Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-562/2024 06.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili X8 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Xətai rayonu, ünvan 2 barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, texniki cəhətdən saz vəziyyətdə olan «Toyota- Prius» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında BB 043393 seriyalı «B1,B» kateqoriyalı sürücülük vəsiqəsi ilə 13 iyun 2024-cü il tarixdə saat 20:10-da ünvan 5 saylı evin qarşısındakı məhəllə arası yolla 15-16 km/saat sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısınıı almağa texniki imkanı olduğu halda, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyərək avtomobilin ön sol hissəsi ilə yolu soldan sağa doğru keçən xx.xx.2022-ci il təvəllüdlü piyada X9 vurub ona ehtiyatsızlıqdan başın və bədənin küt travması, baş-beyinin və beyin kötüyünün ağır dərəcəli əzilməsi, baş-beyinə qansızma, sol təpə-ənsə sümüklərinin kəllə əsasına keçən sınıqları, başın sol təpə nahiyəsinin əzilmiş yaraları, döş qəfəsinin arxa səthinin sıyrıqları, sağ sağrı nahiyəsinin qançırı kimi ümumilikdə canlı şəxslərdə həyati olub sağlamlığa ağır zərər yetirməklə Zeynəb Hüseynlinin ölümü ilə bir başa səbəbli əlaqəli olmuş baş-beyin əzilməsi olaraq 14 iyun 2024-cü il tarixdə saat 03:15-də Neyrocərrahiyyə Xəstəxanasında ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov 39 mənzil 31-də qeydiyyatda olsa da hazırda ailəsi ilə birlikdə Xətai rayonu Gəncə prospekti 2 mənzil 18-də yaşayır, ailəlidir, üç azyaşlı övladı var, ali təhsillidir, əvvəllər məhkum olunmamışdır, rəsmi olaraq heç bir yerdə işləmir. 2024-cü ilin may ayından 13 iyul 2024-cü il tarixədək etibarnamə və «B» kateqoriyalı sürücülük vəsiqəsi ilə icarəyə götürüb idarə etdiyi «Toyota-Prius» markalı, **- VS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olmuşdur. 13 iyul 2024-ci il tarixdə taksi fəaliyəti ilə məşğul olan zaman saat 19:54-də Xətai rayonu, Sadıqcan küçəsində sifarişi qəbul edərək, müştərini ünvan 3 ünvanında düşürtmüş, saat 20:09-da məhəllə arası yolda 15-16 km/saat sürətlə gedərkən Mirzə Davud küçəsi 33 ünvanında yolun sol hissəsində olan yaşayış evininaçıq qapısından təxminən 5-6 yaşında bir oğlan uşağı çıxaraq avtomobilin qarşısından soldan sağa doğru keçmiş, həmin vaxt uşaqla arasında təxminən 3-4 m məsafə olmuş, sonradan həmin uşağın arxasınca təxminən 2-3 yaşlı bir qız uşağı asta qaçışla qaçaraq avtomobilin qarşısına çıxmış, bu zaman o, heç bir tədbir görə bilməmiş və uşağı maşının sol ön tərəfi ilə vurmuş, dərhal avtomobili saxlamış, bu zaman aralarındakı məsafə təxminən 1-1.5 m olmuş, lakin maşının uşağa dəyməsini və maşınla maşınla uşağın üstündən keçməsini hiss etməmiş, hadisə zamanı uşağın atası çöldə olmuş, hadisədən dərhal sonra avtomobildən düşüb uşağa yaxınlaşmış, uşağı avtomobilinə qoyaraq atası və anası ilə birlikdə Xətai rayonu Nerocarahiyə İnstituna aparmış, hadisədən sonra uşaq yerdə uzanıqlı vəziyyətdə olarkən özündə olmasa da avtomobildə özünə gəlmişdir. Xəstəxanada olarkən avtomobillə vurduğu azyaşlı qız uşağının X13 olmasını və onun başından xəsarətlər almasını bilmişdir. Hadisə zamanı azyaşlı piyada qızı vurmamaq üçün hər hansı bir tədbir görməyə imkanı olmamış, çünki uşaq ani bir zamanda qaçaraq qarşısına çıxmış, hadisə zamanı sərxoş olmamış, hava aydın və yağmursuz olmuş, həmin vaxt avtomobilində sərnişin və ya yükü olmamış, xəstəxanadan çıxdıqdan sonra AR DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, hadisə zamanı maşın əzilməmiş və özü heç bir xəsarət almamışdır. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, himayəsində 3 azyaşlı övladı olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, Qazax rayonu, Böyük Cəfərli kəndində qeydiyyatda olsa da hazırda ailəsi ilə birlikdə ünvan 4 ünvanında kirayə yaşayır, ailəlidir, rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi əməklə məşğul olub tikintidə işləyir, əvvəllər məhkum olunmamışdır. 2018-ci ildə həmyerlisi Hüseynova (Mustafayeva) Aygün Famil qızı ilə ailə həyatı qurmuş, həmin nigahdan 2019-cu ildə oğlu Hüseyn Hüseynli, 2022-ci ildə isə qızı Zeynəb Hüseynli dünyaya gəlmişdir. 13 iyun 2024-cü il tarixdə saat 19:30-da ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanda yaşayan qohumu Elmargilə qonaq getmiş, onun yaşadığı mənzil həyət evi olmaqla ara məhlədə yerləşmiş, həyət evinin qarşısında isə ensiz və daşlıq küçə olmuş, ancaq işlək avtomobil yolu olmamışdır. Həmin günü saat 20:10-da həyat yoldaşı Aygün və ev sahibləri birlikdə həyətdə oturub söhbət etmiş, həmin vaxt Zeynəb və Hüseyn ev sahibinin iki azyaşlı uşaqları ilə birlikdə həyətdə, yəni küçədə darvazanın qarşısında oynamış, bir neçə dəqiqə sonra küçədə səs-küy eşitmiş və küçəyə çıxdıqda 2022-ci il təvəllüdlü azyaşlı qızı Zeynəb Hüseynlini metal rəngli “Toyota-Prius” minik markalı, **-VS- *** dövlət qeydiyyat nişanlı avtomobillin sol arxa tərəfində yerdə uzanıqlı vəziyyətdə olmasını görmüş, ancaq üstündə heç bir qan izi olmamış, küçədə oynayan uşaqlar və qeyd olunmuş avtomobilin tanımadığı sonradan adını bildiyi sürücüsü Təqsirləndirilən şəxs qızı Zeynəbin maşınla vurmasını bildirmiş, sonra hadisəni törətmiş maşının sürücüsü Təqsirləndirilən şəxslə birlikdə Zeynəbi maşına mindirib Respublika Neyrocərrahiyyə Xəstəxanasında aparmış, qızını xəstəxanaya apardıqda hələ sağ olmuş və nəfəs almış, xəstəxanada dərhal qızı Zeynəb reanimasiya şöbəsinə götürülmüş və həmin günü axşam saat 17 radələrində Zeynəbin həyatını xilas etmək mümkün olmadığı, yəni qızı Zeynəb dünyasını dəyişməsi bildirilmişdir. 2022-ci il təvəllüdlu azyaşlı qızı X24 rayonu, Böyük Cəfərli kəndində Kənd qəbirstanlığında dəfn etmişlər. Hadisəni törətmiş “Toyota-Prius” minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmamış, hadisədən sonra sürücü Təqsirləndirilən şəxs lazım olan köməklikləri göstərmiş və onunla birlikdə uşağı götürüb xəstəxanaya aparmış, eləcə də hadisədən sonra lazım olan bütün maddi və mənəvi dəstəyi göstərmiş, bu səbəbdən “Toyota-Prius” minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillin sürücüsü Təqsirləndirilən şəxs heç bir tələbi və şikayəti yoxdur. Cəza təyin edilməsində bu xüsusatların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirakı mümkün olmayan Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Cəlilabad rayonu, Adnalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu X.Məmmədov küçəsi ev 34, mənzil 226-da yaşayır, subaydır, ali təhsillidir, fərdi əməklə məşğul olur, əvvəllər məhkum olunmamışdır, Rusiya Federasiyası Novokuznetsk şəhərində anadan olsa da Azərbaycan Respublikası vətəndaşıdır, orta məktəbi və ali təhsili Azərbaycan Respublikasında almışdır, azərbaycan dilində sərbəst yazır, oxuyur və danışır, bu səbəbdən tərcüməçiyə ehtiyacı yoxdur. 2008-ci il buraxılışlı, boz metal rəngli «Toyota-Prius» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsus olmaqla adına olmuş, həmin maşını 2022-ci ildə «Turbo.az» avtomobil satışı saytından almış və avtomobil saz vəziyyətdə olmuş, bir müddət qeyd olunmuş avtomobili idarə etdikdən sonra icarəyə vermək qərarına gəlmiş və bu məqsədlə yaşadığı məhəllədən tanıdığı Təqsirləndirilən şəxs ilə razılaşıb günü 20 manata maşını idarə etmək üçün etibarnamə ilə ona vermiş, Təqsirləndirilən şəxs «B» kateqoriyalı sürücülük vəsiqəsi olmuş və uzun müddət avtomobil idarə etmişdir. 13 iyul 2024-ci il tarixdə yaşadığı ünvanda olarkən Təqsirləndirilən şəxs zəng vurub saat 20 radələrində Xətai rayonu, Sadıqcan küçəsində sifariş qəbul edərək müştərini aparıb Xətai rayonu Mirzə Davud küçəsi 10 ünvanda düşürtməsini və həmin küçədən geri qayıdarkən məhəllə arası yolda yaşayış evlərinin birindən 2-3 yaşlı bir qız uşağının çıxaraq soldan sağa doğru qaçıb keçməsini və maşının qarşısına çıxmasını, həmin vaxt hadisənin qarşısını ala bilməyərək idarə etdiyi «Toyota-Prius» markalı, 99-VS- 813 dövlət qeydiyyat nişanlı avtomobilin qarşı sol tərəfi ilə uşağı vurmasını, sonra isə uşağın üstündən keçməsini, hadisədən sonra isə həmin azyaşlı qız uşağını idarə etdiyi avtomobilə qoyub atası və anası ilə birlikdə Xətai rayonu Neyrocarahiyə xəstəxanasına aparmasını bildirmişdir. Bu xəbərdən sonra o dərhal Neyrocərrahiyyə xəstəxanasına getmiş, orada azyaşlı uşağın dünyasını dəyişməsini eşidib-bilmiş, hadisə zamanı sürücü Təqsirləndirilən şəxs sərxoş olmamış, hadisə zamanı hava aydın və yağmursuz olmuş, həmin vaxt maşında sərnişin və ya yük olmamış, hadisə zamanı «Toyota-Prius» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə heç bir ziyan dəyməmiş və sürücü Təqsirləndirilən şəxs heç bir xəsarət almamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 14 iyun 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır; (i.v.1) - 13 iyun 2024-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi 13 iyun 2024-cü il tarixdə saat 20:10-da ünvan 5 saylı evin qarşısındakı məhəllə arası yolda baş vermişdir. (i.v.4-7) - 13 iyun 2024-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması barədə protokoldan görünür ki, “Toyota Prius” minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, xarici zədələr, izlər və digər maddi sübut aşkar olunmamışdır. (i.v.12,13) -19 sentyabr 2023-cü il tarixli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs Şahid məxsus olan **-VS-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. (i.v.20) - 13 iyun 2024-cü il tarixli 2/32125 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur; (i.v.23,24) -Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi Respublika X2 Hüquqi Şəxs xəstənin stasionar tibbi kartından görünür ki, X11 müştərək travma açıq kəllə beyin travması, baş beyin və beyin kötüyünün ağır dərəcəli əzilməsi və ödemi, soldan təpə ənsə sümüklərindən kəllə əsasən keçən travmatik aralanmış sınığı, döş qəfəsinin küt travması, sağ tərəfli pnevmotoraks, hər iki ağ ciyərinin əzilməsi, sol ənsə nahiyəsinin cərrahi tikilmiş yarası diaqnozu qoyularaq ölümün bilavasitə səbəbləri kimi müştərək travma, açıq kəllə beyin travması, beyin kötüyünün ağır dərəcəliəzilməsivə ödemi, ağ ciyərlərin kontuziyası və sağ tərəfli pnevmotoraks, baş beyin və beyin kötüyünün kəskin ödemi və işemiyası, kəskin tənəffüs və ürək damar sisteminin çatışmazlığı göstərilmişdir. - 10 iyul 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X19” X32in 64 nömrəli canlı şəxsin məhkəmə-tibb müayinəsi rəyindən görünür ki, X6 meyitinin müayinəsi zamanı başın və bədənin küt travması, baş-beyinin və beyin kötüyünün ağır dərəcəli əzilməsi, baş-beyinə qansızma, sol təpə-ənsə sümüklərinin kəllə əsasına keçən sınıqları, başın sol təpə nahiyəsinin əzilmiş yaralan, döş qəfəsinin arxa səthinin sıyrıqları, sağ sağrı nahiyəsinin qançırı kimi xəsarətlər aşkar edilmiş, həmin xəsarətlər həyati olub bərk-küt əşyanın təsirindən törənmişdir, eləcə də yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə bir başa səbəbli əlaqəlidirlər. X1 ölümünə səbəb olmuş aldığı xəsarətlər nəticəsində baş-beyin əzilməsi olmuşdur, 14 iyun 2024-cü il tarixdə saat 03:15- də Neyrocərrahiyyə Xəstəxanasında baş vermişdir və meyitdə gedən ilkin dəyişikliklərlə öz təsdiqini tapır.; (i.v.36-39) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2024-cü il tarixli, 8/2115 saylı ekspert rəyindən görünür ki, «Toyota-Prius» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.; (i.v.81-83) - 05 iyul 2024-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X14 yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş qızı Zeynəb Hüseynlinin hüquqi varisi qismində tanınmışdır;(i.v.42) -11 iyul 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2024-cü il tarixdə ölmüşdür. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır; (i.v. 53, 54) - 26 iyul 2024-cü il tarixli “Bakı Baş Səhiyyə Mərkəzi” X32 28 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həkim-psixiatrın qeydiyyatında yoxdur. -Bakı şəhəri Xətai rayon 82 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai rayonu 82 saylı MKİS-ə yazılı və ya şifahi şikayət daxil olmamışdır. -İş materiallarında olan şəxsiyyət vəsiqəsi surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü X17, xx.xx.2009-cu il təvəllüdlü X18, xx.xx.2016-cı il təvəllüdlü X22 adlı 3 övladı var. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X4 10 sentyabr 2005-ci il tarixdə 1112№-li qeydlə nikahlarını bağlamışlar. - 24 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb odilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir; (i.v. 95, 96) - 24 sentyabr 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, taksi sürücüsü işləyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1də qeydiyyatda olmaqla, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir; (i.v. 111, 112) - 25 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi və yol-nəqliyyat hadisəsini törətdiyi «Toyota- Prius» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Şahid təhvil verilmişdir. - Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qərar qəbul edərkən bu xüsusatın nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda–iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır 263.2. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin əməlindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı övladlarının olmasını, qəza anında zərərçəkmiş şəxsə köməklik göstərməsini, xərcləri qarşılamasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, onun müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan «Toyota-Prius» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X7, kod 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ**********0000003944, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi vöen **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili X15 məhkəmədə iştirak etdiyi 16 (on altı) iş saatına görə 96 (doxsan altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan – “Toyota-Prius” minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomonilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 16 (on altı) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X15 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 96 (doxsan altı) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-562/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-562/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver