz çəkisi 0,599 qram hesab edilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop madds metamfetaminın təmiz çakısı 0,599 qram maddi sübut kimi tanınması və qalıq qalmış 0.549 qram psixotrop maddə metamfetamin saxlanması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 adad DVD-R formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınsın və istintaq materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- in 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədiyi nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.4-cu maddəsinə əsasən məsuliyyətinı yüngülləşdirən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması halı nəzərə alınması, Təqsirləndirilən şəxs ilə birlikdə xx.xx.2024-cü il tarixda saxlanılaraq Xətai RPİ-nin 35-ci PÇnə gətirilmiş X4 üzərinə şəxsi axtarış keçirilərəkən əynindəki göy rəngli salvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümündə 0,394 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülməsi faktı ilə bağlı 02 avqust 2024-cü il tarixdə X4 barəsində Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polios mayoru Camal Qubadov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanması və Kamil Əbilovun həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs oğunun qanunsuz əldə etdiyi narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmaqla icraata qəbul edilsin və qərarın surəti əməliyyat-axtarış tədbirlərinin gücləndiriməsindən ötrü Xətai RPİ- nin 35-ci PŞ-nə göndərilməsi qərara alınmışdır. (i.v.113-118); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə şəxsi axtarış və götürmə aparılması haqqında 01 avqust 2024-cü il tarixli protokolda qeyd olunanlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında üzərində narkotik vasitə olmaması, polis əməkdaşlarının onu hədələməsi səbəbindən sənədlərə qol çəkməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü cinayət məsuliyyətindən kənarda qoymaq niyyətinə dəlalət edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə vermiş olduğu ifadələrində özünü təqsirli bilərək ittihamda qeyd olunan narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Qeyd edilməsi zəruridir ki, Təqsirləndirilən şəxs döyülməmiş, özü də məhkəmə iclas zalında döyülməməsini bildirmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdarının aşağı həddi 0,15 qram təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını(CM 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD disk cinayət işi materillarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayon ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02(iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin olunmuş 02(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxsnın üzərində 01 (bir) il 05(beş) 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan qalıq qalmış 0,549 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-558/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-558/2024
26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver