Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-563/2025 02.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Naxçıvan MR, Ordubad rayonu, Nüsnüs kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Ordubad rayonu, Nüsnüs ərazi dairəsi, Nüsnüs kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İstintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 yanvar 2025-ci il tarixdə saat 21 radələrində birgə yaşadıqları Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanının yataq otağındakı dolabın üzərindən 1.500 (bir min beş yüz) manat dəyərində sarı rəngli metaldan hazırlanmış saatın iç tərəfində «Rolex Tachymer», arxa hissəsində «750» damğası və «Rolex» sözləri yazılan, qolbaq hissəsi dəriyəbənzər materialdan, kilid hissəsi sarı rəngli metaldan, qolbağındakı metal hissəsi qiymətsiz metal ərintisindən olan, 750 əyarlı qızıldan hazırlanmış, sferblatının yan hissəsində olan 3 ədəd dairə formalı elementlər qiymətsiz metal ərintisindən, sferblatı şüşə və ümumi çəkisi 90,32 qram olan bir ədəd «Rolex» markalı qol saatını, 3.500 (üç min beş yüz) manat dəyərində qızıl materialdan olan bir ədəd «Tissot» markalı qol saatını, 500 (beş yüz) manat dəyərində üzərində qaşları olmayan bir ədəd qızıl üzüyü, həmçinin həmin dolabın siyirməsindən 80 (səksən) manat dəyərində bir ədəd «İphone 7» markalı mobil telefonu və gümüşü rəngli metaldan hazırlanmış, dairə formalı bir ədəd qiymətsiz metal predmeti gizli olaraq talayıb Zərərçəkmiş şəxs 5.580 (beş min beş yüz səksən) manat xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, Naxçıvan MR, Ordubad rayonu, Nüsnüs ərazi dairəsi, Nüsnüs kəndində qeydiyyatda olsa da, daimi yaşayış yeri yoxdur və işlədiyi yerlərdə gecələyir. Zərərçəkmiş şəxs təxminən bir ildir ki, tanıyır, münasibətləri yaxşı olmuş və o, sonuncuya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində avtoyuma məntəqəsində yuyucu işləmişdir. Şahid1 isə təxminən beş ay idi ki, tanımış, sonuncu ilə Ceyhuna məxsus avtoyuma məntəqəsində tanış olmuşdur. Belə ki, Ramin də həmin avtoyuma məntəqəsində yuyucu işləmişdir. Bir müddət iş olmadığı üçün Ceyhun avtoyuma məntəqəsini başqa şəxsə icarəyə verdiyindən o və Ramin bildirmişlər ki, qalmağa yerləri yoxdur. Bu səbəbdən Ceyhun o, və Raminə bir neçə müddət yaşadığı ünvan 1 ünvanında qala biləcəklərini demişdir. Bundan sonra yəni, 07 yanvar 2025-ci ildən onlar Ceyhunun yaşadığı ünvan 1 ünvanında qalmağa başlamışlar. Həmçinin Ceyhun mənzilin açarlarını da onlara vermişdir ki, özü olmadığı müddət ərzində mənzilə rahat girib çıxa bilsinlər. 15 yanvar 2025-ci il tarixdə təxminən saat 13-14 radələrində Ceyhun şəxsi işləri ilə əlaqədar mənzildən çıxaraq getmiş, o və Ramin isə mənzildə qalmışlar. Təxminən saat 21 radələrində o və Ramin mənzildə olan zaman işləri və pulları olmadığı üçün haradan pul əldə edə biləcəkləri barədə danışmışlar. Həmin vaxt o, təklif etmişdir ki, Ceyhunun evindən oğurluq edib əldə etdikləri əşyaları sataraq pul əldə edə bilərlər. Onların pula ehtiyacları olduğu üçün həmin vaxt mənzilin yataq otağındakı dolabın üzərində olan Ceyhuna məxsus «Rolex» və «Tissot» markalı qol saatlarını, «Rolex» markalı qol saatının üzərində olan bir ədəd üzərində qaşları olmayan qızıl üzüyü, həmiçinin həmin dolabın siyirməsində olan bir ədəd «İphone 7» markalı mobil telefonu və bir ədəd qədimi əşyaya bənzətdikləri qəpiyi oğurlayaraq mənzili tərk edib getmişlər. Belə ki, onlar düşünmüşlər ki, həmin qəpik qədimi əşyadır və daha baha qiymətə sata bilərlər. Onlar mənzildən çıxdıqdan sonra Raminlə birlikdə «Neftçilər» metrostansiyasının yaxınlığına gəlmişlər və mənzildən oğurladıqları bir ədəd qızıl üzüyü onun şəxsiyyət vəsiqəsi ilə orada yerləşən qızıl alışı və satışı yerinə 176 (bir yüz yetmiş altı) manata satmışlar. Həmin pulu əldə etdikdən sonra Türkan qəsəbəsinə gedib orada yerləşən «Santafe» adlı oteldə gecələmişlər. Gecə saatlarında Ceyhun Raminin istifadəsində olan 070 316-13-43 mobil nömrəsinə «Whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə mesaj yazmış və Ramin mənzildən birlikdə oğurluq etdiklərini etiraf etmiş, pulları olmadığı üçün bu işi gördüklərini, pul olan kimi əşyaları geri qaytaracaqlarını bildirmişlər. Bundan sonra Ceyhunun zənglərinə və smslərinə cavab verməmişlər. Ertəsi gün, yəni 16 yanvar 2025-ci il tarixdə təxminən saat 13 radələrində Raminlə birlikdə «Memar Əcəmi» metrostansiyasının yaxınlığına gedib Ceyhuna məxsus «Rolex» markalı qol saatını onun şəxsiyyət vəsiqəsini təqdim etməklə orada yerləşən lombardlardan birinə girov qoyaraq 500 manat pul götürmək istədiklərini bildirsələr də, həmin lambarddan saatın qarşılığında onlara 470 (dörd yüz yetmiş) manat pul verilmişdir. Onlar həmin pulu götürdükdən sonra yenidən Türkan qəsəbəsinə gedib orada yerləşən «Santafe» adlı oteldə gecələmişlər. Ertəsi gün yəni 17 yanvar 2025-ci il tarixdə təxminən saat 17 radələrində Raminlə birlikdə Əhmədli qəsəbəsinə gəlmişlər. Həmin vaxt Ramin orada yerləşən çay evlərindən birində əyləşmiş, o isə «Laçın» Ticarət Mərkəzinə gedib Ceyhuna məxsus «Tissot» markalı qol saatını satıb gələcəyini deyərək Ramindən ayrılmışdır. Daha sonra «Laçın» Ticarət Mərkəzinə gedərək orada yerləşən hazırda xatırlamadığı mağazada Ceyhuna məxsus «Tissot» markalı qol saatını özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etməklə 400 (dörd yüz) manata satmışdır. Bundan sonra Raminlə görüşmüş və bu barədə bildirərək yenidən Türkan qəsəbəsinə gedib orada yerləşən «Santafe» adlı oteldə gecələmişlər. Ertəsi gün, yəni 18 yanvar 2025-ci il tarixdə saat 11 radələrində oteli tərk edərək Raminlə birlikdə Gəncə şəhərinə getmişlər. Gəncə şəhərinə çatdıqdan sonra iki gün orada adlarını bilmədiyi kafelərdə gecələdikdən sonra pulları qurtardığı üçün qərara gəlmişlər ki, Ceyhunun mənzilindən oğurladıqları antik əşya kimi bildikləri qəpiyi satsınlar. Bu məqsədlə Ramin 20 yanvar 2025-ci il tarixdə Ceyhunla ümumi tanışları olan Fidana zəng edərək həmin qəpiyi satmaqda köməklik göstərməsini və bunun müqabilində sonuncuya da pul verəcəyini bildirmişdir. Fidan da Raminlə razılaşdıqdan sonra Ramin 21 yanvar 2025-ci il tarixdə Gəncə şəhərindən Bakı şəhərinə gedən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobili ilə Ceyhunun mənzilindən oğurladıqları «İphone 7» markalı mobil telefonla birlikdə həmin qəpiyi də Fidana göndərmişdir. Belə ki, həmin qəpik yolda itməsin deyə mobil telefonun arxasına bərkitmişdir ki, rahatlıqla Fidana çatsın. Buna baxmayaraq Fidan Raminə sms yazaraq qəpiyi sata bilmədiyini və götürməyini bildirmişdir. 22 yanvar 2025-ci il tarixdə səhər saatlarında o, Raminlə birlikdə Bakı şəhərinə qayıtmışlar. Bakı şəhərinə gəldikdən sonra pulları olmadığı üçün Raminlə birlikdə iş axtarmışlar və bu məqsədlə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən «Azpetrol» yanacaqdoldurma məntəqəsində olan onun həmyerlisi Ramil adlı şəxsə məxsus avtoyuma məntəqəsinə getmişlər. O, Ramillə danışdıqdan sonra Ramil onları işə qəbul etmiş və onlar orada işləyərək orada da gecələmişlər. Bakı şəhərində olan zaman onlar düşünmüşlər ki, həmin qəpiyi Fidandan götürüb özləri baha qiymətə antik əşyalar alınan yerə satmaqla yaxşı pul əldə edə bilərlər. Bu səbəbdən Ramin ertəsi gün, yəni 24 yanvar 2024-cü il tarixdə axşam saatlarında Fidana zəng edərək həmin qəpiyi idarə etdiyi avtomobilə qoymasını və özü gəlib həmin qəpiyi oradan götürəcəyini bildirmişdir. Fidan da razılaşaraq həmin qəpiyi özünə məxsus avtomobilin qabaq sol qapısının cib hissəsinə qoyacağını demişdir. Fidan Raminlə razılaşdıqdan sonra Ramin Ramilə bildirmişdir ki, bir nəfər şəxsdən əşya götürəcəkdir və bu səbəbdən idarə etdiyi avtomobillə onu həmin yerə aparmasını xahiş etmişdir. Ramil də razılaşdıqdan sonra sonuncular Ramilin idarə etdiyi «Chevrolet Cruze» markalı avtomobillə Fidanın yaşadığı ünvana getmişlər. O isə avtoyuma məntəqəsində qalmışdır. Bir müddətdən sonra Ramilin tək qayıtdığı gördüyü üçün artıq Raminin tutulmasını başa düşmüş və tutulmamaq üçün dərhal qaçaraq oradan uzaqlaşıb müxtəlif ünvanlarda gecələməyə başlamışdır. Təqsirləndirilən şəxs ərizəsində qeyd etmişdir ki, dəymiş zərəri tam şəkildə ödədiyinə görə tərəflər barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində özünə məxsus avtoyuma məntəqəsi vardır. Şahid1 və Təqsirləndirilən şəxs bir neçə müddətdir ki, tanıyır münasibətləri normal olmuşdur. Ramin və Turac ona məxsus avtoyuma məntəqəsində yuyucu işləmişlər. Bir müddət iş olmadığı üçün o, avtoyuma məntəqəsini başqa şəxsə icarəyə vermişdir. Həmin vaxt Ramin və Turac ona bildirmişlər ki, qalmağa yerləri yoxdur. Bu səbəbdən o, Ramin və Turaca bir neçə müddət yaşadığı ünvan 1 ünvanında qala biləcəklərini demişdir. Bundan sonra yəni, 07 yanvar 2025-ci ildən Ramin və Turac yaşadığı ünvan 1 ünvanında qalmağa başlamışlar. Həmçinin mənzilin açarlarını da sonunculara vermişdir ki, o olmadığı müddət ərzində mənzilə rahat girib çıxa bilsinlər. 15 yanvar 2025-ci il tarixdə təxminən saat 13-14 radələrində o, şəxsi işləri ilə əlaqədar mənzildən çıxaraq getmiş, Ramin və Turac isə mənzildə qalmışlar. Təxminən saat 23 radələrində o, yaşadığı ünvana qayıdan zaman Ramin və Turacın evdə olmadıqlarını görmüş, lakin harasa getdiklərini düşünüb buna əhəmiyyət verməmişdir. Təxminən saat 23:45-də o, yataq otağına keçərək, özünə məxsus saatı enerji yığması üçün cərəyana qoşan zaman yataq otağındakı dolabın üzərində olan özünə məxsus «Rolex» və «Tissot» markalı qol saatlarının, «Rolex» markalı qol saatının üzərində olan ona nənəsindən yadigar qalan bir ədəd üzərində qaşları olmayan qızıl üzüyün, həmiçinin həmin dolabın siyirməsində olan bir ədəd «İphone 7» markalı mobil telefonun və bir ədəd dəyəri olmayan qəpiyin oğurlandığını aşkar etmişdir. Həmin vaxt Turacın istifadəsində olan +**********9 mobil nömrəsinin «Whatsapp» ani mesajlaşma proqramına zəng etsə də, sonuncu onu qara siyahıya atdığı üçün əlaqə yarada bilməmişdir. Lakin «Whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə Raminin istifadəsində olan 070 316-13-43 mobil nömrəsinə mesaj yazmış və həmin vaxt Ramin, mənzildən Turacla birlikdə oğurluq etdiklərini etiraf etmişdir. O, dəfələrlə Raminə mesaj yazaraq əşyalarını geri qaytarmalarını tələb etmiş, lakin sonuncular həmin əşyaları qaytaracaqlarını desələr də qaytarmamış və bundan sonra o, onlarla əlaqə yarada bilməmişdir. Bundan 2 gün sonra Ramin onun dostu Şərifin istifadəsində olan 070 260-99-88 mobil nömrəsinin «Whatsapp» ani mesajlaşma proqramına mesaj yazaraq saatları lombarda qoyduqlarını, lakin pulları olmadığı üçün lombarddan götürə bilmədiklərini demişdir. Həmin «Whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə olan yazışmaları istintaqa təqdim etmişdir. 20 yanvar 2025-ci il tarixdə axşam saatlarında tanışı Şahid5 ona məlumat verərək bildirmişdir ki, Ramin onunla əlaqə saxlamış və ona məxsus oğurladıqları əşyalardan dəyəri olmayan qəpiyi dəyərli əşya kimi zənn etdikləri üçün onu satmasını istədiklərini xahiş etmişdir. Ramin əvvəllər Fidana məxsus şirniyyat sexində işləmiş və bu səbəbdən sonuncular bir birlərini tanımışlar. O, Ramini tapa bilmədiyi üçün Fidandan mütəmadi onunla əlaqədə olmasını xahiş etmişdir. Ertəsi gün, yəni 21 yanvar 2025-ci il tarixdə Fidan ona bildirmişdir ki, Ramin taksi ilə bir ədəd «İphone 7» markalı mobil telefonu və həmin bir ədəd dəyəri olmayan qəpiyi göndərmişdir. Elə həmin gün Fidan onunla görüşərək, ona məxsus «İphone 7» markalı mobil telefonu və həmin bir ədəd dəyəri olmayan qəpiyi ona təqdim etmişdir. 24 yanvar 2025-ci il tarixdə 21 radələrində Fidan ona zəng edərək, Raminin onunla əlaqəyə çıxdığını və qəpiyi götürmək istədiyini bildirmişdir. O da Fidana demişdir ki, Ramini şübhələndirmədən qəpiyi özünə məxsus avtomobilə qoyacağını və gəlib gətirməsini bildirsin. Özü isə dostu Şəriflə birlikdə Fidanın yaşadığı ünvan 2 ünvanına getmişdir. Təxminən saat 21:30 radələrində o və Şərif birlikdə Fidana məxsus avtomobilin yaxınlığında gözləyən zaman Fidanın idarə etdiyi avtomobilin yanında başqa bir avtomobil dayanmış və bu zaman Ramin həmin avtomobilin arxa sol oturacağından qapını açıb Fidana məxsus avtomobilin qabaq sol qapısını açmaq istədikdə, o, Ramini tutaraq saxlamışdır. Həmin vaxt Raminin əyləşdiyi avtomobilin sürücüsü avtomobili idarə edərək oradan uzaqlaşmaq istədikdə o qışqıraraq, Raminin oğru olmasını bildirmiş və həmin şəxs dərhal avtomobili saxlamışdır. Bundan sonra o və dostu Şərif ona məxsus avtomobil vasitəsi ilə Ramini Xətai RPİ-nin 34-cü polis şöbəsinə apararaq təhvil vermişlər. Həmin vaxt o, ərizə ilə 34-cü polis şöbəsinə müraciət etmiş, həmçinin ona məxsus mənzildən Ramin və Turac tərəfindən oğurlanmış bir ədəd «İphone 7» markalı mobil telefonu və bir ədəd dəyəri olmayan qəpiyi polis əməkdaşlarına təhvil vermişdir. Zərərçəkmiş şəxs əlavə ifadə verərək bildirmişdir ki, o, ilkin ərizə, izahat və ifadəsində ona məxsus «Tissot» markalı qol saatının dəyərini 5.000 manat qeyd etsə də, sonradan müəyyən etmişdir ki, həmin qol saatının dəyəri 5.000 manat deyil, 3.500 manat təşkil edir. Belə ki, həmin qol saatı ona hədiyyə olaraq verildiyi üçün o, ilkin olaraq saatın qiymətinin 5.000 manat olmasını zənn etmişdir, lakin sonradan bununla bağlı maraqlandıqda, həmin qol saatının dəyərinin 3.500 manat olmasını bilmişdir. Zərərçəkmiş şəxs ərizəsində qeyd etmişdir ki, təqsirləndirilən şəxs dəymiş zərəri tam şəkildə ödədiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, heç bir əlavə tələb və şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 aprel 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir.(i.v. 1-2); İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanda yerləşən mənzildə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 14-18); İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Kərimov Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 36-37); İş materiallarına əlavə olunmuş təqdimetmə və götürmə barədə 25 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Şahid1 və Təqsirləndirilən şəxstərəfindən ona məxsus mənzildən oğurlanmış bir ədəd “İPHONE 7” markalı mobil telefonu və bir ədəd qəpik formalı metal əşyanı, 26 yanvar 2025-ci il tarixli protokol əsasında Zərərçəkmiş şəxs ona məxsus mənzildən oğurluq hadisəsi baş verdikdən sonra Şahid1 ilə aralarında baş tutmuş “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə olan yazışmaların fotoşəkillərini, 26 yanvar 2025-ci il tarixli protokoldan əsasında ********* saylı cinayət işi üzrə şübhəli şəxslər Şahid1 və Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə edib, ünvan 3 ünvanında yerləşən “Lombard N1” adlı lombarda girov qoyduqları,lakin iş üzrə zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd “Rolex” markalı kişi qol saatını, habelə bununla bağlı olan sənədlərin surətlərini, 01 mart 2025-ci il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə şübhəli şəxslər Şahid1 və Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə edib ünvan 4 ünvanında yerləşən “Bakcell” mağazasına iş üzrə Zərərçəkmiş şəxs məxsus bir ədəd qızıl üzüyü satmaları ilə bağlı tərtib edilmiş qəbzi Xətai RPİ-nin İstintaq şöbəsinə təqdim etmişdir.(i.v. 12-13, 48-52, 154); İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 27 yanvar 2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v.97-98, 234-235); İş materiallarına əlavə olunmuş məcburi gətirilmə barədə 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, Naxçıvan MR, Ordubad rayonu, Nüsnüs ərazi dairəsi, Nüsnüs kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs məcburi qaydada Xətai RPİ-nin İstintaq şöbəsinə gətirilməsi barədə qərar qəbul edilmişdir.(i.v.130); İş materiallarına əlavə olunmuş ittiham elan etmək üçün şəxsin tutulması haqqında 17 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ona ittiham elan etmək üçün tutlması və barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir.(i.v.139); İş materiallarına əlavə olunmuş AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 11 mart 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd sarı rəngli metaldan hazırlanmış saatın iç tərəfində “ROLEX TACHYMER", arxa hissəsində "750" damğası və "Rolex" sözləri yazılmışdır. Saatın qolbaq hissəsi dəriyəbənzər materialdan, kilid hissəsi sarı rəngli metaldandır. Üzərində cızıqlar vardır. Saatın seriya nömrəsi yoxdur. Qolbağında olan metal hissə qiymətsiz metal ərintisindən (dəmir və s.) hazırlanmışdır. Saat 750 əyarlı qızıldan hazırlanmışdır. Sferblatının ön hissəsində olan 3 ədəd dairə formalı elementlər qiymətsiz metal ərintisindən (dəmir, m və s.) hazırlanmışdır. Sferblatı şüşədir ümumi çəkisi 90.32-dır. Gümüşü rəngli metaldan hazırlanmış dairə formal ədəd metal predmet qiymətsiz tal ərintisindən (mis, dəmir, nikkel və sə hazırlanmışdır. Ümumi çəkisi 14.67-dir.(i.v.164-170); İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(011)-228/2025 saylı hökmü ilə Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Şahid1 Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1(010)-482/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 03 (üç) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə uyğun hesablanmaqla hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə, Şahid1 qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şahid1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 25 yanvar 2025-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - 01 ədəd “Rolex” markalı kişi qol saatı, 01 ədəd “İphone 7” markalı mobil telefon və 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış, dairə formalı metal predmet Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, iş üzrə Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş «Whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə edilmiş yazışmaların fotoşəkilləri, iş üzrə Şahid4 təqdim etdiyi qəbzin fotoşəkili, iş üzrə Şahid6 təqdim etdiyi GJN/1 seriyalı, 521613 №-li girov biletinin fotoşəkili cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Şahid1 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi barədə qərar qəbil edilmişdir.(i.v.200-206); İş materiallarına əlavə olunmuş axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə AR CPM-nin 148 va 158-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs AR-nın CM-nin 177.2.1 va 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək barəsində Xətai RPİ tərəfindən axtarış elan olunduğu üçün saxlanılmışdır.(i.v.207); İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 4(011)-516/2025 saylı hökmü ilə, xx xxxxxx 1996-cı ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Nüsnüs kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Nüsnüs kəndində qeydiyyatda olan, daimi yaşayış yeri olmayan Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və həbsdə saxlama müddəti 02 ay 20 gün həddində müəyyən edilməsi cəzası müəyyən edilmişdir. Həbsdə olma müddətinin əvvəli 27 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır.(i.v.258-260); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların, o cümlədən CM-nin 59.1.12-cü maddəsilə nəzərdə tutulan zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və CM-nin 59.1.13-cü maddəsilə nəzərdə tutulan cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 04 (dörd) ay 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesabı ilə 08 (səkkiz) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası kimi hesablanaraq təyin edilmiş cəzadan çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - 01(bir) ədəd “Rolex” markalı kişi qol saatı, 01(bir) ədəd “İphone 7” markalı mobil telefon və 01(bir) ədəd gümüşü rəngli metaldan hazırlanmış, dairə formalı metal predmetin Zərərçəkmiş şəxs qaytarılmalıdır.(CPM-132). Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunda evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirilməsi qoyulsun. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 04 (dörd) ay 06 (altı) gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə 08 (səkkiz) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası kimi hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 03(üç) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. İş materiallarında olan və maddi sübut kimi tanınmış 01(bir) ədəd “Rolex” markalı kişi qol saatı, 01(bir) ədəd “İphone 7” markalı mobil telefon və 01(bir) ədəd gümüşü rəngli metaldan hazırlanmış dairə formalı metal predmetin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan 128 (yüz iyirmi səkkiz) manatın Xətai rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Şahid1 tutularaq AR ədliyyə Nazirlyi MEMin hesabına köçürülməsinin hökm edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhiryar Əliyev
Məhkəmə qərarları › İş №1(011)-563/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-563/2025
02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver