Məhkəmə qərarları › İş №1(011)-56/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-56/2021

01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-56/2021 01.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi, X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, hazırda heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi, ev 90, mənzil 53 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib, onlardan 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,072 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əynindəki tünd göy rəngli “kapri” formalı şalvarın sağ yan cibində saxlayaraq daşımış, ayrı-ayrılıqda təmiz çəkiləri 0,040 qram, 0,050 qram, 0,042 qram, 0,056 qram, 0,064 qram, 0,040 qram, 0,038 qram, ümumi təmiz çəkisi 0,330 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini 7 ədəd bükümdə və ayrı-ayrılıqda təmiz çəkiləri 0,016 qram, 0,022 qram, 0,009 qram, 0, 016 qram, 0,009 qram, 0,010 qram, ümumi təmiz çəkisi 0,082 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini 6 (altı) ədəd bükümdə yaşadığı Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi, ev 90, mənzil 53 ünvanında saxlamış, Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşlarının xx xxxxxx 2020-ci il tarxidə saat 00:00 radələrində Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi, 90 nömrəli ünvanın qarşısında keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq Bakı şəhəri Xətai rayonu, Aşıq Ələsgər 4 ünvanında yerləşən Xətai RPİ-nin 36-cı Polis bölməsinə gətirilmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli “kapri” formalı şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,072 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, yaşadığı Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi, ev 90, mənzil 53 ünvanına baxış keçirilən zaman isə oradan 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,040 qram, 0,050 qram, 0,042 qram, 0,056 qram, 0,064 qram, 0,040 qram, 0,038 qram, ümumi təmiz çəkisi 0,330 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və 6 (altı) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,016 qram, 0,022 qram, 0,009 qram, 0,016 qram, 0,009 qram, 0,010 qram ümumi təmiz çəkisi 0,082 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsiri bilərək ifadəsində göstərmişdir ki, o, son iki ildir ki, narkotik vasitələrdən, əsasən heroindən istifadə etməyə başlamışdır. Narkotik vasitələri o, müxtəlif şəxslərdən alırmış. Aldığı narkotik vasitələrdən özu istifadə etmişdir. Lakin o, bir neçə dəfə Tural və Orxan adlı şəxslərə narkotik vasitə olan heroin satmışdır. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında o, evdə olmuş, həmin vaxt telefonuna zəng gəlmiş, zəng edən şəxs ya Tural, ya da ki, Tural ilə işləyən Orxan adlı şəxs olmuşdur. O, səsin kimə məxsus olduğunu müəyyən edə bilməmişdir. Zəng edən şəxs ondan bir «çet» «kokos», yəni heroin istəmiş və bir qədər sonra yaşadığı məhəlləyə gələcəyini bildirmişdir. Həmin vaxt onunla bir məktəbdə oxumuş Natalyanın qardaşı Vitaliy evində olmuş, belə ki, Vitaliy mənzilin eyvanında şəliti təmir edirdi, eyni zamanda Vitaliy yaxın günlərdə mənzildə parketin təmirinə başlamalı idi. Saat 23:00 radələrində o, eyvanda olan zaman Turalın idarə etdiyi “Mercedes Benz” markalı avtomobilinin yaşadığı binanın yaxınlığında dayandığını görüb otağına keçmiş və otağında saxladığı heroindən 10 manatlıq bir «çet»i götürüb əynindəki tünd göy rəngli «kapri» formalı şalvarın sağ yan cibinə qoymuşdur ki, həmin narkotiki 10 manata satsın. Belə ki, Tural və Orxan bir neçə dəfə ondan ayrıayrılıqda 10 manatlıq narkotik vasitə «kokos», yəni heroin almışlar. Vitaliy işini qurtarandan sonra onlar birlikdə mənzildən çıxmışlar. Belə ki, onların yolları eyni olmuşdur. Vitaliy qonşuluqda yerləşən binada yaşayır. Binanın yaxınlığında yerləşən gözəllik salonuna tərəf getmişlər. Turalın idarə etdiyi, qara rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı «Mercedes Benz» markalı avtomobil həmin gözəllik salonunun yanında dayanmışdır. Həyətdə adam çox olmuşdur. O, Turalın idarə etdiyi avtomobilə çatanda mülki geyimdə olan bir neçə şəxs onu və Vitalini saxlamışlar. Həmin vaxt o, Turalın avtomobilindən Orxanın düşüb qaçmaq istədiyini görmüş, lakin mülki geyimdə olan digər şəxslər Orxanı da saxlamışlar. Onu və Vitalini saxlayan şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və şəxsiyyətləri ilə maraqlanmışlar. O, Vitali ilə birlikdə özlərini polis əməkdaşlarına təqdim edəndən sonra, polis əməkdaşları onu əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış edib Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları onlara əllərini ciblərinə salmağa imkan verməyərək üçünü də 36-cı PB-yə gətirmişlər. Bölmədə hər birini ayrı-ayrı otaqlara salmışlar. Polis bölməsində tərcüməçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təqdim edilmiş və üzərinə şəxsi axtarışın keçiriləciyi bildirilmişdir. Şəxsi axtarışdan öncə isə polis əməkdaşı tərəfindən ona üzərində olan əşyaları könüllü olaraq təqdim etmək təklif olunmuşdur. Artıq anlamışdır ki, başqa çıxış yolu yoxdur. O, əynində olan tünd göy rəngli «kapri» formalı şalvarın ciblərində saxladığı bütün əşyaları çıxardıb masanın üzərinə qoymuşdur, həmçinin şalvarının sağ yan cibində saxladığı, Turalgilə satmaq istədiyi içərisində heroin olan kağız bükümü də çıxardıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı bükümü açıb içərisində olan maddənin nə olduğunu soruşduqda, polis əməkdaşına həmin bükümdə narkotik vasitə «kokosun», yəni heroinin olduğunu bildirmişdir. Sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən heç bir əşya aşkar olunmamışdır. Üzərinə şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə edilmişdir. Sonra polis əməkdaşı yaşadığı mənzildə narkotik vasitələrin olub-olmadığını soruşmuş o, polis əməkdaşına yaşadığı mənzildə də narkotik vasitə saxladığını bildirmişdir. Üzərinə şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokola imza etmişlər. Bir müddət sonra müdafiəçisi və polis əməkdaşları ilə birlikdə o, yaşadığı Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 90, mənzil 53 ünvanına gəlmişlər. Orada otağında o, yastığının altında eynək qabında gizlətdiyi içərisində heroin olan 7 ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. Yastığının alt hissəsinə düşən içərisində «şüşə» adlanan narkotik vasitə olan 6 ədəd bükümü polis əməkdaşlarına göstərməyi unutmuşdur. Ona görə də polis əməkdaşları otağına baxış keçirərkən həmin narkotik vasitələrini aşkar etmişlər. Baxış zamanı mənzilindən dövriyyəsi qanunla qadağan olunmuş başqa bir maddə aşkar edilməmişdir. Aşkar edilmiş narkotik vasitələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı bölmədə protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokola imza etmişlər. O, narkotik vasitələri və psixotrop maddələri xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığında üzdən tanıdığı «Mehman» adlı şəxsdən 50 manata almışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı fiziki təsir göstərilməmişdir. Əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, qadın olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36cı polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid7 ifadə verərək göstərmişdir ki, Bölməyə ünvan 2 mənzil 53 ünvanda yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri əldə edib istifadə etməsi, daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərlik ona həvalə olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığına gəlmişlər. Təxminən yarım saatdan sonra Təqsirləndirilən şəxs oxşar qadının M.Hadi küçəsi, 90 saylı ünvanın qarşısında bir nəfər şəxslə görüb saxlamaqla, xidməti vəsiqələrini həmin şəxslərə göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt M.Hadi küçəsi, 90 saylı binanın yaxınlığında dayanmış "Mercedes Benz” markalı avtomobildən bir şəxsin düşüb qaçmaq istədiyini görüb sonuncunu saxlayıb bunu etməyə imkan verməmişlər. Sonra qadını və yanındakı şəxsi şəxsiyyəti ilə bağlı sorğu etdikdə, qadın özünü 1976-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs kimi, yanındakı şəxs isə özünü 1980-ci ildə Bakı şəhərində doğulmuş Şahid2 kimi təqdim etmişdir. "Mercedes Benz” markalı avtomobildən düşüb qaçmaq istəyən şəxs isə sorğu zamanı özünü Şahid1 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib istifadə etməsi, daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib, qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış edərək onlara 36-cı PB-ə getməli olduqlarını bildirmişlər və Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 36- cı PB-ə gətirmişlər. Həmin şəxslərin 36-cı PB-yə aparılması üçün bölmədən əlavə kömək də gəlmişdir. Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 üzərində qanunla qadağan olunmuş maddələrin və əşyaların olmasına şübhələr olduğundan həmin şəxsləri 36-cı PB-yə gətirərkən onlara əllərini ciblərinə salmağa imkan verməmişlər. Həmin şəxslərin üzərində ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı raport yazılandan sonra bölməyə gətirdikləri şəxslərin üzərinə şəxsi axtarışın aparılması şöbənin təhqiqatçısı polis baş leytenantı Faiq Şahverdiyevə həvalə edilmişdir. X6 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Dövlət hesabına vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmşdir. Sonra xidməti otaqda videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılması başlanmışdır. Şəxsi axtarışdan öncə X6 Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs ciblərində olan mobil telefonu, 30 qəpik pulu və sair xırda əşyaları çıxardıb masanın üzərinə qoymuşdur. Həmin əşyaların arasında siqaret kağızından olan xırda bir büküm də olmuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açılandan sonra bükümdə olan maddə ilə bağlı Tatyanaya sual verilmişdir. Tatyana bükümdə olan maddənin narkotik vasitə «kokos» olduğunu bildirmişdir. Həmin maddə elektron tərəzidə çəkilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə də narkotik vasitələrin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərindən heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Tatyananın üzərinə şəxsi axtarışın aparılması ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokolda imza etmişlər. Tatyanadan sonra ayrı-ayrılıqda müdafiəçilərin və polis əməkdaşlarının iştirakı ilə Şahid1 və Şahid2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin həmin şəxslərin üzərindən dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 mənzil 53 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yataq otağından içərisində heroin narkotik vasitəsinə oxşar maddə olan 7 ədəd büküm və içərisində metamfetamin psixotrop maddəsinə oxşar maddə olan 6 ədəd büküm aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı X6 tərəfindən protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokola imza etmişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahidlər Bakı şəhəri Xətai RPİ-nin 36-cı polis bölməsinin sahə inspektoru vəzifəsində işləyən Şahid8 və Şahid9 ifadələri elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, onlar da məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid Bakı şəhəri Xətai RPİ-nin 36-cı polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid7 ifadəsinə oxşar eyni məzmunlu ifadələr vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o, Tatyananı uzun müddətdir ki, tanıyır. Tatyana bacısı Natalya ilə 245 nömrəli orta məktəbdə bir sinifdə oxumuşlar. Yaşadığı bina Tatyananın yaşadığı binanın yaxınlığında yerləşir. Müxtəlif yerlərdə fəhləlik edib özünü dolandırmağa çalışır. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Tatyana ondan yaşadığı Məhəmməd Hadi küçəsi, ev 90, mənzil 53 ünvanına dəvət edərək mənzilin eyvanında olan şəlitin rolikini dəyişməyi xahiş etmişdir. Tatyananın dediyi vaxtda o, onlara gəlib şəlitin rolikini dəyişmişdir. Gördüyü işə görə Tatyana ona 5 manat zəhmət haqqı vermişdir. Tatyananın yaşadığı mənzildə o, parketin bəzi yerlərini də təmir etməliydi, ona görə də onlarda yubanıb parketə nəzər salmışdır. Saat 00:00 radələrində o, getməyə hazırlaşmışdır, Tatyana həyətdə işinin olduğunu deyərək birlikdə həyətə düşmüşlər. Həyətdə adam çox olmuşdur. Onlar binanın yaxınlığında olan gözəllik salonuna tərəf gedəndə mülki geyimdə olan bir neçə şəxs onları əhatəyə alıb saxlamışlar. Həmin vaxt gözəllik salonunun yanında dayanmış qara rəngli «Mercedes Benz» markalı avtomobildən bir nəfər şəxs düşüb qaçmaq istəyəndə mülki geyimdə olan digər şəxslər qaçmaq istəyən şəxsi saxlamışlar. Həmin şəxsi tanımır. Onu və Tatyananı saxlayan şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və şəxsiyyəti ilə maraqlanmışlar. Tatyana ilə birlikdə özlərini polis əməkdaşlarına təqdim edəndən sonra, polis əməkdaşları Tatyananı əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış edib sonuncunun Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları ona və Tatyanaya əllərini ciblərinə salmağa imkan verməyərək onları 36-cı PB-yə gətirmişlər. Bölmədə onları ayrı-ayrı otaqlara salmışlar. Polis bölməsində ona hüquq və vəzifələri izah edildikdən sonra ona dövlət hesabına vəkil təqdim edilmiş və üzərinə şəxsi axtarışın keçiriləciyi bildirilmişdir. Şəxsi axtarışdan öncə isə polis əməkdaşı tərəfindən ona üzərində olan əşyaları könüllü olaraq təqdim etmək təklif olunmuşdur. O, üzərində olan əşyaları çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən heç bir əşya aşkar olunmamışdır. Üzərinə şəxsi axtarış aparılarkən videoçəkilişdən istifadə edilmişdir. Üzərinə şəxsi axtarışın aparılması ilə bağlı protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokolda imza etmişlər. O, Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etdiyini bilirmiş, lakin Tatyananın narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o, Tatyana adlı qadını tanışı Şahid6 vasitəsilə tanımışdır. Arabir narkotik vasitələrdən istifadə etdiyi üçün bir neçə dəfə Tatyanadan 10 manatlıq «kokos», yəni heroin almışdır. Tanışı Tural da Tatyanadan bir neçə dəfə narkotik vasitə almışdır. O, Turalnan fərdi qaydada məişət əşyalarının təmiri ilə məşğul olurlar. xx xxxxxx 2020-ci il tarixdə axşam saat 20:00 radələrində o, Turalla bir yerdə olmuşdur. Həmin vaxt Turalın dostu Şahid3 da gəlmişdir. «Qaçqınlar» bazarının yaxınlığında Turalın idarə etdiyi «Mercedes Benz» markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avromobilin yanında dayanıb söhbət etmişlər. Belə ki, Turala bir müştəri zəng etməliydi, həmin zəngi gözləmişlər. Onlar xeyli vaxt gözləsələr də, müştəri zəng etməmişdir. Sonra avtomobillə Nadir adlı müştərinin evinə - Xətai rayonu, M.Hadi küçəsi 90 saylı ünvana gəlmişlər. Nadirin mənzilində olan paltaryuyan maşınına su çənini quraşdırmalıydılar. Təqsirləndirilən şəxs da həmin binada yaşayır. O, yorğun olduğu üçün Turalın avtomobilində qalmış və mobil telefonunun sınmış qapağını düzəltməyə çalışmışdır. Tural və Şahid3 isə su çənini və təmir alətlərini avtomobildən götürüb Nadirgilin blokuna tərəf getmişlər. Binanın qarşısında adam çox olmuşdur. Bir neçə dəqiqədən sonra çöldən səs-küy eşidib o, avtomobildən aşağı enmişdir. Həmin vaxt mülki geyimdə olan şəxslərin Tatyananı və yanında olan tanımadığı şəxsi saxladıqlarını görüb özünü itirmiş və qaçmaq istəmişdir, lakin mülki geyimdə olan bir şəxs onun qolundan tutub qaçmağa imkan verməmişdir. Həmin şəxs özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirmiş və şəxsiyyəti ilə maraqlanmışdır. O, özünü təqdim edəndən sonra, polis əməkdaşları ona əllərini ciblərinə salmağa imkan verməyərək 36-cı PB-yə gətirmişlər. Tatyananı və yanındakı oğlanı da bölməyə gətirmişlər. Bölmədə onları ayrı- ayrı otaqlara salmışlar. Polis bölməsində hüquq və vəzifələri izah edildikdən sonra ona dövlət hesabına vəkil təqdim edilmiş və üzərinə şəxsi axtarışın keçiriləciyi bildirilmişdir. Şəxsi axtarışdan öncə isə polis əməkdaşı tərəfindən ona üzərində olan əşyaları könüllü olaraq təqdim etmək təklif olunmuşdur. Üzərində olan əşyaları çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən heç bir əşya aşkar olunmamışdır. Üzərinə şəxsi axtarış aparılarkən videoçəkilişdən istifadə edilmişdir. Üzərinə şəxsi axtarışın aparılması ilə bağlı protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokolda imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, o, paltaryuyan maşınlarının təmiri ilə məşğul olur. Bu sənəti o, atasından öyrənmişdir. Təmir sexi Xətai rayonu, Cavanşir küçəsi, 19 ünvanda yerləşir. Atası sexdə oturur, özü və iş yoldaşı Şahid1 isə ünvanlara gedirlər. Təxminən iki-üç ay o, narkotik vasitə olan «şüşə»dən istifadə etmiş, hazırda ümumiyyətlə narkotik vasitədən istifadə etmir. Qeyd edilən narkotik vasitələri tanışı Təqsirləndirilən şəxs almışdır. xx xxxxxx 2020-ci il tarixdə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 90 ünvanda birinci blok, birinci mərtəbədə yaşayan Nadir adlı tanışı zəng edərək yaşadığı mənzildə paltaryuyan maşınının nasaz olduğunu bildirmiş və onu təmir etməyi xahiş etmişdir. Həmin gün saat 20:00 radələrində o, Orxanla birlikdə Nadirgilə gedib paltaryuyan maşına baxmışlar, maşının su çəni nasaz olduğundan, onu söküb təmir etdirmək üçün təmir sexinə aparmışlar. Növbəti gün, yəni xx xxxxxx 2020ci il tarixdə çəni təmir sexində təmir etdirmişlər və həmin gün saat 23:00 radələrində su çənini quraşdırmaq üçün icarəyə götürüb etibarnamə əsasında idarə etdiyi qara rəngli «Mercedes Benz» markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nadirgilin yaşadığı M.Hadi küçəsi 90 ünvanına gəlmişlər. Həmin vaxt avtomobildə ön oturacaqda dostu Tural, hansı ki vaxtilə bir yerdə işləmişlər, arxa oturacaqda isə Orxan oturmuşdur, hətta Orxan həmin vaxt avtomobildə yuxulatmışdır. O, idarə etdiyi avtomobili Nadirin yaşadığı blokun qarşısında saxlayıb Turalla birlikdə aşağı düşmüş və avtomobilinin yük yerindən su çənini və təmir alətlərini götürüb Nadirgilin blokuna tərəf getmişlər. Həmin vaxt mülki geyimdə olan bir neçə şəxs Turalla onu saxlayaraq polis əməkdaşları olduqlarını bildirmiş və hara getdiklərini soruşmuşlar, polis əməkdaşlarına usta olduqlarını və müştərinin mənzilinə getdiklərini demişdir. Polis əməkdaşları əllərindəki su çənini və təmir əşyalarını görüb buraxmışlar. Eyni zamanda, həmin vaxt binanın qarşısında polis əməkdaşları həmin binada yaşayan Təqsirləndirilən şəxs və yanında olan tanımadığı bir şəxsi saxlamışlar, avtomobildə yatmış Orxan səs-küyə oyanaraq avtomobildən düşüb qaçmaq istəmiş, lakin polis əməkdaşları Orxanı saxlayıb qaçmağa imkan verməmişlər. Orxanın bu hərəkətinə çox təəccüblənmiş və nə üçün qaçmaq istədiyini anlamamışdır. Turalla birlikdə müştərinin evinə getmişlər. Sonra məlum olmuşdur ki, polis əməkdaşları Orxanı və başqa iki nəfər şəxsi saxlayıb 36-cı PB-ə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, o, paltaryuyan maşınlarının təmiri ilə məşğul olur. Bu sənəti dostu Turalın atası Fəxrəddindən öyrənmişdir. Əvvəl o, Tural ilə bir yerdə işləmiş, sonradan fərdi qaydada işləməyə başlamışdır. Lakin hərdən bir-birinə kömək etmişlər. Narkotik vasitələrdən istifadə etmir. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarına o, Turala zəng edib harada olduğunu soruşmuş və onu Yeni Günəşli qəsəbəsinə aparmağı xahiş etmişdir. Tural isə iki sifarişinin olduğunu və onları həll edəndən sonra istədiyi ünvana aparacağını demişdir. Həmin gün saat 20:00 radələrində o, Turalnan Xətai rayonu, Cavanşir küçəsində yerləşən «Qaçqınlar» bazarının yaxınlığında görüşmüşdür, Tural ora idarə etdiyi qara rəngli «Mercedes Benz» markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Turalın yanında işləyən Orxan da avtomobildə olmuşdur. Avtomobilin yanında dayanıb söhbət etmiş və «Hell» içmişlər. Belə ki, Turala başqa bir müştəridən zəng gəlməliydi. Həmin zəngi gözləmişlər. Lakin müştəri Turala zəng etməmiş və başqa bir müştərinin evinə - Xətai rayonu, Məhəmməd Hadi küçəsi 90 saylı ünvanın qarşısına gəlmişlər. Artıq saat 23:00 radələri olmuşdur. Tural idarə etdiyi avtomobili müştərinin yaşadığı blokun qarşısında saxlamışdır. Turalla birlikdə avtomobildən düşmüş, sonra isə avtomobilin yük yerindən su çənini və təmir altələrini götürüb müştərinin yaşadığı bloka tərəf getmişlər. Həmin vaxt mülki geyimdə olan bir neçə şəxs onu və Turalı saxlayaraq polis əməkdaşları olduqlarını bildirmiş və hara getdiklərini soruşmuşlar. Tural polis əməkdaşlarına usta olduğunu və müştərinin mənzilinə getdiklərini demişdir. Polis əməkdaşları əllərindəki su çənini və təmir əşyalarını görüb onları buraxmışlar. Eyni zamanda, həmin vaxt binanın qarşısında səs-küy olmuş, polis əməkdaşları kimisə orada saxlamışlar, avtomobildə yatmış Orxan səs-küyə oyanaraq avtomobildən düşüb qaçmaq istəmiş, lakin polis əməkdaşları onu saxlayıb qaçmağa imkan verməmişlər. Orxanın bu hərəkətinə çox təəccüblənmişlər və nə üçün qaçmaq istədiyini anlamamışlar. O, Turalla birlikdə müştərinin evinə getmişlər. İşi yekunlaşdırandan sonra Tural onu Yeni Günəşlidə yaşayan müştərinin evinə aparmışdır. Növbəti gün isə məlum olmuşdur ki, polis əməkdaşları Orxanı və başqa iki nəfər şəxsi saxlayıb 36-cı PB-ə aparmışlar. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, 2014-cü ildə Azərbaycan Respublikası Cinayət Məclləsinin 234.1-ci maddəsi ilə bir il müddətinə azadlıqdan məhrum olunmuşdur. Arabir narkotik vasitələrdən istifadə edir, lakin narkotik aludəçisi deyil, asılılığı yoxdur. Təqsirləndirilən şəxs təxminən 20 ildir ki, tanıyır. Tatyana yaşadığı binanın yaxınlığında yaşayır. Tatyana özü də narkotik vasitələrdən istifadə edir. Lakin son 5-6 ayda Tatyana narkotik vasitələrin satışı ilə məşğul olmağa başlamışdır. Tatyana əsasən «kokos», yəni heroin satmışdır. Narkotik vasitə lazım olanda Tatyanaya müraciət etmişdir. Təxminən 3-4 dəfə Tatyanadan 10 manatlıq heroin almışdır. Hətta elə olub ki, pulu olmayıb və ya az pulu olub, narkotiki Tatyana nisiyə satmışdır. Sonra isə Tatyanaya borcunu ödəmişdir. Narkotik vasitələri Tatyanadan yalnız öz istifadəsi üçün almış, narkotik vasitələrin satışı ilə məşğul olmur. Tatyananın kimdən narkotik vasitəni aldığını bilmir. Tatyanadan başqa heç kimdən narkotik vasitə almamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid5 oğlunun ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, Bakı şəhəri, Nərimanov rayonu, «Nəriman Nərimanov» metrostansiyasının yaxınlığında yerləşən ayaqqabı mağazasında satıcı işləyir. Epilepsiya və şəkərli diabet xəstəsidir. 070 *** ** ** saylı mobil nömrə adınadır. Təqsirləndirilən şəxsm təxminən iki-üç aydır ki, tanıyır, təsadüfən tanış olmuşlar. Tatyanadan bir neçə dəfə öz istifadəsi üçün narkotik vasitə hesab edilən «kokos», yəni heroin almışdır. Sonuncu dəfə isə Tatyanaya xx xxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində şəxsi işi ilə bağlı zəng etmiş, belə ki, Tatyana riyaziyyat müəllimidir, bir riyazi məsələnin həlli ilə bağlı sual vermək istəmiş, lakin həmin vaxt Tatyana ilə normal danışa bilməmişdir, əlaqə kəsilmişdir. Cinayət işinin 17-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 123-124-cü vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. Cinayət işinin 80-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/1640 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "... imza T.Sadıxova...” sözlər olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,072 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 2 №-li zərfdəki 7 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,040 qr., 0,050 qr., 0,042 qr., 0,056 qr., 0,064 qr., 0,040 qr., 0,038 qr., ümumi təmiz çəkisi 0,330 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir, 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,016 qr., 0,022 qr., 0,009 qr., 0,016 qr., 0,009 qr., 0,010 qr., ümumi təmiz çəkisi 0,082 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. 1 və 2 №-li zərflərdəki narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidilər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respbulikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Ekspertizaya təqdim etmə zamanı: metamfetaminin təmiz çəkisi – 0,082 qr., tədqiqata sərf edildi – 0,060 qr., qalıq – 0,022 qr.; 1№-li zərfdəki heroinin təmiz çəkisi – 0,072 qr., tədqiqata sərf olundu – 0,020 qr., qalıq – 0,052 qr.; 2№-li zərfdəki heroinin ümumi təmiz çəkisi – 0,330 qr., tədqiqata sərf olundu – 0,070 qr., qalıq – 0,260 qr. Cinayət işinin 181-182-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X3 ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 2351 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 205-213-cü vərəqələrində olan xx xxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi 0,022 qram olan psixotrop maddə hesab edilən metamfetamin və 0,312 qram narkotik vasitə hesab edilən heroin maddi sübut kimi tanınmış və saxlanıması üçün Bakı şəhəri Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və yaşadığı mənzilə keçirilmiş baxış zamanı aparılmış videoçəklişlərin yazıldığı 03 (üç) ədəd DVD diski maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən əldə olunmuş bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinin 144-145-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X5 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il müddətinə şərti sınaq müddəti təyin edilmişdir. Cinayət işinin 177-180-ci vərəqələrində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 1(009)-257/2010 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilərək ona 01 (bir) il sınaq müddəti şərti təyin edilmişdir. Cinayət işinin 172-ci vərəqəsində olan Bakı şəhəri Xətai Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 27 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi, ev 90, mənzil 53 ünvanında qeydiyyatda olmaqla yaşayır. O, yaşadığı müddət ərzində onun haqqında qonşulardan və inzibati orqanlardan Mənzil-Kommunal İstismar Sahəsinə heç bir şifai yazılı şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspertiza rəyləri, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib saxlama və daşımı cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən, düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, yaşadığı yerdən müsbət xasiyyətləndirildiyini, qadın olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, MSY-dən həbsdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək ev dustaqlığında olduğu 01 (bir) gün müddəti ona təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı vaxtdan, yəni xx xxxx 2021-ci il tarixindən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, məhkəmə ambulator X3nın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məqsədə müvafiq sayır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan və keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,022 qram olan psixotrop maddə hesab edilən metamfetamin və 0,312 qram narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş “DVD” disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 81,82 AZN (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək həbsdə olduğu, 01 (bir) gün müddət nəzərə alınaraq ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla onun üzərində, qəti olaraq, 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı vaxtdan, yəni xx xxxx 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan və keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,022 qram olan psixotrop maddə hesab edilən metamfetamin və 0,312 qram narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş “DVD” disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81,82 AZN (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan növbəti gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar