Məhkəmə qərarları › İş №1(011)-56/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-56/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-56/2022 01.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1984-cü ildə Ermənistanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2, 29,177.2.4, 178.2.1, 178.2.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, hüquqverən rəsmi sənəd hesab olunan - Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini qanunsuz olaraq hazırlayıb istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə, özgənin əmlakını ələ keçirmiş, eyni zamanda təkrarən neft kəmərlərinə münasibətdə xeyli miqdarda özgə əmlakını gizli yolla talamağa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı Şahid8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək üçün, tanışı Şahid9 məxsus hüquqverən rəsmi sənəd olan - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsini alaraq, niyyətlərini ona bildirmədən Şahid8 məxsus 3x4 ölçüdə olan fotoşəkili kompüter texnikasından istifadə etməklə, standart kompüter kağızında rəngli printerlə eyni ölçüdə çıxarıb kəsərək, vəsiqənin üz qatının plyonkasını aralayıb, fotoşəkilin üzərinə yapışdırdıqdan sonra vəsiqənin üz qatının plyonkasını yenidən üzərinə çəkmiş, üzərindəki fotoşəkil Şahid8, anket məlumatları isə Şahid9 aid, hüquqverən rəsmi sənəd olan şəxsiyyət vəsiqəsini istifadə etmək məqsədilə saxtalaşdıraraq, qanunsuz hazırlayıb, 02 oktyabr 2017-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin əməkdaşına təqdim edərək, 999 (doqquz yüz doxsan doqquz) manat dəyərində bir ədəd "xxxx" markalı paltaryuyan maşını, 1.099 (bir min doxsan doqquz) manat dəyərində bir ədəd "xxxx" markalı qabyuyan maşını, ümumilikdə 2098 (iki min doxsan səkkiz) manat dəyərində məişət texnikasını kreditə götürərək, həmin saxta sənəddən istifadə etməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Şahid8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək üçün, tanışı Şahid7 adına olan hüquqverən rəsmi sənəd olan - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsini alaraq, niyyətlərini ona bildirmədən, Şahid8 məxsus 3x4 ölçüdə olan fotoşəkili kompüter texnikasından istifadə etməklə, standart kompüter kağızında rəngli printerlə, eyni ölçüdə çıxarıb kəsərək, vəsiqənin üz qatının plyonkasını aralayıb fotoşəkilin üzərinə yapışdırdıqdan sonra, vəsiqənin üz qatının plyonkasını yenidən üzərinə çəkmiş, üzərindəki fotoşəkil Şahid8, anket məlumatları isə Şahid7 aid olan, hüquqverən rəsmi sənəd olan şəxsiyyət vəsiqəsini istifadə etmək məqsədilə saxtalaşdıraraq, qanunsuz hazırlayıb 11 oktyabr 2017-ci il tarixdə ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-nin əməkdaşı Şahid14 təqdim edərək, 2.198 (iki min yüz doxsan səkkiz) manat dəyərində bir ədəd «Samsung» markalı soyuducunu kreditə götürərək, həmin saxta sənəddən istifadə etməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Şahid8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə, özgənin əmlakını ələ keçirmək üçün tanışı Şahid7 adına olan hüquqverən rəsmi sənəd olan - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsini alaraq, niyyətlərini ona bildirmədən, Şahid8 məxsus 3x4 ölçüdə olan fotoşəkili kompüter texnikasından istifadə etməklə, standart kompüter kağızında rəngli printerlə eyni ölçüdə çıxarıb kəsərək, vəsiqənin üz qatının plyonkasını aralayıb, fotoşəkilin üzərinə yapışdırdıqdan sonra, vəsiqənin üz qatının plyonkasını yenidən üzərinə çəkmiş, üzərindəki fotoşəkil Şahid8, anket məlumatları isə Şahid7 aid olan, hüquq verən rəsmi sənəd olan şəxsiyyət vəsiqəsini istifadə etmək məqsədilə saxtalaşdıraraq qanunsuz hazırlayıb 11 oktyabr 2017-ci il tarixdə ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin əməkdaşına təqdim edərək, 2199 (iki min yüz doxsan doqquz) manat dəyərində bir ədəd "xxxx" markalı soyuducunu kreditə götürərək, həmin saxta sənəddən istifadə etməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən neft kəmərinə münasibətdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışı X4 və digərləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 2020-ci ilin may ayının sonlarından 02 iyun 2020-ci il tarixinədək keçən müddət ərzində «Heydər Əliyev adına X22»nun balans və istismarında olan zavodun 7 saylı İstehsalatın 1 saylı əmtəə parkından 3 saylı əmtəə parkına gedən neft məhsulu nəql olunan DŞ-250 mm diametrli neft boru kəmərinin 2300 metrliyində, yəni, ünvan 6 ünvandakı "xxxx" QSC-yə məxsus terminalın qarşısından keçən hissəsində yerləşən boru kəmərini 15 mm diametrində Nizami Həndəmov və digərləri ilə birlikdə, naməlum şəraitdə deşərək, həmin boru kəmərinin deşilmiş hissəsinə 20 mm ölçüdə kran qoyub, qeyd olunan krana birləşdirdikləri plastik borunu yaxınlıqda yerləşən bağ sahəsinin yanında oğurlayacaqları neft məhsulunu doldurmaq məqsədilə saxladıqları 23 ton tutumuna malik «Kamaz-53212» markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yanına çəkmiş, orada neft borusu vasitəsi ilə nəql edilən, 01 (bir) tonunun orta bazar qiyməti həmin tarixə Azərbaycan Respublikası Tarif Şurasının Qərarına əsasən 1064 manat olan ümumilikdə xeyli miqdarda 24472 (iyirmi dörd min dörd yüz yetmiş iki) manat dəyərində 23 ton A-92 markalı avtomobil benzinini oğurluq məqsədilə, orada saxladıqları həmin 23 ton tutumuna malik «Kamaz-53212» markalı, **- DH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləməyə çalışmaqla oğurlamağa cəhd etmiş, lakin bağ sahibi Şahid3 həmin borunu 04 iyun 2020-ci il tarixdə görüb bu barədə zavodun mühafizəçisinə məlumat verdiyi üçün, onlar öz iradələrindən asılı olmayan səbəbdən əməllərini başa çatdıra bilməmiş və nəticədə neft boru kəmərinə edilmiş kənar müdaxilə nəticəsində 20 ton «A-92» markalı avtomobil benzinini torpaq sahəsinə axıtmaqla «Heydər Əliyev adına X22»na xeyli miqdarda, yəni 21280 (iyirmi bir min iki yüz səksən) manat məbləğində maddi ziyan vurmuşlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Nizami Həndəmovu uzun müddətdir ki, tanıyır. Nizaminin atası ilə dostluq münasibəti olmuşdur. Nizaminin əvvəllər yanacaq alqı-satqısı ilə məşğul olması barədə məlumatı olmuşdur. Şahid1 isə Ramana qəsəbəsində yaşayan qardaşı Elməddingilə gedib-gələn zaman tanımış, qısa müddət ərzində onunla aralarında dostluq münasibətləri yaranmışdır. 2020-ci ilin aprel ayının əvvəllərində söhbət edən zaman, Nizami ona Heydər Əliyev adına X14 ucuz qiymətə benzin ala biləcəyini və onu satıb pul əldə edə biləcəyini demiş, həmin vaxt maddi cəhətdən sıxıntıları çox olduğundan və borclarına görə, yaşadığı evi satıb kirayədə yaşadığından, Nizaminin dedikləri ilə razılaşmışdır. Nizami bunun üçün yanacaq daşımaq üçün “Kamaz” markalı yük avtomobili və benzini alacaq müştəri lazım olduğunu demişdir. Pulunun olmadığını dedikdə, Nizami hər hansı bir şəxsdən borc almağını və tez bir zamanda borcu qaytaracağını demişdir. Nizaminin deməsinə görə, 20 ton tutumlu “Kamaz” markalı yük avtomobili olacağı təqdirdə, hər dəfə yanacaq satışından ona 1000 manat pul qalacaq idi. Nizami ilk öncə ona X22 ilə razılaşdığını və bir litrinin qiyməti 0,50 manat olmaqla, yanacaq alacağını demişdir. Aminin əvvəllər benzin satışı ilə məşğul olduğunu bildiyindən, ona təklif etmişdir ki, onlardan yanacaq alsın. Belə ki, X16 Emalı zavodu ilə razılaşdığını və oradan ucuz qiymətə yanacaq alacaqlarını demişdir. Amin də, bir litrinin qiyməti 0,70 manat olmaqla, yanacağı onlardan alacağını bildirmişdir. O da, bu barədə Nizamiyə məlumat vermişdir. Lakin keçən müddət ərzində “Kamaz” markalı yük avtomobili almaq üçün pul tapa bilməmişdir. 2020-ci ilin aprel ayının sonlarında Ramana qəsəbəsində qardaşı və anasının yaşadığı evdə olan zaman, qardaşı Elməddin də evdə olmuş və həmin vaxtlar Elməddin “Renault Megan” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olurmuş. Elməddindən ona borc pul tapmasını xahiş etmiş, Elməddin isə pulunun olmadığını və pul tapa bilməyəcəyini dedikdə, Elməddinə məxsus avtomobili girov qoyub pul götürə biləcəyini fikirləşmiş və ona avtomobili girov qoymağı təklif etmişdir. Elməddin ilk öncə onunla razılaşmasa da, 10 gün ərzində pulu ödəyəcəyini bildirmiş və anasının təkidi ilə avtomobili ona verməyə razılaşmışdır. Bundan sonra, o, Aminlə əlaqə saxlayıb pul lazım olduğundan qardaşına məxsus avtomobili satmaq istədiyini demişdir. Amin onu Mübariz adlı şəxslə tanış etmiş və birlikdə Mübarizin yaşadığı evə getmişlər. Söhbət əsnasında Mübarizə “Renault Megan” markalı avtomobili 9500 manata satdığını demişdir. Mübariz onun adına etibarnamə verməyini istədikdə, qardaşı Elməddinin burada olmadığını, 2-3 gün ərzində gəldikdən sonra ona etibarnamə verəcəyini demişdir. Həmçinin, Mübarizə avtomobil onda qalmaq şərtilə ona 5000 manat pul verməsini bildirmiş, Mübariz də, onunla razılaşmışdır. Məqsədi yanacaq satıb pul əldə etdikdən sonra, pulu Mübarizə verib avtomobili geri qaytarmaq olmuşdur. Bundan sonra, keçən müddət ərzində yanacaq daşımaq məqsədilə “Kamaz” markalı yük avtomobili axtarmağa başlamış və 2020-ci ilin may ayının ortalarında Xocəsən qəsəbəsi ərazisində yol qırağında dayanmış vəziyyətdə olan “Kamaz 53212” markalı yük avtomobilinin satıldığını görüb, dərhal avtomobilin üzərində olan mobil telefon nömrəsinə zəng edərək, sahibi ilə əlaqə saxlamışdır. Həsrətəli adlı şəxs avtomobili 20000 manata satdığını, avtomobilin müəyyən problemləri olduğunu, onları həll edəcəyini və ilkin olaraq ona 2500 manat beh verəcəyini bildirmişdir. Həmin şəxslə əldə olunmuş razılaşmaya əsasən, ona qısa müddətli avtomobili idarə etmək üçün etibarnamə verilməli, 10-15 gün ərzində pulun geri qalan hissəsini ödəməli olmuşdur. Bundan sonra, onun sürücülük vəsiqəsi olmadığından, “Kamaz 53212” markalı yük avtomobilinin sahibi Şahid5 ilə birlikdə notariat kontoruna gedib, onun adından Aminin adına qısa müddətli sürmək üçün etibarnamə almışdır. Aminə isə pulu ödəyib qurtardıqdan sonra, avtomobili dayısının adına sənədləşdirəcəyini demiş, Amin də onunla razılaşmışdır. Bundan sonra, “Kamaz 53212” markalı yük avtomobili götürüb bəzi hissələrini təmir etdirmiş, lakin mühərrikində müəyyən nasazlıq qalmışdır. 2020-ci ilin may ayının sonlarında Nizami ilə əlaqə saxlayan zaman o, avtomobili NZS qəsəbəsində yerləşən bağ sahəsinə aparmağını demiş və o, həmin yük avtomobilini qeyd edilən bağ sahəsinə aparmış, lakin avtomobildə nasazlıq olduğundan, zavodun həyətinə avtomobillə daxil olmamışdır. 04 iyun 2020-ci il tarixdə Amin ona zəng vuraraq, “Kamaz 53212” markalı yük avtomobili ilə əlaqədar Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə çağırıldığını bildirmişdir. O, Aminə narahat olmamasını demiş və dərhal Nizamiyə zəng vuraraq, polis əməkdaşlarının Amini çağırdıqlarını bildirmişdir. Bundan sonra, Nizami telefonunu söndürmüş, onunla əlaqə saxlaya bilməmişdir. Bununla da, yanacağı əldə edib sata bilməmiş və keçən müddət ərzində Nizami ilə əlaqə saxlamaq istəsə də, bu mümkün olmamışdır. 06 iyul 2021-ci il tarixdə, saat 22 radələrində 9-cu mikrorayon ərazisində olan zaman, polis əməkdaşları onu saxlayaraq, Xətai Rayon Polis İdarəsinə aparmışlar. Bundan başqa, Şahid8 adlı şəxsi uşaqlıqdan NZS qəsəbəsindən tanımışdır. Çingizlə münasibətləri həmişə normal olmuşdur. 2017-ci ilin sentyabr ayının sonlarında əmisi oğlu Namaz ona zəng edərək bildirmişdir ki, tanışları Asif ona zəng edərək onun şəxsiyyət vəsiqəsi ilə kredit götürdükləri barədə məlumat vermişdir. O, Namaza bu işdən xəbəri olmamasını bildirmiş və Çingizə zəng etdikdə, Çingiz Asifin şəxsiyyət vəsiqəsi ilə Nərimanov rayonunda yerləşən «Optimal» mağazasından bir ədəd soyuducu götürməsini ona bildirmişdir. Məlum olmuşdur ki, Çingizin əmisi oğlu Namazı zamin götürməklə əldə etdiyi soyuducunun dəyəri 1800 manat təşkil etmiş, o da aparıb həmin pulu tam şəkildə mağazaya ödəməklə, borclarını sildirmişdir. Eyni zamanda, Namaz ona bildirmişdir ki, sənədlər saxta olmuş, Çingizdən bu barədə soruşduqda isə, Çingiz etiraf etmişdir ki, Asifin sənədlərini saxtalaşdırmaqla öz şəklini Asifin şəxsiyyət vəsiqəsinə yapışdırıb həmin sənədi düzəltməklə, soyuducunu kreditə götürmüşdür. Şahid7 adlı şəxslə bağlı isə onun ümumiyyətlə xəbəri olmamış, o, bu barədə Çingizin atası Arifdən eşitmişdir ki, Çingiz tanışı Aydının şəxsiyyət vəsiqəsində öz fotoşəkilini yapışdırmaqla, Sabunçu qəsəbəsində hansısa məişət avadanlıqları mağazasından avadanlıqlar götürmüşdür. O, Çingizlə heç bir yolla saxta sənəd hazırlamamış, Çingizə belə bir göstəriş verməmişdir. Hər bir işi Çingiz özü təkbaşına etmişdir, onun bundan xəbəri olmamışdır. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Heydər Əliyev adına X17 nümayəndəsi Zərərçəkmiş şəxs3 bildirdi ki, o, Heydər Əliyev adına X17 Hüquq və dövlət orqanları ilə razılaşdırmalar şöbəsinin böyük hüquq məsləhətçisi vəzifəsində işləyir. Heydər Əliyev adına X20 məxsus Bakı və Sumqayıt şəhəri ərazisində müxtəlif sexlər arasında yerləşən boru kəmərləri vardır. Həmin boru kəmərlərinə nəzarəti sexlərin nəzarətçiləri ilə yanaşı, Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsi və Baş Mühafizə İdarəsi həyata keçirir. 04-05 iyun 2020-ci il tarixlərdə Xətai rayonu, Aşıq Qurban küçəsindən keçən Heydər Əliyev adına X20 məxsus neft məhsulu nəql olunan A-92 yanacağı neft boru kəmərinə edilmiş kənar müdaxilə nəticəsində zavoda ümumilikdə 21280 manat məbləğində ziyan dəymişdir. Sonradan məlum olmuşdur ki, neft boru kəmərinə müdaxilə edən Təqsirləndirilən şəxs, Nizami Həndəmov və digər şəxslər olmuşdur. Qeyd olunanlara əsasən, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, "xxxx" MMC-nin Hüquq departamentinin böyük hüquqşünas vəzifəsində işləyir. 02 oktyabr 2017-ci il tarixdə "xxxx" MMC-nin Nərimanov rayonu, Təbriz küçəsi 79 ünvanında yerləşən mağazasından Şahid9 adlı şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə, mağazadan ümumilikdə 2098 manat dəyərində 1 ədəd "xxxx" markalı paltaryuyan və 1 ədəd "xxxx" markalı qabyuyan maşını kreditlə götürülmüşdür. Lakin, sonradan Şahid9 götürmüş olduğu məişət əşyalarının kreditini ödəmədiyi üçün, Nərimanov filialında işləyən işçilər Şahid9lə əlaqə saxlayaraq, götürdüyü məişət əşyalarının aylıq kredit pulunun gecikdiyini bildirən zaman, Asif kreditə heç bir əşya götürmədiyini bildirmişdir. Buna görə də, Asif əməkdaşlar tərəfindən Nərimanov rayonunda yerləşən mağazaya dəvət edilmiş və həmin vaxt müəyyən edilmişdir ki, kredit götürülən zaman Şahid9 adından təqdim olunmuş şəxsiyyət vəsiqəsinin üzərində olan fotoşəkil Şahid8 məxsus olmuşdur. Şahid8 Şahid9 məxsus şəxsiyyət vəsiqəsinin surətini çıxarıb, öz fotoşəklini yapışdırmaqla saxtalaşdırıb, 02 oktyabr 2017-ci il tarixdə "xxxx" MMC-nin Nərimanov rayonu, Təbriz küçəsi 79 ünvanında yerləşən mağazasına təqdim etmiş və Şahid9 adına tərtib olunmuş sənədləri özü imza edərək, 2098 manat dəyərində "xxxx" markalı paltaryuyan və 1 ədəd "xxxx" markalı qabyuyan maşını kreditə götürmüşdür. Həmin müqavilə üzrə 14 noyabr 2017-ci il tarixinə 170 manat, 28 noyabr 2017-ci il tarixdə 1733,64 manat məbləğində ödəniş edilərək, borc bağlanmışdır. Bundan başqa, 11 oktyabr 2017-ci il tarixdə "xxxx" MMC-nin Sabunçu rayonu, ünvan 7 ünvanında yerləşən mağazasından Şahid7 adlı şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə, mağazadan ümumilikdə 2199 manat dəyərində 1 ədəd "xxxx" markalı soyuducunu kreditə götürmüşdür. Lakin, Şahid7 MMC-yə məxsus mağazadan kreditlə aldığı soyuducunun kreditini ödəmədiyi üçün, Bakıxanov filialında işləyən işçilər Şahid7la əlaqə saxlayaraq, götürdüyü soyuducunun aylıq kreditini ödəməsini bildirən zaman, Aydın mağazadan kreditə heç bir əşya götürmədiyini bildirmişdir. Bundan sonra, Şahid7 əməkdaşlar tərəfindən mağazaya dəvət edilmiş və orada müəyyən edilmişdir ki, Şahid7 adından mağazaya təqdim olunmuş şəxsiyyət vəsiqənin surətinin üzərində olan fotoşəkil Şahid7 məxsus deyildir. Aydın onun anket məlumatları əks olunmuş mağazaya təqdim olunmuş şəxsiyyət vəsiqəsinin surətinin üzərində olan fotoşəklin tanışı Şahid8 məxsus olduğunu bildirmişdir. Bundan sonra, Şahid7 adına götürülmüş kredit ödənilmədiyi üçün, Şahid7 adına olan sənədlər toplanaraq, "xxxx" MMC-nin baş ofisinə məhkəməyə müraciət edilməsi üçün göndərilmişdir. Bundan sonra, MMC-nin hüquqi departamenti xx.xx.2017-ci il tarixdə Şahid7 adına götürülmüş kredit pulun cavabdehdən tutularaq MMC-yə ödənilməsi barədə müraciət etmişdir. Hal-hazıradək qeyd olunan müqavilə üzrə ödənilməyən məbləğ 1920,59 manat təşkil edir. Sonradan məlum olmuşdur ki, Şahid8la birlikdə, bir qrup şəxs halında Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən "xxxx" MMC-yə qarşı saxta sənəddən istifadə edilməklə dələduzluq olunmuşdur. Qeyd olunanlara əsasən, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. “Kontakt home” mağazalar şəbəkəsi "xxxx" MMC-yə məxsusdur. 11 oktyabr 2017-cil il tarixdə "xxxx" MMC-nin ünvan 8 ünvanında yerləşən mağazasından Şahid7 adlı şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə, 2198 manat dəyərində bir ədəd “Samsung” markalı soyuducunu 268 manat ilkin ödəniş etməklə, qızıl zəmanətlə kreditə götürmüşdür. Keçən müddət ərzində Şahid7 krediti ödəmədiyindən, onunla əlaqə saxlanılmış və sonuncu mağazadan kredit yolu ilə hər hansı əşya almadığını bildirmişdir. Bundan sonra, mağazaya təqdim edilmiş şəxsiyyət vəsiqəsinin üzərindəki fotoşəklin Şahid8, anket məlumatlarının isə Şahid7 məxsus olması, soyuducunu isə Şahid8 götürməsi və sənədlərə özünün imza etməsi müəyyən edilmişdir. Qeyd olunan müqavilə üzrə hazırda ödənilməli olan məbləğ 1907 manat təşkil edir. Həmçinin, sonradan müəyyən olunmuşdur ki, Şahid8la birlikdə, bir qrup şəxs halında Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən "xxxx" MMC-yə qarşı saxta sənəddən istifadə edilməklə dələduzluq olunmuşdur. Qeyd olunanlara əsasən, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayında yaşadığı Ramana qəsəbəsindən tanımışdır. Niyaməddin ona benzin alqı-satqısı ilə məşğul olduğunu bildirib, bunun üçün «Kamaz» markalı avtomobil almaq istədiyini və bu səbəbdən pul lazım olduğu üçün, qardaşına məxsus «Renault» markalı avtomobili satmaq üçün müştəri tapmağını xahiş etmişdir. O da, bu barədə Ramana qəsəbəsində yaşayan tanışı Mübariz adlı şəxsə demişdir. Mübariz razılaşdıqdan sonra, Niyaməddinlə Mübarizi tanış etmişdir. Onlar tanış olduqdan sonra, Mübariz avtomobili almağa razılaşmış və Niyaməddin qardaşına məxsus «Renault» markalı avtomobili Mübarizə verdikdən sonra, Mübariz ona beh vermişdir. Bundan sonra, Niyaməddin «Kamaz» markalı yük avtomobili almış, lakin ona bildirimşdir ki, həmin avtomobili aldığı şəxsə borcu qaldığı üçün, avtomobili onun adına sənədləşdirsin. Yəni avtomobilin sahibi tərəfindən onun adına etibarnamə verilsin və həmin yük avtomobilinin pulunu tam ödədikdən sonra, qeyd olunan avtomobili onun adından çıxarıb dayısının adına rəsmiləşdirəcəkdir. Onunla razılaşmış, özünə məxsus sənədləri Niyaməddinə vermiş və Şahid5 tərəfindən onun adına etibarnamə verilmişdir. Bundan bir neçə gün sonra, o, Niyaməddindən özünə məxsus sənədləri almışdır. 03 iyun 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən axtarıldığı üçün, könüllü olaraq Xətai Rayon Polis İdarəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid1 uşaqlıqdan tanıyır. 2020-ci ilin aprel ayında Amin ona zəng edərək, bir nəfər şəxsin ucuz qiymətə avtomobil satdığı bildirmişdir. O, həmin ərəfələrdə avtomobil almaq istədiyi üçün, Aminə avtomobilə baxmaq istədiyini demişdir. Bundan sonra, Amin Niyaməddin adlı şəxslə birlikdə yaşadığı evə gəlmiş və Niyaməddin ona bildirmişdir ki, vacib pul lazım olduğu üçün qardaşına məxsus «Renault» markalı avtomobili satır. O, avtomobilin qiyməti ilə maraqlandıqda, Niyaməddin avtomobili 9.500 manata satdığını, lakin vacib pul lazım olduğu üçün ilkin olaraq 5.000 manat pul istədiyini bildirmişdir. Razılaşdıqdan sonra, avtomobilə dair etibarnamə verilməsini istəmiş, lakin Niyaməddin bildirmişdir ki, qardaşı burda deyil, bir neçə gün ərzində etibarnamə veriləcəkdir. O da, Aminə inandığı üçün, Niyaməddinlə razılaşmış və Niyaməddin avtomobili həmin gün ona gətirib təhvil verdikdən sonra, ona 5.000 manat məbləğində pul vermiş, qalan 4.500 manat məbləğində pulu isə onun adına etibarnamə verildikdən sonra verməli idi. Təxminən iki gündən sonra, Niyaməddinə zəng etsə də, telefonu sönülü olduğu üçün, Aminə zəng edərək, etibarnamə barədə soruşmuşdur. Amin də, bir-iki gün gözləməyini bildirmişdir. Bundan sonra avtomobilin qeydiyyat şəhadətnaməsinə baxdıqda, avtomobilin Niyaməddinə və ya onun ailə üzvlərindən hər hansı bir şəxsə məxsus olmadığını görüb aldadıldığını başa düşmüşdür. Bu məqsədlə Niyaməddinin yaşadığı evə getmiş və Niyaməddinin qardaşı Elməddin ona bildirmişdir ki, qardaşı neçə vaxtdır telefonu söndürdüyündən onunla əlaqə saxlaya bilmirlər. Elməddinə bildirmişdir ki, qardaşı «Renault» markalı avtomobili ona satmaq adı ilə verib 5.000 manat məbləğində pulunu almışdır. Elməddin isə həmin avtomobili etibarnamə əsasında idarə etdiyini, lakin həmin avtomobilin digər şəxsə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, «Kamaz 53212» markalı, ** DH *** dövlət qeydiyyat nişanlı yük avtomobilini bir neçə ildir ki, qardaşı Həzrətəliyə məxsus olub və avtomobil su daşınması üçün istifadə edilibdir. Qardaşı həmin avtomobillə bağlı işi qurtardıqdan sonra, onu satmaq qərarına gəlmişdir. Avtomobili rənglətdirdikdən sonra, onu satışa qoymuş və üzərinə də mobil telefon nömrəsi yazılmışdır. Sonradan qardaşı onu iş yerinə çağırmış və ona məlum olmuşdur ki, «Kamaz» markalı avtomobili almaq istəyən var. Həmin müştəri də qardaşının yanında olmuşdur. Qardaşı ona demişdir ki, Niyaməddin adlı şəxs «Kamaz» markalı avtomobili almaq istəyir və ilkin olaraq 2500 manat beh verir. Niyaməddin xahiş etmişdir ki, ona ilkin olaraq sürmək üçün etibarnamə verilsin və o, qısa müddət ərzində avtomobilin təmirə ehtiyacı olan hissələrini təmir etdirsin və qalan pulu da toplayıb, iyun ayının 3-nə kimi qardaşına verəcəkdir. Qardaşı demişdir ki, onsuz da həmin avtomobilin etibarnamə müddətinin bitməsinə 2 gün qalıbdır. Ona görə, avtomobili öz adına keçirmiş və sonra Niyaməddinə təxminən 10 günlük etibarnamə versin. O, buna etiraz etməmişdir. Sonradan həmin avtomobil onun adına keçirilmiş və bir-iki gün sonra da, o, Niyaməddinin şəxsiyyət vəsiqəsini təqdim etdiyi şəxsə notariat kontorunda sürmək üçün etibarnamə vermişdir. Notariusda kimə etibarnamə verdiyinə əhəmiyyət verməmiş, bütün danışıqlar Niyaməddinlə olmuşdur. Polis idarəsində məlum olmuşdur ki, etibarnaməni Amin adlı şəxsə vermişdir. Hazırda həmin etibarnamənin də vaxtı bitib, lakin Niyaməddin tərəfindən qalan pul ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. O, etibarnamə əsasında idarə etdiyi «Renault Megan» markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 27 aprel 2020-ci il tarixdə o, yaşadığı Ramana qəsəbəsində yerləşən evə nahar etməyə gəlmiş və həmin vaxt qardaşı Niyaməddin də evdə olmuşdur. Nahar edən zaman, Niyaməddin yeni iş quracağını deyərək, ondan borc olaraq pul istəmişdir. Qardaşı həmin işin nədən ibarət olması barədə ona məlumat verməmişdir. O, pulu olmadığını dedikdə, Niyaməddin ona hər hansı tanışından borc pul tapmağını, tez bir zamanda qaytaracağını demişdir. Borc pul ala biləcəyi tanışının olmadığını dedikdə, Niyaməddin ona məxsus avtomobili girov qoyub pul götürməyi təklif etmişdir. İlk öncə onunla razılaşmasa da, sonradan anasının təkidi ilə onunla razılaşmış və avtomobili qardaşına vermişdir. Həmin avtomobili gündəlik 20 manat ödəmək şərti ilə icarəyə götürmüşdür. Niyaməddin avtomobili girov qoyub götürəcəyi pulu qaytaracağını, eyni zamanda onun ödədiyi 20 manatları da, artıqlaması ilə ona qaytaracağını demişdir. Keçən müddət ərzində Niyaməddin avtomobili qaytarmadığından, atası ilə danışaraq Niyaməddinin ona problem yaratdığını demişdir. Atası isə polisə şikayət etməyi məsləhət görmüşdür. Həmin gün, axşam saat 23 radələrində Amin adlı şəxs onun yaşadığı evə gələrək onunla görüşmüşdür. Görüş zamanı Amin bildirmişdir ki, qardaşı Niyaməddini axtarır. Nə olduğunu soruşduqda isə Amin bildirmişdir ki, Niyaməddin Mübariz adlı şəxsə onun idarə etdiyi “Renault” markalı avtomobili vermiş, hətta ondan 5000 manat pul götürmüş, lakin sonradan etibarnamə verməli olduğu halda verməmiş, telefonuna isə zəng çatmır. Daha sonra özü Mübarizlə görüşmüş və həmin vaxt məlum olmuşdur ki, qardaşı Niyaməddin Mübarizdən 5000 manat pul almışdır. Onların aralarındakı razılaşmaya əsasən, əlavə olaraq 4500 manat da pul almalı idi. Sonda 9500 manat pulun müqabilində həmin avtomobili Mübarizə satmalı idi. Buna etiraz etmiş və sonda Mübarizdən həmin avtomobili götürmüşdür. Keçən müddət ərzində Niyaməddinin Mübarizdən götürdüyü 5000 manatı ona geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən "xxxx" Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsində işləmiş, lakin 2020-ci ilin fevral ayından 30 saylı komandanın rəis müavini vəzifəsində çalışır. Onun vəzifə səlahiyyətləri komandada olan bütün xidməti sənədlərin hazırlanması, nəzarət buraxılış məntəqələrinə, postların təmizliyinə, şəxsi heyətin nizam intizamına, geyim forma və qaydalarına nəzarətdən ibarətdir. 30 saylı komanda Heydər Əliyev adına X17 obyektlərinin mühafizəsini həyata keçirir. Həmçinin, həmin obyektlərin mühafizəsini zavodun obyektlərinin mühafizəsi üçün ayrılmış Azərbaycan Respublikası DİN-in Mühafizə Polisi də həyata keçirir. Postlardan biri NZS qəsəbəsi, Aşıq Qurban küçəsi 25 ünvanında yerləşir. Qeyd olunan post dörd karaul rəisi və onların hər birinin bir nəfərdən ibarət atıcısı ilə sutkalıq mühafizə olunur. Belə ki, karaul rəisi və onun atıcısının növbələri bir gün səhər növbəsi, bir gün axşam növbəsi və iki istirahətdən ibarətdir. 02 iyun 2020-ci il tarixdə, saat 20:30 radələrində həmin gün axşam növbəsində olan karaul rəisi X5 ona bildirmişdir ki, atıcısı X6 deməsinə görə onların mühafizə etdiyi «Nafta» xəttinə kənar müdaxilə aşkar etmişdir. Bundan sonra, dərhal karaul rəisi Fuad Abdurəhmanovla birlikdə sürücü X7 idarə etdiyi xidməti avtomobillə müdaxilə aşkarlanmış əraziyə getmişdir. Həmin yerə çatan zaman, atıcı Famil Mehdiyevə müdaxilə olunan hissəni göstərməsini demişdir. Famil ona həmin hissəni göstərmiş, lakin «Nafta» xəttinə baxsa da, müdaxilə olunan hissəni görə bilməmişdir. Famil bildirmişdir ki, «Nafta» xəttinə müdaxilə olunaraq birləşdirilmiş boru həmin xətin qarşısında olan bağ sahəsinə çıxır. Bundan sonra o, karaul rəisi Fuad və atıcı Famil birlikdə bağ sahəsinə çəpərdən daxil olmuş və Famil ona ərazini göstərərək, plasmas borunu qatlayıb məhsulun axıntısının qarşısını almasını demişdir. O, Famildən bunu necə aşkar etməsini soruşduqda, Famil bildirmişdir ki, ərazidə xətt boyu hərəkət edən zaman şırıltı səsi eşitmiş, daha sonra həmin hissəyə daha ətraflı baxış keçirən zaman, naftanın qoxusu gəldiyini aşkar edib ətrafa baxdıqdan sonra, naftanın həmin bağ sahəsində plastik borudan fontan formasında axmasını görmüş və dərhal həmin plastik boruya müdaxilə edib əyərək, bağlamaqla məhsulun axıntısının qarşısını almışdır. Bundan sonra, baş vermiş hadisə barədə komanda rəisi X9 məlumat vermişdir. Həmin vaxt karaul rəisi Fuad zavodun dispetçerinə məlumat verərək, Naftanın axıntısının qarşısını almaq məqsədi ilə qəza xidmətinə məlumat verməsini bildirmişdir. Bundan sonra, zavod daxili xidmətində olan karaul rəisi X8 hadisə yerinə dəvət etmişdir. Sərxan hadisə yerinə gəldikdən təxminən 15-20 dəqiqədən sonra, hadisə yerinə Təhlükəsizlik İdarəsinin rəisi Füzuli Hacıyev, Xidmətin Təşkili Şöbəsinin rəisi Mehman Mehdiyev, onun müavini Nazim Həsənov, böyük mühəndis Elçin Qurbanov və komanda rəisi İlham Əmirov, həmçinin zavodun həmin sahə üzrə məsul şəxsləri gəlmişlər. Bundan sonra birlikdə əraziyə baxış keçirilərək, boruya müdaxilə olunan hissə aşkar edilmiş, daha sonra isə hadisə yerinə Mühafizə Polisinin əməkdaşları gələrək, hadisə barədə aidiyyəti orqanlara məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Şahid8la orta məktəbdə bir sinifdə oxumuşdur. 2017-ci ilin oktyabr ayında yaşadığı məhəllədə Çingizlə birlikdə görüşüb söhbət edən zaman, Çingiz ona “Kontakt Home” mağazasından kreditlə məişət əşyası götürmək istədiyini bildirib, ona zamin durmağını xahiş etmişdir. O, Çingizə onun adının kredit alanlar siyahısında qara siyahıya salındığını və ona zamin dura bilməyəcəyini bildirmişdir. Buna baxmayaraq, Çingiz israrla şəxsiyyət vəsiqəni ona verməyini, tanışı olduğunu və həmin tanışının vasitəsi ilə adının qara siyahıya salınıb-salınmadığını yoxlatdırıb, geri qaytaracağını bildirmişdir. O da, Çingizə inandığı üçün özünə məxsus olan şəxsiyyət vəsiqəsini Çingizə vermişdir. Bundan bir neçə gün sonra, Çingiz ona məxsus olan şəxsiyyət vəsiqəsini geri qaytararaq, adının həqiqətən də qara siyahıda olduğunu və onun zamin dura bilməyəcəyini bildirmişdir. Bundan sonra, 2018-ci ilin sonralarında “Kontakt Home” mağazasından onunla əlaqə saxlayaraq, adına krediti olduğunu və bununla bağlı “Kontakt Home” mağazasının baş ofisinə yaxınlaşmağını demişlər. O, “Kontakt Home” mağazasının baş ofisinə getmiş və həmin vaxt orada ona 11 oktyabr 2017-ci il tarixdə “Kontakt Home” mağazasının Sabunçu rayonunda yerləşən filialından 2198 manat dəyərində “Samsung” markalı soyuducunu kreditə götürüb, pulunu ödəmədiyini bildirmişlər. O da, heç bir kredit götürmədiyini bildirmişdir. Onun adına 11 oktyabr 2017-ci il tarixdə tərtib edilmiş kredit müqaviləsi gətirilib ona göstərilən zaman o, onun şəxsiyyət vəsiqəsini surətinin üzərində Çingizin şəklinin olduğunu görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, Çingiz onun şəxsiyyət vəsiqəsinin üzərinə öz fotoşəklini yapışdırıb, onun adından kredit götürmüşdür. O, Çingizlə görüşüb, “Kontakt Home” mağazasının baş ofisinə getmişdir. Orada Çingiz onun xəbəri olmadan şəxsiyyət vəsiqəsinin üzərinə fotoşəkil olan hissəsinə öz fotoşəklini yapışdırıb, “Kontakt Home” mağazasından “Samsung” markalı soyuducunu onun adına kreditə götürdüyünü etiraf etmişdir. Bundan bir müddət sonra isə onu məhkəməyə dəvət etmişlər və orada Çingiz bu əməlini Təqsirləndirilən şəxsla birlikdə etmiş olduğunu bildirmişdir. Bundan sonra, 2020-ci ilin iyun ayında onu yenidən məhkəməyə dəvət etmişlər və orada ona məlum olmuşdur ki, Çingiz Bakıxanov qəsəbəsində yerləşən "xxxx" mağazasından, onun xəbəri olmadan şəxsiyyət vəsiqəsinin üzərinə fotoşəkil olan hissəsinə öz fotoşəklini yapışdırıb, 11 oktyabr 2017-ci il tarixdə "xxxx" markalı soyuducunu kreditə götürmüşdür. Bundan sonra, məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və hər iki müqavilələrin onun adından atılmış imzaların ona məxsus olmadığı müəyyən edilmidir. O, bu hadisə barədə Çingizdən soruşduqda, Çingiz ona həmin hadisələri tanışı Təqsirləndirilən şəxsla birlikdə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o, 2013-cü ilin dekabr ayından “Kontakt Home” mağazasının Sabunçu rayonunda yerləşən filialında kredit mütəxəssisi işləmişdir. 11 oktyabr 2017 tarixdə işdə olarkən, əvvəllər tanımadığı, adının əslini sonradan öyrəndiyi Şahid7 şəxsiyyət vəsiqəsinə öz şəklini laminasiya elətdirən Şahid8 ona yaxınlaşmış, adına kreditin verilib-verilmədiyini soruşmuşdur. O, da sistemlə yoxlamış və Şahid7 adına kredit verilə biləcəyini demişdir. Sonra Çingiz ona “Samsung” markalı soyuducunu almaq istədiyini demişdir. İlkin olaraq 218 manat ödəyən Şahid8 ümumi dəyəri qızıl zəmanətlə 2198 manata başa gələcək soyuducunu imzalar çəkib almışdır. Soyuducunu ünvan 9 ünvanına çatdırılmasını istəmişdir. Sonra həmin şəxs çıxıb getmiş və 3 gün ərzində soyuducu həmin şəxsin ünvanına çatdırılmışdır. Həmin soyuducunun qiyməti 1770 manat olmuş, lakin kreditlə və qızıl zəmanətlə 2198 manata başa gəlmişdir. Çingiz kassaya 218, sonra isə daha 50 manat ödəmiş, ümumi 268 manat ödəmişdir. Həmin şəxs aylıq 110 manat olmaqla, 18 ay ödəniş etmək öhdəliyini götürmüşdür. Sonradan bilmişdir ki, həmin şəxs şirkəti aldadıb və tanışı Şahid7 saxta şəxsiyyət vəsiqəsi ilə adına kredit götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, Şahid8 məhəllə uşağı kimi tanımışdır. Təqsirləndirilən şəxs onun əmisi oğludur, münasibətləri yaxşı olmuşdur. 2017-ci ilin avqust ayının axırları, sentyabr ayının əvvəlləri işdə olarkən, tanışı Şahid8 istifadəsində olan mobil telefonla onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib ondan xahiş etmişdir ki, "xxxx" mağazasından paltaryuyan və qabyuyan məişət texnikası kreditə götürür, ona zamin lazımdır. O, Çingizə etiraz edə bilməmiş və birlikdə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən "xxxx" mağazasına getmişlər. Orada ilkin olaraq Şahid8 şəxsiyyət vəsiqəsini kredit verilən şöbəyə təqdim etmiş, kredit götürülməsi üçün sənədlər hazırlanandan sonra, zamin kimi onun şəxsiyyət vəsiqəsini istəmişlər, o da, şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Sənədləşmə aparılandan sonra, Şahid8 bir ədəd paltaryuyan və bir ədəd qabyuyan məişət texnikasını kreditə götürdüyündən, o da, zamin kimi sənədlərə imza etmişdir. Şahid8 kreditə götürdüyü paltaryuyan maşını və qabyuyan maşını nə etməsi barədə məlumatı olmamışdır. Mağazadan da kreditə götürülən məişət texnikasının hansı ünvana aparılmasını bilməmiş və bununla maraqlanmamışdır. Bir müddətdən sonra ona tanışı Şahid9 adlı şəxs zəng vurub bildirmişdir ki, o, Çingizə zamin duranda Çingiz sənədini saxtalaşdırmışdır. O, Şahid9 onun həmin sənəddən məlumatı olmadığını bildirmişdir. Asif ona məxsus şəxsiyyət vəsiqəsinin Çingizin saxtalaşdırıb, kredit götürdüyünü demişdir. Sonradan o, öz şəxsi vəsaitindən 1700 manat pulu əmisi oğlu Şahid6 vermişdir ki, aparıb krediti bağlasın. Şahid6 da həmin 1700 manat pulu "xxxx" mağazasına ödəməklə, krediti bağlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin filial müdiri işləmişdir. Əvvəllər isə Nərimanov rayonu, Təbriz küçəsi 79 ünvanda yerləşən "xxxx" mağazasının Nərimanov filialında kredit şöbəsində işləmişdir. 02 oktyabr 2017-ci il tarixdə iş yerində olan zaman, bir nəfər yaxınlaşaraq, kredit üçün müraciət etmişdir. O, kredit verilməsi üçün həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb etmişdir. Həmin şəxs ona Şahid9 olmasını təsdiq edən şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O da, şəxsiyyət vəsiqəsinə baxanda görmüşdür ki, vəsiqənin üzərində olan şəkil həmin şəxsin şəkilidir. O, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini çıxardıb, vəsiqəni həmin şəxsə qaytarmışdır. O, həmin vəsiqə əsasında cəmi dəyəri 2098 manat təşkil edən bir ədəd «Bosch » markalı paltaryuyan və həmin markadan bir ədəd qabyuyan almışdır. İlkin 200 manat pul ödənilmişdir. Pulun qalan hissəsi isə həmin şəxsin xahişi ilə 12 ay kreditə verilmişdir. Həmin müqavilə onun tərəfindən tərtib olunmuş və hər ikisi tərəfindən imzalanmışdır. Verilən kreditin etibarlı olması üçün o, həmin şəxsin atasına zəng vuraraq, atası Yusifağa ilə danışmışdır. Həmin şəxs də telefon danışığı zamanı, Yusifağa olmasını təsdiq etmiş və oğlunun həmin məişət avadanlıqlarını kreditə götürməsindən xəbərdar olduğunu bildirmişdir. Kreditə götürülən malların miqdarı 2000 manatdan artıq olduğundan bir nərəf zamin tələb olunmuşdur. Kreditə mal götürən şəxs səhəri günü Şahid10 adlı şəxslə birlikdə mağazaya gəlmiş və şəxsiyyət vəsiqəsini təqdim edib, həmin müqaviləni imzalamışdır. Zamin duran şəxs isə həmin müqaviləni oxumadan imzalamışdır. Kredit götürən şəxsə və zamin duran şəxsin ümumi kredit yoxlanışından, yəni kredit ödənişi vəziyyətini yoxlamaq üçün ərizə blanklarını doldurmuşlar. Həmin yoxlamanın nəticəsi müsbət olduğundan kredit ayrılması təsdiqlənmişdir. Bundan bir neçə gün sonra, kreditə götürülən məişət avadanlıqları ünvana çatdırılmışdır. Həmin məişət avadanlıqlarının birinci ayının ödənişi ilə bağlı sonuncu gün həmin müştəriyə zəng vurmuşdur. Kredit götürən şəxsin və zaminin vermiş olduğu ev və mobil telefon nömrəsini müqaviləyə qeyd olunmuşdur. Həmin nömrələdən istifadə edərək o, kredit götürən şəxsə zəng vurmuşdur. Həmin şəxs də, bir neçə gün ərzində kreditin ödəniləcəyini bildirmişdir. Noyabr ayının əvvəllərində o, yeni iş yerinə getdiyindən, ödəniş barədə məlumatı olmamışdır. Təxminən bir-iki gün sonra eşitmişdir ki, ona təqdim olunan vəsiqə saxta sənəddir. Orada şəxsin fotoşəkili saxtalaşdırılmışdır. Şahid9 «Opitmal Elektironika» mağazasına gəlib şikayət etmişdir ki, o mağazadan kredit almamışdır. Asif şəxsiyyət vəsiqəsi təqdim edəndə məlum olmuşdur ki, Asifin anket məlumatı olan vəsiqənin surətində başqa şəxsin şəkili olmuşdur. Asif də həmin şəxsi tanıdığını bildirmişdir. Asif vəsiqəsini işə düzəltmək adı ilə vermiş və ondan istifadə edib onun şəxsiyyət vəsiqəsi saxtalaşdırılıb adına kredit götürmüşlər. Götürülən kredit sonradan zamin duran Şahid10 tərəfindən ödənilmişdir. Həmin ödənişi isə onun adından Şahid6 həyata keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında şahid qismində dindirilən X4 Təqsirləndirilən şəxs ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid3 göstərmişdir ki, ünvan 11 ünvanında yerləşən təxminən 10 sot torpaq sahəsi ona babasından miras kimi qalmış torpaq sahəsidir. Həmin torpaq sahəsi o, qardaşları Fəttah, Elxan və anası arasında bölünmüşdür. Torpaq sahəsindən bağ sahəsi kimi və heyvanlara yonca əkmək üçün istifadə edir. Həmin bağ sahəsinin qapısı taxtadandır və asma qıfılla bağlanır. Həmin qıfılın açarı isə yalnız onda olur. Hər gün və ya gün aşırı qeyd olunan bağ sahəsinə gedərək, təsərrüfatla məşğul olur. 02 iyun 2020-ci il tarixdə, təxminən saat 19 radələrində yonca yığmaq məqsədiilə bağ sahəsinə getmişdir. Həmin bağ sahəsinə gedən zaman, oradan benzin iyinin gəlməsini müəyyən etmiş və bu məqsədlə bağ sahəsinə baxan zaman, torpaq səthində benzin daşdığını görmüşdür. Hər hansı partlayış ola biləcəyindən ehtiyat edərək, tez bağdan çıxmış və orada xidmət aparan mühafizə işçisinə məlumat vermişdir. Həmin mühafizəçi narahat olmamağını və bununla məşğul olacağını deyərək getmiş və yenidən bağ sahəsinə qayıdanda, həmin mühafzəçinin arxa tərəfdən bağdan çıxdığını görmüşdür. Bir neçə dəqiqədən sonra, mühafizə işçiləri öz avtomobilləri ilə onun bağ sahəsinə gəlmiş və ona narahat olmamağı və bunu aradan qaldıracaqlarını demişlər. Belə ki, onun bağ sahəsi arxa hissəsindən keçən Dövlət Neft Şirkətinə məxsus benzin borusundan onun bağ sahəsinə doğru dəmir boru çəkilmiş və benzin də, məhz həmin çəkilmiş borudan bağ sahəsinə axmışdır. Bundan sonra əməkdaşların bağ sahəsinə gəldiklərini görüb, öz işlərini görəcəklərinə əmin olduqdan sonra, hadisə yerindən yaşadığı evə getmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2, 29,177.2.4, 178.2.1, 178.2.2, 320.1 və 320.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Heydər Əliyev adına X17 Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə ünvanladığı müraciətində qeyd olunur ki, 02 iyun 2020-ci il tarixdə, saat 21 radələrində Heydər Əliyev adına X17 7 saylı istehsalatının 1 saylı əmtəə parkından 3 saylı əmtəə parkına gedən neft məhsulu nəql olunan Dş-250 mm. (nafta, ilkin emal benzin distilatı) neft boru kəmərinin 2.300 metrliyində Xətai rayonu, Aşıq Qurban küçəsində, "xxxx" QSC-yə məxsus terminalın qarşısından keçən hissəsində naməlum şəxslər tərəfindən 15 mm. diametrində deşilərək, 20 mm. ölçüdə kran qoyulduğu və ona birləşmiş plastik boru (şlanq) vasitəsi ilə neft məhsulunun yaxınlıqda yerləşən çəpərlənmiş bağ sahəsinə axdığı aşkar olunmuşdur. Nəticədə, neft məhsulunun nəqli zamanı 20 ton itki baş vermişdir. İş materiallarında olan Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin məlumatından görünür ki, 02 iyun 2020-ci il tarixdə, saat 22:40-da Xətai rayonu Mühafizə Polis İdarəsinin polis nəfərləri 37-ci Polis Şöbəsinin növbətçi hissəsinə məlumat verərək bildirmişdirlər ki, Heydər Əliyev adına X20 məxsus 25 mm-lik borunun ünvan 9 ünvanından keçən hissəsində 20 mm-lik kauçuk boru vasitəsi ilə naməlum şəxs və ya şəxslər tərəfindən müdaxilə olunması və Aİ-92 markalı benzinin oğurlanmasına cəhd edilməsi barədə məlumat verilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerində “Kamaz” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Avtomaşının xx.xx.1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuş Şahid1 məxsus olması müəyyən edilmişdir. Hadisə törətməkdə şübhəli bilinən digər şəxsin isə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2021-ci il tarixli, 9/8705 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının qərarına əsasən, 20 ton Aİ- 92 markalı benzinin 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 21280 manat (20 ton x 1064 manat), hazırki vaxta olan orta bazar qiyməti ilə ümumi dəyəri isə 26200 manat (20 ton x 1310 manat) təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2021-ci il tarixli, 6/4769 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd butulkadakı sarımtıl rəngli neft qoxulu maye neft məhsuludur (tərkibi neft məhsullarına məxsus karbohidrogenlərindən ibarətdir). Hazırda Mərkəzdə müvafiq avadanlıq olmadığından, həmin neft məhsulunun növünü və markasını müəyyən etmək mümkün olmamışdır. Vizual tədqiqat nəticəsində mayedə maddə və material qarışıqlar aşkar edilməmişdir. İş materiallarında olan Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3-2 və 186.1-ci maddələri ilə başlanmış cinayət təqibinə CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmçinin, X2 müəyyən edilməsi məqsədi ilə, cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2 və 29,177.2.4-cü maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. İş materiallarından görünür ki, Şahid5 məxsus “Kamaz 53212” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili iş üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün sahibinə verilmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid8 ilə bütün istintaq hərəkətləri keçirilərək, sonuncunun tanışı Təqsirləndirilən şəxs ilə birlikdə dələduzluq etməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 221.3, 320.1 və 320.2-ci maddələri ilə törətmiş olduğu cinayət əməli tam sübut olunduğundan, Şahid8 məhkəmə məsuliyyətinə verilməsi, Təqsirləndirilən şəxs isə olduğu yerin müəyyən olunması istiqamətində əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi məqsədi ilə bütün halların tam, obyektiv və vaxtında baxılmasına mane olmadığından və xarakterinə görə ayrıca baxılması mümkün olduğundan, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 320.1 və 320.2-ci maddələri ilə ayrıca cinayət işinin ayrılaraq, istintaqının aparılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmündən görünür ki, Şahid8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun 6 (altı) ay 5 (beş) gün həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə, Şahid8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsi hissəsində iş üzrə cinayət təqibinə xitam verilmiş və Şahid8 həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmişdir. Həmin cinayət işi üzrə verilmiş ittihama görə, Şahid8 tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, etibardan sui-istifadə etmə və aldatma yolu ilə, özgənin əmlakını ələ keçirmə üçün, tanışı Şahid9 məxsus hüquqverən rəsmi sənəd olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsini alaraq, niyyətlərini ona bildirmədən, özünə məxsus 3x4 ölçüdə olan fotoşəkili kompüter texnikasından istifadə etməklə, standart kompüter kağızında rəngli printerlə eyni ölçüdə çıxarıb kəsərək, vəsiqənin üz qatının plyonkasını yenidən üzərinə çəkmiş, üzərindəki fotoşəkil özünə, anket məlumatları isə Şahid9 aid hüquqverən rəsmi sənəd olan şəxsiyyət vəsiqəsini istifadə etmək məqsədi ilə saxtalaşdıraraq, qanunsuz hazırlayıb, 02 oktyabr 2017-ci ildə, saat 13 radələrində ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin əməkdaşına təqdim edərək, 999 manat dəyərində bir ədəd "xxxx" markalı paltaryuyan maşını, 1099 manat dəyərində bir ədəd "xxxx" markalı qabyuyan maşını, ümumilikdə 2098 manat dəyərində məişət texnikasını kreditə götürərək, həmin saxta sənəddən istifadə etməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, etibardan sui-istifadə etmə və aldatma yolu ilə, özgənin əmlakını ələ keçirmək üçün, tanışı Şahid7 adına olan hüquqverən rəsmi sənəd olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsini alaraq, niyyətlərini ona bildirmədən, özünə məxsus 3x4 olan fotoşəkili kompüter texnikasından istifadə etməklə, standart kompüter kağızında rəngli printerlə eyni ölçüdə çıxarıb kəsərək, vəsiqənin üz qatının plyonkasını aralayıb, fotoşəkilin üzərinə yapışdırdıqdan sonra, vəsiqənin üz qatının plyonkasını yenidən üzərinə çəkmiş, üzərindəki fotoşəkil özünə, anket məlumatları isə Şahid7 aid olan hüquqverən rəsmi sənəd olan şəxsiyyət vəsiqəsini istifadə etmək məqsədi ilə saxtalaşdıraraq, qanunsuz hazırlayıb 11 oktyabr 2017-ci ildə, saat 11 radələrində ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-nin əməkdaşı Şahid14 təqdim edərək, 2198 manat dəyərində bir ədəd “Samsung” markalı soyuducunu kreditə götürərək, həmin saxta sənəddən istifadə etməklə, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, etibardan sui-istifadə və aldatma yolu ilə, özgənin əmlakını ələ keçirmək üçün, tanışı Şahid7 adına olan hüquqverən rəsmi sənəd olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsini alaraq, niyyətlərini ona bildirmədən, özünə məxsus 3x4 ölçüdə olan fotoşəkili kompüter texnikasından istifadə etməklə, standart kompüter kağızında rəngli printerlə eyni ölçüdə çıxarıb kəsərək, vəsiqənin üz qatının plyonkasını aralayıb, fotoşəkilin üzərinə yapışdırdıqdan sonra, vəsiqənin üz qatının plyonkasını yenidən üzərinə çəkmiş, üzərindəki fotoşəkil özünə, anket məlumatları isə Şahid7 aid olan hüquqverən rəsmi sənəd olan şəxsiyyət vəsiqəsini istifadə etmək məqsədi ilə saxtalaşdıraraq, qanunsuz hazırlayıb, 11 oktyabr 2017-ci ildə, saat 14 radələrində ünvan 13 ünvanında yerləşən "xxxx" MMC-nin əməkdaşına təqdim edərək, 2199 manat dəyərində bir ədəd "xxxx" markalı soyuducunu kreditə götürərək, həmin saxta sənəddən istifadə etməklə, dələduzluq etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. İş materiallarında olan Şübhəli şəxsin tutulması protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 avqust 2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 320.1 və 320.2-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, 04 iyun 2020-ci il tarixdə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 06 iyul 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3-2 və 186.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 iyul 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 16 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş, hazırda isə onun məhkumluğu yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2009, 2010, 2012 və 2017-ci il təvəllüdlü uşaqları vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2, 29,177.2.4, 178.2.1, 178.2.2, 320.1 və 320.2-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Digər tərəfdən iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə, Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin sanksiyasında isə bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə verilmiş ittiham üzrə cinayətin törədilməsindən iki ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Eyni zamanda, həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda, təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməli və barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsi tətbiq edilməklə, ona həmin maddələr ilə cəza təyin olunmamalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 29 avqust 2019-cu il tarixdən 31 avqust 2019-cu il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 06 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Şahid5 məxsus “Kamaz 53212” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 164 (bir yüz altmış dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2, 29,177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsi tətbiq edilməklə, ona həmin maddələr ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 06 iyul 2021-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Şahid5 məxsus “Kamaz 53212” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 164 (bir yüz altmış dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar