Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-559/2023 01.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, qəssab işləyən, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,232 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Xətai RPİnin 36-cı PŞ-nin və həmin idarənin CAŞ-nin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilərkən o, 08 iyul 2023-cü il tarixdə saat 23:40-da ünvan 2 ünvanı qarşısında saxlanılıb ünvan 3tai RPİ-nin 36-cı PŞ-nə gətirilərək müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,232 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, özünün etirafedici ifadəsi ilə yanaşı, təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Xəyal” ticarət mərkəzində ət satışı dükanında qəssab olaraq işləmişdir. Hazırda subaydır, 2004-cü ildə ailə həyatı qurmuş, 2005-ci ildə boşanmış, 1 övladı vardır. Uzun müddətdir ki, narkotik vasitə istifadə edir, yeni başladığı vaxtlarda narkotik vasitə sayılan qurudulmuş marixuana istifadə etmiş, sonradan heroin və psixotrop maddə metamfetamin istifadə etməyə başlamışdır. İstifadə etdiyi narkotik vasitələri hər dəfə müxtəlif yerlərdən əldə etsə də, sonuncu dəfə 07 iyul 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində olan zaman əvvəllər də narkotik vasitə aldığı, üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi həmin şəxsi uzaqdan görmüş, həmin şəxsə yaxınlaşaraq “kakos” deyilən narkotik vasitə heroin almaq istədiyini dedikdən sonra 10 AZN ödəməklə almış, həmin bükümü əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyaraq münasib vaxtda istifadə etməyi fikirləşmişdir. Həmin gün saat 23 radələrində yaşadığı Maştağa qəsəbəsində olarkən 4-5 aydır ki münasibəti olan Şahid4 onunla ***-***- **-** mobil nömrəsi ilə əlaqə saxlayaraq Həzi Aslanov metrostansiyası tərəfə gedib gəlmələrini xahiş etmiş və avtomobil tapmağını istəmiş, ardınca o yaşadığı qəsəbədən tanıdığı taksi sürücüsü Şahid3 ilə əlaqə saxlayaraq bir ünvana gedib gələcəklərini bildirib gəlməsini xahiş etmiş, Vasif idarə etdiyi “Toyota Prius” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 5 ünvanı qarşısına gəlmiş və Dünyaxanım ilə o avtomobilə əyləşmişlər. Yolda olan zaman Dünyaxanım ona İran İslam Respublikası vətəndaşı ilə “İnstaqram” sosial şəbəkəsində tanış olmasını, həmin şəxsin istəyi əsasında narkotik vasitə götürərək başqa ünvana qoyub qarşılığında pul əldə edəcəyini demiş, o isə Dünyaxanıma bunu etməməsini dəfələrlə bildirsə də buna məhəl qoymamış və aralarında danışa-danışa “Həzi Aslanov” metrostansiyası yaxınlığına çatmalarını görmüş, saat 23:30 radələrində Xətai rayonu, M.Hadi 113 ünvanında olarkən Dünyaxanım taksidən düşmüş və bir neçə dəqiqə sonra bağlamanı götürüb gələrkən saat 23:40 radələrində mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və onların narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını söyləmişlər. Bundan sonra onlar Xətai RPİ-nin 36-cı polis şöbəsinə dəvət edilmişlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunaraq şöbəyə müdafiəçi dəvət olunmuş, bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmiş, bu təklifdən sonra o könüllü qaydada əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü və həmin şalvarın sol yan cibindən içərisində ***-***-**-** mobil nömrəsi olan “Samsung Galaxy J2” markalı mobil telefonu çıxarıb təqdim etmiş, bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və 01 ədəd narkotik vasitə heroin olan bükümün şəffaf sellofan ilə birlikdə 0,34 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş bükümlər zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzərində imzalar çəkilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Nadir oğlu ifadəsində bildirmişdir ki, Xətai RPİ-nin 36-cı PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Şahid4 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuş, həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün bölmə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 4 nəfərdən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun rəhbəri Şahid1, digər üzvləri isə mən, həmin şöbənin kiçik inspektorları polis serjantı Əli Axundov və polis baş serjantı Həsən Seyid olmuşdur. 07 iyul 2023-cü il tarixdə saat 23:40 radələrində ünvan 2 ünvanı yaxılığında Şahid4 “Toyota Prius” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşən zaman görüb ona yaxınlaşmışlar. Onlar yaxınlaşan zaman Təqsirləndirilən şəxs və qeyd olunan avtomobili idarə edən Şahid3 da orada olmuş, xidməti vəsiqələrini göstərərək özlərini onlara təqdim edərək onların da özlərini təqdim etmələrini bildirmişlər. Bu zaman onlardan biri özünü xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsləri 36-cı polis bölməsinə dəvət etmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, bölməyə Bakı şəhəri, Vəkillər kollegiyasının 13 saylı Vəkil Bürosundan müdafiəçi dəvət olunmuş, onun, müdafiəçinin, Xətai RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə baş təhqiqatçı Aslan Rəhimov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmiş, təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə olan bükümü, həmin şalvarının sol yan cibindən isə 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş, təhqiqatçı həmin bükümü açaraq içərisinə baxmış, sTəqsirləndirilən şəxs cibindən çıxardığı həmin maddənin “kakos” adlanan narkotik vasitə olduğunu və onu şəxsi istifadə məqsədi ilə “Zabrat” qəsəbəsində tanımadığı şəxsdən 10 manat ödəməklə aldığını bildirmiş, sonra təhqiqatçı Aslan Rəhimov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim olunan narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş və onun 0,34 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş və zərf şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi, təhqiqatçı, o və digər əməliyyat müvəkkili tərəfindən imzalanmışdır. İş üzrə digər şahidlər Şahid1 və Şahid3 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Şahid4 isə 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanıldığından onun gətirilməsini təmin etmək mümkün olmamışdır. Məhkəmə, işə Şahid1, Şahid3 və Şahid4 iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan olunmuşdur. Həmin ifadələrində onlar, iş üzrə digər Şahid2 Nadir oğlunun ifadəsindəki xüsusatlarla oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 08 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə ********* cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 08 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2023-cü-ci il tarixdə, saat 23:40-da tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 23:40-dan hesablanmışdır (i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında 08 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 36-ci PB-nın əməliyyat müvəkkili, Şahid1, Xətai RPİ-nin CAŞ-nin əməliyyat müvvəkili Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, Xətai RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili X3 və müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsung” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd açıq rəngli sellofana bükülmüş, içində qəhvəyi rəngli toz şəkilli narkotik maddəyə bükülünü çıxararaq təqdim etmişdir. Həmin bükümdəki maddə elektron tərəzidə çəkilmiş və həmin sellofandakı toz şəkilli kütlənin çəkisi qablaşdırma ilə birlikdə 0,34 qram olması müəyyən edilmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindı olan qara rəngli cins şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdəki narkotik maddəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 151 saylı möhürü ilə möhürlənərək götürülmüş, həmçinin Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. (i.v. 32-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyul 2023-ci il tarixli, 3-16-16/2-6/3685 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün №151" dairəvi möhür əksi, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,232 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmçinin Təqsirləndirilən şəxs Naidr oğlundan aşkar edilərək götürülmüş heroin və Şahid4 aşkar edilərək götürülmüş heroinlər kimyəvi tərkiblərinə görə müxtəlifdirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin tarixdə, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 53- 54); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2023-cü il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 07 iyul 2023-cü il tarixdən hesablanması qərara alınmış, daha sonra həbsdə saxlama müddətinin 07 oktyabr 2023-cü il tarixdə bitməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 gün uzadılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin 10206 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb(i.v 90) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 5025 nömrəli rəyindən görünür ki, Müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.( i.v. 106-107); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1999-cu il tarixdə Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin hökmü ilə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli "Amnistiya" qərarının 3.4-cü bəndinə əsasən cəzası 1/3 hissəyə qədər azaldılmış, üzərində 05 ay 03 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, xx.xx.2001-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. xx.xx.2007-ci il tarixdə Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmənin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hökmü ilə 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli "Amnistiya" qərarının 3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin hökmü ilə 11 ay 29 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 ay 11 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. (i.v. 103-105); Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasında məhkum edilmiş, AR Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 1 gün həmin cəzadan çıxılaraq üzərində qəti olaraq 11 ay 29 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının əvvəlinin 16 dekabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınması hökm olunmuşdur (i.v 109-111) sübutların qiymətləndirilməsi haqqında 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvədə saxlanılması və barəsində seçilmiş "həbs” qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi və Azərbaycan Respublikası Baş prokurorunun "İşin təşkili qaydalarının" 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materialların cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, şahid ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/3685 nömrəli, məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli 5025 nömrəli rəyləri toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uygun gəldiyindən iş üzrə mötəbər sübut növü kimi qiymətləndirilməsi, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,232 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri əks etdirən 01 ədǝd "DVD-R" formatlı diskin maddi sübut kimi tanınması, tədqiqat zamanı sərf olunduqdan sonra qalıq çəkisi 0,232 qram narkotik vasitə heroinin prosessual tərəflər cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maddi sübutun talehi həll edilənədək müvafiq olaraq Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, 01 ədǝd "DVD-R" formatlı diskin isə cinayət işi materiallarına əlavə edilməsi, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2023-cü il tarixli 6/3685 nömrəli rəyində göstərilən rəqəmlər əsas götürülməklə, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisinin 0,232 qram hesab edilməsi, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilǝrǝk götürülmüş narkotik vasitə heroinin əldə edilmə mənbəsinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən materialın ayrılması, araşdırma aparılması və əməliyyataxtarış tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nə göndərilməsi, iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3685 saylı rəyindən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin Şahid4 aşkar edilərək götürülmüş heroindən kimyəvi tərkiblərinə görə müxtəlif olduğu göstərildiyindən istintaq zamanı qeyd olunan narkotik vasitənin Təqsirləndirilən şəxs Şahid4 satması faktını müəyyən etməyin mümkün olmaması səbəbilə Şahid4 Xətai RPİ-nin İŞ-nin müstəntiqi Rafiq Ağəliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin istintaqının aparılması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş şəxs hesab edilməsi, onun əməlinin cinayətlərin residivi kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v. 123-133); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının 1 ədəd açıq rəngli sellofana bükülmüş, içində qəhvəyi rəngli toz şəkilli narkotik maddəyə bükülünü çıxararaq təqdim etməsi, həmin bükümdəki maddə elektron tərəzidə çəkilərək toz şəkilli kütlənin çəkisinin qablaşdırma ilə birlikdə 0,34 qram olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,835 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını(CM59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı 15 dekabr 2022-ci il tarixdən 02 il keçmədən yenidən cinayət törətdiyindən onun əməlində cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal cinayətin residivi(CM61.1.1) müəyyən edilmişdir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların və əməlində cəzanı ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 07 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,182 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 114(yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-559/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-559/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver