Məhkəmə qərarları › İş №1(011)-56/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-56/2024

30.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-56/2024 30.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq şəxsin istehlak miqdarından az miqdarda olmaqla psixotrop maddələri əldə etmış, üzərində saxlamaqla daşımış və satmışdır. Belə ki, o, Təqsirləndirilən şəxs 09 avqust 2023-cü il tarixdə axşam saatlarında ünvan 3 ünvanında yaşayan tanışı Şahid2 satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından az miqdarda olmaqla, 2 (iki) ədəd şəffaf sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri 55,0 qram və 45,0 qram olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 5F-APİNACA (5F-AKB-48) adlı, ümumi təmiz çəkisi 0,029 qram təşkil edən psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq 400 manat mübabilində alaraq üzərində saxlamaqla daşımış, barəsində külli miqdarda narkotik vasitələrin və pisoxtrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olmuş əməliyyat məlumatının realizəsi ilə bağlı 09 avqust 2023-cü il tarixdə saat 20:30 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin X6 mübarizə şöbəsinin əməkdaşlarını tərəfindən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 8 nömrəli yaşayış binasının qarşısında saxlanılaraq, Bakı Şəhər Baş Polis İdarəsinə gətirilmış, baş idarənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman sol əlində saxlamaqla daşıdığı 2 (iki) ədəd şəffaf sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri 55,0 qram və 45,0 qram olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 5F-APİNACA (5F-AKB-48) adlı, ümumi təmiz çəkisi 0,029 qram təşkil edən, tərkib və növlərinə görə həm öz tərkibləri, həm də 10 avqust 2023-cü ildə Şahid2 ünvan 3 ünvanındakı mənzilindən aşkar edilərək götürülmüş psixotrop maddələrlə eyni olan psixotrop maddələr aşkar olunaraq götürülmüşdür. Göstərilən hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, o tutularkən üzərində heç bir narkotik vasitə olmamışdır. Polis əməkdaşları tərəfindən döyüldüyü üçün müvafiq sənədlərə qol çəkmişdir. O heç kimə narkotik vasitə satmamışdır. Eyni məhlədə yaşadığı şəxs narkotik vasitə istədiyi üçün pul verib bir yerdə almışlar. Bundan əlavə bildirmişdir ki, qolunda olan damarları doğrayır ki, sakitləşsin. O, narkotiki satışı ilə məşğul olmamış və iş materiallarında göstərilən heç bir imzalar və əl yazısı ilə yazılan izahatlar ona məxsus deyil. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anket məlumatlarında qeyd etdiyi ünvanda tək yaşamışdır.Narkotik vasitə olan “banzay”ı iki ildir istifadə edir. Əvvəllər narkotik vasitələri tanımadığı şəxslərdən alsa da son 2 aydır ki, uzaq qohumu olan Şahid2 pul qarşılığında əldə etmişdir. Kamran qohum olduğu üçün həmin narkotik vasitəni ona ucuz satmış, pulu olmadıqda isə hədiyyə vermişdir. O, Şahid2 banzayın bir qramını 10 manata almışdır. Həmin bir qram banzoydan beş ədəd “çet” düzəldirmiş və həmin “çetləri”n ədədini 10 manata satmışdır. Xalası oğlundan aldığı narkotik vasitəyə görə həm qazanc əldə etmiş, həmdə ki, narkotik vasitəyə olan təlabatını ödəmiş, özü də istifadə etmişdir. 09 avqust 2023-cü il tarixdə bir neçə nəfər ona müraciət edərək narkotik vasitə istədiklərindən və üzərində kifayət qədər narkotik vasitə olmadığından Şahid2 istifadəsində olan ********** mobil nömrəyə özünə məxsus olan ********** mobil nömrəsindən zəng edib onunla görüşmək istədiyini və yeni sifarişləri olduğu üçün “mal” almaq istədiyini bildirmişdir. Şahid2 hazırda yaşadığı evdə olduğunu və nə qədər “mal” götürəcəyini bildirdikdə o, 400 manat pulu olduğunu və həmin məbləğdə narkotik vasitə hazırlamasını, gəlib evdən götürəcəyini demişdir. Şahid2 yaşadığı ev onun kirayə yaşadığı evlə yaxınlıqda yerləşdiyindən telefon zəngindən təxminən 10-15 dəqiqə sonra, yəni saat 18 radələrində piyada şəkildə Şahid2 yaşadığı evə getmişdir. Kamran iki ədəd şəffaf rəngli sellefon paketlərdə olan “banzay” adlandırılan narkotik vasitələri ona təqdim etdikdən sonra o, Kamrana 400 manat pul vermişdir. Kamranla əvvəllər dəfələrlə narkotik vasitələrin alqısatqısını etdiyindən verdiyi pulun qarşılığında, yəni 40 qram narkotik vasitə verdiyinə əmin olduğundan aldığı narkotik vasitəni elektron tərəzi ilə çəkmədən oradan uzaqlaşıb yenidən kirayə yaşadığı ünvan 4 ünvanına getmişdir. Yolda olarkən Bakı şəhəri Mərdəkan qəsəbəsində yaşayan uşaqlıq dostu Şahid3 ona zəng edərək harada olduğunu və onun kirayə yaşadığı evə gəlmək istədiyini bildirmişdir. O, kirayə yaşadığı evin yaxınlığında olduğundan gəlməsini, evdə olduğunu bildirmişdir. Şahid3 narkotik vasitə olan “banzay” istifadə edir. Kamran əvvəllər bir neçə dəfə onunla həmin narkotik vasitədən istifadə etmiş, daha sonra narkotik vasitəni istifadə etməyə təlabatı yarandığından gündəlik, bəzi vaxtlardada iki gündən bir onun yanına gələrək birlikdə narkotik vasitə qəbul etmişlər. O, Kamrana bir “çet” narkotik vasitəni 10 manat pula satmışdır. Saat təxminən 19 radələrində Şahid3 onun kirayə yaşadığı evə gəldikdən sonra Kamrana bir “çet” narkotik vasitə olan “banzay” vermişdir. Onlar birlikdə həmin narkotik vasitəni qəbul etmişlər. Bundan sonra tanışı Şahid1 ona zəng edərək ondan narkotik vasitə olan banzay almaq istədiyini bildirmişdir. O, Bəhruza problem olmadığını və evə gəlməsini, Mərdəkana gedəcəyini, aşağıda gözləyəcəyini bildirmişdir. O, Mərdakan qəsəbəsinə gedəcəyindən Şahid2 aldığı narkotik vasitələri özündə olan biraz narkotik vasitələrlə qarışdırmaqla ağ sellefon paketə qoymuş, həmçinin həmin paketin içərisinə bir ədəd narkotik vasitələri satan zaman istifadə etdiyi elektron tərəzini və kiçik ölçülü sellefon paketləri yığaraq özü ilə götürmüşdür. Həmin paketi sol əlimdə saxlamışdır. Bundan bir qədər sonra, saat təxminən 20:30 radələrində Şahid3la yaşadığı binanın girişindən aşağı düşüb birinci mərtəbədə olduğu zaman iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onların şəxsiyyətləri müəyyən etdikdən sonra onu Şahid3 və ondan narkotik vasitə olan banzay almağa gəlmiş Şahid1 Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasına gələn zaman onlar ayrı-ayrı xidməti otaqlarda əyləşmişlər. Təhqiqatçı tərəfindən təkrarən ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmiş və heç bir etirazı olmadığı üçün ona vəkil təyin edilmişdir. Bundan sonra isə təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində saxlanılmağı elan olunmaqla hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən ondan üzərində olan qeyri-qanuni əşyaları təqdim etməyi təklif edilmişdir. Həmin vaxtı təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmiş və o, heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməsi başlanmışdır. O da öz məsuliyyətini və etdiyi əməli dərk etdiyindən təhqiqatçının təklifindən sonra sol əlində saxladığı, içərisində narkotik vasitə banzay olan bir ədəd ağ rəngli sellefon paketi təqdim edib həmin paketin içərisində iki ədəd bükümdə narkotik vasitə olan banzay olduğunu, həmin narkotik vasitələri haradan əldə etməyi barədə məlumat vermişdir. Həmçinin həmin sellefonun içərisində olan elektron tərəzini və kiçik ölçülü sellefon paketləri narkotik vasitəni satdığı zaman çəkərək qablaşdırmaq üçün istifadə etdiyini izah etmişdir. Daha sonra isə təhqiqatçı tərəfindən həmin bükümlərə, elektron tərəziyə və kiçik ölçülü sellefonlara baxış keçirilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən ********** mobil nömrəsi ilə istifadə etdiyi “Meızu” markalı mobil telefon aşkar olunmuşdur. Həmin telefon zərurətlə əlaqədar götürülmüş, bundan başqa qeyri qanuni heç nə aşkar olunmamışdır. Sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilmiş və o, doğruluğunu imza edərək təsdiq etmişdir. Onun üzərində olan və təqdim etdiyi içərisində narkotik vasitələr, elektron tərəzi, həmçinin kiçik ölçülü paketlər zərfə qoyularaq möhürlənmiş və protokolla birlikdə götürülmüşdür. O, tutularkən və polis idarəsində olarkən ona heç bir zor tətbiq edilməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələrin iki ayrıayrı bükümdə olmasının elə bir xüsusi səbəbi yoxdur, Şahid2 həmin narkotik vasitələri o formada almış, o cürdə saxlayaraq daşımışdır. Şahid3 və Şahid1 başqa narkotik vasitələri satdığı şəxslər barədə məlumatları xatırlamır. O, ********** mobil nömrəsini istifadə etmişdir. Narkotik vasitə istifadə etməyi barədə ailə üzvlərinin məlumatı yoxdur. O, ruhiəsəb xəstəliklərindən əziyyət çəkmir. Heç bir dispanserde qeydiyyatı yoxdur. Polis əməkdaşları onu saxlayan zaman ona qarşı heç bir fiziki və psixoloji zor tətbiq edilməmişdir. Qolunda və başında olan xəsarətləri tutulmazdan bir neçə gün əvvəl atası ilə arasında olan sözlü mübahisədən sonra özü-özünə yetirmişdir. Bunlarla bağlı heç bir şikayəti yoxdur. Bundan başqa heç bir cinayət əməli törətməmişdir. Əlavə ifadəsi üzrə verilmiş suallara cavab olaraq bildirmişdir ki, mobil telefonunun kilidi yadına gəlmir. Onun telefonundan məlumatları əldə edilmiş qeyd olunan “xx/xx/2023, 01:20:26, **********66, **********08, perviz menem kamran teli ac xx/xx/2023, 10:15:10,**********30,**********08,Qaqas qoz lazimdi teli gotur he yada yox de brat, xx/xx/2023,23:25:30,**********52,**********08, Bidene yol usdu aparat tapib pulu atiram indi sene amma goturde sen mutleq, xx/xx/2023, 23:54:14,**********52, **********08, Yoldayig weherden cixmiwig geliy, xx/xx/2023, 20:02:42, **********59, **********08, Ea bidene meni yigda vacib isim var senen yeşiye, xx/xx/2023, 20:23:50, **********07, **********08, Pərviz cavab ver bilim hacana gəlirsən. Gozdiyenler var vaxt deye bi, xx/xx/2023, 00:27:29, **********07, **********08, Gagaş mene birsöz deginen bilim. negeder gözdemeli olacam bilərdim d, xx/xx/2023,20:00:24, **********07, **********08, Tema (Net temı), Perviz sen ne oyun cixarddın, sen bilirdinki iştemir, xx/xx/2023, 20:00:24, **********07, **********08,Tema (Net temı), Perviz sen ne oyun cixarddın. sen bilirdin ki iştemir, xx/xx/2023, 20:00:25, **********07, **********08, em hecyerde, gucnen o pulu yigmisdim. Pox goydun icine öz vezyetivi yaxşi elemekten otru.3 gündur ki oturmusam evde.ne emeliyata gede bildim usagnan. Hec sigaretde ala bilmirem ozume.ayib olsun sene X12 Taniyirdim.incime uje dovatit eledin bu sozu sene demeye Vozdux Seyimissen. Sagol hecnede lazim Deyil. heyifki arada Behruz var, xx/xx/2023, 00:48:06, **********07, **********08, Zeng eliyim cvb ver bilim ay Perviz, xx/xx/2023,00:49:07, **********07, **********08,5 deygeye yogacam deyersen. X17 atma Gagas. men sene ele olmamisam Bratiska xx/xx/2023, 19:13:02, **********10, **********08, Pulumda var gelib verceydim biraza ama biraza gelib loo salacam o kamranin yanda gorum sene niye diyir!!!! O diyesen sehv salir meni kimlese Gələn kimi 10 qramı ver yoxsa anasın sikim bərk biyabırçılıq olar. Qurban olum ac telefonu gör nə dedim ....anasın sikim sənə güldən ağır söz deyən oglanin amma ac telefonu, xx/xx/2023, 07:16:26, **********85, **********08, X18 kimi məni yığ qardaşım məni dünən əsəbləsdirmisən bu gün sevindir tez bazar gedək gələk ora 80 manat var ətci ruslandada 40 manat 120 manat opşi, xx/xx/2023, 20:11:39,**********30, **********08,Neynirsen qardaşım heçnə eləmirəm day nə satmağ nədə çəkmək, xx/xx/2023,02:13:47, **********13, **********08, Qaqaw pul nodu bidene mene yig, xx/xx/2023, 02:53:01,**********00, **********08, Perviz salam gagaw yatmirsansa bidene pul var on manat cuves oturde qonagim var, xx/xx/2023, 21:59:22, **********10, **********08, Ay brat kenddesense gelim dinq damq deyim sene qaydimda. Narhat olma ee quran haqqi pulnan gelrem. Ne qederki maşin buralardadi deym srme qaydim. Hemde ozumcun isdemirem prosta meni qonaq elyir, xx/xx/2023,19:20:17,**********99,**********08, Brat menem uruf..bes gardawim bele eliceydunse men gelirdimde ozum grese brat oturub soyugda seni gozdurem axi gagaw cixib gedede bilmirem. sabada bayra cixmicam vezyetden cixcam sora mament olmicey seynen goruwum acda bu poxu bidene ee, xx/xx/2023, 20:41:31, **********02, **********08, Heci menem Elnur..heci tema lazimdi, xx/xx/2023, 20:07:14, **********08, **********62, Sebr ele brat iw awiriram, xx/xx/2023, 20:07:44, **********62, **********08, Bildime ac teli pul oturum sene o temani hell edey, xx/xx/2023, 21:55:06, **********10, **********08, Menem rahimdi men telimi azere verdim. Bununla elaqe saxla menle, xx/xx/2023, 22:25:00, **********72, **********08,Cavab ver salamatligdi bala, xx/xx/2023, 13:22:52, **********14, **********08, Menem Elcin, xx/xx/2023, 13:29:25, **********14, **********08, Emoglu menem elcin incitme meni, xx/xx/2023 ,02:11:01, **********02, **********08, Heci neynirsen?? bowbekarsansa gel bize dawim var qoyaq, xx/xx/2023, 00:39:09, **********08, **********03, Hecne alma pulu getirersen brat xx/xx/2023,12:00:10,**********64, **********08, Brat. Mene yiq wotsapda kart at sene pul atacam, sen bizim ureimizsen yaxsi? Pis olma prosti dunen ele bildim basqasidi bunu eden, ozun edirsen denen ozum edirem, xx/xx/2023, 21:44:27, **********23, **********08, Xayiw edirem bir den imkan olsa menide gorersende mende veziyet pisdi baw beynim tutub ureyim bulanir imkan olsa eger nolar menim cun nese qoyarsanda, xx/xx/2023, 21:44:27, **********23, **********08, Xayiw edirem bir den imkan olsa menide gorersende mende veziyet pisdi baw beynim tutub ureyim bulanir imkan olsa eger nolar menim cun nese qoyarsanda, xx/xx/2023, 21:46:21,**********23, **********08, Mumkunduse qaqaw imkan varsa eger cox pisem ureyim bulanir vallah, xx/xx/2023, 23:45:03, **********08, **********15, İstesen var, xx/xx/2023,14:42:37, **********11, **********08, İşim cox cekicey işinde ol sen , xx/xx/2023,19:50:19, **********15, **********08, Brat leodan sil mənim pul atdimi sənə, xx/xx/2023,15:38:25, **********21, **********08,AY PEYSER ACDA. PULNAN YANVA GELİCEYDİM. xx/xx/2023, 01:24:39, **********02, **********08, Heci bidene meynen svyaz ele..tecili.. kecen defe sene didiyimi verim sene. xx/xx/2023, 00:08:05, **********69, **********08, 5M VAR GELİM VİRSEY VERDE, xx/xx/2023,19:44:37,**********10,**********08,Ay heci menem rahimdi.xx/xx/2023,19:50:48,**********10,**********08,He eger bizimcun hereket elemey isdemirsense bu bawdan adam kimj dinen bizde biley. Nala mixa vurmaq lazim deil. Nede yiqram diyib soradan telfonu sondurmey, xx/xx/2023, 18:54:52, **********96,**********08, HECİ BİZ TEREFDEN KECENDE XEBER ELE MEN CATANA KİMİ HAZİR OLACAGSAN, xx/xx/2023, 22:19:45, **********96, **********08, HECİ İRELLEYİS VAR VARSA EYER VİZİV AT PULLARİ YİGİM, xx/xx/2023, 23:10:00,**********96, **********08, ALİNMİR HECİ CAVAB DİDE Bİ DENE, xx/xx/2023,20:04:45,**********96,**********08,AC TELEFONU DEQİQ BİR SEY Dİ USAGLAR GİC ELİYİB MENİ BİLİMDE PULLARİ YİGİM YA YOX, xx/xx/2023,11:49:13,**********31,**********08,Heci bidr 20 var qaqaş hindi lazimdidi, xx/xx/2023,22:05:55,**********96,**********08,SALAM EVDESEN HECİ GELMEY İSTİYİRDİM, xx/xx/2023, 22:06:35, **********96, **********08,GELMEY OLARSA VİZİV AT BİLİM, xx/xx/2023, 22:23:40, **********96, **********08,HECİ TEMİZ 50-M QAQAS CANİ NE QEDERE GELİM?, xx/xx/2023, 22:25:31, **********31, **********08, Heci bide 50 varimdi acda telfonu var bir şey, xx/xx/2023, 21:54:13, **********10, **********08, Qardaşimsan. Berk ureyme duşub ee. Sora harda gorcem birde onnan, xx/xx/2023, 12:45:31, **********23, **********08, qaqaw bes getdin mene demedin, deyerdin pul vererdim menimcunde goturerdin, xx/xx/2023, 15:12:53, **********23, **********08, gelirsen sen qaqaw sen cani pakete deyme narahatam bow vermede qaqaw, xx/xx/2023, 23:54:23, **********02, **********08, Heci menem Elnurdu.. heci tema lazimdi sen ol svyaza cixda brat.. xx/xx/2023, 17:20:03, **********23,**********08, Qaqaw ac soz deyirem men bilim adam var gedir ona gore qaqaw deqiq bir soz deyim hayandasan birce bunu de bilim fso yola salim onu gedsin ya yox, xx/xx/2023, 20:47:58, **********59, **********08, Ay brat mene 2 dene olsa saxlada xeber gozdurem, xx/xx/2023, 18:44:11, **********59, **********08, Aye menen elaqe saxla isim var senen..packa lazim idi, xx/xx/2023, 21:26:26,**********96, **********08,SALAM NECESEN 11 DE GELE BİLEREM MEHLEYE ALİNİRSA VİZİV AT BİLİM, xx/xx/2023, 20:20:56,**********07, **********08, Həci mənəm Elnurdu həci tema lazımdı svyaz çıx..öz nömrədən yığıram, xx/xx/2023, 20:26:51, **********59, **********08, Qaqa neynirsen bidene 10 nux var idi evdeyem xeber elede mene, xx/xx/2023, 20:52:36, **********08, **********23,Sebrli ol hele hazr deil, xx/xx/2023, 21:53:07, **********08, **********54, Danwa bilmrem sebr ele xx/xx/2023, 17:14:54, **********08, **********16, Memcin 1dene tewkil elede nolar xx/xx/2023, 17:14:54, **********08, **********16, Memcin 1dene tewkil elede nolar, xx/xx/2023,1 7:16:12, **********08, **********37, Memcin bidene tewkil elede hec olmasa qardawmsan, xx/xx/2023, 17:18:29,**********08, **********16, Eger mumkunse mene 1 cvb dide weherdeyem, xx/xx/2023, 19:37:53,**********31, **********08, Qaqaş bide ac soz diyirem qardaşim, xx/xx/2023, 19:40:57, **********31,**********08, Heci olan oldu kecdi heci bilirsenki onun vaxdi catanda gic olur adam qardaşim bide 25 mant var acda, xx/xx/2023, 19:43:40,**********16, **********08,Perviz pulu at zehmet olmasa,a to niçeqo ne budet, xx/xx/2023,19:43:40, **********16, **********08,Perviz pulu at zehmet olmasa,a to niçeqo ne budet, xx/xx/2023, 11:48:14,**********23,**********08, Qaqaw saxlamada goturde menimde 2 denemi bu gune dedik de saxlama qaqaw sen cani, xx/xx/2023, 13:23:54, **********31, **********08, Salam bide 20 var isdasadayam gelim, xx/xx/2023, 13:53:34, **********08, **********56,Brat varsa 2 dene hara deirsen gelimde men qardawimsan, xx/xx/2023, 15:15:01, **********23, **********08, Goturmusen qaqaw sen cani menkinide gotur, xx/xx/2023, 15:16:07,**********23, **********08,Uzadmada qaqaw soz daniwdigda qaqaw onsuzda her gun bunun yanindasan heksabda xayiw edirem Temiz olagda qaqaw her wey bir qiraga, xx/xx/2023, 15:16:07, **********23, **********08, Uzadmada qaqaw soz daniwdigda qaqaw onsuzda her gun bunun yanindasan heksabda xayiw edirem Temiz olagda qaqaw her wey bir qiraga, xx/xx/2023, 19:10:29,**********59, **********08 ,Aye maa bir cvb de gorum 10nux var bidene e evdeyem xx/xx/2023, 16:39:27,**********23,**********08, Qaqaw hel eledin sen cani niye bele yuvadirsan hell elede daa lazimdi qaqaw vallah saxlama bele, xx/xx/2023,17:10:11, **********23, **********08, Qaqaş menim bir deneye ehtiyacım var maşında lazım olsa düzüb qoşariq, xx/xx/2023, 11:16:45, **********84, **********08, Paket lazimdi qaqas, xx/xx/2023, 16:39:05, **********23, **********08, nese olsa qaytaracam vallah sene dedim ki bir gedek dedin he burursan meni ki ozu gelir qaaaw bax yene deyirem iclerinide cekecem incime bax deyirem ay Qaqsw olmadida bu ne hereketdi ki minirsen piriyusa gedirsen kamranin yanina indi men ne bawa duwum qaqas incime qaqaw telezide tapiram nese xowa gelmiye birden qatqisi zadi olar, xx/xx/2023, 16:49:18, **********23, **********08, Qaqaw goturme olar pulu at karta xayiw edirem burda nese pox var ya walafey olacag bu yada ki icleri bow sen Allah pulu getir isdemirem, xx/xx/2023, 17:13:17, **********23, **********08 ,Qaqaw sen mene kelek gelirsen meni aparmadun ki nese oz fikirn vardi men ele oglan deyilem ki bize getirib walafey zad soxxsun o kamran onun dalinu. Dagidaram vallaj, xx/xx/2023, 01:53:44, **********02, **********08, Heci kola var ximiynen deyiwey?, xx/xx/2023, 01:53:44, **********02, **********08, Heci kola var ximiynen deyiwey?, xx/xx/2023, 23:33:20, **********96, **********08, Deqiq bir seydi temiz 40 di mende, xx/xx/2023,12:41:27, **********59, **********08, Aye 2 dene lazim idi 15..mene xeber ele isdeyem gelim, xx/xx/2023, 12:41:27, **********59, **********08, Aye 2 dene lazim idi 15..mene xeber ele isdeyem gelim, xx/xx/2023, 13:11:05, **********59, **********08, Qaqa mene bidene he yox de gelim ya yox..?isden cixmisam 40 de vaxtim var, xx/xx/2023, 17:28:10, **********94, **********08, Heci turab ximi istiyir.. bele puluda var kolada verir.. hansini istiyirsen di goturum gelim ximiynen deyiwey. yada pulu goturum. mene tez bidene cvb di, xx/xx/2023, 13:31:09, **********29, **********08, Aye xaıca restaranin yanindayam isde kecende denende cizim yola 2 denedi, xx/xx/2023, 13:31:11, **********29, **********08, enedi, xx/xx/2023, 14:07:31, **********31, **********08, Qaqaş he yox dide mene yigim aşagi ya gelmisen, xx/xx/2023, 20:08:45, **********37, **********08, Bratuxa kamrandi, xx/xx/2023, 18:56:23, **********59, **********08, Aye 20 liydi Mende tez cvb yaz gorum, xx/xx/2023, 09:28:19,**********59,**********08,Aye bidene 10 nugum var idi ise gerem, xx/xx/2023,18:57:57,**********59,**********08,Nagarsan menen elaqe saxla 15 var idi, xx/xx/2023,20:23:16,**********59,**********08,Aye 1 dene lazim idi borcumuda verecem, xx/xx/2023, 22:11:40, **********03, **********08, 5 manat da verirem, xx/xx/2023, 14:57:44, **********59, **********08, Qan iceee vursun axsama maa 2 sin saxla aa..gelejem.. borcuda verejem, xx/xx/2023, 12:02:29, **********59, **********08, Aye go me diyirem abede cixacam birazdan emele gelirse taksiynen gelim deyim sene qaydim borcuda bagliyacam, xx/xx/2023, 18:10:01, **********80, **********08, Yetim menim iwin 40 degeye 1 saata awir..evden dediler cixmisan.. sen gotur men gelib 1 saata seynen goruwumde gardawim..ama gotura gardawim sene arxayinam, xx/xx/2023, 19:41:51, **********59, **********08, 2dene lazim idi, xx/xx/2023, 19:44:57, **********59, **********08, Aye 15 verecem barmalni, xx/xx/2023, 12:43:02, **********59, **********08, Qaqa neynirSen Abede cixmisam 20 li var idi gelum yaniva?, xx/xx/2023, 13:31:20, **********59, **********08, Aye oyana gedeyde pul catmirsa el tuturam men gelende verersen xeber ele gorum, xx/xx/2023, 10:12:28, **********48, **********08, Nenir bro? Gor ne direm heci srok yoldawim gelir yanima yaxwi pulu var gelib catsin yiqacam sene awaqisi 20 - 25 manat olucey yeni qaqawim svyazda olda broo, xx/xx/2023, 16:09:17, **********59, **********08,Nagarsan qaqa maaa 3 dene saxla gelecem saat 6 da, xx/xx/2023, 11:10:32, **********59, **********08, Neynirsen qaqa gelim yaniva 2 dene 15 di bidene xeber ele tez bazar gelim taksiynen qayidim isdeyem xx/xx/2023,13:23:15, **********20,9 **********8, Mənəm tural 10lazmdi qresdeyem hara gəlim telesirem, xx/xx/2023, 13:26:14,**********20, **********08,Kodan çıxart meni kebleyidi 1 dene 10lazimdi, xx/xx/2023, 17:10:12, **********31, **********08, Aşda qaqş bide soz di de 20 varimdi ee, xx/xx/2023,17:14:52, **********71, **********08, Brat paket lazımdı bidene mene cavab deyərdin, 1/05/2023, 18:51:52,**********59, **********08, Aye isden cixmisam gellem 1 dene lazim idi borcuda verecem, xx/xx/2023, 19:18:33, **********16, **********08, Salam 60+70+20=155 m, xx/xx/2023, 20:46:31, **********94, **********08, Ay heci tema istiyen var.acda qaqaw teli, xx/xx/2023,20:48:15, **********48, **********08,Heci salamatsan??? Bir kelme acib daniwasan belke elimde pul sulenirem buralari apariceylar indi daniwaq bilimde iwimizi, xx/xx/2023,12:18:38, **********20,**********08, Yerə düşən teli götürmey istisen bilmirsen şalvarvi çıxarıb seni qrese lüt salaram coldre nese tez ele senatavi gətirmədən orda sikiliceydi ağzın bildin barıqa blet, xx/xx/2023,02:21:05, **********30, **********08,Haci ise gedirem 10m var qardasiva tema oturersen, xx/xx/2023, 22:23:33, **********01,**********08, Axsamin xeyir necəsən? Alxaz deyir zəng et soruş olaceysə xəbər ele, xx/xx/2023,23:23:58, **********96, **********08, Heci temiz 20 neynemey olar, xx/xx/2023, 21:30:49, **********96, **********08, Heci ne qedere gelersen serxannan obsi 40 manatimiz var, xx/xx/2023, 00:00:00, **********16, **********08, Ə ne moqu qovoritğ, çto to sluçilosğ?, xx/xx/2023, 18:38:10, **********48, **********08, en men beyaqdan qaytariram karociiii gelem qapiya it qurd qozumada deyil anasini sikim bawim conub men sene dedimki malnan qutarmiwam mene el tut, xx/xx/2023,14:17:48, **********03, **********08, Ay Heci sen Allah onu narmalni qoy 2 dəfəyə başım kimse çıxır qıraqdan zirlanfirmir dilxor oluram, xx/xx/2023,23:12:45, **********08, **********30,Terezini tecili catdir bize, xx/xx/2023,20:12:00, **********01, **********08, Vacib 1 lazım mumkundu? xx/xx/2023,00:06:42, **********71, **********08,Brat 50 man var bidene yazda mene, xx/xx/2023, 13:53:23, **********58, **********08, Qaqam 40 manat pul var mende bidene xaiw sivyaz qur, xx/xx/2023,12:12:11, **********71, **********08, Brat 20 man var alınır tema?, xx/xx/2023, 22:58:41, **********01, **********08, Qaqaş 1 lazim mümkündi gəlim?, xx/xx/2023, 11:47:09, **********13, **********08, Puluynan ximi istiyirəm nə qoymusan özüvü dagın başına, xx/xx/2023,15:21:48, **********58, **********08, Qaqa masınnanam 20 manat var mende, xx/xx/2023,20:31:50, **********71,**********08,Qaqa menem behruz 20 manat almisam usaqlarda bidene xeber dide mene, xx/xx/2023, 01:28:35,**********00, **********08, Qaqasuvun veziyeti yaxsidi komèk edim sene, xx/xx/2023, 01:29:10, **********08, **********00, qurban olum.mene.nqrkotik.tap. xx/xx/2023, 01:29:44, **********00, **********08, Ele bil hazirdi, xx/xx/2023, 14:59:53, **********29, **********08,Qaqa neynursen 20 varum idi evdeyem gele bilirem yaniva? xx/xx/2023, 14:54:49, **********01, **********08, Günortan xeyir necəsən. Burdayam vaxdim 5 6 deqiqelik var nese varsa gelim yoxdusa gedim işlərim çoxdu, xx/xx/2023, 21:00:54, **********29, **********08, Necesen ay brat 10 nugum var idi bidene evdeyem gele bollem yaniva?, xx/xx/2023, 19:03:21,**********31, **********08, Heci bide 30 mantim allahaqi duz vercem sene gelim, xx/xx/2023, 19:08:44, **********01, **********08, 1 lazım gəlim ya yox 1 cavab yaz, xx/xx/2023, 19:35:51, **********01 ,**********08,Bu nəsə çox zeif oldu.bacarsan güclendir, xx/xx/2023,13:06:04,**********54,**********08,n burda men yetim o uwaqlari yola salmiwam girib wpdaki sesdere qulaq as internetim yoxdu sen kimi çox isdiyirsen yığ bir kelme daniwaq istide. Ollem anam canı xx/xx/2023, 14:28:57, **********15, **********08, Bratim 40 manat pulum var nolar xais edirem bidene məni yola salda, xx/xx/2023, 14:29:43, **********15, **********08, atim kartiva zada at bir yere mənim ucun goturumde xais edirem” smslərlə bağlı bildirmişdir ki, həmin şəxslərin adlarını xatırlamır. Tam məlumatlarını bilmir. Həmin şəxslərlə arasında olan yazışmalar onun satdığı psixatrop maddənin satışı üçün olmuşdur. Mal, xımı və heyva dedikdə psixatrop maddə nəzərdə tutmuşdur. Həmin şəxslər mütamadi olaraq ondan Şahid2 aldığı və həmin şəxslərə satdığı psixotrop maddənin alışı üçün müraciət etmişlər və o da müxtəlif vaxt və yerlərdə onlarla görüşüb, satdığı psixotrop maddəni onlara müxtəlif qiymətlərə satmışdır. Kamrandan aldığı psixatrop maddədən özü də istifadə etmişdir. Kamrandan aldığı psixatrop maddənin necə hazırlanması prosesində iştirak etməmişdir. Onu haradan və kimdən aldığını bilmir. Bu barədə heç bir məlumatı yoxdur. (cild 1, i.v 159-162, cild 2, i.v 74-82) Daha sonra məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 göstərmişdir ki, həbs edilməmişdən əvvəl Pərvizlə bir yerdə narkotik vasitədən istifadə etmişlər. Özü narkotik vasitəni kənddən alırmış. O, Pərvizə narkotik satmamışdır. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əvvəllər məhkumluğu olmamışdır.Təxminən 10 ilə yaxındır ki, narkotik vasitə istifadə etsə də, 2-3 il olar ki, el arasında banzay adlanan narkotik vasitədən istifadə edir. Əvvəllər həmin narkotik vasitəni tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Sonradan isə onu həm hazırlamaq həm istifadə etmək, həm də satmaq qərarına gəlmişdir. Tanımadığı narkomanlardan soraqlaşaraq onun hazırlanması qaydasını öyrənmişdir. Bundan sonra həmin maddəni satan şəxslə maraqlanmışdır. Nəhayət həmin şəxsin yadında qalmayan Ukrayna nömrəsini tapmışdır. Həmin şəxslə istifadə etdiyi özünə məxsus olan ********** nömrəsi ilə internet üzərindən işləyən Whatsapp ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlamış və həmin şəxs ona zəng olunacağını demişdir. Bundan sonra ayrı bir yadında qalmayan nömrədən ona zəng olunmuşdur. Həmin maddənin qoyulduğu yer ona izah olunmuşdur. Bundan sonra o, həmin maddənin alınması üçün 1 qramı 200 manata olmaqla həmin şəxsdən almağa başlamışdır. Həmin şəxsin kimliyini, şəxsiyyətini bilmir. Ona müxtəlif nömrələrdən özü zəng etmiş və mal lazım olub-olmaması ilə maraqlanmışdır. Ona gərək olanda həmin şəxsə bildirmişdir. Həmin şəxs adətən 20 yanvar metrostansiyasının ətraflarında, bəzən Biləcəri qəsəbəsində, bəzən Şamaxınka deyilən yerdə və digər ona məlum olan yerlərdə həmin açıq sarı rəngdə olan nəm toz şəklindəki maddədi qoymuş, o, həmin şəxsin pulunu elektron qaydada göndərdiyi hesaba ödədikdən sonra gedib həmin yerdən malımı götürmüşdür. Bundan sonra 1 qr həmin maddədən təxminən 70-80 qram banzay narkotik vasitəsi hazırlamışdır. Belə ki, həmin narkotik vasitənin hazırlanması üçün lazım olan açıq sarı rəngdə olan nəm toz şəklindəki maddənin qramını tanımadığı şəxsdən 200 manata aldıqdan sonra Banzay adlı narkotik vasitənin hazırlanmasında istifadə olunan ot kütləsini bazardan, istifadə olunan spirti isə aptekdən almış, 1 qram həmin maddəni 2 litr texniki spirtə qarışdırmışdır. Bundan sonra isə yaşadığı evdə həmin maddəni aldığı el arasında yolotu deyilən quru otun üzərinə səpmiş, onu təqdim etdiyi ləyənin içərisində yaxşı-yaxşı qarışdırmış və qurutmuşdur. Bundan sonra isə hazır narkotik tərkibli psixatrop maddə olan banzayı selafon torbalara yığmışdır. Bundan sonra isə təqdim etdiyi kiçik ölçülü selofan torbalarda onu ölçü ilə tərəzidə çəkərək yığıb adətən tanışı Təqsirləndirilən şəxs və digər tanımadığı şəxslərə 1 qramını 10-15 manata olmaqla satmışdır. Həm də hazırladığı maddədən özü mütamadi olaraq istifadə etmişdir. 09 avqust 2023-cü il tarixdə axşam saatlarında Pərvizə 40 qram olmaqla 400 manatlıq narkotik vasitə olan banzay satmışdır. Həmin gün saat təxminən 21:50 radələrində yaşadığı binanın qarşısında olarkən bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş, özlərini təqdim etmişlər. Onun şəxsiyyətini dəqiqləşdirdikdən sonra onu Bakı Şəhər Baş Polis İdarəsinə aparmışlar. Üzərində vəkilimin iştirakı və video çəkilişlə şəxsi axtarış aparılarkən üzərindən qanunla qadağan olunmuş heç nə çıxmamış, üzərindən aşkar edilmiş özünə məxsus olan ********** nömrəli redmi markalı mobil telefonu təqdim etmişdir. Həmin mobil telefonu istintaq zərurəti ilə bağlı götürmüşlər. Yaşadığı mənzildə banzay adlı narkotik vasitə olduğunu demiş, həmin narkotik tərkibli vasitəni təqdim etməyə hazır olduğunu bildirmişdir. Onun rəsmi ərizəsi və icazəsi ilə polis əməkdaşları yaşadığı mənzilə getmiş və o, orada qeyd olunan narkotik tərkibli vasitəni, hazırlanmasında istifadə etdiyi ləyəni, spirtləri, hazırladığı banzaydan qalan hissəsini, ot kütləsini, həmçinin satış məqsədilə istifadə etdiyi elektron tərəzini, daşını, çoxlu sayda kiçik ölçülü şəffaf paketləri könüllü olaraq təqdim etmişdir. Bu barədə müvafiq protokol tərtib edilmişdir. Aşkar edilmiş əşyalar və narkotik vasitə qablaşdırılmışdır. O, bu sənədlərə imza etmişdir. Banzay adlı narkotik tərkibli vasitəni ən çox satdığı şəxs tanışı Təqsirləndirilən şəxsdur. Polis əməkdaşları tərəfindən ona hər hansı təzyiq olunmamışdır. Banzay adlı narkotik vasitəni qeyd etdiyi kimi özü hazırlamışdır. Banzayın hazırlanması və satışında istifadə etdiyi elektron tərəzini, iki ədəd bir litrlik plasmas qabda olan şəffaf mayeni, açıq mavi rəngli ləyəni və çoxlu sayda kiçik ölçülü paketlərı evdə özü saxlamışdır. Bunun hazırlanmasında ailə üzvləri məlumatsız olmuşlar. Adətən narkotik vasitəni gecə saatlarında düzəldərək hazırlamış və mənzilin eyvanında qurudaraq, banzay adlı narkotik vasitəni həm şəxsi istifadəsi üçün, həm də Təqsirləndirilən şəxs və digər şəxslərə satmaq məqsədilə mənzilində saxlamışdır. Elektron tərəzidən kiçik ölçülü paketlərdən narkotik vasitəni satanda istifadə etmişdir. Mənzilinə baxış keçirilərkən tərəfındən təqdım olunan banzay adlı narkotik vasitə, elektron tərəzi, iki ədəd bir litrlik plasmas qabda olan şəffaf maye, açıq mavi rəngli ləyən və çoxlu sayda kiçik ölçülü paketlər baxışda iştirak edən şəxslərin iştirakları ilə qablaşdırılaraq imzalanıb ekspertizaya təqdim olunması üçün götürülmüşdür. O, özü ********** nömrəsini istifadə edir. Bundan başqa istifadə etdiyi telefon nömrəsi yoxdur. O, Pərvizdən başqa narkotik satdığı şəxslərin şəxsiyyətləri barədə məlumatsızdır. Onlarla özünə məxsus olan Whatsapp ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayaraq satış etmişdir. Narkotik vasitənin hazırlanmasında istifadə etdiyi maddəni aldığı şəxsin şəxsiyyəti ona məlum deyildir. Həmin şəxs ona özü zəng etmişdir. Hər dəfə ayrı-ayrı nömrələrdən istifadə etdiyi üçün dəqiq nömrəsini bilmir. Həmdə ayrı-ayrı ölkələrin nömrələrindən istifadə edir. O, həmin şəxslə telefonla belə danışmamışdır. Narkomanlardan eşitdiyinə görə həmin maddəni İran İslam Respublikasından satışını təşkil edirlər. Lakin tam dəqiq məlumatı yoxdur. Həmin şəxslə yazışmalarını dərhal silmişdir. Hazırda telefonunda həmin şəxslə yazışmaları yoxdur. Bunları mütamadi olaraq silir. Buna görə həmin şəxsin şəxsiyyəti barədə məlumatı yoxdur. Əlavə ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və əvvəllər verdiyi ifadələrini təsdiq etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun mobil telefonunda olan məlumatlar ekspertiza qaydasında bərpa edilmiş və baxış zamanı müəyyən edilmişdir ki, ona məxsus olan Redmi markalı üzərində ********** nömrəsi ilə istifadə etdiyi və eyni nömrə ilə Whatsapp ani mesajlaşma sistemində qeydiyyadan keçdiyi Whatsapp ani mesajlaşma sistemində “Rza” adı ilə qeyd etdiyi ********** nömrəli şəxslə 05 avqust 2023-cü ildə saat 18:50-də sonuncu “qaqaş mən gəlirəm, polnu paket olsun”, o “ok”, 09 avqust 2023-cü ildə saat 21:04-də həmin şəxs “qaqaşım heyvan var?” o, səsli olaraq “qaqaş 10 dəqiqə var ki, axırıncı partiyanı verdim getdi, sabah saat 11 üçün olucey” həmin şəxs səsli olaraq “yaxşı qaqaşım, indi heç nə qalmayıb hə, konkret heç nə qalmayıb də qaqaşım”, o “yox ey qaqaş, ayıb deyil, mən özüm belənçi manentlərdə elə sevinirəm. Səhərə kimi ara verirsən də”, həmin şəxs “heç nə qaqaş, canın sağ olsun, onda sabah zəng edəcəm” məzmunlu, bundan başqa mobil telefonun yaddaşında adı “Mp” adı ilə qeyd edilmiş cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus olan ********** nömrə ilə onun arasında 09 avqust 2023-cü il tarixdə saat 14:15-də onun tərəfindən “Sene hevan lazım olacax? Haçana?” saat 14:16-da Pərviz “brat yəginki, 5 6 ya”, həmin gün saat 21:31-də o “uzaxdasan?” Pərviz səsli olaraq “çıxıram evdən”, o “ok” məzmunlu, bundan başqa mobil telefonun yaddaşında “Azik Hovsan” adı ilə qeyd edilmiş ********** nömrəli şəxslə onun arasında 05 avqust 2023-cü ildə saat 19:41-də o səsli olaraq “Azik mən uje hazıram, saat 9-u gözləyək”, Azik Hovsan “problem deyil, indi də gələ bilərsən”, 09 avqust 2023-cü il tarixdə saat 19:49-da o “salam Azik neynirsən, Azik sənə bu günə nəsə lazım olucey, ola bilər sabaha qalmasın, ona görə soruşuram” məzmunlu, bundan başqa mobil telefonun yaddaşında “İlqar” adı ilə qeyd edilmiş ********** nömrəli şəxslə onun arasında 06 avqust 2023-cü il tarixdə saat 11:02-də sonuncunun “mənim sənə zəng elədiyimi gülnar bilsə. sənə mal versem menim anami senyn balitmesret aton siksyn. Bildyn ala? Seni soram sikerem eybiyix. Hacan Gəlirsen??? Deqiq de xazır eliym”, İlqar “bur saata gəlem”, o, “ecne yoxdu hara gelirsen, xazır deyil”, İlqar “hacan gelim Bes”, o “deyrem, Gxoyda”, İlqar “ok”, saat 12:06-da o “gəl yavaş, yavaş”, İlqar “ok”, 07 avqust 2023-cü il tarixdə saat 11:47də İlqar “salam, necəsən, bir saata zada gəlimdə”, o səsli “çıxıram 5 dəqiqəyə gəlirsən gəl”, İlqar səsli olaraq “maşınla gerirsənsə əyər, ağçiçəyimdən gəl alım də burda səndən, maşınla getmirsən?”, saat 12:26-da o səsli olaraq “qaqaş mən çıxdım, əzizbəyovdayam, səndə gəl ora”, İlqar “ok”, saat 22:03-də İlqar “Kamran seher gelecem 9 da gunorta isdi olur saxlada 10d”, o “ok”, 08 avqust 2023-cü il tarixdə saat 09:39-da siz ”sən gəlirsən ya yox?”, İlqar “he gelem, cxram indi”, o “ok”, saat 13:50də İlqar ”axsam geicema, 10 d ayrarsan, Alo”, o “he”, saat 14:46-da “Gelim qonaq eliyirsrn sa isin var”, o səsli olaraq “sən öl Azər heç nə yoxdu e, axırıncı nə var idi sən apardın özüm qaldım belə”, İlqar “alə səhv yazmışam ey sənə, mən sənin yanıva axşam gələcəkdim başqasına göndəcəkdim mesajı səhv gedib sənə” məzmunlu yazışmalar barədə bildirmişdir ki, həmin şəxslərin adları qeyd edilən kimidir. Tam məlumatlarını bilmir. İlqarın adı İlqar, Rza kimi qeyd edilmiş şəxsin adı Rza, Azik kimi qeyd edilmiş şəxsin adı Azərdir. Azər bildiyinə görə Hövsan qəsəbəsində yaşayır. Ona görə onun adını Azik Hövsan kimi qeyd etmişdir. Onlar haqqında digər məlumatları yoxdur. Həmin şəxslərlə arasında olan yazışmalar onun satdığı psixatrop maddənin satışı üçün olmuşdur. Mal, xımı və heyva dedikdə psixatrop maddə nəzərdə tutmuşlar. Həmin şəxslər mütamadi olaraq ondan hazırladığı psixatrop maddəni aldıqları üçün onunla əlaqə saxlamışlar, müxtəlif yerlərdə görüşmüş və onlara hazırladığı psixatrop maddəni müxtəlif qiymətlərə satmışdır. Pərviz də demək olar ki, hər gün və ya günaşırı ondan psixotrop maddə almışdır. Qeyd etdiyi kimi o, hazırladığı maddədən özü də istifadə etmişdir.(cild 1, i.v 148-151, cild 2, i.v71-73) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı Şəhər Baş Polis İdarəsinin X6 mübarizə şöbəsinin baş əməliyyat müvəkkilidir, polis mayorudur. 09 avqust 2023-cü ildə etimad etdiyi, qərəzsiz mənbədən ona xx xxxxxx 1998ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, üzərində saxlamaqla daşıması və satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, cinayət əməlinin ifşa olunması, şəxsin cinayəti törədərkən və ya cinayəti törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və psixatrop maddələrin mənbəyinin müəyyən edilməsi, eləcə də cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə tərəfindən rəhbərliyə raport verilmiş, əməliyyat qrupunun yaradılması barədə əmr verilmişdir. Tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada əməliyyat qrupu təşkil edilmişdir. O, əməliyyat qrupunun rəhbəri, şöbənin operatoru, polis baş serjantı Şahid5 üzvü olmaqla təxirəsalınmaz əməliyyata başlamışlar. Həmin gün saat 20:30 radələrində ünvan 2 ünvanında yaşadığını bildiyi zahiri əlamətlərindən Təqsirləndirilən şəxs oxşayan şəxsi xx.xx.2000-ci ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı Şahid3 və xx.xx.1993-cü ildə doğulmuş Azərbaycan Respublikasının vətəndaşı Şahid1 ilə birlikdə yaşadığı binanın qarşısında saxlamışlar. Özlərini təqdim edib, hüquq və vəzifələrini izah etdikdən sonra onların şəxsiyyətlərini müəyyən etmişlər. Bundan sonra həmin şəxsləri Bakı Şəhər Baş Polis İdarəsinə gətirərək raportla təhvil vermişlər. Bundan sonra qeyd edilən faktın araşdırılması Bakı Şəhər Baş Polis İdarəsini İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X3 tapşırılmışdır. Sərhəd İbayev Təqsirləndirilən şəxs vəkil təyin etmiş, və onu şübhəli şəxs qismində tutmuşdur. Bakı Şəhər Baş Polis İdarəsinə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 09 avqust 2023-cü il tarixli qərara əsasən Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasında xidməti iş otağında şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs vəkili, onun, operator Şahid5 iştirakı ilə, video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti icra olunmuşdur. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol əlində olan ağ rəngli üzərində “superfon” yazısı olan sellofan torbanı təqdim etmişdir. Torba açılaraq içərisinə baxış keçirilən zaman içərisində açıq qırımızı rəngli sellofanın olması, həmin açıq qırmızı rəngli sellofan torbanın içərisində isə iki ədəd şəffaf rəngli sellofan torbanın, 01 ədəd gümüşü və göy rənglərdən ibarət elektron tərəzinin və kiçik həcmli şəffaf rəngli sellofan torbaların olduğu müəyyən edilmişdir. İki ədəd şəffaf rəngli torbanın içərisinə baxılan zaman açıq yaşıl rəngli spesifik iyə malik ot kütləsinin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin psixatrop maddə olan “banzay” olduğunu, onu satmaq məqsədi ilə tanışı Şahid2 həmin gün axşam saatlarında 400 manata aldığını, hissələrə bölərək satdığını, bunun üçün üzərində daşıdığını, elektron tərəzini və kiçik ölçülü sellafon torbaları isə həm narkotik vasitəni alanda, həm də satanda istifadə etdiyini, onunla birlikdə saxlanılan şəxslərin Şahid3 və Şahid1 ondan psixatrop maddə almaq üçün yanlarına gəldiklərini, onların psixatrop maddə istifadəçiləri olduqlarını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən “Meizu” markalı mobil telefonu təqdim etmişdir. Onun açılması üçün kodun yadından çıxdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qeyd olunan əşyalar araşdırma üzrə əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılaraq götürülmüşdür. Üzərində “superfon” yazısı olan ağ rəngli sellofan torbanın içərisində açıq qırımızı rəngli sellofan torbada olan iki ədəd şəffaf rəngli torbalardakı açıq yaşıl rəngli spesifik iyə malik ot kütləsinin narkotik vasitə olub-olmamasının müəyyən edilməsi, həmçinin bir ədəd gümüşü rəngli kiçik ölçülü elektron tərəzinin üzərində və kiçik həcmli şəffaf rəngli sellofan torbaların içində qeyd olunan kütlənin hissəciklərinin olubolmaması məqsədi ilə müvafiq ekspertiza təyin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs sol əlinin sol saidində olan səthi kəsiklərin, təpə nahiyəsində sağ yarısında çapılmış yara xəsarətlərinin saxlanılmazdan 1-2 gün öncə atası ilə aralarında yaranmış anlaşılmazlıqla bağlı özü-özünü yetirdiyini, saxlanılarkən onlar tərəfindən heç bir təzyiqə və digər zorakı hərəkətlərə məruz qalmadığını bildirmişdir. Şahid3 və Şahid1 həmin gün Təqsirləndirilən şəxs psixotrop maddə almaqları üçün gəldikləri və psixotrop maddə aludəçiləri olduğu müəyyən olunmuşdur. Bundan sonra əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin gün saat 21:50-də xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, 8 mart küçəsi döngə ev 1-də qeydiyyatda olmaqla ünvan 6 ünvanında yaşayan Şahid2 olduğu yer müəyyən edilərək, sonuncu yaşadığı evin qarşısında saxlanılmışdır. Qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, üzərində saxlamaqla daşıması və satmasına dair kifayət qədər şübhələr olduğundan Şahid2 Bakı Şəhər Baş Polis İdarəsinə gətirərək raportla təhvil vermişlər. Bundan sonra qeyd edilən faktın da araşdırılması Bakı Şəhər Baş Polis İdarəsini İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X3 tapşırılmışdır. Sərhəd İbayev Şahid2 vəkil təyin etmiş və onu şübhəli şəxs qismində tutmuşdur. Bakı Şəhər Baş Polis İdarəsinə gətirilmiş Şahid2 paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 09 avqust 2023-cü il tarixli qərara əsasən Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasında xidməti iş otağında şübhəli şəxs qismində tutulmuş Şahid2 vəkili, onun və operator Şahid5 iştirakı ilə video çəkilişlə Şahid2 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti icra olunmuşdur. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Şahid2 Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid2 bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Şahid2 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs satdığı narkotik vasitədən bir qismini yaşadığı evdə saxladığını, istintaqa təqdim edə biləcəyini bildirmişdir. Bu hərəkətlər də video çəkilişlə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid2 hər hansı bir qanunsuz saxlanılan əşya aşkar edilməmişdir. Onun mobil telefonu araşdırma zərurəti ilə bağlı yerindəcə kilidi müəyyən edilməklə götürülmüşdür. Bundan sonra Şahid2 razılığı ilə sonuncunun yaşadığı ünvan 7 ünvanındakı mənzilinə video çəkilişlə yenə eyni tərkibdə baxış keçirilmişdir. Baxış zamanı Şahid2 yaşadığı mənzildə qanunla əldə edilməsi saxlanılması və daşınması qadağan edilmiş əşya və predmetin olub-olmaması sual edilərək olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Sonuncu yaşadığı mənzilin qonaq otağında bir ədəd açıq mavi rəngli metal ləyəni, həmin ləyənin içərisində olan yaşıl rəngli sellofan torbanı stolun üzərinə qoymuşdur. Təqdim edilmiş yaşıl rəngli sellofan torbanın içərisindən 01 ədəd böyük ölçülü qara rəngli sellofan torba, 01 ədəd şəffaf sellofan torba, 01 ədəd kiçik ölçülü sellofan torba, içərisində maye olan 01 litrlik 02 ədəd plastik qab, içərisi boş olan kiçik ölçülü sellofan torbalar, 02 listdə ümumilikdə 20 ədəd "Furosemid" həb, qara və sarı hissələrdən ibarət olan 01 ədəd elektron tərəzi və 01 ədəd kəsici alətin olduğu müəyyən edilmişdir. Həmin qara rəngli böyük ölçülü sellofan torbaya, şəffaf rəngli orta ölçülü sellofan torbaya və şəffaf rəngli kiçik ölçülü sellofan paketə baxış keçirilən zaman içərisində yaşıl rəngli, spesifik iyə malik ot kütləsinin olması müəyyən edilmişdir. Şahid2 həmin ot kütlələrinin nə olduğu, kütləsinin nə qədər olduğunu, hansı məqsədlə əldə edildiyini soruşulduqda sonuncu həmin bitki kütləsinin "qırxbuğum" bitkisi olduğunu, 200- 300 qram çəkisi olduğunu, narkotik vasitə olan "Banzay"ı düzəltmək üçün istifadə etdiyini bildirmişdir. Şahid2 həmin bitkidən "Banzay" adlı psixotrop maddəni necə hazırladığı soruşulduqda sonuncu tanımadığı lakin, onlayn vasitə ilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşının müəyyən etdiyi yerlərdən götürdüyü maddəni və aptelərdən aldığı spirti həmin ot kütləsi ilə qarışdıraraq "Banzay"ı düzəltdiyini bildirmişdir. Kiçik ölçülü şəffaf torbalara həm satmaq həm də keyfiyyəti itməməsi üçün yığdığını bildirmişdir. Şahid2 elektron tərəzinin nə məqsədlə istifadə etməsini soruşduqda sonuncu həmin tərəzini "Banzay" dediyi narkotik vasitəni hazırlayan və çəkən zaman miqdarını müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. Şahid2 "Banzay" dediyi narkotik vasitəni harada hazırladığı soruşulduqda sonuncu açıq mavi rəngli ləyəni təqdim edərək ləyənin içərisində hazırladığını bildirdi. 02 ədəd İistdə olan "Furosemid" həblərinin baş ağrısına qarşı dərman olduğunu bildirmişdir. Spirtləri isə aptekdən alaraq psixatrop maddənin hazırlanması üçün istifadə etdiyini demişdir. Sonra Şahid2 təqdim etdiyi içərisində yaşıl rəngli, spesifik iyə malik ot kütləsi olan 01 ədəd böyük ölçülü qara rəngli sellofan torba, 01 ədəd orta ölçülü şəffaf sellofan torba, 01 ədəd kiçik ölçülü sellofan torba, içərisində maye olan 01 litrlik 02 ədəd plastik qab, içərisi boş olan kiçik ölçülü sellofan torbalar, 02 listdə ümumilikdə 20 ədəd "Furosemid" həb, qara və sarı hissələrdən ibarət olan 01 ədəd elektron tərəzi və 01 ədəd kəsici alət müvafiq ekspertiza təyin edilməsi üçün qablaşdırılaraq möhürlənərək götürülmüş və bu barədə tərtib edilmiş qablaşdırma zərfləri və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Mənzilə baxış və götürmə istintaq hərəkəti 10 avqust 2023-cü ildə saat 00:20-dən saat 00:30-dək aparılmışdır. Bundan sonra təhqiqat orqanı tərəfindən müvafiq ekspertiza təyin edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və Şahid2 aşkar edilərək götürülmüş maddələr eyni tərkibli olmaqla psixatrop maddə olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid 5F-APİNACA (5F-AKB-48) adlı psixatrop maddədir. Bundan sonra isə toplanmış material Bakı Şəhər Baş Polis İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinə təqdim edilmiş və bu cinayət işi başlanaraq həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilməklə barələrində həbs qətimkan tədbiri seçilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində video görüntü ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti icra edilmişdir. O zaman Pərviz özünün yıxıldığını, hadisədən bir neçə gün öncə atası ilə aralarında anlaşılmazlıqla bağlı özü-özünə xəsarət yetirdiyini, saxlanılarkən onlar tərəfindən heç bir təzyiqə və digər zorakı hərəkətlərə məruz qalmadığını bildirmişdir. Məhkəmədə bu cür ifadə verməsini özünü müdafiə etməsi və barəsində seçilməli olan həbs qətimkan tədbirindən yayınmaq üçün fikirləmişdir. Onlar həmin şəxsi saxladıqları zaman Pərvizə hər hansı bir təzyiq və ya fiziki zor tətbiq etməmişlər. Onların Pərvizə qarşı zor tərtib etmələri və aldığı xəsarətləri bu zaman aldığını bildirməsi yalandır. Özünü müdafiə etmək məqsədi daşıyır. Təqsirləndirilən şəxs və Şahid2 aşkar edilərək götürülmüş psixotrop maddələrin mənbəyi, onların bu narkotik vasitələri satdığı şəxslərin mənbəsinin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Şahid4 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs heç zor, fiziki güc tədbiq edilməmişdir. Onun tutularkən qolları doğraq-doğraq idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bakı Şəhər Baş Polis İdarəsinin X6 mübarizə şöbəsinin operatoru vəzifəsində xidmət edir. Polis baş serjantıdır. İş üzrə digər Şahid4 ifadəsindəki xüsusatlarla oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Pərvizlə birlikdə dəfələrlə narkotik vasitədən istifadə etmişlər. Pərviz ona bildirmişdir ki, kəndə gedəndə onu da aparsın, o da, Pərvizi öz maşını ilə aparmışdır. Benzinin pulunu Pərviz vermişdir. Tutulan günü onlar birlikdə narkotik vasitədən istifadə edirdilər. Pərviz bildirmişdi ki, çölə çıxıb gəlir. Daha sonra onun tutulduğunu eşitmişdir. İstintaq vaxtı verdiyi ifadəsini təzyiq altında vermişdir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 3-4 ay olar ki, banzay kimi anlandırılan narkotik vasitədən istifadə edir. Həmin narkotiki hər gün 1-2 dəfə olmaqla qəbul edir. Həmin narkotik vasitə siqaret halında kağıza bükülərək tüstü yolu ilə çəkir. Narkotik vasitə "banzay"ı uşaqlıq dostu olan Təqsirləndirilən şəxs ilə birlikdə, bəzi hallarda isə özü tək qəbul etmişdir. Onu həmin narkotikə öyrəşdirən də elə Təqsirləndirilən şəxs olmuşdur. Belə ki, çox vaxtlar o, həmin narkotik vasitəni Pərvizdən pul müqabilində əldə edib istifadə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin bir ədədini (çetini) 10 manat müqabilində ona satmışdır. 09 avqust 2023-cü il tarixdə axşam saatlarında, o, növbəti dəfə banzayı almaq üçün Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 8 ünvanına özünün idarə etdiyi avtomobillə getmişdir. Oraya getməkdə məqsədi narkotik vasitə qəbul etməkdən əlavə Pərvizi valideynləri ilə birlikdə yaşadığı ünvana, yəni Mərdəkana aparmaq olmuşdur. Oraya gələrək Pərvizlə görüşüb birlikdə biraz vaxt keçirib əylənmişlər və sonradan dediyi kimi Pərvizdən narkotik vasitə əldə etmək istəmişdir. Bu səfər o, Pərvizə narkotikə görə pul verməmiş, belə ki bəzi hallarda Pərviz onun uşaqlıq dostu olmağını nəzərə alıb birdəfəlik istifadə üçün banzayı ona pulsuz vermişdir. O, narkotik vasitəni əldə edib həmin evdə Pərvizlə bərabər narkotik vasitəni istifadə etmişdir. Pərvizin evinə gəldikdən bir neçə saat sonra onlar Mərdəkan qəsəbinə getmək qərarına gəlmişlər. Belə ki qeyd etdiyi kimi onun getdiyi ev Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan olmuş, Pərviz valideynləri ilə birlikdə Mərdəkan qəsəbəsində yaşayır. Evdən çıxaraq binanın blokunun qarşısında olarkən onlara bir neçə mülki geyimli şəxslər yaxınlaşaraq özlərini Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim edib polis idarəsinə dəvət etmişlər və onlar da polis əməkdaşları ilə birlikdə Bakı Şəhər Baş Polis İdarəsinə yollanmışlar. O, bir neçə dəfə pul müqabilində Təqsirləndirilən şəxs banzay narkotik vasitəni əldə edib istifadə etmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, onlara qarşı heç bir təzyiq göstərilməmiş, polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib onları polis idarəsinə dəvət etmişlər. Narkotik vasitə olan "banzay"ı ancaq şəxsi istifadəsi üçün əldə etmişdir.(i.v 132-135) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 10 avqust 2023-cü ildə isə eşitmişlər ki, oğlu Pərviz psixotrop maddə olan el arasında «banzay» kimi tanınan maddənin satışında şühbəli kimi tutulmuşdur. Sonra ona ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Narkotik satışı ilə məşğul olduğunu isə Pərviz həbs olunduqdan sonra bilmişdir. Oğlu Təqsirləndirilən şəxs saxlanılarkən sol qolunda öz-özünə yetirilməyə xarakterik olan kəsilmə izlərinin olduğu müəyyən edilmiş, dindirmə zamanı Pərviz tutulmazdan 1-2 gün əvvəl onunla etdiyi mübahisədən sonra özü-özünə xəsarət yetirdiyini bildirməsi ilə əlaqədar məlumatsızdır. O, bunu ilk dəfədir ki, eşidir. O, Pərvizi tutulmazdan təxminən 2 gün öncə Pərviz evə gəldiyi zaman görmüşdür. Həmin vaxt Pərvizin sol qolunda heç bir kəsik olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs kənd adamı kimi tanıyır. Özü narkotik vasitədən istifadə etməyə görə məhkum olunmuş cəzasını çəkib qurtarmışdır. Hal-hazırda narkotik vasitədən istifadə etmir. Onun istifadəsində olan +994-70-204-01-29 mobi nömrəsi ona məxsusdur. Özü alqısatqı da işləyir və telefonun tanımadığı şəxslər ondan xahiş edərkən həmin şəxslərə vermişdir. Ola bilsin həmin mesajları həmin şəxslər yazmışlar. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında Şahid8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayında Azərbaycan Respublikası CM-nin 221.3 və 234.1-ci maddələri ilə 11 ay azadlıqdan məhrum edilmişdir. 2022-ci ilin aprel ayında azadlığa buraxılmışdır. Həmin vaxtdan etibarən narkotik vasitə və ya psixatrop maddə qəbul etmir. Yoxlanılmağa hazırdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, fərdi olaraq Bakı şəhəri Mərdəkan qəsəbəsində ev alqı-satqısı ilə məşğuldur. Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır. Pərvizi oradan tanıyıram. Bu yaxınlarda Pərvizin narkotik vasitə satdığı üçün tutulduğunu eşitmişdir. Pərvizin psixatrop maddələrin satışı ilə məşğul olduğunu bilmişdir. Özü heç vaxt Pərvizdən narkotik vasitə və ya psixatrop maddə almasa da bunu adlarını xatırlamadığı qonşuluqda yaşayan norkomanlardan eşitmişdir. O, əvvəllər narkotik vasitə qəbul etmişdir. Azadlığa buraxıldıqdan sonra hər hansı bir narkotik vasitə və ya psixatrop maddə qəbul etməmişdir. **********29 nömrəsini ona məxsusdur. Həmin nömrəni istifadə edir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş **********08 nömrəli telefon nömrəsinə maraqlı dövr ərzində daxil olmuş və çıxmış SMS-ləri araşdırarkən onun istifadə etdiyi **********29 nömrədən xx.xx.2023-cü il tarixdə saat 13:31:09-da Təqsirləndirilən şəxs “Aye xaıca restaranin yanindayam isde kecende denende cizim yola 2 denedi” və xx.xx.2023-cü il tarixdə saat 13:31:11-də “enedi” mətnli SMS-lərlə bağlı bildirmişdir ki, o, bu SMS-i yazmamışdır. Ola bilər ki, ondan telefonu kimsə istəmiş və belə bir SMS yazmışdır. Lakin belə bir şey xatırlamır. Xatırladığı odur ki, Pərviz telefonu götürməmişdir. Kimsə tanışlarından telefonunu istəmişdir ki, onun telefonlarına cavab vermir, ondan belə bir mətnli SMS yazmışdır. Təxmin edir ki, həmin şəxs Pərvizdən psixatrop maddə almaq istəmişdir. Həmin şəxsin kim olduğunu xatırlamır.(cild 2, i.v 89-92) Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Şahid1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin şahidin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmiş və onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində Şahid1 bildirmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkumluğu olmamışdır. Əvvəllər narkotik vasitədən istifadə etdiyi üçün inzibatı məsuliyyətə cəlb edilməmişdir. Fərdi qaydada fəhləliklə məşğuldur və ailəsini bu yolla dolandırır. Təxminən 3-4 ildir ki, narkotik vasitə qəbul edir. Son 1 ildir ki, narkotik vasitə olan banzay qəbul edir. Banzay ot formasında olur. Tərkibinin nədən ibarət olduğunu bilmir. Yolotu deyilən otun üzərinə hansısa dərmanı spirtlə qarışdırıb həmin otun üzərinə səpirlər və qurudurlar. Bundan sonra bu narkotik vasitə halını alır və bundan istifadə edirlər. Həmin narkotik vasitənin bir dəfə istifadə etmək üçün 10 manata Təqsirləndirilən şəxs almış və istifadə etmişdir. Təqsirləndirilən şəxs təxminən 4 il bundan əvvəl toyda tanımış və həmin vaxtdan etibarən dostluq münasibətləri davam etmişdir. Əvvəllər qeyd etdiyi kimi marixuanadan istifadə etmişdir. Son zamanlarda isə banzay narkotik vasitəsindən istifadə etmişdir. Pərviz də narkotik vasitə olan banzay qəbul edir. Təxminən 2-3 ay bundan əvvəl Pərvizlə söhbəti əsnasında ondan ona banzay narkotik vasitəsinin təşkil edə biləcəyini barədə sual vermiş, Pərviz problem olmadığını deyib, nə vaxt gərək olarsa yığa biləcəyini demişdir. O, həmişə özünün istifadəsində olan ********** nömrəsindən Pərvizin istifadə etdiyi ********** nömrəsinə internet üzərindən işləyən Whatsapp ani mesajlaşma proqramı vasitəsi ilə zəng vurmuş, “Mal” olub olmadığı ilə maraqlanmış, sonra isə Pərvizin son zamanlarda kirayədə yaşadığı ünvan 9 ünvanına gedərək Pərvizdən 1 dəfə istifadə etməyi üçün çəkisini bilmədiyi 1 çet deyilən banzay narkotik vasitəsini 10 manata almış və siqaretin içərisinə doldurmaqla tüstü vasitəsi ilə qəbul etmişdir. Həmin maddənin aludəçisi olmasa da daimi olaraq qəbul edir. 09 avqust 2023-cü ildə saat təxminən 20 radələrində özünün istifadə etdiyi telefonla yenə də həmişəki qayda ilə internetdən Pərvizə zəng vurmuş və narkotik vasitə olan banzay almaq istədiyini demişdir. Pərviz malı olduğunu demiş və “problem deyil gəl götür” demişdir. Bundan sonra o, Pərvizin yaşadığı binanın həyətinə getmişdir. Saat təxminən 20:30 radələrində Pərvizin yaşadığı binanın girişindən içəri daxil olanda tanımadığı mülki geyimli şəxslər onu saxlamışlar. Özlərini ona təqdim etmişlər. Polis işçiləri olduqlarını bilmişdir. Nə üçün ora gəlməyinin səbəbini soruşmuşlar. O, sanki onların hər şeydən xəbərdar olduğunu zənn etdiyi üçün səmimi olaraq öz aralarında xalaoğlu ləqəbi ilə çağırdıqları narkotik vasitə olan banzay maddəsinin satışı ilə məşğul olan Təqsirləndirilən şəxs həmin binanın 4-cü mərtəbəsində yerləşən 10 nömrəli mənzilinə gəldiyini, narkotik vasitə olan banzay almaq istədiyini bildirmişdir. Bundan sonra bildirmişdir ki, həmin şəxslər Pərvizi, əvvəllər tanımadığı məhəllə uşağı olmuş Şahid3 adlı şəxslə birlikdə saxlayıblar. Bundan sonra həmin polis əməkdaşları onları Bakı Şəhər Baş Polis İdarəsinə gətirmişlər. O, bu barədə öz izahatını vermişdir. Həmin zaman onun üzərində və ya paltarında hər hansı bir narkotik vasitə və ya psixatrop maddə olmamışdır. Sonuncu dəfə 09 avqust 2023-cü il tarixdə saat təxminən 15 radələrində narkotik vasitə olan banzay qəbul etmişdir. Həmin banzayı da Pərvizdən almışdır. O, adətən həftədə 1 və ya 2 dəfə Pərvizdən 30-40 manatlıq “banzay” narkotik vasitəsini almış, onu 1 həftə istifadə edir və bitdikdə yenidən həmin narkotik vasitə üçün Pərvizə müraciət etmiş, yenidən pulu çatdığı qədər narkotik almış və istifadə etmişdir. O, saxlandığı zaman polis əməkdaşları tərəfindən hər hansı bir təzyiqə və ya qanunsuzluğa məruz qalmamışdır. Bununla bağlı hər hansı bir şikayət və ya tələbi yoxdur. O, Pərvizin yanında olmuş Kamranı əvvəllər tanımamışdır. Pərvizin satdığı narkotik vasitəni haradan aldığını bilmir. Bu barədə hər hansı bir məlumatı yoxdur.(cild 1, 128-131) Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Şahid6 məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Şahid6ə Ruslan qızının ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu, 8 mart küçəsi döngə ev 1-də qeydiyyatda olmaqla ünvan 6 ünvanında yaşayan Şahid2 ilə 20 ildir ki, evlidir. Kamran uzun illərdir ki, narkotik tərkibli psixotrop maddə olan, el arasında banzay deyilən maddəni qəbul etmişdir. Son zamanlar onun evdə nəsə düzəltdiyini görmüşdür. Təxminən 3-4 ay bundan əvvəl Kamranın gecə saatlarında evin eyvanında ləyəndə quru otun üzərinə nəsə maddə səpdiyini görmüşdür. O, Kamrandan düzəldiyi maddənin nə olduğunu soruşanda Kamran bunun narkotik tərkibli psixotrop olan banzay olduğunu bildirmişdir. Həmin zaman o, bilmişdir ki, Kamran narkotik vasitəni evdə hazırlayır. O, dəfələrlə buna qarşı çıxmış, evdə uşaqların bunu görəcəyini Kamrana demişdir. Kamran həmin maddəni adətən gecələr və ya evdə heç kim olmayanda hazırlamışdır. O, bunu bilsə də bu barədə hər hansı bir dövlət orqanına məlumat verməmişdir. Kamran psixatrop maddə olan banzayı istifadə etməklə yanaşı satdığını da bildirmişdir. Kamranın psixatrop maddə olan banzayı satmağından şübhələnəndən sonra bunu Kamrandan israrla soruşandan sonra bunu bilmişdir. Telefonla kimlərləsə danışmış, özünü şübhəli aparmışdır. Ona əvvəllər yalnız özünün istifadə etdiyini desə də sonradan isə bilmişdir ki, Kamran eyni zamanda psixatrop maddəni satır. Hər dəfə ləyəndə hazırlamışdır. Nə qədər hazırladığını bilmir. O, bu işlərə qarışmamışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Pərvizi tanıyır. Pərvizi 2023-cü ilin təxminən aprel ayından tanımışdır. Pərviz tez-tez ərinin yanına gedib gəlmişdir. Pərviz Kamrandan daimi olaraq psixatrop maddə almışdır. Bunu özü istifadə etməklə yanışı satmışdır. O, bunları onlar tutulmazdan təxmini 2 ay qabaq tam çılpaqlığı ilə bilmişdir. Hər ikisinə bu yoldan çəkinməyi məsləhət görmüşdür. Kamranın yanına gələn “Asifin dostu” dediyi şəxsin gəlib getdiyini bilmişdir. Lakin həmin şəxsin kim olduğunu bilmir. Həmin şəxsi tanımır. Hər gün isə onda olan məlumata görə Pərviz gəlib getmişdir. Kamrandan psixatrop maddə almış və dediyi kimi özü istifadə etməklə yanaşı satmışdır. Maddəni neçəyə alması, nə qədər aldığını isə bilmir. Bunları öz aralarında sirr kimi saxlamışlar. Kamranın psixatrop maddə hazırlamaqda istifadə etdiyi ləvazimatları və evdə hazır olan psixatrop maddələri evdən polis əməkdaşları götürmüşlər. Kamran hazırladığı psixatrop maddəni hazırlamaqda istifadə etdiyi dərmanı haradan əldə etməsi barədə onda bir məlumat yoxdur. Kamran ********** nömrəsini istifadə etmişdir. Pərvizin istifadə etdiyi nömrəni bilmir.(cild 1, i.v231- 234 ) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq icraata qəbul edilmişdir. (cild 1, i.v. 01); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 avqust 2023-cü il tarixli qərardan görünür ki,toplanmış material üzrə Təqsirləndirilən şəxs və Şahid2 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə ********* nömrəli cinayət işi başlanılması və icraata qəbul olunaraq ibtidai istintaqının aparılması qərara alınmışdır.(cild 1, i.v 5) 09 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2023-cü il tarixində, saat 20:50-də tutulmuş, tutulmanın əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı həmin tarixdən, saat 20:30-dan hesablanmışdır.(cild 1, i.v 33) şəxsi axtarış və götürmə aparılması haqqında 09 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasında Bakı şəhər Baş Polis İdarəsinin X6 Mübarizə Şöbəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid4, Bakı şəhər Baş Polis İdarəsinin X6 Mübarizə Şöbəsinin operatoru Şahid5, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Vəkillər Kollegiyasının üzvü,Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə X5 üzərində şəxsi axtarış və götürülmə aparılmış, baxış zamanı o,sol əlində olan ağ rəngli üzərində “superfon” yazısı olan sellofan torbanı təqdim etmiş, torba açılaraq içərisinə baxış keçirilmiş içərisində açıq qırmızı rəngli sellofanın olması, həmin açıq qırmızı rəngli sellofan torbanın içərisində iki ədəd şəffaf rəngli sellofan torba, 01 ədəd gümüşü və göy rənglərdən ibarət elektron tərəzi, açıq yaşıl rəngli spesifik iyə malik ot kütləsinin olması aşkar edilmiş,bundan başqa o, əynində olan boz rəngli şalvarının sağ yan cibindən “Meizu“ markalı mobil telefonu təqdim etmiş,üzərində aşkar edilmiş qeyd olunan əşyalar araşdırma üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş , üzərində “superfon” yazısı olan ağ rəngli sellofan torbanın içərisində açıq qırmızı rəngli sellofa torbada olan iki ədəd şəffaf rəngli torbalardakı açıq yaşıl rəngli spesifik iyə malik ot kütləsinin narkotik vasitə olub-olmamasının müəyyən edilməsi, həmçinin 1 ədəd gümüşü rəngli kiçik ölçülü elektron tərəzinin üzərində və kiçik həcmli şəffaf rəngli sellofan torbaların içərisində qeyd olunan kütlənin hissəciklərinin olub-olmaması məqsədilə müvafiq ekspertiza təyin edilməsi üçün qablaşdırılaraq möhürləndi və iştirakçılar tərəfindən imzalandı. (cild 1, i.v. 35-36); Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1148 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Şübhəli şəxs Şahid2 yaşadığı mənzildən, ünvan 6 ünvanında yerləşən mənzildən aşkar edilmiş…» sözləri yazılmış polietilen torbada yaşıl rəngli sellofan torbadakı ləyənin içərisində bir ədəd sellofanda təmiz çəkisi 40,0 qram, bir ədəd qara rəngli sellofanda təmiz çəkisi 345,0 qram, bir ədəd şəffaf kiçik sellofan paketdə təmiz çəkisi 3,993 qram olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid aid 5F-APİNACA (5F-AKB-48) adlı psixotrop maddə vardır. Onun çəkisi 0,357 qram təşkil edir. Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzinin və kəsici alətin üzərində narkotik tərkibli hissəciklər yoxdur. Narkotik tərkibli hissəciklər olmadığına görə təqdim olunmuş kütlələrlə müqayisəli tədqiqat aparılmamışdır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Şübhəli şəxs Şahid2 yaşadığı mənzildən, ünvan 6 ünvanında yerləşən mənzildən aşkar edilmiş…» sözləri yazılmış bir ədəd sellofanda, bir ədəd qara rəngli sellofanda, bir ədəd şəffaf kiçik sellofan paketdə olan bitki mənşəli kütlələr və üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş…» sözləri yazılmış kağız paketdə 02 (iki) ədəd şəffaf sellofanda olan bitki mənşəli kütlələr tərkiblərində olan eyni növ psixotrop maddəyə görə eynidirlər.(cild 1, i.v 89-93)(ekspertiza xərci 89 manat) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1147 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş…» sözləri yazılmış paketdəki çəhrayı rəngli sellofan torbada 02 (iki) ədəd şəffaf sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri 55,0 qram, və 45,0 qram olan bitki mənşəli kütlələrin tərkibində sintetiek kannabinoidlərə aid 5F-APİNACA (5F-AKB-48) adlı psixotrop maddə vardır. Onun ümumi çəkisi – 0,029 qram təşkil edir. Tədqiqata təqdim edilmiş 02 ədəd şəffaf sellofanda olan bitki mənşəli kütlələr tərkiblərində olan eyni növ psixotrop maddəyə görə eynidirlər. Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində narkotik tərkibli hissəciklər yoxdur. Narkotik tərkibli hissəciklər olmadığına görə təqdim olunmuş kütlələrlə müqayisəli tədqiqat aparılmamışdır.(cild 1, i.v.94-98);(ekspertiza xərci 89 manat) Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4290 saylı rəyi ilə müəyyən edilmidir ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Şahid2 yaşadığı mənzildən…» sözləri olan polietilen torbadakı 2 ədəd üzərində «Furosemid» göstəriciləri olan blisterdə ümumi sayı 20 ədəd olan, ağ rəngli, dairəvi formalı dərman həbləri və 2 ədəd üzərilərində «Starlink gigiyenik vasitə» qeydləri olan 1 litlrik plastik qabda mayenin tərkiblərində narkotik, psixotrop, güclü təsir edən, zəhərli maddə komponentləri və prekursorları aşkar edilmədi. (cild 1, i.v 100-103)(ekspertiza xərci 81 manat) 11 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur.(cild 1, i.v 152-153) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-519/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 avqust 2023-cü il tarixdən hesablanması qərara alınmışdır.(cild 1, i.v 181-183) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir cinayət işi və ya cinayət xarakterli məlumat yoxdur ( cild 1,i.v.240-241); 26 sentyabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs məxsus olan **********08 nömrəsinə aid olan "xxxx" MMC-nin 21 sentyabr 2023-cü il tarixli, i7-16998 saylı məktubu ilə daxil olmuş 01 ədəd “Verbatim” markalı, “CD-R” formatlı diskin daxilindəki məlumatlara baxış keçirilməsi barədə protokoldan görünür ki, 505225108_SMS.txt adlı fayla baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən aşağıdakı hallar müəyyən edilmişdir.

1. xx/xx/2023,01:20:26,**********66,**********08,perviz menem kamran teli ac

2. xx/xx/2023,10:15:10,**********30,**********08,Qaqas qoz lazimdi teli gotur he yada yox de brat

3. xx/xx/2023,23:25:30,**********52,**********08,Bidene yol usdu aparat tapib pulu atiram indi sene amma goturde sen mutleq

4. xx/xx/2023,23:54:14,**********52,**********08,Yoldayig weherden cixmiwig geliy

5. xx/xx/2023,20:02:42,**********59,**********08,Ea bidene meni yigda vacib isim var senen yeşiye

6. xx/xx/2023,20:23:50,**********07,**********08,Pərviz cavab ver bilim hacana gəlirsən.Gozdiyenler var vaxt deye bi

7. xx/xx/2023,00:27:29,**********07,**********08,Gagaş mene birsöz deginen bilim.negeder gözdemeli olacam bilərdim d

8. xx/xx/2023,20:00:24,**********07,**********08,Tema (Net temı)

9. Perviz sen ne oyun cixarddın.sen bilirdinki iştemir

10. xx/xx/2023,20:00:24,**********07,**********08,Tema (Net temı)

11. Perviz sen ne oyun cixarddın.sen bilirdinki iştemir

12. xx/xx/2023,20:00:25,**********07,**********08,em hecyerde.gucnen o pulu yigmisdim.Pox goydun icine öz vezyetivi yaxşi elemekten otru.3 gündur ki oturmusam evde.ne emeliyata gede bildim usagnan. Hec sigaretde ala bilmirem ozume.ayib olsun sene X12 Taniyirdim.incime uje dovatit eledin bu sozu sene demeye Vozdux Seyimissen.Sagol hecnede lazim Deyil. heyifki arada Behruz var

13. xx/xx/2023,00:48:06,**********07,**********08, Zeng eliyim cvb ver bilim ay Perviz

14. xx/xx/2023,00:49:07,**********07,**********08,5 deygeye yogacam deyersen. X17 atma Gagas.men sene ele olmamisam Bratiska

15. xx/xx/2023,19:13:02,**********10,**********08, Pulumda var gelib verceydim biraza ama biraza gelib loo salacam o kamranin yanda gorum sene niye diyir!!!! O diyesen sehv salir meni kimlese Gələn kimi 10 qramı ver yoxsa anasın sikim bərk biyabırçılıq olar. Qurban olum ac telefonu gör nə dedim ....anasın sikim sənə güldən ağır söz deyən oglanin amma ac telefonu

16. xx/xx/2023,07:16:26,**********85,**********08,X18 kimi məni yığ qardaşım məni dünən əsəbləsdirmisən bu gün sevindir tez bazar gedək gələk ora 80 manat var ətci ruslandada 40 manat 120 manat opşi

17. xx/xx/2023,20:11:39,**********30,**********08,Neynirsen qardaşım heçnə eləmirəm day nə satmağ nədə çəkmək

18. xx/xx/2023,02:13:47,**********13,**********08,Qaqaw pul nodu bidene mene yig

19. xx/xx/2023,02:53:01,**********00,**********08,Perviz salam gagaw yatmirsansa bidene pul var on manat cuves oturde qonagim var

20. xx/xx/2023,21:59:22,**********10,**********08,Ay brat kenddesense gelim dinq damq deyim sene qaydimda. Narhat olma ee quran haqqi pulnan gelrem. Ne qederki maşin buralardadi deym srme qaydim. Hemde ozumcun isdemirem prosta meni qonaq elyir

21. xx/xx/2023,19:20:17,**********99,**********08,Brat menem uruf..bes gardawim bele eliceydunse men gelirdimde ozum grese brat oturub soyugda seni gozdurem axi gagaw cixib gedede bilmirem.sabada bayra cixmicam vezyetden cixcam sora mament olmicey seynen goruwum acda bu poxu bidene ee

22. xx/xx/2023,20:41:31,**********02,**********08,Heci menem Elnur..heci tema lazimdi

23. xx/xx/2023,20:07:14,**********08,**********62,Sebr ele brat iw awiriram

24. xx/xx/2023,20:07:44,**********62,**********08,Bildime ac teli pul oturum sene o temani hell edey

25. xx/xx/2023,21:55:06,**********10,**********08,Menem rahimdi men telimi azere verdim. Bununla elaqe saxla menle

26. xx/xx/2023,22:25:00,**********72,**********08,Cavab ver salamatligdi bala

27. xx/xx/2023,13:22:52,**********14,**********08,Menem Elcin

28. xx/xx/2023,13:29:25,**********14,**********08,Emoglu menem elcin incitme meni

29. xx/xx/2023,02:11:01,**********02,**********08,Heci neynirsen ??bowbekarsansa gel bize dawim var qoyaq

30. xx/xx/2023,00:39:09,**********08,**********03,Hecne alma pulu getirersen brat

31. xx/xx/2023,12:00:10,**********64,**********08,Brat. Mene yiq wotsapda kart at sene pul atacam, sen bizim ureimizsen yaxsi? Pis olma prosti dunen ele bildim basqasidi bunu eden,ozun edirsen denen ozum edirem

32. xx/xx/2023,21:44:27,**********23,**********08,Xayiw edirem bir den imkan olsa menide gorersende mende veziyet pisdi baw beynim tutub ureyim bulanir imkan olsa eger nolar menim cun nese qoyarsanda

33. xx/xx/2023,21:44:27,**********23,**********08,Xayiw edirem bir den imkan olsa menide gorersende mende veziyet pisdi baw beynim tutub ureyim bulanir imkan olsa eger nolar menim cun nese qoyarsanda

34. xx/xx/2023,21:46:21,**********23,**********08,Mumkunduse qaqaw imkan varsa eger cox pisem ureyim bulanir vallah

35. xx/xx/2023,23:45:03,**********08,**********15,İstesen var

36. xx/xx/2023,14:42:37,**********11,**********08,İşim cox cekicey işinde ol sen

37. xx/xx/2023,19:50:19,**********15,**********08,Brat leodan sil mənim pul atdimi sənə

38. xx/xx/2023,15:38:25,**********21,**********08,AY PEYSER ACDA. PULNAN YANVA GELİCEYDİM.

39. xx/xx/2023,01:24:39,**********02,**********08,Heci bidene meynen svyaz ele..tecili..kecen defe sene didiyimi verim sene.

40. xx/xx/2023,00:08:05,**********69,**********08,5M VAR GELİM VİRSEY VERDE

41. xx/xx/2023,19:44:37,**********10,**********08,Ay heci menem rahimdi. Gedrsense dinen pul vuraq karta bizede getrde. Bayramdi bungun

42. xx/xx/2023,19:49:16,**********10,**********08,Qardaşimsan gedb gelmisensede yalannan falavatdamada. Zeng edirem adboy verirsen. Ac bir kelme alnirsa pul atiwaq nese edeyde.

43. xx/xx/2023,19:50:48,**********10,**********08,He eger bizimcun hereket elemey isdemirsense bu bawdan adam kimj dinen bizde biley. Nala mixa vurmaq lazim deil. Nede yiqram diyib soradan telfonu sondurmey

44. xx/xx/2023,18:54:52,**********96,**********08,HECİ BİZ TEREFDEN KECENDE XEBER ELE MEN CATANA KİMİ HAZİR OLACAGSAN

45. xx/xx/2023,22:19:45,**********96,**********08,HECİ İRELLEYİS VAR VARSA EYER VİZİV AT PULLARİ YİGİM

46. xx/xx/2023,23:10:00,**********96,**********08,ALİNMİR HECİ CAVAB DİDE Bİ DENE

47. xx/xx/2023,20:04:45,**********96,**********08,AC TELEFONU DEQİQ BİR SEY Dİ USAGLAR GİC ELİYİB MENİ BİLİMDE PULLARİ YİGİM YA YOX

48. xx/xx/2023,11:49:13,**********31,**********08,Heci bidr 20 var qaqaş hindi lazimdidii

49. xx/xx/2023,22:05:55,**********96,**********08,SALAM EVDESEN HECİ GELMEY İSTİYİRDİM

50. xx/xx/2023,22:06:35,**********96,**********08,GELMEY OLARSA VİZİV AT BİLİM

51. xx/xx/2023,22:23:40,**********96,**********08,HECİ TEMİZ 50-M QAQAS CANİ NE QEDERE GELİM?

52. xx/xx/2023,22:25:31,**********31,**********08,Heci bide 50 varimdi acda telfonu var bir şey

53. xx/xx/2023,21:54:13,**********10,**********08, Qardaşimsan. Berk ureyme duşub ee. Sora harda gorcem birde onnan

54. xx/xx/2023,12:45:31,**********23,**********08,qaqaw bes getdin mene demedin,deyerdin pul vererdim menimcunde goturerdin

55. xx/xx/2023,15:12:53,**********23,**********08,gelirsen sen qaqaw sen cani pakete deyme narahatam bow vermede qaqaw

56. xx/xx/2023,23:54:23,**********02,**********08,Heci menem Elnurdu..heci tema lazimdi sen ol svyaza cixda brat..

57. xx/xx/2023,17:20:03,**********23,**********08,Qaqaw ac soz deyirem men bilim adam var gedir ona gore qaqaw deqiq bir soz deyim hayandasan birce bunu de bilim fso yola salim onu gedsin ya yox

58. xx/xx/2023,20:47:58,**********59,**********08,Ay brat mene 2 dene olsa saxlada xeber gozdurem

59. xx/xx/2023,18:44:11,**********59,**********08,Aye menen elaqe saxla isim var senen..packa lazim idi

60. xx/xx/2023,21:26:26,**********96,**********08,SALAM NECESEN 11 DE GELE BİLEREM MEHLEYE ALİNİRSA VİZİV AT BİLİM

61. xx/xx/2023,20:20:56,**********07,**********08,Həci mənəm Elnurdu həci tema lazımdı svyaz çıx..öz nömrədən yığıram

62. xx/xx/2023,20:26:51,**********59,**********08,Qaqa neynirsen bidene 10 nux var idi evdeyem xeber elede mene

63. xx/xx/2023,20:52:36,**********08,**********23,Sebrli ol hele hazr deil

64. xx/xx/2023,21:53:07,**********08,**********54,Danwa bilmrem sebr ele

65. xx/xx/2023,17:14:54,**********08,**********16,Memcin 1dene tewkil elede nolar

66. xx/xx/2023,17:14:54,**********08,**********16,Memcin 1dene tewkil elede nolar

67. xx/xx/2023,17:16:12,**********08,**********37,Memcin bidene tewkil elede hec olmasa qardawmsan

68. xx/xx/2023,17:18:29,**********08,**********16,Eger mumkunse mene 1 cvb dide weherdeyem

69. xx/xx/2023,19:37:53,**********31,**********08,Qaqaş bide ac soz diyirem qardaşim

70. xx/xx/2023,19:40:57,**********31,**********08,Heci olan oldu kecdi heci bilirsenki onun vaxdi catanda gic olur adam qardaşim bide 25 mant var acda

71. xx/xx/2023,19:43:40,**********16,**********08,Perviz pulu at zehmet olmasa,a to niçeqo ne budet

72. xx/xx/2023,19:43:40,**********16,**********08,Perviz pulu at zehmet olmasa,a to niçeqo ne budet

73. xx/xx/2023,11:48:14,**********23,**********08,Qaqaw saxlamada goturde menimde 2 denemi bu gune dedik de saxlama qaqaw sen cani

74. xx/xx/2023,13:23:54,**********31,**********08,Salam bide 20 var isdasadayam gelim

75. xx/xx/2023,13:53:34,**********08,**********56,Brat varsa 2 dene hara deirsen gelimde men qardawimsan

76. xx/xx/2023,15:15:01,**********23,**********08,Goturmusen qaqaw sen cani menkinide gotur

77. xx/xx/2023,15:16:07,**********23,**********08,Uzadmada qaqaw soz daniwdigda qaqaw onsuzda her gun bunun yanindasan heksabda xayiw edirem Temiz olagda qaqaw her wey bir qiraga

78. xx/xx/2023,15:16:07,**********23,**********08,Uzadmada qaqaw soz daniwdigda qaqaw onsuzda her gun bunun yanindasan heksabda xayiw edirem Temiz olagda qaqaw her wey bir qiraga

79. xx/xx/2023,19:10:29,**********59,**********08,Aye maa bir cvb de gorum 10 nux var bidene e evdeyem

80. xx/xx/2023,16:39:27,**********23,**********08,Qaqaw hel eledin sen cani niye bele yuvadirsan hell elede daa lazimdi qaqaw vallah saxlama bele

81. xx/xx/2023,17:10:11,**********23,**********08,Qaqaş menim bir deneye ehtiyacım var maşında lazım olsa düzüb qoşariq

82. xx/xx/2023,11:16:45,**********84,**********08,Paket lazimdi qaqas

83. xx/xx/2023,16:39:05,**********23,**********08,n nese olsa qaytaracam vallah sene dedim ki bir gedek dedin he burursan meni ki ozu gelir qaaaw bax yene deyirem iclerinide cekecem incime bax deyirem ay Qaqsw olmadida bu ne hereketdi ki minirsen piriyusa gedirsen kamranin yanina indi men ne bawa duwum qaqas incime qaqaw telezide tapiram nese xowa gelmiye birden qatqisi zadi olar

84. xx/xx/2023,16:49:18,**********23,**********08,Qaqaw goturme olar pulu at karta xayiw edirem burda nese pox var ya walafey olacag bu yada ki icleri bow sen Allah pulu getir isdemirem

85. xx/xx/2023,17:13:17,**********23,**********08,Qaqaw sen mene kelek gelirsen meni aparmadun ki nese oz fikirn vardi men ele oglan deyilem ki bize getirib walafey zad soxxsun o kamran onun dalinu. Dagidaram vallaj

86. xx/xx/2023,01:53:44,**********02,**********08,Heci kola var ximiynen deyiwey?

87. xx/xx/2023,01:53:44,**********02,**********08,Heci kola var ximiynen deyiwey?

88. xx/xx/2023,23:33:20,**********96,**********08,Deqiq bir sey di temiz 40 di mende

89. xx/xx/2023,12:41:27,**********59,**********08,Aye 2 dene lazim idi 15..mene xeber ele isdeyem gelim

90. xx/xx/2023,12:41:27,**********59,**********08,Aye 2 dene lazim idi 15..mene xeber ele isdeyem gelim

91. xx/xx/2023,13:11:05,**********59,**********08,Qaqa mene bidene he yox de gelim ya yox..?isden cixmisam 40 de vaxtim var

92. xx/xx/2023,17:28:10,**********94,**********08,Heci turab ximi istiyir..bele puluda var kolada verir..hansini istiyirsen di goturum gelim ximiynen deyiwey.yada pulu goturum.mene tez bidene cvb di.

93. xx/xx/2023,13:31:09,**********29,**********08,Aye xaıca restaranin yanindayam isde kecende denende cizim yola 2 denedi

94. xx/xx/2023,13:31:11,**********29,**********08,enedi

95. xx/xx/2023,14:07:31,**********31,**********08,Qaqaş he yox dide mene yigim aşagi ya gelmisen

96. xx/xx/2023,20:08:45,**********37,**********08,Bratuxa kamrandi

97. xx/xx/2023,18:56:23,**********59,**********08,Aye 20 liydi Mende tez cvb yaz gorum

98. xx/xx/2023,09:28:19,**********59,**********08,Aye bidene 10 nugum var idi ise gerem

99. xx/xx/2023,18:57:57,**********59,**********08,Nagarsan menen elaqe saxla 15 var idi

100. xx/xx/2023,20:23:16,**********59,**********08,Aye 1 dene lazim idi borcumuda verecem

101. xx/xx/2023,22:11:40,**********03,**********08,5manat da verirem

102. xx/xx/2023,14:57:44,**********59,**********08,Qan iceee vursun axsama maa 2 sin saxla aa..gelejem..borcuda verejem

103. xx/xx/2023,12:02:29,**********59,**********08,Aye go me diyirem abede cixacam birazdan emele gelirse taksiynen gelim deyim sene qaydim borcuda bagliyacam

104. xx/xx/2023,18:10:01,**********80,**********08,Yetim menim iwin 40 degeye 1 saata awir..evden dediler cixmisan..sen gotur men gelib 1 saata seynen goruwumde gardawim..ama gotura gardawim sene arxayinam

105. xx/xx/2023,19:41:51,**********59,**********08,2dene lazim idi

106. xx/xx/2023,19:44:57,**********59,**********08,Aye 15 verecem barmalni

107. xx/xx/2023,12:43:02,**********59,**********08,Qaqa neynirSen Abede cixmisam 20 li var idi gelum yaniva?

108. xx/xx/2023,13:31:20,**********59,**********08,Aye oyana gedeyde pul catmirsa el tuturam men gelende verersen xeber ele gorum

109. xx/xx/2023,10:12:28,**********48,**********08,Nenir bro? Gor ne direm heci srok yoldawim gelir yanima yaxwi pulu var gelib catsin yiqacam sene awaqisi 20 -- 25 manat olucey yeni qaqawim svyazda olda broo

110. xx/xx/2023,16:09:17,**********59,**********08,Nagarsan qaqa maaa 3 dene saxla gelecem saat 6 da

111. xx/xx/2023,11:10:32,**********59,**********08,Neynirsen qaqa gelim yaniva 2 dene 15 di bidene xeber ele tez bazar gelim taksiynen qayidim isdeyem

112. xx/xx/2023,13:23:15,**********20,**********08,Mənəm tural 10lazmdi qresdeyem hara gəlim telesirem

113. xx/xx/2023,13:26:14,**********20,**********08,Kodan çıxart meni kebleyidi 1dene 10lazimdi

114. xx/xx/2023,17:10:12,**********31,**********08,Aşda qaqş bide soz di de 20 varimdi ee

115. xx/xx/2023,17:14:52,**********71,**********08,Brat paket lazımdı bidene mene cavab deyərdin

116. xx/xx/2023,18:51:52,**********59,**********08,Aye isden cixmisam gellem 1 dene lazim idi borcuda verecem

117. xx/xx/2023,19:18:33,**********16,**********08,Salam 60+70+20 =155 m

118. xx/xx/2023,20:46:31,**********94,**********08,Ay heci tema istiyen var.acda qaqaw teli

119. xx/xx/2023,20:48:15,**********48,**********08,Heci salamatsan??? Bir kelme acib daniwasan belke elimde pul sulenirem buralari apariceylar indi daniwaq bilimde iwimizi

120. xx/xx/2023,12:18:38,**********20,**********08,Yerə düşən teli götürmey istisen bilmirsen şalvarvi çıxarıb seni qrese lüt salaram coldre nese tez ele senatavi gətirmədən orda sikiliceydi ağzın bildin barıqa blet

121. xx/xx/2023,02:21:05,**********30,**********08,Haci ise gedirem 10m var qardasiva tema oturersen

122. xx/xx/2023,22:23:33,**********01,**********08,Axsamin xeyir necəsən? Alxaz deyir zəng et soruş olaceysə xəbər ele

123. xx/xx/2023,23:23:58,**********96,**********08,Heci temiz 20 neynemey olar

124. xx/xx/2023,21:30:49,**********96,**********08,Heci ne qedere gelersen serxannan obsi 40 manatimiz var

125. xx/xx/2023,00:00:00,**********16,**********08,Ə ne moqu qovoritğ, çto to sluçilosğ?

126. xx/xx/2023,18:38:10,**********48,**********08,en men beyaqdan qaytariram karociiii gelem qapiya it qurd qozumada deyil anasini sikim bawim conub men sene dedimki malnan qutarmiwam mene el tut

127. xx/xx/2023,14:17:48,**********03,**********08,Ay Heci sen Allah onu narmalni qoy 2 dəfəyə başım kimse çıxır qıraqdan zirlanfirmir dilxor oluram

128. xx/xx/2023,23:12:45,**********08,**********30,Terezini tecili catdir bize

129. xx/xx/2023,20:12:00,**********01,**********08,Vacib 1 lazım mumkundu?

130. xx/xx/2023,00:06:42,**********71,**********08,Brat 50 man var bidene yazda mene

131. xx/xx/2023,13:53:23,**********58,**********08,Qaqam 40manat pul var mende bidene xaiw sivyaz qur

132. xx/xx/2023,12:12:11,**********71,**********08,Brat 20man var alınır tema ?

133. xx/xx/2023,22:58:41,**********01,**********08,Qaqaş 1 lazim mümkündi gəlim?

134. xx/xx/2023,11:47:09,**********13,**********08,Puluynan ximi istiyirəm nə qoymusan özüvü dagın başına

135. xx/xx/2023,15:21:48,**********58,**********08,Qaqa masınnanam 20manat var mende

136. xx/xx/2023,20:31:50,**********71,**********08,Qaqa menem behruz 20 manat almisam usaqlarda bidene xeber dide mene

137. xx/xx/2023,01:28:35,**********00,**********08,Qaqasuvun veziyeti yaxsidi komèk edim sene

138. xx/xx/2023,01:29:10,**********08,**********00,qurban olum.mene.nqrkotik.tap.

139. xx/xx/2023,01:29:44,**********00,**********08,Ele bil hazirdi

140. xx/xx/2023,14:59:53,**********29,**********08,Qaqa neynursen 20 varum idi evdeyem gele bilirem yaniva?

141. xx/xx/2023,14:54:49,**********01,**********08,Günortan xeyir necəsən. Burdayam vaxdim 5 6 deqiqelik var nese varsa gelim yoxdusa gedim işlərim çoxdu

142. xx/xx/2023,21:00:54,**********29,**********08,Necesen ay brat 10 nugum var idi bidene evdeyem gele bollem yaniva?

143. xx/xx/2023,17:58:53,**********31,**********08,5 qede catiram qaqaş 20 mant oldu heci mende

144. xx/xx/2023,19:03:21,**********31,**********08,Heci bide 30 mantim allahaqi duz vercem sene gelim

145. xx/xx/2023,19:08:44,**********01,**********08,1 lazım gəlim ya yox 1 cavab yaz

146. xx/xx/2023,19:35:51,**********01,**********08,Bu nəsə çox zeif oldu.bacarsan güclendir

147. xx/xx/2023,13:06:04,**********54,**********08,n burda men yetim o uwaqlari yola salmiwam girib wpdaki sesdere qulaq as internetim yoxdu sen kimi çox isdiyirsen yığ bir kelme daniwaq istide. Ollem anam canı

148. xx/xx/2023,14:28:57,**********15,**********08,Bratim 40 manat pulum var nolar xais edirem bidene məni yola salda

149. xx/xx/2023,14:29:43,**********15,**********08, atim kartiva zada at bir yere mənim ucun goturumde xais edirem məzmunlu SMS-lərin yazıldığı müəyyən edilmişdir. (cild 2, i.v 15-21) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 15 sentyabr 2023-cü il tarixli, 5/1154 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş 1 ədəd sensor ekran və «android» əməliyyat sistemi ilə təchiz edilmiş “MEİZU” markalı, mobil smartfon hal-hazırda işlək vəziyyətdədir, “MEİZU” markalı mobil smartfona istifadəçi tərəfindən “Şifrə” ilə mühafizə olunan ekran kilidi tətbiq edildiyi üçün onun “Menyu” hissəsinə daxil olmaq mümkün olmadığından, arxa tərəfindəki məlumat lövhəsində və “SİM” danışıq kartının yerləşdiyi yuvada “İMEİ” kodunun göstərilməməsi səbəbindən həmin mobil smartfonun “İMEİ” kodunu müəyyən etmək mümkün olmamış, mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Şifrələrlə” mühafizə olunan ekran kilidini seçmək üçün “7.65.0.247” versiyalı, UFED 4 PC” adlı proqram təminatı vasitəsilə tədqiqat işləri aparmaq istədikdə qurğunun proqram təminatının metodlar bazasında mobil smartfonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq üçün texniki imkanın olmaması müəyyən edilmiş,mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Şifrələrlə” mühafizə olunan ekran kilidinin naməlum olmasını və rəyin “Tədqiqi hissəsi”nin 5-ci bəndində göstərilən səbəblərə görə mobil smartfonun yaddaşında hər-hansı bir məlumat üzrə tədqiqatın aparılması mümkün olmamışdır.(cild ıı i.v 25-30) Ambulator məcburi-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 xx.xx.2023-cü il tarixli, 5178 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opiolidlərin və Psixotrop maddə sintetik kannabionidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild ıı i.v.44-45); 02 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış 05-C-04 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarın təsviri hissəsindən görünür ki, Məhkəmə-Tibbi Ekspertiza və X10 Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 1005 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş xəsarətlərin bir qismi xx.xx.2023cü il tarixə uyğun gəlməklə özü tərəfindən yetirilməyə uyğundur, digər xəsarətlər isə xx.xx.2023-cü il tarixdə yetirilməyə xarekterik olmaqla sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Bakı şəhər BPİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 1-7974 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən fiziki təzyiqlərə məruz qalmadığını, bədən səthində olan xəsartələrin saxlanılmazdan bir neçə gün öncə atası ilə arasında yaranmış anlaşılmazlıq nəticəsində özü-özünə yetirdiyini bildirmiş, bu hallar onun ifadəsi ilə yanaşı şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntü, şahid ifadələri və digər sübutlarla öz təsdiqini tapdığından polis əməkdaşları Şahid4 və Şahid5 barəsində xidməti araşdırma aparılmamışdır (cild 2, i.v 84-86) Sübutların qiymətləndirilməsi haqqında haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid2 cinayət işi üzrə 11 avqust 2023-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilmədən öz qüvvəsində saxlanılması, cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət işi üzrə 11 avqust 2023-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilmədən öz qüvvəsində saxlanılması, təqsirləndirilən şəxs Şahid2 aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddənin hansı mənbədən əldə edilməsi müəyyən edilmədiyindən cinayət işinin materiallarından naməlum mənbəyə görə ayrıca müstəqil cinayət işi ayrılması barədə qərar qəbul edilsin. Cinayət işi üzrə əri Şahid2 külli miqdarda psixotrop maddəni qanunsuz əldə edərək hazırladığını və satdığını bilə-bilə bu barədə hər hansı bir dövlət orqanına məlumat verməyən Şahid6 əməlinə həmin cinayət işi üzrə hüquqi qiymət verilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxslər Şahid2 və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddənin əldə edilməsində. hazırlanmasında əlbir olduqlarına dair hər hansı bir dəlil əldə edilmədiyindən onların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə olan hissədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, bu cinayət işi Şahid2 barəsində saxlanılması, cinayət işinin materiallarından zəruri sənədlərin əsilləri və surətləri əlavə edilməklə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ayrıca cinayət işinin ayrılması barədə qərar qəbul edilməsi, cinayət işinin materiallarından Şahid3 və Şahid1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibatı məsuliyyətə cəlb edilmələri barədə material ayrılaraq aidiyyəti üzrə göndərilməsi nəzərə alınması, təqsirləndirilən şəxs Şahid2 yaşadığı mənzildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 388.393 qram bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid ümumi təmiz çəkisi 0,357 qram 5F-APİNACA (5F- AKB-48) adlı psixotrop maddələr, 01 ədəd açıq mavi rəngli metal ləyən, içərisində maye olan bir litrlik üzərilərində "Sratlink gigiyenik vasitə yazılmış 02 ədəd plastik qabdakı mayelər, 01 ədəd qara və sarı hissələrdən ibarət olan elektron tərəzi, çoxlu sayda içərisi boş olan kiçik ölçülü sellofan torbalar, Şahid2 məxsus olan 01 ədəd "Xiaomi Redmi 8 A" markalı mobil telefon, sonuncunun yaşadığı mənzildə baxış və götürmə zamanı, həmçinin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı qeydə alınmış 02 ədəd CD diskə köçürülmüş video görüntülər cinayət işi üzrə maddi sübut hesab edilsin. Mobil telefon və video görüntülərin köçürüldüyü CD diksklər cinayət işində materiallarında, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 388.393 qram bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid ümumi təmiz çəkisi 0,357 qram 5F- APİNACA (5F-AKB-48) adlı psixotrop maddələr, 01 ədəd açıq mavi rəngli metal ləyən, içərisində maye olan bir litrlik üzərilərində "Sratlink gigiyenik vasitə yazılmış 02 ədəd plastik qabdakı mayelər, 01 ədəd qara və sarı hissələrdən ibarət olan elektron tərəzi, çoxlu sayda içərisi boş olan kiçik ölçülü sellofan torbalar təqsirləndirilən şəxs Şahid2 onlarla tanış olma mərhələsindən sonra Bakı Şəhər Baş Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 96,6 qram bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid Ümumi təmiz çəkisi 0,029 qram 5F-APİNACA (5F-AKB-48) adlı psixotrop maddə, 01 ədəd gümüşü və göy rənglərdən ibarət elektron tərəzi və çoxlu sayda kiçik həcmli şəffaf rəngli sellofan torbalar, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı qeydə alınmış 01 ədəd CD diskə köçürülmüş video görüntü cinayət işi üzrə maddi sübut hesab edilməsi, video görüntünün köçürüldüyü CD disk Təqsirləndirilən şəxs barədə ayrılacaq cinayət işinin materiallarında, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 99,6 qram bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid Ümumi təmiz çəkisi 0,029 qram 5F-APÍNACA (5F-AKB-48) adlı psixotrop maddə, 01 ədəd gümüşü və göy rənglərdən ibarət elektron tərəzi və çoxlu sayda kiçik həcmli şəffaf rəngli sellofan torbalar Təqsirləndirilən şəxs onlarla tanış olma mərhələsindən sonra Bakı Şəhər Baş Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi, təqsirləndirilən şəxs Şahid2 mənzilindən aşkar edilərək götürülmüş 02 ədəd üzərində "Furosemid" göstəriciləri olan blesterdə ümumi sayları 20 ədəd olan ağ rəngli dairəvi formalı dərman həb, 1 ədəd kəsici alət, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş üzərində **********08 nömrəsi istifadə edilmiş Meizu markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün maddi sübut hesab edilməsin və sonuncu əşya qəbzlə Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, digər əşyalar isə məhv edilməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin onlar tərəfindən təqsirli olaraq törədilməsi toplanmış mötəbər sübutların məcmusu ilə təsdiq edildiyindən, onların öz ifadələri, video çəkilişlə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətləri, video çəkilişlə mənzilə baxış və götürmə istintaq hərəkəti, şahidlərin ifadələri, ekspertiza rəyləri, sair mötəbər dəlillər və sənədlər, həmçinin iş üzrə maddi sübut hesab edilmiş əşyalar sübut növləri kimi qiymətləndirilməsi qərara alınmışdır. (cild 2, i.v 96-133) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2024-cü il tarixli, 4/893 № rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 19-cu vərəqində 09 avqust 2023-cü il tarixli Müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında protokolda "Saxlanılan şəxs: qrafasındakı imza və "Təqsirləndirilən şəxs əlyazmaları, 24-cü vərəqində olan 09 avqust 2023-cü il tarixli Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında protokolda "Şübhəli şəxs: qrafasındakı imza, 25-26-cı vərəqlərində olan 09 avqust 2023-cü il tarixli Şübhli şəxsin tutulması haqqında qərarda "Şübhəli şəxs qrafasındakı imza, 27-28-ci vərəqlərində olan Şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında bildirişin 1-ci vərəqində aşağı hissəsəki imza, 2-ci vərəqində "Şübhəli şəxs:" qrafasındakı imza; 29-30-cu vərəqlərində olan 09 avqust 2023-cü il tarixli İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 5və 6-cı maddələrinin izah edilməsi haqqında protokolun 1-ci vərəqinin aşağı hissəsindəki imza, 2-ci vərəqində "Şübhəli şəxs: qrafasındakı imza; 31-ci vərəqində olan 09 avqust 2023-cü il tarixli Şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolda "Şübhəli şəxs:" qrafasındakı imza; 32-ci vərəqində olan 09 avqust 2023-cü il tarixli Etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında protokolda "Şübhəli şəxs:" qrafasındakı imza; 33-cü vərəqində olan 09 avqust 2023-cü il tarixli Şübhəli şəxsin tutulması haqqında protokolda "Şübhəli şəxs:" qradasındakı imza; 34-cü vərəqində olan 09 avqust 2023-cü il tarixli Şəxsi axtarış və götürmə aparılması haqqında qərarda "Şübhəli şəxs:" qrafasındakı imza; 35-36-cı vərəqlərində olan 09 avqust 2023-cü il tarixli Şəxsi axtarış və götürmə aparılması haqqında protokolun 1-ci vərəqində "Təqsirləndirilən şəxs" qrafasındakı və aşağı hissədəki imzalar, 2-ci vərəqində "İştirak etdilər: "5. Təqsirləndirilən şəxs" qrafasındakı imza; 38-40-cı vərəqlərində olan tarixsiz izhatda "Cavab" hissələrindəki əlyazmalar və həmin izahatın 1-ci vərəqində "....xəbərdarlıq edildi." və "...xahiş edirəm." yazılarından aşağıda yerləşən imzalar, 2-ci vərəqində aşağı sol hissədəki imza, 3-cü vərəqdə "Təqsirləndirilən şəxs əlyzmaları qarşısındakı imza; 86-87-ci vərəqlərində olan 10 avqust 2023-cü il tarixli Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokollarda "Şübhəli şəxs: qrafalarındakı imzalar; 106-cı vərəqində olan 10 avqust 2023-cu tanx Etiraz edilə bilən şəxslərin barədə məlumatların şübhəli şəxsə şəxsə bildirilməsinə dair "Təqsirləndirilən şəxs" əlyazmaları; protokolda Şübhəli şəxs: qrafasındakı imza və "Təqsirləndirilən şəxs əlyazmaları 107-108-ci vərəqlərində olan Şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə bildirişin 1-ci vərəqinin aşağı hissəsindəki imza, 2-ci vərəqində "Şübhəli şəxs: qrafasındakı imza və "Təqsirləndirilən şəxs əlyazmaları; 109-ci vərəqində olan 10 avqust 2023-cü il tarixli Şübhəli şəxsə "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında bildirişdə "Bildirişi aldım:" qrafasındakı imza və "Təqsirləndirilən şəxs əlyazmaları; 110-112-ci vərəqlərində olan 10 avqust 2023-cü il tarixli Ekspert rəyinin şübhəli şəxsə elan edilməsi haqqında protokolda (3 ədəd) "Şübhəli şəxs:" qrafalarındakı imzalar və "Təqsirləndirilən şəxs əlyazmaları; 113-115-cı vərəqlərində olan 10 avqust 2023-cü il tarixli Şübhəli şəxsin dindirilməsi haqqında protokolun 1-ci vərəqində "AZE ********" yazıları qarşısındakı və "İmza:" qrafasındakı imzalar, 2-ci vərəqində "İmza:" qrafasındakı imza və aşağı hissədəki imza və "Şirinov P" əlyazması, 3-cü vərəqində "Təqsirləndirilən şəxs" əlyazması və qarşısındakı imza; 152-153-cü vərəqlərində olan 11 avqust 2023-cü il tarixli Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarda "Təqsirləndirilən şəxs:" qrafasındakı imza və "Təqsirləndirilən şəxs əlyazmaları; 154-155-ci vərəqlərində olan Təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında bildirişin 1-ci vərəqinin aşağı hissəsindəki imza, 2-ci vərəqində "Təqsirləndirilən şəxs: qrafasındakı imza və "Təqsirləndirilən şəxs əlyazmaları; 156-cı vərəqində olan 11 Avqust 2023-cü il tarixli Təqsirləndirilən şəxsə "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında bildirişdə "Bildirişi aldım:" qrafasındakı imza və "Təqsirləndirilən şəxs" əlyazmaları; 157-ci vərəqində olan 11 avqust 2023-cü il tarixli Təqsirləndirilən şəxsə ittihamın elan edilməsi haqqında qərarın surətinin, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında protokolda "Təqsirləndirilən şəxs:" qrafasındakı "Təqsirləndirilən şəxs əlyazmaları; 158-ci vərəqində olan 11 avqust 2-23-cü il tarixli Etiraz edilə bilən şəxslərin barədə məlumatların təqsirləndirilən şəxsə bildirilməsinə dair protokolda "Təqsirləndirilən şəxs:" qrafasındakı "Təqsirləndirilən şəxs" əlyazmaları və qarşısındakı imza; 159-162-ci vərəqlərində olan 11 avqust 2023-cü il tarixli Təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun 1-ci vərəqində "AZE ********" yazıları qarşısıdakı və "İmza:" qrafasındakı imzalar, 2-ci vərəqində "İmza:" qrfasındakı və aşağı hissədəki imzalar, 3-cü vərəqinin aşağı hissəsindəki imza və "Şirinov P" əlyazmaları, 4-cü vərəqində "Cavab" hissəsi qarşısındakı lyazmalar və "Təqsirləndirilən şəxs" əlyazması qarşısındakı imza;; 177-ci vərəqində olan 11 avqust 2023-cü il tarixli Təqsirləndirilən şəxsin barəsində məhkəməyə təqdim edilən materiallarla tanış olması haqqında protokolda "Təqsirləndirilən şəxs: qrafasındakı imza və "Təqsirləndirilən şəxs" əlyazmaları; 200-205-ci vərəqlərində olan 11 avqust 2023-cü il tarixli Məhkəmə kompüter texniki (02 ədəd) və və narkoloji (03 ədəd) ekspertizasının təyin olunması barədə qərarla təqsirləndirilən şəxsin tanış edilməsi haqqında protokollarda "Təqsirləndirilən şəxs:" qrafasındakı imzalar və müvafiq olaraq " Təqsirləndirilən şəxs əlyzmaları; 2-ci cildin 66-70-ci vərəqlərində 12 avqust 2023 q tarixli Ekspert rəyinin təqsirləndirilən şəxsə elan edilməsi haqqında protokollarda da o dəd) Təqsirləndirilən şəxs:" qrafalarındakı imzalar və "Təqsirləndirilən şəxs" əlyazmala olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən icra

2. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 113-116-cı vərəqlərində olan 10 avqust 2023-cü il tarixli Şübhəli şəxsin dindirilməsi haqqında protokolun 4-cü vərəqində "Təqsirləndirilən şəxs" əlyazması qarşısındakı imzanın; 159-162-ci vərəqlərində olan 11 avqust 2023-cü il tarixli Təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun 2ci vərəqində təqsirli bilirəm" Əlyazmaları qarşısındakı imzanın - Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən olmadı.(ekspertiza xərci 132 manat) Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, məhkəmə-ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə satmaması, onun polis əməkdaşları tərəfindən döyülməsi və iş materiallarında olan imzaların onun tərəfindən icra edilməməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və hesab edir ki, qeyd edilən ifadələr təqsirləndirilən şəxsin özünü cinayət məsuliyyətdən kənarda qoymaq niyyətinə dəlalət edir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitə satmaması ilə bağlı ifadəsi üzrə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə satması onun və şahidlərin ibtidai istintaq zamanı vermiş olduaqları ifadələri, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan +994- 50-522-51-08 nömrəli mobil telefonun anten məlumatlarının ələ keçirilməsi zamanı mesajlaşmalarla tam təkzib edilir. Belə ki, cinayət işi materiallarında olan 26 sentyabr 2023cü il tarixli Təqsirləndirilən şəxs məxsus olan **********08 nömrəsinə aid olan "xxxx" MMCnin 21 sentyabr 2023-cü il tarixli, i7-16998 saylı məktubu ilə daxil olmuş 01 ədəd “Verbatim” markalı, “CD-R” formatlı diskin daxilindəki məlumatlara baxış keçirilməsi barədə protokolda olan yazışmalarda bir neçə yerdə, müxtəlif zaman tarixlərində, müxtəlif şəxslər tərəfindən Pərvizdən narkotik vasitə almaqları müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda müvafiq araşdırma aparılmış, qeyd edilən xüsusat öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs özünün də, məhkəmə istintaqı zamanı və ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində qollarını özünün doğraması faktı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan imzaların ona məxsus olmaması ilə bağlı ifadəsi isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2024-cü il tarixli, 4/893 № rəyi ilə təkzib edilmişdir. Həmin rəydən görünür ki, iş materiallarında olan imzalar Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Məhkəmə iş üzrə şahid qismində dindirilmiş Şahid3 Təqsirləndirilən şəxs narkotik vasitə almaması, onun təzyiqə məruz qaldığı üçün ibtidai istintaq zamanı fərqli ifadə verməsi ilə bağlı bildirmək istəyir ki, Şahid3 Təqsirləndirilən şəxs narkotik vasitə alması özünün ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, təqsirləndirilən şəxslə Şahid3 arasında keçən zənglər və mesajlarla tam təkzib edilir. Belə ki, Şahid3 təzyiq altında ifadə verməsi heç bir sübutla müəyyən edilmir. Onun bucür ifadə verməsi Təqsirləndirilən şəxs ilə olan dostluq münasibətləri ilə əlaqədar sonuncunu cinayət məsuliyyətdən kənarda qoymaq niyyətində dəlalət edir. Məhkəmə hesab edir ki, Şahid3 barəsində bilə-bilə yalan ifadə vermə ilə əlaqədar prokurorluğa məlumat göndərilməsi məqsədə müvafiq hesab edilməmildir. Hazırki iş üzrə şahid qismində dindirilmiş Şahid2 Pərvizə narkotik vasitə satmaması ilə bağlı ifadəsi isə Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamedici hökmü ilə təkzib edilir. Məhkəmə nəzərə alır ki, şahid X2 Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Şahid2 digər iş üzrə məhkum olunduğundan hazırki iş üzrə bilə-bilə yalan ifadə verməklə bağlı prokurorluğa məlumat göndərilməsi məqsədə müvafiq hesab edilmir. Məhkəmə iclas zalında Şahid8 Pərvizin narkotik vasitə satmasından məlumatlı olmaması, özünün Pərvizdən narkotik vasitə istəməsi ilə bağlı yazışmaların onun tərəfindən icra edilməməsi ilə bağlı ifadəsi isə təqsirləndirilən şəxslə Şahid8 şəxsi münasibətləri olması, eyni kənddə yaşamaları, şahidin təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən kənarda qoymaq niyyəti ilə əlaqələndirilməli və onun barəsində bilə-bilə yalan ifadə verməklə əlaqədar prokurorluğa məlumat verilməsi məqsədə müvafiq hesab edilməməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarın 9-cu bəndindən görünür ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin onlara elan edilmiş müvafiq maddə ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə iclas zalında narkotik vasitəni satmasını bildirməsi, həm evində baxış keçirilərkən narkotik vasitələrin bükümlərdə olması, həmçinin 02 ədəd tərəzinin aşkar edilməsi onun narkotik vasitəni satmasını təsdiq edir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir; 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, ilki dəfə cinayət məsuliyyətinə cəlb edilməsi(CM59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 96,6 qram bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərirə aid ümumi təmiz çəkisi 0,029 qram 5F- APİNACA (5F-AKB-48) adlı psixotrop maddə, 01 ədəd gümüşü və göy rənglərdən ibarət elektron tərəzi və çoxlu sayda kiçik həcmli şəffaf rəngli sellofan torbalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video görüntünün köçürüldüyü 02 ədəd CD disklər iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) saat üçün nəzərdə tutulan 360 (üç yüz altmış) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 09 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Baş Polis İdarəsində saxlanılan 96,6 qram bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərirə aid ümumi təmiz çəkisi 0,029 qram 5F-APİNACA (5F-AKB-48) adlı psixotrop maddə və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 491 (dörd yüz doxsan bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. 13 saylı Vəkil Bürosunun vəkili ağrov Bilal İsa oğluna 60 (altmış) saat üçün nəzərdə tutulan 360 (üç yüz altmış) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar