Məhkəmə qərarları › İş №1(011)-56/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-56/2023

27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-56/2023 27.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1964-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(039)-307/2020 saylı hökmü ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(039)-62/2020 saylı qərarı ilə cəzasının çəkilməmiş 01 il 11 ay 26 gün hissəsi 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,397 qram narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xətai RPİ 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş Əməliyyat tədbirləri nəticəsində 10 oktyabr 2022-ci il tarixdə, saat 18:00-da Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 saylı evin yaxınlığında saxlanılıb Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 49-da yerləşən Xətai RPİ-nin 35ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,397 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərk məhkəməyə vermiş olduğu ifadəsində göstərmişdir ki, o, tutularkən üzərində heç bir narkotik vasitə olmamışdır. Belə ki, sonuncu dəfə Yevlax Rayon Məhkəməsində narkotik vasitədən istifadə etdiyi üçün məhkum olunduqdan sonra bir daha narkotik vasitə istifadə etməmişdir. Ona verilmiş ittihamla razı deyil. ünvan 2 ünvana əvvəllər tanıdığı şəxsi görməyə getmiş, günorta 12 radələrində polis əməkdaşları ona gəlib evdən aparmışlar. Ona döymüşlər. Bu səbəbdən o da, verilən sənədləri imzalamışdır. Ədalətli qərar qəbl edilməsini xahiş etmişdir.. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikast CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamı üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə dəfələrlə məhkum olunmuş, Yevlax rayonu. Yevlax şəhəri, Q.Quliyev küçasi, ev 3 A. mənzil 9193-da qeydiyyatda olmaqla yaşayır, lakin, rayonda is olmadığından Bakı şəhərinə gələrək müxtəlif ünvanlarda gündəlik evlərdə yaşamaqla günǝmuzd işlərlə məşğul olur. Belə ki, uzun müddətdir ki, narkotik vasitə olan kakos kimi tanıdığı heroindən istifadə edir. Narkotik vasitələri tanımadığı şəxslərdən alır. Sonuncu dafa 10 oktyabr 2022-ci il tarixdə, saat 10 radələrində, Suraxanı rayonu, Hövsan qǝsəbəsində olan zaman tanımadığı bir şaxsin narkomana oxşamasını görüb ona yaxınlaşmış, ondan narkotik vasitə satıb-satmamasını soruşduqda, həmin şəxs heroini olduğunu və sata biləcəyini bildirmişdir. Həmin şəxsə 5 manat verib bir bükümdə heroin alıb aynində olan boz rəngli şalvarının sağ yan cibinə qoymuşdur ki, ağırıları olanda istifadə edər. 10 oktyabr 2022-ci il tarixdə, saat taxminan 18 radələrində iş axtarmaq məqsədilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 saylı evin yaxınlığı ilə gedən zaman mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını və özünü etməyini bildirmişlər. Özünü təqdim etdikdən sonra narkotik vasitələrdən istifadə etməkdə şübhəli bilindiyi üçün onu Xətai RPİ-nin 35-ci Polis Bölməsinə aparmışlar. Bölmədə polis əməkdaşları tərəfindən vəkillə təmin olunduqdan sonra videoçəkilişlə üzərinə axtarış aparılmışdır. Axtarış zamanı üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim olunması xahiş olunmuş, bu təklifdən sonra əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən bir bükümdə olan maddəni çıxarıb stolun üzərinə qoymuşdur. Həmin maddənin nə olması soruşulduqda bildirmişdir ki, həmin maddə kakos kimi tanıdığı heroindir, həmin maddəni 10 oktyabr 2022-ci il tarixdə, saa 10 radələrində Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən özü üçün istifadə etmək məqsədilə beş manata alıb üzərində saxlamışdır. Sonra üzərinə axtarış davam etdirilsə də başqa heç bir qanunla qadağan olunmuş maddə və ya əşya aşkar edilməmişdir. Bundan sonra həmin maddə ölçülmüş və 0,46 qram olması müəyyən edilmişdir. Daha sonra həmin maddə zərfə qoyulub möhürlənmiş və protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. (i.v.47-49, 59-61); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 10 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməklə istifadə etməsi və üzərində daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən Polis bölməsinə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə etmiş, rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, o, həmin qrupun rəhbəri Şahid1, üzvü isə özü təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Keçirilmiş ilkin əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün ünvan 2 ünvanının qarşısı və ətraf ərazilər onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. 10 oktyabr 2022-ci il tarixdə saat 18:00 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısı ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq xidməti vəqisələrini göstərib özlərini təqdim edib və ondan özünü təqdim etməsini xahiş etmişlər, o da adının Oqtay, soyadının isə İsgəndərov olmasını bildirdikdə sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər, o da heç bir etiraz etməyərək onlarla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, əks təqdirdə üzərinə baxış keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd ağ şəffaf sellofa bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik, narkotik vasitə olan heroinə bənzər maddə olan 01 ədəd bükümü təqdim edərək masanın üzərinə qoyub, həmin bükümün içərisindəki maddənin "kakos" deyilən heroin olduğunu, həmin narkotik vasitəni Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirərkən xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanın yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs X3 qarşı heç bir zor tədbiq edilməmiş, o döyülməmişdir. İş üzrə digər Şahid1 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduqları ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 10 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 10 oktyabr 2022-ci il tarixdə, saat 18:00-da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Xətai RPİ-nin 35-ci polis şöbəsinə gətirilmiş və həmin tarixdə, saat 18:20-də müdafiəçinin iştirakı Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasında Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 20); şəxsi axtarış və götürmə aparılması haqqında 10 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 35-ci PB-in CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2, Xətai RPİ-nin 35-ci PB-in CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Xətai RPİ-nin 35-ci PBin əməkdaşı, polis serjantı X4, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsung” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində tünd boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd ağ şəffaf sellofa bükülmüş bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik, narkotik vasitə olan heroinə bənzər maddə olan 01 ədəd bükümü təqdim edərək masanın Üzərinə qoyub, həmin bükümün içərisindəki maddənin "kakos" deyilən heroin olmasını, həmin narkotik vasitəni Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən almasını, şəxsi İstifadəsi üçün üzərində gəzdirərkən xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanın yaxınlığında olan zaman polis aməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim olunan kütlə elektron tərəzidə çəkilmiş, çəkilən zaman 01 ədəd ağ şəffaf sellofa bükülmüş bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik, narkotik vasitə olan heroinə bənzər maddənin ümumi çəkisinin isə 0.46 qram olması müəyyən edilmişdir. Zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 154 saylı möhürü ilə möhürlənmişdir. (i.v. 31-32); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 oktyabr 2022-ci il tarixli, 6/5849 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №154" dairəvi möhür əksi olan, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,397 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 08 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin" in siyahısına (Siyahı İ) daxildir. Təqdim edlmiş heroin bir bükümdə olduğundan müqayisəli tədqiqat aparılmadı. (i.v. 38-40); Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİnin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı leytenantı Əhmədov MəmmədağA Əhmədağa oğlu tərəfindən diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd ağ şəffaf sellofa bükülmüş bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik, narkotik vasitə olan heroinə bənzər maddə olan 01 ədəd bükümü təqdim edərək masanın üzərinə qoyub, həmin bükümün içərisindəki maddənin "kakos" deyilən heroin olmasını, həmin narkotik vasitəni Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən almasını, şəxsi istifadəsi üçün üzərində gəzdirərkən xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanın yaxınlığında olan zaman polis aməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim olunan kütlə elektron tərəzidə çəkilmiş, çəkilən zaman 01 ədəd ağ şəffaf sellofa bükülmüş bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik, narkotik vasitə olan heroinə bənzər maddənin ümumi çəkisinin isə 0.46 qram olması müəyyən edilmişdir. Zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 154 saylı möhürü ilə möhürlənmişdir.( i.v. 46);. təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 50); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-532/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində həbs seçilməklə məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 2 (iki) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablanmışdır ( i.v. 68- 72); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 26 oktyabr 2022-ci il tarixli tələbnamə əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına dəyişdirilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir.( i.v. 78-80); Yevlax Rayon Məhkəməsinin 1(039)-107/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 11 may 2020-ci il tarixdən 13 may 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması hökm olunmuşdur (i.v. 83-86); Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(039)-62/2020 saylı qərarından görünür ki, Yevlax Rayon Məhkəməsinin 1(039)-107/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 11 ay 26 gün hissəsi, 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəli 25 sentyabr 2020-ci il tarixdən hesablanması, barəsində həbs qətimkan tədbirinin seçilməsi və dərhal məhkəmə iclas zalından dərhal həbs edilməsi qərara alınmışdır(i.v 86-89) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 6258 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 94-95); sübutların qiymətləndirilməsi haqqında 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılsın və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla barəsində həbsdə olma müddətinin əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 02 ay həddində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilsin. 3. Azərbaycan Respublikası 234-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndi Təqsirləndirilən şəxs şamil edilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisinin daha mötəbər sübut növü olan məhkəmə-kimyəvi ekspertizasının 11 oktyabr 2022-ci il tarixli, 6/5849 nömrəli rəyinə uyğun olaraq 0,397 qram olması əsas götürülməsi, Təqsirləndirilən şəxsun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,397 gram olan narkotik vasitənin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilsin və ekspertiza tədqiqatına sarf edilmiş kütlə çıxılmaqla təmiz qalıq çəkisi 0,347 qram olan 01 ədəd bükümdə narkotik vasitə heroinin saxlanılmasından ötrü Xətai RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi, iş üzrə "şəxsi axtarış və götürms aparılması" haqqında 10 oktyabr 2022ci il tarixli istintaq hərkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd "DVD_R" formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilsin və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınması, ekspertizasının 11 oktyabr 2022-ci il tarixli, 6/5849 nömrəli rayi, məhkəmə-narkoloji ekspertizasının 22 oktyabr 2022-ci il tarixli, 6258 nömrəli rəyi, "şəxsi axtarış və götürmə aparılması haqqında" 10 oktyabr 2022-ci il tarixli protokol, təqsirləndirilən şəxsin ifadələri və şahid ifadələri iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilməsi, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmadığından və xarakterinə görə ayrıca baxılması mümkün olduğundan Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair nömrəli cinayət işindən işə daxil edilmiş materialların siyahısı, qərarların, protokolların və digər sənədlərin surətləri əlavə edilməklə iş üzrə maddi sübut olan psixotrop maddə metamfetamini sonuncuya qanunsuz olaraq satmış şəxs və ya şəxslərin və həmin cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin barəsində araşdırma materialı ayrılaraq araşdırması davam etdirilməsi, bundan başqa cinayətin baş verməsinə səbəb olub şərait yaradan halların muayyan edilməsi və aradan qaldırılması məqsədilə, eləcə də gələcəkdə bu cür sinayətlərin qarşısının alınması, təkrar olunmaması və digər şəxslər tərəfindən törədilməməsi üçün ciddi tədbirlər görülməsi, həmçinin profilaktiki işlərin təşkil edilməsinin, narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması, göndərilməsi və satılmasının ağır nəticələrə səbəb olub cinayət məsuliyyəti yaratmasının geniş kütlə arasında təbliğ edilməsi zəruriliyindən ötrü Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinə təqdimat verilməsi, iş üzrə Təqsirləndirilən şəxs mahkumluğunun ödənildiyini nəzərə alaraq onun törətdiyi cinayət əməli cinayətlərin residivi kimi qiymətləndirilməməsi qərara alınmışdır. (i.v. 100-109); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağyan cibindən 01 ədəd ağ şəffaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik, narkotik vasitə olan heroinə bənzər maddəni təqdim etməsi, şəxsi istifadəsi üçün Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən əldə etməsini bildirməsi, aşkar edilmiş ağ şəffa sellofan büküm elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,46 qram müəyyən edilməsi, həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmaması və döyülməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır və özünün məhkməyədək icraat dövründə verdiyi ifadələri, şahid ifadələri ilə təkzib olunur. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Bundan əlavə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli, 4(011)-532/2022 saylı qərardan görünür ki, təqsirləndirilən şəxs ona verilmiş ittihamda özünü təqsirli bilərək, əməlindən peşmançılıq çəkdiyini və bir daha belə hallara yol verməyəcəyini bildirərək verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,864 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində yüngülləşdirici hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 1(039)-107/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsə də cinayətin residivini yaratmır. Belə ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan, yəni azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğundan CM-nin 18.4.4-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əvvəllər də hazırki ittiham olunmuş cinayətlə eyni məzmunlu cinayət əməllərini törətməsini, həmin cinayətə görə məhkum olunmasını, yenidən eyni məzmunlu cinayət əməlini törətdiyini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,347 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar