Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-561/2024 21.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus olmaqla “AD 136855” nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi və "xxxx" MMC tərəfindən adına verilmiş 18 aprel 2024-cü il tarixli etibarnamə əsasında texniki cəhətdən saz vəziyyətdə olan boz rəngli “Khazar” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili 21 aprel 2024-cü il tarixdə, saat 01:50də Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə 7-ci dairəvi küçəsi istiqamətində saatda 50-60 km sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olmaqla baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısına almağa texniki imkanı olduğu halda bunları etməyərək idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə yolun hərəkət hissəsini soldan sağa doğru iti yerişlə keçməkdə olan piyada X2 hərəkət istiqamətlərini ayıran səkinin üstündə dayandığı yerdən hərəkətə başlayıb hərəkət hissəsinə 3 metr daxil olduqda sonra avtomobilin ön hissəsi ilə vuraraq ona ehtiyatsızlıqdan başın və bədənin küt travması, baş-beyinin ağır dərəcəli əzilməsi, kəskin ödemi, kəllə tağı və əsası sümüklərinin sınıqları, başın alın-təpə nahiyəsinin əzilmiş yaraları, soldan üz skeleti sümüklərinin sınıqları, sağ oturaq və qasıq sümüklərinin sınıqları, sol baldır sümüklərinin qapalı sınıqları kimi ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli sağlamlığa ağır zərərvuran xəsarətlər yetirməklə ölümü ilə bir başa səbəbli əlaqəli olan X2 baş beyninin əzilməsindən 29 aprel 2024-cü il tarixdə, saat 15:00-da X10 xəstəxanasında ölümünə səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, idarə etdiyi avtomobil “Azərmaş MMC”-yə məxsusdur, avtomobili lizinq müqaviləsi əsasında etibarnamə ilə idarə edir. Hər ay ödəniş olunarkən etibarnaməsi şirkət tərəfindən təzələnir. 21 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə müştərini ünvanına çatdırıb 8 noyabr prospekti istiqamətdən mərkəzə doğru saat 01:50-də “Khazar” minik markalı, Az ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə saatda 50/60 km sürətlə 1-ci hərəkət zolağı ilə hərəkətdə olarkən işıqforun yaşıl işığının yanmasını görüb hərəkətini davam etdirmək istəyərkən təxminən 1-2 metr məsafədə qarşısına anidən çıxan bir kişi cinsli şəxsin iti addımlar ilə hərəkət etməsini görüb avtomobilin qabaq hissəsi ilə ehtiyyatsızlıqdan vurmuşdur. Həmin anda əyləci sıxmağa imkanı olmamışdır. Həmin vaxtı həyəcanlı olduğu üçün dərhal avtomobili saxlayıb aşağı enərək həmin şəxsə yaxınlaşdıqda sonradan adını bildiyi X2 huşsuz vəziyyətdə asfalt betonun üzərində uzandığını görmüşdür. Tanımadığı vətəndaşlar hadisə yerinə yaxınlaşaraq həmin şəxsə ilkin tibbi yardım göstərməyə çalışmışlar. O, X13 briqadasına zəng etmişdir. X13 briqadası hadisə yerinə gəldikdən sonra Rüstəm Qəhrəmanovu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Neyrocərrahiyyə xəstəxanasına aparmışlar, orada ilkin tibbi yardım göstərildikdən sonra Rüstəm Qəhrəmanovu 1 saylı X12 xəstəxanasına yerləşdirmişlər. O, daima onların yanında olaraq maddi və mənəvi dəstək olmuşdur. 29 aprel 2024-cü il tarixdə Rüstəm Qəhrəmanov aldığı bədən xəsarətlərindən 1 saylı X12 xəstəxanasında dünyasını dəyişmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində bildirmişdir ki, mərhum qardaşı X4 təxminən 2011-ci ildən Bakı şəhərinə köçərək Hövsan qəsəbəsində yaşayırdı. Qardaşı orada səyyari olaraq pendir satışı ilə məşğul olurdu. Qardaşı Bakı şəhərinə köçməmişdən əvvəl həyat yoldaşı ilə rəsmi qaydada boşanmışdır. 21 aprel 2024-cü il tarixdə o, Naxçıvan şəhərində evində olan vaxtı digər qardaşı Ceyhun ona zəng vuraraq Rüstəmin Bakı şəhərində avtomobil qəzasına düşdüyünü və 1 saylı X12 “Semaşko” xəstəxanasında olduğunu bildirmişdir. 22 aprel 2024-cü il tarixdə o, qardaşı Ceyhun ilə birlikdə təyyarə ilə Bakı şəhərinə gələrək xəstəxanaya getdikdə, Rüstəmin vəziyyətinin çox ağır olduğunu müşahidə etmişdir. Xəstəxanada ona məlum olmuşdur ki, qardaşı Rüstəm “Nargilə” dairəsinin yanında yolu keçmək istəyərkən Şüvəlan qəsəbə sakini Aydın adlı şəxs tərəfindən “Xəzər” markalı avtomobillə vurulmuşdur. Rüstəm aprel ayının 29-na qədər həmin xəstəxanada koma vəziyyətində qalmış və 29 aprel 2024-cü il tarixdə saat təxminən 15 radələrində rəhmətə getmişdir. Bundan sonra o, qardaşının cənazəsini Şahbuz rayonu, Külüs kəndinə aparmış və orada dəfn etmişlər. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata götürülməsi haqqında 28 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və iş icraata qəbul edilmişdir (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 21 aprel 2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 7-ci dairəvi küçə ilə olan kəsişməyə baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 5- 13); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2018-ci il tarixdə 10 il müddətinə «BC» kateqoriyalı AD 136855 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 16); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/21167 nömrəli, xx.xx.2024-cü il tarixli tibbi müayinə aktından görünür ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 18); nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 29 aprel 2024-cü il tarixli protokoldan görünür ki, “Khazar” minik markalı, Az ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ kapot hissəsində və alın şüşəsində zədə izləri aşkar edilmiş, həmçinin nəqliyyat vasitəsinə baxış zamanı fotocədvəl tərtib olunaraq protokola əlavə olunmuşdur (i.v. 25- 26); cinayət işinin tövsif edilməsi haqqında 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsindən həmin Məcəllənin 263.2-ci maddəsinə tövsif edilmiş və CM-nin 263.2-ci maddəsi ilə istintaqı davam etdirilmişdir (i.v. 28); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X14 tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə baş beyin ocaqlı travma nəticəsində vəfat etmişdir (i.v. 33); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 02 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v. 34); diskə baxış keçirilməsi haqqında 14 may 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “CD-R” formatlı diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində 03 ədəd fayıl vardır, həmin faylların içərisində görüntülər olmaqla, həmin görüntülər 21 aprel 2024-cü il tarixdə Bakı şəhəri Xətai rayonu, 8 Noyabr prospektində olan TŞ 5-076 nömrəli kameralarla çəkilmişdir. Birinci görüntü 10 dəqiqə, ikinci görüntü 10 dəqiqə, üçüncü görüntü isə 10 dəqiqədən ibarətdir. Hər üç görtüntüdə 8 Noyabr prospektində müxtəlif markalı çox sayda avtomobillər hərəkət edir, diskdəki məlumatların oxudulması diskdə ümumilikdə 3 ədəd - TŞ5-076 1-2024-04- 21_01 h50min00s000ms, TŞ5-076 2-2024-04-21_01 h50min00s000ms və TŞ5-076 3-2024-04- 21_01h50min00s000ms adda videofaylların yazıldığını göstərmişdir. TŞ5-076 2-2024-04- 21_01 h50min00s000ms adlı videofaylda piyada hərəkət istiqamətlərini ayıran səkinin üstündə dayandığı yerdən hərəkətə başlayır, daha sonra yolun hərəkət hissəsinə daxil olur və “Khazar” markalı avtomobil tərəfindən vurulur. TŞ5-076 2-2024-04-21_01 h50min00s000ms adda videoyazıya görə piyada hərəkət istiqamətlərini ayıran səkinin üstündə dayandığı yerdən hərəkətə İ başlayandan “Khazar” markalı avtomobil tərəfindən vurulana kimi t = 5,240- 2,560 = 2,680 san, piyada yolun hərəkət hissəsinə daxil olandan “Khazar” markalı avtomobil tərəfindən vurulana kimi isə t = 5,240- 4,080 = 1,160 san vaxt keçmişdir. “Khazar” markalı avtomobil sürətinin müəyyən olunmasında nəqliyyat vasitəsinin trayektoriyası üzərində olan və hadisə yerinə baxış zamanı ölçülən, aralarındakı məsafələr uyğun olaraq 41 m olan hesablama cisimləri arasındakı məsafələrin qət olunmasına sərf olunan real zamanlardan istifadə olunmuşdur. “Khazar” markalı nəqliyyat vasitəsi trayektoriyası üzərində olan 41 m məsafəni 2,20 san müddətində qət etmiş və bu zaman nəqliyyat vasitəsinin orta sürəti “Khazar” = 41m:2,20 san = 18,63 videogörüntü ekspertizası yolu ilə müəyyən olunmuşdur ki, piyada hərəkət istiqamətlərini ayıran səkinin üstündə dayandığı yerdən hərəkətə başlayandan “Khazar” markalı avtomobil tərəfindən vurulana kimi t =2,680 san, piyada yolun hərəkət hissəsinə daxil olandan “Khazar” markalı avtomobil tərəfindən vurulana kimi isə t =1,160 san vaxt keçmişdir. “Khazar” markalı avtomobil trayektoriyası üzərində olan 41 m məsafəni 2,20 san müddətində qət etmiş və bu zaman nəqliyyat vasitəsinin orta sürəti “Khazar” =67 km/saat olmuşdur. Sürücü tərəfindən “Khazar” markalı avtomobilin 50-60 km/saat sürətlə hərəkətdə olması real deyildir, istintaq tərəfindən sürücünün hərəkəti üçün təhlükənin piyadanın əks istiqamətli hərəkət hissələrini ayıran ayrıcı zolağın üzərindən yolun hərəkət hissəsinə daxil olduğu andan yaranması göstərilmişdir. Lakin mövcud vəziyyətdə hadisəni əks etdirən videogörüntüdən məlum olur ki, piyada əks istiqamətli hərəkət hissələrini ayıran ayrıcı zolağın üzərində dayandığı yerdən 1 hərəkətə başlayaraq yolu sola doğru keçməyə başlamışdır. Nəqliyyat vasitəsinin hərəkət zolağına tərəf təhlükəli yerini dəyişən obyekt, yaxud hərəkət sürətinin tam dayanmaya qədər azaltmağı tələb edən yol hərəkətinin başqa halları (təhlükəsizliyinin təmin olunmasına təsir edən qəflətən yaranmış nasazlıq, svetoforun qırmızı işığı, kapotun açılması və s. tərəfindən yaradılan yol-nəqliyyat şəraitinin elementidir. Belə ki, Təqsirləndirilən şəxs “Khazar” minik markalı, Az ** PC *** dövlət qeydiyyat nişanlı avtomobillə X2 iti yerişlərlə yolu sağdan sola səkinin 9 üzərindən keçərkən Təqsirləndirilən şəxs həmin vaxtı avtomobilin sürücüsü olduğunu və piyadanı təxminən 40 metr məsafədən görsədə hadisənin qarşısını almağa texniki imkanı olmadığına görə hərəkəti üçün təhlükə avtomobil yolunun mərkəzində ki, beton yol ayrıcının üzərindən yolun hərəkət hissəsinə daxil olduğu andan yaranmış və həmin andan vurulmaya kimi piyada iti yerişlə 3 metr məsafə qət edərək avtomobilin ön hissəsi ilə vurulmuşdur. Piyadanı ehtiyyatsızlıqdan vurması və yerə yıxılması müşahidə olunmuşdur. Baxış zamanı bir ədəd “CD-R” formatlı diskdə olan fayla baxıldıqdan sonra qablaşdırılaraq möhürü ilə möhürlənmiş və iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq cinayət işinə əlavə olunmuşdur (i.v. 37-37a); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 29 aprel 2024-cü il tarixli, 47 saylı rəyindən görünür ki, X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: başın və bədənin küt travması, baş-beyinin ağır dərəcəli əzilməsi, kəskin ödemi, kəllə tağı və əsası sümüklərinin sınıqları, başın alın-təpə nahiyəsinin əzilmiş yaraları, soldan üz skeleti sümüklərinin sınıqları, sağ oturaq və qasıq sümüklərinin sınıqları, sol baldır sümüklərinin qapalı sınıqları. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşya(əşyalar) təsirindən törənmişlər, eləcə də yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. X1 ölümünə səbəb aldığı xəsarətlər nəticəsində baş-beyin əzilməsi olmuşdur, ölüm xx.xx.2024-cü il tarixdə, saat 15:00-da X12 xəstəxanasında baş vermişdir və meyitdə gedən ilkin dəyişikliklərlə öz təsdiqini tapır. X1 adına təqdim edilmiş tibbi sənədlərdə içkili olmasına dair hər hansı bir qeydiyyat aparılmamışdır (i.v. 43-47); zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə X5 ölmüş qardaşı X2 hüquqi varisi qismində tanınmışdır (i.v. 57-58); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 29 iyul 2024-cü il tarixli, 3-16-16/2- 8/1421-4/791 saylı rəyindən görünür ki, 1.2. “Khazar minik” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükənin piyadanın əks istiqamətli hərəkət hissələrini ayıran ayrıcı zolağın üzərindən hərəkətə başladığı andan yaranması şəraitində, “Khazar” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, 67 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. 1.2. “Khazar” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükənin piyadanın əks istiqamətli hərəkət hissələrini ayıran ayrıcı zolağın üzərindən hərəkətə başlayıb hərəkət hissəsinə daxil olduğu andan yaranması şəraitində, “Khazar” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, 67 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur (i.v. 66-72); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 84-85); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 98); zərərçəkmiş şəxsin hüquqi varisi X5 Bakı şəhəri Xətai RPİ-nin İŞ-nə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur (i.v. 101); Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətini başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 sentyabr 2024-cü il tarixli, 789 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 103); sübutların qiymətləndirilməsi haqqında 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 187, 263-1.1, 263-1.3 və 264-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, “Khazar” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanımış və sahibinə geri qaytarılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokollar, maddi sübut kimi tanınma haqqında qərar, məhkəmə-tibbi ekspertizası və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizaları üzrə rəylər iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, 01 ədəd “CD-R” disk maddi sübut kimi tanımış və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (i.v. 104-110). Məhkəmə iclasında 01 ədəd “CD-R” diskdə olan görüntüyə baxış keçirilmiş və diskdə olan videogörüntü diskə baxış keçirilməsi haqqında 14 may 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), CM-nin 60-cı maddəsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM-67.2), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılmalı və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə verilməsi nəzərə alınmalı (CPM-132), iş üzrə 200 (iki yüz) manat məbləğində məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Khazar” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılsın və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut 01 ədəd “CD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-561/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-561/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver